Ardını oxu...
"Son vaxtlar bir çox marketlərdə, özəlliklə də "Oba" marketlərdə ya qiymət yazılmayan, ya da səhv yazılan mallar görməkdən bezdim..

Götürüb gətiririk kassaya, kassir deyir “xanım qiymətlər dəyişilib”... Üzsüzcəsinə adamı da səhv çıxardırlar...

Deyirəm, mən hansı qiymətə görmüşəmsə, o qiymətə də alacam... Deyirlər, sata bilmərik...

Bu marketlərin bu cür dolandırıcılıq hallarını kimə deyək ki, əsəblərimiz sakit qalsın?"

Ardını oxu...

Mənbə: "Müşərinin Səsi" Sosil Qrupu - Müəllif: Azadə Əhmədova
Təqdim etdi: DİA.AZ (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Ardını oxu...
Şahbuz rayon Külüs kənd orta məktəbində müəllimlərin məktəbə aid internetdən istifadəsinə qadağa qoyulub. Bu haqda „Gündəlik Naxçıvan“a bir qrup müəllim məlumat verib. Onların sözlərinə görə, buna səbəb bu ilin əvvəlində müəllimlərdən birinin məktəbdəki pozuntularla bağlı internetdə canlı yayına cəhd etməsi olub. Külüs kəndi dağlıq ərazidə yerləşdiyindən burada mobil internetdən istifadə məhduddur.

Müəllimlər bildirir ki, bu hadisədən sonra məktəbin direktoru Nicat Abdullayev internetə giriş şifrəsini dəyişib, hamıdan gizli saxlayır. Şikayətçilər deyir ki, hazırda o, məktəbə aid olan interneti özü tək işlədir:

“Məktəbdə çoxlu problemlər var. Onlardan ən əsası da suyun olmamasıdır. Bu səbəbdən, ötən il qışda valideynlərin bir qismi uşaqlarını məktəbə buraxmırdı. Bununla bağlı canlı yayıma cəhd edilsə də, imkan verilməmişdi. Buna baxmayaraq, valideynlər məktəbdəki problemlərlə bağlı mətbuata məlumat ötürmüşdülər. Elə, o vaxtdan direktor heç kimə məlumat vermədən məktəb internetinin şifrəsini dəyişib. Məktəbdə internetdən yalnız özü istifadə edir”.

Müəllimlər deyir ki, məktəbdə internetin qadağan olunması dərsin keyfiyyətinə də təsir edir:

“Bu gün həyatı internetsiz təsəvvür etmək mümkün deyil. Məktəblərdə həm müəllimlərə həm də şagirdlərə internet lazımdır. Demək olar ki, bütün dərs vəsaitlərinin hamısı orada var. Nəyisə dəqiqləşdirmək, öyrənmək və operativ məlumatlar üçün hər zaman internetin olmasına ehtiyac var. Direktor isə, neqativ halların çəkilib yayılmaması üçün kollektivi internetsiz qoyub.”//„Gündəlik Naxçıvan“
 
Ardını oxu...
İcra başçısının səlahiyyətləri əlindən alındı: Sumqayıtın icra başçısı Zakir Fərəcovla iş adamları arasında qalmaqal davam edir. JAMAZ.İNFO xəbər verir ki, icra başçısı 2016-cı ildən bəri borclu olduğu sahibkarlara 10 milyon manatdan çox pulu verməkdən imtina edir.

Həmin müddətdən bəri iş adamlarını qorxutma, həbs etdirmə, ələ alma cəhdləri də bir işə yaramır. Çünki onlar pullarını tələb etmək üçün rəsmi qurumların hamısına müraciət ediblər. Hətta hüquq mühafizə orqanlarından birində edilən şikayətə əsasən, araşdırma belə başlayıb.

Qeyd edək ki, Fərəcov bu ilin fevralında sahibkarlarla görüşərək, onların borclarını qaytaracağı barədə vəd verib. Amma bir istəyinin olduğunu deyib. Belə ki, o, sahibkarlarla İcra Hakimiyyəti arasında razılaşmanın yazılı olmasını və bunun “zəmanət məktubu” şəklində tərtib edilməsini bildirib. Yəni, sahibkarlar notarial qaydada sənədə imza atırlar ki, Zakir Fərəcov onların pullarını qaytarıb. Əvəzində isə şifahi razılaşma əsasında pulun hissə-hisə qaytarılması vəd edilib.

