Ardını oxu...
“Qərbi Azərbaycan mətbəxinin təqdimatının təşkili ilə bağlı xidmətlərin satın alınması” adlı tenderlə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Bildirilib ki, milli kulinariyamızın təbliğinin bir hissəsi kimi 2023-cü ilin dekabrın 30-da elan edilən “Qərbi Azərbaycan mətbəxinin təqdimatının təşkili ilə bağlı xidmətlərin satın alınması” adlı tenderlə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirməyərək süni ajiotaja və yanlış anlaşılmaya səbəb olub.
“Tenderdə qeyd olunan balıq, kərə yağı, turşu, ərik arağı və digər kulinariya məhsullarının satın alınması xidməti ilə bağlı yayılan məlumatlar düzgün anlaşılmayıb, ölçülər kiloqramla və litrlə göstərilsə də, təəssüf ki, “ton” olaraq başa düşülüb.

Qeyd edək ki, Dövlət Turizm Agentliyinin fəaliyyətinin əsas prinsiplərindən biri daim ictimaiyyətə və mediaya açıq olmaqdır. Hər zaman olduğu kimi, bir daha media nümayəndələrindən Dövlət Turizm Agentliyinin fəaliyyəti ilə bağlı istənilən məlumatın dəqiqləşdirilməsi üçün ilk növbədə Agentliyə müraciət edilməsini xahiş və tövsiyə edirik” , - deyə məlumatda bildirilir.
 
          
Ardını oxu...
“İstisna etmirəm ki, “Arkoz” şirkəti Gürcüstanda hansısa layihəni uğurla həyata keçirir. Buna şübhə etmək üçün əlimdə hər hansı dəlil yoxdur. Mənim bildiyim şirkətin Naxçıvanda gördüyü işlərdir. Təəssüf ki, eyni sözləri şirkətin Naxçıvandakı işləri barədə demək mümkün deyil”.

“Tikilməkdə Olan Layihələrin İdarə Edilməsi” MMC-nin sədri İsmayıl Əhmədov Ovqat.com-a açıqlamasında belə deyib.

O bildirib ki, “Arkoz” şirkətinin rəhbərliyi mətbuata verdiyi açıqlamasında Gürcüstan hökumətinin onlara iri layihələr verdiyini, şirkət isə həmin layihənin inşasına Naxçıvan inşaatçılarını cəlb etdiyini vurğulayıb: “Bununla da sanki Naxçıvanda həyata keçirdikləri layihələrin təhvil verilməməsinin günahını başqalarında axtarırlar. Halbuki, həmin tikintilərdəki vəziyyət açıq-aşkar ortadadır. O cür işi heç bir ciddi hökumət qurumu təhvil götürməz və Naxçıvanın yeni hakimiyyəti də götürmür”.

Həmsöhbətimiz eyni şirkətin Naxçıvanda başqa, Gürcüstanda başqa cür iş görməsinin səbəbini dövlət orqanlarının məsələyə yanaşmasındakı fərqlə izah edib. Bildirdiyinə görə, Gürcüstanda dövlət orqanları aparılan tikintilərə ciddi nəzarət edirlər: “Böyük ehtimalla, Gürcüstanda layihələrin necə icra olunduğunu ciddi şəkildə yoxlayan qurumlar var. Ən əsası isə, “Arkoz” orada, yəqin ki, layihəsi və smetası müvafiq qurumlar tərəfindən təsdiqlənmiş layihələri icra edir. Həmin şirkətin Naxçıvanda apardığı işlərdə isə bu kriteriyaların heç biri olmayıb. Nə tikintilərə nəzarət edilib, nə pulu alıb vicdanlar işləyiblər, nə də tikintinin aparılması üçün müvafiq sənədləşmələr aparılıb. İşin keyfiyyətinə isə ümumiyyətlə əhəmiyyət verilməyib. Sadəcə, Naxçıvanın keçmiş hakimiyyəti ilə əlbir olub, layihələrə ayrılmış vəsaiti talayıblar. Beləliklə də qısa müddət ərzində “Fəhlə Emin” varlanıb olub “Bəy Emin”. Naxçıvan camaatının boğazından kəsdiyi pulları aparıb Gürcüstanda, Türkiyədə və başqa ölkələrdə öz biznesinə yatırıb. Həmin ölkələrdə isə tikintiyə ciddi dövlət nəzarət olduğundan mümkündür ki, işi də keyfiyyətli görürlər”.

