Ardını oxu...
Sədərk Gömrük Məntəqəsində „sürətli keçid“ adı altında vətəndaşlardan rüşvət alınması ilə bağlı „Gündəlik Naxçıvan“ın ictimailəşdirdiyi reportaja DGK cavab verib. Lakin, bəyanatda konkret rüşvət faktları ilə bağlı deyilənlərə tam aydınlıq gətirilməyib.
Avtomobil sürücüləri „Gündəlik Naxçıvan“a bildirmişdi ki, gömrük əməkdaşları süni növbə yaradaraq, onları „sürətli keçid“ üçün 50 manat ödəməyə məcbur edirlər. Onlar həm nağd, həm də onlayn ödədikləri pulun müqabilində heç bir qəbz ala bilmədiklərindən şikayət edirlər. Elə, bu səbəbdən sürücülər ehtimal edir ki, onlardan alınan pul dövlət büdcəsinə yox, ciblərə axır.

DGK isə bəyanatında “Sürətli keçid” xidmətinin qanuna uyğun tətbiq olunduğunu vurğulayıb:
“Nəqliyyat vasitəsinin növündən, yükün xüsusiyyətindən və sürücü daxil olmaqla sərnişinlərin sayından asılı olaraq əvvəlcədən Komitənin internet səhifəsi, “Smart Customs” mobil tətbiqi üzərindən qeydiyyatdan keçməklə yuxarıda qeyd olunan xidmətlərdən istifadə etmək mümkündür. Xidmətlərdən faydalanmaq üçün tələb olunan ödənişlər nağdsız şəkildə onlayn qaydada həyata keçirilir. Ödənişin nağd qaydada həyata keçirilməsi isə, ümumiyyətlə texniki olaraq mümkün deyil”.
Bu bəyanatdan bəlli olur ki, DGK gömrükdə araşdırma aparmadan, əməkdaşlarını müdafiə məqsədi ilə bu açıqlamanı verib. Ümumi məlumatlardan ibarət olan bu açıqlamada şikayətçilərin konkret ittihamlarına cavab verilmir.

Mənbə: „Gündəlik Naxçıvan“
 

Ardını oxu...
“Ovçular ət və ət məhsulları” millətə qurdlu məhsul satır...

Bu başlıqla sosial şəbəkələrdə video paylaşılıb.

Ardını oxu...

Videodan da aydın olur ki, narazı vətəndaşın aldığı məhsulun içindən qurd çıxır.

Həmin videonu nəzərinizə çatdırırıq:



Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

"Şikayətim "Bravo" marketindəndir...

Ardını oxu...

Gördüyünüz kimi yazıq milçəyi də qatıblar pendirə...

Çox "təmiz istehsal" olunduğu göz qabağındadır...

Bu cür şeylə rastlaşmasam, inanmazdım... Sadəcə heyif..."

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Şikayətçi: Esmira Musayeva Mənbə: «Müştərinin Səsi» SQ
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Ardını oxu...
"Dünən "Leobank" debet kartımdan guya "Aliexpress" saytında abunəyəm deyə 3 dəfə 94 sent pul çıxıldı.

4 cü cəhddə artıq blokladım kartı. Ancaq "Aliexpress" və ya digər saytların heç birində mən "leokart" ilə alış-veriş etmirəm. O kart sadəcə pul atan olanda deyirəm ora at.

Ardını oxu...

Ancaq artıq görürəm ehtiyac yoxdur. Olan qalan 5-3 manati da özlərinin təhlükəsizlik zəifliyi ilə əlimizdən alirlar.

"Aliexpress" oyun saytı deyil ki, orada abunəliyə görə pul çıxsın, yaxud abunə olmadığım halda pul çıxsın. "Screen" etdiyimi bura yükləyəcəm baxın.

Məsləhətdir kartı ləğv elətdirin, Leobank Unibank..."

Ardını oxu...
Ardını oxu...

Şikayətçi: Ravin Sədullayev - Mənbə: «Müştəriyəm Şikayətim Var» SQ
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Ardını oxu...
2022-ci il fevralın 24-də Rusiya bütün beynəlxalq hüquq normalarını pozaraq Ukraynaya hərbi təcavüz etdi. İşğalın başlamasına bir neçə saat qalmış Rusiya Prezidenti Vladimir Putin xalqa müraciət edərək, Ukraynaya hücumun, yaxud, Kremlin dili ilə desək, “xüsusi hərbi əməliyyat”ın əsas məqsədlərini açıqladı: Donbasda “soyqırımını” dayandırmaq və Ukrayna hökumətini “denasifikasiya” etmək.

Rusiyada təkcə hərbi-siyasi isteblişment deyil, həm də ukraynafobiyanın şok dozası vurulmuş Rusiya ictimaiyyəti (ən azı, əksəriyyət) Ukrayna ilə müharibənin asan gəzinti olacağına inanırdı. Kreml ideologiyasının bəzi alovlu tərəfdarları isə ağızlarından tüpürcək fışqıraraq, hətta iddia edirdilər ki, işğalçı qüvvələr üç günə Kiyevi ələ keçirəcəklər.

Demək olar ki, iki il keçdi, lakin rus qoşunları xüsusi uğurları ilə öyünə bilməz. Vahid Ukrayna xalqı, qeyri-bərabər qüvvələrə baxmayaraq, işğalçılara layiqli cavab verir, Rusiyaya hər gün daha çox “200 nömrəli yük” göndərir. Müharibənin əvvəlində zombiləşdirilmiş rusların əksəriyyəti optimist idisə və “nasizmə” qarşı mübarizəyə inanırdısa, bu gün o qədər də həvəsli görünmürlər.

Bütün Rusiya kanallarının təbliğatçılarının gündəlik qələbə hayqırtıları belə, xalqı sevindirə bilmir. Bəli, sorğulara görə, ruslar Prezidentin daxili və xarici siyasətini, xüsusən də Ukrayna ilə müharibəni yekdilliklə dəstəkləyirlər. Amma bunların hamısı uydurma bir şeydir.

Ürəklərində Stalin dövrünün 1937-ci ilinin ruhu hələ də yaşayan “Homo Sovetikusun” nəsilləri partiyanın və dövlətin xəttini hərtərəfli dəstəkləyərək, qətiyyətlə hər şeylə razılaşırlar. Əks halda, bir Sovet mahnısında oxunduğu kimi, “səni Mandela kimi həbs etməsələr də, ştat üzrə ixtisar edəcəklər”.

Yeri gəlmişkən, dövlət siyasətinə zidd olan fikir ayrılığına görə bir çox incəsənət və mədəniyyət xadimləri, aktyorlar, müğənnilər və ictimai xadimlər “cadugər ovu”nun qurbanı olublar. Bəziləri həbs olunub, bəziləri xaricə üz tutub, bəziləri də lənətlənib.

Rusiya təbliğatçıları isə “xüsusi hərbi əməliyyat”ın müstəsna nəcib məqsəd güddüyünü - Ukraynanı "nasistlərdən" təmizləmək olduğunu iddia edərək, Kremlin xətti ilə getməyə davam edirlər.

Amma bu, həqiqətən belədirmi? Təbii ki, hər bir ağlı başında olan insan başa düşür ki, bütün bunlar böyük uydurma və yalandır. Məqsəd tamam başqadır. Ancaq etiraf etməlisiniz ki, Rusiyanın işğalının əsl səbəbini jurnalist mühitindən “Kremlin balaca küçüyü”nün dilindən eşitmək başqa şeydir.

Belə ki, məşhur təbliğatçı Marqarita Simonyan Rusiya lideri Vladimir Putinin Ukrayna ilə nə vaxt “atəşkəs”ə gedəcəyini açıqlayıb. Rusiya kanallarından birində Sominyan Kremlin əsas tezislərini sadalayıb və deyib ki, nə vaxt və hansı şəraitdə sülh bağlayacağına Rusiyanın özü qərar verəcək.

Bu kontekstdə o, ABŞ Prezidentinin 2024-cü ildə yenidən seçiləcəyi təqdirdə, Rusiyanın “hərbi” kursunu dəyişə biləcəyini şərh edib: “Yaxşı, bu, nə axmaqlıqdır?! Putin güzəştlərdə maraqlı deyil, ona görə deyil ki, Tramp gələcək, ya Vasya Pupkin, ya da Roman Babayan ABŞ Prezidenti olacaq... Bunun heç bir əlaqəsi yoxdur! Putin heç nə etməyəcək. Ümumiyyətlə, güzəştlərə getməyəvək!”.

Simonyan aydınlaşdırıb ki, Putin yalnız Rusiya öz sərhədlərinin təhlükəsizliyini təmin etdikdə “atəşkəs”ə hazır olacaq və Rusiya bu sərhədlərin harada bitəcəyinə özü qərar verəcək.

Maraqlıdır, Simonyan özü nə dediyini başa düşür? Axı o, əslində Donbasda “nasizmə”, “denasifikasiyaya” qarşı mübarizənin və “soyqırımının” qarşısının alınmasının bir şirma olduğunu demək olar açıq şəkildə bildirdi - Rusiya Prezidentinin imperiya planlarının zəif gizləndiyi şirma.

Simonyanın fikrincə, Rusiyanın hansı sərhədlər daxilində olmasına yalnız Moskva qərar verir. Bu, o deməkdir ki, Kreml Kiyevin məğlubiyyəti halında dayanmaya və sərhədlərini genişləndirməyə, eyni zamanda Polşanı, Estoniyanı və Finlandiyanı “denasifikasiya” edə bilər.

Və bu halda, heç olmasa, görüntü üçün “bu, Simonyanın şəxsi fikridir”, üslubunda "bəhanə" işləməyəcək. Nə çoxsaylı siyasi tok-şouların rusiyalı aparıcıları, nə də bu “söhbət klublarının” daimi nümayəndələrinin öz fikirləri yoxdur və ola da bilməz. Bəli, onların hamısı müxtəlif formalarda danışır, lakin bütün bu “şifahi axınlar” bir dərin “Kreml çayına” axır.

Beləliklə, ortaya maraqlı bir dilemma çıxır. Bir tərəfdən, Simonyan bütün digər “Kreml ruporları” kimi, “yuxarıdan” direktiv olmadan bir kəlmə də danışmır. Digər tərəfdən, Putinin sözlərini təkzib edir və “denasifikasiya” mifini ifşa edir. Bəli, Marqo elə bir sual ortaya qoydu ki, şeytanın özü belə, onun həlli üçün baş sındırmalı olacaq...

Müəllif: Fed Bakinski - Mənbə: AYNA.az
 
Ardını oxu...
Cəlilabad rayonunda əkin sahəsi kəndlilərin əlindən alınıb.

Belə ki, rayonun Babalı kəndində səkkiz hektara yaxın əkin sahəsi beş kəndlinin əlindən alınaraq qonşu Cəlayir kəndinə verilib.

Kəndlilərin sözlərinə görə, 27 ildir zəhmət çəkdikləri ərazidə artıq əkin işləri dayandırılıb.
Yerli bələdiyyə kəndlilərə yeni əkin sahələri təklif etsə də, onlar razı olmayıblar.

Daha ətraflı İTV-nin süjetində:

 

Ardını oxu...
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda rüşvət almaqda təqsirləndirilən 19 nəfər yüksək vəzifəli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Məlumata görə, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə həbsdə olan 6 nəfər təqsirləndirilən şəxslərin 4-ü ev dustaqlığına buraxılıb.

