Ardını oxu...
"Şikayətim internet xidmətləri göstərən "Megalink" internet provayderindəndir". Dia-az.info bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Nəriman Hacızadə adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra yazır: "Belə ki, sözügedən şirkətin keyfiyyətsiz internet xidmətindən çox narazıyıq. Dəfələrlə bu barədə məlumat vermişik ancaq problem həll edilmir. İnternet sürətinin qeyri-sabitliyi, setin həddindən çox zəif olması (internetə qoşulmaq üçün mütləq modemin yanında durmaq lazımdır, bir otaqdan digərinə keçdikdə set zəifləyir və ya tamamilə itir).
Ərazidə başqa xidmət göstərən internet provayderi də yoxdur. Bir dəfə dedilər ki, modemdən ola bilər... yenisini qoysaq, 110 manat olacaq. Halbuki modem işlək vəziyyətdədir başqa bir problemi varsa 110 manatın müştəri tərəfindən ödənilməsi nə dərəcədə doğrudur.
Bütün yaşayış kompleksində ancaq bu şirkət fəaliyyət göstərir, məcburiyyətdən onların xidmətindən istifadə edirik. Digər şirkətlərim nə üçün bu ərazidə fəaliyyət göstərməyə cəlb olunmaması da başqa bir mövzudur..."

Ardını oxu...
 

Ardını oxu...
Xaçmazda çox istifadə olunan yol yararsız vəziyyətdədir. Dia-az.info bildirir ki, bu barədə narazı sakinlər müraciətlərində qeyd edirlər.

Sakinlərin sözlərinə görə, bu hal Mehdi Hüseynzadə və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində yaşanır.

Avtomobillərin hərəkət hissəsində mövcud olan çuxurlar daha da dərinləşib.

“Yol kəsişməsini keçəndə hər dəfə böyük çətinliklərlə üzləşirik. Döngəni dönərkən yoldakı çuxurlardan qorunmaq olduqca çətin olur”,- deyə oxucular bildirib.

Ardını oxu...
 
Ardını oxu...
Ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlərin nəticəsini, onun xalqımızın rifahı üçün fəaliyyətini bu gün hər bir vətəndaşımız hiss edir: "Məhz ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan mustəqil dövlət kimi möhkəmlənib, ölkəmiz inkişaf edib. Ulu Öndər Heydər Əliyevin xalqımız üçün xidmətləri danılmazdır. Onun Azərbaycanda hakimiyyətə qayıdışından sonra ölkəmizdə bütün sahələrdə həm inkişaf baş verib, həm də uzunmüddətli perspektiv açılıb.
Ulu Öndər müstəqil Azərbaycanın sosial-iqtisadi və siyasi əsaslarının möhkəmləndirilməsində, dünyanın aparıcı dövlətlərinin etibarlı tərəfdaşına çevrilməsində, sözün həqiqi mənasında, böyük işlər gördü. Heydər Əliyev millətini bütün bəlalardan hifz edərək qoruyub, respublikada ictimai-siyasi sabitliyi təmin etdi, vətəndaş qarşıdurmasını aradan qaldırıb, ölkənin parçalanmasının qarşısını almaqla milli qurtuluşu təmin etdi. Heydər Əliyevin sayəsində yeni yüzilliyə, həm də yeni minilliyə müstəqil dövlət kimi qədəm qoymaq tariximizdə ilk dəfə baş verdi və bu, əbədi proses olacaqdır.
“Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub” - deyən Ulu Öndər Heydər Əliyevin dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləmişdir.
Uzun illər keçəcək, lakin çiçəklənən Azərbaycanın vətəndaşları dövlət müdrikliyi və sarsılmaz mətinliyi sayəsində Azərbaycanın gələcəyini təmin etmiş bu dahi insanı unutmayacaqlar.
Əsası Heydər Əliyevin yorulmaz əməyi ilə qoyulmuş bu dayanıqlı inkişaf ölkə başçısı İlham Əliyevin dövlət xadimi istedadı sayəsində davam edir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi, söz sahibinə çevrilməsi dünya miqyasında qəbuledilən reallıqdır. Qəti əminliklə deyə bilərik ki, dünyanın ən mötəbər beynəlxalq təşkilatlarının üzvü olan Azərbaycanda əldə edilən bu uğurlar dövlətimizin apardığı düzgün siyasət və xalqımızın zəhməti, əzmi, iradəsi hesabına qazanılmışdır.
Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

