Gəncə şəhər sakini Həsənov Arzu Məqsəd oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, 1993-1995-ci illərdə müharibədə olub, lakin 30 ildir veteran statusu ala bilmir:
“Mən, Həsənov Arzu Məqsəd oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
30 ildir veteranlığımı ala bilmirəm. Yazmadığım, müraciət etmədiyim qurum qalmayıb. Hər ay iynə-dərman qəbul edirəm. 3 il müharibədə olmuşam, canımı qoymuşam. Hal-hazırdada səhhətimdə problem çoxdur.
Bundan əlavə, Məşğulluq İdarəsindəndə qeydiyyatdan keçmişəm. Məşğulluq İdarəsindən gələn nümayəndələr evə baxış keçirdi, həyətdə olan tövləni də yazdılar. 15-20 gün sonra yenidən cavab üçün müraciət etdikdə, bildirdilər ki, sənin şəraitin olmadığına görə sənə heyvan düşmür. Həyətdə tövləm var, nəyini bəyənməyiblər, bilmədik. Heyvanlar üçün villa tikməliyəm? Bəlkə həmin gün 50-dən çox şəkil çəkdilər, Sahil Babayev o şəkillərə baxanda tövləni niyə görməyib, görəsən?" Şikayətçinin saytımıza göndərdiyi video-müraciəti olduğu kimi sizlərə təqdim edirik.
Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.