Bu qurumlarda qanun saya salan yoxdur...
"SOCAR Nəqliyyat İdarəsinin rəisi Ələddin Məmmədov, həmin idarənin 2 saylı Departamentinin rəhbəri Rövşən Əhmədov, 4 saylı Departamentinin rəhbəri Verdiyev Hümmət, 6 saylı Departamentin rəhbəri Ağaxan Əsədov tərəfindən mütamadi olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “ezamiyyə xərcləri haqqında “ qərarı, ölkənin əmək qanunvericiliyi pozulur və hansısa “meyarlara”əsasən cəzasız qalırlar". Dia-az.info xəbər verir ki, bu ittihamı Neftçilərin hüquqlarının Müdafiəsi Təşkilatının sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı səsləndirib.

M.Qəhrəmanlı daha sonra "Bəlkə nepotizm... saxtakarlıq... vəzifə səlahiyyətindən sui-istifadə?" deyərək əlaqədar qurumlara sual edir və bildirir:

"Dəqiqləşdirdiyimiz məlumata görə, bir aylıq ezamiyyətə göndərilən işçilərə yol vərəqini 30 günlük verirlər. Amma ezamiyyə vərəqələrini hər həftə dəyişirlər.

Yəni ezamiyyə günlər yalnız 1-5-ci günləri əhatə edir. Həftə sonlarını ödəməmək üçün.İşçilər həmin günləri də ezamiyyəyə göndərilmiş rayonda qalırlar.

İşçilərin dediyinə görə, şənbə-bazar ezamiyyə yerini tərk etmək qadağandır, işçi bu halda cəzalana blər.

Böyük və balaca rəislər (“ padşahlar”) bunu ezamiyyə xərclərinin azaldılması məqsədilə “yuxarının tapşırığı” ilə olunduğunu bildirirlər..."
 

Dünyapress TV

Xəbər lenti