Ardını oxu...
“Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Dia-az.İnfo xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddasinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

İş Bakı Şəhəri Nizami Rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın icraatındadır.
 
Ardını oxu...
Dollara tələbat durmadan artır. 2024-cü ilin yanvar-may aylarında Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən 37 valyuta hərracında ümumilikdə banklara 2 milyard 968 milyon ABŞ dolları satılıb.

Satılan dolların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə çoxdur. Belə ki, ötən ilin yanvar-may aylarında keçirilən valyuta hərraclarında banklara cəmi 1 milyard 492,4 milyon ABŞ dolları satılıb.

May ayında keçirilən yeddi hərracda isə valyuta satışının məbləği 558,6 milyon dollar təşkil edib. Bu da ötən ilin may ayındakı satışlardan iki dəfə yüksəkdir.

Azərbaycanda əhalinin banklardan əldə etdiyi nağd ABŞ dollarına tələbi də kəskin artıb. Belə ki, 2024-cü ilin yanvar-mart ayları ərzində banklar əhaliyə nağd 931,3 milyon ABŞ dolları satıblar. Bu da illik müqayisədə 491,5 milyon manat və ya 112 faiz (2 dəfə) artım deməkdir.

Aylar üzrə götürsək, 2024-cü ilin yanvarında əhali banklardan 211,5 milyon dollar, fevralında 499,58 milyon dollar, martında isə 220,21 milyon dollar nağd alış edib. 2023-cü ilin ilk rübündə əhali banklardan nağd 439,78 milyon dollar əldə etmişdi.

Birinci rübdə, həmçinin, bankların əhalidən dollar alışında azalma var. Belə ki, rüb ərzində banklar əhalidən 351,27 milyon dollar alıb. 2023-cü ilin eyni dövründə alışların həcmi 367,96 milyon dollar olmuşdu.

Bəs dollara artan tələbat devalvasiya riski yarada bilərmi?

Suala millət vəkili Vüqar Bayramov aydınlıq gətirib. O, Bizim.media-ya açıqlamasında bildirib ki, dollara tələbin yüksək olması dövlət xərcləmələrinin və idxalın artması ilə də bağlıdır:

"Məlumdur ki, dövlət xərcləmələri birmənalı şəkildə daha çox pulun dövriyyəyə daxil olması deməkdir. Bu zamansa həmin pul kütləsinin bir qismi idxal və yığım vasitəsi kimi dollar tələbinin yaranmasına gətirib çıxarır. Amma dekabr-yanvar-fevral ayları ilə müqayisədə biz prosesin Mərkəzi Bank tərəfindən daha çox nəzarətdə olduğunu və aylıq valyuta satışının, xüsusən də ilin əvvəllərindən nisbətən stabilləşməsini müşahidə edirik.

Təbii ki, Mərkəzi Bank ötən ilin sonlarında da, bu ilin əvvəllərində də prosesi nəzarətdə saxlaya bildi. AMB-nin intervensiya imkanları var. Bundan faydalanaraq prosesə təsir göstərə bilir. Amma yaxın gələcəkdə milli valyutanın məzənnəsinin dəyişməsi birmənalı şəkildə Mərkəzi Bankın mövqeyindən asılı olacaq.

Təbii ki, neftin dünya bazarındakı qiyməti də bütövlükdə valyuta tələbinə təsir göstərən faktorlardandır. Çünki neftin dünya qiyməti ölkəyə daxil olan valyutanın həcmini müəyyənləşdirir. Amma Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün milli valyutamızın növbəti dövr üçün kursu birmənalı şəkildə Mərkəzi Bankın mövqeyindən asılı olacaq".

Milli.Az
 
 
 
Ardını oxu...
“Məlum olduğu kimi, ölkədə minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəzlənməsi ilə bağlı təkliflər hazırlanır. Qeyd edim ki, aylıq minimum ödəniş sistemindən saatlıq ödəniş sisteminə keçid əmək haqqlarında dəyişikliyə səbəb olmayacaq. Artım o halda baş verəcək ki, minimumun həddi qaldırlsın. O da minimum həddə alanlara aid olacaq”.

Bu fikirləri Bakupost.az -a Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov deyib.
O bildirib ki, qanunvericilik sistemində bir çox məsələlər minimum əmək haqqına bağlıdr. Həmin qanunvericilik aktlarında da dəyişikliklər paket şəkilində hazırlanmalıdır:
“Bu bir günlük iş deyil. Çoxsaylı qanunvericilik aktları var, onlar dəyişməlidir: “Əgər bu gün bir şəxsə saata 5 manat təyin olunsa, bu, 8 saata 40 manat edir. Deməli, 13 gündə 400 manat, 23 gündə 800 manatı keçməlidir. Biz hələ ki buna hazır deyilik. Məsələn, bunu 2 manat eləmək olar ki, bu da kifayət qədər kiçik rəqəmdir”.
O əlavə edib ki, minimum əmək haqqı sosial normadır:
“Minimum əmək haqqının anlayışı Əmək Məcəlləsində belə verilir: Minimum əmək haqqı - iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir”.
 
Ardını oxu...
Səudiyyə Ərəbistanının neft şirkəti "Saudi Aramco"nun 12 milyard dollarlıq səhm satışı bir neçə saat ərzində tamamlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Məlumata görə, tələblər səhm üzrə 7,10 dollar və 7,73 dollar qiymət intervalında olub, lakin tələbin nə qədərinin xarici investorlardan gəldiyi bəlli deyil.

Hökumət "Aramco"nun səhmlərinin satışından əldə edilən gəliri "Vision 2030" layihələri üçün istifadə edəcək.
 
 
 
Ardını oxu...
Ötən il Rusiya banklarının xalis mənfəəti əhəmiyyətli dərəcədə artaraq 3,3 trilyon rubla çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.

2022-ci ildə kredit təşkilatlarının mənfəəti 0,2 trilyon rubl təşkil edib. 2021-ci ildə bu rəqəm 2,4 trilyon rubl olub.
 
Ardını oxu...
Bütün dünyada müəllimlər təhsil sistemlərinin təməl daşları hesab olunurlar. Bununla belə, müəllimlərin maaşları və iş şəraiti ölkədən ölkəyə çox dəyişə bilər. Ona görə də “ən çox maaş alan ölkə” adı zamanla dəyişə bilər.

Viral.az dünyada ən yüksək müəllim maaşına malik olduğuna inanılan bəzi ölkələri təqdim edir:

1. Sinqapur

Sinqapur təhsil sisteminə və müəllimlərə böyük önəm verən ölkə kimi tanınır. Müəllimlərin maaşları onların ixtisas və təcrübəsinin qiymətləndirilməsi yolu ilə müəyyən edilir ki, bu da əksər hallarda digər ölkələrlə müqayisədə daha yüksək maaşlarla nəticələnir. Bundan əlavə, Sinqapurda müəllim peşəsinə verilən hörmət və dəstək digər ölkələrlə müqayisədə kifayət qədər yüksəkdir.

2. Lüksemburq

Lüksemburq yüksək həyat standartları və güclü iqtisadiyyatı ilə tanınır. Bu da müəllimlərə yüksək maaş almağa imkan verir. Lüksemburqda müəllimlərə təhsil standartlarını qorumaq və yüksəltmək üçün daim dəstək verilir və bu, yüksək maaşla mükafatlandırılır.

3. İsveçrə

İsveçrə ümumiyyətlə yaşayış səviyyəsinin yüksək olması ilə tanınır, lakin bu, müəllimlərin maaşlarında da özünü göstərir. İsveçrədə müəllimlər ölkənin yüksək təhsil standartlarını qorumaq üçün böyük məsuliyyət daşıyırlar və buna görə də onların maaşları da digər ölkələrlə müqayisədə yüksəkdir.

Yekun olaraq

Görünür ki, dünyada ən çox müəllim maaşı verən ölkələr ümumiyyətlə iqtisadi rifah səviyyəsi yüksək olan ölkələrdir. Bununla belə, maaşlar sadəcə bir meyar deyil. Müəllimlərin iş şəraiti, təhsil imkanları, öz peşəsinə hörməti də önəmlidir. Hər bir ölkənin öz təhsil sistemi və prioritetləri olduğundan, ən yüksək maaş alan müəllimlərin olduğu ölkə zamanla dəyişə bilər. Ancaq önəmli olan müəllimlərin dəyərini və töhfəsini hər zaman dərk etməkdir.
 
Ardını oxu...
Bakıda quzu ətinin qiymətinin artmasıyla bağlı xəbərlər təsdiqini tapdı. Hazırda paytaxtın mərkəzindəki mağazalarda quzu ətinin bir kiloqramı 20, ətraf qəsəbələrdə isə 19 manata satılır.

Qəssablar quzu ətinin bahalaşmaqda davam edəcəyini bildiriblər: “Son bir həftədə aldığımız hər xırda baş heyvan üçün 20-25 manat əlavə vəsait ödəyirik”.

Qəssab Adil Quliyev Qurban bayramında quzu ətinin bir kiloqramının ən azı 21 manat olacağını bildirib. Onun sözlərinə görə, bahalaşma bayramdan sonra da davam edəcək: “Payızda quzu ətinin bir kiloqramı 25 manat olacaq”.

Qəssab qiymət artımını fermerlərlə əlaqələndirib. Bildirib ki, əvvəlki dövrlə müqayisədə indi diri heyvanı baha qiymətə alırlar. O, quzu ətinin bahalaşmasını rayonlarda xırda baş heyvan saxlayanların sayının azalması ilə izah edib./Yenisabah.az
 
Ardını oxu...
Qazaxıstanda Özbəkəli Janibekov adına SKPU-nun Arxeologiya Mərkəzinin mütəxəssisləri Kanqyu dövləti dövrünə aid məharətlə hazırlanmış qiymətli zinət əşyaları aşkar ediblər.
32gun.az bildirir ki, bu barədə Qazaxıstan Respublikası hökumətinin rəsmi portalı (GOV.KZ) xəbər verib. Bildirilir ki, artefaktlar Türküstan bölgəsindəki Tolebaytobe qəbiristanlığında üç kurqanda aparılan qazıntılar zamanı aşkar edilib.

Arxeoloqların fikrincə, tapılan əşyalar təxminən 2 min il əvvəl hazırlanıb.

Onların arasında alimlər Çin Han sülaləsinə aid dəyirmi bürünc güzgünü - çox nadir və bahalı əşyanı qeyd ediblər ki, ondan yalnız o dövrün ən zəngin və nüfuzlu adamları istifadə edə bilərdilər. Əvvəllər oxşar güzgülər yalnız Kuşan imperiyasının mərkəzinin yerləşdiyi müasir Əfqanıstan ərazisində və Cənubi Uraldakı Sarmat krallarının məzarlarında tapıldı.

Bundan əlavə, tədqiqatçılar aypara formasında, firuzəyi və yaqutlarla işlənmiş qızıl sırğalar tapdılar. Komanda həmçinin quş ovu üçün istifadə edilən ox uclarını, küpəni, kəmər tokasını, saç sancağını, bilərzikləri və digər qalıqları qazıb.

Alimlərin fikrincə, bütün bu əşyalar bir kurqanda aşkar edilib. Digər iki nəfərin müayinəsi onların uzun illər əvvəl talan edildiyini göstərib.

Tədqiqatçılar aydınlaşdırıblar ki, Kanqyu dövləti eramızdan əvvəl III əsrlə eramızın V əsrləri arasında mövcud olub, Orta Asiyada geniş əraziləri tutur. Ölkə Çin , Kuşan İmperiyası və hətta Qədim Roma ilə ticarət edirdi . Ancaq tarixçilər hələ də ölkənin etnik tərkibini və ya sakinlərinin danışdıqları dilləri dəqiq bilmirlər.
 
Ardını oxu...
Azərbaycanın avtomobil bazarında son illərdə ilk dəfə olaraq ucuzlaşma müşahidə edilir. Ekspertlərin fikrincə, bu tendensiya hələ bir müddət də davam edəcək. Hibrid və elektromobil avtomobillər bazara daxil olduqca, köhnə maşınların qiyməti daha da ucuzlaşacaq.

Mövzuyla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Son zamanlar paytaxtda mövcud olan tıxaclar, parkinq qiymətlərinin artması insanların şəxsi avtomobillərdən istifadəsini çətinləşdirib. Bu səbəbdən sanki zaman keçdikcə avtomobillərə maraq azalır. Məlum tendensiyanın ilkin əlamətləri özünü qiymətlərdə də göstərir. Son illərdə ilk dəfə olaraq ümumi avtomobil bazarında ucuzlaşma qeydə alınıb. Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən məlumat verilib. Belə ki, 10 min manatadək olan avtomobillərin qiyməti aprel ayında 8,2 faiz ucuzlaşıb. Aİ-95 markalı benzindən istifadə edən və daha bahalı avtomobillərə tələbin azalması müşahidə olunsa da, həmin avtomobillərin qiyməti dəyişməyib. Bəs bu ucuzlaşma prosesinin davamlı olması mümkündürmü?

Seçimlər dəyişir

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayevin sözlərinə görə, avtomobil bazarımızda ucuzlaşmaya son vaxtlar qəbul edilən qərarlar səbəb olub:

"Hazırda bütün dünyada elektrikli və hibrid avtomobillərə maraq artır. Yeni avtomobil almaq istəyən, yaxud avtomobilini yeniləyən şəxslər əvvəlcədən kiçik də olsa bazar araşdırması aparırlar. Eyni zamanda, taksi fəaliyyəti ilə bağlı qoyulan tələblər də avtomobil bazarımıza təsir edib. Yeni qaydalara görə köhnə avtomobillər artıq taksi xidməti göstərə bilməyəcək. Ona görə də sahibkarlar avtomobillərini satmağı üstün tuturlar. Satış artdığı zaman tələb və təklif qanunlarına görə qiymətin ucuzlaşması baş verir".

