Ardını oxu...
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan bəzi ərzaq mallarından lazım olan analizləri götürmür, onları laborator müayinədən keçirmir, idxalçılar arasında ayrı-seçkilik salınır.

Bu iddia ilə Bakupost.az -a bir qrup sahibkar müraciət edib.

Əsasən kartof ticarəti ilə məşğul olan sahibkarlar bildirirlər ki, 2101249451 VÖENLƏ vergi qeydiyyatında olan Şirvan Aqropark MMC-nin idxal etdiyi məhsullar Qida Təhlükəsizliyi Agentliyinin gözündən yayınır.

Sahibkarlar qeyd edirlər ki, onlar hər yük maşınına 750-800 manat yoxlama pulu ödədiyi halda Şirvan Aqropark MMC-nin ideal etdiyi hər maşın mallara yalnız 25 manat sertifikat pulu ödəyir.

Sahikarlar Hesablama Palatasının məsələni araşdırmasını xahiş ediblər:

“Bizə inanırlarsa, gedib yoxlama aparsınlar. Görsünlər, onlar son bir ildə AQTA-nın müvafiq yoxlamalarına nə qədər pul ödəyiblər. Müəyyən rüsum AQTA rəhbərliyinə ödəməklə işlərini görürlər, bununla da dövlət büdcəsinə ödənişdən yayınırlar. Xaricdən məhsul gətirəndə, PCR, QMO, ağır metallar, bütöv sanitar analizləri götürülür. Bunların da qiymətləri müxtəlifdir. 1 TIR karfofa ortalama 600-700-750 manat pul çıxır. Biri 155, biri 203 manat və s.dir. Şirvan Aqropark MMC-nin məhsullarından heç bir analiz götürülmür”.

Məsələ ilə bağlı AQTA-ya sorğu ünvanladıq.

Qurumdan Bakupost.az –a bildirildi ki, ölkəmizə idxal olunan bitki və bitkiçilik məhsulları, o cümlədən sözügedən subyekt tərəfindən idxal olunan məhsullar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan risk qiymətləndirmə nəticələrinə əsasən, laborator müayinələrə cəlb edilir:

“Həyata keçirilən ekspertizalara görə ödənilən xidmət haqqlarının məbləği Azərbaycan Repsublikası Nazirlər Kabinetinin 2020-ci il 25 avqust tarixli 307 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fitosanitar tədbirlərinə və dövlət fitosanitar xidmətlərinə görə xidmət haqqının məbləğləri”nə əsasən, tənzimlənir.

Ölkəmizə idxal olunan qida və yem məhsullarına, o cümlədən qida məhsulları ilə təmasda olan mal və materiallara idxal sağlamlıq aktının verilməsinə görə dövlət rüsumunun məbləği (25 manat) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilib”.
 
 

 