Aysel Mənsimova - politoloq

 
 
 
Ardını oxu...
Dərnəgüldəki "Azpetrol"dan 10 litr benzin vurdum. Qısa bir məsafə getdikdən sonra maşın titrəməyə başladı. O dərəcədəki, düşündüm, bəlkə benzin yerinə dizel vurublar. Geri qayıdıb baxdım ki , ümumiyyətlə dizel pompası yoxdur. Ustalardan soruşdum, "benzin çox bərbad olduğu üçün baş verib" dedilər.

Bu barədə sosial şəbəkə istifadəçilərindən biri bildirib.

"Yanacaqdoldurma məntəqələrinə nəzarət edən hansısa bir qurum var? Bu kimi hallarda şikayət edib nəticə alaq ki, özbaşınalıqlar davam etməsin", - o qeyd edib.

Müştəri "Azpetrol"dan onunla əlaqə saxlanıldığını bildirib: "Əməkdaş gəldi, görüşdü. Deyir ki, gedək həmin məntəqədən nümunə benzin götürüb analizə göndərək, bizdə qatqı çıxmayacaq. Deyirəm, iki gün keçib, həmin benzin qalıb, ya yox, bəlli deyil, buyurun, mənim maşınımdan götürüb analizə göndərin. Razı olmadı. Qısacası, bir çox müəssisə kimi "Azpetrol"un da yola verməklə məşğul olduğu aydın oldu".
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Referans.az
 

          
Ardını oxu...
Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsi ilə bağlı məlumatlara aydınlıq gətirib.

Bir sıra kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin müvafiq strukturları tərəfindən Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsi ilə bağlı məlumatlar yayımlanıb.

Məsələ ilə bağlı komitə diqqətə çatdırır ki, qurumun Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən enerji içkiləri və digər məhsulların qaçaqmalçılıq faktı aşkarlanıb, faktla bağlı cinayət işi başlanılıb və istintaq aparılır.

DGK qeyd edilən məsələ ilə bağlı yayımlanan xəbərlərdə Komitənin məlumatlarına istinad etmək tövsiyə edir.

***

Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsi tərəfindən əməliyyat keçirilib.

Bakupost.az -ın məlumatına görə, əməliyyat yoxlaması zamanı gömrük əməkdaşlarının qeyri-qanuni əməlləri aşkar edilib.

Aydın olub ki, gömrükçülər Azərbaycanı tranzit ölkə kimi keçən TIR-lar Tovuz Gömrük İdarəsinin cavabdeh olduğu ərazidə yoxlanaraq, onlardan külli miqdarda “RedBull” və bu kimi məhsullar boşaldılıb. Daha sonra sənədlər dəyişdirilərək, yük maşınları boş yola salınırmış.

Həmçinin, yoxlama zamanı Gömrük İdarəsində digər qanun pozuntuları da ortaya çıxıb.

Məsələ ilə bağlı Tovuz Gömrük İdarəsinin rəisi Elçin Şabanov dindirilmə üçün Bakıya gətirilib. Araşdırma aparılır. Qeyd edək ki, Elçin Şabanov iyun ayında Tovuz Gömrük İdarəsinin rəisi vəzifəsinə müvəqqəti təyin olunub.
Ardını oxu...
 
 

 


Ardını oxu...
2023-cü ildə Bakı üzrə keçirilən direktor müavinlərinin işə qəbulu imtahanında 62 bal toplayan informatika müəllimi Lətifə Həbibullah qızı Qəhrəmanova iddia edir ki, müsahibə mərhələsi qeyri-şəffaf olub.

