Samir Adıgözəlli Fransadan siyasi sığınacaq istəyib?
Bir müddət əvvəl İSBAM (QHT) sədri Samir Adıgözəlli Azərbaycanı tərk etmişdi. Onun Türkiyədə olduğu bildirilirdi.
Bu gün əldə etdiyim məlumata görə, S.Adıgözəlli hazırda Fransanın Strasburq şəhərindədir. O, siyasi sığınacaq almaq üçün Strasburqda aidiyyatı qurumlara müraciət edib.
Məsələni dəqiqləşdirmək üçün S.Adıgözəlli ilə əlaqə saxladım.
O, bir müddət əvvəl Strasburqa səfər etdiyini və hazırda başqa yerdə olduğunu (harada olduğunu demədi) bildirdi:
"Gələcək fəaliyyətimlə bağlı qərar verməmişəm. Nə edib etməyəcəm, özüm bilirəm. Təbii ki, mən öz etirazlarımı bildirəcəm, amma bu etirazları nə zaman, harada, necə edəcəyimi zaman göstərəcək".
Qeyd edim ki, Strasburq şəhərinin meri Janna Barseqyan adlı ermənidir.
Fransa-Azərbaycan münasibətlərinin çox pis olduğu bir ərəfədə S.Adıgözəllinin məhz bu ölkədən siyasi sığınacaq almaq istəyi olduqca maraqlıdır. Eyni zamanda, belə bir situasiyada S.Adıgözəllinin müraciətinə müsbət cavab veriləcəyi də şübhə doğurmur.
Digər maraqlı məqam odur ki, S.Adıgözəlli Azərbaycanda olarkən bir neçə dəfə və ardıcıl Fransanın Bakıdakı Səfirliyinin qarşısında etiraz aksiyalarına rəhbərlik edərək bu ölkənin siyasətini tənqid edib. Paylaşdığım foto da Bakıdakı Fransa səfirliyin qarşısında keçirilən etiraz aksiyalarının birində çəkilib.
Müəllif: Samir Feyruzov
TEREF
 
 
 

Dünyapress TV

Xəbər lenti