Ardını oxu...
Sabiq AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əlisəftər oğlu Əliyevin özü-özünü rəhbər təyin etdiyi qərar üzə çıxıb.

27 dekabr 2019-cu il tarixli qərarı imzalayan İlham Əliyev bununla özünü “Dostluq - MK” MMC-nin təsisçisi və rəhbəri müəyyən edib. Belə məlum olur ki, hər il milyonlarla manat gəlir əldə edən “Dostluq - MK” MMC-nin tən yarısını, 50 faizini İlham Əliyev 1 qara qəpik xərcləmədən, pay sahibinin özünə 5 min 600 manat ödətməklə sahiblənib.

“Dostluq - MK” MMC-nin tarixçəsi

“Dostluq - MK” MMC-ni 1 mart 2011-ci ildə şabranlı sahibkar Mansur İbrahimovla YAP-ın Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşovun oğlu Cavid Balaqadaşov təsis ediblər. Cəmiyyətin nizamnamə kapitalı 20 manat məbləğində müəyyən edilib və hər birinin dəyəri 5 manat olmaqla 4 paydan ibarət olub. Təsisçilərin nizamnamə kapitalında payları hərəyə 50 faiz olub.

Həmin günlərdə cibində deputat mandatı gəzdirən İlham Əliyev Şabranda at oynadıb, sahibkar Mansur İbrahimovla xoş-zor şərik olub. Ona ən müxtəlif vasitələrlə təzyiqlər göstərib, 12 hektar fındıq bağını yerlə bir edib, digər meyvə bağlarına da ən müxtəlif vasitələrlə sahiblənib. Belə bir şəraitdə İlham Əliyev Mansur İbrahimovdan “Dostluq - MK” MMC-dəki 50 faiz payını 3 milyon manata ona satmağını istəyib. Biçarə sahibkar razılıq verib.

O, alqı-satqıya gəlmədi, şəxsiyyətinin sürətini vatsapıma yolladı

İlham Əliyev Xaçmazın deputatı olduğundan alqı-satqı müqaviləsi də onun istəyi ilə Xaçmaz rayonu, 1 saylı notariat ofisində olub. Özü notariat ofisinə gəlməyən İlham Əliyev sahibkar Mansur İbrahimova vatsap üzərindən şəxsiyyət vəsiqəsinin surətini göndərib, tapşırıb ki, alqı-satqı müqaviləsində 3 milyon manatlıq sövdələşmə 5 min 600 manat kimi göstərilsin. Yəni Mansur İbrahimova 1 qəpik də vermədən, 5 min 600 manatı Mansur İbrahimovun özünə ödətməklə alqı-satqı müqaviləsi bağlanıb.

Sabiq deputat İlham Əliyev payı aldı, 3 milyon manatı ödəmədi!

İlham Əliyev Mansur İbrahimova deyib ki, 3 milyon manatlıq sövdələşmənin alqı-satqı müqaviləsində göstərilməməsini ödənəcək verginin çoxluğu ilə izah edib. Vəd verib ki, 3 milyon manatı qısa müddətdə ödəyəcək. 5 min 600 manatı da Mansur İbrahimova ödətdirib. Sonradan isə İlham Əliyev Mansur İbrahimovun telefon zənglərinə belə cavab verməyib. Alqı-satqı müqaviləsi 8 avqust 2019-cu il tarixdə bağlansa da, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev bu günə qədər şabranlı sahibkar Mansur İbrahimovun pulunu ödəməkdən yayınır.

Mansur İbrahimov İlham Əliyevə qarşı Bakı Kommersiya Məhkəməsində də iddia qaldırıb. Onunla cavabdeh Əliyev İlham Əlisəftər oğlu arasında bağlanmış 8 avqust 2019-cu il tarixli, reyestrdə 3M-215 nömrə ilə qeyd edilən müqavilənin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş edib.

İlham Əliyev məhkəmədə hakimi şoka salan etiraf etdi – 3 milyon vəd verib, 1 qara qəpik də ödəməyib!

Hakim Emin Əliyevin sədrlik etdiyi məhkəmə iclasında İlham Əliyev də qatılıb və Mansur İbrahimova müqavilə üzrə 1 qara qəpik də ödəmədiyini etiraf edib.

Bu etirafı məhkəmə zalında olan hakim Emin Əliyev, məhkəmə katibi, Mansur İbrahimov və onun 2 vəkili, İlham Əliyevin özünün vəkili də eşidib. Hakim dəqiqləşdirici sual verərək İlham Əliyevdən alqı-satqı müqaviləsi üzrə ödəməli olduğu məbləği kimə ödəməsini aydınlaşdırıb. İlham Əliyev isə deyib ki, o, pulu 3-cü şəxsə verib. Lakin həmin 3-cü şəxsin kimliyini açıqlamayıb.

