Ardını oxu...
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkirov və eks baş mühasibi Rəşad Babayevin barəsindəki apellyasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası iyunun 10-na təyin edilib.

Şikayət hakim İbrahim İbrahimlinin sədrliyi ilə araşdırılacaq.

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Babayev Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 179.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib və 7 il müddətə azadlıqdan məhrum edilib. İsrafil Bəkirov isə Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət törədilməsində təqsirli bilinərək, 2 il müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

Qeyd: Onlar sözügedən qurumdan 194 min manat mənimsəməkdə ittiham edilib.

Təqsirləndirilən şəxs Rəşad Babayev məhkəmədə ifadəsində bildirib ki, əvvəllər rabitə sahəsində mühasib işləyib və sonradan ixtisara düşdüyü üçün qohumu, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sabiq sədri, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun vasitəsilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqına baş mühasib vəzifəsinə düzəlib.

O, ittifaqda mühasib kimi işlədiyi vaxt "ASAN İmza" ilə təsdiq edildikdən və ya özü tərəfindən imzalanmasına nail olduqdan sonra, 2020-ci ilin martından 2022-ci il iyun ayına kimi aylıq özünə ən çoxu 10.842,97 manat maaş yazmaqla, qurumun 194 min manatını mənimsəyib. Rəşad Babayev məhkəmədə iddia edib ki, onu Seymur Orucov buna məcbur edib.

Sabiq baş mühasib qurumda Seymur Orucovun tapşırıqlarını da yerinə yetidiyini bildirib. Belə ki, ittifaqda müqavilə əsasında xidmət göstərən Gülbəniz adlı qadının oğlu Fərid Bayramovun Rəqəmsal İnkişaf və Nəqliyyat (Rabitə) Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinə işə bərpa olunmasına köməklik göstərəcəyini, lakin qarşılığında 20 min manat alınacağını deyib. Bu barədə Seymur Orucovla danışıb və sonuncu Fəridi işə götürə biləcəyini bildirib. Rəşad Babayev məhkəmədə Fəridin işə düzəlməyinə görə ailəsindən aldığı 20 min manatı Seymur Orucova verdiyini də iddia edib. Seymur Orucov icra başçısı təyin olunduqdan sonra Fəridin işə düzəlməsi ilə bağlı məsələ dayandırılıb.

Bir müddət sonra Gülbəniz adlı qadın oğlu işə düzəlmədiyi üçün baş mühasibə verdiyi 20 min manatı geri tələb edib. Rəşad Babayev bu barədə Seymur Orucova məlumat verib. İcra başçısı isə Gülbənizə narahat olmamasını bildirib. Bundan sonra Rəşad Babayev ittifaqın vəsaitlərinin xərclənməsində maxinasiya yol verməyə başlayıb. O, 2020-2022-ci illər ərzində işlədiyi müəssisədə əmək haqqı kartına əlavə pul köçürmələri etməklə hissə-hissə 194.000 manat məbləğində pul mənimsəyib.

Rəşad Babayev iddia edib ki, sonradan həmin pulu nağdlaşdırıb və 194.000 manatdan 135.000 manatını bir dəfəyə Seymur Orucova şəxsən verib, 15.000 manatı Gülbənizə qaytarıb, qalan 44.000 manatı isə öz ehtiyaclarına sərf edib.

Rəşad Babayevlə əlbir olmaqda ittiham edilərək saxlanılan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkirov məhkəmədə baş mühasiblə birlikdə heç bir cinayət törətmədiyini bildirib. Əksinə o, müxtəlif yuxarı orqanlara müraciət edərək Rəşad Babayevin fəaliyyətinin 2020-ci ilin mart ayından 2022-ci il iyun ayına kimi təftiş olunmasını xahiş etdiyini söyləyib.
 

          
Ardını oxu...
Paytaxtın Nəsimi rayonunun Ağadadaş Qurbanov, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə və Balababa Məcidov küçələrində yaşayan sakinlər ərazidə söküntü işləri aparan Mənzil Tikinti Kooperativindən şikayətçidirlər.

