Ardını oxu...
" "Kontakt Home"dan kreditlə məişət texnikası sifariş vermişəm. "24-28 may faizsiz komissiyasız bütün məisət texnikaları" reklam edirlər deyə..." Dia-az.İnfo xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Mehdi Seyidzadə adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra bildirir: "Mən də 10 gün öncə kombi sifariş vermişdim. Daimi mustəriyəm... həm də "Kontakt Home"dakı qiymətlərdə 500 manatdan artıq fərq eləmişdi... nağd və kredit arasında. Bildirmisdim ki, bəs nə vaxt faizsiz, bu qiymətə ala bilərəm... Bildirmişdilər ki kampaniyaların vaxtını gözləyin. Mən də bugün fürsət bilib sifariş vermişdim.

Uzun sözün qısası... bu gün (dünən -dia-az.info) zəng edib kredit şöbəsi... mənə açıqlama verir ki bəs faizsiz komissiyasız nağd alışa aiddir reklam. Sual verirəm ki, bəs nağd aləşa nə faiz, nə komissiya? Bildirir ki siz deyən fərq qiymət endirim məsələsidir... nağd alışa faiz komissiya yoxdur.

Mən seçən mal indi kreditlə 1760 manatdir, nağd 1250 manat. Deyirəm kampaniya idi deyə sifariş verirdim, məhz keçən dəfə əməkdaşınız mənə belə vaxtı gözləməyi bildirmişdi. Cavabinda deyir ki məhz sizə 18 ay faizsiz 1760 hesablanır. Yəni kreditlə 1760 manatdır, nağd 1250 manatdır. Üstəgəl kampaniya olmasa, yəni 2000+manat olmalıdır. Bu nə fırıldaqdır "Kontakt Home"?

Yəni bir malı ikiqat qiymətə daimi müştəriyə satırsınız kreditlə? Və ya mən bu qiymətləri aldığım malda 10 gün qabaq da eyni qiymətləri görmüşdüm. 1250 manat nağd kreditlə 18 ay... Bu nə reklam idi? İnsanları niyə aldadırsınız?"

Ardını oxu...
 
Ardını oxu...
Özünün bütün reklam çarxlarında `"Bazarstore" edərsə, inanın` deyib bas-bas bağıraraq endirim kampaniyasını təbliğ edən "Bazarstore" mağazalar şəbəkəsinin də əslində digər marketlərimizdən və onların endirim kampaniyalarından heç də fərqlənmədiyi həır kəsə məlumdur.

Dia-az.İnfo bildirir ki, bu dəfə isə aşağıda təqdim olunan fotodan da əslində "Bazarstore"un öz müştəriləri ilə məzələndiyi üzə çıxır.

Ardını oxu...

Göründüyü kimi, sözügedən ticarət şəbəkəsi "Atena" xamasını 1 manat 79-dan qəpikdən 1 manat 79 qəpiyə endirib...

Qeyd edək ki, fotonu jurnalist Ramina Eyvazqızı təqdim edib.
 