İlham Əliyevin bu ifadəsini Bakı Kommersiya Məhkəməsinin zallarında quraşdrılan video da görüb və eşidib! Qanuna görə həmin video sübut kimi istifadə oluna bilər.

Hakim İlham Əliyevin 3 milyonluq etirafını eşitdi, amma şikayəti təmin etmədi!

Ən maraqlısı da budur ki, İlham Əliyevin belə bir etirafı ortada ola-ola hakim Emin Əliyev Mansur İbrahimovun iddiasını rədd edən qətnamə çıxarıb. Ədalətsiz qətnaməni eşidən Mansur İbrahimov iflic olub.

Sonradan sahibkara təqdim edilən, Azərbaycan dövləti adından çıxarılan qətnamədə İlham Əliyevin etirafından 1 sətir belə bəhs etməyib.

Hakim çıxardığı qətnaməni böyük şübhə altına alan İlham Əliyevin etirafını gizlətməklə tərəfsiz olmadığını da ortaya qoyub!

Mehdiyevin kürəkənini apelyasiya instansiyasında da qalib çıxarıblar

Mansur İbrahimov apelyasiya instansiyasına üz tutub, Bakı Kommersiya Məhkəməsinin qətnaməsinin ləğvini istəyib. Apelyasiya instansiyasında İlham Əliyevin etirafını əsas gətirib, Bakı Kommersiya Məhkəməsində bu etiraf dilə gətirilərkən çəkilmiş videonun tədqiq olunmasını vəsatətlə tələb edib Vəsatət təmin edilməyərək İlham Əliyev apelyasiya instansiyasında da qalib çıxarılıb.

Şabranlı sahibkarın Ali Məhkəmədə də ədalət axtarışları fayda verməyib

Mansur İbrahimov deyir ki, Ali Məhkəmədə də ədalət axtarışları fayda verməyib. Artıq yaxasında deputat “znaçok”u olmayan İlham Əliyevin etirafını bu instansiyada da dinləməyib, qərar veriblər.

Mansur İbrahimov deyir ki, uzun illərdir ki, kənd təsərrüfatı sahəsində çalışıb, bu sahə ilə əlaqəli əksər dövlət tədbirlərində nümunəvi sahibkar kimi dəvət alıb:

“Ümidliyəm ki, mənə qarşı Ramiz Mehdiyevin vəzifədə olduğu illərdə başlanan, bu gün də davam edən haqsızlıqlara nəhayət ki, son qoyulacaq. Mən kənd təsərrüfatı sahəsinə sərf etdiyim zəhməti, qoyduğum sərmayəni bir böyük hipermarket açmağa sərf etsəydim, bu gün başım bu bəlaları çəkməzdi. Ədaləti ölkə daxilində axtardım, amma çox böyük haqsızlıq gördüm. Ali Məhkəmə rəhbərliyinə ümidlərim vardı. Amma orada da Bakı Kommersiya Məhkəməsindən İlham Əliyevin etiraf videosunu tələb edib baxmadılar. İllik 800 min -1 milyon 200 min manat gəlir gətirən MMC-dəki payımı 5 min 600 manata satın alındığına isə inanırlar. Halbuki, həmin 5 min 600 manatı belə bankomata mən ödəmişəm, bu barədə qəbz də əlimdədir. Buna da baxan olmadı”.

Sahibkar bir daha Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimova müraciət edərək ədalətin bərpası üçün köməklik göstərilməsini xahiş edib.

Musavat.com
 
Ardını oxu...
AFFA-da yeni prezidentin seçilməsindən, futbol təsərrüfatına yeni komandanın gəlişindən bir ay keçdi. 30 gün. 30 gün necə keçdi, heç xəbərimiz də olmadı. 30 gündə nə iş görüb yeni komanda? Çox, lap çox iş görüb.

Yox, AFFA rəhbərliyi 30 gün ərzində heç olmasa 10 rayona baş çəkməyib, orada futbol infrastrukturu ilə maraqlanmayıb, inkişaf üçün perspektivi müəyyən etməyib.

Yox, bunu etmək olmaz. Adam əldən düşər. Heç olmasa, 5-10 kilo çəki itirər insan. Heç insafdandır…

AFFA rəhbərliyi heç Bakı ətrafındakı qəsəbələrə də baş çəkməyib. Nə var ey, Bakının ətrafındakı qəsəbələrdə? Kasıb-kusubla söhbət etmək adamı yorur.

Bəs bunlar nə iş görüblər bu 30 gündə? Çox iş görüblər, atam balası. AFFA-nın yeni rəhbərliyi 30 gün ərzində 10 dəfə restoranda toplaşıb. Futbol təsərrüfatını monopoliyaya götürməyi “yuyublar” düz on dəfə. “Yuduqca” da, “yumağın” yollarını müzakirə ediblər. Asan iş deyil “yumaq”. Elə “yumalısan” ki, pul, çaşdım ey, su ətrafa sıçramasın.

