Ardını oxu...
Masallı rayonu, Füzuli küçəsi 60-da yaşayan Bilalov Üzeyir Abı oğlu “Hürriyyət”in redaksiyasına müraciət edib. Şikayətçi oğlu Bilalov Ədalət Üzeyir oğlunun dələduzluqla üzləşdiyini və özünün zərərçəkən olmasına rəğmən, qanunsuz olaraq 4 il müddətinə həbs olunduğunu bildirir.

Onun sözlərinə görə, Ədalət Bilalov 2014-cü ilin fevral ayında Masallı şəhərində yerləşən “Xan" telekom adlı telefon mağazasında satıcı olaraq çalışıb. Onu mağazanın sahibi kimi tanıdığı Nadirov Azər Abı oğlu işə götürüb. Bir müddət mağazada çalışan Ə.Bilalov günlərin birində müdiri ilə söhbət zamanı ali təhsil almaq istədiyini deyib. Bildirib ki, bu məqsədlə Bakda ev almağı və burada yaşamağ düşünür: “Həmin vaxt Azər Nadirov oğluma bildirib ki, guya, Bakıda tikinti şirkətlərindən birinə şərikdir və hazırda “20 Yanvar” metrostansiyasının yanında bina tikdirir. O, həmin binadan oğluma münasib qiymətə mənzil verə biləcəyini deyib. Əlavə edib ki, mənzilin qiymətini də hissə-hissə ödəyə bilər”.

Şikayətçinin dediyinə əsasən, bu təklif sərfəli olduğundan, oğlu evdə Azər Nadirovun “şərikli tikdirdiyi binadan” mənzil almaq istədiyini bildirib. Nəticədə, ailədə belə qərara gəlinib ki, pulunu hissə-hissə ödəmək imkanından yararlanmaqla, həmin binadan mənzil alınsın: “Bir neçə vaxtdan sonra oğlum Ədalət Azərlə birlikdə mağazaya telefon avadanlıqları və ehtiyat hissələri almaq üçün Bakı şəhərinə gediblər. Azər Nadirov “20 Yanvar” metrosunun aşağı tərəfindəki - şəhər istiqamətindəki binanı ona göstərərək, həmin binadan 3 otaqlı mənzil verəcəyini deyib. Onu da vurğulayıb ki, tikinti gedən zaman pul ödəsə, mənzil bir qədər də aşağı qiymətə başa gələcək. Çünki bina hazır olandan sonra mənzilin qiyməti bahalaşır”.

Üzeyir Bilalov bildirir ki, oğlu Ədalət Azərla birgə işlədiyi üçün ona inanıb, tikinti yerinə baş çəkməyə ehtiyac görməyib. Bundan sonra, 14 aprel 2015-ci ildə 18 min manat düzəldiblər və oğlu həmin pulu ilkin ödəniş kimi aparıb Azərə vermək istəyib. Lakin o, pulu nəğd şəkildə qəbul etməyib, özünü “işgüzar adam” kimi göstərmək və qarşı tərəfi inandırmaq üçün həmin vəsaiti bank hesabına köçürməsini istəyib. Beləliklə, Ədalət “Əmrah Bank”ın Masallı filialına gedərək, Azərin verdiyi hesaba 18 min manat ödəniş edib. Daha sonra həmin pulun bank çekini gətirib Azərə göstərib və qarşı tərəf buna ehtiyac olmadığını, ona inandığını bildirib. Müdirin bu cavabından sonra Ədalət çeki mağazadakı stolun siyirməsinə qoyub. 08 iyun, 2015-ci ildə isə yenidən 12 min manat vəsaiti Azərin hesabına köçürüb.

