Ardını oxu...
Abşeron-Xızı Regional Təhsil İdarəsi "Azərmətbuatyayım” Açıq Səhmdar Cəmiyyəti ilə 70 000 manatlıq satınalma müqaviləsi bağlayacaq.
Reportyor.info xəbər verir ki, müqavilə "Azərbaycan müəllimi” qəzetinə abunə yazılışı ilə əlaqədardır. Tenderin şərtlərindən aydın olur ki, İdarə il ərzində 70 000 nüsxə qəzetlə təmin ediləcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Azərmətbuatyayımı” ASC 7 avqust 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 345 304 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 30 K-də yerləşir. ASC-nin qanuni təmsilçisi Salmanov Süleyman Əli oğludur. Ondan əvvəl şirkəti Səfərli Vüqar Müzəffər oğlu təmsil edib.

Vüqar Səfərli 2009-2020-ci illərdə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru vəzifəsində işləyib. və 2021-ci ildə həbs edilib. Ona qarşı 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2-ci (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4-ci (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Vüqar Səfərli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay azadlıqdan məhrum edilib. Hökmdə qeyd olunub ki, Vüqar Səfərli 3 il dövlət orqanlarında vəzifə tuta bilməz. Bundan başqa, onun Xətai rayonu, İsmayıllı rayonunda yerləşən fərdi yaşayış evləri müsadirə edilib, bank hesabına həbs qoyulub.

"Azərmətbuatyayımı” ASC Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənovun şirkəti kimi tanınıb. Bu da səbəbsiz deyil. ASC-nin təsisçisi "Kaspi Mətbuat Yayım” MMC-dir. 1 mart 2004-cü ildə qeydiyyata alınan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, ev 1-də yerləşir. Bu ünvanda Əli Həsənovun ailə üzlərinə məxsus "Atom Qida” MMC, "Bakı 24” MMC, "Kaspi AZ” MMC, "Mətbuat Evi” MMC, "Golden Prince” MMC, "Global Advertisment” MMC və "Kaspi Co” MTK qeydiyyatda olub. Bu şirkətlər artıq ləğv edilib. Bu məlumatlar indiyə qədər təkzib olunmayıb.
Digər tərəfdən, "Azərbaycan müəllimi” qəzeti həftədə bir dəfə 300-500 tirajla nəşr edilir. Bu isə il ərzində 70 000 nüsxə etmir.
Biz hələ abunə haqqının baha olmasından danışmırıq. Hazırda qəzetlərin qiyməti 60 qəpikdir. Amma hansısa səbəbdən İdarə "Azərbaycan müəllimi” qəzetini 1 manatdan alır.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevadır. Media onun fəaliyyəti haqqında tənqidi materiallarla zəngindir.
Onun bu vəzifəyə təyin olunmasından sonra Abşeron təhsilinin bərbad vəziyyətə düşdüyü barədə iddialar var. Bu iddialar indiyə qədər təkzib olunmayıb.
Ardını oxu...
Türkiyənin məşhur aktrisası Nebahat Çehredən pərəstişkarlarını kədərləndirən xəbər gəlib. Belə ki, aktrisa təcili xəstəxanaya yerləşdirilib.

Məlumata görə, N.Çehrenin ürəyinə stend taxılıb. Ulduz bir gecə xəstəxanada qalıb.

Hazırda onun vəziyyəti qənaətbəxş hesab olunur.

Qeyd edək ki, Türkiyədə “Aşk-ı Memnu” serialında Firdevs Yöreoğlu obrazı ilə yadda qalan Nebahat Çehre 80 yaşına baxmayaraq illərə meydan oxuyan gözəlliyi və özünəməxsus üslubu ilə çox sevilir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Mənbə: Haber Global
 

Ardını oxu...
Abşeron-Xızı Regional Təhsil İdarəsi barəsində araşdırma aparılan Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri ilə bağlı daha bir açıqlama yayıb.

“Qafqazinfo” xəbər verir ki, açıqlamada sosial şəbəkələrdə səs yazısı yayılan bağça müdiri Fəranə Məhərrəmovanın əmək qabiliyyətini itirdiyi, müdir səlahiyyətlərini icra etmədiyi bildirilib.