Vətəndaş Meydan TV-yə açıqlamasında baş verənlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Anar Məmmədovu günahlandırıb:

“İlk müsahibədə məndən tədrisin təşkili sahələrini soruşdular. Cavabım nədənsə Anar Məmmədovu qane etmədi. Dedilər ki, müsahibədən 1,5 bal toplamısınız. Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edəndən sonra məni ikinci dəfə müsahibəyə çağırdılar. Bu dəfə də müxtəlif bəhanələrlə mənə mane oldular. Dedilər ki, 0,78 bal toplamısan. Yəni 1 bal da toplamamışam. 34 ilin müəllimi test mərhələsində 62 bal topladığı halda, müsahibədən 1 bal toplaya bilməməsi absurddur”.

BŞTİ-dən Meydan TV-yə bildirilib ki, Lətifə Qəhrəmanova ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsində müsbət nəticə əldə etsə də, müsahibə mərhələsində mümkün 5 baldan yalnız 1,15 bal toplaya bilib.

Bildirilir ki o, 2024-cü il aprelin 16-da müraciəti əsasında BŞTİ-nin müdir müavini Anar Məmmədov tərəfindən qəbul edilib.

“Qəbulun nəticəsi olaraq ona yenidən müsahibədə iştirak etmək imkanı yaradılıb. Təkrar müsahibədə “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”ndakı təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi üzrə əmək funksiyaları və ixtisas tələblərinə uyğun olaraq suallar verilib. Həmin müsahibədə namizəd mümkün 5 baldan 0,78 bal toplayaraq uğur qazanmayıb”, – BŞTİ-nin məlumatında deyilir.

Əlavə olunur ki, müsahibə mərhələsində komissiya üzvləri tərəfindən qəbul edilmiş qərara əsasən 5 ballıq şkalaya uyğun olaraq 2-2,99 bal toplamış namizədlər əlavə təlimdən sonra təkrar müsahibəyə cəlb edilir.

“3-5 bal arası nəticə göstərən namizədlər müsahibədən uğurla keçib. 0-1,99 bal nəticə göstərən namizədlər isə uğur qazanmamış hesab olunurlar. Şəffaf seçimlərə əsaslanan müsabiqədə uğur qazana bilmədiyinə görə adekvat olmayan təsir vasitələrinə (əsassız ittihamları ictimailəşdirmək, özünü qanunvericiliyə uyğun olmayan statusda təqdim etmək və s.) əl atmaq pedaqoji sahədə rəhbər vəzifədə çalışmaq istəyən namizədə uyğun davranış norması deyil. Lətifə Qəhrəmanovaya tövsiyə olunur ki, növbəti müvafiq işə qəbul müsabiqələrinə qatılaraq özünü sınasın”, – BŞTİ-nin Meydan TV-nin sorğusuna cavabında bildirilib.
 
 
 
Ardını oxu...
Məcburi köçkün Yusifov Rafiq Məhəmməd oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edir:

“Mən, Yusifov Rafiq Məhəmməd oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Hazırda müvəqqəti olaraq Abşeron rayonu, Xırdalan şəhərində yaşayıram. Qeyd edim ki, Abşeron Rayon Məhkəməsi və Sumqayıt Apellyasiya Məhkəməsi mənim başıma oyun açıb. Məhkəmə mənim verdiyim sənədləri işin içərisindən çıxarıb və bir neçəsini də saxtalaşdırıb.

Məsələ ilə bağlı bir çox dövlət qurumlarına müraciət etmişəm. Lakin mənim adımdan alınan saxta arayışların hansının düzgün olub-olmadığını heç bir qurum təsdiq etmədi.

Cənab Prezident!

Mən Sizdən və Birinci xanımdan kömək istəyirəm. Xahiş edirəm ki, tapşırıq verin, işimə doğru-düzgün baxılsın.

Məhkəmələrdə qanunsuzluq, saxtakarlıq baş alıb gedir. Onlardan yuxarıda bir qurum yoxdur ki, şikayətimizi edək. Mənim adımdan alınmış saxta arayışlar Abşeron rayon İcra Hakimiyyəti və Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırılıb və bilinir ki, sənədlər saxtadır. Ancaq bu haqda şikayətimi heç bir qurum qəbul etmir.