Beləliklə, oğlu ev almaq üçün Azər Nadirovun hesabına 30 min manat ödəniş edəndən sonra, Üzeyir Bilalov 2015-ci ilin iyun ayının 12-14 tarixlərində Bakı şəhərində olarkən, Azərin göstərdiyi binaya baş çəkib: “Orada tikinti işinə rəhbərlik edən şəxslərlə söhbət etdim. Onlar Azər Nadirov adlı adamı tanımadıqlarını və belə bir şəxsin sözügedən tikintiyə heç bir aidiyyətinin olmadığını söylədilər. Bu zaman Azərin oğlumun etibarından sui-istifadə edərək, onu aldatdığı mənə aydın oldu”.

Şikayətçi deyir ki, Masallıya qayıtdıqda baş verənləri oğluna danışıb və Azərin onları aldatdığını bildirib. Bundan sonra Ədalət mağazaya gedərək, Azərdən 30 min manatı qaytarmasını tələb edib: “Həmin vaxt Azər Nadirov oğluma “səni şərləyib tutduracağam” deyib. Bu mübahisə əlbəyaxa davaya qədər gəlib çıxıb. Nəticədə, Azər atasının obyektlərində qeyri-rəsmi işlətdiyi əlaltılarından “şahid” kimi istifadə edərək, oğlumu şərləyərək, haqsız yerə həbs etdirdi. Bu hadisədən sonra bizə aydın oldu ki, Azər peşəkar dələduzdur, hətta CM-nin 178.3 maddəsi ilə məhkumluğu da olub”.

Üzeyir Bilalov onu da vurğuladı ki, A.Nadirovun bank hesabına ödənilən 30 min manatın qəbzlərini digər sənədlərlə birgə istintaqa təqdim etsələr də, sonrada həmin qəbzlər sənədlərin arasından “yoxa çıxıb”: “Daha sonra vəkil “Əmrah Bank”a müraciət edərək, qəbzlərin surətini istəyib. Bank rəhbərliyi isə bildirib ki, “qanunun 41-ci maddəsinə əsasən şəxsi hesabın məlumatını verə bilmərik”. Adını çəkdiyim şəxs peşəkar cinayətkar olduğu üçün həm bankla, həm də hüquq mühafizə orqanı ilə birgə çalışıb”.

Ü.Bilalov deyir ki, dediklərini sübut etmək üçün əlində çoxsaylı faktlar var: “Oğlum bu adamın şər-böhtanı ucbatından nahaqdan 4 il həbs cəzası çəkdi. Nəhayət, illər sonra çox çətinliklə qəbzlərin surətini "Əmrah Bank”dan aldım və məhkəməyə təqdim etdim. Bundan sonra oğlumu həbsdən azad etdirə bildim. İndi də oğlum Azər Nadirovdan pulunu istəyəndə, ona bildirir ki, “mənim hər yerdə əlim var, səni yenə də şərlətdirib tutduraram”. Deyir ki, cibinə, həyətinə narkotik atdıracam, qadın tapıb səndan şikayət yazdırıb tutduracağam və s. Oğlum həbsdə olarkən, Azər o sözləri mənə də deyib. O, cəmiyyət üçün təhlükəli bir insandır”.