Ardını oxu...
Azərbaycanda icbari tibbi sığorta haqlarının artırılması təklif edilir. Bu günlərdə millət vəkili Rəşad Mahmudov bildirib ki, icbari tibbi sığorta üçün yığımların artırılmasına ehtiyac var. Çünki Türkiyədə bu rəqəm 12 faizdir.
"Bizdə də ən azından bir faiz artırmaqla səhiyyəmizin bir sıra problemlərini həll edə bilərik. Beynəlxalq mühitdə imicimizə zərbə vuran bir məsələ var. Bu, bəzi nadir xəstəliklərin dövlət proqramına salınmamasıdır. Düzdür, ötən il kistoz fibroz salındı, lakin əlavə iki-üç xəstəlik var ki, onlar da dövlət proqramına salınmalıdır" - R.Mahmudov deyib
Amma deputatın bu fikri birmənalı qarşılanmır.
"Yığımları artırmaqdansa, vəsaiti səmərəli xərcləmək lazımdır"
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Müşfiq Məmmədli Sputnik Azərbaycan-a bildirib ki, icbari tibbi sığorta yığımlarının artırılmasındansa, bu vəsaitin səmərəli istifadəsinə fokuslanmaq lazımdır. Onun fikrincə, səhiyyədə effektiv idarəetməni təşkil etmədən, icbari tibbi sığorta yığımlarının artırılması barədədə düşünmək tezdir.
M.Məmmədli bildirir ki, ancaq icbari tibbi sığortanın mexanizmi tam işlək vəziyyətə gəldikdən sonra bu barədə fikirləşmək olar: "İqtisadiyyatda aparılan islahatlar nəticəsində vergiyə cəlb olunan isqtisadi fəaliyyət növlərinin də sayı artır. Bu isə şəffaflığı artırır. "Tibbi sığorta haqqında" qanuna son dəyişiklikdən sonra onsuz da icbari tibbi sığorta yığımı vəsaitlərinin kifayət qədər artımı nəzərdə tutulur. Mənim fikrimcə, hazırki icbari tibbi sığorta faizi qənaətbəxşdir. Çünki, icbari tibbi sığorta faizləri müəyyənləşərkən əhalinin də sosial vəziyyəti nəzərə alınır".
İcbari tibbi sığorta haqları keyfiyyətin yüksəldilməsinə yönəldilməlidir
İqtisadçı Natiq Cəfərli də Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, icbari tibbi sığorta yığımı faizlərini artırmaq yox, yığılmış vəsaitin daha səmərəli istifadəsi, eləcə də bu vəsait qarşılığında göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi barədə düşünmək lazımdır:
"Çox təəssüf ki, bizim deputatlar keyfiyyət dəyişikliyinin vacibliyindən danışmaq əvəzinə, qiymət artımının, verginin artırılmasını təklif edirlər. Nəzərə almaq lazımdır ki, baha xidmətin yüksək də keyfiyyəti olmalıdır. Amma bu gün vətəndaşların böyük əksəriyyəti icbari tibbi sığorta zərfinə daxil edilmiş tibbi xidmətlərdən bəhrələnə bilmirlər. Ümumiyyətlə icbari tibbi sığorta zərfi çərçivəsində göstərilən tibbi xidmətlərdən xeyli sayda məlumatsız insan var. Məlumatı olanlar isə xidmət səviyyəsi aşağı olduğundan icbari tibbi sığorta haqqı ödəsə də bəhrələnə bilmir".
Ekspertin sözlərinə görə, bundan başqa, icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin sahəsi çox dardır. Bu da vətəndaşlara əlavə problem yaradır:
"İnsanlar laborator xidmətlərdən tutmuş, diaqnostika və müalicəyə qədər keyfiyyətli tibbi xidmət üçün özəl tibb müəssisələrinə müraciət etməli olurlar. Çünki, söhbət sağlamlıqdan gedir. Bir sıra cərrahi əməliyyatlar var ki, onları icbari tibbi sığorta qarşılamır. Ona görə də, ancaq bu sadalanan problemləri həll etdikdən sonra icbari tibbi sığorta yığımlarını artırmaq olar".
N.Cəfərli deyir ki, icbari tibbi sığorta yığımlarının artırılması vergilərin artırılması deməkdir:
"Deputatlar da anlamalıdırlar ki, istənilən icbari yığım vergi növüdür. Bu faktiki olaraq vergilərin artırılmasıdır ki, bu da hazıirki iqtisadi durumda məqsədəuyğun deyil".
İqtisadçının fikrincə, İcbari Tibbi Sığorta Agentliyi icbari tibbi sığorta yığımlarının xərclənməsi ilə bağlı ictimaiyyətə geniş açıqlama verməlidir. Vergi ödəyiciləri bilməlidir ki, yığımlardan nə qədəri onların sağlamlığının qorunmasına, nə qədəri inzibati xərclərə yönəlib. Çünki, əksər hallarda toplanan vəsaitlər inzibati xərclərə daha çox yönəlir:
"Binanın saxlanılması, avadanlıqların alınması, iş yerlərinin açılması və avtomobillərin alınmasına daha çox xərclənir, nəinki vətəndaşlara. Bununla bağlı qurum ciddi audit hesabatı verməlidir ki, toplanan vəsaiti hansı formada xərcləyib".
İcbari tibbi sığorta haqları artırılsa, qeyri-leqal işləyənlərin də sayı artacaq
Həmsöhbətimiz onu da əlavə edib ki, icbari tibbi sığorta haqlarının artırılması, qeyri-leqal işləyənlərin sayını da artıra bilər. Halbuki, dövlət bütün biznesin kölgə iqtisadiyyatından çıxaraq leqallaşmasına çalışmalıdır.
"Səsləndirilən təklif isə kiçik və orta sahibkarlığı kölgə iqtisadiyyatına itələmək deməkdir. Belə halda insanlara işləmək sərf etməyəcək. Yaxud da onlar öz dövriyyələrini gizlətməyə çalışacaqlar. Stimullaşdırma isə əks istiqamətdə olmalıdır ki, iş adamları, kiçik sahibkarlar öz fəaliyyətlərini tam leqallaşdırmağa can atsınlar. Bu təklif hazırda vətəndaşlara bunun əksini təşviq edir" - ekspert deyib.
Əhalinin icbari tibbi sığorta üçün ödədiyi vergi nəyə xərclənir?
İcbari Tibbi Sığorta Agentliyindən Sputnik Azərbaycan-a bildirdilər ki, İcbari tibbi sığorta fondunun 2023-cü il büdcəsinin gəlirləri 2 393 243 970,0 manat, xərcləri 2 393 243 970,0 manat məbləğində təsdiq edilib. 2023-cü ildə icbari tibbi sığorta fondunun gəlirlərinin 1 263 820 170,0 manatı dövlət büdcəsindən ayırmalar, 1 134 108 420,0 manatı əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması, 129 711 750,0 manatı səhiyyə sahəsində dövlət proqramlarına və tədbirlərə ayrılan vəsait, 764 665 340,0 manatı isə işəgötürən və işçi tərəfindən icbari tibbi sığortadan formalaşıb. İcbari tibbi sığorta fondunun 2023-cü il büdcəsinin xərcləri isə 2 241 239 633,0 təsdiq edilib.
"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxsin Aparatının saxlanma xərcləri 31 500 000,0 manata, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin saxlanma xərcləri isə 30 000 000,0 manata başa gələcək. İcbari tibbi sığorta ödənişləri və dotasiya məbləği, cəmi 1 803 778 570,0 manatdır. Dərman, sarğı ləvazimatının və materiallarının alınması xərcləri 128 000 000,0 manatdır. Səhiyyə sahəsində dövlət proqramlarına və tədbirlərə ayrılan vəsait 129 711 750,0 manat təşkil edir.
"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxsin və "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin maddi-texniki bazasının, kadr təminatının və digər xərclərin maliyyələşdirilməsi üçün174 809 683,0 manat xərc müəyyənləşib. Sığorta ehtiyatları 81 904 337,0, yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinin bir hissəsinin maliyyələşdirilməsi xərcləri 70 000 000,0, bank xərcləri 100 000,0 manat təsdiqlənib.
İcbari Tibbi Sığorta Agentliyindən sorğumuza cavabda o da bildirilib ki, 2022-ci ildə İTS-nın tətbiqi ilə bağlı xərclərin maliyyələşməsinə 1302891,44 min manat vəsait sərf olunub. Bu vəsaitin 1211940,39 min manatı dərman sarğı materiallarının alınmasına xərclənib. İTS-nin tətbiq edildiyi ərazilərdə tibb müəssisələri üzrə xərclərin 90 951,05 min manatı TƏBİB-in tabeliyinə verilmiş tibb müəssisələrində göstərilməsi mümkün olmayan ixtisaslaşdırılmış tibbi xidmətlərin özəl və təsərrüfat hesablı dövlət tibb müəssisələrində göstərilməsi üzrə sığorta ödənişlərinin payına düşür.
Artıq bərbərlər, rəqqaslar, dərzilər də icbari tibbi sığorta haqqı ödəyir
Xatırladaq ki, "Tibbi sığorta haqqında" qanuna təklif olunan son dəyişikliklə, toylarda, şənliklərdə və digər təbirlərdə aparıcılıq, çalğıçılıq və rəqqaslıq və digər oxşar fəaliyyət, məişət avadanlığı təmiri ilə məşğul olanlar, çəkməçi, dərzi və bərbər fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən icbari tibbi sığorta haqqı "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" alınarkən ödəniləcək.
Həmçinin Azərbaycan ərazisində fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən fiziki şəxslər, yəni mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə ölkə ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər tərəfindən icbari tibbi sığorta haqqı "Fərqlənmə nişanı" alınarkən ödəniləcək.
Beləliklə, bu sənədin qəbulu ilə bu kateqoriyadan olan fiziki şəxslər minimum əməkhaqqının 4%-i miqdarında (12 manat) məbləğ ödəməklə icbari tibbi sığortanın xidmətlərindən bəhrələnə biləcəklər.
Məlumat üçün onu da bildirək ki, hazırda icbari tibbi haqları ilə bağlı tələb olunan məbləğ əhalinin sosial statusuna görə fərqlidir.
Kimlər icbari tibbi sığorta haqqı ödəməkdən azaddır?
Muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər istisna olmaqla hər kəs icbari tibbi sığorta haqqı ödəməkdən azaddır. Onların sığortahaqları dövlət büdcəsi hesabına ödəniləcək.
Digər şəxslər üçün icbari tibbi sığorta haqqı nə qədərdir?
Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq.
Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulur.
Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər aylıq gəlirlərinin 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəyəcəklər.
Vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər minimum aylıq əməkhaqqının 4 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəməlidirlər. Bu məbləğ hər ay üçün hesablanır və sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı halda vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar) icbari tibbi sığorta haqqı ödəməkdən azaddır.
Məlumat üçün onu da əlavə edək ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilən "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi"nə 794 sayda yeni tibbi xidmət əlavə edilib. Nəticədə Xidmətlər Zərfindəki tibbi xidmətlərin sayı 3 344-ə çatdırılıb. Bu xidmətlərin 33-ü invaziv radioloji, 43-ü ambulator, 200-ü laborator, 522-si isə stasionar tibbi xidmətlərdir. Yeni xidmətlər sırasına vətər, əzələ, sümük iliyi, böyrək və qaraciyər transplantasiyası əməliyyatları da əlavə olunub. //Sputnik Azərbaycan//
QEYD: Düzələr ya düzəlməz falına baxmalı olacağıq deyəsən....
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
 