Ardını oxu...
Azərbaycanda haqqında daha çox şikayətlər edilən və son zamanlar barəsində sosial şəbəkələrdə daha çox neqativ xəbərlər yayılan biznes qurumlarından biri də “Kontakt Home” mağazalar şəbəkəsidir. Məişət texnikası və mebel bazarında daha çox istehlak kreditləri portfeli olan şirkətlərdən biridir – “Kontakt Home”. Son zamanlar mağazalar şəbəkəsinin satdığı məhsulların əksəriyyəti ya xarab çıxır, ya da istifadəyə yararsızdır. Tribunainfo.az xəbər verir ki, daha bir şikayət Bakı sakini Rüfət Dadaşovdan gəlib.
Belə ki, o, “Kontakt Home” mağazalar şəbəkəsindən soyuducu alıb. Lakin avadanlıq quraşdırıldıqdan sonra məlum olub ki, soyuducu xarabdır, işləmir. Şikayətçi yazır: “Məsələ ilə bağlı şirkətə müraciət edim. Usta göndərdilər. Göndərilən şəxs rəy yazdı və servisə verildi. Oradan isə bildirdilər ki, onlar yalnız soyuducunu təmir edə bilərlər. Mən isə bununla razılaşmadım”.
Dadaşov qeyd edir ki, yeni aldığım soyuducunun təmir olunmasına etirazımdan sonra bildiriblər ki, birbaşa “Kontakt Home”yə müraciət etsin. “Onların sözünə uyğun olaraq “Kontakt Home”yə müraciət etdim. Düz, 12 gündür məni “fırladır”lar. Hər dəfəsində “gözlə”deyib, yola verirlər. Baş ofislərinə qədər getsəm də, heç nə dəyişməyib. Şirkəti məhkəməyə verməyi düşünürəm”.
Qeyd edək ki, bu, “Kontakt Home”dən ilk şikayət deyil. İndiyə qədər yüzlərlə belə şikayətlərin olduğu bildirilir. Lakin sözügedən mağazalar şəbəkəsi bunlara məhəl qoymadan, digər müştəriləri də çətin durumda saxlamaqdan “məmnun”dur.
“İstehlakçılar haqqın”da qanuna əsasən hər hansı bir şirkət və ya mağazalar şəbəkəsi satdığı mal və məhsulun işləməsinə cavabdehdir. Hər hənası problem yaranarsa, onun aradan qaldırılmasına məsuldur. Hətta bu zaman müştəriyə dəymiş maddi və mənəvi ziyana görə, kompensasiya ödəməyə borclu hesab olunur. Görünən isə odur ki, “Kontakt Home” qanunu saymır, elə ənənəsinə uyğun olaraq, müştərilərini aldatmaqda, başından etməkdə davam edir.
“Kontakt Home”nin gizli əməlləri
Şirkət hazırda Bakıda da daxil olamqla ölkənin 17 rayon və şəhərində sərt karantin rejimi elan edib. Bu arada, cumhuriyyet.az olaraq araşdırmalar nəticəsində öyrəndik ki, “Kontakt” mağazalar şəbəkəsindəki kassa aparatlarına gündəlik kredit ödənişlərinin cəmi 15 faizi vurulur, həmçinin vətəndaşlarla bağlanılan müqavilələrin cəmi 15 faizi rəsmi olaraq mühasibatlıqda qeydiyyatdan keçir: “Kontakt” mağazalar şəbəkəsinin Bakı şəhərində 42 mağazası fəaliyyət göstərir. Mağazalar şəbəkəsinin gündəlik dövriyyəsinin 230 min manata yaxın olduğu bildirilir. Satışın demək olar ki, 90 faizi kredit vasitəsi ilə həyata keçirilir. Kreditlə satılan malların üstünə isə dəyərindən 2 dəfə artıq qiymət qoyulur. Yəni faktiki olaraq “Kontakt Home” mağazalar şəbəkəsi çəkdiyi xərcin 100 faizi, bəzən daha çox gəlir əldə edir. Bundan başqa alıcılarla həyata keçirilən alış-veriş barədə kredit müqaviləsi birbaşa “Kontakt” mağazalar şəbəkəsi ilə bağlanılır ki, bu da mövcud qanunvericiliyə ziddir. Çünki ölkə qanunvericiliyinə görə kreditləri ancaq banklar və bank olmayan kredit təşkilatları verə bilər. Bu halda “Kontakt” mağazalar şəbəkəsinin alıcılarla olan müqaviləsi də heç bir hüquqi status daşımır.
Deputata bağlı tellər
