“Azercell” paylaşdığı elana görə “2” aldı – Fotofakt
“Azercell” Telekomun filial binasında iş saatları və qeyri-iş günləri ilə bağlı yerləşdirdikləri elan gülüş obyektinə çevrilib.

Tribunainfo.az xəbər verir ki, “Azercell”in yazı səhvini “Grammar Azi” səhifəsi paylaşıb. Kiçik bir elanda qrammatik səhvlərin çoxluğu diqqət çəkib. Belə ki, elanda “şənbə” sözü yazının ortasında olduğu halda böyük hərflə yazılıb.
Həmçinin “bazar”, “bayram” və “ümumxalq hüzn günləri” sözləri də kiçik hərflə yazılmalı olduğu halda böyük hərflərlə yazılıb.
Elanın sonunda isə “Azercell” qeyri-iş günləri sözü əvəzinə “qeyri-rəsmi iş günləri” sözünü yazıb ki, bu da düzgün ifadə deyil.

Qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-04_1714319627_1.jpg
 

Dünyapress TV

Xəbər lenti