Şikayətçi rəsmi qurumlardan xahiş edir ki, ona dəyən zərərin qaytarılmasına köməklik göstərsinlər: “Bu yazını oxuyan səlahiyyətli şəxslərdən xahiş edirəm ki, mənə dəymiş ziyanın ödənilməsinə köməklik göstərə, Azər Nadirovu isə CM-nin müvafiq maddəsi ilə cəzalandırasınız”.
Ardını oxu...
“Ziyəddinoğlu” MMC məhkəmə qərarını icra etmir – əziyyət çəkən isə əlil və qazidir
Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev müharibə veteranlarına qayğının olmasını nəinki dövlət qurumlarından, o, cümlədən özəl sektordan da, həmişə tələb edib. Təsadüfi deyil ki, cənab Prezident çıxışlarının birində bu məsələ ilə bağlı kifayət qədər aydın tələblərini diqqətə çatdırıb. “Dövlət və özəl qurumlar müharibə veteranlarına çox böyük diqqət və qayğı göstərməlidir. Onları incitməməlidirlər. Aidiyyatı qurumlara göstəriş verirəm. Həm dövlət, həm də özəl təşkilatlar onların sosial problemlərinin həlli istiqamətində çalışın, onlara qarşı ədalətsizlik qətiyyən qadağandır. Bu dövlət siyasətidir, mənim tələbimdir”. Göründüyü kimi cənab Prezident vətən uğrunda fədakarlıq göstərmiş hər bir şəxsə xüsusi önəm verir. Lakin təəssüflə qeyd edək ki, bəzi qurumlar, əsasən də, özəl sektorda cənab Prezidentin bu tələbinə əməl olunmur.
Conflict.az-a müraciət edən İbrahimov Xaliq Həsən oğlu bildirdi ki, 12.04.2017-ci il tarixində 41 №-li müqaviləyə əsasən “Ziyəddinoğlu” MMC adından Sultanzadə Orxan Kamal oğlu ilə Bakı şəhəri N.Rəfiyev küçəsi ev 29 ünvanında yerləşən 2 mərtəbəli 54 mənzilli yaşayış binasının söküntüsünü, bu sahədə yeni yaşayış tikintisini həyata keçirərərk, həmin binada mülkiyyəçinin mülkiyyətində olan 2 ədəd 73 kv.m. olan 2 otaqlı, tam təmirli, cəmi 146 kv.m. olmaqla və qarajı ilə mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürüb. “Ziyyəddinoğlu“ MMC eyni zamanda müvəqqəti yaşayış məqsədilə mənzil üçün aylıq 400 azn olmaqla, 24 ay, 9600 manat ödəməyi də, öz öhdəlikolaraq qəbul edib. Müqavilədə o, da qeyd edilib ki, tikinti işləri müqavilə müddəti başa çatdırılmadığı təqdirdə müqvilənin 2.1.2-ci bəndində nəzərdə tutulmuş ödənişin müddətini mənzil təhvil verilən vaxta qədər uzadılmasını təmin etməyi MMC öhdənisə götürüb. Şikayətçinin bildirdiyinə görə MMC bu günə qədər öz öhdəliyinə yerinə yetirməməkdə israr edir. Belə olan təqdirdə İbrahimov Xaliq Həsən oğlu Xətai rayon məhkəməsinə MMC-nin öhdliyinin yerinə yetirməməsindən Xətai rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət eedib. 19 yanvar 2023-cü il tarixli 2(011)-5954/2022 №-li iş üzrə məhkəmə araşdırmasından sonra hakim Pərviz Zamanlının sədrliyi ilə keçirilən məhkəmə iclasında hakimin çıxardığı qətnaməyə əsasən Bakı şəhəri Xətai rayonu, N.Rəfiyev küçəsi, ev 29 ünvanında inşa edilmiş yaşayış binasında hər biri 73 kv.m-dən ibarət, 2 ədəd, 2 otaqlı, cəmi 146 kv.m-dən ibarət tam təmirli mənzillər və qaraj “Ziyəddinoğlu” MMC-dən alınaraq İbarihimov Xalq Həsən oğluna verilməsi ilə bağlı Qətnamə çıxarılmışdır. Onu da qeyd edək ki, MMC-nin yaşayış binasənda müqavilədə göstərilən ölçüdə mənzillərin və qarajın olmamsı ilə bağlı iddiası məhkəmə araşdırması zamanı təsdiqini tapmammışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müasir tələblərə cavab verən yeni çoxmərtəbəli (20 mərtəbəli) yaşayış binasının 4,5,6,7,8,9,13,14,və 15-ci mərtəbələrində həmin ölçüdə mənzillər layihələndirilmişdir. Bundan başqa hakim Pərviz Zamanlılnın sədrliyi ilə keçirilən məhkəmə iclasında hakimin çıxardığı qətnaməyə əsasən 2021-2022-ci illər üçün 9600 manat kirayə haqqının və Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, ev 29 ünvanında inşa edilmiş yaşayış binasında hər biri 73 kv.m-dən ibarət, 2 ədəd, 2 otaqlı, cəmin 146 kv.m-dən ibarət tam təmirli mənzillər İbarihov Xaliq Həsən oğluna təhvil verilənədək hər ay 400 manat kirayə haqqı “Ziyəddinoğlu” MMC-dən alınaraq İbarimov Xaliq Həsən oğluna ödənilməlidir.
“Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apelliyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər”.
“Ziyəddinoğlu” MMC özünün müqavilə öhdəliyini yerinə yetirməməsinə rəğmən Bakı Apelliyasiya Məhkəməsinə Xətai Rayon məhkəməsinin çıxardığı Qətnamənin ləğv olunması ilə bağlı iddia ərizəsi ilə müraciət etmişdir. Beləliklə Bakı Apelliyasiya Məhkəməsinin 5 may 2023-cü il tarixli 2(103)-3067/2023 qətnaməsi ilə Xətai rayon Məhkəməsinin 2(011)-5954/2022 saylı iş üzrə 23 dekabr 202-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Lakin MMC hər iki Məhkəmə instansiyasının qərarını hələ də icra etməməkdə israrlıdır. Onu da qeyd edək ki, Bakı şəhər Xətai rayon İcra şöbəsinin rəis müavini, kiçik ədliyyə müşaviri Vüqar Hüseynovun imzası ilə 24.04.2024-cü iltarixli 17/74 №200276/2023-23 nömrəli məktubla 07.05.2024-cü il tarixində saat 11.00-da qeyd olunan icra sənədinin vaxtı təyin edilmişdir. Xətai RPİ-dən ərazi üzrə sahə müvəkkilinin, rayon MKTB-nin səlahiyyətli nümayəndəsinin iştirakının təmin olunması həmin məktubda xahiş edilsə də, məhkəmə qərarı yenə də “Ziyəddinoğlu” MMC tərəfindən icra olunmayıb.
Onu da qeyd edək ki, İbarimov Xaliq Həsən oğlu I Qarabağ müharibəsi veteranı, II qrup əlildir.
-İllərdir ki, öz halal mülkümü almaq üçün mübarizə aparıram. Artıq səhhətim də, imkan vermir ki, bu işin ədalətlə başa çatması üçün mübarizəmi davam etdirim. Mətbuat vasitəsilə cənab Prezidentdən xahiş edirəm Sizin və Azərbaycan Məhkəmələrini qərarlarına hörmət etməyənlərin cəzasının qanunla verilməsi üçün aidiyyatı strukturlara göstəriş verin. Mən bu vətən üçün sağlamlığımdan keçmişəm. Lakin rahat kabinetlərdən kənara çıxmayanların hərəkətlərinə artıq dözə bilmirəm.