Ardını oxu...
Bu ilin aprelində prezident fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sərbəst vəsaitlərindən istifadə qaydaları bəlli olmuşdu. Sərbəst vəsait deyərkən, fondun gəlir və xərcləri arasında qalan müsbət qalıq nəzərdə tutulur. İşçi və işəgötürənlər hər ay əmək haqlarının bəlli bölümünü bu fondlara ödəyirlər. Beləcə, həmin fondun vəsaitləri formalaşır və bu vəsaitlər sosial ödənişlərə xərclənir. Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi ilə bağlı rəyində indiyədək fondun vəsaitlərinin necə investisiya edildiyi ilə bağlı göstəricilər açıqlanıb.

Açıqlanan rəqəmlərə görə, bu ilin əvvəlinə fondda formalaşmış sərbəst vəsaitlərin 57.3 faizi, yəni 600 milyon manatı investisiyalara yönəldilib. Həmin vəsaitin 30 milyon manatı (5 faizi) banklarda açılmış depozit hesablara, 403 milyon manatı (67 faizi) dövlət zəmanətli istiqrazlara və 167 milyon manatı (28 faizi) uyğun qiymətli kağızlar üzrə əks-repo əməliyyatlarına yönəldilib.

İnvestisiyalar nə qədər gəlir gətirəcək?
DSMF-nin banklarda yerləşdirdiyi 30 milyon manatlıq depozit iki bankın payına düşüb. Hesablama Palatası hesablayıb ki, DSMF bu banklarda saxladığı 30 milyon manatlıq depozitə görə toplam 13.2 milyon manat faiz gəliri götürəcək.

Sərbəst vəsaitin əsas hissəsi (403 milyon manatı) Maliyyə Nazirliyi tərəfindən emissiya edilmiş, tədavül müddətinə görə ortamüddətli sayılan dövlət zəmanətli istiqrazların alınmasına yatırılıb. Başqa deyimlə, dövlətə borc verilib. Bu investisiyalar üzrə orta gəlirlilik dərəcəsi 8.37 faiz səviyyəsində müəyyənləşdirilib. İlsonunadək fondun bu yatırımlardan 86 milyon manat gəlir əldə etməsi proqnozlaşdırılır.