İsmayıl Əhmədov Emin Uçara və onun şirkətinin mütəxəssislərinə məsləhət bilib ki, Avropa standartlarından danışmasın. Çünki “Arkoz”un Naxçıvanda apardığı inşaat işləri nəinki Avropa, heç “Afrika standartlarına” da uyğun gəlmir:

“Naxçıvanın nəyi var talayıb özlərinə imperiya qurublar. Bir də utanmadan gördükləri işin keyfiyyətindən danışırlar. Naxçıvan camaatı sizin kim olduğunuzu yaxşı bilir. Başınıza 3-5 özünüzə bənzər adam toplamaqla günəşin üzünü palçıqla malaya bilməzsiniz. Hamıya gün kimi aydındir ki, siz Naxçıvanın o dövrdəki hakimiyyəti ilə əlbir olub, Muxtar Respublikanı talan edibsiniz”.

Emin Uçarı “Fəhlə Emin” adlandırmasının bəzi çevrələr tərəfindən səhv anlaşıldığını və yaxud qəsdən fərqli təsəvvürlər yaradılaraq bir qaşıq suda fırtına qoparıldığını bildirən Əhmədov vurğulayıb ki, bu ifadə ilə kimisə təhqir etmək niyyətində olmayıb. O, sadəcə “Emin Uçar Naxçıvana böyük investisiyalar qoyub” deyənlərin fikirlərini yalanlamaq istədiyindən çox da uzaq olmayan tarixdə yaşanmış bir faktı xatırladıb: “Fakt budur ki, Emin Uçar 30 il əvvəl Naxçıvana parket ustası kimi gəlib. Oraya hər hansı investisiya planı və ya vəsaiti ilə gəlməyib. Əksinə, Vasif Talıbovun yaxınlarının vasitəsilə götürdüyü layihələrdən milyonlar, yüzmilyonlar qazanıb və həmin pulları ölkədən çıxarıb. Üstəlik, naxçıvanlı fəhlələri də istismar edib. Eyni işi görən yerli işçilərə 1, Türkiyədən gətirdiyi işçilərə isə 10 qat əmək haqqı verib. Belə olduğu halda, onun Naxçıvana hansı investisiya yatırdığından danışmaq mümkündür? Mənim dediyim budur. Yoxsa ki, şərəfli peşə sahibi olan fəhlələri aşağılamaq niyyətində deyiləm. Onlar həqiqətən də alın təri ilə çörək pulu qazanan zümrədirlər. Halal pulla dolanıb övladlarının boğazından haram tikə keçirmirlər. Emin Uçarda bu mənada fəhlə halallığı da olmayıb. Əksinə öz məsləkdaşlarına qul-kölə kimi baxıb və onları istismar edib”.

O ki qaldı “Arkoz”un Gürcüstan hökumətindən götürdüyü işlərə Naxçıvan inşaatçılarını cəlb etməsinə, İsmayıl Əhmədov bunun da Emin Uçarın Muxtar Respublika əhalisinə duyduğu sayğıdan irəli gəlmədiyini düşünür: “Əvvəla, Gürcüstanda götürülən layihələrdə Naxçıvan fəhlələri ilə yanaşı Türkiyə mühədisləri də işləyirlər. Əgər “Arkoz” Naxçıvandakı iş qiymətləndirilməsini Gürcüstanda da davam etdirirsə, deməli bizim fəhlələr orada da Türkiyə vətəndaşları olan həmkarlarından 3 qat, 5 qat aşağı maaş alırlar. Şəxsən mənim fikrimcə, “Arkoz” naxçıvanlı fəhlələrə aşağı maaş verdiyi üçün Gürcüstandakı işlərə bu insanları cəlb edib. İnanıram ki, Emin Uçar Afrika cəngəlliklərində iş götürsəydi, oraya da fəhlələri Naxçıvandan aparardı. Çünki o, Naxçıvan fəhlələrinə dünyanın ən ucuz işçi qüvvəsi kimi baxır. Budurmu, Naxçıvana və naxçıvanlılara göstərilən hörmət?”.

Həmsöhbətimiz sonda onu da vurğulayıb ki, yaxın günlərdə Naxçıvanda yeni tikinti layihələri həyata keçiriləcək və yerli fəhlələr haqq etdikləri maaşları alacaqlar: “Ümumiyyətlə dövlət büdcəsindən bu il Naxçıvanda aparılacaq inşaat işlərinə 245 milyon manata qədər vəsait ayrılıb. Bir çox böyük layhələr həyata keçiriləcək. Fəhlələr, mühəndislər də haqq etdikləri maaşları alacaqlar. İnanıram ki, işsizlik ucbatından Gürcüstana gedib öz əməklərini ucuz qiymətə “Arkoz”a satmağa məcbur olan fəhlələr geri qayıdacaq və öz məmləkətlərinin yenidən inşasına qatılacaqlar. Fəhlə əməyinə verilən qiyməti onda görəcəklər və keçmişdə necə istismar olunduqlarının fərqinə varacaqlar”.
Ovqat.com
Ardını oxu...
Deputat Siyavuş Novruzov mürəbbə biznesi ilə məşğul olması iddialarına aydınlıq gətirib.

Bu barədə TV Müsavatın efirində aparıcı Sevinc Telmanqızı məlumat verib.

Aparıcı bildirib ki, son olaraq onun müəllifi olduğu verilişdə çıxış edən S.Novruzov deputatların maddi durumlarının ağır olmasından şikayətlənəndən sonra xaricdəki internet televiziyalarından birində çıxış edən jurnalist Qənimət Zahid onun barəsində “mürəbbə biznesinin olması” barədə iddialar səsləndirib.

S. Telmanqızı yeni ilin ilk günlərində S.Novruzovun ona zəng edərək, məsələyə aşağıdakı formada təkzib verdiyini bildirib: “Siyavuş Novruzov mənə zəng edərək dedi ki, “hər şey sizin efirdə deputatların maddi vəziyyəti ilə bağlı dediklərimdən sonra oldu. Qənimət Zahid canlı efirdə bildirdi ki, guya mənim mürəbbə fabrikim var, mürəbbə biznesi ilə məşğul oluram. Mən də burdan deyirəm, siz də bunu efirdə çatdırın. Əgər mənim mürəbbə biznesim varsa və bunu inkar edirəmsə, gizlədirəmsə, mənim babamın da, nənəmin də, dədəmin də, dədəmin dədəsinin də goruna lənət. Yox, əgər belə bir biznes yoxdursa, amma olmadığı halda Qənimət Zahid belə iddia edirsə, o zaman onun babasının da, nənəsinin də, dədəsinin də, dədəsinin dədəsinin də goruna lənət olsun”.

S.Telmanqızı efirdə bildirib ki, əslində bu cür təkzib forması arzuedilən olmasa da, S.Novruzov fikirlərinin məhz bu cümlələrlə tamaşaçılara çatdırılmasını istəyib.

 
Ardını oxu...
“Arkoz İnşaat Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti şirkətin təsisçisi Emin Uçarın və ailəsinin təhdid və şantaj olunması ilə bağlı açıqlama yayıb.

TNS-in redaksiyasına göndərilən həmin açıqlamanı olduğu kimi təqdim edirik:

“Bir müddətdir ki, Naxçıvanda yeni təsis edilmiş “Tikilməkdə olan layihələrin idarə edilməsi” MMC-nin təmsilçisi İsmayıl Əhmədov “Arkoz İnşaat Şirkəti” MMC və onun təsisçisi haqqında qara piar kampaniyası aparır. 02.01.2024-cü il tarixində isə İsmayıl Əhmədovun bütün əndazəni aşan məktubu bəzi media orqanlarında yayımlanıb.

Məktubun təqdimatında “Tikilməkdə olan layihələrin idarə edilməsi” MMC “Arkoz”un fəaliyyətini araşdıran şirkət olaraq qələmə verilir. Özü də “Arkoz” kimi kommersiya fəaliyyəti ilə məşğul olan bu şirkət hansı hüquqla başqa bir kommersiya təşkilatının fəaliyyətini araşdırır? İsmayıl Əhmədov məgər hüquq-mühafizə orqanıdır, prokurorluqdur ki, hansısa şirkətin fəaliyyətini araşdırsın? İsmayıl Əhmədov bu mandatı kimdən alıb? “Arkoz” illərdir, tam şəffaf şəkildə fəaliyyət göstərən və ən əsası fəaliyyəti bütün nəzarət orqanları tərəfindən yoxlanılan şirkət olduğu halda əsl ictimai maraq doğuran məsələ İsmayıl Əhmədovun kim olduğu və bu etinasız və rahat şəkildə hərəkət etmək gücünü hardan aldığıdır? “Arkoz” Azərbaycan qanunvericiliyinə güvənir, işini qanunlara uyğun təşkil edir. Sual yaranır ki, bu şəxsi bu qədər rahat cinayət işləməkdə arxayın salan nədir?

Suallar çoxdur, ancaq görünür ki, bu sualların cavabı bəziləri üçün maraqlı deyil! Özünü jurnalist kimi təqdim edənlərə bu sualların cavabının maraqlı olmaması bizi təəccübləndirir. Lakin biz təəccübümüzü bir kənara qoyub həmin məktubu dərc edən media orqanları üçün maraqlı olmalı olan bir məqamı nəzərə çatdırırıq. İnternet informasiya ehtiyatının rəhbərlərinin öhdəlikləri var. Qanun onlara (“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanun, m. 13-2.3.9), təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar yaymağı qadağan edir və buna görə birbaşa onların məsuliyyət daşıdığını müəyyən edir.

O ki qaldı İsmayıl Əhmədovun məktubunda səsləndirdiyi fikirlərə münasibətə, cənab Prezidentimizin “sahibkarlara yönəlmiş o çirkin əllər kəsilsin” devizini xatırladaraq diqqətə çatdırmaq istəyirik ki, biz, bizə qarşı böhtanlara təkzib yazmaqdan başqa heç vaxt mətbuat vasitəsi ilə nəyisə həll etməyə çalışmamışıq. Heç bir təkzib yazımızda “yeni hakimiyyət” sözündən istifadə etmədiyimiz halda, İsmayıl Əhmədovun “qoçu”luğuna qarşı etirazımızı özünü yeni hakimiyyətin nümayəndəsiymiş kimi görən bu şəxs sanki yerli nümayəndəliyə edilmiş etiraz kimi göstərməyə çalışır. Bir daha ictimaiyyətin nəzərinə çatdırırıq ki, bu şəxsin qanunsuz əməlləri barədə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəyəndiliyinə məktub ünvanlanmış, ordan gələn cavablara əsasən Naxçıvan Muxtar Respublikası Prokurorluğuna bu şəxsin törətdiyi cinayətlər barədə 15 səhifəlik şikayət ərizəsi ilə 22. 12. 2023-cü il tarixində müraciət edilmişdir. Hal-hazırda bu barədə prokurorluqda araşdırma gedir.

Onu da diqqətə çatdıraq ki, İsmayıl Əhmədov onunla müqavilə bağlamaqdan imtina etdiyimiz üçün artıq şəxsi həyatın toxunulmazlığını pozma, hədə-qorxu ilə tələb etmə yolunu seçib. Belə ki, bu gün məktubu yayımlanan şəxs təsisçimizin ailə üzvləri barədə şəxsi həyata dair məlumatlar yayacağı ilə bağlı şantajlar və böhtanlar səsələndirir, bunu bəzi informasiya orqanları vasitəsi ilə həyata keçirir. Təsisçimizə və onun ailə üzvlərinə aid olduğunu iddia etdiyi evlərin açıq ünvanlarını yayımlayacaq qədər şəxsi həyata və sahibkarlıq fəaliyyətinə məsuliyyətsiz müdaxiləyə yəqin ki, hüquq-mühafizə orqanları qiymət verəcəkdir. Biz bu əməlləri və minlərlə əməkdaşı olan “Arkoz” ailəsini belə çirkin hədəfə qoymağı şiddətlə qınayırıq.

Yuxarıda qeyd etdiyimiz kimi biz kommersiya fəaliyyətimizi Azərbaycan qanunvericiliyinə uyğun qurduğumuza görə, qanun qarşısında hər bir ittihama cavab verməyə hazırıq. Həmin şəxsin 2008-2009-cu illərdə harasa pul köçürülməyi ilə bağlı eyhamına cavab olaraq bildirmək istəyirik ki, əlində hər hansı qanunsuz köçürmə məlumatı varsa, buyursun, bu barədə hüquq mühafizə orqanlarına məlumat versin və nəzərə alsın ki, hazırlanmasını və törədilməsini bilərək həmin cinayət barəsində məlumat verməmək cinayət məsuliyyəti yaradır”.
Ardını oxu...
“EDUGrata” Təhsil Mərkəzi imtahan verən uşaqlara ağ kağız vermir…
”EDUGrata” adlı təhsil mərkəzinin 9-cu mikrorayon ərazisində yerləşən filialında 4-cü siniflər üçün keçirilən ödənişli sınaq imtahanında testləri həll edən şagirdlərə ağ vərəq verilməyib. Təhsil Mərkəzi narazılıq edən valideynlərə bunun səbəbini təqdim olunan test kitabçasında misalları həll etmək üçün müvafiq boş yerin olduğunu bildirsə də, araşdırdıqda bunun həqiqətə uyğun olmadlğı üzə çıxıb. Azinforum.az bu barədə olan ətraflı videoçıxışı təqdim edir:

 
 
 
Ardını oxu...
AMEA-nın Naxçıvan bölməsinin bir əməkdaşı mənə bir məktub göndərib. Məktubda iddia olunur ki, 2003-cü ildə mərhum Heydər Əliyevin xəstələnib Klivlenddəki xəstəxanaya yatırıldığı zaman vəziyyətdən istifadə edən bəzi şəxslər Naxçıvandakı Respublika Doğum evi, İnfeksiya xəstəxanası və Elm Mərkəzi binasının inşasına ayrılmış 8 milyard 642 milyon manat pulu (yəqin ki, köhnə məzənnə ilə - H.O.) mənimsəyiblər. O zaman Naxçıvan “akademiyasının” ərsəyə gətirilməsində önəmli rol oynayan bir alimə bu vəsaitin mənimsənilməsinə razılıq verməsi, bunun müqabilində isə ona bölmənin rəhbəri vəzifəsi təklif olunub. İddiaya görə, həmin şəxs bu təklifi qəbul etməyib və nəticədə öz elmi karyerasının üstündən xətt çəkib (Adamı 4 il boyunca ümumiyyətlə akademiyanın qapısından içəriyə buraxmayıblar). Onun qəbul etmədiyi bu təklifə İsmayıl Hacıyev və İsa Həbibbəyli bəh-bəhlə imza atıb. Nəticədə biri hazırda AMEA-ya prezidentlik edir, digəri isə AMEA-nın Naxçıvan bürosunun "şef”idir.
Bir sözlə,
"Əlbir olub bir ayı bir şir ilə,
Ovladılar dovşanı tədbir ilə".
(Zəruri qeyd: Şeir mənə yox, Abbas Səhətə aiddir, yazıda adı çəkilən şəxslər zəhmət çəkib uzun illər öncə dünyasını dəyişmiş bu şairi məhkəməyə verə bilərlər).
Məktub müəllifi iddia edir ki, həmin layihələrdə alınan tikinti materialları dəhşətli dərəcədə şişirdildiyindən bu astronomik rəqəm ortaya çıxıb: “Məsələn, o vaxt bir kisəsi 80 qəpiyə olan İran sementi 5 manata göstərilmişdir”.
Mövzunun aktuallığını nəzərə alıb bu mövzunu araşdıracağıq. Arzu edirəm ki, bu araşdırmadan İsa Həbibbəyli və İsmayıl Hacıyev “salamat” çıxsın.
Heydər Oğuz
Teref: Xocanın Blogu
Ardını oxu...
Abşeron RMX-nin baş direktoru Azər İsmayılov son zamanlar öz işinə könülsüz yanaşır.

AzFakt.com-un əldə etdiyi məlumata görə Azər İsmayılovun ruhdan düşməsinə səbəb onun əməyinin düzgün qiymətləndirilməməsidir.