“Sosial şəbəkələrdə yayılmış səs yazısı ilə bağlı bildiririk ki, bağçanın müdiri hazırda əmək qabiliyyətini itirdiyinə görə bağçanın müdir səlahiyyətləri Abşeron-Xızı Regional Təhsil İdarəsinin metodisti Sevinc Abbas qızı Qurbanovaya həvalə edilib. Bağça müdiri işə qayıtdıqdan sonra barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbir görüləcək”, - məlumatda vurğulanıb.

İdarədən, həmçinin qeyd edilib ki, sözügedən bağçanın fəaliyyəti Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb. İctimaiyyətə bu barədə əlavə məlumat veriləcək.

 
Ardını oxu...
"Üç ildir ki, neftçilərin əmək haqqı artırılmır". Dünən dia-az.info olaraq məlumat yayaraq bildirdik ki, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı İqtisadiyyat Naziri Mikayıl Cabbarova müraciət edərək sıravi neftçilərin maaşlarının artırılması ilə bağlı çağırış edib.

Yazısı BURADA: Sıravi neftçinin MAAŞ PROBLEMİ... - MÜRACİƏT

Qeyd edək ki, bu müraciət sıravi neftçilər tərəfindən geniş müzakirə olunub və onlardan bəziləri münasibətlərini də açıqlayıblar. Dia-az.info həmin müraciətlərdən bəzilərini təqdim edir. Beləliklə...

Ədalət Səncan: "Fəhləni adam yerinə qoyan yoxdur. Əsas özləridir. Fəhlə 500 manat, özlərisə 3000 manat və daha çox alırlar. Mikayıl müəllim özü görəsən o fəhləyə verilən beş yüz manatla neçə gün yaşaya bilər? Əyinlərindəki kostyumun qiyməti fəhlənin altı aylıq maaşından daha çoxdur..."

Hüseyn Zeynalov: "Ən ağir şəraitdə işləyən nefitcilərin əmək haqqısı artirilsin. 2022-çi ildə rəislərin əmək haaqısını qaldırdılar, fəhlələrin isə saatlarını kəsdilər. 24 saatlıq aqreqatların bir hissəsini 12 saata saldılar".

Rəsul Nərimanov: "Maaş axırıncı dəfə Rövnəq Abdullayevin vaxtında qalxıb... Sosial məsələlər isəə rəhmətlik Natiq Əliyevin vaxtında daha gözəl idi. İndikilər ancaq öz maaşlarını qaldırır... vəssalam".

Şəhriyar İsmayılov: "Bütün ərzaq malları demək olar ki 2 dəfə qalxıb normal qidalansan heç bu maaş da bəs eləməz. Ərzağın ən kefiyyətsizini məcbur yeyirik. Əksər işçilərin ürəyində stend var. Fəhləni muzdlu edib saatlıq tarif verirlər... Nazirlər kabineti də bayramların sayını günü-gündən artırır... İşə çıxdın pul yazılır... çıxmadın pul yazılmır. Ancaq özləri rəhbər heyət olaraq "oklad" maaş alır. Ədalətli bölgüdü? İstirahət verirlər, amma pul vermirlər..."

DAVAMI VAR...
Ardını oxu...
Sosial şəbəkə platformalarında kiberdələduzlar tərəfindən Səhiyyə Nazirliyinin dəstəyi görüntüsü ilə Kapital Bank adından saxta kampaniyalar həyata keçirilir. Belə ki, yaradılan saxta hesablar vasitəsilə Kapital Bankın hər kəsə 200 AZN məbləğində pul verdiyi bildirilir. Vəsaitin alınması məqsədi ilə istifadəçilərə saxta “Telegram” kanalına daxil olmaq təklif olunaraq istifadəçilərin bank kartı məlumatları tələb olunur. Bununla da vəsait istifadəçilərə məxsus bank hesablarından kiberdələduzlar tərəfindən oğurlanır.

