Ardını oxu...
"Azəriqaz" İstehsalat Birliyinin Ağsu Regional Qaz Istismar Idarəsinin Kürdəmir Xidmət sahəsinin Təbii qazın qəbulu və satışı xidmətinin 10 cu dərəcəli mühəndisi Abbasov Daşqın Vüqar oğlu üzləşdiyi haqsızlıqdan giley edir. Dia-az.İnfo-nun xəbərinə görə, Daşqın Abbasov ona verilən töhməti ədalətsiz hesab edir...

Narazı vətəndaşın müraciətində deyilir: "Mən 2 ci Qarabağ müharibəsi veteranıyam. Cənab prezident tərəfindən Ağdam və müharibə iştirakçısı medalları ilə təltif olunmuşam.

Vətən uğrunda sağlamlığımı qurban verən vicdanlı vətandaş kimi işlədiyim təşkilatda düzgün işləməyə baxmayaraq haqsız yerə töhmət verilib.

Mənəvi hüquqlarım pozulub..."

Qeyd edək ki, bu gileylə bağlı Dia-az.İnfo-ya açıqlama verən Neftçilərin hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanımış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı narazılıq edən "Azəriqaz" işçisinə çıxış yolunu konkret olaraq göstərib. Olaya münasibət bildirən M.Qəhrəmanlı deyib:

"Düşünürəm ki, cənab Daşqın Abbasov ona verilən töhmətlə əlaqədar məhkəməyə müraciət etməlidir..."

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Bu yaxənlarda Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun baş həkimi təyin olunan Azad Hacıyev Ynstitutun direktoru Gülnaz Dadaşovanı məhkəməyə verib.

AzToday.az xəbər verir ki, 2011-ci ildən 2021-ci ilə qədər Kardiologiya İnstitunda direktor müavini vəzifəsində çalışan Azad Hacıyev son təyinatına qədər 3 il İnstitutun elmi şöbəsinə rəhbərlik edib. O, 2021-2024-cü illərdə şöbhə rəhbəri kimi maaş almadığını iddia edir. Bu səbəbdən Azad Hacıyevlə İnstitutun direktoru Gülnaz Dadaşova arasında ciddi narazılıq yaranıb. Direktor onun maşını ödəməkdən imtina edib. Buna görə də Azad Hacıyev Gülnaz Dadaşovanı məhkəməyə verib.

Qeyd edək ki, Azad Hacıyev baş həkim olmamışdan əvvəl 10 il ərzində İnstitutun direktorunun müavini vəzifəsində işləyib. 2021-2024-cü illərdə şöbhə rəhbəri kimi maaş almayan Azad Hacıyevin Səhiyyə Nazirliyi və TƏBİB-ə də şikayət etdiyi bildirilir. Qeyd olunur ki, TƏBİB-dən onun maaşının Gülnaz Dadaşova tərəfindən ödənilməli olduğu bildirilib.

Kardiologiya İnstitutunda yaşanan daha bir qalmaqal kadrlar şöbəsi ilə bağlıdır. Belə ki, Fatma adlı xanım Kadrlar şöbəsinin rəhbəri vəzifəsindən gedəndən sonra bu vəzifə necə deyərlər, “auksion”a çıxarılıb. Hazırda kadrlar şöbəsini Fidan Göyüşova idarə edir. İddialara görə, Gülnaz Dadaşovanın katibəsi Aygül Məmmədovanın vasitəçiliyi ilə işə düzələn və şöbə müdiri sözü verilən şəxslə Fidan Göyüşova dalaşıb. Nəticədə həmin şəxs “verdiklərini” geri alaraq işdən çıxıb…

Əməkdaşların sözlərinə görə, institutda birinci mərtəbə üçün kondisioner almaq məqsədilə həkimlərdən adambaşına 30 manat pul yığılır. Bu isə həkimlər arasında narazılığa səbəb olub. Onlar hesab edirlər ki, dövlət tərəfindən ayrılan vəsaitlər mənimsənildiyindən onların hesabına instituta kondisioner alınır.