Məlumatda adı çəkilən qurum v ya şəxslərin də, cavab haqlarını tanıyırıq, dərc etməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
"SOCAR Nəqliyyat İdarəsinin rəisi Ələddin Məmmədov, həmin idarənin 2 saylı Departamentinin rəhbəri Rövşən Əhmədov, 4 saylı Departamentinin rəhbəri Verdiyev Hümmət, 6 saylı Departamentin rəhbəri Ağaxan Əsədov tərəfindən mütamadi olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “ezamiyyə xərcləri haqqında “ qərarı, ölkənin əmək qanunvericiliyi pozulur və hansısa “meyarlara”əsasən cəzasız qalırlar". Dia-az.info xəbər verir ki, bu ittihamı Neftçilərin hüquqlarının Müdafiəsi Təşkilatının sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı səsləndirib.

M.Qəhrəmanlı daha sonra "Bəlkə nepotizm... saxtakarlıq... vəzifə səlahiyyətindən sui-istifadə?" deyərək əlaqədar qurumlara sual edir və bildirir:

"Dəqiqləşdirdiyimiz məlumata görə, bir aylıq ezamiyyətə göndərilən işçilərə yol vərəqini 30 günlük verirlər. Amma ezamiyyə vərəqələrini hər həftə dəyişirlər.

