Taksi xidməti ilə bağlı yeni qaydalar hansısa yüksək vəzifəli şəxs və şəxslərin bu sahəni monopoliyaya almaq, qaz vurub qazan doldurmaq, camaatın axırıncı çıxış yolu kimi "taksavatlıq"dan evinə, ailəsinə, uşağına apardığı bir tikə çörəyi əlindən almaq hərisliyidir, vəssalam. TEREF yazır ki, bunu müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkə səhifəsində yazıb. Daha sonra fikrini şərh edən Cavanşır bəy yazır: Yeri gəlmişkən, Azərbaycanda taksi xidməti ilə məşğul olan "Uber Azərbaycan" MMC-nin təsisçisi Yaqub Yusif oğlu Zamanov Ramin Quluzadənin qaynıdır. MMC-nin qanuni təmsilçisi, yəni direktoru Müşfiq Həsənov Vaqif oğlu baş nazirin müavini Şahin Mustafayevin oğlu Abdulla Mustafayevin və Milli Məclisin deputatı, məşhur işadamı Məşhur Məmmədovun İstanbuldakı bizneslərinin (“ABM Construction Mimarlık Sanayi ve Ticaret Limited” və “Prestij Aracılik Hizmetleri İthalat-İhracat Pazarlama Sanayi Ticaret Limited” ) ortağı olub.