Ardını oxu...
Azercell-in "Suoersən" tarifinə qoşulan abonentlərdən şikayətlər artmağa başlayıb. Gundeminfo.az xəbər verir ki, bu tarifə qoşulan vətəndaşlar aldadıldıqlarını, onlardan danoşmadıqları dəqiqələrə görə vəsait çıxıldığıını iddia ediblər.

Hətta sosial şəbəkələrdə trendəə çevrilən abonentlə Azercell-in operatoru arasında keçən dialoq da xeyli insan tərəfindən paylaşılıb.

Azercell-in "Supersən" tarifinə qoşulan vətəndaşlar iddia edirlər ki, "Supersənn" tarifinə qoşulan vətəndaşların danışıq dəqiqələri yuvarlaqlaşdırılıb. Nəticədə 1 dəqiqə 10 saniyə danışıqdan sonra balansdan 2 dəqiqə üzrə tariflər silinir.

Abonntlər bildiriir ki, bununla bağlı Azercell-ə dəfələrlə müraciət etsələr də heç bir faydası olmayıb.

Gundeminfo.az olaraq Azercell-in "Supersən" tarifindən narazı olan vətəndaşlardan birinin mobil operatorun "qaynar xətti"nə müraciətini əks etdirən video materialı təqdim edir:


Mövzu ilə bağlı Azercell-in də rəsmi mövqeyini yayımlağa hazırıq.

Qeyd edək ki, danışııq sosial şəbəklərdə yayıklıb və təərəfimizdən dialoqa heç bir yaradıcı müdaxilə edilməyib.

 
Ardını oxu...
Emin Əmrullayev hələ bir aydınlıq gətirsin görək, o nazir olana qədər məktəbəqədər təhsil sahəsində təlimçi çalışmış həyat yoldaşı Nigar Əmrullayeva - Hənifəyevanın Böyük Britaniyadakı illik təhsil haqqı 63 min funt sterlinq olan Cambridge Judge Business School-da iki illik təhsil haqqını şəxsi büdcəsi hesabına qarşılayır, yoxsa nazirlik hesabına?
TEREF yazır ki, bu sualı Emin Əmrullayevə müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli verir. Ümid edirik ki, sualın cavabı olacaq!
TEREF
 

Ardını oxu...
"Ağır yataq xəstəsi olan, ölümünü gözləyən işçinin - vəfatına 2 həftə qalmış... işdən azad olma barədə ərizə yazması mümkünmüdür?" Dia-az.İnfo bildirir ki, bu sualla müraciət edən Neftçilərin Hüquqalarının Müdafiəsi Təşkilatının (NHMT) eksperti Azər Quliyev olduqca ilginc bir olayla bağlı faktı təqdim edib.

Əslində belə bir faktın araşdırılması zəruri olsa da və bunda məhz ittiham hədəfi kimi göstərilən SOCAR və "Azəriqaz" rəhbərliyinin özünün maraqlı olmalı olduğu şərt kimi görünsə də, bütün bunlar baş vermir və əksinə...

Ardını oxu...

Azər Quliyev daha sonra bildirir: "Qarabağ müharibəsi iştirakçısının atasına bu barədə ərizə yazdlran Qaz İxrac İdarəsi, onun işçisi Hürü də, iddianı təmin etməyən Dövlət Əmək Müfəttişliyinin məmuru və məhkəmə hakimi də bu gün Qurban Bayramını keçirir.

BİR NEFTÇİNİN, MÜHARİBƏ VETERANININ ATASININ - ÖLÜM PULUNA GÖZ DİKƏNLƏR QURBAN BAYRAMINIZ MÜBARƏK OLMASIN!.."
Ardını oxu...
" "Azərcell" oğurlayırmı, yoxsa bu təbii durumdur?" Dia-az.İnfo xəbər verir kiI, bu ritorik sualla ictimai fəal Rəşad Quliyev çıxış edib.
Narazılığını ifadə edən R.Quliyev daha sonra bildirir: "Əziz dostlar, illərdir müxtəlif ölkələrdə mobil data internetindən istifadə edirəm, etmişəm.
Rusiyada aldığım 15-17 GB internetlər geninə boluna istifadə etsəm də, internet paketi bir ay boyunca bitmək bilmir. Azərbaycanda isə 10-11 gün içərisində 50 Gb internet yükləmişəm. Bundan sonrasını isə təsəvvür edin. Sanki, internet su kimi axıb gedir. Bu nə deməkdir anlamaq mümkün deyil.
Mütəxxəsislərə səslənirəm. Bir araşdırma etsinlər , bu normaldırmı ya oğurluqdurmu?
Mən mütəxxəsis olmasam da düşünürəm ki, bu daha çox oğurluğa bənzəyir. İnternetin bu sürətlə bitməsi mümkünsüz halfır. Ən azından digər ölkələrdə.
Nə qədər yazərıqsa da xeyri yoxdur. Yalandan reklamla guya xalqa xidmət erdiklərini göstərsə də əslində mədəni yolla insanların ciblərinə girirlər.
Bəzi KİV-lər də "Azercell"dən reklam dəstəyi aldığı üçün göz yumur . Dəyən zərbə isə xalqa , sadə insanlara dəyir. Bəlkə "Azercell"in bu gedişatına biri "dur" desin?..."
 
Ardını oxu...
Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən magistral yolda Ermənistan hərbçilərinin idarə etdiyi, hərbi göstərişi olmayan təminat daşıyan yük maşınları görüntülənib.

AzTV sözügedən ərazidən süjet hazılayıb.

Qeyd edək ki, Qazaxın dörd kəndində işğal müddətində tarixi-mədəni abidələr məhv edilib.

Kənd sakini Nəsib Nəsibov bildirib ki, kənddən çıxarkən dörd yaşında olub.

O vurğulayıb ki, doğulub boya-başa çatdığı evdən sadəcə uçmuş divarlar qalıb.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan dörd kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Daha ətraflı videomaterialda:

 
Ardını oxu...
 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında Qurban bayramı münasibətilə paylaşım edib.

Musavat.com paylaşımı təqdim edir:

"Əziz həmvətənlər!
Sizi və dünya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edirəm! Allah etdiyiniz duaları, kəsdiyiniz qurbanları qəbul etsin! Hər birinizə möhkəm cansağlığı, sevgi, sevinc və gözəl əhvali-ruhiyyə arzulayıram. Qoy bu bayram ürəklərdə saf niyyətlər və xoş duyğular oyatsın, hər bir ocağa xeyir, rahatlıq və xoşbəxtlik gətirsin!

Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN".

Ardını oxu...
Əliqismət Lalayev.
"DogruXeber.az" bildirir ki, bu adla internet üzərindən axtarış edəndə ilk qarşımıza çıxan bu şəxsin müxtəlif saytlara, televiziya proqramlarına verdiyi müsahibələr və haqqında tərif yazılar çıxır, bir də, "Əliqismət Lalayev mükafat aldı", "Əliqismət Lalayev daha bir mükafat aldı", "Əliqismət Lalayev yeni mükafat aldı" və sair başlıqlı yazılar.

Qeyd edək ki, Əliqismət Lalayev 1956-cı ildə Salyan rayonunda doğulub. İxtisasca rejissordur. Demək olar ki, ömrü boyu mədəniyyət sahəsində rəhbər vəzifələrdə çalışıb. Hazırda da Azərbaycan Dövlət Akademik Musiqili Teatrın direktorudur. O, 2008-ci ildən bu vəzifədədir.

İlk əvvəl qarşımıza tərifli yazılarla çıxan, müsahibələrinin birində "mən istəmirəm bizim aktyorlarımız əziyyət çəksin" deyən bu mədəniyyət xadiminin barəsində internet üzərindən apardığımız araşdırmaların biraz dərinliyinə getdikdə isə özünün şəxsən incitdiyi, əziyyət verdiyi, haqqlarının Əliqismət Lalayev tərəfindən əllərindən alndığını deyən Çingiz Əhmədov, Ülviyyə Əlili və digər aktyor, aktrisaların yerli saytlara verdikləri müsahibələrini görürük.

Vurğulamaq yerinə düşər ki, illərdir pafoslu çıxışları, boğazdan yuxarı gözəl cümlələri, saxta təbəssümləri ilə xalqa nümunəvi mədəniyyət xadimi kimi sırınan mədəniyyət, incəsənət nümayəndələri barəsində son illər elə məlumatlar yayılır, elə qalmaqallar ortaya çıxır ki, adamın bu sahəyə olan ümidləri ilə birlikdə marağı və sevgisi də tükənir.

Məsələn, sosial mediada başdan-başa poetik, dərin mənalı cümlələrdən ibarət müsahibələri yer alan Əliqismət Lalayev.

Əliqismət Lalayev müsahibələrindən birində deyib: - "Mən iz axtarmıram, iz məni özü tapır".

Günlərdir barəsində sosial şəbəkələrdə gündəmi zəbt edən iddialara nəzər salanda, Ə.Lalayevin bu cümləsinin nə qədər dərin mənalı və düzgün olduğunu anlamaq çətin deyil.

Onu "tapan izlər"dən biri də onu pis yollara, səhv yollara çəkdiyini iddia edən Həmid Sultandır.

Özünü şoumen kimi təqdim edən gənc oğlan Həmid Sultan öz şəxsi sosial hesabında paylaşdığı görüntülərdə Əliqismət Lalayevi tanıdığına çox peşman olduğunu vurğulayaraq, bildirir ki, - "İllər öncə Əliqismət Lalayev mənim gəncliyimdən, etimadımdan istifadə edərək, məni yanlış yollara yönləndirirdi. Kiçik tədbirlərdə məni irəli çəkərək, başımı aldadırdı. Dəfələrlə məni Q.Qarayev tərəfdəki evlərinə aparıb. Demək olar ki, onun bütün evlərində olmuşam".

Qeyd edək ki, bu iddiaları ilə bağlı Həmid Sultanla telefon əlaqəsi saxlayıb, söylədikləri barəsində soruşduğumuzda, o, sözlərinin həqiqət olduğunu, sözünün arxasında dayandığını və hətta əlində, dediklərini sübut edən faktların olduğunu bildirdi.

"Faktlar" deyərkən nəyi nəzərdə tutduğunu soruşduğumuzda isə "siz anladınız" deyə cavab verdi. Söhbətimiz əsnasında belə aydın oldu ki, Həmid "faktlar" dedikdə, Əliqismət Lalayevlə aralarında yaşanan qeyri-etik görüntülərdən bəhs edirmiş.

Əliqismət Lalayevlə telefon əlaqəsi saxlayıb, onun bu iddialar barəsindəki mövqeyini öyrənmək istədiyimizdə isə o, "Mən elə bir adam tanımıram. Bizim elə bir işçimiz olmayıb" cavabını verdi və tələsik telefonu söndürdü. Ardından, isə özü bizə zəng edib əvvəlcə özümüzü təqdim etdiyimizə baxmayaraq, təkrar adımızı soruşdu. Görünür, sualların təsiri adımızı eşitməyə mane olub.
Əlqərəz... sonra o, "mən sizi yığacam" deyib, yenidən telefonu söndürdü.

P.S: Biz Həmid Sultana bu mövzunu axşam saat 19:00-da agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14"ün canlı yayımda da müzakirə edəcəyimizi dedikdə, o, - "Baxış sayı çox olsa, görsəm ki, siz tutuzdurmusunuz, mən sizin proqrama da gələcəm, sizə faktlar da verəcəm", deyə bildirdi. Lakin, baxış sayının onun arzuladığı kimi milyonlar olmadığını görüncə, şərh bölməsində Əliqismət Lalayev barəsində, "o, susursa, mən niyə susmayım ki" cümləsini yazdı.



Görünür, özünü şoumen kimi təqdim edən gəncin də maraqları çoxşaxəlidir.

Əslində Həmid Sultanın sosial hesablarına, davranışlarına nəzər saldıqda onun özü üçün seçdiyi həyatı, istəklərini görmək, anlamaq mümkündür.
Lakin, belə buvaxta qədər ziyalı, mədəniyyət xadimi kimi tanıdığımız və bu cür məsul vəzifənin sahibi - böyük bir teatrın rəhbəri olan şəxsin bu cür gənclə əlaqələrini, Həmidin də iddia etdiyi kimi onu evlərinə aparacaq qədər yaxın münasibətlərinin olmasını anlamaq mümkün deyil.

Nəticədə görünən reallıq budur ki, adı belə biyabırçı olayda hallanan bir şəxsin illərdir mədəniyyət sahəsində rəhbər vəzifədə olması (özü də gəncin iddiasına görə elə aralarındakı münasibətiin yaşanması da yeni deyil) Azərbaycan Mədəniyyəti adına, mentalitet adına- ümumiyyətlə oğullarının, qızlarının qeyrəti ilə dünyaya örnək olan ölkəmizin adına utancvericidir.

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyatı qurumlara "DogruXeber.az" olaraq tərəfimizdən rəsmi sorğular göndərilib.

Ümid edirik, aidiyyatı qurumlar bütün bunlar barəsində lazımi tədbirlər görəcək.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Ardını oxu...
Yevlax rayon Aran bələdiyyəsinin sabiq sədri Qəşəm Əkbərova hökm oxunub.

Keçmiş bələdiyyə sədrinə Şəki Ağır Cinayətlər Məhkəməsinin hakim Bilal Məmmədovun hökmü ilə 2 il sınaq müddəti olmaqla 5 il 6 ay müddətinə şərti cəza verilib.