Yəni ezamiyyə günlər yalnız 1-5-ci günləri əhatə edir. Həftə sonlarını ödəməmək üçün.İşçilər həmin günləri də ezamiyyəyə göndərilmiş rayonda qalırlar.

İşçilərin dediyinə görə, şənbə-bazar ezamiyyə yerini tərk etmək qadağandır, işçi bu halda cəzalana blər.

Böyük və balaca rəislər (“ padşahlar”) bunu ezamiyyə xərclərinin azaldılması məqsədilə “yuxarının tapşırığı” ilə olunduğunu bildirirlər..."
 
     
Ardını oxu...
Çiyələk bu il çox tez ucuzlaşıb. Mövsümün əvvəlindən üç manata satılan çiyələyin qiyməti iki həftə keçməmiş bir manata düşüb. Cəlilabadda çiyələyin qiyməti dörd dəfə ucuzlaşıb. Fermerlər deyirlər ki, hazırda toplanan məhsul çeşidinə görə xarici bazara bir manat, daxili bazar üçün isə 80 qəpiyə satılır. Lakin qazanc əldə etmək üçün çiyələyin hər kiloqramını azı iki manata satmalıdırlar. Bu ucuzlaşma fonunda məhsuldarlıq hansı səviyyədədir? Gələcəkdə çiyələyin qiymətində artım baş verə bilərmi?

“Kaspi” qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

“Satışımız çox zəifdir”

Fermer Rafət Abbasovun sözlərinə görə, bu il hava şəraiti daha mülayim olduğu üçün məhsul həddindən artıq boldur: “Son 2-3 ildir ki, məhsul cəhətdən heç bir problem yaşamırıq. Bu da istilərin daha tez düşməsi ilə bağlıdır. Ancaq bazar qiymətləri bizi qane etmir. Daxili bazarımıza məhsulu göndəririk, 70 qəpikdən alırlar. Bu, heç sahədə işləyən fəhlənin pulu deyil. İstər daxili, istərsə də xarici bazarda satışımız çox zəifdir. Əvvəl çiyələk az əkilirdi. Daxili bazarda satış normal idi. İndi isə kütləvi hal alıb. Havaların dəyişməsinin təsiri də yoxdur. Çünki çiyələk istixanada yetişdirilir, yağış tutmur. Açıq sahələrdə qaldıqda isə ziyan dəyir. Çiyələk tez xarab olan giləmeyvədir, tağında qaldıqda çürüyür. Yağışlı havalarda məhsulun 80 faizi atılır, satışa çıxarılmır”.

Hər gün bir ton çiyələk toplanır

R.Abbasov qeyd etdi ki, məhsulu xarici bazara çıxarmaq üçün bol əkirlər, daxili bazarın bu qədər məhsula ehtiyacı yoxdur: “Bir də işçi çatışmazlığımız mövcuddur. Gömrük rüsumları aradan qalxıb. Sadəcə, xarici bazarda da alıcı yoxdur. Bu səbəbdən vəziyyətimiz ağırdır. Bir hektar çiyələk sahəsindən gün ərzində minimum bir tona yaxın çiyələk toplanır. Rayonlarımızda 1000 hektara yaxın çiyələk sahələri var. Bu qədər məhsulu daxili bazara çıxarmaq mümkün deyil. Hazırda may ayıdır. Bu ayda çiyələyi sadəcə yemək üçün bir-iki kiloqram alırlar. Amma iyun-iyul aylarında mürəbbə və cem bişirmək üçün daha çox alırlar. Həmin vaxt məhsul satılsa da, qiymət yenə də ucuz olur”.