Səhiyyə Nazirliyi Elektron Təhlükəsizlik Xidməti ilə birgə vətəndaşlardan bu cür hallara qarşı diqqətli olmağı və hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə, həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir.
 
 
 
Ardını oxu...
Dünəndən yağan yağış paytaxtın ətraf ərazilərində bir sıra problemlərə yol açıb. Binəqədi qəsəbəsi Ağamirək İsfahani və Cəfər Cabbarlı küçələrində də yağış suları kanalizasiya sularına qarışıb. Nəticədə sakinlərin gediş-gəlişi çətinləşib, avtomobillərin hərəkətində fasilələr yaranıb.
Ardını oxu...
Qəsəbə sakinlərinin Moderator.az-a verdiyi məlumata görə analoji vəziyyət qış ayından davam edir:

“Binəqədi qəsəbəsində yollarımız onsuz da yaxşı deyildi. Birtəhər pis-yaxşı asfalt çəkmişdilər. Onu da “AZƏRSU” gəlib dağıdıb getdi. Belə ki, qəsəbədəki su xətlərini yenilədilər, yolun bir tərəfini isə dağıdılmış vəziyyətdə qoyub getdilər. Düzdür, sonradan gəlib bəzi yerlərə nazik örtüklü asfalt döşədilər, amma əksər yerlər eyni vəziyyətdə qaldı. 2 gündür məhəllədə hərəkət etmək çətinləşib. Ya gərək qayıq alaq, ya da uzunboğazlı çəkmə. Vəziyyət o həddə çatıb ki, 133 saylı avtobus da artıq bu məhəlləyə gəlmir, yolunu dəyişib. İki avtomobil öz istiqamətləri üzrə hərəkət edə bilmir. Gərək biri gözləsin ki, o biri keçsin. Əks halda digər avtomobil çökək bir yerə düşəcək. Sonra gəl ordan çıx da” deyə sakinlər bildiriblər.

Moderator.az Binəqədi qəsəbəsindən foto və videoları sizə təqdim edir.




 
Ardını oxu...
  

Qaçaq sabiq səfir Elmira Axundova Ramiz Mehdiyevə yazdığı danos-məktubundan danışıb.

Pravda.az-a açıqlamasında məktubda yazılanlar barədə bunları deyib: "Bəsdirin də, qurtarın bu işləri. Əşi, nə məktub yazmışam? Mən artıq pensiyaya çıxmışam. Qoyun, oturaq işləyək. Hansı məktubu yazmışam? Hə? Biz min dənə məktub yazırıq. Dəhşət. Off, mənim heç o məktub yadımda deyil. Yazırlar, yazsınlar. Heç nə deməyəcəyəm, nə deyə bilərəm? Onlar hər şey edə bilərlər. Bəlkə, özləri yazıb "qol" çəkiblər?"

Elmira Axundovanın yaddaşını təzələyək. Bu danos-məktubunuz 30 iyul 2018-ci ildə Prezident Adminstrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə bağlı iş şöbəsinə daxil olub. 15244 nömrəsi ilə qeydə alınmaqla "ağsaqqalım və dostum" deyə xitab etdiyiniz Ramiz Mehdiyevə təqdim olunub.

Ramiz Mehdiyev məktubu Daxili İşlər Nazirliyinə, nazirlikdən isə Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə ötürülüb.

Qeyd edək ki, o günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində Elmira Axundovanın oğlu Həbib Axundovun adı qarışdığı 8 milyon manatlıq dələduzluq işi araşdırılırdı.

E.Məmmədəliyev,
Musavat.com

Ardını oxu...
TƏBİB-in tabeliyində olan Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Mərkəzin direktoru Fazil Alməmmədov əmr imzalayıb.

A.Mehdiyev isə işdən haqsız yerə çıxarıldığını bildirib və buna görə də məhkəməyə müraciət edib. O, tibb müəssisəsinə qarşı qaldırdığı iddiada işə bərpa olunması və əmək haqqı tələbini irəli sürüb.Nərimanov Rayon Məhkəməsi həkimin xeyrinə qərar çıxarıb.