Həmçinin “Kontakt” mağazalar şəbəkəsi kredit müqavilələrini avadanlıqlara görə dəyişir. Telefon kredit müqaviləsi “ABC-Telekom” MMC ilə bağlanır.Maraqlıdır ki, kredit müqavilələri nə üçün məhz “ABC-Telekom” MMC ilə bağlanır? Onu da bildirək ki, “Kontakt Home” mağazalar şəbəkəsinin sahibi deputat Elnur Allahverdiyev olaraq tanınır. Xatırlatma üçün cumhuriyyet.az olaraq bildirək ki, Elnur Allahverdiyevin adı “Azercell”in 3 monopolist şirkətindən biri olan “ABC-Telekom” MMC-nin ( digərləri Akhundoff Networks və İntegralplus) sahibi kimi keçir. Kontur kartı və nömrə satışından milyonlar qazanan bu 3 şirkət Azərbaycanda mobil xidmətin ən baha olmasının əsas səbəbkarlarıdır və son vaxtlar ölkədə “süni kontur qıtlığı” yaradaraq yüzminlərlə vətəndaşı, sahibkarları, market sahiblərini narazı salırlar. ABC-Telekom” MMC-nin rəhbəri, Sloveniyanın Azərbaycandakı fəxri konsulu, YAP-ın 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizədi Elnur Allahverdiyev özü biznes fəaliyyətini təkzib edib. Millət vəkili vurğulayıb ki, altıncı çağırış Milli Məclisə deputat seçilməsindən sonra sahibkarlıq fəaliyyətinə son qoyub və şirkətdəki vəzifəsindən istefa verib: “Deputat olaraq fəaliyyətim göz qabağındadır və təəssüf edirəm ki, bəzən bu məzmunlu informasiyalar hazırki fəaliyyətimə kölgə salmaq və qərəzli niyyətlə edilir”. Elnur Allahverdiyev qeyd edib ki, mart ayından bu yana müsahibə və açıqlamalarında sahibkarlıq fəaliyyətini dayandırdığını dəfələrlə bildirib: “Düşünürəm ki, professional jurnalist və ya bloggerlər bunu bilməmiş deyillər. Bununla belə, onlara fəaliyyətlərində uğurlar arzu edirəm, sadəcə, bəzi qarayaxmalara görə təəssüf hiss keçirirəm. Mənə elə gəlir, professionallıq nöqteyi-nəzərdən bu, onların özlərinin obyektivliyi üçün də ziyanlı mövqedir”.Xatırladaq ki, müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli öz statusunda Elnur Allahverdiyevin qalmaqallı iş adamı kimi ad qazandığını, həmçinin vaxtilə sahibi olduğu “Kontakt Home” mağazalar şəbəkəsinə MTN-nin generalı Elçin Əliyevin “krışa”lıq etdiyini yazmış.
Elnur Allahverdiyevlə bağlı ilginc iddialar
YAP siyahısından mandat qazanan E.Allahverdiyev ilə bağlı ən ilginc məqam isə onun bu hakimiyyətə nə qədər bağlı olmasıdır. Belə ki, cumhuriyyet.az olaraq internet üzərindən apardiğımız araşdırmalara görə, E.Allahverdiyevin atası, Dövlət Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin sədri müavin, daha sonra sədri, “Bərpaçı” mərkəzinin rəisi, mədəniyyət nazirinin müavini, Respublika Xalq Nəzarət Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının sədri kimi vəzifələrdən işləmiş Marat Allahverdiyev vaxtilə ulu öndər Heydər Əliyevin əleyhinə çıxıb, haqqında kəskin ifadələr işlədib. Bununla bağlı plkə mediasında yer alan məlumata görə, Marat Allahverdiyev Ayaz Mütəllibovun zamanında Dövlət Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin sədr müavini, daha sonra sədri, mədəniyyət nazirinin müavini, Respublika Xalq Nəzarət Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının sədri işləmişdir. Heydər Əliyevin tərəfdarlarının görüşlərinə nəzarət etmək üçün indiki Hüseyn Cavid parkında o zaman balaca bir obyekt var idi. Marat Allahverdiyev və dostları orda gizlicə yığışıb müzakirə aparardılar. Cumhuriyyet.az bildirir ki, Azərbaycan Respublikasının müxtəlif ölkələrdə səfiri işləmiş professor İsfəndiyar Vahabzadə LAF TV-yə müsahibəsində ermənilərlə qohumluq əlaqəsi olanlar sırasında Milli Məclisin deputatı Elnur Allahverdiyevin adını çəkib. İ. Vahabzadənin həmin videomüsahibəsinin bir hissəsini təqdim edirik: Belə bir şəxsin oğlunun ulu öndərin qurduğu partiyanın namizədlər siyahısında olması olduqca acınacaqlıdır.

Gundemxeber.az
 

Ardını oxu...
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC -yə aid olan "Misli.az" lotereya saytı müsabiqə elan edib. Dia-az.İnfo "Azərbaycan Reallığı"na istinadla xəbər verir ki, müsabiqədə misli hesabına yüklədiyin hər 5 azn hesab sahibinə 1 lotereya şans nömrəsi qazandırır. Hər həftənin bir günü minlərlə nömrədən yalnız 7 nəfər qalib gəlir, onlardan da 4-ü avropaya hər şey daxil səyahət bileti qazanır.

İlk həftənin qalibləri artıq müəyyənləşib. İşin maraqlı tərəfi ondadır ki, bu həftə Avropaya səyahət qazanan qalib Sərxan İslamov şirkətin əvvəlki müsabiqəsində avtomobil qazanan Sərxan İslamov olub.

Maraqlıdır, minlərlə nömrənin içində təsadüfi seçilən nömrə keçən müsabiqənin qalibi necə ola bilib? Bu, Azərbaycanda həmin lotereyanı oynayan yüzminlərlə insanda şirkətin şəffaflığına şübhə yaradıb. İştırakçılar şirkətin əvvəldən müəyyən edilmiş şəxsləri qalib etməklə hədiyyələrin özlərinə qaldığını iddia edirlər. Sözügedən qalibin fotolarını təqdim edirik:


Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...
"Azərbaycan Respublikası dövlətinin qanunverici hakimiyyəti 13 may 2022-ci il tarixli, 530-
VIQD nömrəli Qanunla “Əmək pensiyaları haqqında” qanuna yeni məzmunda 37.3.2-1
maddəsi əlavə edib : “Bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına
əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1 və
37.3.2 maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını
itirmiş üzvünün MÜRACİƏTİ əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir”".
Bu barədə Dia-az.İnfo-ya göndərilən məqalədə deyilir. Məqalədə daha sonra bildirilir:
"Qanuna əlavənin qəbulundan 2 il keçib, amma Qanunun 20-ci ( “Qulluq stajına görə əmək
pensiyasına əlavələr” ) maddəsinə əsasən, pensiya alan şəxslərin təminatını həyata keçirən
DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (XŞTMF) əlavənin Qarabağ əlillərinə,
şəhid ailələrinə tətbiqinə anlaşılmaz bəhanə ilə qadağa qoyub. İşləyən pensiyaçının işlədiyinə
görə pensiyasının 37.3.2-1 maddəsinə əsasən yenidən hesablanması ilə Filala müraciətinə
“işi davam etdirdiyinə” görə imtina edilir. Absurdluğa baxın, qanunverici işləyən, işi davam
etdirən pensiyaçıların pensiyalarının bu işləməyə, davam etdirməyə görə yenidən
hesablanmasını aktlaşdırır, icra etməli orqan imtina edir ki, işləməkdə davam edir !(??) 2
ildir nə ali dövlət hakimiyyəti, hüquq orqanları, nə Maliyyə Nazirliyi, nə Hesablama Palatası,
nə Ombudsman bu anlaşılmaz maliyyə-hüquq pozuntusuna, dövlət büdcəsi ilə məmur cibinin
dəyişik salınmasına görə tədbir görür. Hamı əlil, qazi, şəhid pensiyalarından rüşvətini alıb
susur. Hətta ƏƏSM naziri Sahil Babayevin işləyən pensiyaçıların pensiyalarının özlərinin
müraciəti olmadan, yəni proaktiv qaydada yenidən hesablanacağını mediya bildirməsi də
yardıma çatmır. DSMF-in pensiya təminatı departamenti dövlətin, nazirin yox, XŞTMF-nin
dediyini QANUN sayır.
Hazırda Milli Məclisdə dövlət büdcəsinin müzakirələri gedir. Fikrimizcə, qanunverici qəbul
etdiyi qanunun icrasını pensiya orqanından sorğulamağa borcludur. Birincisi, qəbul olunan
qanunun icrası , Konstitusiyanın 149-cu maddəsinə görə, hamıya məcburidir. İkincisi,
qanunların icrasına və tətbiqinə nəzarəti , Konstitusiyanın 133-cü maddəsinə görə,
prokurorluq həyata keçirir. Ən başlıcası, MM-in özünün Hesablama Palatası büdcənin düzgün
təyinatını yoxlayan qurumdur. Bəs nəyə görə prokurorluq, maliyyə , büdcə nəzarəti qurumları
2 ildir DSMF məmurlarına “işləməyən pensiyaçı” ilə “işləməyən pensiyaçı kateqoriyası”
anlayışlarının ayrıntısını-fərqini anlada bilmirlər?
Bir daha nəzarətedici qurumların etmək istəmədiyini DSMF-in pensiya təminatına cavabdeh
məmurlarının diqqətinə çatdırırıq. Ümumiyyətlə, “kateqoriya”nın fəlsəfədə, riyaziyyatda,
linqvistikada , pedaqogikada öz anlamları var. Qısa desək, kateqoriya qrup, dərəcə, çoxluq,
cəm ... anlamına gəlir. Məsələn, “ahıllar”, “əlillər”, “işçilər”, “işsizlər”, “sənətçilər”, “əmək
pensiyaçıları” kateqoriyaları. Bu “əmək pensiyaçıları” kateqoriyasının özü də bir neçə
kateqoriyaya ( əlilliyə, yaşa, ailə başçısını itirməyə görə) bölünür. Bir də var, əlilliyə və yaşa
görə işləməyən əmək pensiyaçıları kateqoriyası. Hazırda qadınların 63,5, kişilərin 65 yaşı
olduqda işləməyən əmək pensiyası kateqoriyasına aid edilirlər. Bu kateqoriyaya keçəndən
sonra işlərini davam etdirənlərin pensiyası “Əmək pensiyaları haqqında” qanunun 37.3.1
maddəsinə uyğun olaraq 6 ildən bir AVTOMATLAŞDIRILMIŞ qaydada yenidən
hesablanır. 37.3.2 maddəsinə görə, əlilliyə görə pensiya təyin edilmiş şəxs İŞLƏMƏKDƏ
DAVAM EDƏRSƏ, onun pensiya təyin olunduqdan, yaxud əmək pensiyası BU
MADDƏYƏ əsasən yenidən hesablandıqdan işləməyən əmək pensiyaçısı
KATEQORİYASINA keçdiyi tarixədək olan dövr üzrə toplanan PENSİYA KAPİTALINA
və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan SIĞORTA STAJINA
əsasən ...AVTOMATLAŞDIRILMIŞ qaydada ( qulluq stajına görə pensiya alanlarınkı
MÜRACİƏTLƏRİ əsasında) yenidən hesablanır. Bəs niyə DSMF-in pensiya təminatına
cavabdeh qurumları “işləməyən əmək pensiyaçısı” kateqoriyasını qəsd-qərəzlə işləməyi
dayandırmaq kimi qəbul edib, qazi, şəhid ailələrinin pensiyalarını MÜRACİƏTLƏRİ əsasında
yenidən hesablamaqdan imtina edirlər? Necə olur, işləyən adi şərtlərlə pensiyaçıların
işləməyən pensiyaçı kateqoriyasına , yəni 63,5 və 65 yaşına keçəndən sonra pensiyaları 6
ildən bir AVTOMATLAŞDIRILMIŞ qaydada yenidən hesablanır, amma qulluq stajına görə,
yəni xüsusi şərtlərlə pensiyaçıların işi davam etdirmələri MÜRACİƏTLƏRİ əsasında
yenidən hesablanmaya əsas vermir? Necə olur adi şərtlərlə pensiyaya çıxıb, işi davam
etdirənlərdən işi dayandırmaq tələb olunmur, pensiyaları yenidən avtomatik hesablanır,
amma xüsusi şərtlərlə pensiyaçılardan tələb olunur? Bu ayrı-seçkilik qərəzdən,
mənimsəmədən özgə nədən qaynaqlana bilər? Absurdluğa baxın, pensiyaçı ölənə kimi
işləyirsə, belə çıxır, öləndən sonra pensiyası yenidən hesablanmalıdır? Hələ ki bu absurdluq
sürür. Haçan dayanacağı da bilinmir".
Ardını oxu...
Azərbaycanda dəmiryol nəqliyyatının vahid operatoru olan «Azərbaycan Dəmir Yolları» QSC dəmir yol sahəsində fəaliyyət göstərən şirkətlər arasında ayrı-seçkiliyə yol verir. FED.az xəbər verir ki, artıq «Azərbaycan Dəmir Yolları» QSC-nin bu davranışı ilə bağlı özəl şirkətlərdə narazılıq yaranıb.
Azərbaycanda müxtəlif növ daşımalarla məşğul olan «Alliance Logistics» MMC şirkəti «Azərbaycan Dəmir Yolları» QSC-ni ayrı-seçkilik etməsi və haqsız rəqabət yaratması ilə əlaqədar olaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edib.