30 kiloqram da satılmır

Fermer bildirdi ki, Rusiyada alıcılıq qüvvəsi zəiflədiyi üçün ödənişlər də ləngiyir: “Son 3-4 ildə əsasən Rusiya, Qazaxıstan bazarlarına satış həyata keçirirdik. İndi isə Rusiya bazarında çiyələk satışı həddindən artıq zəifdir. Göndərilən çiyələklərin ödənişi hələ gəlib çıxmayıb. Bu il çiyələkdən fayda götürən olmayacaq. Çox adam ziyanla çıxacaq. Çünki çiyələk əsasən bu vaxtlar baha satılırdı. Keçən il Rusiya bazarına 3-3,5 manatdan göndərirdik, bu il isə 90 qəpik-1 manatdır. Bu, məhsulun maya dəyəri də etmir. Moskva bazarlarında əvvəllər gündə üç ton çiyələk satılırdı. İndi isə heç 30 kiloqram da satılmır”.
Atılan məhsulun miqdarı artır

İqtisadçı Pərviz Heydərovun sözlərinə görə, hər il fermerlərin məhsulunun bir hissəsi məhv olur: “Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra kənd təsərrüfatı məhsullarımızın Rusiya bazarlarına çıxış imkanları əvvəlki kimi deyil. Bunu bir ildən çoxdur görürük. Belə vəziyyətdə fermer ya digər bazarlara çıxış üçün yol tapmalıdır, ya daxili bazarda maya dəyərindən aşağı qiymətə satmalıdır. Ən pis halda isə məhsulunun məhv olmasını seyr etməlidir. Statistika da məhsulun məhv olub atılmasının ildən-ilə artdığını göstərir”.

Alternativ bazarlar tapılmalıdır

P.Heydərov bildirdi ki, alternativ bazarlar taparaq fermerlərimizi çətinlikdən xilas edə bilərik: “Bu cür vəziyyətin əsas səbəbi bir bazardan asılı olmağımızdır. Vaxtında alternativ bazarlar axtarıb tapmalı idik. Türkiyə, Yaxın Şərq, ərəb ölkələrini düşünmək olardı. Onlar bu məhsulların satışı üçün gəlirlilik baxımından daha uyğun hesab olunur. Amma indi də yeni bazarlar axtarmaq gec deyil”.

Daxili bazarımız idxaldan asılı olacaq

İqtisadçının fikrincə, qarşıdakı günlərdə çiyələyin qiymətinin ucuzlaşması davam edəcək. Amma bu, fermerlər, ən sonda isə ölkəmiz üçün müsbət nəticələnməyəcək: “Belə davam edərsə, fermerlər növbəti illərdə bu məhsulun istehsalı ilə məşğul olmaq istəməyəcəklər. Çünki daxili bazarda satmaqla heç bir gəlir əldə etmirlər. Nəticədə daxili bazarımız idxaldan asılı olacaq. Bu zaman da hibrid, qatqılı məhsullardan asılı hala düşəcəyik. Qiymət tələb və təklif əsasında formalaşır. Əgər tələb indiki səviyyədə qalmağa davam edərsə, qiymətlər elə bu səviyyədə qalacaq”.

 
           
Ardını oxu...
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (Azəravtoyol) 13 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsinin rəisinin ölkədən çıxışına məhdudiyyət qoyula bilər.
Buna səbəb idarənin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 5092012.36 manat vergi borcunun olmasıdır.

DVX tərəfindən idarənin direktoru, qanuni təmsilçisi Pərviz Bəhramov Fərman oğlu barəsində məhkəməyə müraciət edilib.

Məhkəmədə idarə barəsində “Vergilərin, Rüsumlarin Ödənilməsi, Maliyyə Və Siğorta Qaydalari Əleyhinə Olan Inzibati Xətalar - 469.3 maddəsi” ilə iddia qaldırılıb.

İşə 21.05.2024-cü il tarixində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Elçin Ağayevin sədrliyi ilə baxılacaq.

Ehtimal edilir ki, vergilər xidməti tərəfindən "13 №Li Xüsusi Təyinnatlı Yol İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyətinə yoxlama aparılıb. Yoxlama nəticəsində 5 milyondan çox vergidən yayınma halı aşkarlanıb.

Qeyd edək ki, Pərviz Bəhrəmov 2019-cu ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədovun əmri ilə sözügedən idarəyə rəis təyin edilib.
Ardını oxu...

 
 
 

Ardını oxu...
"Ramiz Mehdiyevin oğlunu 2 milyonluq, Əli Həsənovun şirkətini 115 min manatlıq tenderin "qalibi” seçib"

"Cəmi 20 gün əvvəl yazmışdım. Elm və Təhsil Nazirliyi tender müsabiqəsi keçirmədən Ramiz Mehdiyevin oğluna məxsus şirkət ilə 2 milyon manatlıq satınalma müqaviləsi imzalayıb".

Bunu iqtisadçı Allahverdi Aydın sosial media hesabında yazıb.

O qeyd edib ki, Elm və Təhsil Nazirliyi bu dəfə də Əli Həsənovun ailə üzvlərinə məxsus şirkəti 115 min manatlıq tenderin "qalibi” seçib: "Deməli, "Azərbaycan Müəllimi” qəzeti Elm və Təhsil Nazirliyinin rəsmi mətbuat orqanıdır. Yəni "Azərbaycan Müəllimi” qəzetinin sahibi (təsisçisi) Elm və Təhsil Nazirliyidir. Amma, nazirlik öz qəzetini Əli Həsənova bağlı olan "Azərmətbuatyayımı” ASC-dən satın alır. Üstəlik, 8 səhifəlik qəzetin bir ədədini 1 manata alacaq".

"8 səhifəlik qəzetin 1 manata alınması "Dövlət satınalmaları haqqında "Qanunun 19-cu maddəsinin tələbinin pozulması deməkdir. Həmin maddədə yazılır ki, satınalan təşkilat tərəfindən ehtimal olunan qiymət təsdiq olunmadan satınalmaya başlanıla bilməz. Əgər ölkədə 16 səhifəlik qəzetlərin pərakəndə satış qiyməti 60 qəpikdirsə, 8 səhifəlik qəzetin topdansatış qiymətinin 1 manat olması o deməkdir ki, nazirlik ehtimal olunan qiyməti düzgün hesablamayıb. Bu da Qanunun tələbinin pozulması deməkdir", - deyə iqtisadçı vurğulayıb.

İqtisadçı bildirib ki, "Azərmətbuatyayımı” ASC-nin təsisçisi "Kaspi Mətbuat Yayım” MMC-dir. Hər iki şirkətin rəhbəri eyni şəxsdir - Salmanov Süleyman Əli oğludur.

"Kaspi Mətbuat Yayım” MMC-nin dövlət qeydiyyatına alındığı hüquqi ünvanda - Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında Əli Həsənоvun ailə üzvlərinə bağlı olan şirkətlər yerləşir: "Məsələn, Əli Həsənovun həyat yoldaşının rəhbərlik etdiyi olan "Kaspi Education” MMC də (VÖEN – 1701352711) bu ünvanda qeydiyyatdadır. Yeri gəlmişkən, qeyd edim ki, elm və təhsil nazir də əvvəllər "Kaspi Education" MMC-də Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb".

"Arqument.az" Elm və Təhsil Nazirliyindən məsələyə münasibət öyrənə bilməyib.

Mənbə: Arqument.az
Ardını oxu...
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin bu gün Fəxri Xiyabanı ziyarəti zamanı geyimi diqqət çəkib.

TEREF Demokrat.az-a istinadən xəbər verir ki, bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illiyidir. Bu münasibətlə Azərbaycanın hökumət və dövlət rəsmiləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə gül dəstələri qoyublar.

Ziyarətçilər sırasında yer alan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev tədbirə qalstuksuz geyimdə qatılıb. Nazirin bahalı brend olan “Stefano Ricci”dən geyimi ətrafdakı insanların da diqqətini çəkib.
Ardını oxu...
“Stefano Ricci”-nin rəsmi internet saytında isə Azərbaycanlı nazirin geyindiyi “Stefano Ricci – Polo” modelinin qiyməti 1450 avro (2660 AZN) təşkil edir.

Qeyd edək ki, Bakıda ən bahalı geyim mağazalarından hesab olunan “Stefano Ricci”dən geyinən məmurlar arasında Sahil Babayev tək deyil. Buna qədər də Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimov və məşhur iş adamı olan qardaşı hacı İbrahim Nehrəmli sözügedən brendə müraciət ediblər.
Ardını oxu...
 
Ardını oxu...
Bakı Telefon Rabitəsi Həmkarlar İttifaqının keçmiş sədri İsrafil Bəkirov və qurumun baş mühasibi Rəşad Babayevin məhkəməsi başa çatıb.

AzToday.az haqqin.az-a istinadən xəbər verir ki, Rəşad Babayev 194 min manatlıq mənimsəmədə ittiham olunub.

O, 2020-ci ilin martından 2022-ci ilin iyun ayına qədər olan əmək haqqı kartına qanunsuz olaraq pul köçürüb. Təqsirləndirilən şəxsin etirafına görə, qohumu, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin keçmiş sədri, hazırda Ağstafa rayon icra hakimiyyətinin başçısı olan Seymur Orucovun himayəsi ilə baş mühasib vəzifəsinə keçib. Babayev iddia edib ki, bu vəzifədə olarkən Orucovun əmrini yerinə yetirib.

Təqsirləndirilən şəxs onu da bildirib ki, proqram təminatı ilə məşğul olan Gülbəniz adlı şəxs oğlunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsində işə düzəltmək istəyib. Babayev Orucovla məsləhətləşdikdən sonra məsələni 20 min manata həll etməyə razılaşıb. Ancaq iş alınmayıb və bu, qadının narazılığına səbəb olub.

Babayev bu barədə Orucova məlumat verib. Orucov isə cavabında “narahat olmağa dəyməz” deyib:

“Ağstafa rayonuna gedib Seymur Orucovla görüşdüm. Dedim, götürdüyüm pulu qaytarmağımı tələb edirlər. Orucov məsələni həll edəcəyini vəd etdi. Bakıya qayıdandan sonra 20 min manatı toplamaq üçün maaş kartıma əlavə köçürmələr etdim”.

Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə təqsirləndirilən, barəsində həbs qətimkan tədbiri seçilən qurumun baş mühasibi İsrafil Bəkirov isə özünü təqsirli bilməyib. O, Babayevin hiylələrində iştirak etmədiyini və hətta nə baş verdiyini öyrənmək üçün yoxlama aparmaq niyyətində olduğunu söyləyib. Bəkirov məhkəmədən ona bəraət verilməsini istəyib.

Rəşad Babayev 7 il müddətinə azadlıqdan məhrum edilib. İsrafil Bəkirov isə yaşayış yerini tərketmə qadağası və elektron qolbaq taxmaq şərti ilə 2 il müddətinə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılıb.
 
 


 
Ardını oxu...
"Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir”.

AzFakt.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşaya köçmüş ilk sakinlərlə görüşü zamanı deyib.

Dövlət başçısı bildirib ki, burada, bu torpaqda söz sahibi bizik:

"Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər halda hər kəs bilir ki, biz nəyə qadirik, Ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik. İkinci Qarabağ müharibəsindən sonra biz Ermənistana demişik ki, gəlin, sərhədi ədalətli müəyyən eləyək. Yox, istəmirsinizsə, onda biz deyəcəyik, harada istəyirik orada da sərhəd olacaq. Neyləyəcək, kimə zəng edəcək, lap 100 dəfə zəng etsin, nəticəsi nə olacaq? Həm Azərbaycan xalqına, həm də bu bölgəyə maraq göstərənlərə bir daha demək istəyirəm ki, bizimlə hesablaşmadan burada bir addım da atılmamalıdır bundan sonra. Əminəm ki, mənim sözümü eşidirlər, bilirlər mən nəyi deyirəmsə, onu da edirəm”.
 

Dünyapress TV

Xəbər lenti