Bundan başqa, Qəşəm Əkbərov 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilib.

Qəşəm Əkbərov Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri təqsirli bilinib.

İş materiallarından məlum olur ki, Qəşəm Əkbərov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 135 min 246 manat məbləğində bələdiyyə əmlakını mənimsəyib.

Bundan başqa, o, 1145 hektar sahəsi olan ərazini hissə-hissə satıb. Sənədlərə formal olaraq möhür vuraraq imzalayıb. Qəşəm Əkbərov bu zaman qızı Ülviyyə Əkbərovanın səlahiyyətlərini mənimsəyib. Həmin vaxt qızı Aran bələdiyyəsinin sədri vəzifəsini icra edib.

İş materiallarında keçmiş icra başçıları Elmar Vəliyevlə Qoca Səmədovun da adı keçir. Elmar Vəliyev 2004-2011-ci ildə Yevlaxın icra başçısı vəzifəsində çalışıb. Qoca Səmədov isə 2011-2019-cu illərdə Yevlaxa rəhbərlik edib.

Qəşəm Əkbərovla bağlı cinayət işin materiallarından belə məlum olur ki, onun satdığı torpaq sahələrindən bir hissəsini Elmar Vəliyev alıb. Hər halda o, aktda özünü Fikrət Məmmədov kimi təqdim edən şəxsin Elmar Vəliyevin sürücüsü olduğunu "güman" etdiyini deyib.

Qoca Səmədova gəlincə, keçmiş bələdiyyə sədri deyib ki, sabiq icra başçısının xidməti kabinetində ona 10 000 manat pul verib. Ümumiyyətlə, Qəşəm Əkbərovun ifadəsindən belə anlaşılıb ki, o, icra başçısının göstərişlərini yerinə yetirib.

Qoca Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatı nəticəsində saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama, külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qoca Səmədov 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə Qoca Səmədovun cəzası 6 ilə endirilib. Ali Məhkəmə isə keçmiş icra başçısınn cəzasını 3 ay azaldıb. \\Qaynarinfo.Az
 
Ardını oxu...
Namiq Süleymanov ayda bir neçə dəfə Əhəd Abıyevlə görüşərək ondan göstərişlər aldığı iddia olunur...

Bir ilə yaxındır icra başçısız qalan Daşkəsən rayonu ilə bağlı xəbər var. AzFakt.com-a daxil olan məlumatda bildirilir ki, Prezidentin 17 iyul 2023-cü ildə Daşkəsən icra başçısı vəzifəsindən çıxartdığı Əhəd Abıyev hələdə bu rayonda "kölgə" icra başçısı rolunu oynayır.

Əhəd Abıyevə bu məsələdə yardımı isə hazırda Daşkəsən rayon İcra Hakimiyyətində başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışan Namiq Süleymanovun etdiyi bildirilir.

Daşkəsəndəki mənbəmiz bildirir ki, hazırda Daşkəsəni Əhəd Abıyevin göstəriş və məsləhəti ilə Namiq Süleymanov idarə edir. Namiq Süleymanovun ayda bir neçə dəfə Əhəd Abıyevlə görüşərək ondan göstəriş və təlimatlar aldığı deyilir.

Məlumatda qeyd edilir ki, Əhəd Abıyev bütün əlaqələrini işə salaraq Namiq Süleymanovun Daşkəsən rayon icra başçısı olmasına çalışsada, hələki bu istəyi reallaşmır.

Qeyd edək ki, Namiq Süleymanov Əhəd Abıyev deputat olanda onun sürücüsü, daha sonra köməkçisi və icra başçısı işlədiyi dövrdə isə müavini vəzifəsinə yüksəlib. Onun diplomunun da saxta olması ilə bağlı iddialar var.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
"Azneft" İstehsalat Birliyinin "28 May" Neft-Qaz Çıxarma İdarəsinə aid 10-cu platformasında SOCAR Kompleks Qazma İşləri Trestinin işçisi sinir dartılması səbəbindən tərpənə bilməyən xəstəni "AZE 71" saylı helikopter borta götürməkdən imtina edib.

Dia-az.İnfo xəbər verir ki, baş verənlərin hal-hazırda cərəyan etdiyini məlumat verən tanınmış hüquq müdafiəçisi, Neftçilərin hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı qeyd edib ki, xəstə hal-hazırda küləyin qabağında meydançada qalıb.

Hüquq-müdafiəçisi əlaqədar qurumları təcili müdaxiləyə çağırıb...

Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti