Ardını oxu...
"Dövlət Reklam Agentliyi deyəsən, bəzilərini görməzdən gəlir". Dia-az.info bildirir ki, bunu öz gileyində Əli Başaran adlı vətəndaş ifadə edib.

Ardını oxu...

Yuxarıdakı fotofaktı təqdim edən Ə.Başaran daha sonra əlaqədar quuruma - Dövlət Reklam Agentliyinə xitab edərək soruşur:

"Buna icazə var? Tarixi binanı hostel reklamı edirlər. Ünvanı də bəllidir... Səbail rayonu, Xaqani küçəsi 3 mənzil 23...

Bu hostel deyil mənzil təriqətləridir..."

Göründüyü kimi, ADRA bəzən KADABRA da edir... yəni görməməzlikdən gəlir...
Ardını oxu...
"Penitensiar xidmət müəssisələrində hökm sürən neqativ hallardan biri bu sahədə olan qaranlıq işlərdir. Və çox təəsüflər olsun ki, bu kimi hallara birbaşa olaraq bu sahəyə rəhbərlik edən, nazir müavini Mirsaleh Seyidov başçılıq edir". Bu barədə dia-az.info-ya göndərilən məqalədə iddia olunur

Məqalə müəllifi daha sonra bildirir: "Məsələ bundan ibarətdir ki,vəzifəyə təyin olunduğu gündən Mirsaleh Seyidov vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına yol verərək, ədliyyə orqanlarının fəaliyyətinə uyğun olmayan işlərlə məşqul olur. Belə ki, keçmiş nazirimiz Fikrət Məmmədovun dəfələrlə ona etdiyi xəbərdarlıqlara baxmayaraq cəzaçəkmə müəssisələrinə yeni daxil olmuş məhkumlardan 5000 manat məbləğində “xoş gəldin” alınması halları davam edirdi. Şikayət edən məhkum ailələrinə isə bu vəziyyətin müvəqqəti olduğu alınan məbləğin də güya Penitensiar müəssisələrin təmir işləri üçün yığıldlğı deyilir. Məsələnin acı tərəfi də odur ki, bu məbləği çatdırmayan məhkumlar öz ailə üzvləri ilə görüşdən məhrum edilir, “karantin” də saxlanılırlar, yemək təminatından məhrum edilirlər. Yalnız 5000 manat məbləğ çatdırıldıqdan sonra 300 manat məbləği qarşılığında cəzalarını yaşadıqları ünvanda çəkməyə icazə verirlər".

Davamı var...
 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 3 tenderə yekun vurub.

Dia-az.info xəbər verir ki, agentliyin keçirdiyi tenderin nəticələri dövlət satınalma portalında açıqlansa da, həmin tenderlərin harada elan edildiyi və satınalma predmeti məlum deyil.

Tenderin nətixələri barədə məlumatda «icarə müqayilsi» yazılsa da, icarə obyekti açıqlanmayıb.

Ümumi məbləği 46 776 manat olan 3 tenderin qalibləri 2 fiziki və 1 hüquqi şəxslər olub.

Ardını oxu...

Ardını oxu...
Milli Məclisin sabiq sədri və hazırda millət vəkili olan Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədovaya məxsus olan və Rusiyada fəaliyyət göstərən “Arizarum Qrup” şirkətinin (ООО "АРИЗАРУМ ГРУПП" – 7705176856) 2023-cü ildə əldə etdiyi gəlirlər açıqlanıb.
Yeniavaz.com Rusiyanın müvafiq rəsmi qurumlarının açıqladığı məlumatlara istinadən bildirir ki, “Arizarum Qrup” ötən il 14 milyon 270 min rubl (260 min manat) gəlir əldə edib.
Qeyd edək ki, əvvəlki – 2022-ci illə müqayisdə “Arizarum Qrup”un gəliri 2,5% artıb. Ümumiyyətlə son 7 ildir “Arizarum Qrup”un gəlirlərində ciddi dəyişiklik olmur:
2017-ci ildə 14 568 000 rubl,
2018-ci ildə 13 984 000 rubl,
2019-cu ildə 13 919 000 rubl,
2020-ci ildə 13 815 000 rubl,
2021-ci ildə 14 045 000 rubl,
2022-ci ildə 13 924 000 rubl,
2023-cü ildə 14 270 000 rubl.
Məlumat üçün bildirək ki, “Arizarum Qrup” 14 yanvar 1998-ci ildən fəaliyyət göstərir. Hüquqi ünvanı Moskva şəhəri, Bakı küçəsi, ev 29-da yerləşən şirkətin yeganə təsisçisi Əsədova Zemfira Adil qızıdır. Şirkətin direktoru isə Nazarova Larisa Aleksandrovnadır. Nizamnamə kapitalı 10 min rubl olan şirkətin restoran sektorunda fəaliyyət göstərdiyi qeyd olunur.
Onu da qeyd edək ki, Oqtay Əsədovun həyat yoldaşı eyni zamanda Nizami rayonunda yerləşən 175 saylı Körpələr evi-uşaq bağçasının müdiri olub.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Vita 1000 !!!