"JEK"-dən verilmiş saxta sənədi sübut gətirərək, mənim əleyhimə qərar verirlər".

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Qeyd: Şikayətçinin redaksiyamıza göndərdiyi video-müraciəti də olduğu kimi təqdim edirik:

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Ötən aylarda Lerik sakinlərini rayondaxili yolların təmiri ilə bağlı şikayətini dərc etmişdik.

Həmin şikayətdə sakinlər bildirirdilər ki, bir müddət öncə rayondaxili yolların təmiri və yeni asfalt çəkilməsi üçün Lerik rayonuna dövlət büdcəsindən 1.200 000 (bir milyon iki yüz min) manat vəsaiti ayrılıb, amma təyinatı üzrə xərclənməyib.

Onlar iddia edirdilər ki, ayrılmış bu pulun Rayon İcra Hakimiyyətinin başçısı və Yol İstismar İdarəsinin müdiri Elxan Əliyev tərəfindən necə və hansı yollarla mənimsənildiyi məlum deyil.

Rayon sakinləri "Anaxeber.info"ya deyiblər ki, bu şikayətdən sonra rayonda bir neçə küçədə yollara görüntü xatirinə alfalt örtüyü çəkilib. Halbuki Lerik rayonunda bərbad vəziyyət və keçilməz halda olan ara küçələrin sayı yüzlərlədir.

Sakinlər deyirlər ki, asfaltlanmış 3 küçə isə rayonda icra başçısına yaxın olan, onun əsas "ideoloq"larından sayılan İmanovlara məxsusdur.

İcra başçısı Əkbər Abbasovun "ağsaqqalı" sayılan rayon maliyyə idarəsinin rəisi Hafiz İmanovun, Su- Kanalizasiyya İdarəsinin müdiri Asif İmanovun atasının evinə gedən küçə və bu işlərdə başı qalmaqalda olan Rayon Yol İstismar idarəsinin müdiri, İmanovların yaxın qohumu Elxan Əliyevin atasının evinə gedən küçələr az qala evin pilləkəninə kimi asfaltlanıb.

Sakinlər bunu özlərinə gözdağı saymaqla yanaşı, rayon sakinlərinə etinasızlıq kimi də dəyərləndirirlər: "Görünür, əvvəlki rəhbərlərin bu işlərə ya gücü çatmayıb, ya da onların evi olmayıb. Bax, budur, rayonda tərəfbazlıq, mənimsəmə, korrupsiya hallar. Soruşan, maraqlanan yoxdur ki, bu məmurlar sadə vətəndaşlardan nəyi üstündür? Vəzifəsimi? Axı o vəzifə dövlətindir və məmura məhz vətəndaşa xidmət etmək üçün verilir".

Sakinlər ümid edirlər ki, onların şikayətlərinə ölkə rəhbərliyi mütləq reaksiya verəcək və Lerikdəki bu acınacaqlı duruma əncam qılınacaq.
 
Ardını oxu...
Fərman Məmmədov: "Nəsimi Rayon İcra Hakimiyyətinin memarı Ələsgər Rüstəmov da mənə təzyiq göstərir, o "Gold Star City" tikinti şirkəti ilə əlbir olub mənim və bacımın evini söküblər"