İri mühərrikli avtomobillər də ucuzlaşacaq

Y.Mustafayevin fikrincə, artıq köhnə avtomobillərin erası bitir:

"Avtomobil alanlar hibrid və elektromobilləri seçdiyinə görə, digər nəqliyyat vasitələrinin satışı hazırda çox azdır. Köhnə avtomobil satan şəxslər daha da ucuz qiymət qoyurlar ki, tez satılsın. Beləliklə, bu məsələlər ümumi avtomobil qiymətlərinə də ciddi təsir göstərir. Müşahidə olunan ucuzlaşma prosesi davam edəcək. Həmçinin irihəcmli mühərriki olan avtomobillərin də qiymətlərində enmə gözlənilir. Bu avtomobillərə də tələbat azalacağı üçün onların da qiyməti ucuzlaşacaq. Artıq tanınmış maşın istehsalçıları da öz seçimlərini hibrid və elektromobillər üzərindən edirlər. Çünki bazarın tələbi bu istiqamətdədir".

Yeni avtomobil gətirmək daha sərfəlidir

İqtisadçı Xalid Kərimli bildirdi ki, hazırda sahibkarlara yeni avtomobilləri gətirmək daha çox sərf edir:

"Hibrid və elektromobil avtomobillərə maraq ötən ildən başlayaraq sürətlə artıb. Bu avtomobillər gömrük rüsumundan da azad edilib. Xüsusən də yeni buraxılış olan bu avtomobillər ölkəmizə gətirilərkən heç bir rüsum ödənilmədiyi üçün onların qiyməti daha əlverişli olacaq. Həmin avtomobillər insanların büdcələrinə daha uyğun olduğu üçün bazarda da payları artır".

Qiyməti alıcı və satıcılar müəyyən etmir

X.Kərimli qeyd etdi ki, qiymətlərin ucuzlaşması qısamüddətlidir, bazarda yeni avtomobillər çoxaldıqca, zamanla qiymətlər də stabilləşəcək:

"Qiyməti ucuzlaşan avtomobillər köhnə maşınlardır. Hansı ki, onlar yeni qanuna qədər taksi parkında istifadə olunurdu. Artıq onlar təyinatı üzrə fəaliyyət göstərə bilməyəcəyinə görə kütləvi şəkildə bazara çıxarılırlar. Kütləvi təqdimat da istər-istəməz qiymətlərə öz təsirini göstərir. Bu tendensiya qısamüddətlidir. Sonra bazar yenidən stabilləşəcək. Çünki Azərbaycan bu avtomobilləri xaricdən idxal edir. Avtomobil bazarımızda qiymətləri alıcılar və satıcılar yox, əsasən gələn avtomobillərin dəyəri müəyyənləşdirir. Avtomobili gətirən sahibkar maşını sata biləcəyi halda gətirir. Görsələr ki, sata bilmirlər, bu avtomobilləri gətirməyəcəklər. Bu zaman artıq daha bahalı avtomobillər idxal ediləcək. Beləliklə, bazar stabilləşəcək. Gətirilən avtomobillərin dəyəri artacaq".

Rüsumlar olsa, qiymətlər yüksələcək

İqtisadçı Emin Qəribli isə hesab edir ki, köhnə avtomobillərin zamanla bazardan çıxması həm iqtisadiyyatımız, həm də ekologiyamız üçün müsbət addımdır:

"Avtomobillərin qiymətinin ucuzlaşması müsbət haldır. Hətta bu avtomobillərə idxal rüsumundan əlavə, vergilər də tətbiq edilməlidir. Bu qayda həmçinin böyük mühərrikli avtomobillərə də tətbiq olunmalıdır. Bütün dünyada bu tendensiya var. O zaman bu avtomobillərin qiyməti də artacaq".

Əsas alıcılar xanımlardır

Maşın satışı ilə məşğul olan Fikrət İbrahimov da bazardakı mövcud vəziyyəti təsdiqləyir:

"Bəli, avtomobillərin qiymətlərində ucuzlaşma mövcuddur. Demək olar ki, benzin və dizellə işləyən, iri mühərrikli bütün avtomobillərdə qiymət azalmasını görmək mümkündür. Çünki alıcılar daha çox hibrid və elektrikli avtomobillərə üstünlük verirlər. Hətta 10 min manatlıq maşını da satmaq mümkün deyil. Satıcılar qiymətləri müəyyən etsə də, alıcılıq qüvvəsi çox aşağıdır. İndi maşın alanların əksəriyyəti xanımlardır. Onların da seçimləri hibrid və elektromobil maşınlar olur".
 
Ardını oxu...
Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” Birliyinin külli miqdarda vergi borcunun olması üzə çıxıb.

32gun.az-ın əldə etdiyi məlumata görə, birliyin hazırki vergi borcu 3 milyon manatdan çoxdur (3124323.96 AZN).

Xatırladaq ki, 2022-ci ildən Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin direktoru vəzifəsinin icrası müvəqqəti olaraq general-mayor Kənan Aşurluya həvalə olunub.
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti