Ardını oxu...
Kanalımıza müraciət edən Gəncə şəhər sakini Hacıyeva İlahə xanım Azərbaycan Milli Elmlər Akademiyasınin Gəncə bölməsinin bioresursları İnstitutunda doktorantura şöbəsində qiyabi təhsil alib.Şikayəti Molekulyar Biologiya və texnologiyalar institutunun rəhbərliyinin İlahə xanımın elmi işinə olan münasibəti ilə bağlıdır.Sikayətci iddia edir ki,elmi seminar şurasında onun elmi işində əvvəl müsbət. daha sonra mənfi rəy yazılıb .o,bildirir ki, bu şəxslər dövlət idarəsində oturub dövlət sənədlərini saxtalasdirirlar.
Biz də kanal 13 olaraq, Hacıyeva İlahə xanımın şikayətli ilə bağlı Molekulyar Biologiya və biotexnologiya İnstitutunun rəhbəri Hüseynova İradə xanımla telefon əlaqəsi saxladıq və bu məsələ ilə bağlı açıqlamasını sizə təqdim edirik...

Ətraflı video süjetdə izləyə bilərsiniz.



Mənbə: Kanal13
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Ardını oxu...
Son günlər sosial şəbəkələrdə kənd rayonlarında məktəb binalarının acınacaqlı, bir çox hallarda qəzalı vəziyyətini təsvir edən şəkillər paylaşılır. Bu kontekstdə Azərbaycan Elm və Təhsil Nazirliyinin ölkə ərazisindəki bir sıra təhsil müəssisələrində, o cümlədən onların qazanxanalarında, kommunal və kommunikasiya xətlərində cari və əsaslı təmir işlərinə dair son iki ildə elektron satınalma portalı vasitəsilə açıqlanan məlumatları diqqət çəkməyə bilməz.
Bunu iqtisadçı ekspert Hafiz Babalı deyib. Onun sözlərinə görə, nazirliyin müqafiq qurumunun təşkil etdiyi bu tenderlərin elanlarında görüləcək işlər tam təfsilatı ilə təqdim edilsə də, əksər hallarda həmin işlərin harada, yəni hansı rayonda və hansı kəndindəki məkbətə şamil olduğu ictimaiyyətdən gizli saxlanılır:

“Bir rayonda, bir kənddə elə güman edirlər ki, bu il nazirlik onları yox, başqa kəndin məktəbini təmir etdirir. Nəticədə isə məktəbin təmir olunub-olunmaması qalır nazirliyin insafına: İş ya görüləcək, ya da saxta bir Forma-2 tərtib olunub bağlanacaq”.

Ekspert deyir ki, bu cür yarıqapalı müqavilələrə ayrılan vəsait isə heç də az deyil: 59,9 milyon manat.

H.Babalı bu ilin yayından başlayaraq ETN-nin məktəblərin təmirinə dair etender.gov.az portalında yerləşdirilmiş müqavilələrin qısa xülasəsini təqdim edib:
Ardını oxu...
olke.az
 
 
 
Ardını oxu...
“30 manatlıq yağ 15 manata düşdü. Məhsullara 70% endirim. 1 alana 1 hədiyyə”.

Yəqin ki, bu elanları görən çox adam özünü həmin marketdəki endirimlərə çatdırır. Endirimlərin yalan yaxud gerçək olduğunu anlamaq isə xüsusən, mübahisəli məqamdır. Amma bu elanların altında malın əsl qiymətini gizlədib endirim şousu göstərənlər də var. Bu barədə hətta sosial şəbəkələrdə görüntülər də yayılıb.

Maraqlıdır, bu cür yüksək endirim təkliflərində ərzaq mağazalarının xeyri nədir?

Mövzu ilə bağlı Lent.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, endirim istehlakçını qapıdan içəri salmaq üçündür:

“Marketlərin endirim kampaniyasının əsas məqsədi istehlakçını qapıdan içəri salmaqdır. İstehlakçını içəri saldıqdan sonra ikinci məqsəd ona hansısa malı endirim adı ilə satmaqdır. Elə bu endirim məsələsində marketinq hiyləsi edirlər. Belə ki, istehlakçı vitrində endirimə qoyulmuş malı almaq üçün kassaya yaxınlaşdıqda onun endirimdə olmadığını görür. Çünki insanları aldatmaq üçün endirimə qoyulmuş məhsulun yanına bu siyahıya aid edilməyən məhsul yerləşdirirlər. Bir çox insan da kassaya gəldiyi üçün məcbur endirimsiz məhsulu alır.