İttihama görə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə həmin qurumdan daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

İstintaqla ƏMDX-nin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin sektor müdiri İldırım Məmmədovun həmin Xidmətin vəzifəli şəxsləri, yerli ərazi şöbələrinin müdirləri, bələdiyyə sədrləri və digər şəxslərlə qabaqcadan əlbir olaraq dövlət qurumunun müvafiq ərazi şöbələrinin yurisdiksiyasına daxil olan ərazilər üzrə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair müsbət rəyin verilməsi məqsədilə 169 halda rüşvət almaları, vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri, eləcə də bir sıra hallarda vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmələrinə (nüfuz alveri) əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı ümumilikdə 19 vəzifəli şəxs, Dövlət Xidmətinin işçiləri İldırım Məmmədov, onun rəhbərlik etdiyi sektorun baş məsləhətçisi Əsəd Nəsibov, Xidmətin Qazax, Beyləqan, Şəki, Ucar, Şirvan, Xaçmaz, Qəbələ, Cəlilabad, Bərdə, Lənkəran ərazi şöbələrinin müdirləri Ehtiram Eyvazov, Elsevər Paşayev, Mübariz Paşayev, Amil Aslanov, Nazim Səfərov, Aydın Cəfərov, Baği Məsimov, Mircəlal Xurşudzadə, Nicat Abbasov, Pərviz Ələkbərov, Abşeron rayonun Saray, Şəki rayonun Qoxmuq, Qazax rayonun Daşsalahlı, Salyan rayonun Şorsulu və Sumqayıt bələdiyyələrinin sədrləri Məhi Həsənov, Etibar Eyvazov, Asif Yusifov, Famil Məmmədov, Sərviz Süleymanov, Sumqayıt bələdiyyəsinin icra aparatının təşkilat şöbəsinin müdiri Şıxəli Abbasov, Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Sosial-İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Ruslan Əliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma), 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) və digər maddələri ilə ittiham elan edilərək barələrində həbs, ev dustaqlığı, vəzifədən kənarlaşdırma və polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

Mənbə: Lent.az
Ardını oxu...
Samir Quliyev
Neftqazelmitədqiqatlayihə İnstutunda özbaşınalıqdı. Hələ bu institutda 14 il rəhbərlik vəzifsində işləyən olmayıb.
Baş mühəndus öz qohumlarını yığıb bir yerə. Oğul, gəlin, qız, bacı oğllu, baldız oğlu.
Araşdırma aparılsa hələ sayı çox olar. Hər dəfə eyni adamların dərəcələri qalxır. İnsan resursları şöbəsindən soruşanda M. İsayev dərəcə söhbeti artiq yığışdırlmışdır deyib işçiləri başından edir.
Çoxusunada kobud cavab verir. Lakin öz işlərini altdan altdan görüb dərəcə qaldırırlar. Buda nə deməkdi? Ayrı seçkilik.
Hazır layihələrin köçürdüb HYASES proqraminda hesabat işi aparırlar. Mexanikin texnologiyada xeberi yoxdu. 2gün kurs keçmiş mühəndis işi kor -koranə görüblayihədə adı gedir. Dərinliyinə getsəniz sıfır. İşi bilən tərəfindən 50% kömək olub. 50% hazır variant
İşçinin əlinə verilib, sxema olduğunu kimi kitabdan köçürülüb.
Bəsdi daha ayrı seçkilik edib cammatı tapdalayırsız.
Mirvari Gahramanli
Teref. Xocanın Blogu
 
Ardını oxu...
Bərdə şəhəri, Nizami küçəsinin sakinləri susuzluqdan əziyyət çəkirlər.

İllərdir susuz qaldıqlarını deyən sakinlərin sözlərinə görə, başqa ərazilərdən maşınla içməli su gətirmək məcburiyyətindədirlər:

“25 ildir suyu maşınla gətiririk. Həftədə bir neçə dəfə su gətirmək üçün pul veririk”.
Məsələ ilə bağlı “Azərsu”dan bildirilib ki, Nizami küçəsi yeni salınmış yaşayış məntəqəsi olduğundan həmin ərazidə su xətti yoxdur. Bu səbəbdən də həmin əraziyə Bərdə Sukanal İdarəsi xidmət göstərmir.
“Gələcəkdə Bərdə şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması nəzərdə tutulub. Layihə işlərinə sözügedən yaşayış məntəqəsinin də su-kanalizasiya şəbəkəsinin qurulması daxil edilib”, - deyə məlumatda bildirilib.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

 

Dünyapress TV

Xəbər lenti