Müraciətdə bildirilir ki, “Azərbaycan Dəmir Yolları” QSC dəmir yol sahəsində fəaliyyət göstərən ekspeditor şirkətlərinə qarşı haqsız rəqabətə və ayrı-seçkiliyə yol verir, daha dəqiqi, habelə əməkdaşlıqdan əsassız olaraq imtina edir. Şirkət bu halların səbəğbinin araşdırılması və müvafiq tədbirlərin görülməsini istəyir.

Qeyd edək ki, bu hallar “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun «Sahə inhisarçılığı»na aid olan 6-cı maddəsinin 4-cü və 11-ci bəndlərinə, eləcə də Qanunun «Təsərrüfat subyektlərinin inhisarçılığı»na aid olan 8-ci maddəsinin 7-ci və 8-ci bəndlərinin pozulması deməkdir.

Xatırladaq ki, 6-cı maddənin 4-cü bəndinə əsasən təsərrüfat subyektlərinin müstəqilliyinin əsassız olaraq məhdudlaşdırılması; 11-ci bəndinə əsasən isə rəqabəti məhdudlaşdırmaq, yaxud aradan qaldırmaq məqsədilə tabeliyində olan təsərrüfat subyektlərinə dempinqin tətbiqi üçün şərait yaradılması qanunla qadağandır.

«Antiinhisar fəaliyyəti haqqında» qanunun 8-ci maddəsinin 7-ci və 8-ci bəndlərinə əsasən isə digər təsərrüfat subyektləri ilə müqayisədə kontragentlərin rəqabət imkanlarına zərər vuran, yaxud zərər vura bilən eyni və ya eyni şərtli müqavilələrin bağlanmasında ayrı-seçkiliyə yol verilməsi; eləcə də, kontragentə sərfəli olmayan və ya müqavilələrin məzmununa aid olmayan müqavilə şərtlərinin ona məcburi qəbul etdirilməsi qadağandır.

Eləcə də “Azərbaycan Dəmir Yolları” QSC-nin bu davranışı “Haqsız rəqabət haqqında” Qanunun

5-ci maddəsinin (Rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması hallarını əhatə edir) 2-ci hissəsinin, Rəqibin təsərrüfat fəaliyyətinə müdaxiləni əhatə edən 6-cı maddəsinin 2-ci hissəsinin və Haqsız sahibkarlıq fəaliyyətinə aid olan 7-ci maddəsinin 3-cü hissəsinin tələblərinin pozulması əlamətləridir.

Qeyd edək ki, sözügedən qanunun 5-ci maddəsinin 2-ci bəndinə əsasən digər bazar subyektlərinin işgüzar nüfuzu və maliyyə vəziyyəti haqqında yalan və təhrif olunmuş məlumatların yayılması qadağandır.

Qanunun 6-cı maddəsinin 2-ci hissəsinə görə isə rəqibin işgüzar münasibətlərinin qanunsuz vasitələrlə qəsdən pozulması, kəsilməsi və dayandırılması qanunla qadağandır.

Bundan başqa, qanunun 7-ci maddəsinin 3-cü hissəsinə əsasən rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi qanunla qadağandır.
 

Ardını oxu...
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi “2024 - cü ildə yol infrastrukturunun yaxşılaşdırılması, yol hərəkətinin təhlükəsizliyinin artırılması və tıxacların azaldılması üçün nəzərdə tutulan iş və xidmətlərin satınalınması” tenderinin nəticələrini elan edib.

Dia-az.info xəbər verir ki, tenderin qalibi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olub.

Qalib şirkətlə 3 161 125 manat məbləğində müqavilə imzalanıb.

Xatırladaq ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bu barədə tenderi dövlət satınalmaları portalından kənar elan edib.
 
Ardını oxu...
Aqstafa rayonu, Sadıqlı kənd sakini, Qarabağ qazisi Əfəndiyev Ramin Mübariz oğlu yerli icra hakimiyyətindən giley edir. Dia-az.info-nun məlumatına görə, şikayətçi iddia edir ki, dəfələrlə rayon İcra Hakimiyyətində qəbulda olsa da, işlə təmin olunmasına kömək etmirlər:

“Mən, Əfəndiyev Ramin Mübariz oğlu, yazaraq bildirirəm ki, İkinci Qarabağ Müharibəsinin iştirakşısı olmuşam. 2-ci qrup əliləm. Qardaşım Əfəndiyev Amil də veterandır.

İşlə bağlı icra başçısının qəbulunda olmuşuq. Bizə bildirirlər ki, iş yoxdur. Bəs, biz nə edək, nə ilə məşğul olaq? Bu qədər işsizlik olar?

Deyirlər ki, gedin gözləyin, iş olanda sizə məlumat verəcəyik. Amma heç bir məlumat vermirlər. Bu gedişlə heç vaxt da iş olmayacaq”.

Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...
Sakinlər deyir ki, Prezident gələndə görməsin deyə binanın bayır hissəsini bəzəyiblər

“Yaşadığımız bina təxminən 70 il əvvəl istifadəyə verilib. İstismar müddəti çoxdan başa çatıb. Kanalizasiya xətləri çürük, ərazisi isə baxımsızdır. Müraciət etdiyimiz qurumlar da məsuliyyəti bir-birinin üzərinə atır”.

Bunu Meydan TV-yə Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektindəki 56 saylı binanın sakinləri deyir. Çoxillik bina 4 blokdan ibarətdir. Binada təqribən 50 ailə yaşayır.

“Üzlüyə kibrit vursan, alışar”

Bina sakini Rəvanə Əliyeva deyir ki, binada yalnız bir dəfə dam örtüyündə təmir işi aparılıb. Bir də illər əvvəl binanın Heydər Əliyev prospektinə baxan tərəfi tezalışan penoplastla üzlənib:

“O vaxt guya abadlaşdırma işləri aparılırdı, gəlib binanın dam örtüyünü ortabab təmir elədilər, məqsəd heç də sakinlərin rahatlığı deyildi. Sadəcə olaraq, binanın bir tərəfi Heydər Əliyev prospektinə baxır, guya bunlar abadlıq işləri görürlər. O vaxt prospektə tərəf baxan hissəni penoplast materialla üzlədilər. O üzlüyün sökülməsi üçün müraciət etmədiyimiz yer qalmayıb. Bəzi hissələri öz-özünə sökülüb, tökülüb. O hissələrə də gətirib rəng çəkiblər. Bu üzlük insan həyatı üçün təhlükəlidir, Allah eləməmiş, kibrit vursan, alışar”.

“Kanalizasiya xətləri çürüyüb”

Sakin Afaq Həsənovanı narahat edənsə binadakı kommunikasiya xətləridir. Deyir, kanalizasiya xətləri 70 ildə bircə dəfə də əsaslı təmir olunmayıb. Bu səbəbdən də mənzillərin tualetlərində tez-tez çirkab sular dolub-daşır:

“Hətta bəzən çirkab sular aşağı mərtəbələrdəki qonşu mənzillərə də süzülür. Bezmişik”.

Sakin Kamil Qasımovsa bloklardan və binanın həyətyanı sahəsindən danışır. Onun sözlərinə görə, həyətyanı ərazidə indiyədək hər hansı təmizlik, abadlıq işləri görülməyib:

“Sovet vaxtı çəkilmiş asfalt örtüyünü illərin yağan yağışı çoxdan yuyub aparıb. Həyətdə yer var, ancaq uşaqlar üçün bir meydança düzəltmirlər. Bloklara girişlər pis vəziyyətdədir. Özümüzdə də imkan yoxdur ki, əl gəzdirək”.

Sakinlər deyir, qonşuluqdakı 57 saylı bina da eyni vəziyyətdədir.

Qurum: “Pis görünməsin deyə, alçipanla örtdük”

Aprelin 9-da Prezident İlham Əliyev Gəncəyə səfər edəndə bu binaların qarşısından ötüb keçib. Sakinlər deyir, çox arzulayıblar ki, Prezident maşından düşüb binanın üzlüyü ilə maraqlansın:

“Prezidentin səfərinə üç gün qalmış icra hakimiyyəti fəhlələri tökdü prospektdəki binaların qarşısına, penoplastların çürümüş hissələrini qaşıyıb yerinə alçipan vurub, üstünü rənglədilər. Kaş ki, Prezident şəxsən yaxınlaşıb binaların prospektə tərəf baxan hissəsinin üzlüyü ilə maraqlanaydı. Binaların həyətlərinə burulub daxili hissələrini də görəydi. Kaş biləydi ki, məmurlar onun 10 il əvvəl tezalışan üzlüklərin sökülməsiylə bağlı verdiyi tapşırıqları yerinə yetirmir”.

Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən Meydan TV-yə bildirilib ki, həmin binada təmir-abadlıq işləri tədbirlər planına salınıb. Ancaq bu, nə vaxt baş tutacaq, hələlik məlum deyil:

“Binanın üzlüklərinin bəzi hissələri sökülmüşdü. Düzdür, cənab Prezident gələnə yaxın pis görünməsin deyə, o hissələri alçipanla bağladıq. Ancaq tədbirlər planına salınıb, o məhəllədə əsaslı abadlıq işləri aparılacaq”.

Meydan TV

Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti