Ardını oxu...
Bu il iyunun 1-nə Azərbaycan banklarının depozit portfeli 37 milyard 471,6 milyon manat təşkil edib.

"Cebhe.info" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,2 % az, ilin əvvəlinə nisbətən 1,4 % çox, illik müqayisədə isə 5,9 % çoxdur.

Bunun 56,5 %-i, yaxud 21 milyard 164,4 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 4,5 % çoxdur.

İl ərzində ev təsərrüfatlarının əmanətləri 10,3 % artaraq 13 milyard 678,7 milyon manata çatıb, maliyyə təşkilatlarının depozitləri isə 3,7 % azalaraq 2 milyard 628,5 milyon manata düşüb.

Hesabat dövründə cəmi depozitlərin 22 milyard 563,8 milyon manatı (il ərzində 5,2 % azalıb) qısamüddətli, 14 milyard 907,7 milyon manatı (28,7 % artıb) isə uzunmüddətli olub.

Ölkədə 22 bank fəaliyyət göstərir.

Məsələ ilə bağlı iqtisadçı Akif Nəsirli "Cebhe.info"-ya açıqlamasında bildirib ki, inflyasiya sürətlənəndə əhali depozitlərini geri çəkərək onu müxtəlif vasitələrlə qorumağa çalışır:

"Amma inflyasiya zəifləyəndə bu tendensiya depozitlərin artmasını stimullaşdırır. Yəni inflyasiya olanda depozitlərin üzərinə gələn faizlər nominal dəyərdə qalır, real dəyəri itir. Amma inflyasiya zəifləyəndə tendensiya əksinə olur, insanlar depozit qoymağa daha çox üstünlük verirlər".

Ekspert bildirib ki, depozitlərin artmasının əsas səbəbi ölkədə ötən ilin 4-cü rübündən başlayaraq inflyasiyanın sabitləşməsi ilə bağlıdır:

"Hazırda sabit inflyasiya şəraiti olduğu üçün depozitlərin artması təbii haldır".
 
Ardını oxu...
Bu gün Baku İD festivalında nazirlər, təşkilatçılar vençur bazarın inkişaf etdirilməsinin zəruruliyindən danışırdılar.
Neçə günlərdir biz də yazırıq ki, keçmiş sovetlər birliyində vençur bazarın ən zəif inkişaf etdiyi 3 ölkə içərisində biz də varıq.
Yəni ötən il Azərbaycanın yeganə vençur fondu olan Caucasus Ventures cəmi 1 milyon dollar yatırım edib, Ukrayna 300 milyondan çox, Qazaxıstan 80 milyon, Ermənistan 124 milyon, Gürcüstan 25 milyon vençur katipalını investisiya ediblər.
Maraqlıdır ki, indi bu 1 milyonu yatıran "yetim" fondumuzun hesablaşmalarına da Mərkəzi Bank hansısa bir səhv taparaq blok qoyub.
Görən, 1 milyonluq yatırımlara blok qoyan MB, ETN-nin və İN-nin xeyir duasıyla yaradılacaq SABAH.HUB-ın və SOCAR-ın 25 milyonluq vençur fonduna necə icazə verəcək ?
Yeri gəlmişkən, tədbirdə bir anlıq düşündüm ki, startaplarımıza dəstəklə bağlı balaca bir İŞIQ gələn yerin qapanması üçün görəsən KİM əmma tapa bilib, KİM bu tranzaksiya qüsurunu aşkarlayıb görən ?
Çox maraqlıdır.
Əslində burada Mərkəzi Bankı gözümçıxdıya salmaq fikirm yoxdur. Ən azı 7 il ortalıqda dövr edən “Ödəniş sistemləri ” ilə bağlı qanun layihəsini qəbul etdirən, bir çox innovativ addımlar atan MB-ni bu məsələdə aşağılamaq doğru olmazdı.
Özüm də bir qədər araşdırıb gördüm ki, Caucasus Venturs-in tranzaksiyalarında MB-nin blok qoyması üçün müəyyən əsaslar ola biləcək məqamlar var.
Gərək təşkilatçılar, Fondun, İRİA-nın hüquqşünasları zamanında bunu görəydilər.
Hər halda, ümid edirəm MB qaydaları təkmilləşdirib bloku tez bir zamanda aradan qaldıra biləcək.
Amma , istənilən halda, vençurla bağlı maliyyə sistemimizdə İŞIQ GƏLƏN balaca bir deşikdəki əmmanı tapan, oradakı qüsurları aşkar edən kimdirsə ONU yadda saxlamaq, dövlətçilik və maliyyə intizamı üçün çox faydalı olardı
Ardını oxu...
Bu ilin may ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 60 % artaraq – 6 milyard 259 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 5 milyard 245,6 milyon manatı (83,8 %) elektron ticarətin payına düşüb.

Qalan məbləğin 1 003,3 milyon manatı POS-terminallar, 9 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının həcminin 62,2 %-ni təşkil edib.

Bu il iyunun 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 17 milyon 867 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 1,1 %, ilin əvvəlinə nisbətən 5,6 %, illik müqayisədə isə 21,2 % çoxdur.

Son 1 ildə ölkədə debet kartlarının sayı 22,1 % artaraq 15,585 milyona, kredit kartlarının sayı isə 15,3 % artaraq 2,282 milyona çatıb. Bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 9,514 milyard manat (illik müqayisədə 35,1 % çox) və 701 milyon manat (37,2 % çox) təşkil edib.

Hesabat dövründə ölkədə bankomatların sayı 1,9 %, POS-terminalların sayı isə 17,7 % artaraq müvafiq olaraq 3 134 ədəd (Bakı üzrə 1 648 ədəd) və 94 719 ədəd (Bakı üzrə 61 136 ədəd) təşkil edib.

Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur – “Visa İnternational”, “MasterCard İnternational”, “American Express”, “Diners Club İnternational” və “JCB Card”dır. Bu maliyyə qiqantları Azərbaycan bankları ilə də əməkdaşlıq edir.
 
Ardını oxu...
Ötən il Dövlət Neft Şirkətinin (SOCAR) ümumi gəlirləri əvvəlki illə müqayisədə 34 milyard manat azalaraq 85 milyard 201 milyon manat olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat SOCAR-ın açıqladığı illik maliyyə hesabatında yer alıb.
Qeyd olunur ki, SOCAR-ın əldə etdiyi gəlirlərin 58,6 milyard manatı İsveçrədən, 5,1 milyard manatı Türkiyədən, 3,2 milyard manatı Azərbaycandan, 5,6 milyard manatı BƏƏ-dən, 1,6 milyardı isə Gürcüstandan daxil olub.
Gəlirlərin 48,9 milyard manatı xam neftdən, 19 milyard manatı neft məhsullarından, 9,6 milyard manatı təbii qazdan, 4,6 milyard manatı isə neft-kimya məhsullarından əldə olunub.

Onu da bildirək ki, SOCAR-ın il ərzində əldə etdiyi 85,2 milyard manat gəlirin 83,6 milyard manatı xərclənib. Nəticədə SOCAR-ın illik xalis mənfəəti 2,1 milyard manat olub. Əvvəlki illə müqayisədə xalis mənfəət 4,5 dəfə azalıb. Belə ki, 2022-ci ildə SOCAR-ın xalis mənfəəti 9,4 milyard manat olub.
 
Ardını oxu...
Azərbaycanda yaxın vaxtlarda "Aİ-92" markalı benzin və dizelin bahalaşacağı ilə bağlı məlumatlar yayılıb. Buna səbəb kimi isə daxili bazarda elektromobillərə keçidi sürətləndirmək göstərilir. Artıq “Aİ-92” markalı benzinin və dizelin qiymətinin nə qədər artacağı məlum olub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, artımın 10-15 qəpik aralığında olacağı nəzərdə tutulub.

Yaxın günlərdə artımın baş verəcəyi gözlənilir.

Qeyd edək ki, hazırda ölkədə “Aİ-92” markalı benzinin 1 litrinin pərakəndə satış qiyməti 1 manat, dizelin qiyməti isə 80 qəpikdir.

Xatırladaq ki, Azərbaycanda elektromobillərə tələbat artıb. Bu ilin yanvar-may aylarında Azərbaycana ümumilikdə 53,5 milyon dollar dəyərində 1250 ədəd elektrikli avtomobil idxal olunub. Belə ki, son illərdə elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində 2023-cü ildə ölkədəki hibrid avtomobillərinin sayı 2022-ci illə müqayisədə 11917 ədəd və ya 39,5 faiz, elektrik mühərrikli avtomobillərin sayı isə 2542 ədəd və ya 5,5 dəfə artıb.

Nəticədə avtomobillərdən atmosfer havasına daha çox çirkləndirici maddələrin atılmasının qarşısı alınıb. Ötən il ölkədə stasionar mənbələrdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 2022-ci illə müqayisədə 8,8 faiz azalıb.
 
Ardını oxu...
Qanunvericiliyə edilən dəyişiklikliyə görə, 2023-cü ilin oktyabrın 1-dən sonra tikilən evlərin müvafiq icazə sənədi olmadığı halda fərdi və qeyri-yaşayış evləri elektrik, istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmur.

İcazə sənədi üçün isə başlıca tələb torpaq sahəsinin çıxarışının olmasıdır.

Əmlakçı Vüqar İsmayılovun sözlərinə görə, mövcud vəziyyətlə əlaqədar Bakıda keçən illə müqayisədə torpaq sahələrinin qiymətində artım müşahidə olunur.

"Ən ucuz torpaq sahələri Qobustan və Pirəkəşküldədir. Bu ərazilərdə torpağın sotu 1000 manatdan başlayır", - deyə o əlavə edib.

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev də təsdiqləyir ki, hazırda tələbat sənədli torpaqlaradır ki, bu da qiymətlərin artmasına səbəb olub:

"Paytaxtın mərkəzi və mərkəzə yaxın ərazilərində torpaq sahəsinin 1 sotunun qiyməti 200-500 min manat arasında dəyişir".

Daha ətraflı Baku TV-nin materialında:

 

Ardını oxu...
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş rəhbərliyinə ümumilikdə 1,699 milyon manat əməkhaqqı ödənilib.

İndex.az xəbər verir ki, bu barədə SOCAR-ın konsolidasiya edilmiş maliyyə hesabatında bildirilib. Bu, 2022-ci illə müqayisədə 7,9% azdır.

Məlumata görə, baş rəhbərliyin üzvləri təsdiqlənmiş əməkhaqqı cədvəlinə uyğun olaraq əməkhaqqı və mükafatlar, eləcə də Qrupun müəyyən şirkətlərində Direktorlar Şurasının üzvləri olduqlarına görə ödənişlər almaq hüququna malikdirlər.

Qeyd edək ki, bu il yanvarın 1-nə qrupun baş rəhbərliyinə SOCAR-ın prezidenti və 10 vitse-prezident (2022-ci ildə – şirkətin prezidenti, onun birinci vitse-prezidenti və 9 vitse-prezident) daxildir. Qrupun baş rəhbərliyinin bütün üzvləri Azərbaycan Prezidenti tərəfindən təyin edilir.
 
 
 
Ardını oxu...
Son illər türk lirəsinin ucuzlaşması Azərbaycan valyutasını Türkiyənin milli valyutası ilə müqayisədə daha dəyərli edib.

Baku.ws xəbər verir ki, manat son dalğalanma ilə Lirə qarşısında rekord qıraraq 19,38 kuruşa yüksəlib. Bu, Türkiyədən alış-verişi Azərbaycan vətəndaşları üçün cəlbedici edib.

Valyuta bahalaşdıqca Azərbaycan vətəndaşları kütləvi şəkildə İğdıra gələrək yemək, içki və geyim alış-verişlərini artırıblar.

Naxçıvan Muxtar Respublikasında və Azərbaycanda alış-veriş etməyənlər İğdıra gəlir, ucuz alış-veriş edib öz ölkələrinə qayıdırlar.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, yaxın vaxtlarda Azərbaycanda “Aİ-92” markalı benzin və dizelin bahalaşacağı qeyd olunur.
Bu barədə “Bakinski Burila” Teleqram kanalı məlumat yayıb.

Yayılan məlumatlara görə, qiymət artımı təxminən 20 qəpik olacaq.

Milli Məclisin deputatı Vüqar Bayramov Referans.az-a açıqlamasında yayılan məlumatların reallığa uyğun olub-olmaması ilə bağlı danışıb.

“Aİ-92 markalı benzinin, eləcə də, dizel yanacağının qiymətləri Tarif Şurası tərəfindən tənzimlənir. Tarif Şurası məhz həmin məhsulların qiymətlərinin müəyyən olunmasına məsul olan qurumdur. Bu məhsulların qiyməti inzibati olaraq müəyyənləşir. Əvvəlki dövrlərdə bu və bu kimi digər qiyməti tənzimlənən məhsullarla bağlı qərarlar da Tarif Şurası tərəfindən verilib. Buna görə də Aİ-92 markalı benzinin qiymətinin növbəti dövrlərdə necə dəyişəcəyi Tarif Şurasının qərarından asılıdır”.

Deputat bildirib ki, Aİ-95 markalı benzinin yerli istehsalata keçilməsi də zamanla bütün növ yanacaq qiymətlərinin dəyişməsinə zəmin yarada bilər.
“Bütün bunlarla yanaşı bizim yanaşmamız bundan ibarətdir ki, elektrik avtomobillərinin idxalı, eləcə də, istifadəsi ilə bağlı təşviqedici alətlərdən istifadəsinə daha çox gərək var. Bununla bağlı vergi güzəştləri var. Vergi güzəştləri dairəsinin daha çox genişləndirilməsi və elektrik maşınların daha çox təklif edilməsi məqsədəuyğundur. Eyni zamanda Aİ-95 markalı benzinin istehsalına artıq yeni başlanıb. Yerli istehsalatdan sonra daha məqsədəuyğundur ki, Aİ-95 markalı benzinin qiymətində azalmalara nail olunsun. Bu da indiki halda Aİ-95 benzinindən daha çox istifadəyə gətirib çıxarsın. Bu gün Azərbaycanda Aİ-95 və Aİ-92 markalı benzinin qiymətləri arasında 2 dəfəyə qədər fərq müşahidə olunur. Aİ-95 markalı benzinin qiymətinin enməsi ekoloji baxımdan daha keyfiyyətli və təmiz yanacaq növünə tələbi artıra bilər”.



Fidan Vəlisoy
 
Ardını oxu...
İlk beş ayda zənginlərdən yığılan vergi hesabına federal büdcəyə 57 milyard rubldan çox vəsait daxil olub.
Bu barədə “İzvestiya” Federal Gömrük Xidmətinə (FTS) istinadən yazır.
Söhbət illik gəliri beş milyon rubl və ya daha çox olan ruslar tərəfindən ödənilən fərdi gəlir vergisindən gedir. Onlar üçün bu nisbət 15 faizdir. İlin əvvəlindən büdcənin bu maddəsi üzrə daxilolmalar 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə artıb. İlin sonunda bu məbləğ 176 milyard rubla çata bilər.
Qəzetə müsahibə verən ekspertlərin fikrincə, illik gəliri beş milyon rublu keçən rusların sayı bu il artıb və bu, ötən illə müqayisədə daha sürətlə baş verir.
Dövlət Dumasına edilən dəyişikliklərdə hökumətin təklif etdiyi fərdi gəlir vergisinin miqyası 22% səviyyəsi ilə məhdudlaşır, baxmayaraq ki, müzakirələr zamanı deputatlar və ictimai fəallar tərəfindən varlılar üçün verginin daha da artırılması ilə bağlı tövsiyələr səslənib. Bu barədə daha əvvəl maliyyə nazirinin müavini Aleksey Sazanov bildirib.\\Publika.az
 

Dünyapress TV

Xəbər lenti