Səslənən iddialarla bağlı Kardiologiya İnstitutunun rəhbərliyinin də mövqeyini işıqlandırmağa hazırıq.
 
 
 
Ardını oxu...
11 ildir Nərimanov RİH başçısının 26.07.2013 tarixli, 358 saylı sərəncamı ilə mənzil növbəsindəyik, 10 nəfərlik , 4 ayrı ailədən ibarət ailəm kirayələrdə yaşayır. Bakı İnzibati Məhkəməsinin 20.06.2016 tarixli, 2-1(81)-1095/16 saylı Qərarı ilə mənzillə təmin olunmağımız öhdəliyi borclu ƏƏSMN tabeliyində Dövlət Sosial Təminat Xidmətinin (hazırda Sosial Xidmətlər Agentliyi ( SXA) üzərinə qoyulub. Lakin SXA-nın rəhbərliyi ( sədr Vüqar Behbudov, müavini Zaur İbrahimov və b.) Bakı İnzibati Məhkəməsinə ( qərarı qəbul edən Şərafət Məmmədova, indiki hakim Aygün Abdullayeva) rüşvət verərək, 8 ildir dövlətin adından çıxarılan məhkəmə qərarının icrasına qadağa qoydurublar.

161- Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin ( KQMBİ) “qaynar xətti”nə son 7 ildə yüzlərlə şikayət qeydə alınsa da, heç bir tədbir görülmür, adi izahat belə alınmır. Üzrlü sayın, yaddan çıxıb, 3 il qabaq – 09.09.2021-ci ildə sözügedən baş idarənin Rəşad Məmmədov adlı əməkdaşı idarədə izahatımı alıb və bildirib ki, SXA yetkililəri guya “it ilində” mənzil təklif edib, amma uzaqlığına görə imtina etmişəm. Birincisi, heç bir mənzil təklif edilməyib, ikincisi, mən dövlətin adından çıxarılan məhkəmə qərarının icrasını tələb edirəm; həmin qərarda iki əlil elmi işçisi, üç körpəsi olan ailənin iş, qohumlarının yaşayış yerinə yaxın binalarda mənzillə təmin olunmalı olması yazılıb. Nə isə, korrupsiya əməkdaşı Rəşad Məmmədov problemi çözəcəyini deyəndən 3 il keçib, 3 ildə bəlli olan o olub ki, bu adda, bu soyadda şəxs KQMBİ-də qeydiyyata alınmayıb.(?) Bəs idarənin özü necə, o da qeydiyyatda deyil? Axı izahat idarədə alınıb! İzahat da qeydə alınmayıb? Nə isə, suallar çox, cavab verən yox...

Məhkəmə qərarının icrasının tələb edilməsi ilə baş prokurorluq, yanındakı KQMBİ də “valı dəyişdi”. Heç demə, icra işinə Ədliyyə Nazirliyi baxırmış! Bəs inzibati məhkəmə prosesində məhkəmə qərarlarının icrasını təmin etməyə borclu olan inzibati məhkəmələr necə olsun? Onlar elə borclulardan rüşvətlərini alıb, məhkəmə qərarlarının icrasına qadağa qoysun, heç icra sənədi də verməsinlər? 161- “qaynar xətt” əməkdaşlarına, bir ildən çoxdur, inzibati məhkəmə prosesində qəbul olunan qərarların icrasını birinci instansiya məhkəməsinin təmin etməli olmasını anlada bilmirəm. İPM-in 116-120 maddələrini oxuduram, yenə anlamırlar, Ali Məhkəmənin Plenumunun 19.11.2021 tarixli, 10 N-li “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Qərarını diqqətə çatdırıram, tövsiyə xarakterli olduğunu deyirlər. (?) Qanunvericilik, məcəllə birmənalı olaraq inzibati məhkəmə qərarlarının icrasını birinci instansiya məhkəməsinin üzərinə qoyub, özü də bunu məhkəmələrin xidməti vəzifə ( ex officio) borcu sayır!

Nə Bakı İnzibati Məhkəməsinin, nə onu rüşvətlə xidməti vəzifəsini icra etməkdən çəkindirən borclu SXA-nın özbaşınalığından yaxa qurtarmağın mümkünsüzlüyü 161-ə həftəlik, ongünlük şikayətlərə nədən olub. Son çağlar şikayətlərin qeydə alınması asanlaşıb, daha yarım saatlıq, bir saatlıq gözləmə, bu qədər də hüquqdan dərs anlatmaya ehtiyac olmur. Di gəl, qeydə alınandan sonrakı mərhələ hüquqi prosedurla yekunlaşmır, yəni heç bir hərəkət edilmir, heç izahat belə alınmır. Ən yaxşı halda, bir cümləlik cinayət faktının müəyyən edilmədiyi , ikinci cümləlik yuxarı dövlət orqanına və ya məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilir. Baş prokuror yanında KQMBİ-nin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəis müavini Kazım Həmzətovun 07.06.2024-cü ildə məktubla verdiyi 08.05.2024 tarixli elektron cavab kimi. 11 ildir qanunsuz olaraq mənzillə təmin edilməmədə cinayət faktı yoxdur?! Məhkəmə qərarını görməməzliyi hələ demirik! Belə cavaba, belə korrupsiya uğrunda mübarizəyə hansı qiymət düşür, qiymətləndirən, hesablayan gərək... Qiymətləndirən baş prokuror, hesablayan Hesablama Palatası, oxuyan məhkəmə. Qalxın, korrupsiya uğrunda hakim (hökmü) gəlir!

Məğrur BƏDƏLSOY
/hurriyyet.az/
 
 
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, son bir neçə gündə paytaxt Bakıdakı iri ticarət mərkəzlərində yerləşən qızıl satışı nöqtələrində kütləvi vergi yoxlamaları müşahidə olunur.

Sahibkarların dediyinə görə, vergi orqanı onlardan satdıqları qızıl-zinət əşyalarının maliyyə sənədlərini, gömrük bəyannamələrini tələb edirlər. Lakin hamıya məlumdur ki, demək olar heç kimdə bu malların sənədi yoxdur.

Çünki xaricdən qızıl idxalı inhisarlaşdırılıb, onu gətirənlər isə satıcı-sahibkarlara heç bir sənəd təqdim etmirlər. Hətta daxili bazarda da qızılı topdan satanlar sahibkarlara əksər hallarda sənəd vermirlər. Uzun illərdir ki, Azərbaycana qızıl bazarı bu cür işləyir. Yəni, satış nöqtəsindəki sahibkar istəsə də, ona aldığı malla bağlı rəsmi sənəd verən yoxdur! Bunu gömrük orqanında da, vergidə də hamı çox yaxşı bilir. Lakin müvafiq qurumlar bu vəziyyəti yaradan köklü səbəbləri və “səbəbkarları” bir kənara qoyaraq, bütün “qəzəbini” pərakəndə satışı həyata keçirən qızıl nöqtələrinin üzərinə yönəldirlər, onları cərimələyirlər, maliyyə sanksiyaları tətbiq edirlər və s. Sahibkarların isə üz tutacağı,dərdlərini deyəcəyi kimsə yoxdur...

“AzPolitika” qızıl bazarına yaxın mənbələrə istinadla xəbər verir ki, qızıl satışı ilə məşğul olan sahibkarlar külli miqdarda vergi cərimələrini ödəyə bilmək üçün bir növ qeyri-rəsmi “həmkarlar ittifaqı” yaratmaq məcburiyyətində qalıblar.

Belə ki, ayrı-ayrı sahibkarlara yazılmış böyük məbləğdə cərimələr həmin ticarət mərkəzlərindəki digər sahibkarlar arasında bölüşdürülür. Bu praktikadan son bir neçə ildə “Xalqlar dostluğu” metrosu yaxınlığındakı “Laçın” ticarət mərkəzində geniş istifadə olunduğu bildirilir. Məlumata görə, iki gün əvvəl vergi orqanı bu ticarət mərkəzində qızıl satışı ilə məşğul olan 10-a yaxın sahibkara böyük məbləğdə cərimələr yazıb. Cərimələrin ümumi məbləğinin bir neçə yüz min manata çatdığı qeyd olunur.