JAMAZ.İNFO-ya verilən məlumata görə, fevralın 22-də sahibkarlar bəziləri Fərəcovun şirin vədlərinə aldanaraq, bir qismi isə pullarını almaq üçün həmin sənədi imzalayıblar. Lakin bir gün sonra məlum olub ki, Sumqayıtın icra başçısı imzalanmış sənədi yuxarı instansiyalara göndərərək, onun kimsəyə borcu olmadığını bildirib və sahibklarların ona şər atdığını iddia edib. Bunun ardından sənədə imza atmış sahibkarlar dərhal noitarius vasitəsi iə imzaladıqları sənədi ləğv etdirib, onun etibarsız olduğunu təsdiqləyiblər.

Məlumatda deyilir ki, “zəmanət məktubu” qalmaqalı da buradan başlayıb. Rəsmi qurumlara göndərilən sahibkarlar tərəfindən müraciətlərdə qeyd edilib ki, Fərəcovun təqdim etdiyi “zəmanət məktubu” qüvvədən düşüb və onun heç bir qanuni əsası yoxdur. Hətta dövlət qurumları məsələni aydınlaşdırmaq üçün iş adamları ilə də görüşüb. Orada da təsdiqlənib ki, Fərəcov yuxarı instansiyaları aldadıb.

Gələn xəbərə görə, Sumqayıtın icra başçısı “zəmanət məktubu” hadisəsindən sonra yuxarıların etimadını itirib. Bu sahibkarların pullarının verilməsi ilə birbaşa bağlı olmayıb. Əsas məsələ Fərəcovun yuxarıları aldatmaq cəhdinin üzə çıxmasıdır. Elə bu səbəbdəndir ki, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Sumqayıt səhiyyə və təhsilində apardığı monitoprinq zamanı üzə çıxardığı milyonluq yeyinti faktlarını Fərəcov “nizama” sala bilməyib. Hətta “sağ əli” Gündüz Əliyevin adını belə istintaq materiallarından çıxarmaq üçün baş vurduğu bütün instansiyalardan rədd cavabı alıb.

Amma “zəmanət məktubu” oyunu Zakir Fərəcovu təkcə, dalana dirəməyib. Həm də ona etimadsızlığı ən pik həddə çatdırıb. JAMAZ.İNFO-ya verilən məlumatlara görə, Fərəcov və komandasından birmənalı olaraq tender işlərinə qarışmamağ tələb olunub. Həmçinin dövlət xətti ilə Sumqayıt İcra Hakimiyyətinə ayrılmış vəsaitlərin idarə olunması, yenidənqurma, təmir və bərpa işlərinə yalnız fizikio nəzarət edə biləcəkləri deyilib. Nə tenderə, nə bərpa, nə də bu qəbildən olan işlərin maliyyə hissəsinə toxunmaları da yasaqlanıb.

Gələn xəbərlərə görə, bu hallardan sonra Fərəcov ətrafını başına yığaraq, icra başçısı vəzifəsinin formal olduğunu, heç nəyə qarışa bilmədiyini, sərəncam hüququnun olmadığını deyib. Adamlarına bildirib ki, bundan sonra nə baş verəcəyinə cavabdeh olmamaqla yanaşı, həm də kimsəyə kömək edə bilməyəcək. Üstəlik, əsas adamları olan Gündüz Əliyev və Adil Xudadatovu “zəmanət məktubu” məsələsini ortaya atdıqlarına görə ağır formada tənqid edib.

Deyilənlərə görə, Fərəcov səlahiyyətsiz qalmaqla bərabər, işdən çıxarılması barədə sərəncamını da gözləyir. Hətta onun vəzifədə qalması üçün xahişə gedənlərə də bildirilib ki, Fərəcov məsələsinə qarışmasınlar. Çünki o, özünü “yandırıb”.