Bugünlərdə redaksiyamıza şikayətlə müraciət edən Bakı şəhəri, Nəsimi rayonu, "Kərpiçni" 49 ünvanında yaşayan Fərman Məmmədov 2023-cü ilin oktyabr ayından etibarən "Gold Star City" tikinti şirkəti tərəfindən müxtəlif formalı təzyiq və təsirlərə məruz qaldığını bildirib.
Ardını oxu...
Şikayətçinin sözlərinə görə, qeyd olunan tarixdə şirkət nümayəndələri yaşadığı ünvandakı evləri söküb, yerində hündür mərtəbəli bina inşa etməyə başlayıb: "Həmin şirkət ötən ilin oktyabr ayından yaşadığımız ərazidəki evləri sökməyə başlayıb. Lakin şirkət nümayəndələri ilə danışığımız alınmadı və mən onların təklifi ilə razılaşmadıq. Aprelin 29-da isə "Gold Star City" tikinti şirkətinin əməkdaşları mənə təzyiq ediblər. Məni onlarla razılaşmağa məcbur etməyə çalışıblar. Halbuki, şirkətin təklif etdiyi şərtlər heç bir halda məni qane etmir. Qeyd edim ki, bunun ardınca Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə telefon açıblar və beləcə, məni Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinə apartdırıblar. Düzdür, polis bölməsində mənə heç bir təzyiq edilməyib. Lakin məsələ burasındadır ki, şirkətin əməkdaşları mənim polis bölməsində olmağımdan istifadə edərək, evimi söküblər. Bu zaman 84 yaşlı anama və qızıma təzyiq göstəriblər".

Fərman Məmmədov qeyd edib ki, "Gold Star City" tikinti şirkətinin əməkdaşları ailə üzvləri evdə olduğu zaman söküntü işləri aparıblar: "Onlar ailə üzvlərimin evdə olmasına əhəmiyyət vermədən evimi söküblər. Əlimdə bunu təsdiq edən video və foto görüntülər mövcuddur. Onuda nəzərinizə çatdırım ki, Nəsimi Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin böyük məsləhətçisi, memar Ələsgər Rüstəmov da mənə təzyiq göstərir. O, "Gold Star City" tikinti şirkəti ilə əlbir olub mənim və bacımın evini söküblər. Bir məsələni də deyim ki, həmin şirkətin rəhbəri Rövşən və Aydın adlı şəxslərdir, hamı onları "İmişli uşaqları" kimi tanıyır. Odur ki, sizin vasitənizlə ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdən, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdan və aidiyyatı qurumların rəhbər şəxslərindən xahiş edirəm ki, üzləşdiyim problemin həllində mənə yardımçı olsunlar".

Qeyd edək ki, yazıda qeyd olunanlarla bağlı "Gold Star City" tikinti şirkətinin mövqeyini işıqlandırmağa hazırıq.


Hurriyyet.az
 
 
 
Ardını oxu...
Azərbaycanın bank sektorunda hələ 2015-ci il devalvasiyasından sonra necə deyərlər, “kimin kim olduğu” daha qabarıq şəkildə üzə çıxmışdı. O vaxt bu sarsıdıcı zərbədən “üzüağ çıxan” az sayda banklardan biri də “Bank Respublika” olmuşdu. Bu da təsadüfi deyildi, çünki bank sektorundakı mənbələrin mətbuata bildirdiyinə görə, onun arxasında, daha doğrusu başında, Mərkəzi Bankın o vaxtkı sədri Elman Rüstəmov dururdu...

Nəticədə “Bank Respublika” ASC-nin də digər banklar kimi zərərinin artmasına və bu səbəbdən məcmu kapitalının aşağı düşməsinə baxmayaraq, bank öz fəaliyyətində elə də böyük problem yaşamadı. Rüstəmov sahibi olduğu bankı bir çox tanınmış özəl banklar kimi iflas və müflis olmaq təhlükəsindən xilas etməyə nail oldu...

Hələ 1992-ci ildə yaradılan bu bankın rəsmən səhmdarları Quliyevlər ailəsidir. Hələ illər öncə mətbuatın yazdığına görə, əsas səhmdarlar - Natiq Quliyev, onun qardaşları Elçin və Namiq Quliyevlə birlikdə Elman Rüstəmovun yaxın adamları (yerli və qohum olduqları deyilir-red.) olmaqla onun Azərbaycanda müxtəlif sahələrə aid biznesini idarə edirlər. Bura Rüstəmova aid bəzi maşın salonları, restoranlar, şadlıq evləri, quşçuluq təsərrüfatı və sair aid edilir...