AFFA-nın yeni rəhbərliyi restoranlardakı “yuma” məclislərində xeyli kabab yeyib, kəklikotulu çay içiblər. Yaxşı, əsəbiləşməyin, bahalı xarici içki olub, amma çaydan əvvəl. Ən azı 50 min manat hesab veriblər. Onlar üçün qəpik-quruşdur. Amma Azərbaycanın bölgələrində forma, top üzünə həsrət qalan uşaqlar üçün böyük məbləğdir. Bu 30 gündə 10 restorana giriblər, amma bir dəfə də AFFA-nın qapısından içəri daxil olmayıblar.

Çox iş görüblər bu 30 gündə. Növbəti 30 gündə nə iş görəcəklər? Rəhmətliyin nəvələri, sizdə heç insaf yoxdur ki… Dincəlməlidirlər, növbəti bir ayda. Ondan sonra baxarlar hara getmək lazım olduğuna. Bölgələri, heç Bakının ətraf qəsəbələrini də nəzərdə tutmuram. Restoranları deyirəm. Bakıda bahalı restoran çoxdur. Azərbaycan futbolu etibarlı adamlara tapşırılıb, qəti narahat olmayın. 30 gün necə keçdi, heç xəbərimiz də olmadı.

Natiq Muxtarlı

aut.az
Ardını oxu...
Elm və Təhsil Nazirliyi “Edumedia-Azərbaycan” MMC (VÖEN – 1401897631) ilə 3 satınalma müqaviləsi imzalayıb.

Yeniavaz.com xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqavilələrin ümumi dəyəri 3 milyon 390 min manat olub.

Elm və Təhsil Nazirliyi “Yeni dərslik və metodik vəsaitlərin hazırlanması” üçün 1 milyon 720 min manat, “Peşə təhsili üzrə dərsliklərin hazırlanması” üçün 1 milyon 60 min manat, “Cambridge University Press” nəşriyyatının 5-ci və 6-cı siniflər üçün “Game Changer” adlı ingilis dili dərsliyi və müəllim vəsaitinin qeyri-müstəsna istifadə hüquqlarının alınması” üçün isə 610 min manat ödəniləcək.

Məlumat üçün bildirək ki, “Edumedia-Azərbaycan” MMC 13 yanvar 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 60 manat olan MMC Nəsimi rayonu, 20 Yanvar, ev 19B, m. 29 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Abasov Orxan Rafiz oğludur.
 

Ardını oxu...
     

"Xaçmaz rayon icra hakimiyyətinin başçısı Elnur Rzayevə müraciət etdim ki, mənim üçün sosial xidmətlər agentliyi tərəfindən fərdi ev tikilməsi uçun torpaq sahəsinin ayrilması barədə köməklik edəsiniz, amma..." Dia-az.info bildirir ki, bunu öz gileyində Xaçmazdan olan Qarabağ Qazisi Yusif əsədullayev bildirib.

Narazı vətəndaş daha sonra əlavə edir: "Başçı məzuniyyətdə olan zaman mənə əlaqədar şəxslar tərəfindən deyildi ki, Xaçmazda Qaziyə veriləsi torpaq yoxdur. Yalnızca Cənab Başçının göstərişi ilə torpaq tapılır . Torpağın sənədləsmə söhbəti gələndə Xaçmaz bələdiyəsi mənə bildirir ki sənin dövlət tərəfindən torpaqla təmin olunmağın yalnizca 5 il Xaçmaz qeydiyyatında olduqdan sonra verilə bilər və bu üsulla mənə veriləcək torpagdan məni uzaqlasdırırlar.
Yalnız həmin torpağı pull ilə ala bilərəm, hərrac yolu ilə basqa qurumlara müraciət etsəm də, qapı dalında qoyarag bunun başqa cürə mümkün olmadığını bildirirlər .

Əziz millətim, gəncliyini bu millətə, bu vətənə fəda edən bir Qaziyə - Bir XTQ mənsubuna bir qarış torpağı çox görürlər... torpağı alan oğlanlara indi torpağı pulla satırlar.

Mənim iki azyaşlı körpə ilə çöldə qalmağım mənim uçün deyil... milllət və dövlət üçün ayıbdır, məncə..."

     

Ardını oxu...
Bakıda müştəri aldığı çörəyin içindən taxta qırıntısı aşkarlayıb.

KONKRET.az bildirir ki, bu hadisə ilə Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən Şərur MTK binasında yaşayan vətəndaşlardan biri qarşılaşıb. Dediyinə görə “Binə” çörək zavoduna məxsus məhsul Şərur MTK binalarının yanında yerləşən “Araz” marketdən bu gün səhər alınıb.

Evdə çörəyi kəsən zaman içərisində qaraltı görən şəxs diqqətlə baxdıqdan sonra onun taxta qırıntısı olduğunu müəyyən edib. Şəxsin bildirdiyinə görə çörəyin içərisindən çıxan taxta qırıntısının uzunluğu təxminən 3 sm-ə yaxın olub.