O da deyilir ki, hazırda Fərəcovun əsas qorxduğu məsələ həbs oluna biləcəyi ilə bağlıdır. Onun keçmiş həmkarlarının başına gələnlərdən sonra bu qorxularının daha da artdığı vurğulanır. Hətta bir neçə dəfə yaxın ətrafı ilə “Kalyon” restoranında söhbəti zamanı da dilə gətirib ki, heç kimə etibar yoxdur. Günün birində istədikləri adamı həbs edə bilərlər.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Bildiyimiz kimi Sahil Babayev Rafik oğlu 2018 ci il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirir təyin edilib.O nazir kimi fəaliyyətə başladığı bir gündən bu günə qədər cəmiyyətdə sosial bərabərsizliyin pozulması istiqaəmətində meyilliliyi gücləndirir.
Nəzərə alsaq ki,Azərbaycanda əmək bazarında əmək haqqı onsuzda aşağı səviyyədədir.Pensiyaçıların və təqaütçülərin aldığı təqaüd günün tələbləri səviyyəsinə cavab vermədiyi bir vaxt da, adı gedən qurumda kifayət qədər neqativ faktorlar hökm sürür.
Artıq bir xeyli vaxtdır ki,Qarabağ müharibəsi döyüşçülərinin,qazilərin əlillik dərəcəsi almaq və əliliyə görə onlara verilən pul məbləğinin problemi mətbuatın və sos1al şəbəkələrin əsas mövzularından birinə çevrilib.Qazilərin bir çoxu VTEK-lərdən,Həkim əmək Tibbi Ekspert Komissiyası tərəfindən əlillik dərəcəsi ala bilmirlər.
Görəsən nə zamana kimi Sahil Babayev kimiləri tərəfindən qazilərə qarşı haqsızlıq davam edəcək.Bu gün qazilərimizə dəstək olmuruqsa,demək adi vaxtlardada qazilərimizə və şəhid ailələrimizə sərgilədiyimiz sayğıda sünidir.Nədən dövlət məmurları ayda altı-yeddi min manat əmək haqql alırlar.Vətənin ərazi bütövlüyü uğurunda öz sağlamlığını itirmiş qazilərə isə 80 manat verilir.Görəsən bu cür yanaşma,bu bərabərlik hansı prizmadan qaynaqlanır.
Bu gün Sahil Babayevin rəhbərlik etdiyi nazirlikdə xoşagəlməz hallar günü-gündən artmaqda davam edir.
Bu gün Sahil Babayevin öz işinin günün tələbləri səviyyəsində qura bilməməsi insanların haqlı narazılığına səbəb olur. Narazılığa isə səbəb yaradan amil Sahil Babayevin erməni xislətli olmasıdı.Etibarlı mənbələrdən verilən məlumatlara görə Sahilin nənəsi Luiziya Minsoyan əslən erməni sakini olub,qəbri isə Bərdə rayonundadı.Təbii ki,nənəsi erməni olan bir şəxs bu dövlətə,xalqa vicdanla xidmət edə bilməz.
DÖVLƏTİMİZİ VƏ XALQIMIZI ŞƏHİDLƏRİN QARŞISINDA XƏCALƏTLİ OLMAQDAN QURTARIN.
80 MANAT ÖDƏNİŞ YALNIZ RƏMZİ XARAKTER DAŞIYIR.
80 MANATIN BUGÜN Kİ, QİYMƏTLƏRLƏ HEC BİR DƏYƏRİ YOXDUR!
Sima Babayeva
QEYD: Özümdə Qarabağ əlili olduğum üçün ƏƏSM nazirliyinin əlillərin başına gətirdiyi oyunların şahidiyəm. Belədə bu gün özünü yandıran, intihar edən əlillərin sayını yada salanda adamı dəhşət bürüyür. Çünkl onların böyük əksəriyyəti bu nazirliyin və kuluarlarda gəzən söhbətlərə görə bir başa nazirin əmri ilə həyata keçirilir!
TEREF: Xocanın Blogu
Səhifəmiz hər kəsin üzünə açıqdır...
 