Məhsullara aşağı qiymət qoyulması əsasən market sahibləri tərəfindən həyata keçirilir. Onlar təchizatçıların başlarına oyun açırlar. Təchizatçılar market şəbəkələrinə qoşulmaq üçün külli miqdarda pul ödəyirlər. Daha sonra, market sahibləri təchizatçıları endirim üçün məcbur edir ki, mağazaya çox müştəri gəlsin”.

Onun sözlərinə görə, son 1 ildə insanlar almadıqları məhsul üçün 500 milyon manata ödəyib:

“Birliyimizə gələn şikayətlərdən ən vacibi endirimlərlə bağlıdır. Məhsulun əvvəlki qiymətini endirim adı ilə vitrinə qoyurlar. Bu da alıcının aldadılmasıdır. Belə halla qarşılaşan istehlakçı məhsulun əvvəlki qiyməti yazılan sənədləri tələb edə bilər. Çox təəssüf ki, bu tələblərə cavab verilmir. Qiymət siyasətinə nəzarət etməli olan İqtisadiyyat Nazirliyinin müvafiq xidməti isə demək olar ki, heç bir iş görmür.

Apardığımız tədqiqat onu göstərir ki, 1 ildə Azərbaycan istehlakçıları kartla ödəniş zamanı almadıqları məhsul üçün 500 milyon manat pul ödəyirlər. Bu haqsızlıqla qarşılaşmamaq üçün məhsul alan zaman kassa çekinə nəzarət edilməlidir”.

İqtisadçı ekspert Pərviz Heydərov deyib ki, marketlərdə qiymət üzərində heç bir ucuzlaşdırılma siyasəti həyata keçirilmir:

“Marketlərdə qiymətlərin tənzimlənmə prosesi ciddi müzakirə tələb edən məsələdir. İqtisadi qanunlara görə, hər bir məhsulun istehsal, daşınma dəyəri və satış obyektində məhsulun üzərinə gələn ticarət əlavəsi var. Marketlərdə isə əksər malların qiyməti bu amillərdən xeyli kənarlaşır. Düzdür, bu amillərdən əlavə tələb və təklif məsələsi də var.

Yəni, bir məhsula yüksək dərəcədə tələb varsa, sadaladığım amillərdən başqa qiyməti şişirdilə bilər. Bu gün ölkəmizdə ticarət şəbəkələri inkişaf edib. Hər bir məhsul mağazalarda kifayət qədər ki, bu məqamda ərzaq qıtlığından söz gedə bilməz. Yəni, tələbin təklifdən yüksək olduğu deyilməsi mümkün deyil.

Nəticədə yüksək qiymətə qoyulan məhsulun satışı azaldıqda market qəfil kəskin qiymət enişi elan edir. Amma məsələ burasındadır ki, həmin malın real qiyməti elə endirimə qoyulandır.

Qiymətlərin qanunsuz yolla artırılmasını inzibati yollarla aradan götürmək çox çətindir, hətta mümkün deyil. Bazar bunu özü tənzimləməlidir”.

Görünən odur ki, təklifin tələbi ödədiyi bir iqtisadiyyatda olsaq da, hələ uzun bir müddət “qanunlu” qiymət artımı və “əla” endirimlərlə “sevinməli” olacağıq.
 

Ardını oxu...
Son günlər sosial şəbəkələrdə kənd rayonlarında məktəb binalarının acınacaqlı, bir çox hallarda qəzalı vəziyyətini təsvir edən şəkillər paylaşılır. Bu kontekstdə Azərbaycan Elm və Təhsil Nazirliyinin ölkə ərazisindəki bir sıra təhsil müəssisələrində, o cümlədən onların qazanxanalarında, kommunal və kommunikasiya xətlərində cari və əsaslı təmir işlərinə dair son iki ildə elektron satınalma portalı vasitəsilə açıqlanan məlumatları diqqət çəkməyə bilməz.

"Ölkə.Az" xəbər verir ki, bunu iqtisadçı ekspert Hafiz Babalı deyib. Onun sözlərinə görə, nazirliyin müqafiq qurumunun təşkil etdiyi bu tenderlərin elanlarında görüləcək işlər tam təfsilatı ilə təqdim edilsə də, əksər hallarda həmin işlərin harada, yəni hansı rayonda və hansı kəndindəki məkbətə şamil olduğu ictimaiyyətdən gizli saxlanılır:

"Bir rayonda, bir kənddə elə güman edirlər ki, bu il nazirlik onları yox, başqa kəndin məktəbini təmir etdirir. Nəticədə isə məktəbin təmir olunub-olunmaması qalır nazirliyin insafına: İş ya görüləcək, ya da saxta bir Forma-2 tərtib olunub bağlanacaq".

Ekspert deyir ki, bu cür yarıqapalı müqavilələrə ayrılan vəsait isə heç də az deyil: 59,9 milyon manat.

H.Babalı bu ilin yayından başlayaraq ETN-nin məktəblərin təmirinə dair etender.gov.az portalında yerləşdirilmiş müqavilələrin qısa xülasəsini təqdim edib:

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Mənbə: "Ölkə.Az"
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Ardını oxu...
Naxçıvandakı Vasif Talıbov rejimi dəyişdi. Amma onun miras qoyduğu problemlər hələ də davam edir.

Muxtar Respublika sakinlərindən olan Əli Məmmədovun Ovqat.com-a yazdığı şikayət məktubunda irəli sürdüyü iddialara inansaq, bunu Naxçıvan rəhbərliyi heç gizlətmək fikrində deyil.

Hətta şikayətçilərə utanıb qızarmadan “Bura Bakı deyil, Naxçıvanda nə hüquq”, - deyib əli ətəyindən uzun yola salırlar.

Əlavə şərhə yol vermədən, məktubu olduğu kimi diqqətinizə çatdırırıq.

“Salam Heydər müəllim.

Mən Məmmədov Əli Yunis oğlu 1964-cü ildə Naxçıvan şəhərində doğulmuşam. Naxçıvan şəhərində mərkəzi küçələrdən biri olan Təbriz Hotelə yaxın, Ticarət mərkəzinin yanında anamın mülkiyyətində olan Komsomol küçəsi, ev 31 A-da (yeni adı ilə Təbriz küçəsi) yerləşən ümumi sahəsi 1125 kvadratmetr olan torpaq sahəsi və içərisində tikilmiş evimiz vardı.

Naxçıvan şəhər İcra Hakimiyyətinin 249 nömrəli 18 may 1999 -cu il tarixli Sərəncamına əsasən, anamın mülkiyyətində olan Təbriz küçəsi 31-A ünvanında yerləşən evin 45,0 * 24,0 metr ölçüsündə həyətyanı torpaq sahəsinin 20,0 * 38,0 metr sahədə layihə əsasında hündür mərtəbəli yaşayış binası /1 və 2-ci mərtəbələrdə mağaza və ofis nəzərə alınmaqla/ tikilməsinə icazə verilmişdir.

Anam Naxçıvan şəhərində rəhmətə getdikdən sonra onun adına Naxçıvan şəhər Komsomol küçəsi 31 A-da olan torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş ev hüquqi vərəsəlik üzrə onun ailə üzvlərinə keçmişdir.

2007-ci ildə dövlət əhəmiyyətli bina tikilməsi ilə əlaqədar bizə məxsus olan torpaq sahəsi və həmin torpaqda tikilən ev dövlət ehtiyacı üçün bizdən alındı. Məlumdur ki, dövlət quruculuğu üçün fiziki şəxslərə məxsus mülkiyyətin satın alınması zamanı dəyərini bazar qiyməti ilə ödənilməsi nəzərdə tutulur. Lakin bizə məxsus olan torpaq sahəsi və həmin torpaqda tikilmiş ev bizdən alınarkən bu hüquqi normativlərin heç birinə əməl olunmadı və bizə heç bir ödəniş edilmədi. Bu haqda bir neçə dəfə lazımi orqanlara müraciət etsək də, nəticə əldə etmədik.

Hal - hazırda həmin torpaq sahəsində muxtar respublikanın mətbu orqanı olan “Şərq qapısı” qəzetinin binası yerləşir.

Muxtar respublikada yaranmış müsbət şəraiti nəzərə alaraq ( bu şəraiti yaratdığına görə Müzəffər Ali Baş komandanımız, fəxrimiz, hörmətli Prezidentimiz İlham Əliyevə təşəkkür edirəm) məhkəməyə müraciət etdik.

Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (Hakim: Hicran Muradov ) bizim işimizlə əlaqədar 6 iclası keçirilib.

1-ci iclas 13 aprel 2023 il

2-ci - 25 may 2023

3-cü - 3 iyul 2023

4-cü - 17 avqust 2023

5-ci - 15 sentyabr 2023

6-cı iclas isə 17 oktyabr 2023-də keçırildi.

Hər dəfə məhkəmə iclası təxirə salınır.

May ayının 25-i məhkəmə iclasından sonra vəkilim Allahverdi Bağırov mənə telefonla zəng edib dedi ki, Naxçıvana gəl və icra başçısı ilə görüşüb razılığa gəlin.

Mən 14 iyunda Naxçıvana getdim və İcra başçısı Mirsənani Seyidovla iki dəfə 16-sı və 20-si iyunda görüşdük. Başçı mənə bildirdi ki, bizim pulumuz yoxdu, biz yalnız sizə Qaraxanbəyli kəndinin girişində 4 sot torpaq sahəsi və ya “Sovetabad”da karton fabrikinin yanında 1 sot torpaq, mağaza tikmək üçün verə bilərik. Mən razılaşmadım, bildirdim ki, bizim şəhərin mərkəzində 1125 kv metr torpaq sahəsi və içərisində tikilmiş evin əvəzinə sovetabadda 100 kv metr torpaq və ya Qaraxanbəyli kəndində 400 kv torpaq təklif etməniz nə dərəcədə düzgündür? Ədalətin meyarı beləmi ölçülür sizdə?

Biz hüquqi dövlətdə yaşayırıq, bizim ədalətli qanunlarımız var, mən məsələnin qanun çərçivəsində və ədalətlə həll edilməsini xahiş etdim. Başçı mənə dedi ki, onsuz da ölmüş bir torpaq idi, nə alsan qazancındı, bura Bakı deyil, istəməsən qoy onda məhkəmə davam etsin. Beləliklə məhkəməmiz davam edir.

Sentyabrn 15-i Naxçıvan Şəhər İcra Hakimiyyətindən yenə də mənə zəng etdilər və mənə bildirdilər ki, gəlin razılaşaq. Soruşdum ki, dəyərini tam ödəyəcəksiniz? dedilər yox, heç 50 faizini də ödəyə bilmirik. Sizə bundan artıq heç nə verə bilmirik.

Mənim istəyim səsimi müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikası üzrə səlahiyyətli nümayəndəsi cənab Fuad Nəcəfliyə çatdırmaqdır".
 
Ardını oxu...
Noyabrın 15-də (hər il) Azərbaycanda kommunal xidmətlərdə rəsmi qış mövsümünə keçilir.

Əvvəlki illərdə Bakının bəzi binalarının isidilməsində problemlər yaşanmışdı. Sakinlər bildirmişdi ki, bəzi binalarda noyabrın sonuna qədər istilik verilmir. Üstəlik, məktəblərdə, uşaq bağçalarında da tez-tez istiliyin olmadığından şikayətlər eşidilirdi. Azərbaycan kəndlərinin bəzilərində isə hələ də qaz yoxdur...

BŞİH-dən deyilənlər
Bakı şəhər İcra Hakimiyyətindən "Turan"a bildirilib ki, artıq hər bir rayona cavabdeh şəxs təyin edilib: "Rayondakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı, idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb".

"Azəristiliktəchizat" ASC-dən deyilib ki, təmir-bərpa işləri tamamlanıb, bütün zəruri işlər görülüb: "Bu il payız-qış mövsümündə 561 qazanxananın və 88 istilik məntəqəsinin istismarı nəzərdə tutulur. Bu qazanxanalar vasitəsilə 3 min 863 yaşayış binasının, 287 orta məktəbin, 158 uşaq bağçasının, 150 səhiyyə... və 2 min 200 təsərrüfat obyektlərinin istiliklə təmin etməsi nəzərdə tutulur".

"Azəriqaz" İB-dən verilən məlumatına görə, ilin sonunadək 150-dək məntəqənin qazlaşdırılması nəzərdə tutulub və əksəriyyətində işlər başa çatıb və ya tamamlanmaq üzrədir. Bildirilib ki, qış mövsümündə qaz təchizatı ilə bağlı problem olmayacaq.

"Düz 10 ildir Azərbaycanda..."
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda isitmə problemi çoxdan mövcuddur: "Xüsusən də rayonlarda bu problem var. Oradakı evlərin çoxu fərdi evlərdir və elə kəndlər var ki, qazla təmin edilmir. Düz 10 ildir Azərbaycanda qazlaşma 96 faiz səviyyəsində olduğu deyilir. Nə aşağı düşürlər, nə də yuxarı qalxmaq istəmirlər".

M.Qəhrəmanlı vurğulayıb ki, mərkəzi istiliklə təminatında da problemlər mövcuddur: "Yaşayış binalarını istiliklə təmin edən qurumlarda ümumi qaz borcu yaranırsa, bütün binanın istilik təchizatını dayandırırlar".

""Qışa hazırıq" ifadələri pafosdolu sözlərdir"
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, keçən illərin təcrübəsi göstərir ki, qurumların "qışa hazırıq" ifadələri pafosdolu sözlərdir: "Qışa hazırlıq yalnız bəzi küçə və prospektlər üçündür. Digər küçə və prospektlər Allahın ümidinə qalır. Yaxud da "lopatka" və süpürgə ilə küçələri qardan təmizləyən mənzil-kommunal istismar sahələrində işləyən yaşlı qadın və kişilərin ümidinə".

Ekspert hesab edir ki, qarşıdakı günlər şikayətlər eşidildikcə, real vəziyyət aydınlaşacaq: "Hər il "Azəristiliktəchizat" "qışa hazırıq" deyir, amma qışın ortasında birdən görürsən, hansısa qəsəbə etiraz edir ki, istilik verilmir. "Azəriqaz" və "Azərişıq" da deyir "hazırıq", amma müəyyən yerlərdə biz fəsadları görürük".

Mənbə: AzadlıqRadiosu

Gənclər və idman naziri Fərid Qayıbov tərəfindən nazirlikdə aparılan islahatlar çərçivəsində bir sıra gənclər təşkilatlarının icra etdiyi layihələrin ciddi şəkildə araşdırılması və aşkarlanan pozuntuların aradan qaldırılması üçün ortaya prinspial iradənin qoyulması uzun illərdir gənclər siyasəti sahəsində adı müxtəlif qalmaqallarda hallanan bəzi şəxsləri möhkəm narahat edib. Narahat olan və qəzəblənən şəxslər arasında hazırda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsində çalışan Şahin Seyidzadə də var. Çünki nazirlikdə yeni komanda tərəfindən aparılan audit yoxlamaları zamanı Şahin Seyidzadənin bir zamanlar rəhbərlik etdiyi, daha sonra isə dəstəklədiyi bir sıra böyük gənclər təşkilatlarının layihələrinin icrasında ciddi pozuntular aşkar edilib. Bütün təzyiqlərə baxmayaraq, nazir Fərid Qayıbov dövlət büdcəsinə dəyən zərərin ödənilməsini təmin etdiyi üçün onun bu davranışları Şahin Seyidzadəni hiddətləndirib”.

Bu barədə informasiyanı Editor.az-ın redaksiyasına məlumatlı mənbələr verib. Mənbənin iddiasına görə, elə bunun nəticəsidir ki, Şahin Seyidzadə nazir Fərid Qayıbov tərəfindən işdən azad edilən bir sıra şəxsləri dərhal rəhbərlik etdiyi Qoruq İdarəsində işə təyin edir: “Nazir tərəfindən adı müxtəlif qalmaqallarda hallandığı, gənclər siyasəti sahəsində mənfi reputasiyaya malik olduğu üçün vəzifədən azad edilən keçmiş nazir müavini İntiqam Babayev olmaqla, nazirliyin bir sıra vəzifəli şəxsləri dərhal sonra “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda yüksək postlara irəli çəkiliblər. Dövlət Qoruğu sanki “cərimə meydançası”na çevrilib. Azərbaycan reallığında belə nümunələrə çox nadir rast gəlinir. Bununla Şahin Seyidzadə həm keçmiş ortaqlarına sahib çıxır, həm də nazir Fərid Qayıbova güc nümayiş etdirir”.

Qeyd olunan iddialarla bağlı tərəflərin mövqeyini də dərc edə bilərik.

Ardını oxu...
Allah mənə güclü intuisiya və skeptik xarakter verib. Saata baxmadan vaxtı, tərəziyə qoymadan çəkini cüzi fərqlə təyin edə bilirəm. Çox zaman düppədüz. Hətta şəkərimi və təzyiqimi də tez-tez ölçmürəm, çünki buna ehtiyac duymuram. Artıq, əskik və ya normal olduğunu hissiyyatımla bilirəm.
Mağazadan aldığım malları kassada vurduranda məndən artıq və ya əskik aldıqlarını çekə baxmadan hiss edir, baxdıqdan sonra səhv etmədiyimə əmin oluram.
Az öncə də belə oldu. Hövsan kəndindəki "Ballı" marketdən bəzi şeylər aldıq. Pulu ödəyib çıxdıqdan sonra xanıma dedim ki, deyəsən, çox aldılar, çeki ver, baxım.
Çekdə yekun məbləğ 14.55 idi. Bunu bilirsiniz ki, kompüter hesablayır. Ancaq mən kompüterə də skeptik yanaşan insanam. Odur ki, şifahi hesabladım və zənnim məni aldatmamışdı: 14,05 idi.
Xanım təklif etdi ki, gəl kalkulyatorda da hesablayaq. Hesabladıq və 14.05 çıxdı. Düz 50 qəpik artıq almışdılar.
Ballı marketə qayıdıb, qapının ağzında dayanan administratora yaxınlaşıb, problemi dedim. Malları alıb, kassanın qarşısına tökdü və yenidən hasablatdırdı. Yenə 14. 55 çıxdı.
Dedim, qardaş, gəl özümüz hesablayaq da. Sən ticarətçi, mən filoloq. Bax bu belə, bu elə, o da belə. Cəmi 14 manat 5 qəpik. Razılaşmayıb, dedi ki, gəl kalkulyatorda da hesablayaq. Hesabladıq və yenə məndeyən çıxdı.
Başladı fırlatmağa ki, burda 6 ədəd mal var, amma kassir 5 hesablayıb. Kassir də qayıtdı ki, xeyr, elə 5 maldır. Ondan sonra başladı ki, aparaq malları bir də çəkək və s.
Dedim, qardaş, malı niyə yenidən çəkirik e, söhbət ondan gedir ki, verdiyiniz qəbzdə malların qarşısındakı qiymətlərlə yekun məbləğ uyğun gəlmir. Yenə dedi ki, yox, ola bilməz, bizdə hər şüy düzdür-filan.
Dedim, hər şey düz olsa da, məndən 50 qəpik artıq almısınız. Üzr istəyib pulumu qaytarmaqdansa, at kimi üzümə durursan.
Əlli qəpiyi qaytarsalar da, üzr istəyən olmadı. əgər üzrxahlıq edib, səhv etdiklərini boyunlarına alsaydılar, bu statusu yazmaya bilərdim.
Etmədilər və mən də yazdım. Hamıya məsləhət görürəm ki, marketlərdən alış-veriş etdikdən sonra qəbzlərdəki yekun məbləğə inanmayın. Xüsusilə də, "Ballı" marketlər şəbəkəsindən. Çünki sistemi kompüterə qəsdən elə yükləyirlər ki, müştəridən artıq ala bilsinlər. Gün ərzində min nəfərin hərəsini 50 qəpik aldatslar, bu edir 500 manat. Ancaq 15 manatlıq alverdə 50 qəpik aldadırlarsa, 100 manatlıqda bu 3-4 manat olur.
Bu da fırıldağın yeni növüdür və düşünürəm ki, aidiyyatlı orqanlar bundan xəbərsiz deyil. Azərbaycan xalqının aldadılması, tovlanması, loxlanması siyasəti davam edir. Çünki kifayət qədər diqqətli və prinsipial deyilik.
Qəbzi paylaşıram və buyurub, hesablaya bilərsiniz.
Ardını oxu...
Ardını oxu...
Müəllif: Nadir Qocabəyli - ekspert
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
 
Ardını oxu...
Lənkəranda əksər mərkəzi ərazilər satılıb. Yerli sakinlər Anaxeber.info-ya məlumat veriblər ki, Qala xiyabanında səki sayılaraq əyləncə mərkəzi tikilməsi üçün peşkəş olunub. Onun yaxınlığında isə avtobus dayanacağının yarısı dönər dükanı üçün pay-püş olunub. Həmçinin üzbəüzdəki parkın ərazisində iri bir tikinti aparılır. Heç bir arxitektura normaları gözlənilmədən, şəhərin mərkəzində sıxlıq yaradan, piyadaların yolunu kəsən bu tikintilər yerli icra hakimiyyəti tərəfindən verilən sərəncamlar əsasında aparılır. Nəticədə Lənkəranın həm mərkəzi küçələri satılıb, artıq necə deyərlər, barmaq qoymağa yer qalmayıb, həm də kənar ərazilər tikintilərə qurban verilib. Ümumiyyətlə, Lənkəranda son illər yöndəmsiz, uğursuz və tikinti normalarına uyğun olmayan inşaat işləri şəhəri başına alıb. Əfsuslar olsun ki, icra başçısı Taleh Qaraşov bu tikintilərə rəvac verir. Halbuki Lənkəranda görməli vacib işlər var: yöndəmsiz tikintilərə son qoymaq, yolları asfaltlamaq, küçələri işıqlandırmaq, səliqə-sahmana diqqət yetirmək... Xüsusən də yollar bərbad vəziyyətdədir. Eyni zamanda, küçələri sahibsiz itlər bürüyüb. Şəhərin mərkəzi yolları sahibsiz itlərlə doludur. İnsanlar, xüsusən məktəblilər hərəkət edə bilmirlər. Ancaq bu problemi də həll etmirlər. Sanki Lənkəran hansısa ucqar bir dağ kəndidir. Axı bu şəhər həmişə müasir olub və seçilib, ona göstərilən münasibət isə başadüşülən deyil. Lənkəranlılar da vəziyyətdən ciddi narazıdırlar. Onlar prezidentə məktub yazmağı planlaşdırır. Onu da deyək ki, bu günlərdə Lənkəranda olan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov da qarşılaşdığı mənzərədən heyrətə gəlmişdi və problemləri sosial media hesabında ictimailəşdirmişdi. Görünən odur ki, Lənkəranın qonaqları da, yerli camaatı da problemlərdən narazıdır, bircə....
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Cəlilabad sakini nəvəsinin ana bətnində ölməsində həkimləri günahlandırır
Cəlilabad rayon sakini dünyaya gələcək nəvəsinin ana bətnində ölməsində həkimləri günahlandırır.

Bu barədə rayonun Qarğılı kənd sakini Əfqan Novruzov müraciət edib.

Onun sözlərinə görə, 2002-ci il təvəllüdlü hamilə qızı Elnarə Novruzluya qarşı olan həkim səhlənkarlığı nəticəsində bətndə olan 9 aylıq nəvəsi vəfat edib:

“Hər dəfə qızımın ağrıları tutanda xəstəxanaya müraciət etdiyimiz zaman həkimlər hələ gözləməyi tövsiyə edirdilər. Nəticədə isə körpə ana bətnində tələf oldu”.

Məsələ ilə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, bu həmin qadının ilk hamiləliyidir və ağrılardan şikayətlə müraciət edib:

“Biz dölü müayinə etdik və məlum oldu ki, dölün ürək döyüntüsü yoxdur. Biz müayinə zamanı aortanı izləyirik. Döl üçün ultrasəs müayinəsi lazım olduğundan onlara xəstəxanamızın ultrasəs həkimi məzuniyyətdə olduğuna görə bu müayinə üçün özəl xəstəxanaya müraciət etməyi təklif etdik. Özəl xəstəxananadan qayıtdıqdan sonra döl ölü vəziyyətdə bizə daxil oldu”.
 

Dünyapress TV

Xəbər lenti