Müştəri çörəyi istehsal edən “Binə” çörək zavodunun rəhbərliyinə səslənərək unun ələnməsində xüsusilə diqqətli olmalarını tələb edib.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müraciət edilib.

Ardını oxu...
"TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov keçən günlərdə mətbuata açıqlama verdi ki, bəz o, əyalət rayonlarına tibbin səviyyəsinin qalxmasında maraqlıdır və istəyir ki, rayon sakinləri xəstələnən kimi durub Bakıya gəlməsinlər. Yaxşı... gözəl fikirlərdir. Bəs niyə bizim Ağstafaya da eyni qaydada tətbiq olunmur bu ideya?"

Qeyd edək ki, bu gün Ağstafa rayonunun sakinləri həkim çatışmazlığından əziyyət çəkir. Bu barədə dia-az.info-ya daxil olan müraciətdə də belə anlaşılır. Və artıq bir dəfə bu məsələ ilə bağlı redaksiyamıza üz tutan sakinlər TƏBİB sədrinin məlum açıqlamasından sonra yenidn müraciət ediblər və bu dəfə ölkə rəhbərliyindən xahiş edirlər ki, Ağstafa rayonunda səhiyyənin inkişafı dövlətin prioritet məsələsi kimi gündəmə gəlsin, ÇÜNKİ...

Onların sözlərinə görə, xüsusən ultrasəs müayinəsi edən radioloq həkimlərin azlığı günlərlə növbə gözləməyə səbəb olur.

Sakinlər adından dia-az.info-ya daxil olan müraciətdə daha sonra deyilir:

“Ağstafa Mərkəzi Xəstəxanasında ultrasəs müayinə aparatı yoxdur, həmçinin həkim də yoxa çıxır. Bizə Qazax rayonuna getməyimizi deyirlər. Oraya getdiyimiz zaman isə həkim tapa bilmirik. Həm də hər rayonun həkimi öz sakininə qulluq edir. Biz isə kənardan gəlməyimizə baxmayaraq, ya qəbul olunmuruq, ya da gec qəbul olunuruq. Yəqin TƏBİB-in hörmətli rəhbəri Vüqar müəllim bunu nəzərə alacaq”.

Daha sonra isə ölkə rəhbərliyinə müraciət edən sakinlər sual edir: "Vüqar Qurbanov deyir ki, xəstələr Bakıya gəlməsin... BƏS HARA GEDƏK?"
 
Ardını oxu...
İş adamı Fərəməz Məmmədovun keçmiş dostu bazarın 35 faizinə iddia edir…

“Hürriyyət” qəzetinin 16 aprel, 2024-cü il sayında “Dövlət büdcəsini talan edən qardaşlar azadlıqda…” sərlövhəli yazı dərc etmişdik. Həmin yazıda “Alatava-2 Avtonəqliyyat” Səhmdar Cəmiyyətinin qeyri-rəsmi sahibləri - Fərəməz Məmmədov və Qalib Məmmədov qardaşlarının dövlətin milyonlarla manat vəsaitini talan etməsi ilə bağlı məlumat verilirdi. Qeyd olunurdu ki, bu haqda çoxsaylı faktlar aşkarlansa da, qardaşlar onları himayə edən məmurların hesabına hələ də “toxunulmaz” qalıblar.

Məsələ ilə bağlı “Hürriyyət”ə müraciət edən Bakı sakini Əliyev Yusif Lətif oğlu da Fərəməz Məmmədov və Qalib Məmmədovun qanunsuz əməllərindən bəhs edib. O deyir ki, Məmmədov Fərəməz Nurulla oğlu ilə keçmişdə dost olublar: “1986-cı ildə Zaqataladan Bakıya köçəndən sonra, onunla birgə iş görmüşük. Sonra, 1998-ci ildə mən özüm üçün Babək prospektində 70 min dollara 2 hektar yer almaq istəyirdim. Fərəməz dedi ki, oranı alma, mənim qardaşımın Tariyel adlı tanışı var, yaxşı yer satır, gedək oranı alaq. Bildirdi ki, həmin yer şəhərin mərkəzində “daş bazarı” kimi fəaliyyət göstərir. Getdik, o, bizi Tariyel müəllimlə tanış etdi, onunla danışıb razılaşdıq.

Məlumat üçün deyim ki, həmin yer onun icarəsində idi. O vaxt qərar vardı ki, kim hansı ərazini icarəyə götürübsə, oranı özəlləşdirə bilər. Tariyel müəllimin də həmin yeri özəlləşdirməyə maddi imkanı yox idi, ona görə şərikli işləməyə razılıq vermişdi.

Beləliklə, razılaşmaya əsasən, özəlləşdirmə olmalıydı, həmin yerin 30 faizi Tariyel müəllimə verilməli, qalan 70 faiz də Fərəməzlə mənim armada tən yarı (hərəyə 35 faiz) bölünməli idi.