Fondun investisiya portfelinin formalaşmasında istifadə edilmiş maliyyə alətlərindən biri də əks-repo əməliyyatıdır. Əks-repo əməliyyatı fondla banklar arasında olmaqla, dövlət təminatlı istiqrazlar əsasında həyata keçirilib, nəticədə əks-repo müddəti 30 gün və 5 gün, gəlirliyi 500 min manat olan iki əqd bağlanıb. Bu üç investisiya növü üzrə DSMF il ərzində 99.9 milyon manat gəlir əldə edəcək.

Hesablama Palatası öz rəyində bildirib ki, fondun maliyyə dayanıqlılığının təmin edilməsi məqsədi ilə DSMF tərəfindən investisiya fəaliyyətinin həyata keçirilməsini müsbət qiymətləndirir. Amma özəlliklə vurğulanır ki, investisiya gəlirlərindən istifadəni tənzimləyən qanunvericilik aktlarında həmin gəlirlərinin bəlli bölümünün sığorta ehtiyatına daxil edilməsi məsələsi təsbit olunmalıdır.

İnvestisiya fəaliyyətindən qazanc götürən kimlərdir?
Azərbaycanda hökumət xarici dövlət borcunun azaldılmasını və ÜDM-in 10 faizindən azına endirilməsini özünə hədəf qoymuşdu. Dövlət borcuna dair göstəricilərdən bəlli olur ki, Azərbaycanın xarici dövlət borcu azalmaqdadır. Ancaq əvəzində ölkənin daxili dövlət borcunda artım qeydə alınır. Başqa deyimlə, hökumət xarici borcları, əsasən, daxili mənbələr hesabına qapatmağa çalışır. Bu baxımdan, DSMF-nin sərbəst vəsaitlərindən istifadə də daxili resurslar hesabına xarici borcları azaltmaq strategiyasının tərkib hissəsidir. Hesablama Palatasının açıqladığı rəqəmlərdən də görünür ki, fond investisiya fəaliyyətinə başladığı ilk ildə yatırımlarının üçdə ikisini məhz dövlət qiymətli kağızlarına yönəldib.

Hazırda adambaşına düşən xarici borc: 1114 manat.

Hesablama Palatasının açıqladığı göstəricilərdən aydın olur ki, DSMF banklarda yerləşdirdiyi depozitləri cəmi iki banka yönəldib. Vəsaitlərin hansı banklarda yerləşdirilməsi ilə bağlı məlumat palatanın rəyində əksini tapmayıb. Unutmaq olmaz ki, DSMF-nin sərbəst vəsaitlərindən istifadə qaydalarında fondun yatırım edə biləcəyi banklarla bağlı ayrıcı tələblər müəyyənləşdirib. Həmin şərtlərə görə, sərbəst vəsaitlər ölkədə aktivlərinin həcminə görə ilk beşlikdə yer alan banklara yerləşdirilə bilər.

Azərbaycan vətəndaşları tez-tez yüksək kredit faizlərindən şikayətlənirlər. Ölkədə bank kreditlərinin yüksək olmasının əsas səbəbi kredit kimi verilən pulların maya dəyərlərinin yüksək olmasıdır. Rəsmi rəqəmlərə görə, Azərbaycanda bank öhdəliklərinin 80 faizindən çoxu depozitlərlə bağlıdır, yəni banklar, əsasən, şirkətlərdən və vətəndaşlardan pulu alır və kreditə ehtiyacı olanlara satır. Belə vəsaitlərə görə bankın özünün ödədiyi depozit faizləri də var. Bu da həmin pulun maya dəyərini yüksəldir. Deməli, fondların sərbəst vəsaitləri kimi pulların daha az xərclə banklarda yerləşdirilməsi ölkədə kredit faizlərini nisbətən azalda bilər. Bu baxımdan, aktivlərin həcminə görə vəsaitlərin ən böyük beş bankda yerləşdirilməsi həmin bankların daha ucuz maliyyə resurslarına çıxışına şərait yaradacaq.

Mərkəzi Bankın açıqladığı göstəricilərə görə, 2023-cü ilin əvvəlinə ölkədə fəaliyyət göstərən banklar arasında aktivlərin həcminə görə ilk beş yeri Azərbaycan Beynəlxalq Bankı, PaşaBank, KapitalBank, XalqBank və BankRespublika tutur. Azərbaycan Beynəlxalq Bankı dövlətə, ilk dördlükdəki üç banksa prezidentin ailə üzvlərinə məxsusdur. Bu baxımdan, bəlli olur ki, adıçəkilən banklar, digər bir çox sahədə olduğu kimi, sərbəst resursların yerləşdirilməsindən də fayda götürəcəklər.

AzadlıqRadiosu
 
Ardını oxu...
Naxçıvanda imkansız ailələrə verilən ünvanlı sosial yardımın şərtləri sərtləşdirilib. Bundan sonra dövlətdən yardım almaq istəyənlər həm də adlarına mobil telefon nömrəsi olmamasıyla bağlı Azərbaycandakı bütün mobil operatorlardan arayış gətirməlidir. Bu arayışı təqdim edə bilməyənlərin yardımla bağlı müraciətləri rədd ediləcək. Yeni qayda hələlik Sədərək rayonunda tətbiq olunur və bu arayış ucbatından bütün sosial müavinətlərin verilməsi dayandırılıb.
Teref.az yazır ki, yerli sakinlərin „Gündəlik Naxçıvan“a verdikləri məlumata görə, rayonda ünvanlı sosial yardımın verilməsi iki ay öncə dayandırılıb. Bu yaxınlarda isə, hamıya deyiblər ki, özünün, yaxud ailə üzvlərindən birinin adına mobil telefon nömrəsi olanlara yardımın verilməsi davam etdirilməyəcək. Rayon sakini Şahin Qurbanov deyir ki, üç aydır aldığı yardım kəsilib:
“Bu şərt o deməkdir ki, bundan sonra heç kimə yardım verilməyəcək. İndi hansı zəmanədir ki, kiminsə mobil nömrəsi olmasın? Fondsanteile dedilər ki, bütün mobil operatorlardan arayış gətirin ki, ailədə heç kimin adına mobil nömrə yoxdur. Əks təqdirdə yardımlar bərpa olunmayacaq. Əvvəl avtomobil, torpaq sahəsi olanlara sosial dövlət yardımı vermirdilər. İndi də adımıza mobil telefon nömrəsi olmasını bəhanə edirlər. Ailədə 5 nəfərik. Heç birimiz işləmirik. 3 aydır verdikləri sosial yardımı kəsiblər. Get-gələ saldılar. Yol polsi daxil bütün qurumlardan arayış aldım. Baxdılar ki, sosial yardım həqiqətən düşür. Mobil operatorlardan arayış gətirməyimi istədilər. Dövlət sosial yardımını dayandırıb, iş də tapa bilmirəm. İndi mən ailəmi necə dolandırım?”
Digər sakin R. Səfərov deyir ki, bu yaxınlarda rayona gələn nazrə şikayət etsələr də heç bir nəticəsi olmayıb:
“Ailəmiz 4 nəfərdən ibarətdir. Indiyə kimi 350 manat yardım alıb, birtəhər keçinirdik. İndi deyirlər ki, həm adına torpaq var, həm də mobil telefon nömrəsi. Bu səbəbdən sizə yardım düşmür. Nazrə dedik, heç əhəmiyyət də vermədi“.
Teref.az
 
Ardını oxu...
Bu günlərdə sosial şəbəkədəki dostlardan biri Azərbaycanda əhali sayının dinamikası ilə bağlı məlumat yollayaraq, müxtəlif illərə dair (2022 və 2023) rəqəmlər arasındakı ziddiyyətlərə diqqətimi çəkdi. İstinad olunan mənbələr kimi media götürüldüyü üçün daha etibarlı mənbələrə müraciət etməyə qərar verdim.

Məlum oldu ki, ildən ilə Azərbaycan əhalisinin sayı ilə bağlı Dövlət Statistika Komitəsinin verdiyi rəqəmlərdə formal baxımdan artım görünsə də əslində vəziyyət tam əksinədir: Azərbaycanda əhali sayı sürətlə azalmaqdadır. Bu faktı həm də bir sıra beynəlxalq institutların verdiyi proqnozlar da təsdiq edir.

O cümlədən BMT-nın verdiyi proqnoza görə 2050-ci ildə Azərbaycan əhalisinin sayı azalacaq yeganə müsəlman ölkəsidir. Amma məni bir araşdırmaçı kimi bu faktın özündən çox onun səbəbləri maraqlandırır və həmin maraq da bu gün yaranmayıb. Başqa sözlə, demoqrafik dinamikaya təsir edən amillər və onların səbəbləri.

Həmin səbəblərə gəldikdə isə onların bir çoxlarının elə demək olar ki, daim müzakirə edilənlər olduğu üzə çıxır. Məsələn, ölkədəki qurulan ailələrlə boşanmalar arasında olan nisbət və onun dinamikası, əhalinin (e)miqrasiyası və buna səbəb olan sosial-iqtisadi amillər, ölkə əhalisinin cinsi tərkibinin dəyişməsi, xəstəliklər və s.

Bunları və digər amilləri əks etdirən faktlara diqqət yetirəndə isə vəziyyətin yumşaq desək, ürəkaçan olmadığı üzə çıxır. Məsələn, aydın olur ki, bir çox kriteriyalar üzrə Azərbaycan MDB ölkələri arasında sonuncu yerdədir. Nə qədər təəccüblü görünsə də bunların arasında təhsil və elmlə bağlı göstəricilər də var.

Yəqin kimsə deyəcək ki, bunun əhali artımı ilə nə əlaqəsi? Birbaşa əlaqəsi var və bunu sonrakı yazılarımda izah edəcəyəm. Azərbaycanda illərdir israrla uşaqpulu verməkdən imtina olunur. Daim bunun səbəblərini bilmək istəsək də, əvəzində oyuncaq kukla deputatların psixiatriyanın predmeti ola biləcək “izahlarını” eşidirik.

Götürək elə ölkədəki insan ömrü uzunluğunu: Azərbaycanda həmin rəqəm 67 yaş təşkil edir ki, bu da bir çox Afrika ölkələrindəkindən aşağıdır. Ürək-damar xəstəlikləri üzrə Azərbaycan dünyada ikinci yerdədir, xərçəngin yayılması ilə bağlı statistik göstəricilər isə ümumiyyətlə gizlədilir, yayılanlar isə etimad doğura bilməz.

Ölkədə nə ərzaq (ərzaq məhsulları istehsalının həcmi), nə də qida təhlükəsizliyi (əhalinin aldığı qida məhsullarının keyfiyyəti) təmin olunmayıb. Təsisçilərinin və rəhbərlərinin Azərbaycan xalqına və dövlətinə heç bir aidiyyatı olmayan “Azersun Holding” kimi şirkətin ərzaq bazarında inhisarçı mövqe tutması da başqa bir problemdir.