Hər necə olsa, rəsmi göstəricilərə inansaq, “Bank Respublika” doğrudan da uğurlu layihə hesab oluna bilər. Məsələn, ötən ilin yekunlarına görə, “Bank Respublika” nın ümumi gəlirləri 230 milyon 602 min manat təşkil edib. Bank bu göstərici üzrə ölkənin bank sistemində 5-ci(!) yeri tutur.

Hesabat dövründə bankın gəlirlərinin164 milyon manatı və ya bütün gəlirlərin 71%-i kredit portfelinin gəlirlərindən formalaşıb.Komissiya haqlarından 30 milyon manat daxil olub. Bu, bankın bütün gəlirlərinin 13%-i deməkdir. Valyuta əməliyyatlarından gəlirləri 11 milyona yaxın, yəni, ümumi gəlirlərin 5%-i həcmində olub. Qiymətli kağızlar bazarına yatırımlardan isə bankın gəlirinin 5 milyon manata yaxın olduğu göstərilir. Başqa banklara və maliyyə təşkilatlarına ayırdığı depozitlərdən bank 12 milyon qazanıb. Bankın digər faiz gəlirləri isə 7 milyondan çox olub.

Bütün bunlar Azərbaycan bank sektoru səviyyəsində kifayət qədər yüksək göstəricilərdir. Bəs bu bankın uğurlarında mətbuatın yazdığı kimi, onun əsl sahibi sayılan Elman Rüstəmovun Mərkəzi Bankın sədri vəzifəsindən çıxarılsa da, Baş nazirin müşaviri təyin olunmasının, yəni, formal da olsa, hakim komandada qalmasının, necə deyərlər, “vurulmaması”nın rolu nə dərəcədə böyükdür?

Görünən odur ki, bunun rolu kifayət qədər əhəmiyyətli, bəlkə də həlledicidir. Çünki bank sektoruna aid bundan əvvəlki nümunələr göstərir ki, bankların vəzifədə olan “şef”lərinin “vurulması”ndan sonra qəsdən, yaxud obyektiv olaraq onların durumları tədricən, yaxud dərhal ağırlaşır. Bir çox hallarda bu banklar ya bağlanır, ya “sürünür”, ya da əl dəyişir. Buna Fazil Məmmədovun “Ata bank”-ı, Heydər Babyevin “Bank Standard”ı başda olmaqla bir çox nümunələr göstərmək olar.

O cümlədən də keçmiş Prezident Aparatı başçısı Ramiz Mehdiyevin ailə bankı olan “Bank BTB” nümunəsi var. Mehdiyev vəzifədən ayrıldıqdan sonra bankın xalis mənfəəti demək olar, dərhal 16 milyon 653 min manat azalmış və 2020-ci ilin sonunda 9 milyon 130 min manatlıq zərərə düşmüşdü. Bunun bilərkdən edilib-edilmədiyi əlbəttə başqa söhbətin mövzusudur. Ancaq hər halda, son illəri ziyanla işləyən bankın vəziyyətinin pis olduğu və hətta Mehdiyevin oğlu tərəfindən satışa çıxarıldığı barədə mətbuatda məlumatlar yayılıb...

Təəssüf ki, Azərbaycan iqtisadiyyatı, o cümlədən də bank sektoru üçün bütün bunlar təbii haldır. Bu baxımdan Rüstəmovun olduğu bildirilən bankın, yaxud bu və ya digər məmur-biznesmenlə bağlılığı olan hər hansı başqa bir bankın da nə zamansa eyni aqibəti yaşamayacağına kimsə təminat verə bilməz. Odur ki, böyük ehtimalla iki il əvvəl MB sədrliyindən azad edilən Elman Rüstəmov da (digər “vurulmuş” məmurların aqibətini yaşayarasa) “tam gözdən düşənə” qədər Bank Respublikanın uğurları davam edəcək. Sonrasına isə “Allah kərimdir”...

Rasim Əliyev

“AzPolitika.info”
 
 
 

Dünyapress TV

Xəbər lenti