Deputat Cavanşir Feyziyevin Tiflisdə tikdirdiyi binalarla bağlı ilginc faktlar açıqlanıb. Dia-az.info bildirir ki, London məhkəmələri tərəfindən milyonlarına əl qqoyulan Cavanşir Feyziyev deyəsən, biznesini Gürcüstana köçürməkdədir. Hər halda, o da digər oliqarx məmur və deputatlarımızı kimi işğaldan azad olunmuş torpaqların yenidən qurulmasına yox, kənar bir ölkədə şəxsi biznesinin inkişafına daha çox maraqlı və daha çox həvəslidir. Dia-az.info olaraq deputat Cavanşir Feyziyevin Tiflisdə tikdirdiyi binalarla bağlı faktları təqdim edirik: "1. Tiflis, Niko Keçoveli küçəsi 16 "Horizon Gldani" yaşayış kompleksi (2020-ci ildə tamamlanıb); 2. Tiflis, Abai küçəsi 5 "Horizon Temka" yaşayış kompleksi, (2021-ci ildə tamamlanıb); 3. Tiflis, Graf Şulenberq küçəsi "Horizon Gldani-2" yaşayış kompleksi (2019-cu ildə tamamlanıb)".
Dia-az.info xəbər verir ki, binaların tikintisi Feyziyevlər ailəsinə məxsus NEW HORIZON LTD şirkəti tərəfindən aparılıb. Şirkət 2015-ci ildə Tiflisdə qeydiyyatdan keçib. Təsisçiləri Cavanşir Feyziyevin qardaşı oğlu Elman Cavanşir və yaxın qohumu Rüstəm Cavanşirdir.
Gürcüstanda Feyziyevlər ailəsinə məxsus digər şirkət RIMO GROUP LTD 2018-ci ildə Elman Cavanşirin təsisçiliyi ilə qeydiyyata alınıb. Bu ilin fevralında əmlak şirkətinin səhmlərinin 50 faizi Feyziyevin qohumu Rüstəm Cavanşirin və Şahnazar Hacıyevin adına rəsmiləşdirilib. Şirkətin direktorluğu da Şahnazar Hacıyevə tapşırılıb.