Həmin günün səhərisi 70 min dollar mən, 60 min dollar da Fərəməz qoydu, yerin özəlləşdirilməsi üçün aparıb həmin pulu keçmiş nazir Barat Nuriyevin Mübariz adlı köməkçisinə verdik. 30 min manat da borcumuz qaldı. Sonra iş gördükcə həmin vəsaiti də hissə-hissə ödədik”.
Ardını oxu...
Yusif Əliyev

Yusif Əliyev deyir ki, özəlləşmə prosesi yubansa da, bir müddət birgə işləyiblər: “Mən orda mağazalar, avtomobil təmiri sexləri tikdirdim. Onlar həmişə mənə deyirdilər ki, biz 5 qardaşıq, sən bizim altıncı qardaşımızsan. Sonra Fərəməz və qardaşı üzümə durdu ki, sən bura şərik deyilsən. Onlar Tariyel müəllimin də, mənim də haqqımı dandılar. Mən yatsam yuxuma da girməzdi ki, onlar belə şey edə bilərlər. Deyəndə ki, sən bu yerə ortaq deyilsən, cavab verdim ki, deyəsən siz çaşmısınız…

Həmin vaxt onların barəsində cinayət işi açılmışdı, külli miqdarda dövlət əmlakını talan etmək ittihamı ilə axtarışda idilər. Bu zaman Fərəməz kağız üzərində həyat yoldaşından ayrıldı ki, sabah bir şey olsa əmlaklarına həbs qoyulmasın. Bütün əmlakları da kağız üzərində ayrıldığı arvadının adına keçirdi(Bütün bunlarla bağlı ötən yazımızda məlumat vermişik – müəl.).

Mən bunlara qarşı mübarizə aparandan sonra Fərəməz ortalığa çıxmadı, aranı qardaşı qatırdı. Onun həmin vaxt da çox böyük maddi imkanı vardı”.

Şikayətçi deyir ki, bu hadisələrdən sonra, 2000-ci ildə ortaqlığı bitirmək qərarına gəlib: “Fərəməzə dedim ki, ayıb olsun sənə, mən gedirəm, payıma düşəni verin. O dedi ki, yox, sən gedə bilməzsən, biz qardaşıq. Dedim yox, siz qardaşlığı keçdiniz, qardaş belə hərəkət etməz.

Bundan sonra Qalib gəlib dedi ki, bizim sənə borcumuz yoxdur, amma 70 min dollar verdiyin üçün, hörmət edib sənə 70 min manat qaytararıq. Bunun da 50 min manatını veririk, qalan 20 mini də sənin “yaxşı oğlan” kimi təqdim etdiyin şəxs bizə 20 min manat “atdığına” görə, onunla əvəzləyirik.

Hansı ki, həmin adamla 5 il işləmişdilər. 5 ildən sonra deyir ki, o, bizə 20 min manat atıb, həmin 20 mini də mənə verəcəkləri puldan çıxdılar. O pulu da Qalibin bacanağı gətirib verdi ki, götür, sən onsuz da onlara heç nə edə bilməyəcəksən”.

Y.Əliyev deyir ki, həmin vaxt sənədə imza atıb 50 min manat götürsə də, hazırda həmin yerin 35 faizinə iddialıdır. Onun sözlərinə görə, 1998-ci ildəm həmin yerin özəlləşdirilməsini gözləsələr də, cəmi 6 ay öncədən “daş bazarı”nı özəlləşdirməyə başlayıblar: “Amma indiyədək həmin yer istifadə olunub, müəyyən şəxslərə icarəyə verilib. Hazırda da bu ərazidə tikinti materialları satılır. Bir hissəsi isə dayanacaq kimi istifadə olunur. Amma bu müddət ərzində gəlirdən mənə bir qəpik də pul verməyiblər”.

Şikayətçinin sözlərinə görə, həmin ərazi təxminən 4 hektardır və indiki bazar qiyməti ilə 20 milyon manata yaxın pul edir və bu vəsaitin 35 faizi onun haqqıdır: “Onları məhkəməyə vermədim. Bilirdim ki, bütün hallarda qərar onların xeyrinə çıxarılacaq. Onların geniş imkanları var, məhkəmədən də güclüdürlər”.

(Ardı var)

Hazırladı: KƏNAN

P.S. Növbəti məqalələrimizdə Fərəməz Məmmədov və qardaşı Qalib Məmmədovun dövlət əmlakını necə talamaları, hansı məmurlar tərəfindən himayə olunmaları, eləcə də öz himayədarları hesabına daha hansı şəxslərin külli miqdarda pulunu və əmlakını ələ keçirmələri haqda geniş yazacağıq.

P.P.S. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
 
Ardını oxu...
Gəncə şəhər sakini Həsənov Arzu Məqsəd oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, 1993-1995-ci illərdə müharibədə olub, lakin 30 ildir veteran statusu ala bilmir:

“Mən, Həsənov Arzu Məqsəd oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

30 ildir veteranlığımı ala bilmirəm. Yazmadığım, müraciət etmədiyim qurum qalmayıb. Hər ay iynə-dərman qəbul edirəm. 3 il müharibədə olmuşam, canımı qoymuşam. Hal-hazırdada səhhətimdə problem çoxdur.

Bundan əlavə, Məşğulluq İdarəsindəndə qeydiyyatdan keçmişəm. Məşğulluq İdarəsindən gələn nümayəndələr evə baxış keçirdi, həyətdə olan tövləni də yazdılar. 15-20 gün sonra yenidən cavab üçün müraciət etdikdə, bildirdilər ki, sənin şəraitin olmadığına görə sənə heyvan düşmür. Həyətdə tövləm var, nəyini bəyənməyiblər, bilmədik. Heyvanlar üçün villa tikməliyəm? Bəlkə həmin gün 50-dən çox şəkil çəkdilər, Sahil Babayev o şəkillərə baxanda tövləni niyə görməyib, görəsən?"
Şikayətçinin saytımıza göndərdiyi video-müraciəti olduğu kimi sizlərə təqdim edirik.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 
Ardını oxu...
10 gün əvvəl-Aprelin 19-da Azər­baycan Respublikası Hesablama Palatasının 2023-cü ildəki fəaliyyəti haqqında Milli Məclisdə hesabatı təqdim edildi. Palatanın sədri Vüqar Gülməmmədov palatanın 2023-cü ildəki fəaliyyəti haqqında hesabat məruzəsində bildirdi ki, Audit və analitik fəaliyyət üzrə döv­lət maliyyəsinin idarə edilməsində ümu­mi nöqsan məbləği 1971,9 milyon ma­nat müəyyən edilmişdir.

Bütün auditlər üzrə aş­karlanmış hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal edil­məsi ilə əlaqədar müvafiq materiallar hüquq-mühafizə orqanlarına göndəril­mişdir.

Dövlət büdcəsinin formalaşdırılması və xərc­lənməsi üzərində maliyyə nəzarətinin səmərəliliyini təmin etməyə yönəlmiş hesabatda xüsusi ilə diqqəti çəkən fakt dövlət satınalmaları ilə bağlı oldu: 31 uyğunluq audutundən 27-də dövlət satınalmalarında ciddi nöqsanlar aşkar edilib.

Deputat Vahid Əhmədov Hesablama Palatsının 2023-cü ildə və ondan əvvəlki hesabatlarında ən çox ciddi nöqsan sahəsinin satınalmalar və tender fəaliyyəti olduğunu bildirdi: “Satınalmalarla əlaqədar nə qədər mübarizə aparsaq da, qanunda dəyişikliklər etsək də faktiki olaraq satınalmalarda ciddi problemlər mövcuddur. İkinci ən ciddi məsələ mühasibat uçotu və hesabatlılıqdır. “Mühasibat uçotu haqqında” qanun qəbul etmişik. Hesabatda, yoxlamalarda da görünür ki, “Mühasibat uçotu haqqında” qanun müəssisələr və təşkilatlar tərəfindən düzgün yerinə yetirilmir.”.

Ardınca isə ekspertlər də dövlət satınalmalarında ciddi nöqsanların olduğunu bildirdilər. İqtisadçı-ekspert Allahverdi Aydın isə Dövlət satınalmalarına nəzarət edən qurumun – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qanunazidd fəaliyyətinə, qurumda çalışan əməkdaşların yeni Qanundan xəbərlərsiz olduqlarına diqqət çəkdi. (Ətraflı bu linkdə: https://yenixeber.org/arasdirma/166883-%E2%80%9Ctenderl%C9%99r%C9%99-n%C9%99zar%C9%99t-ed%C9%99n-qurumun-qanunundan-x%C9%99b%C9%99ri-yoxdur%E2%80%9D-%E2%80%93.html
***

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 04.04.2024-cü il tarixdə müvafiq tenderlə “TEKSTIL TƏMINAT MH” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə 664.954,9 manatlıq müqavilə bağlayıb. Müqaviləyə görə “TEKSTIL TƏMINAT MH” MMC Dövlət Xidmətini Hərbi geyim forması və ləvazimatlarla təmin etməlidir.



№ Başlıq Miqdar Ölçü vahidi
1 Furajka 259 ədəd
2 Papaq 123 ədəd
3 Palto 186 ədəd
4 Gödəkcə 827 ədəd
5 Qış kiteli və şalvar 1427 dəst
6 Şlyapa 12 ədəd
7 Yubka 30 ədəd
8 Günyə 100 ədəd
9 Səkkizgüşəli Ulduz 500 ədəd
10 Məharət dərəcəsi 150 ədəd
11 Səhra çantası 200 ədəd
12 Qış səhra geyim forması 750 dəst
13 Köynək 1245 ədəd
14 Əlcək 100 cüt
15 Laklı tufli 695 cüt
16 Çəkmə 113 cüt
17 Qalstuk 300 ədəd
18 Şərf 100 ədəd
19 Qısaqol mayka 3550 ədəd
20 Şalvar qayışı 200 ədəd
21 Qalstuk üçün sıxac 210 ədəd
22 Döş nişanı 1807 ədəd
23 Gündəlik geyim üçün kokarda 569 ədəd
24 Gündəlik geyim üçün poqon (ali zabitlər üçün) 1772 cüt
25 Qol nişanı 1734 ədəd
26 Yaxa nişanı 3463 ədəd
27 Aypara 250 ədəd

Xatırladaq ki, bu tərəflər arasında ilk belə əməkdaşlıq deyil… Ötən il də eyni predmetlər üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə “TEKSTIL TƏMINAT MH” MMC-nin əməkdaşlığı olub…

Biz “Yenixeber.org” olaraq tərəflər arasında bağlanan sonuncu müqavilə ilə bağlı bir sıra məqamlara aydınlıq gətirmək məqsədi ilə bu ayın 4-də Dövlət Xidmətinin rəisi cənab polkovnik Mürsəl İbrahimova onlayn sorğu ünvanladıq. Təəssüf ki, bu günə qədər sorğumuza cavab ala bilmədik. Bizimlə telefon danışığında qurum rəsmisi tenderin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin deyil, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin keçirdiyini və suallarımızı da ikinci ünvana ünvanlamalı olduğumuzu bildirdi(?)

Hörmətli qurum rəsmisinə və bu mövzuda məlumatı az olanlara xatırladaq ki, Azərbaycan Respublikası “Dövlət Satınalmaları Haqqında Qaununu”n 20.1-ci maddəsində göstərilir ki, Satınalma komissiyasının tərkibi bu qnunun 21.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla tək sayda (azı 5 (beş) nəfər) olmaqla, satınalan təşkilatın nümayəndələrindən formalaşdırılır. Satınalma komissiyasının sədrini və üzvlərini satınalan təşkilatın rəhbəri təsdiq edir. Satınalan təşkilatın rəhbəri satınalma komissiyasının sədri ola bilməz.

Təchizatçının Lisenziya və ya icazəsi ilə də bağlı Qanunun 23.3.2-ci maddəsində göstərilir ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduqda, müvafiq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması…

Eləcə də digər maddələrdə Təchizatçı ilə bağlı bir sıra tələblər sadalanır: satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması, satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması, texniki imkanlarının və maddi-texniki bazasının olması, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması…

O ki, qaldı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, bu qurum dövlət vəsaitləri hesabına malların, işlərin və xidmətlərin satın alınması sahəsində dövlət siyasətini həyata keçirir. Başqa sözlə dövlət satınalmalarında nəzarət funksiyasına shibdir… Müsabiqəyə səlahiyyəti çərçivəsində nəzarət edir və hansısa qanun pozuntusu olduğu halda müvafiq addımlar atır.

***

Digər ilginc bir faktor isə “TEKSTIL TƏMINAT MH” MMC ilə bağlıdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yüksək məbləğdə dövlətin pulunu etibar etdiyi bu şirkətin internet üzərindən hüç bir əlaqə vasitəsinə rast olmaq mümkün olmadı(?) Hansı ki, bu sayaq şirkətlərin fəaliyyətlərindən bəhs olunan saytlarının, əlaqə vasitələrinin, telefon nömrələrinin olması vacibdir. Ən azı ona gərə ki, belə məqamlarda hansısa şübhələrə yol açılmasın… Dəqiqləşdirilməmiş hansısa məlumat ictimailəşməsin.

Digər media orqanlarında yer alan məlumatlara görə, “TEKSTIL TƏMINAT MH” MMC 13 fevral 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5 AZN-dir. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəsəbli küçəsi 2, ev 49, mənzil 55-də yerləşir. Şirkətin qanuni təmsilçisi Quliyev Pünhan Raib oğludur.

“Tekstil Təminat MH” MMC dövlət qeydiyyatına alınanda qanuni təmsilçisi Məmmədov Müdabir Həmdulla oğlu olub. 2021-ci ilin aprelində şirkətin qanuni təmsilçisi dəyişib. Müdabir Məmmədov oğlu Cavanşir Məmmədovla əvəzlənib. 2022-ci ilin noyabrında isə Cavanşir Məmmədovu Cəfərli Həsən Yelmar oğlu əvəzləyib.

2023-cü ilin martında şirkətin qanuni təmsilçisi növbəti dəfə dəyişib. Bu dəfə reyestr məlumatlarına Pünhan Quliyevin adı qeyd edilib.

Məlumata görə, Müdabir Məmmədovun başqa şirkəti də var. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında onun adı həm də “Modernstyle” MMC-nin qanuni təmsilçisi kimi qeyd edilib. Maraqlıdır ki, bu şirkətin də nizamnamə kapitalı 5 AZN-dir. Şirkətin hüquqi ünvanı isə Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev128/34, mənzil 2-də yerləşir.

Digər şəxslər barəsində isə açıq mənbələrdə heç bir məlumat yoxdur./yenixeber.org
 
Ardını oxu...
“Rüşvət hallarını, qanunsuzluqları dilə gətirdiyimə görə məni hədələyirlər”

Tərtər sakini Arif Paşayev iddia edir ki, rayon icra hakimiyyətindəki rüşvət və saxtakarlıq barədə şikayətlərinə görə təzyiq altındadır. Onun sözlərinə görə, Tərtər Rayon İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri onu hədələyir.

“O qədər əhalidən 5 nəfər çətin tapılar ki, etirazını bildirsin”

Arif Paşayev Meydan TV-yə danışır ki, icra hakimiyyətinin nəzdindəki Qəyyumluq və Himayəçilik Komissiyası onun yaxın qohumuyla bağlı əsassız rəy verib. Söhbət 3 yaşlı Hüseynlə bağlı verilmiş rəydən gedir.

Uşağın anası 2023-cü il mayın 4-də qətlə yetirilib, atası isə bu cinayətdə ittiham olunaraq həbs edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsində onun mühakiməsi davam edir.

O hadisədən bu yana azyaşlı anasının valideynlərilə birlikdə yaşayır. Bir müddət öncə digər babası və nənəsi məhkəməyə müraciət edib ki, Hüseyn onların himayəsinə verilsin.

Komissiya isə hər iki ailə ilə bağlı araşdırmalardan, evlərinə baxış keçirəndən sonra belə nəticəyə gəlib ki, uşağın ata babasıgilin yanında qalması məqsədəuyğundur.

Hazırda Tərtər Rayon Məhkəməsində Hüseynin kimin yanında qalmasıyla bağlı mübahisəyə baxılır. Komissiyanın rəyi də məhkəməyə təqdim olunub.

Ananın valideynləri dəfələrlə icra hakimiyyətinin qarşısında etiraz aksiyası keçirib, Baş Prokurorluğa və başqa dövlət orqanlarına şikayət edib. Onlar iddia edirlər ki, bu rəy qanunsuzdur.

“Şübhəmiz yoxdur ki, bu rəy rüşvət nəticəsində verilib. Rüşvət hallarını, qanunsuzluqları dilə gətirdiyimə, məsələni sosial şəbəkələrdə ictimailəşdirdiyimə görə mənə təzyiq edirlər. Zəng eləyirlər, hədələyirlər. Ümumiyyətlə, Tərtərdə elə mühit yaradıblar ki, adamlar narazılığını dilə gətirməyə, etiraz eləməyə qorxur. Tərtərin o qədər əhalisi var, arasında 5 nəfər çətinliklə tapılar ki, etirazını bildirsin”, – Arif Paşayev bildirib.

“Fikirlərinizi məhkəmədə bildirin…”

O, təzyiqlərə görə xüsusən Tərtər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov və Qəyyumluq və Himayəçilik Komissiyasının məsul katibi Rəvan Həsənovu ittiham edir.

Meydan TV-nin əməkdaşı Arif Paşayevin iddialarına münasibət öyrənmək üçün adları çəkilən hər iki məmurun xidməti telefonlarına, həmçinin Rəvan Həsənovun mobil telefonuna bir həftə ərzində dəfələrlə zəng edib. Lakin onların heç biri zənglərə cavab verməyib.
Ardını oxu...
İcra başçısının birinci müavini Elvin Umudov şikayətçi tərəf olan uşağın ana babası Vidadi Məhərrəmova göndərdiyi məktubda yazıb ki, Hüseynin tərəflərdən hansının himayəsində saxlanması məsələsinə Qəyyumluq və Himayəçilik Komissiyasında baxılaraq rəy verilib və həmin rəy də məhkəməyə göndərilib:

“Odur ki, uşağın kimin yanında saxlanılması barədə qərar məhkəmə orqanının səlahiyyətində olduğu üçün məhkəmə prosesində iştirak edərək, fikirlərinizi bildirmək tövsiyə olunur”.

Arif Paşayev Meydan TV-yə Rəvan Həsənova aid olduğu iddia edilən səs yazısını təqdim edib. Oradakı danışıqdan məlum olur ki, Rəvan Həsənov ona zəng edərək, özü və ailə haqqında sosial şəbəkələrdə səsləndirilən ittihamlara, təhqirlərə görə etirazını bildirir. O, heç kimdən rüşvət almadığını vurğulayır. Əlavə edir ki, ümumiyyətlə, Hüseyn Əlizadə haqqında rəyə görə Tərtər rayon İcra Hakimiyyətində qarşı tərəfdən pul alınması barədə söhbət olmayıb.
 

Dünyapress TV

Xəbər lenti