Sakinlərin sözlərinə görə, şirkət onlara evlərini tərk etmək üçün yetərli məbləği ödəməyib və üstəlik, söküntü işləri onlar mənzillərini tərk etmədikləri halda aparılır.

Mövzuya Mənzil Tikinti Kooperativinin müdiri Ramil Qasımov münasubət bildirib.

O, qeyd edib ki, sözügedən ünvanları əhatə edən ərazidə 150-yə yaxın fərdi yaşayış evi var ki, onların da sahibləri ilə danışıqlar aparılıb və mənzillərin 80 faizinə qədəri şirkət tərəfindən alınıb, söküntü işləri də buna əsasən aparılır.

Ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırova yeni təyin olunan müşavir Şamo Mürşüdovun maraqlı görüntüləri ortaya çıxıb.

Görüntülər bir neçə il öncə yerli telekanallardan birininin efirində yayılamanan musiqi yarışması zamanı çəkilib.

Şamo Mürşüdov həmin vaxtı yarışmada iştirak edən ansamblda kontrabas alətində ifa edir.

Demokrat.az həmin görüntüləri təqdim edir.

VİDEO BURADA...

Xatırladaq ki, Şamo Mürşüdov bu ilin may ayında Dövlət Gömrük Komitəsinin sədrinə müşavir təyin edilib.
Ardını oxu...
TEREF-ın Qafqazinfo-ya istinadən məlumatına görə, Zaur Mikayılov daha bir qudasını özünə müşavir təyin edib.

Belə ki, o, qudası Şirinov Əsəd Əli oğlunu müşavir vəzifəsinə gətirib.

11:58


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni Aparat rəhbəri təyin edilib.

TEREF manşet.az-a istinadən xəbər verir ki, agentliyin sədri Zaur Mikayılovun müvafiq əmri ilə qurumun aparat rəhbəri vəzifəsinə Fuad Quliyev təyin edilib.

Fuad Quliyev 2021-ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində sədrin müşaviri vəzifəsində çalışıb.
Qeyd edək ki, yeni təyin edilən aparat rəhbəri agentliyin sədri Zaur Mikayılovun qudasıdır.
 
 
 
Ardını oxu...
Azərbaycanda bank sektorunda yaşanan gərgin vəziyyət artıq pik həddə çatıb. Vəziyyət belədir ki, yüksək faiz dərəcəsi ilə kredit verən banklar, onları geri almaqda ciddi problemlərlə üzləşirlər. Səbəb isə həmin faizləri müştərilərin ödəyə bilməməsidir. Tribunainfo.az xəbər verir ki, məhz bu səbəbdəndir ki, əhali ilə banklar arasında sözün həqiqi mənasında müharibə gedir. Bu “müharibə”nin təzahürləri isə məhkəmə çəkişmələri müstəvisində daha qabarıq şəkildə özünü göstərir. Məsələn, son bir ildə məhkəmə çəkişmələrində problemli bankların sayı getdikcə artır. İlk “beşlik”də isə kifayət qədər nüfuzlu bankların adı məlum olub. “UNİBANK” ASC 795 məhkəmə prosesi ilə siyahıya liderlik edir.
Onunla parallel gedən “KAPİTAL BANK” ASC isə 477 məhkəmə çəkişməsi ilə ikinci yerdə qərarlaşıb. “AZƏRBAYCAN BEYNƏLXALQ BANKI” ASC 253 məhkəmə prosesi ilə üçüncü yerdə qərarlaşıb, “ACCESSBANK” QSC isə 202 məhkəmə prosesi ilə onu izləyir. “Beşlik”I bağlayan isə “BANK OF BAKU” ASC-dir. Onların məhkəmə sayları 123-dür.
“YELO BANK” (112), “BANK RESPUBLİKA” (100), “RABİTƏBANK” (96), “EXPRESSBANK” (92), BANK VTB (AZƏRBAYCAN) (61), BANK “BTB” (58) isə ilk “onluq”un “üzvləri”dir.

