Ardını oxu...
"Recen Group... indi adı dəyişib..." Dia-az.info bildirir kİ. bu barədə Aqşin Rüstəmov adlı istifadəçi "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında giley edir.

Narazı vətəndaş daha sonra əlavə edir: "Yeni adı "Area Group Az"-dır... Bu şirkətə müraciət etməyin... Açıq-aşkar dələduzluqla məşğuldurlar.

Ardını oxu...

Xaricdə işlə təmin etmək adı altında insanları aldadıb pullarını mənimsəyirlər. Sonda isə nə iş düzəldirlər, nə də ödənişi geri qaytarırlar.

Bu dələduzların qurbanlarına müraciət edirəm, birlikdə şikayət edək ki, bu kimi şirkətlər daha çox insanlarımızı aldatmasınlar..."
 
Ardını oxu...
Abşeron rayonu "Meqastore" marketlərində endirimlə saxta kolbasa satılır?

Gundeminfo.az xəbər verir ki, bu gün adıçəkilən marketdə endirim kampaniyası olaraq 4.99 manata təqdim edilən kolbasanın üzərində nə istehsalçı, nə də idxalçı barədə heç bir məlumat verilmir. Bu da Azərbaycan Respublikası qanunlarına görə qadağandır. Hazırda qüvvədə olan "İstehlakçıların hüquqları haqqında" qanunlara görə satışa çıxarıılan ərzaq məhsulu üzərində hüquqii və ya fiziki şəxs haqqında məlumatlar verilməlidir.

Lakin "Meqastore"də satılan bu kolbasa haqqında heç bir informasiya yoxdur.

Daha ətraflı Gundeminfo TV-nin video materialında.

Mövzu ilə bağlı araşdırmalarımız davam edəcək. Rəsmi qurumların da mövqeyini dinləməyə hazırıq.

Ardını oxu...
“Azercell” Telekomun filial binasında iş saatları və qeyri-iş günləri ilə bağlı yerləşdirdikləri elan gülüş obyektinə çevrilib.

Tribunainfo.az xəbər verir ki, “Azercell”in yazı səhvini “Grammar Azi” səhifəsi paylaşıb. Kiçik bir elanda qrammatik səhvlərin çoxluğu diqqət çəkib. Belə ki, elanda “şənbə” sözü yazının ortasında olduğu halda böyük hərflə yazılıb.
Həmçinin “bazar”, “bayram” və “ümumxalq hüzn günləri” sözləri də kiçik hərflə yazılmalı olduğu halda böyük hərflərlə yazılıb.
Elanın sonunda isə “Azercell” qeyri-iş günləri sözü əvəzinə “qeyri-rəsmi iş günləri” sözünü yazıb ki, bu da düzgün ifadə deyil.

Qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq.
Ardını oxu...
 
Ardını oxu...
Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günüdür.

Oxu.Az xatırladır ki, Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasında anadan olub.

1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda Göz xəstəlikləri kafedrasının dosenti, professor, Görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, Oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb.

Z.Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə əvəzolunmaz töhfələr verib. Z.Əliyeva oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən, “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, bir ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.

Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, “Vestnik oftalmoloqa” (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi.
Yüksək elmi nailiyyətlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.

Zərifə Əliyeva ümummilli lider Heydər Əliyevin həyat yoldaşı, Prezident İlham Əliyevin anasıdır.

O, 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edib. Birinci Fəxri xiyabanda dəfn olunub.
Ardını oxu...
Niyə,cənablar???
Azəriqaz İB-n eyni şöbədə işləyən iki işçisi (biri qadın olmaqla ) tarif maaşının dərəcəsini aryirilması üçün SOCAR İRD təşkil etdiyi imtahanda iştirak edib. İkisi də eyni balı toplayıb(20 bal).İmtahanda iştirak edənlərdən biri( qadın) həmin şöbədə 20 il, o biri şəxs(kişi) həmin şöbədə 4 ay (ümumilikdə Azəriqazdakı iş stajı 17 il) çalışır. Nəticədə xanımın yox,o biri işçinin tarif dərəcəsi artırılıb. Xanımın niyə, hansı kriteriyalar əsas götürülüb sualına cavab verilmir(????). Bu halda Azəriqaz İB seçim zamanı hansı amillərə üstünlük verib?
-Nepotizm,qadına qarşı diskrinimasiya,yoxsa gender yanaşması ilə kişiyə üstünlük verilməsi?
Mirvari Gahramanli
TEREF
 
Ardını oxu...
«Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti» tərəfindən 2023-cü ilin əvvəlindən günümüzədək 93,2 milyon manat dəyərində tenderlər elan edilib. Qurumun tenderlərini müxtəlif şirkətlər udub.

Dia-az.info xəbər verir ki, qeyd edilən dövr ərzində tenderləri sayca ən çox udan şirkətlər "19 Saylı Tikinti Təmir İdarəsi" MMC, "Az-Tex-Import" MMC, “Geoproject” MMC və "İnfinitech" MMC şirkətləri olub.

Adı çəkilən şirkətlərdən "19 Saylı Tikinti Təmir İdarəsi" MMC şirkəti 55 milyon 152 min manat həcmində 3 tenderin qalibi, yerdə qalan şirkətlər isə 2 tenderin qalibi olub.

Qeyd edək ki, qurumun ən iri məbləğli tenderinin qalibi də məhz "19 Saylı Tikinti Təmir İdarəsi" MMC şirkətidir.

Bundan başqa, əlavə 2 şirkət dəyəri 10 min manatdan yuxarı olan tenderləri udub : “Crystal İnşaat” ASC və “Protean Construction” ASC.

Şirkətlər haqqında daha ətraflı :

Qeyd edək ki, "19 Saylı Tikinti Təmir İdarəsi" MMC 2011-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Loğman Aslanov Fərəc oğludur. Hüquqi ünvanı AZ3800, Qusar rayonu, Qusar Ş, Karl Marks, ev 67 ünvanında yerləşir.

"Az-Tex-Import" MMC 2017-ci ildə yaradılıb, nizamnamə kapitalı 226 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi İlkin İbadullayev Sahib oğludur. Hüquqi ünvanı AZ1142, Bakı şəhəri Xətai rayonu, Telnov, ev 2347/48, m. 290 ünvanında yerləşir.

“Geoproject” MMC 2015-ci ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi İlkin Əliyev Abbas oğludur. Hüquqi ünvanı AZ1018, Bakı şəhəri Xətai rayonu, Oksigen, ev 16 ünvanında yerləşir.

"İnfinitech" MMC 2002-ci ildə yaradılıb, nizamnamə kapitalı 250 020 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Mustafa Əyyubov Sabir oğludur. Hüquqi ünvanı AZ1002, Bakı şəhəri Nizami rayonu, Məmmədəli Şərifli , ev 9, m. 107 ünvanında yerləşir.

“Crystal İnşaat” ASC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 4 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Rəsul Rəsulov Məhəmmədəli oğludur. Hüquqi ünvanı AZ0100, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev Pr. (Xırdalan), ev 11 B 2 ünvanında yerləşir.

“Protean Construction” ASC 2001-ci ildə yaradılıb, nizamnamə kapitalı 160 672 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Məhəmməd Təhməzov Ağca oğludur. Hüquqi ünvanı Az1026, Bakı şəhəri Xətai rayonu, Kazımağa Kərimov, ev 236 ünvanında yerləşir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Xəbəri Facebook-da paylaş





 
Ardını oxu...
Azinforum.az Rusiyadan kəsim üçün Azərbaycana gətirilən ətin monopoliyasına nəzarət edən şəbəkə ilə bağlı maraqlı araşdırma aparıb. Məlum olub ki, bu işin başında duran “Peykan” ləğəbli Hüseynov Teyyub Məmməd oğludur. Əslən azərbaycanlı olan bu şəxs Rusiya vətəndaşıdır. Bu barədə geniş materialla aşağıda təqdim edəcəyimiz videomaterialdan tanış ola bilərsiniz:

 
Ardını oxu...
Təxminən iki ay əvvəl Azərbaycanın ədliyyə naziri postunu tutan Fərid Əhmədovun faəliyyəti sələfi Fikrət Məmmədovdan xüsusi olaraq seçilmir.

Ötən müddət ərzində yeni nazirin ancaq vətəndaşlarla görüşləri baş tutub ki, bunu sabiq nazir də həyata keçirirdir.

Gununsesi.info-nun araşdırmasına görə, burada yeganə fərq Fərid Əhmədovun vətəndaşlarla görüşündə onları diqqətlə dinləməsi və vətəndaşlara öz dərdini deməsi üçün vaxt məhdudiyyəti qoyulmamasıdır.

Ancaq bu nə zamana qədər davam edəcək, bunu da gələcək göstərəcək.

Bütün bunlarla yanaşı Ədliyyə Nazirliyinin fəaliyyətində xüsusi həllini tapmalı olan bir neçə məsələ var.

Bunlardan biri də Azərbaycanda QHT-lərin dövlət qeydiyyata alınması məsələsidir.

Bu mövzunu xatırlatmağımıza səbəb isə ABŞ Dövlət Departamentinin insan haqlarına dair son hesabatının Azərbaycanla bağlı bölümündə bu problemə xüsusi yer ayrılmasıdır.

Qeyd edək ki, həmin hesabatda Azərbaycanda QHT-lərin qeydiyyatı çətinləşməsindən söhbət açılır.

Bildirilir ki, qanunlar QHT-lərin fəaliyyətini ciddi şəkildə məhdudlaşdırıb. Bir sıra qanunvericilik müddəaları siyasi partiyaların, dini qrupların, bizneslərin və QHT-lərin fəaliyyətini məhdudlaşdırırdı, o cümlədən QHT-lərin Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsini tələb edir. Qanun hökumətin QHT-lərin qeydiyyatı ilə bağlı müraciətləri qəbul etdikdən sonra 30 gün ərzində hərəkətə keçməsini tələb etsə də, qeyri-müəyyən, ağır və qeyri-şəffaf qeydiyyat prosedurları vətəndaşların birləşmək hüququnu məhdudlaşdıran uzun gecikmələrlə nəticələnir.

Yeni nazirin bu problemi həll etməsi üçün iradəsinin olacağını da zaman göstərəcək.

Vətəndaş cəmiyyəti quruculuğu ilə məşğul olmaq istəyənlər isə gözləmək qalır.

Elmar Elnuroğlu
 
Ardını oxu...
Vasif Talıbovun zamanında iməclik adlı məcburi əmək vardı. Məcburi və müftə əmək hüquqi ədəbiyyatda qul əməyi sayıldığından həmişə buna qarşı çıxmışam. Yenə də o qənaətdəyəm ki, iməcliklər könüllülük əsasında olmalıdır. Kim istəyərsə, iməcliyə çıxar, kim istəməsə, istirahət hüququndan istifadə edər.
“Xan” getdi, “canişin” gəldi. Naxçıvanlıların məcburi iməcliyi isə yenə bitmədi. Özü də şair demişkən;
“Davam edir 37,
Daha kəskin, daha ciddi”.
Naxçıvandan aldığım məlumata görə, “canişin” administrasiyası artıq bir neçə gündür ki, sadə vətəndaşları məcburi əməyə cəlb edib. Üstəlik, “xan” dövründən fərqli olaraq, indi Naxçıvan məmurları eynilə Hindistan vətəndaşları kimi müxtəlif kastlara bölünüb: Bakıdan gələnlərə və Naxçıvanda yaşayanlara. Bakıdan gələn ali kastın nümayəndələri iməcliyə qatılmazlar. Onlar uzaqbaşı Sədərəkdə əllərində üzüm tingi tutub şəkil çəkdirərlər. Və özlərini nazir-rəncbər kimi göstərərlər. Zavallı Naxçıvanda yaşayanlar isə mütləq iməcliyə getməlidirlər.
Məlumata görə, bu gün iməclik sırası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin imiş.
Vergilər Xidmətinin əməkdaşlarına da tapşırıblar ki, bu gündən onların da növbəsi başlayır. Xidmətin əməkdaşları şöbə-şöbə müəyyənləşdirilmiş ərazilərə gedəcək və oraları suvaracaqlar.
Miqrasiya Xidmətinin növbəsi hələ gəlməyib. Görünür, Vasif Talıbovun böyük oğlu Rzanın üzü suyu hörmətinə, onun kurasiyasında olan bu xidməti mövsüm bitənə saxlayırlar. O vaxta qədər mümkündür ki, iməcliyə ehtiyac qalmasın.
Prokurorluq orqanları da hələ ki iməclikdən yayınan zümrələrdəndir. Necə olsa, onlar dövlətin ittihamçılarıdırlar axı. İməclikdə istiyə düşərlər, fransızı rusdan ayıra bilməzlər, strateji müttəfiqlərimizə ayıb olar.
Amma dövlət hakimiyyətinin 3 qolundan biri sayılan Məhkəmə sistemi Naxçıvanda aşağı kastın nümayəndələri sayıldığından hakimlər nəyi var, iməcliklə sınağa çəkiliblər və s.
Ən maraqlısı isə odur ki, Naxçıvanda İməclik nazirliyi kimi tanınan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Vergilər Xidməti, Məhkəmə sistemi və s. kimi aşağı kastın nümayəndələrinə barmaq silkələyiblər. İsmarış göndərib ki, gəlib sahələrdə monitorinq aparacaqlar. Kim pis işləsə, özündən küssün.
Heydər Oğuz
TEREF
 

Ardını oxu...
TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada ittiham olunur.

Dia-az.info xəbər verir ki, bu barədə Nocomment.az saytı mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın direktoru Barat Yusubov tərəfindən təyin olunmuş yeni Daxili Mühafizə rəisi Novruzov Bəxtiyar Əhmədxan oğlu və daha 2 mühafizəçi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.

Saxlanılan digər 2 mühafizəçi müəyyən dindirilmələrdən sonra sərbəst buraxılıb.

Ardını oxu...

İlkin versiyalara görə, mühafizə rəisi klinikaya daxil olan firmalardan və vətəndaşlardan qeyri-qanuni şəkildə pul almaqda ittiham olunur. Mənbə qeyd edir ki, bu mühafizə rəisi Klinikanın direktoru Barat Yusubovun qohumudur.

Xatırladaq ki, TƏBİB-in tabeliyindəki “Yeni Klinika” tibb müəssisəsində keçən ilin avqust ayında rəhbərlik dəyişib. Bu dəyişiklikdən sonra ölkənin ən böyük səhiyyə ocağında baş verən proseslər isə heç də ürəkaçan deyil. Bir ay ərzində mərkəzin Daxili Mühafizə Xidmətinin rəisi də başda olmaqla, 10-a yaxın əməkdaş işdən çıxarılıb. Belə ki, Barat Yusubov klinikanın yeni direktoru təyin edildikdən sonra əksəriyyəti qazi və veteranlardan ibarət olan mühafizəçilər öz ərizələri ilə işdən ayrılıblar.

Klinikanın təhlükəsizlik xidməti şöbəsinin müdiri, polkovnik-leytenant Coşqun Məmmədov TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun xidməti maşınının qapısını açmadığına görə Barat Yusubovun qəzəbinə tuş gəlib. Bu, o Coşqun Məmmədovdur ki, 44 günlük Vətən müharibəsindəki xidmətlərinə görə müxtəlif orden və medallarla təltif edilib.
 

Dünyapress TV

Xəbər lenti