Həkim A.Mehdiyev İqtisadiyyat.az-a açıqlamasında işdən çıxarılmasının səbəblərindən danışıb. Onun sözlərinə görə, buna Anım Günü Şəhidlər xiyabanını ziyarət etdiyi üçün işə bir saat gecikməyi səbəb olub: "Baxmayaraq ki, bu tarixdə biz işləmirdik. Çünki Nərimanov Tibb Mərkəzi təmirə bağlanmışdı. Dövlətimiz və məhkəmə var olsun ki, mənim xeyrimə qərar verdilər. Məhkəmədə direktorun Əmək Məcəlləsini kobud şəkildə pozduğu sübuta yetirilib. Çünki direktor Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə mənim müqaviləmə xitam verib".

Eyni zamanda həkimin haqsız yerə işdən çıxarıldığına görə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən direktora cərimə protokolu tərtib olunub. Məhkəmənin qərarına əsasən, F.Alməmmədov 1500 manat məbləğində cərimələnib.

Amma Nərimanov Rayon Məhkəməsinin qərarından narazı qalan direktor Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. İş hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Fuad Talışınskinin sədrliyi ilə araşdırılır.

Qeyd edək ki, A.Mehdiyev 2004-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. O, 2005-2007-ci illərdə Rusiyanın Moskva şəhəri NV Sklifasovski adına Elmi Tədqiqat Təcili Yardım İnstitutunda ümumi cərrahiyyə üzrə klinik ordinatura keçib. 2008-ci ildə Moskva şəhəri RUDN hospital cərrahiyyə kafedrasında, 12 barmaq bağırsaq, mədə və mədə-bağırsaq anastomozlarının postvaqotom residiv xoralarının cərrahi müalicəsi və profilaktikası mövzusunda dissertasiyasını bitirərək tibb elmləri namizədi alimlik dərəcəsini alıb. 2012-ci ildə Almaniyada, 2014-cü ildə isə Türkiyədə təkmilləşmə kursu keçib. Bir çox elmi məqalələrin müəllifidir.
 
Ardını oxu...
Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevə məxsus "Dostluq-MK" MMC ətrafında qalmaqal yaranıb.

Qaynarinfo xəbər verir ki, qalmaqalda tərəflərdən biri xaçmazlı iş adamı Mənsur İbrahimovdur.

Bir neçə gündür bu barədə mediada yazılır. Məlum olur ki, şirkət keçmiş deputat İlham Əliyevdən əvvəl Mənsur İbrahimovla Cavid Balaqadaşov adlı şəxsə məxsus olub. Cavid Balaqadaşov hakim Yeni Azərbaycan Partiyasının (YAP) Xaçmaz təşkilat sədri Məhəmməd Balaqadaşovun oğludur.

Keçmiş deputat şirkəti bu şəxslərdən alıb. Mənsur İbrahimovun sözlərindən aydın olur ki, Ramiz Mehdiyevin kürəkəni ilə 3 milyonluq sövdələşmə olub. Lakin İlham Əliyev rəsmiyyətdə bu məbləğin çox az göstərilməsini istəyib. O, bunu deputat olması ilə izah edib.

Alqı-satqı bitəndən sonra isə keçmiş deputat 3 milyonu ödəməyib. Mənsur İbrahimov məhkəməyə müraciət edib. Lakin bütün məhkəmə instansiyalarından məğlub ayrılıb. O, məsələ ilə bağlı Məhkəmə-Hüquq Şurasına müraciət edib.

Əldə etdiyimiz yeni məlumatlara görə, Mənsur İbrahimov bununla kifayətlənmək istəmir. Sahibkar yenidən hüquqi müstəvidə mübarizəsini davam etdirməkdə israrlıdır.

Onun növbəti məhkəmə iddiası "Dostluq-MK" ilə bağlı çəkişmədə İlham Əliyevin şirkəti almasından danışarkən "Bir qəpik də pul verməmişəm" fikrinin videogörüntüsünün üzə çıxarılması ilə bağlıdır.