Sən demə, illərdir tərkibinin "1000 cürə vitamin"lərlə zəngin olduğunu düşünərək və özümüzü aldadaraq içdiyimiz bu sular orqanizmimizdə min cür xəstəliyə səbəb olacaq mikroblar, infeksiyalar yaradırmış. Daha doğrusu, o, mikrobları elə həmin su qablarının içindən birbaşa özümüz qəbul edirik.

"DogruXeber.az" xəbər verir ki, sözügedən sular barəsində sosial şəbəkələrdə tükürpədici görüntülər paylaşılıb. Paylaşılan görüntülərə görə, kağız qutularda qablaşdırılmış "Vita 1000" şirələrinin içərisində iyrənc görüntülər aşkar edilib. Həmin görüntülərdə palçıq və tükə bənzər tullantıların qutunun içində ilişib qaldığı aydın görünür.

Görünür, bir neçə fərqli mənalarından biri də "dəyişkən" olan "Vita", yanına da "1000" rəqəmini "yoldaş götürüb", öz mənfəəti üçün minlərlə insanların sağlamlığına zərər verməklə məşğul imiş.

"Jalə"dən başlayıb arada bir adını dəyişərək, dövlət vergisindən "uzaq masada üskük fırladan" hazırkı "AZGRANATA" MMC deyəsən insanların sağlamlığına zərər vurmağı "qarşısına məqsəd qoyub".

O, müxtəlif adlar altında istehsal etdiyi sulardan biri olan və ikibaşlı məna daşıyan "Vita 1000"-in üzərində "istifadədən əvvəl çalxalayın" yazmaqla, videoda gördüyünüz - qutunun bir küncündə toplaşıb qalmış o, iyrənc tullantıları şirəyə yaxşıca qarışdıraraq qəbul etməyimizi tövsiyyə edir.
Ardını oxu...
P.S: Qeyd edək ki, yazını yayımlamadan öncə, istehsalçı şirkətin cavabdeh əməkdaşları ilə əlaqə saxlayıb, mövqeyini öyrənmək istədik, amma telefona cavab verən olmadı.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az
Ardını oxu...
Qubadan olan təsərrüfat sahiblərinin mal-qarası Abşerondakı qışlaqdan oğurlanıb.

Xezerxeber.az-ın məlumatına görə, bu problemin beş ildir ki, davam etdiyi bildirilir. Hadisəni törədən şəxs və ya şəxsləri isə beş ildir ki, tapmaq mümkün olmayıb.

Hər il bu çobanların həm atları, həm də iribuynuzlu heyvanları yoxa çıxır. Bu il də mal-qaranı qışlaqda saxlayan qubalı çobanların başına iş gəlib.

Piriyevlər ailəsi bu il qışlaqdan əliboş qayıdacaqlar. Çünki onların yaylaqdan apardıqları mal-qara oğurlanıb.
Heyvan sahiblərinin sözlərinə görə, onlara ümumilikdə 65 min manata yaxın ziyan dəyib. Oğurluqlara görə aidiyyəti qurumlara da müraciət edilib. Beş ildir ki, silsilə oğurluqlar olmasına baxmayaraq, cinayətkarları tapmaq mümkün olmayıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, sözügedən oğurluqlarla bağlı müvafiq polis orqanında araşdırma aparılır. Əməlləri törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

Ətraflı süjetdə:

 

Ardını oxu...
Bakıda yaşayan Məcidovlar ailəsi "Baku Medical Plaza"dan və əvvəllər burada həkim işləyən Vüsal Mahmudovdan narazıdır.

AFN.az-a açıqlamasında Gülnarə Məcidova bildirib ki, oğlu Məcidov Əkbər 05/06/2021-ci ildə "Baku Medical Plaza"da Vüsal Mahmudov tərəfindən əməliyyat olunub: "Oğlumun ombası anadangəlmə çıxıq olub, serebral iflic idi. Əməliyyat tam uğursuz oldu, biz təkrar apardıq həkimə. Həkim dedi neynəmək olar, belə alındı. İndi də qalmışıq həkimlərdə. Uşağın 16 yaşı var, dediler 20 yaşında yenidən əməliyyat olunmalıdı. Yəni əməliyyat uğursuz olduğu üçün. Bizi də göndəriblər "Rəhimə atəş"də müalicə alır uşaq. Ora çox bahalı yerdir bizim üçün. Üç kurs fizioterapiya olub, amma daha tükənmişik, bundan sonraya imkan yoxdu. Həkim də deyir əgər bu prosedur olmasa, uşaq arabaya məhkum ola bilə.

Əməliyyat üçün Vüsal həkim bizdən 10 min manat istəyirdi, xahiş-minnətlə 8 minə razılaşdıq elədi. Amma əməliyyatın heç bir faydası olmadı, uşaq yenə müalicələrdədir. Vüsal həkimin yanına getdik əməliyyatdan sonra dəfələrlə, bizə sözü bu oldu ki, kənd adamısız, toyuq basdıranda altına 20 yumurta qoyursuz, hamısı çıxırmı? Bizə dedi güclü fizioterapiya lazımdır. Yönləndirdi "Rəhimə Atəş"ə, orda da prosedur çox bahadır. Bir neçə dəfə getdik, sonra çatdıra bilmədik. Mən xadimə işləyirəm, yoldaşım da veterandır, tikintidə fəhlə işləyir, kirayədə qalırıq, çatdıra bilmirik".

"Baku Medical Plaza"dan bildirildi ki, V.Mahmudov artıq orda işləmir, ona görə də məsələyə münasibət bildirmək doğru olmaz.
Ardını oxu...
Yasamal rayonunda yaşayış binası uçmaq üzrədir. Rayonun Şamil Əzizbəyov küçəsində yerləşən istismar müddətini çoxdan başa vurmuş bina hər an dağıla bilər.
Tribunainfo.az yazır ki, bərbad vəziyyətdə olan binada hələ də yaşayanlar var. Binanın bəzi otaqlarının döşəməsi çoxdan uçub. Ancaq sakinlərin getməyə yeri olmdığı üçün belə təhlükəli şəraitdə yaşayırlar. Bina zahirən normal görünsə də, mənzillərdə vəziyyət acınacaqlıdır. Hamam və tualetinin döşəməsi dağılmış mənzillər də var
Sakinlər bildirib ki, dəfələrlə Yasamal Rayon İcra Hakimiyyətinə, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə, Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər. Təhlükəli vəziyyət davam etsə də, hələ heç bir aidiyyəti qurum binaya baxış keçirməyib. Bütün qurumların mövqeyini dinləməyə hazırıq.
 

Ardını oxu...
Elmlər metrostansiyasının yaxınlığında yerləşən “Büyükfırat” restoranında müştərilərə qarşı hörmətsizlik edirlər.

Moderator.az-a daxil olan şikayət məktubunda Hüseyn Hüseynzadə adlı şəxs bu haqda bildirib. O deyir ki, 8 aprel tarixində restorana gedib və hörmətsiz münasibətlə qarşılaşdığı üçün oranı tərk edib.
“Axşam iftar vaxtı olduğu üçün bir çox restoranlarda öncədən yer rezerv etmək lazım gəlir. Elmlər metrostansiyasının yaxınlığında bir neçə restorana daxil olsam da, hamısının rezerv olunduğunu bildirib, iftar vaxtı fəaliyyət göstərəcəklərini bildirdilər. Nəhayət ki, dostumla birlikdə “Büyükfırat” restoranına gəldik. Dönə-dönə soruşdum ki, burada boş yer var? Heç bir yer rezerv deyil ki? Ofisiant əli ilə boş masaları göstərib dedi ki, “harada istəyirsinizsə əyləşin, rezerv deyil”. Az keçmədi ki, yeməkləri sifariş edərkən ofisiant yaxınlaşıb dedi ki, “sizin yarım saat vaxtınız var, bu yer rezerv olunub, xahiş edirik yarım saat ərzində buranı tərk edəsiniz”. Onlara xatırlatdım ki, restorana daxil olanda axı sizdən dönə-dönə soruşdum..? Bir ofisiant dedi ki, rezerv indi gəlib, digəri dedi ki, öncədən rezerv olunsa da yadımızdan çıxıb. Əlbəttə ki, bütün bunlar bəhanə idi. Görünür bizdən də pullu yaxud bizdən də sayca çox müştəri gələcəkdi.. İstehlakçı hüquqlarımızın pozulduğunu dərk etsək də məyus halda restoranı tərk etdik” deyə şikayətçi bildirib.

Mövzu ilə bağlı Azad İstehlakçılar İB-nin sədri Əyyub Hüseynov bildirib ki, bu problemlərə bir çox restoranlarda rast gəlmək mümkündür.
“Çox təəssüflər olsun ki, restoranlar üçün heç bir qaydalar yoxdur. Nazirlər Kabinetinin 94 saylı qərarı var. Yəni menyuların olması məsələsi, Azərbaycan dilində olması və s. Digər məsələlər yoxdur. Restoranlar qaydaların olmamasından sui-istifadə edərək istehlakçılara qarşı böyük özbaşnalıq göstərirlər. Belə hallar neçə illərdir mövcuddur. İstehlakçılara deyirlər ki, üz kontrolu edirik, xoşlarına gəlmirsə buraxmırlar, başqa bir restorandan deyirlər ki, qadınla gəlirsinizsə buraxmırıq, biri deyir ki, üzü dənizə tərəf oturmusansa artıq pul verməlisən, çayxanadan deyir ki, bir çaynik üçün 50 manat verməlisən, mənim verdiyim mürəbbələri də yeməlisən və s. Bu kimi hallar qonaqpərvərliyimizə, turizmimizə ziyan gətirir. Bu illərdir davam edirik. Biz belə məsələləri dövlət orqanları qarşısında qaldırırıq. Deyirlər ki, restoranların öz ərazisidir, özləri bilərlər necə davranırlar. Bu anormal bir vəziyyətdir. Düşünürəm ki, istehlakçı hüquqlarının pozulmasıdır. Sizin dediyiniz mövzuya gəlincə isə öncədən deyilməli idi ki, bizdə yerlər rezerv olunub, filan saatdan sonra qonaqlarımız olacaq bağışlayın. Bu zaman müştəri bilərdi ki, ona uyğundur yoxsa yox?! Lakin bu cür davranmaq istehlakçı hüquqlarının pozulmasıdır. Bunun üçün qanunvericilikdə heç bir qayda-qanun yoxdur. Sizin vasitənizlə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edirik ki, bu özbaşnalıqlara son qoysunlar. Onların adında Dövlət Xidməti, İstehlakçı hüquqlarını qorumaq, bazara nəzarət məsələsi var. İstehlakçılarla bu cür davranan restoranlar boykot olunmalıdır” deyə Əyyub Hüseynov bildirib.
Hüquqşünas Emil Aslanov Moderator.az-a açıqlamasında bildirib ki, istehlakçı kobud şəkildə pozulmuş hüquqlarını bərpa etməlidir.
“İaşə obyektlərində istehlakçıların hüquqları pozulubsa bununla bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət etmək mümkündür. Şikayət nəticəsində həmin hallar araşdırılır. Əgər həqiqətən də iaşə obyektində qanun pozuntusu müəyyən edilərsə, bu halda sözügedən dövlət xidməti bununla bağlı həmin iaşə obyektinin inzibati qaydada cərimə edilməsi ilə bağlı qərar qəbul edə bilər. Əgər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti vətəndaşın hüquqlarını bərpa etmirsə, bu halda vətəndaş məhkəməyə də müraciət etmək hüququna malikdir” deyə hüquqşünas bildirib.
Qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq.

Dünyapress TV

Xəbər lenti