Strateji göstərici olan əhali sayının dinamikasına birbaşa təsir edən sadalanan və hələlik sadalanmayan (onlara da mütləq toxunulacaq) onlarla məsələ ilə bağlı araşdırmalarımı yaxın zamanlarda diqqətinizə təqdim edəcəyəm. Bütün bu məsələlərlə bağlı hələlik yekun dəyərləndirmə vermək tələskənlik olardı.

Odur ki, onu müzakirələrin sonunda birlikdə təqdim edərik. Hələlik isə hər kəsi yaxın günlərdən başlayaraq paylaşacağım mövzularda təqdim olunan məsələlərin müzakirəsində fəal iştiraka dəvət edirəm. Çünki qarşımızda ciddi suallar durur. Onlardan ən əsası da xalq olaraq yaxın illərdə hansı təhdidlərlə üzləşə biləcəyimizdir.

Ərəstun Oruclu

Gununsesi.info
Ardını oxu...
"Ölkənin ən böyük mobil operatoru" kimi tərifli ünvanlarla təbliğ olunmağı sevən "Azercell"dən yenə də şikyətlər var. DİA.AZ bildirir ki, bu dəfə özünün "facebook" səhifəsində jurnalist Rəşad Sarıyev narazılıq edib.
Ardını oxu...
Jurnalist yazır: " "Azercell"dən həftəsonu paketi almışam. Dəysin təpəsinə. Heç bir videoya baxmaq olmur. Təmiz əsəblərim pozulub. Haramınız olsun..."

Qeyd edək ki, izləyicilər də adekvt reaksiyları ilə diqqətə gəliblər...
Ardını oxu...
Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
 
 
Ardını oxu...
Naxçıvandakı aztəminatlı ailələrə Zəfər Günü ərəfəsində sovqat paylanıb. Yardım almaq istəyənlərdən isə, əllərində bağlama kameraya baxıb, minnətdarlıq şəkili çəkdirmələri istənilib. Teref.az yazır ki, bu haqda „Gündəlik Naxçıvan“a yerli sakinlər məlumat verib. Məlumata görə, imkansız ailələrin bir çoxu bunu öz qüruruna sığışdırmayıb və yardımdan imtina edib. Onların arasında şəhid və qazi ailələri də var.
Başqa tənqid olunan məqam isə, bağlamaların içərisindəki ucuz ərzaqlar olub. Sakinlər deyir ki, yardım bağlamaları böyük görünsə də, içləri yarımçıq doldurulub. Onların hər birinin içərisində cəmi 1 litr günəbaxan yağı, 2 kilo düyü, 2 kilo un, iki ədəd yarım kiloluq makaron və bir qutu vafli olub.
Yardımın təşkilatçısı Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasıdır. Rəsmi məlumata görə, yardım şəhid və qazi ailələrinin də daxil olduğu 1250 ailə üçün nəzərdə tutulub.
Sovqatların mənzilbaşına yola salınma mərasimində Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və muxtar respublikada səfərdə olan konfederasiya sədri Səttar Möhbalıyev də iştirak ediblər.
Şəkil Fuad Nəcədlinin rəsmi İnstaqram səhifəsindən götürülüb.
 

Ardını oxu...
DİA.AZ bildirir ki, Abşeron rayonu, Saray qəsəbəsinin sakini Nəcəfov Yalçın Mehbalı oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, "insult" keçirib və müalicəsi yoxdur, amma sosial yardım ala bilmir:

"Diqqətinizə çatdırım ki, mən iki il bundan qabaq ağır "insult" keçirmişəm. Bu günə kimi baxıma ehtiyacı olan xəstəyəm.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə xəstəliyimi tanımayıb, mənə imtina sənədini göndərir. Həkim sənədlərdə də təsdiq edir ki, mən ağır xəstəyəm.

Nazirlik deyən kimi müalicə olunan xəstəyəmsə onda məni müalicə edə biləcək həkim tapsınlar. Axı heç bir həkim sənədlərimə baxan kimi məni qəbul etmir.

Mənim kimi baxıma möhtac xəstələrə sosial yardım verilmir, amma məndən qat-qat sağlam, adı xəstə olanlara verilir”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Vətəndaşın şikayətinin araşdırılacağı bildirildi.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Pensiya orqanları dövlətin hüquqi, demokratik adını ləkələyirlər
Dövlətin adından çıxarılan məhkəmə qərarını borclu pensiya orqanı 6 ildən sonra ləğv edib (?)
Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsində Azərbaycan dövlətinin hüquqi,
demokratik respublika olduğu, dövlət hakimiyyətinin daxili məsələlərdə yalnız HÜQUQla, xarici
məsələlərdə yalnız dövlətin tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə MƏHDUDLAŞDIRILDIĞI
doğrulanıb. Ana Qanunun 129-cu maddəsinə görə, məhkəmə qərarları dövlətin adından çıxarılır və
icrası hamıya məcburidir; məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən edilmiş
məsuliyyətə səbəb olur.
Pensiya təminatını, təyinatını gerçəkləşdirən orqanlar isə dövlətin hüquqi, demokratik respublika
olmadığənı, dövlət hakimiyyətinin daxili məsələlərdə yalnız hüquqla yox, özbaşınalıqla
məhdudlaşdırıldığını ortaya qoyurlar. Vətəndaşın Konstitusiyanın 68-ci maddəsi ilə təminat verilən
özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququna da qadağa qoyulub. Özbaşınalqdan,
vicdansız davranışdan dövlət hakimiyyəti, hüquq mühafizə orqanlarına edilən şikayətlər barəsində
şikayət edilən qurumun , vəzifəli şəxsin özünə göndərildiyindən, qanunun aliliyi, hüququn üstünlüyü
yox, “dedığım dedığdır” özbaşınalığı hökm sürür.
Özbaşınalığa , dələduzluğa, korrupsiya cinayətinə baxın, borclu DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə
Mərkəzi Filialı 6 ildən sonra dövlətin adından Bakı İnzibati Məhkəməsinin (keçmiş 1 saylı BİİM)
çıxardığı 05.07.2017 tarixli , 2-1(81)-1889/2017 tarixli qərarını 6 ildən sonra ləğv edib .(?) Düşünmək
olardı, “siçanın çaşıb pişikdən pasport tələb etməsi” gülməcəsində olduğu kimi, borclu Filial çaşıb,
tələbkardan borc tələbi bir yana, hakim kimi dövlətin adından çıxarılan qərarı ləğv edib.
“Kəlləmayallaq” hüquq özbaşınalığının dövlətin sosial, hüquq siyasətini kəlləmayallaq etməsi göz
qabağındadır. Axı dövlətin adından çıxarılan məhkəmə qərarını , özü də 6 ildən sonra heç Prezident ,
Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə də ləğv edə bilməz, hansısa pensiya qurumu,
özü də məhkəmə qərarı ilə üzərinə öhdəlik qoyulan qurum Konstitusiyanı necə ləğv edə bilər? Belə
hüquqi, demokratik dövlət , əlbbəttə, analoqsuzdur.
Ombudsman Aparatından Fond rəhbərinə göndərilən 07.07.2023 tarixli məktubda araşdırma
aparılması, insan hüquqları üzrə müvəkkilə bilgi verilməsi istənilib. 3 aydan sonra verilən cavabla
30.12.2020 tarixli qanunun məhkəmə qərarını ləğv etdiyi(?) bildirilib və ombudsman bu bildirişi
konstitusiya aktı kimi qəbul edib. (??) Bakı İnzibati Məhkəməsi (hakim Günel xanım Sevdimalıyeva)
isə 19.06.2023-cü il tarixli məktubla borclu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından 6 il qabaq
çıxarılan 05.07.2017 tarixli, 2-1(81)-1889/17 saylı qərarın icra vəziyyəti və qaydası haqqında qısa
müddətdə cavab verilməsini TƏLƏB EDİB.
Məhkəmə tələbindən 5 ay “qısa müddət” keçməsinə baxmayaraq, hələ də bir sonuc yoxdur, hüquq
özbaşınalığı sürür. Məhkəməyə də borclunun məhkəmə qərarını ləğv etməsi “hüquq və azadlıq”
özbaşınalığı kimi sırınıb. (??) Özbaşınalığın, vicdansızlığın, hüquqsuzluğun sonu görünmür. Hələ ki,
“divar qurtarmır”, pensiya ödəyən orqanlar özbaşınalıq “divarından tutub gedirlər”. Haraya qədər ?
Qazilərin axırına çıxana qədər?..
Məğrur Bədəlsoy
Teref.az
 
 
 

Ardını oxu...
Vaxtilə Bakını altını üstünə çevirən, düz 20 il şəhəri qarış-qarış satan keçmiş mer Hacıbala Abutalıbov indi yalan olub, əksinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ona sağlığında rəhmət oxutmaqdadır. Abutalıbov heç olmasa bəzi hallarda paytaxtın abadlığı, nizam-intizamı, tikinti normativləri üçün müəyyən düzgün addımlar atırdısa, hazırda komitə şəhəri tamamilə bərbad vəziyyətə salmaqdadır. Komitənin sədri Anar Quliyevlə onun 1-ci müavini Namiq Hümmətov Bakıda eninə-uzununa bütün tikinti normativlərinin kobud şəkildə pozulmasına şərait yaradırlar, göz yumurlar. Bununla həm şəhərin arxitekturası, memarlıq quruluşu terror edilir, həm də qanunsuzluğa yol verilir.

Ardını oxu...