Qızıl satışı seksiyasında 200, bəlkə də daha çox sayda kiçik satış nöqtələri var və artıq bir neçə ildir “Laçın” rəhbərliyinin qoyduğu qeyri-rəsmi qaydalara görə, cərimə məbləği bütün qızıl satan sahibkarlar arasında bərabər şəkildə bölüşdürülərək, toplanılır və cərimə bu yolla ödənilir ki, heç bir sahibkara güc düşməsin. Çünki vergi orqanının “yoxlama qılıncı”nın altına istənilən sahibkar düşə bilər. Bu zaman isə digərləri birləşib, vergi orqanının “yaxaladığı” sahibkarları müflisləşməkdən xilas edirlər.

Göründüyü kimi, sahibkarları müdafiə etməli, onlara hüquqi yardım göstərməli, dayaq durmalı olan müvafiq qurumlardan əlini üzən “sahibsiz sahibkarlar” vəziyyətdən çıxmaq üçün bu cür üsullara əl atmaq məcburiyyətindədirlər...
 
 
 
Ardını oxu...
Ağdam rayon Dördyol iki Qəsəbə sakini Miryaqub Mənəfov bildirir ki, 2000- ci ildən 2008-ci ilə kimi Bərdə rayonunda 74 kv-lıq sahədə ona məxsus obyekt olub. Dia-az.İnfo-nun məlumatına görə, lakin, 2008 ci ildə Bərdə rayon İcra Hakimiyyətinin nümayəndələri gələrək sözü gedən sahədə Heydər Əliyev adına park salınacğını deyərək, onun obyektini söküblər.

Ardını oxu...

Vətəndaş iddia edir ki 2008-ci ildən bu günə kimi İcra hakimiyyəti ona iş qurması üçün yer vermir.

Onun sözlərinə görə təzə bazar adlanan ərazidə ona İcra hakimiyyəti tərəfindən verilir, bir müddət sonra həmin sahənin 3 sahibinin olduğu məlum olur. Şikayətçi deyir ki İcra başçısı Vidadi İsayevə dəfələrlə müraciət etsə də, hər dəfəsində "bizlik deyil" deyib, onun problemini həll etmirlər.

Dia-az.info qeyd edir ki, müraciətinin sonunda vətəndaş aidiyyatı qrumlardan ona kömək etmələrini xahiş edir.

Məsələ diqqətimizdədir.
Ardını oxu...
Ötən ay Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müxtəlif yaş qruplarına aid 40 nəfərə yaxın insan toyuq dönərindən zəhərlənməsi faktı əsasında müraciət edib. Zaqatalada əksər dönərxanaların fəaliyyəti dayandırılıb. Buna səbəb ötən gün 40 nəfərə yaxın sakinin toyuq dönərindən zəhərlənməsi göstərildi. Bu gün isə Azərbaycanda azyaşlı uşaq çipsidən zəhərlənərək ölüb. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Qeyd olunur ki, hadisə Qobustanda baş verib. Turqut adlı azyaşlının çipsidən zəhərlənərək öldüyü iddia olunur. Bəs Azərbaycanda kütləvi zəhərlənmə hadisələrinin səbəbi nədir?

Məsələ ilə bağlı Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Sonxeber.az-a açqılama verib.

E. Hüseynov bildirib ki, AQTA-nın məlumatına görə, 40 nəfərin 40-da guya eyni dönərxanada yemək yeyiblərmiş. Lakin bizə telefon zəngləri gəldi ki, həmin şəxslər bu dönərləri müxtəlif yerlərdə yeyiblər;

"AQTA-nın apardığı iş zəruri olsa da kafi deyil. Ona görə ki, bu vaxta qədər nə qədər insan zəfərlənib. Bəs o iinsanlar hüquqları necə olsun . Bu yaxınlarda Zaqatalada baş verən zəhərlənmə ilə bağlı AQTA-nın açıqlanması ilə qətiyyən razı olmadıq. Çünki, onların məlumatına görə, 40 nəfərin 40-da guya eyni dönərxanada yemək yeyiblərmiş. Lakin bizə telefon zəngləri gəldi ki, həmin şəxslər bu dönərləri müxtəlif yerlərdə yeyiblər. Belə çıxır ki, burada söhbət dönərxanalardan yox, dönərxanalara verilən xammaldan gedir. Burada maraqlardan danışmaq olar. Misal üçün toyuq ətinin dönərxanalara göndərən müəssisəni AQTA reysterə daxil edibsə, yoxlayanda problem əgər xammaldan çıxarsa, onu təksib edə bilmir. Yəni sertifikat verən qurum ilə insanların sağlamlığına nəzarət edən qurum ayrı-ayrı olmalıdır. Onlar bir-birini yoxlaya bilsin".

Sədr bildirib ki, AQTA-nın yanındakı ictimai şura fəal işləməlidir:

"Əgər eyni orqan xammala icazə verirsə, daha sonra həmin xammala görə zəhərlənmə baş verirsə, şirkət deyə bilər ki, "bu xammaldan istifadə üçün icazəni sən mənə vermisən. Mənim nə günahım var".

AQTA çox şeyi əlində cəmləşdirib. Müstəqil qurumlar, sertifikasiya verəm orqanlar yaranmalıdır. İndiki şəraitdə dönərxanalar insanı zəhərləyən amilə çevrilib. Mən iki il AQTA-da ictimai şuranın üzvü oldum. Mən AQTA-nı bu məsələlərə sövq edə bilmədim. Mübahisələr yaranırdı. AQTA ilk növbədə KİV ilə yaxşı işləyə bilməlidir. Amma qeyd etdiyim kimi AQTA işləri zəruridir və daha geniş olmalıdır. Zəhərlənmə təkcə ət mənbəyindən yox, mayonezlərdən, dünəndən qalmış dönərlərdən zəhərlənmə halları ola billər. Burada ictimai nəzarətin xüsusi əhəmiyyəti var. AQTA-nın yanındakı ictimai şura fəal işləməlidir".
 
Ardını oxu...
Vimay Klinikasının direktoru Firuddin Tahirovla Dövlət Əmək Müfəttişliyi Xidməti arasında qalmaqal yaranıb. Qaynarinfo-nun məlumatına görə, buna səbəb dövlət xidmətinin Firuddin Tahirovu cərimələməsidir.

Qurum direktora İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə yazıb.

Bu maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlıdır.

Maddədə inzibati cəza növü kimi fiziki şəxslərin 1000 manatdan 2000 manatadək məbləğdə, vəzifəli şəxslərin 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslərin isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilməsi nəzərcə tutulur.

Firuddin Tahirov dövlət xidmətinin qərarından məhkəməyə şikayət edib. İşə Binəqədi Rayon Məhkəməsində baxılacaq. Aynurə Sadıqova iş üzrə hakim təyin edilib.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından aydın olur ki, Vimay Klinikası “Vimay-Med” MMC kimi 22 avqust 2014-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN-dir.

Vimay Klinikasının qeydiyyatda olduğu ünvanda “Vimay” MMC adlı başqa şirkət də yerləşir. Bu şirkətin qanuni təmsilçisi Umayeva Elnarə Vaqif qızıdır.

Elnarə Umayeva Vimay Klinikasının da qanuni təmsilçisi olub. Mediada gedən məlumatlara görə, o, Abşeronun keçmiş icra başçısı İradə Gülməmmədovaya məxsus bir neçə şirkətin qanuni təmsilçisidir.

Vimay Klinikasının da İradə Gülməmmədovaya məxsus olduğu bildirilir. Elnarə Umayevadan əvvəl klinikanın qanuni təmsilçisinin Yolçu Gülməmmədov olması bu iddiaların əsassız olmadığını göstərir. Məlumat üçün deyək ki, Yolçu Gülməmmədov İradə Gülməmmədovun həyat yoldaşıdır.
 
Ardını oxu...
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelekom” MMC-nin bu ilin fevralın 27-də elan etdiyi tenderi yekunlaşdırıb.

İqtisadiyyat.az xəbər verir ki, MMC-nin "Mövcud HSM sisteminin genişləndirilməsi məqsədi ilə avadanlıqların və lisenziyaların satın alınması" ilə bağlı elan etdiyi tender başa çatıb.

Amma tenderin qalibi və qalib şirkətin təklif etdiyi məbləğ açıqlanmayıb.

Qeyd edək, sözügedən tender cari ilin fevralın 27-də elan olunub və təkliflərin son təqdim olunması və sərflərin açılış tarixi martın 28-i göstərilib. İyun ayının 10-da isə tenderin yekunlaşdığı elan olunub. Tender elan olunarkən “AzInTelekom” ehtimal olunan məbləğin 170 100 manat olduğunu açıqlayıb.

Xatırladaq ki, MMC-nin tenderdə elan etdiyi avadanlıq və lisenziya aşağıdakılardır:

Entrust nShield n5 Connect HSM BASE/MID/HIGH - 3 ədəd
netHSM xc üçün client lisenziyası - 18 ədəd
netHSM xc üçün ECC lisenziyası - 3 ədəd
netHSM xc üçün pər (fan) - 4 ədəd
netHSM xc üçün qida bloku - 6 ədəd
 
Ardını oxu...
Neçə müddətdir Bakıdakı “İstanbul NS” klinikasında Şükürov Böyükağa Böyükkişi oğlunun müəmmalı şəkildə ölməsi faktının Nərimanov prokurorluğunda lazımınca araşdırılmaması ilə bağlı mətbuatda, sosial şəbəkələrdə yazılar, məlumatlar yayılır. Mərhumun qardaşı Qabil Şükürov Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevlə, Bakı Şəhər Prokuroru Elşən Abbasovla, Nərimanov Rayon Prokuroru Hidayət Nurəlibəyovla görüşüb. Amma hələ ki, konkret nəticə yoxdur – hələ də cinayət işi başlamayıb. Ona görə də Q.Şükürov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə müraciət edib. Müraciətdə deyilir:

“Hörmətli, cənab Prezident!

Çox böyük ümidlə Sizə müraciət edirəm! Ümummilli liderimiz Heydər Əliyevin başlatdığı müstəqilliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi istiqamətində dövlət quruculuğu işini Siz layiqli və yüksək səviyyədə davam etdirirsiniz. Sizin rəhbərliyinizlə 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 günə qələbəylə başa çatan Vətən Müharibəsi, 2023-cü ilin sentyabrında bir günlük anti-terror əməliyyatı bütün xalqımızın, dünya azərbaycanlının gözləri önündə baş verdi. Siz və ordumuz bununla bütün Azərbaycana elə bir sevinc bəxş etdiniz ki, sözlə ifadə etməkdə insan çətinlik çəkir. Allah bütün Şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə və Sizə can sağlığı versin. Yeri gəlmişkən, qeyd edim ki, mən özüm də birinci Qarabağ müharibəsinin iştirakçısıyam. İkinci Qarabağ müharibəsində isə 43 gün ön cəbhədə əsgərlərimizin yanında oldum. Əlimdən gələn köməyi etdim. Azərbaycanımızın inkişafı üçün digər sahələrdə də gördüyünüz işlər, apardığınız islahatlar danılmazdır. Sizin tapşırığınız və nəzarətinizlə ölkəmizdə məhkəmə, prokurorluq sistemlərində, hüquq-mühafizə orqanlarında aparılan çox ciddi islahatların da şahidiyik.

Hörmətli, cənab Prezident!
Müraciətimin səbəbi qardaşım Şükürov Böyükağa Böyükkişi oğlunun “İstanbul NS” klinikasında müəmmalı şəkildə ölməsi faktının lazımınca araşdırılmamasıdır. Bildirirəm ki, bu məsələnin araşdırılması ilə bağlı istintaq orqanlarına müraciət etmişəm. Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevlə, Bakı Şəhər Prokuroru Elşən Abbasovla, Nərimanov Rayon Prokuroru Hidayət Nurəlibəyovla görüşmüşəm. Onlardan da bu işin obyektiv və təcili araşdırlmasını xahiş etmişəm. Faktla bağlı Bakı şəhəri, Nərimanov rayon prokurorluğunda araşdırma aparılır. İş üzrə iki dəfə ekspertiza təyin edilmişdir və ilkin ekspertiza Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ekspertiza İdarəsinə tapşırılmışdır. Lakin Səhiyyə Nazirliyinin Ekspertiza İdarəsi tərəfindən göstərilən suallar, ümumiyyətlə, cavablandırılmamış, ekspertiza tədqiqatı aparılmamış və rəydə təsviri-əsaslandırıcı tədqiqat metodları göstərilməmişdir. Bu məsələyə həmin ekspertiza müəssisəsi tərəfindən çox qeyri-obyektiv və səthi yanaşılmışdır. Məhz buna görə də ölüm səbəbinin və həkim səhlənkarlığının olub-olmamasının müəyyən olunması ilə bağlı ikinci dəfə ekspertiza təyin olunmuş və həmin ekspertiza Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzi”nə həvalə olunmuşdur. Həmin ekspertiza tərəfindən ekspertiza qarşısında qoyulan suallar müfəssəl şəkildə cavablandırılmış və ekspertiza rəyindən məlum olmuşdur ki, mərhum qardaşımın vəfatına səbəb məhz həkimlər tərəfindən xəstəyə dinamik nəzarətin aparılmaması və cərrahi müdaxilənin vaxtında edilməməsi olmuşdur.

Hörmətli, cənab Prezident!

Nəzərinizə çatdırmaq istəyirəm ki, fakt üzrə cinayət işi başlanılmalı olduğu halda Nərimanov Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılmır. Bildirmək istəyirəm ki, ekspertiza rəyindən də göründüyü kimi bir sıra sualların cavablandırılması üçün ekskumasiyaya zərurət yaranmışdır. Müstəntiqin mənə verdiyi izaha əsasən cinayət işi başlanılmadığına görə ekskumasiya etmək mümkün deyil. Lakin ekskumasiyanın həyata keçirilməməsi ilə ölümün birbaşa səbəbini tapmaq mümkün olmur. Lakin həmin iş üzrə cinayət işi başlanılması müxtəlif səbəblərdən yubadılır və cinayət işi başlanmasının bu qədər yubadılması isə uzun müddət keçməsinə səbəb olur və gələcəkdə ekskumasiyanın aparılması nəticə verməyə bilər. Ona görə də hesab edirəm ki, bir sıra istintaq hərəkətləri vaxtında və operativ şəkildə aparılmalıdır. Hal-hazırda istintaq orqanı bu məsələni yubadır. Baxmayaraq ki, Müdafiə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzi” tərəfindən ekspertiza rəyi təqdim olunmuşdur. Lakin yenidən Səhiyyə Nazirliyinin Tibb İdarəsində ekspertiza təyin olunmuşdur. İş üzrə ilkin ekspertiza rəyi də həmin idarəyə təyin olunmuş və həmin ekspertin rəyi qeyri-obyektiv olmuş, hərtərəfli və tam olmamışdır. Lakin ikinci dəfə Müdafiə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzi” tərəfindən rəy verildikdən sonra təkrar ekspertiza tədqiqatın aparılmasının yenidən Səhiyyə Nazirliyinin Tibb İdarəsinə həvalə olunması istintaqın obyektiv və hərtərəfli operativ aparılmasına şübhə yaradır. Hesab edirəm ki, buna zərurət yoxdur və burada məqsəd işin lazımsız uzadılmasıdır. Çünki həkim səhvlərinin araşdırılmasına dair Baş Prokurorluğun istintaq orqanlarına göndərdiyi tövsiyələrdə də, açıq-aşkar qeyd olunmuşdur ki, göstərilən faktlar üzrə məhkəməyə qədər araşdırmada maraqlı ekspertiza subyektlərinin ekspertiza tədqiqatının aparılması məqsədəmüvafiq deyil. Göründüyü kimi, artıq Səhiyyə Nazirliyinin ekspertiza müəssisəsində ilkin ekspertiza tədqiqatı hərtərəfli və tam araşdırılmamışdır. Bu isə həmin ekspertiza müəssisəsinin göstərilən məsələlərin nəticəsində dolayı yolla maraqlı olduğunu göstərir. Ona görə də təkrar ekspertizanın həmin müəssisəyə tapşırılması Baş Prokurorluğun göstərilən tövsiyələrinə zidd olmaqla məsələnin hərtərəfli araşdırılmasına maneə yarada bilər.

Bildirirəm ki, hüquq-mühafizə orqanları və Nərimanov Rayon Prokurorluğu, o cümlədən də, işin istintaqını aparan müstəntiq bu məsələnin tam, sürətli və operativ və hərtərəfli həllində maraqlı deyillər. Ona görə də sizdən artıq dərəcədə xahiş edirəm ki, işin istintaqı Nərimanov Rayon Prokurorluğundan alınaraq başqa istintaq orqanına göndərilsin. Eyni zamanda, üçüncü dəfə ekspertiza tədqiqatı Səhiyyə Nazirliyinin Ekspertiza İdarəsinə həvalə olunub. Həmin idarədə ekspertizanın obyektiv aparılmasına inanmırdıq. Çünki bir dəfə bunlar başdan sovdu, 2 vərəqlik, şikayətimiz üzrə suallara cavab verməyən bir qeyri-obyektiv rəy veriblər. Ondan fərqli bir qərar da gözləmirdik. Elə də oldu. Artıq Səhiyyə Nazirliyinin ekspertiza müəssisəsindən verilən 3-cü rəydən sonra cinayət işinin açılmasını gözləyirik.

Hörmətli, cənab Prezident!

Siz bizim gözümüzdə, qəlbimizdə ədalət carçısı, haqq-ədalət müdafiəçisiniz. 2020-ci ildə 44 gündə öz ədalətinizi həm də bütün dünyaya sübut etdiniz. Çox xahiş edirəm, qardaşımın ölümü ilə bağlı cinayət işinin başlanmasında - ədalətin bərpa olunmasında bizə köməklik edəsiniz.

Allah Sizdən razı olsun!

Hörmətlə,
Şükürov Qabil Böyükkişi oğlu
09.06.2024-cü il.”

Qaziler.az
 
 
 

Ardını oxu...
 
Bakıda cərrahiyyə əməliyyatı keçirmiş 29 yaşlı qız evə buraxıldıqdan sonra ölüb. 1995-ci il təvəllüdlü Ülkər Səxavət qızı Fərzani təqribən 20 gün əvvəl Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında mədəkiçiltmə əməliyyatı keçirib.

Qonşularının verdiyi məlumata görə, Ü.Fərzani əməliyyatdan sonra qida rejiminə diqqət etməyib. Bildirilib ki, o, qazlı içkilər içdiyinə görə həyatını itirib. Sosial şəbəkələrdə edilən müzakirələrin birində ölümün həkim səhvindən olduğu da iddia edilir.
Əməliyyatı icra edən cərrah Elçin Abdinov olub. O, əməliyyatın 30 gün əvvəl icra olunduğunu və əməliyyat prosesində hər hansı bir problemin olmadığını söyləyib. Digər iddialarla bağlı suallara isə cavabı "Siz bilirsiniz, kiminlə danışırsınız?" şəklində olub.
Mərhumun ailə üzvləri də mediaya açıqlama vermək istəməyiblər.
Daha ətraflı APA TV-nin süjetində:


GUNDEMXEBER.AZ
 
 
 

Dünyapress TV

Xəbər lenti