Ən az məhkəmə prosesi olan bank isə “PREMİUM”dur. Onun cəmi 1 məhkəmə çəkişməsi var. Problemin kökündə təkcə, yüksək faiz dərəcəsi dayanmır. Həm də bankların kredit götürmək istəyənləri aldatmasıdır. Tribunainfo.az xəbər verir ki, “Unibank”, “Kapitalbank” və “Rabitəbank”ın əməkdaşları az qala qapı düşərək, iş adamlarına, kiçik sahibkarlara, habelə kiçik dükan sahiblərinə “güzəştli kredit” təklif edirlər. Bunun müqabilində (məbləğ 10 min manata qədər olarsa) girov istəmədiklərini bildirməklə yanaşı, yalnız biznes gəlirlərinə dair yazılı sənəd verilməsini istəyirlər. Problem bunda deyil. Problem odur ki, adlarını çəkdiyimiz bankların əməkdaşları açıq şəkildə kredit götürmək istəyənləri əvvəlcə şirnikləndirir, daha sonra isə aldatmağa nail olurlar. Məsələn, banklar “effektiv faiz dərəcəsi”ndən şirnikləndirmə vasitəsi kimi istifadə edirlər. Şəxsə bildirirlər ki, ona krediti illik 14 faizlə versələr də, “effektiv faiz dərəcəsi” 9 faiz olacaq. Guya ki, şəxs pulu vaxtından əvvəl bağlayarsa, faiz dərəcəsi də aşağı düşəcək. Halbuki vaxtından əvvəl kredit bağlansa belə, faiz dərəcəsinin aşağı düşməsi mümkün deyil. Çünki banklar verdikləri kredit üzrə faizlərini ödənişin ilk 6 ayı ərazində götürürlər. Belə ki, kredit üzrə ödəniş cədvəlinə diqqət etsəniz aydın şəkildə görəcəksiz ki, ilk 6 ayda faiz dərəcəsi əsas məbləğdən çoxdur.
Yəni vətəndaş 6 ay ərzində illik faizi ödədikdən sonra, yerdə qalan dönəmlərdə yalnız borc götürdüyü ana məbləği ödəməkdə davam edir. Diqqət etsəniz, aydın şəkildə görə bilərsiz ki, heç bir bank faiz dərəcələrini aylar üzrə bərabər bölünməsini həyata keçirmirlər. Çünki bu onlara sərf etmir. Onlar illik faizlərini bəri başdan əldə etməyi qarşılarına məqsəd qoyublar.

“Effektiv faiz dərəcəsi” oyunundan ən çox istifadə edən bank isə “Kapital Bank”, “UniBank” və “Rabitə Bank”dır. Elə bu səbəbdəndir ki, hər üç bank müştərisi ilə problem ən çox olan banklar siyahısına daxil olublar.
Bu azmış kimi, banklar “kargüzarlıq xərcləri” adı ilə də müştəridən əlavə pul qoparmağı bacarırlar. Maraqlıdır ki, qeyd olunan banklarda “kargüzarlıq xərcləri” ümumi məbləğin 1 və ya 2 faizinə bərabər olur. Halbuki həmin məbləğlə bankın bir aylıq bütün kağıza, printerə, habelə digər vasitələrə olan ehtiyacını qarşılamaq mümkündür.
Qeyd edək ki, “effektiv faiz dərəcəsi” oyunu adları çəkilən bankların kredit şöbələrinin müdirləri tərəfindən müştərilər üçün qurulmuş “tələ”dir.
 

Ardını oxu...
“Bəzi məmurlar, dövlət qurumlarının rəsmiləri elə bilir ki, Mətbuat Şurası cəza maşınıdır. O qafayla da durub bizə şikayətlər göndərirlər...”

Yenisabah.az xəbər verir ki, bu sözləri Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib.

Onun sözlərinə görə, bəzən vəzifəli şəxslər şuraya təhdid və şantaj məktubları belə göndərirlər:

“Baxırsan, bir şikayət məktubunu doğru-düzgün tərtib edə bilmir, hətta hara müraciət edəcəklərini belə müəyyənləşdirməkdə çətinlik çəkir, amma tənqidçi mediadan narazıdırlar. Göydən zənbillə müxtəlif yüksək vəzifələrə düşmüş bu adamlar anlamır və ya anlamaq istəmir ki, mətbuatın işi elə tənqid etmək, əyər-əskiyi üzə çıxarmaqdır. Yəni əgər mətbuat sizi tənqid edirsə, əvvəlcə dönüb özünüzə baxın. Görün nəyi düz etmirsiniz? Yoxsa götürüb bəzən təhdidlə, bəzən də şantajla dolu şikayət yazır, hələ bizdən hansısa medianı susdurmağı istəyirsiniz. Etməyin.

Biz Mətbuat Şurasında ona görə təmsil olunmuruq ki, jurnalistləri susduraq. Bizim işimiz mediadan narazı olanların narazılığını araşdırmaq, haqlı olduğu təqdirdə yanlışları məhkəmədənkənar yolla düzəltməyə yardımçı olmaqdır. Yəni kimsə düşünməsin ki, bizim əlimizlə hansısa medianı susdurmaq imkanı var. Yoxdur, olmayıb, olan da deyil”.

Ardını oxu...
 
Ardını oxu...
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni aparat rəhbəri təyin edilib.

Manset.az-ın əldə etdiyi məlumata görə, agentliyin sədri Zaur Mikayılovun müvafiq əmri ilə qurumun aparat rəhbəri vəzifəsinə Fuad Quliyev təyin edilib.

Fuad Quliyev 2021-ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində sədrin müşaviri vəzifəsində çalışıb.

Qeyd edək ki, yeni təyin edilən aparat rəhbəri Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun qudasıdır.
 
Ardını oxu...
Ucar rayonu, Yuxarı Şilyan kənd sakini Xələfov Məhəmməd Molla oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi polisdən və məhkəmənin qərarından narazıdır:

“Mən, Xələfov Məhəmməd Molla oğlu, yazaraq bildirirəm ki, mənim dərdim mal-mülk deyil, övlad dərdidir.

39 yaşlı oğlumu evimin yaxınlığında maşınla vurub öldürüblər. Bu günə kimi nə mərhum oğlumun, nə də özümün hüquqlarımı bərpa edə bilməmişəm.

Qeyd edim ki, oğlum ölən gündən bizə qarşı çirkin oyunlar oynayırlar. Əziyyətini isə 67 yaşlı ata-ana çəkir.

Belə ki, 29.08.2022-ci ildə öz ad gününü qeyd edən 1990-cı il təvəllüdlü Qasımov Fuad Bəkir oğlu sürücülük vəsiqəsi olmadan, sərxoş şəkildə idarə etdiyi maşınla kənddən rayon istiqamətində hərəkətdə olarkən, öz hərəkət zolağından çıxaraq, evimin yaxınlığında qarpız alaraq geri dönən 1984-cü il təvəllüdlü oğlum Xələfov Vüsal Məhəmməd oğlunu vuraraq, hadisə yerindən qaçmışdır.

Hadisədən xəbərdar olaraq, oğlumu özümüz xəstəxanaya aparmışıq. Həkimlərin səyləri nəticəsiz qaldı və oğlum orada dünyasını dəyişdi.

Törədilən cinayət barədə Ucar rayonu Polis Şöbəsində ibtidai istintaq işi başlanmışdır. Bundan əvvəl etdiyim müraciətlər əsasında Respublika Prokurorluğu toplanmış materiallar və aftoekspertiza rəyinə əsaslanaraq, müvafiq maddələr qoyub, işi baxılması üçün Şəki Şəhər Ağır Cinayətlər məhkəməsinə göndərmişdir.

25.01.2023-cu il tarixində hakim Bilal Məmmədovun sədrliyi ilə birinci məhkəmə iclası keçirilmişdir. Elə həmin gündən sonra keçirilən bütün məhkəmə iclasları vəkil Əliyev Emil Namik oğlununun diqtəsi və təqsirləndirilən şəxs Qasımov Fuadın, eləcə də onun anasının arzu-istəkləri ilə müxtəlif bəhanələrlə 1il süründürülmüş və sona çatmışdır.

14.08.2023-cü il tarixində məhkəmə qarşı tərəfin təkidi ilə hadisə yerinə baxış keçirdi. Bu prosesdə də ciddi nöqsanlara yol verilmişdir. Biz zərərçəkən tərəf olaraq, prosesdə iştirak etmədik. Yəni bizim fikilərimiz nəzərə alınmadan, təqsirləndirilən şəxsin göstərdiyi yalanlar ilə təkrar aftoekspertiza video-çəkilişi aparıldı.

Zərərçəkən tərəf olaraq, bizi bir il müddətində Şəki şəhəri ilə Ucar rayonu arasındakı 150 km yolu 16 dəfə gedib-gəlsək də, məhkəmə qarşı tərəfin "nazıyla oynadı". Bizə məhkəmədə söz deməyə imkan vermədilər.

23.01.2024-cü il tarixində keçirilmiş sonuncu məhkəmə iclasında törənən cinayət öz təsdiqini tapdığı halda və dövlət ittihamçısı Tofik Mirzəyev təqsirləndirilən şəxsə 9 il 6 ay iş istədiyi halda prosesə sədrlik edən hakim Bilal Məmmədov müşavirədən qayıdıb, məhkuma 6 il cəza verdi.

Sonradan xəbər tutdum ki, iş kəsildikdən sonra müttəhimi islah olunmaq üçün təcridxanaya deyil, müalicə mərkəzinə aparıblar. Həm övlad itirmişəm, həm də hakim tərəfindən belə bir qanunsuzluğa rast gəlmişəm.

Bütün bunlara səbəb, qarşı tərəfin imkanlı, vəzifəli qohum-əqrabasının olmasıdır.

Oğlum yeni öldürülən vaxtları müttəhimin anası həyat yoldaşıma demişdi ki, "gəl barışaq". Biz razı olmadıqda demişdi ki, barışsan da özün bilərsən, barışmasan da, pulumu verib oğlumu qurtaracam, mənim oğlum türmədə yatmayacaq”.

Gedişatla bəlli oldu ki, belə adamların pulu varsa məhkəmə də, qanun da onlardır. Sənin oğlun ölüb, evin dağılıb, heç kəsin vecinə deyil.

Qərardan sonra Şəki şəhər Apelliyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişəm. Qarşı tərəfin Xəyal İbrahimovun da adından apellyasiya şikayəti vermişəm. Demək olar ki, Apellyasiya Məhkəməsi də Ağır Cinayətlər Məhkəməsində keçirilən qeyri-obyektiv və qarşı tərəfin xeyrinə yekunlaşan qərəzli iclasların davamıdır. Prosesə sədrlik edən hakim Xəqani Səmədov iki dəfə məhkəmə iclası keçirsə də, qarşı tərəfdən heç məhkəməyə dəvət olunan olmayıb. İkinci məhkəmə iclasında hakim mənə bildirdi ki, "müttəhimi müalicə mərkəzindən onlayın qoşacam". Elə də etdi. Əsas bu işləri qurub-qoşan, məhkəmə iclaslarında mərhum oglumun ruhun təhqir etməkdən belə çəkinməyən, məhkəmədə vəkillik fəaliyyəti ilə məşğul olan Əliyev Emil Namik ogludur.
O, keçirilən ikinci iclasda gəlib ki, mən müttəhimin hüquqların müdafiə edirəm, müttəhimə bəraət istəyirəm. Hansı ki, Agır Cinayətlər Məhkəməsinə proseslər gedəndə müttəhim yazılı ərizə ilə rəsmi etiraz etmiş, onun müdafiəsini rədd etmişdi.

Oğlumun ölüm işi hələ ibtidai istintaqda olandan haray çəkirəm ki, cinayət işi Ucar rayonunun istintaqçıları işə qarışmadan, başqa rayonlardan birində baxılmaqla, ibtidai istintaqa qaytarılsın. Harayımı eşidən yoxdur".

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Ardını oxu...
 
 
 

Ardını oxu...
Redaksiyamızın ünvanına Ak. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının adlarının çəkilməsindən ehtiyat edən, Terapiya şöbəsinin əməkdaşları tərəfindən müraciət daxil olub. Dia-az.İnfo bildirir ki, eyni zamanda ölkə rəhbərliyinə xitab edən müraciət müəllifləri Azərbaycan respulikasının 1 ci vitse-prezidenti Mehriban xanım Əliyevadan, Azərbaycan Respublikası Prezdentinin köməkçisi Anar Ələkbərovdan, Tibbi İcbari sığortanının icraçı direktoru Zaur Əliyev dən və TƏBİB-in icraçı direktoru
cənab Vüqar Qurbanovdan kömək istəyirlər.
Müraciətdə xəstəxanada gələcəkdə aparılacaq təmir işləri ilə əlaqədar, “Terapiya” şöbəsinin Bilgəh qəsəbəsindəki Modul Tipli Xəstəxanaya köçürüləcəyi qeyd edilir. Təmir işlərini alqışlayan həkimlər ,köçürülmə nəticəsində, işlədikləri şöbənin xəstəxanadan uzaq məsafədə olması işlədikləri xəstəxana ilə gələcəkdə tibbi əlaqənin kəsilməsinə gətirib çıxaracağı və bununla da, onların professional iş fəaliyyətlərinə və xüsusən də regionlardan müalicə və müayinəyə gələn xəstələrin vaxtında operativ şəkildə müalicə və müyinə olunmasında çətinlik yaranacağını bildirlər. Həkimlər belə olduğu halda həm özlərinin, həm də xəstələrin çox əziyyət çəkəcəyindən, məsafə baxımdan çox uzaq olduğundan çoxlarının tezliklə işlərinin itirəcəklərindən şikayyətçidirlər. Həkimlər şəhərdən kənara çıxmamaq şərtilə istənilən uyğun şəraitdə müvəqqəti yerləşmələrini xahiş edirlər. Onlar həmin imkan mexaniziminin bu gün Təbibdə mümkün olduğuna əmin olduqlarını bildirirlər.
Müraciətdə daha sonmra deyilir: "Hesab edirik ki bu istər tibb kantingenti üçün, istərsə də xəstələr üçün daha uyğun və əlverişli olar. Həkimlərin, xəstələrin son ümüdləri gödə Allah yerdə isə başda prezident olmaqla , çox hörmətli Mehriban xanınıma , dəyərli insan Anar Ələkbərova, o cümlədən Zaur Əliyevə və Vüqar Qurbanovadır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq verilən qərarda dəyişiklik edilməsini həkim və tibb kollektivi xahiş edir. Dövlətimiz xalqımız üçün üçün xeyirli olsun..."
 

Ardını oxu...
Paytaxtın Bakıxanov qəsəbəsində , düz Sabunçu İcra Hakimiyyətinin inzibati binasının önündə fəaliyyət göstərən "Chef Orxan” restoranı vətəndaşların gediş-gəlişi üçün istifadə etdiyi səkünü zəbt edərək, ora stollar qoyub fəaliyyət göstərir. Həmin ərazidə yaşayan vətəndaşlar sözügedən biabırçılığın əks olunduğu videomaterialı Azinforum.az-a göndəriblər. Real mənzərəni əks etdirən görüntüləri təqdim edirik:



Dünyapress TV

Xəbər lenti