Prezident İlham Əliyev bir neçə dəfə qanunsuz tikintilər haqda sərt danışıb, şəhərin arxitekturasına kobud müdaxilə ilə bağlı xəbərdarlıq edib. Lakin görünən budur ki, komitə sədri Anar Quliyev və müavini Namiq Hümmətov tandemi bu tapşırıqları qulaqardı edərək öz işindədirlər. Artıq Bakının rayonlarının icra başçıları və Meriya da bu prosesdə az qala səlahiyyətsiz qurumlara çevriliblər, çünki bütün tikinti məsələlərinə Şəhərsalma komitəsi nəzarət edir, sərəncam verir. Amma adından, fərqli olaraq, bu komitəni Şəhərsalma deyil, şəhərdağıtma kimi təqdim etmək daha məntiqli görünərdi. Buna dair çoxsaylı faktlar göstərmək olar
Bu yaxınlarda araşdırmaçı jurnalist Cavanşir Həsənli Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Məhəmməd oğlu Hümmətovla bağlı geniş ictimai marağa səbəb olacaq məlumat paylaşmışşdı. “Namiq Məhəmməd oğlu Hümmətov 4 iyun 2020-ci ildən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavinidir. Bundan əvvəl sözügedən komitənin tabeliyində Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsinin rəisi, daha sonra Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi vəzifələrini icra edib. Namiq Hümmətovun qardaşı Natiq Hümmətov Məhəmməd oğlu 2015-ci ilin noyabrında HN (Hümmətov Namiq) GROUP MMC-ni qeydiyyatdan keçirib. Namiq Hümmətov sözügedən komitədə yüksək vəzifəyə təyin edildikdən sonra MMC Qapalı Səhmdar Cəmiyyətə çevrilib və nizamnamə kapitalı 2010 manata çatdırılıb. Şirkətin qanuni təmsilçisi Məmmədov Elşən Oqtay oğludur.Şirkətin ilk qeydiyyatda olduğu ünvanda – Yasamal rayonu Tbilisi prospekti ev 41, mənzil 47-də 2009-cu ildə “NN GROUP” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ də (qanuni təmsilçisi Əfqan Tapdıq oğlu Əliyev) qeydiyyatdan keçib. “NN” böyük ehtimalla Namiq və Natiq qardaşlarının adlarının abbreviaturasından götürülüb. Sonradan hər iki şirkətin qeydiyyat ünvanıarı dəyişdirilib. Hər iki şirkət Mənzil İnşaatı Dövlət Agentliyinin son 4 il ərzində elan etdiyi tenderlərdə ümumilikdə 177 milyon manatdan artıq sifariş əldə edib və “tender çempionu” adı qazanıb. “NN GROUP” MMC iştirak etdiyi dövlət tenderlərindən 88 milyon 528 min 835 manatlıq sifariş “tutub”. Şirkət bu sifarişləri cəmi 7 tenderlə əldə edib – bir tenderin orta qiyməti 12 milyon manatdır. «HN Construction» MMC də tenderləri “MİDA” MMC-dən qazanıb. Şirkət 7 tenderlə bu qurumdan 88,5 milyon manatdan çox sifariş əldə edib.
Açıq tenderlərdə məlum nəticələr:
* MİDA-nın sifarii əsasında Hövsan qəsəbəsində 7 mərtəbəli yaşayış binasının tikintisi üzrə tender – NN GROUP MMC (13655137.22 manat);
* MİDA-nın sifarii əsasında Sumqayıtda 9 mərtəbəli 2 yaşayış binasının tikintisi – NN GROUP MMC “Amal Group” MMC ilə birlikdə (7499824,8 manat);
* MİDA-nın sifarii əsasında Hövsanda 1920 şagird yerlik məktəb binasının tikintisi və avadanlıqlarla tam təchiz edilməsi işləri – “HN Construction” MMC (9281713.27 manat)
* MİDA-nın sifarii əsasında Gəncə şəhərində yeni yaşayış kompleksinin tikintisi (“Amal Group” və “NN Group” MMC-lərin konsorsiumu) – ümumi məbləği 15 milyon 179 min 898 manat olan 2 müqavilə (5 nömrəli 9 mərtəbəli 2 bloklu, 6 və 7 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binalarının tikintisi – 8 milyon 858 min 274 manat; 3 və 4 nömrəli 9 mərtəbəli 2 bloklu digər yaşayış binalarının tikintisi – 6 milyon 321 min 624 manat)
* MİDA-nın sifarişi əsasında Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksində 1200 şagird yerlik tam orta məktəb binasının tikintisi və avadanlıqlarla təchiz edilməsi – NN Group MMC (7247166 manat)
* MİDA-nın sifarii əsasında Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksində 12 mərtəbəli 1 bloklu 5 yaşayış binasının və 100 yerlik uşaq bağçasının tikintisi – HN Construction MMC (13281645.01 manat)
* MİDA-nın sifarii əsasında Yasamalda daha bir yaşayış binasının tikintisi – “NN GROUP” MMC (16171000 manat).
Adı çəkilən hər iki şirkət hazırda işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Şuşada bərpa və tikinti layihələrində də iştirak edir. Namiq Hümmətovun oğlu Toğrul Hümmətov Nyu-Yorkda təhsil alıb, 2018-2020-ci illərdə “NN GROUP”-da maliyyəçi (şirkətin sahibindən və direktorundan sonra ikinci şəxs) kimi fəaliyyət göstərib, 2020-ilin avqustundan ABŞ-da yaşayır, korporasiyalara, hökumətlərə və digər təşkilatlara peşəkar xidmətlər təklif edən McKinsey & Company qlobal idarəetmə konsaltinq şirkətində çalışır. 2014-cü ildə ABŞ-ın Men Ştatında “Thornton Academy” məktəbini qızıl medalla bitirdiyi üçün ABŞ-ın o zamankı prezidenti Barak Obama tərəfindən fəxri diplomla mükafatlandırılıb”.
Göründüyü kimi Namiq Hümmətov dövlətdən oğurladığı pullar hesabına oliqarxa çevrilməyi bacarıb. Aktualxeber.az-ın redaksiyasına daxil olan məlumata görə son günlər onun başı dərddədir. Belə ki, bəzi tikintilərə aldığı milyonlarla rüşvətin müqabilində qanunsuz olaraq verdiyi icazələrə görə onu təftiş etməyə başlayıblar. Bu yoxlamalar nəticəsində onun bir çox əməlləri və qazandığı çirkli pullar aşkar edilibdi. Aparılan yoxlamalar yekunlaşmadığından biz bəzi məsələləri açıqlamağı sonraya saxlayırıq. Bir onu deyə bilərik ki, bu yoxlamalardan sonra təkcə vəzifəsini deyil, azadlığını da itirə bilər.
Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.
 //TEZEXEBER//

Dünyapress TV

Xəbər lenti