Mənsur İbrahimov hesab edir ki, bu fakt keçmiş deputatın haqsız olduğuna dair tutarlı sübutdur. Yəni, Ramiz Mehdiyevin kürəkəni etiraf edib ki, o şirkətin müqabilində heç bir məbləğ ödəməyib.

Lakin hansısa səbəbdən Bakı Kommersiya Məhkəməsində edilən bu etirafla bağlı videogörüntü üzə çıxarılmır.

Mənsur İbrahimov növbəti iddiasında məhz bu videogörüntünün üzə çıxarılmasını tələb edəcək. Bu halda iş İlham Əliyevin əleyhinə çevrilə və o vəd etdiyi 3 milyonu ödəmək məcburiyyətində qala, yaxud da şirkəti itirə bilər.
Ardını oxu...
2024-cü ilin aprel-may ayları çiyələyi kəskin ucuzlaşması ilə yadda qalıb. Ötən il qiymətləri əl yandıran çiyələyi indi olduqca aşağı qiymətə almaq mümkündür.

FED.az xəbər verir ki, qiymətin ucuzlaşması istehlakçılara – əhaliyə sərfəli olsa da, indiyədək çox gəlirli sayılan çiyələk biznesinə böyük zərbə vurub. Ölkənin çiyələk mərkəzi sayılan Cəlilabadda çiyələk becərən fermerlər gəlirlərinin kəskin aşağı düşməsindən, gəlirin xərci ödəməməsindən və böyük itkilərlə üzləşdiklərini bildirirlər.

FED.az-a məlumat verən bəzi fermerlər hətta gələcəkdə başqa sahəyə keçəcəklərini də istisna etməyiblər.

Çiyələyin qiyməti keçən il ilə müqayisədə 50% ucuzlaşıb. Mövcud vəziyyət alıcıların ürəyincə olsa da fermerlər üçün acınacaqlı situasiya yaranıb.

Çiyələk əkini ilə məşğul olan fermerlər bildirirlər ki, çiyələyi onlardan 1 manata alırlar, bu qiymət keçən il 1,80 – 2 manat təşkil edirdi. Bazarda isə yerindən asılı olaraq qiymət 1,30 -1,50 manat aralığıda dəyişir.

Azərbaycandan xaricdəki çiyələk bazarında da vəziyyət ürəkaçan deyil. Yerli çiyələklərin əsas xarici bazarı sayılan Rusiyada çiyələyin qiyməti 120 rubl, yəni hardasa 2 manat civarındadır.

Xaricə məhsul ixrac edən fermer İbarət Şahbazovun dediyinə görə keçən il çiyələyin kilosunu xarici bazara 4 manatdan satırdılar, indi isə məzənnə dəyişiklikləri və s. qiymətə təsir edib. Nəticədə qazanc bir yana, mövcud qiymət fermerlərin xərclərini də qarşılamır.

Xərclərə gəlincə 1 hektar əraziyə çəkilən xərc çiyələyin əkildiyi sahədən asılı olaraq dəyişir. Çiyələk 2 tip sahədə - açıq sahələrdə və parniklərdə əkilir. Cəlilabad rayonuda çiyələk əkini ilə məşğul olan fermer Rövşən Əzizovun dediyinə görə 1 ha ərazi üçün açıq sahələrə 15 min manat, parniklərdə isə 30-35 min manat xərc çıxır. Başqa bir fermerin sözünə görə sıfırdan başlayaraq 1 hektar qapalı örtülü çiyələk ərazisi yaratmaq üçün 65 -70 min manat pul xərcləndiyini vurğulayır. Xərclər sahəni necə qurmaqdan asılı olaraq dəyişir.

Xərclərin artdığını vurğulayan fermerlər bildirirlər ki, işçi qüvvəsi də bahalaşıb - keçən il işçi qüvvəsi üçün 1 fəhləyə 16-17 manat xərc çəkirdilərsə, bu il həmin məbləğ 20-25 manat aralığında dəyişir. Bundan başqa aqro texniki xidməti xərclərinin də artması fermerlər üçün müəyyən çətinlik yaradır.

Çiyələk əkini ilə məşğul olan fermerlərin çiyələk sahəsi azı 1 hektardan başlayır. Qeyd edək ki, ümumulikdə Cəlilabad rayonunda 560 hektar sahədə çiyələk əkini aparılıb. Bu rəqəm ötən ilki göstəricidən 55 hektar çoxdur. Bu sahədə iri biznes sahibi olan Mirismayıl bəyin dediyinə görə onun şəxsi 8 hektar əkin sahəsi və ətrafında isə 40 hektar əkdirdiyi sahəsi var. Onun sözlərinə görə mövsümün başladığı 15 gün ərzində nəinki gəlir qazanıb, əksinə, artıq 300 000 manat zərər edib.

Başqa bir fermer - 3 hektar ərazisi olan İbarət Şahbazovun dediyinə görə əgər satışlar qaydasında getsəydi və qiymətlər bu səviyyədə enməsəydi bu zaman 50-60 min aralığında gəlir qazana bilərdi. 30 hektar ərazisi olan fermer İsgəndər bəy isə 150-200 min gəlir gözləyirdi.

Fermerlər qiymətlərin kəskin ucuzlaşmasını bir sıra amillər ilə əlaqələndirirlər. Fermer Tural bəy məhsulun qiymətinin ucuzlaşmasını bazarda olan təlabatla əlaqələndirir. Belə ki, onun dediklərinə görə Rusiya bazarında təlabat yoxdur, xüsusilə Krasnodarda yetişdirilən, eləcə də Rusiyaya başqa ölkələrdən Serbiya, Türkiyə və Yunanıstandan gətirilən çiyələyin indiki qiyməti çox aşağıdır.

Digər bir fermer Mirəkrəm bəyin dediyinə görə Rusiyada çiyələyin sataşandakı problemlərin bir hissəsi siyasi məsələlərlə bağlıdır. Onun fikrincə, bir neçə həftə əvvəl «Krokus» əyləncə mərkəzində baş verən terror aktından sonra Rusiyada taciklərə qarşı yoxlamalar artıb. Nəticədə onların bir hissəsi ölkəni tərk etməli olub. Bazardarda isə bəzi məhsulların, o cümlədən çiyələyin satışını taciklər təşkil edirdi. Nəticədə çiyələk satışı sistemi də pozulub.

Bəs çiyələk neçəyə olsa fermerlər üçün sərfəlidir?

Bir çox fermerin dediyinə görə çiyələyin qiyməti 2 manat olsa fermerlərə sərf edər və gəlir qazana bilərlər. Fermer Mirismayıl bəyin xarici bazarda olan qiymətlə bağlı fikirinə əsasən çiyələyin qiyməti xarici bazarda 250 rubldan yuxarı olsa gəlir gətirə bilər. Yerli bazara məhsul verən fermerlərdən İsgəndər bəyin dediyinə görə çiyələyin bağdan çxıış qiyməti yəni «bağdan yığıldı və satıldı» - ən azı 1,50 manat olmalıdır, bundan aşağı olmamalıdır.

Mövcud vəziyyətdə fermerlərin çoxu gələn il ilə bağlı nikbin fikirdə deyillər hətta bəziləri bu sahədən əl götürmək istəyirlər.

Fermer İsgəndər bəyin 30 hektar ərazisi var və fermer gələn il istəyir ki, çiyələk sahəsini azaltsın. Başqa bir fermer İbarət Şahbazov artıq intensiv bağ salmaq fəaliyyəti ilə məşğul olmaq istəyir, eyni zamanda çuğundur əkməyi planlaşdırır.

Qeyd edək ki, çiyələk biznesinin yüksək gəlirliliyi nəticəsində fermerlər bu sahədə ciddi yeniliklər tətbiq edirlər. Bəzi fermerlər mütəmadi olaraq Avropada olur, yeni tincglər və daha məhsuldar növlər gətirirlər. «Həmin sortların məhsuldarlığı yüksək olsa qiymət aşağı olsa belə çox məhsul sataraq çətin vəziyyətdən çıxmaq olar».
 

Dünyapress TV

Xəbər lenti