Ardını oxu...
Azərbaycan Prezidenti İlham Əliyev 9 Noyabr – Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib.

Dövlət başçısı Azərbaycan bayrağının təsvir olunduğu şəkli “X” sosial şəbəkəsində paylaşıb.

Ardını oxu...
Xətayi rayonundakı 98 saylı MKİS də var, onun rəisi Taleh Mirzəyev ad soyadlı rəisi də. Təəssüf ki, Taleh bəy vətəndaşa xidmət göstərmək, qayğısına qalmaq əvəzinə qonşular arasında konflikt yaradıb sonra da bundan bəhrələnmək üzrə “ixtisaslaşıb”. Adam hər hansı problemi yoluna qoymaq əvəzinə yanan ocağa, necə deyərlər, benzin tökməklə məşğuldur.
Şikayətçi Laləzar Hüseynovanın dediklərindən aydın olan budur. Redaksiyamıza təşrif gətirən bu xanım onkolji xəstəlikdən əziyyət çəkir. Onu bu qədər yolu gəlməyə vadar edənlərin vicdanı sızlamasa da bizi xeyli narahat elədi.
Laləzar Həsənova Köhnə Günəşli yaşayış massivində, İnqilab İsmmayılov küçəsindəki 30 saylı binada olan 3 nömrəli mənzilini xəstəliyi səbəbindən satmaq məcburiyyətində qalır. Mənzili satıb müalicəsinə xərcləyən laləzar beləcə qalır yurdsuz-yuvasız. Hələ mənzildə yaşadığı müddətdə blokun girişindəki piiləkənaltı sahəni sahmana salıb qapı qoyduran Laləzar xanım ora müəyyən əşyalar yığıbmış. Təbii ki, həmin sahə heç kimə məxsus olmadığından mənzil satıldıqdan sonra da Laləzar xanım həmin sahədən istifadə etməkdə davam edir.Onun vəziyyətini başa düşən, insanlıq naminə bu sahədən istifadə etməsinə şərait yaradan MKİS-in keçmiş rəisi Aftandil Novruzov da susur. Amma bu mənzilin təkrar satılmasına qədər çəkir. Təxminən 1 ay bundan əvvəl mənzilə yeni sakin köçür və qonşu Aydın ismayılov onu inandıra bilir ki, sən demə Laləzarın anbar kimi istifadə etdiyi sahə onun olmalıdır. Mənzilin yeni sahibi də eləmə tənbəllik, Aydın ismayılov və onun oğlu ilə birlikdə anbarın qapısını sındıraraq içəridək avadanlıqları, əşyaları damadağın edir. Bu hadisədən xəbər tutan Laləzar Həsənova gələrək ona məxsus əşyaların yerində olmadığını grdükdə mənzilin yeni sahibindən əşyalarını tələb edir. “Qara məni basınca mən qaranı basım” prinsipi ilə hərəkət edən sakin isə dərhal 98 saylı MKİS-in rəisi Taleh Mirzəyevə müraciət edir. Yeni sakinlə məsələnin həll yolu kimi Laləzar Həsənovadan tələb edir ki orada nəyin varsa götür, get. Amma Laləzar xanımın nəyi götürə biləcəyini heç aydınlaşdılrmaq belə istəmir. Adam Laləzar xanımı dinləmir belə. Dinləsəydi başa düşərdi ki, indi orada heç nə yoxdur.Şünki mənzilin yeni sahibi və qonşu Aydın İsmayılov qapını sındıraraq əşyaları aparıblar. Məcburiyyət qarşısında qalan Laləzar Həsənova vəziyyəti belə görüb Xətayi Rayon Polis İdarəsinə müraciət etməli olur. Laləzar xanım heç də həmin yerə iddialı deyil. Adam sadəcə oradakı əşyalarını tələb edir və bu məsələdə haqlıdır. Biz də inanırıq ki, Xətayi Rayon Polis İdarəsində onun bu haqlı şikayəti və tələbi həllini tapacaqdır. Lakin MKİS-ə yenicə gələn və hələ oturduğu yeri isinməyən Taleh Mirzəyev bu üsulla işləsə o binada, daha doğrusu 98 saylı MKİS-in ərazisində şox belə qovğalar yaşanacaqdır.Görünən budur.
Aktualxeber.az

Təqdim etdi: DİA.AZ (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Ardını oxu...
"Laçının ən ucqar ərazilərində fermalar var, artıq heyvandarlıq inkişaf etdirilir. Amma, kimindir bilinmir"
Bu fikirləri Kanal 13-ün efirində çıxışı zaman təhsil eksperti Arif Gürşadoğlu bildirib.
"Laçına qayıdan insanlara heyvandarlıq, arıçılıq və balıqçılıqla məşğul olmağa icazə verilmir. Amma, kimə aid olduğu bilinməsə də, hər 3-də artıq Laçında var. Məqsəd insanların Laçına qayıdışının qarşısını alıb, o ərazilərə istədikləri kimi sahib olmaqdır"-deyə, o əlavə edib.
Kanal13​

Daha ətraflı aşağıdakı videoda:

QEYD: Laçından artıq neçənci şikayətdirbloqumuzda dərc edirik. Hər halda ölçü götürülər...
Teref.az
Xocanın bloqu
 
Ardını oxu...
Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasət qeyri-neft sektorunun inkişafına əhəmiyyətli təkan verməkdədir. Bu mənada aqrar sahənin inkişafı xüsusilə diqqət mərkəzindədir. Belə ki, ərzaq təhlükəsizliyinin təmini, regionlarda kənd təsərrüfatının inkişaf etdirilməsi bu sahədə dövlətimizin əsas prioritetlərdən sayılır. Bu məqamda vurğulamaq yerinə düşər ki, ölkənin etibarlı ərzaq təminatına nail olunmasında taxılçılıq strateji əhəmiyyət daşıyır.Qərb bölgəsində yerləşən rayonlarda fermerlərin və torpaq mülkiyyətçilərinin payız səpinini davam etdirdiyi bir vaxtda məqsədyönlü olaraq bölgədə bir aydan artıq vaxtır ki sünii olarq,enerji böhranı yaradılıb.
Azərbaycan ərazisində neft məhsullarının alqı-satqısını təşkil etmək, çoxsahəli nəqliyyat infrastrukturuna, beynəlxalq standartlara uyğun, keyfiyyətli təchizat xidmətini həyata keçirirmək üçün məsuliyyət daşıyan “SOCAR Petroleum” Qapalı Səhmdar Cəmiyyəti Gəncəbasarda bu “enerji böhranını” hansı məqsədlə yaratması başa düşülən deyil.
Bu haqda DünyanınSəsi.Az saytına bir qurup sahibkarın göndərmiş olduqları şikayətdə qeyd edilir.
Belə ki, əvvəllər Gəncəbasar bölgəsinin sahibkarları Yanacaq Doldurma Məntəqələrinə benzin və salyarka məhsullarını Gəncə paylayici neft bazasindan alıb daşıyardılar.
Bir aydır ki, “SOCAR Petroleum” Gəncə Neft terminalının fəaliyyətini qismən olaraq dayandırıb. Məhz buna görədə onlar yanacaq alıb sata bilmirlər.Sahibkarlara şirkətdən bildiriblər ki, yanacaq ticarəti ilə məşğul olmaq istəyirsinizsə yanacaq daşıyan avtomobillərinizlə paytaxt Bakıda yerləşən 1 saylı neft terminalına gəlməlisiniz.
Buda iqtisadi cəhətdən nə ,nə də ki, kənd təsərrüffatı ilə məşğul olan fermerlərə səmərəli deyil.
Onun üçündə sahibkarlar ya müştərini satışda aldatmalı ya da ki, benzinin süni olaraq qiymətini qaldırmalıdırlar.
“SOCAR Petroleum” QSC -nin rəhbərliyi bölgələrdə ki, neft terminallarına az yanacaq məhsulu göndərməsi eləcə də özlərindən asılı etməsi bölgədə ciddi narazılığa səbəb olub.
1) Ya ölkə ərazisində monapoliya yardıb bu sahəni özlərinin tam inhisarına almaq ;
2) Ya da ki, məqsədyönlü şəkildə payız mövsümündə aqrar sektorda vəziyyəti qəsdən ağırlaşdırmaq;
Amma qanunla özəl Yanacaq Doldurma Məntəqələrini enerji məhsulları ilə təmin etmək “SOCAR Petroleum” QSC -nin üzərinə düşür.

Hal-hazırda ölkə ərazisində ancaq “SOCAR Petroleum” QSC-nin YDM-ləri fəaliyyət göstərir. Amma bölgələrdə ki,vəziyyət ürəkaçan deyil. Onlar da bildirirlər ki, elə kəndlərimiz var ki, rayon mərkəzinə uzaq olduğundan sürücülər məcburiyyət qarşısında qalıb rayon mərkəzlərində olan “SOCAR”ın Yanacaq Doldurma məntəqələrinə üz tutmalı olrlar.
Həm də bu böhranın dağ və aran rayonlarında arpa-buğda əkinin sona yaxınlaşdığı bir dövürə təsadüf etdiyindən texnikaları yanacaqla təmin edilməsində də ciddi problemlərə gətirib çıxaracağı heç kəsdə şübhə doğurmaya bilməz.

***

Redaksiya olaraq inaırıq ki,”SOCAR Petroleum” QSC-nin rəhbərliyi eləcə də aidiyatı olan dövlət qurumları Gəncəbasarda süni olaraq yardılan bu yanacaq böhranına son qoymaqla sahibkarların səsləndirdiyi problemləri dərhal aradan qaldıracaqlar.

Sahibkarların qeyd etdikləri şikayətlə bağl qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

Dünyanınsəsi.Az

Ardını oxu...
"Azəriqaz" rəhbərliyinin özbaşınalığından dəfələrlə yazılıb. Amma nə xeyri? adamlar özlərini `Bağdadın KOR XƏLİFƏSİ` zənn edirlər...

İstədiklərini edirlər. Saxta piarlar hesabına gözə kül üfürürlər. Dəstəkçi mediaları da `Azəriqaz" rəhbərliyinin qanunsuz əməllərini ancaq ört-basdır edir. Şikayətləri, şikayətçiləri görən yoxdur....

Bu dəfə bir şikayətçinin qeydini təqdim edəcəm. Şəhid bacısı Jalə Sadıqova...

Ardını oxu...

Şəhid bacısı Jalə Sadıqova Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlıya müraciətində qeyd edir: "Maaş heç. Məni Şəmkir Regional Qaz İstismarı İdarəsinin rəhbərliyi şəhid bacısı olmama rəğmən işdən çıxarıv. Mənimlə yenidən müqavilə bağlamadılar. Səbəbi soruşmaq istəsəm də, nəinki sualıma cavab vermədilər, məni heç qəbul da emədilər..."

Hər halda, bu fakt yetərlidir ki, `Azəriqaz`ın bu vaxta qədər ay nə bilim "Şəhid ailələrinə belə qayğı göstəririk" kimi ifadələrinin quru təbliğat xarakterli olduğunu söyləyəsən...

DİA.AZ (Ərsoyun Blog'u)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
 
Ardını oxu...
Qazax RİH başçısı Rəcəb Babaşovun Qazax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin "Qazax şəhərində abadlıq işləri" ilə bağlı elan etdiyi tenderin qalibi açıqlanıb.

32gun.az xəbər verir ki, müsabiqənin qalibi "Göygöl Tikinti" MMC olub. Tərəflər arasında 972.101,69 AZN-lik müqavilə imzalanacaq.

Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan "Göygöl Tikinti" MMC-nin qanuni təmsilçisi Anar Tağıyev Əhməd oğludur.

Xatıladaq ki, Qazax RİH başçısının Qazax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ötən il Qazax şəhərində abadlıq işləri" ilə bağlı elan etdiyi tenderə görə, qalib şirkət "AZƏRTRANSS" MMC-yə 229.937,3 AZN ödəyib.

Qazax RİH başçısının Qazax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Akif Vəliyevdir.
 

Dünyapress TV

Xəbər lenti