"Azər İsmayılov ölkədə icbari tibbi sığorta sistemini quran şəxslərdəndir. Səhiyyə nazirliyində çox adam onu TƏBİB sədri vəzifəsinə təyinat alacağını düşünürdü. Azər İsmayılov da artıq bu qənaətdə idi ki, onu Təbib sədri və ya Səhiyyə nazirliyi sistemində daha yüksək vəzifəyə təyin edəcəklər. Azər İsmayılov Yevlax rayon mərkəzi xəstəxanasının baş direktoru vəzifəsindən Mərkəzi Klinik Xəstəxananın baş direktoru vəzifəsinə gətiriləndə hamı gözləyirdi ki, yaxın zamanda Təbib sədri təyin olunacaq. Ancaq gözləntilər baş vermədi. Azər İsmayılov nəinki yüksək vəzifəyə təyin edildi, hətta onu paytaxtdan uzaqlaşdırdılar"- deyə məlumatda vurğulanır.

Hazırda Abşeron RMX-NİN baş direktorunun kimlərinsə gizli qəzəbə tuş gəldiyi və buna görə də paytaxtdan uzaqlaşdırıldı iddia edilir:

"Azər İsmayılov Türkiyədə təhsil alıb. Həkim ailəsində böyüyüb. Tibbi sığorta sistemini yaxşı bilir. Onun ölkənin mərkəzi tibbi müəssisəsindən uzaqlaşdırılmasının arxasında güman ki, onun gizli rəqibləri dayanır. Bu gün səhiyyə sistemində çox adam Təbib sədri postuna Vüqar Qurbanovdan daha çox Azər İsmayılovun haqqının olduğunu düşünür"- deyə məlumatda bildirilir.

Qeyd edək ki, Azər İsmayılov 1982-ci ildə Naxçıvanda anadan olub. Tibb və hüquq təhsili alan A. İsmayılov bir neçə elmi məqalənin müəllifidir.
 
Ardını oxu...
Penitensiar xidmətinin kadrlar şöbəsinin rəisi Əflatun Məmmədovun həbs oluna, Mayil Məmmədov isə vəzifəsini itirə bilər…
Prezident İlham Əliyevin sərəncamı ilə PrnitensiarXidmətin rəisi vəzifəsinə təyin olunan Mirsaleh Seyidov bu sistemdə uzun illərdən bəri ənənə halını alan rüşvət və digər neqativ hallarla mübarizəyə başlayıb.
Qeyd edək ki, ötən müddət ərzində istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində saxlanılan məhbuslarla onların yaxınlarının görüşü zamanı tələb olunan rüşvət ləğv edildi.
Bundan başqa məhkumların qida təminatında da müsbət irəlləyişlərin olduğu deyilir.
Belə ki, bu addım indiyədək normal qidadan mərhum olan minlərlə imkansız məhkumlar üçün sevindirici olub.
Bundan əvvəl Penitensiar Xidmətin yeni rəisi vəxtından əvvəl cəzadan azadetmə məsələlərini də prioritet seçib.
Əvvəllər bu hal üçün məhkumlardan, onların yaxınlarından rüşvət müqabilində məhkəmə üçün müsbət rəy yazılırdısa, indi bu qanunsuz tələb aradan götürülüb.
Ancaq indi yeni rəisi tapşırığına əsasən müəssisə rəhbərliyi qanunla müddəti başa vuran bütün məhkumların sənədlərini zamanında yerli məhkəmələrə təqdim edir.
RealMedia.az xəbər verir ki, Gununsesi.info-nun araşdırması zamanı Penitiensiar Xidmət rəisinin bu sahədə ciddi dönüşə səbəb olacaq qərarları bəzi müəssisə rəislərinin heç də ürəyincə deyil.
Belələrindən birinin Şəki Penitensiar Müəssisəsinin rəisi Fərhad Hüseynov olduğu bildirilir. Məlumat üçün qeyd edək ki, Avropa standartlarına uyğun qurulan mu müəssisə həm təcridxana, həm ümumi və ciddi rejimli cəzaçəkmə müəssisələrindən ibarətdir.
Bildirilir ki, Şəki Penitensiar müəssisəsində məhkumlara qarşı qanunsuz davranış, onların görüşə gələn yaxınlarından pul tələb edilməsi kimi “köhnə ənənələr” hələ də müəssisədə davam edir.
İddialar görə, müəssisəyə ilk daxil olan məhkum 14 günlük karatın rejimindən vaxtından əvvəl “baraklar” köçürülməsi üçün müəssisə rəisinə500 manat pul verməlidir. Bundan başqa təcridxanada iki nəfərlik kamerada qalmaq üçün 3000 manat pul verilməlidir, istənilən vaxt yuyunmaq üçün pullu hamam 10 manat, istənilən vaxt telefonla danışmaq dəqiqəsi 5 manat, saç saxlamaq üçün ayda 100 manatŞ tibb məntəqəsində qalmaq üçün ayda 2000 manat, karsa düşməmək üçün 500 manat, vaxtından əvvəl üilə üzvlərinlə görüşmək 300 manat və sairə pul ödənilməlidir.
Rəisin bu “daskı”sı məhkumların haqlı narazılığına səbəb olub. Onlar bu üzdən də mətbuat vasitəsilə Mirsaleh Seyidovun Şəki Penitensiar Müəssisəsinə xüsusi diqqət yetirməsini xahiş edirlər.
Onu da qeyd edək ki, yaxın vaxtlarda Penitensiar Xidmətdə kadr islahatlarına başlanılacaq. Baş vermiş islahatlar fonunda xeyli yüksək vəzifəli xidmət və müəssisə əməkdaşları vəzifələrini itirəcəklər. İşini itirəcək şəxslər arasında Xidmətin kadrlar şöbəsinin rəisi Əflətub Məmmədov və Penitensiar Xidmətin Müalicə Müəssisəsinin rəisi Mayıl Məmmədovun da adları yer alıb.
Qısaca olaraq qeyd edək ki, Əflatun Məmmədovun adı Penitensiar Xidmətdə işə düzəlmək istəyən bəzi şəxslərdən ümumilikdə 250 min manatdan artıq rüşvət almaqda keçirdi. Lakin həmin vaxt Ceyhun Həsənov Əflatun Məmmədovun məsuliyyətə cəlb edilməsinə bütün səylə imşan vermədi.
Mayıl Məmmədova gəlincə isə, onun da adı Cehyun Həsənovun dövründə rüşvət qalmaqalında çəkilməklə yanaşı, həm də müəssisə daxili gizli narkotik vasitələrin ticarətini təşkil etməkdə keçirdi. Bununla bağlı dövrü mətbuatda kifayət qədər informasiyalar dərc olunub.
Yazıda adı keçən tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
P.s. Yazı ayrı-ayrı media resurslarında yayımlanan məqalələrə istinadla hazırlanıb.
MƏNBƏ: RealMedia.az
 
 
 
Ardını oxu...
Sosial şəbəkə istifadəçisi İlqar Atakişiyev aşağıdakı postu paylaşaraq ritorik sual verib...
Belə hesab, belə qiymət olar ?!
1 stəkan çay, 2.9 , 1 çaynik sadə çay 9.9.
Ardını oxu...
Teref: Xocanın Blogu
Səhiufəmiz hamının üzünə açıqdır.

 
Ardını oxu...
"Şikayətim ABB Tamkart kredit kartındandır. Noyabr ayının 14-ü və dekabr ayının 8-i Tamkart kredit kartı vasitəsilə məhsul almışam və aylara böldürmüşəm, lakin əməliyyatlar şəxsi kabinetdə görünmür. 2 ay keçməsinə, dəfələrlə zəng etməmə və dəstək xidmətinə yazmama baxmayaraq problemi həll etmirlər, edə bilmirlər ya da etməyə çalışmırlar.
Sonuncu dəfə ötən ay həll edəcəklərini dedilər, amma yenə də nəticə yoxdur. Artıq dəstək xidməti də cavab vermir, yazıram, cavabsız qalır həftələrlə.
Bu problemi necə həll etmək olar bilmirəm..."

Mənbə: "Müştərinin Səsi" SQ - Şikayətçi: Dinara Əliyeva
Təqdim etdi: DİA-AZ.İNFO (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
 

Dünyapress TV

Xəbər lenti