Ardını oxu...
Bu ilin ilk 4 ayı ərzində Azərbaycanda süd istehsalı ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 0,6% artaraq 701,9 min tona çatıb.

Yeniavaz.com Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlətlərarası Statistika Komitəsi tərəfindən açıqlanan statistik məlumatlara istinadən xəbər verir ki, hesabat dövrü ərzində süd istehsalında ən yüksək artım Belarusda olub – 8,2%. Bu ölkədə ilin ilk 4 ayında 2 milyon 865 min ton süd istehsal olunub.
Süd istehsalı MDB ölkələri arasında yalnız Moldova və Ermənistanda azalıb – müvafiq olaraq 0,2% və 3,5%.
Bu ilin ilk 4 ayında MDB ölkələrində süd istehsalı aşağıdakı kimi olub:
Belarus – 2 865 min ton (8,2% artım)
Tacikistan – 272,5 min ton (5,6% artım)
Qazaxıstan – 1 432 min ton (3,5 artım)
Özbəkistan – 1 986,9 min ton (3,3% artım)
Qırğızıstan – 431 min ton (2% artım)
Rusiya – 10 321,4 min ton (1,9% artım)
Azərbaycan – 701,9 min ton (0,6% artım)
Moldova – 51,6 min ton (0,2% azalma)
Ermənistan – 123,1 min ton (3,5% azalma)
 
Ardını oxu...
İyulun 17-dən Füzuli hava limanı uçuşlara başlayacaq. Bakı-Füzuli-Bakı marşrutu üzrə aviabiletlərin qiyməti bir tərəf üçün 78 manatdır. Uçuşlar həftədə iki dəfə keçiriləcək.

2022-ci ildə digər bir hava limanı – Zəngilan Beynəlxalq Hava Limanının açılışı olub.

Prezident İlham Əliyev keçən həftə Xocalı aeroportuna da baxış keçirib. Bildirib ki, gələn ildən Laçın hava limanı da istismara veriləcək.

Azərbaycanın digər bölgələrində də hava limanları var. Gəncə və Naxçıvan aeroportları fəaliyyət göstərsə də, Zaqatala, Lənkəran və Qəbələ hava limanları illərdir işləmir. Ancaq onların saxlanmasına hər il dövlət büdcəsindən vəsait ayrılır.

Bakı-Füzuli istiqamətində biletlərin qiymətinin bir tərəf üçün 78 manat olması isə birmənalı qarşılanmayıb.
Deputat: "Füzuliyə avtomobil ilə də getmək olar"
İqtisadçı, Milli Məclisin VI çağırış deputatı Rüfət Quliyev "Turan"a bildirib ki, AZAL bu reyslərə hələ təzə başlayır və işğaldan azad olunmuş ərazilərə uçuşlarla bağlı qiymət siyasəti tam təsdiqlənməyib: "Ola bilsin ki, bu ərazilərə getmək istəyən insanların axını güclənəcək və qiymətlər aşağı düşəcək".

O hesab edir ki, hava limanlarını qismən icarəyə vermək olar, digər aviaşirkətlərlə də müqavilələr bağlamaq mümkündür.

Deputat aeroportların strateji infrastruktur olmasını da xatırladıb: "Unutmaq lazım deyil ki, hava limanları strateji infrastrukturdur və ermənilərin revanşist hissəsinin hər hansı fikirləri olarsa, həmin aeroportlar çox vacib rol oynayacaq".

Qiymət məsələsinə gəlincə, R.Quliyev deyib ki, aviareyslərin alternativi var: "Avtomobil yolu ilə də Füzuliyə getmək olar. Amma buna sərf olunan benzini hesablasaq, bunun nə dərəcədə sərfəli olacağını demək çətindir. Yəqin ki, ailə üçün maşınla getmək daha sərfəli olacaq. Bazar iqtisadiyyatının öz bazar qanunları var, halbuki dövlət onları müxtəlif üsullarla tənzimləyir. Düşünürəm ki, başlanğıc üçün təyin olunan qiymət heç də pis deyil".
AZAL-a rəqib olmadığına görə qiyməti özü müəyyənləşdirir
İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, regionlarda olan hava limanlarının rentabelli olması üçün onları böyük şirkətlərə icarəyə verməkdən başqa yol yoxdur: "Qarabağ strateji nöqtə olduğundan, bəlkə də, orada tikilən hava limanlarının icarəyə verilməsi problem yarada bilər. Amma Lənkəranda, Qəbələdə, Zaqatalada, Gəncədə olan aeroportların xarici loukost şirkətlərə onların işinə qarışmamaq şərti ilə icarəyə verilməsi daha doğru olar. Bu, uçuşların sayını artıra bilər".

Qiymət siyasətinə gəlincə, ekspert qeyd edib ki, bölgələrə uçuşu tək AZAL şirkəti həyata keçirir: "Burada rəqib yoxdur və şirkət özü qiyməti təyin edir. İllərdir Naxçıvan istiqaməti üçün dövlət büdcəsindən dotasiyalar ayrılır. İndi burada da belə situasiya yarana bilər. Təklif olunan qiymət – 78 manat həqiqətən bahadır, Avropada bir ölkədən o biri ölkəyə uzun məsafəyə uçuşlar bu qiymətədir. Belə bir qiymət qalarsa, reyslərin həmişə dolu olmadığına görə AZAL, yəqin, dotasiya istəyəcək. Dotasiya verilərsə, daha ucuz etmək olar".

İqtisadçı düşünür ki, Qarabağdakı hava limanları bir neçə il digər bölgədəki aeroportlardan daha rentabelli olacaq: "Qarabağa ciddi maraq var. Ola bilər ki, bir müddət həm xaricdə yaşayan azərbaycanlılar, həm də ölkədə yaşayan soydaşlarımız həmin hava limanlardan istifadə edərək müəyyən qədər canlanma yarada bilərlər. Amma daimi daxili turizmi canlı tutmaq üçün tək qiymət siyasəti də yetərli olmayacaq".
 
Ardını oxu...
Orta aylıq əmək haqqına görə, Ermənistan Cənubi Qafqazda 1-ci(541 dollar), Gürcüstan 2-ci yerdə(534 dollar), Azərbaycan isə(494 dollar) 3-cü yerdədir.

Gürcütan və Ermənistanda qiymətlər Azərbaycanla müqayisədə 2 dəfə ucuzdur.

Gürcüstan və Ermənistanda bir nəfər loru dildə desək bir ildə 63 kiloqram, Azərbaycanda 43 kiloqram ət yeyir.

 
Ardını oxu...
Son 10 ildə Azərbaycanda ən çox bahalanan məhsullar arasında məişət avadanlıqları da yer almaqdadır.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2014-cü illə müqayisədə 2024-cü ildə məişət avadanlıqları təxminən 2 dəfə bahalanıb.
Bu illər ərzində ən çox bahalanan tozsoran olub. Tozsoranın qiyməti son 10 ildə 2,6 dəfə artıb.
Bəzi məişət avadanlıqlarının qiyməti son 10 ildə aşağıdakı kimi dəyişib:

May 2014-cü il May 2024-cü il
Soyuducu 431 manat 945 manat
Paltaryuyan maşın 414 manat 740 manat
Qaz piltəsi 266 manat 365 manat
Tozsoranlar 64 manat 170 manat
Şirəsıxan 46 manat 105 manat
Elektrik ütüsü 26 manat 64 manat
Ventilyatorlar 22 manat 40 manat
Miktodalğalı soba 129 manat 201 manat
Mikser 25 manat 57 manat
Elektrik çaydanları 19 manat 40 manat
 
Ardını oxu...
Azərbaycanda rəqabət mühitini tənzimləyən yeni sənəd - Rəqabət Məcəlləsi qüvvəyə minib.

Ekspertlər hesab edirlər ki, Məcəllənin qəbulu istehlak bazarında rəqabəti gücləndirəcək, bir sıra ərzaq və digər idxal məhsullarının qiyməti ucuzlaşacaq.

İqtisadçı Eyyub Kərimli "Xəzər Xəbər"ə bildirib ki, iyulun 1-dən etibarən qüvvəyə minən Rəqabət Məcəlləsi orta müddətli dövrdə istehlak bazarında yeni qiymətlər formalaşdıracaq.

İqtisadçı hesab edir ki, qiymət dəyişikliyi bir müddət sonra daha aydın müşahidə olunacaq.

Ekspert onu da qeyd edib ki, Məcəllənin qəbulu xüsusən də kiçik və orta sahibkarlar üçün yeni imkanlar yaradacaq.

 
 
 
Ardını oxu...
Bazarlar inhisarçılardan nə zaman azad ediləcək?

Azərbaycanda dövlət hesabına aqrar istehsalın dəstəklənməsinə hər il yüz milyonlarla manat vəsait sərf olunur. Ölkə boyu, demək olar ki, bütün növ meyvə-tərəvəz əkinlərinə dövlət tərəfindən subsidiya verilir. Rəsmi statistikaya əsasən, dövlət dəstəyi Azərbaycanda kənd təsərrüfatında davamlı iqtisadi artıma nail olunmasına imkan verib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü il üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 12 milyard 210,6 milyon manat təşkil edib ki, onun da 6 milyard 276,7 milyon manatı heyvandarlıq, 5 milyard 933,9 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. 2022-ci illə müqayisədə kənd təsərrüfatının istehsalı 3,0 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,2 faiz, bitkiçilik məhsulları üzrə isə 2,7 faiz artıb.

Ötən il 1 milyon 10,5 min ton və ya 2022-ci ilə nisbətən 5,9 faiz az kartof, 1 milyon 825,6 min ton (0,1 faiz çox) tərəvəz, 438,2 min ton (6,6 faiz az) bostan məhsulları, 1 milyon 261,3 min ton (0,7 faiz çox) meyvə və giləmeyvə, 224,5 min ton (5,6 faiz çox) üzüm istehsalı qeydə alınıb.

2024-cü ilin yanvar-may ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 3352,4 milyon manat təşkil edib. Bunun 2 milyard 569,4 milyon manatı heyvandarlıq, 783,0 milyon manatı bitkiçilik məhsullarının payına düşür. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,1 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 1,7 faiz, bitkiçilik məhsulları üzrə 7,4 faiz artıb. İyun ayının 1-nə kimi sahələrdən 160,2 min ton (6,9 faiz az) kartof, 429,4 min ton (11,5 faiz çox) tərəvəz, 33,6 min ton (14,2 faiz çox) meyvə və giləmeyvə yığılıb.

Azərbaycanın qeyri-neft ixracının əsasında da kənd təsərrüfatı məhsulları, xüsusilə də meyvə-tərəvəz dayanır. 2023-cü ilin yanvar-dekabr ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 6,2 faiz artaraq 969,2 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artaraq 201 milyon ABŞ dolları təşkil edib. Bu isə o deməkdir ki, ötən il kənd təsərrüfatı məhsullarının ixracı 768,2 milyon dollara bərabər olub.

Dövlət Gömrük Komitəsinin statistikasına əsasən bu ilin 5 ayında 251 milyon 280.90 min dollar dəyərində 230 907.40 ton meyvə-tərəvəz ixrac olunub. Ötən ilin eyni dövründə meyvə-tərəvəz ixrac ı 241 milyon 967.98 min dollar dəyərində 238 893.01 ton olmuşdu. Bu dövrdə meyvə-tərəvəzin idxalı 144 milyon 278.65 min dollar dəyərlə 211 868.92 ton təşkil edib. Ötən ilin eyni dövründə idxal 113 milyon 344.53 min dollar dəyərində 179 944.47 ton olmuşdu.

Ayrı-ayrı məhsullara nəzər salsaq, 2024-cü ilin yanvar-may aylarında Azərbaycandan 108 milyon 587 min dollar dəyərində 86 min 67 ton pomidor ixrac olunub. Pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 17 milyon 115 min dollar və ya 19 faiz miqdar ifadəsilə 7 min 991 ton və ya 10 faiz artıb. 2023-cü ilin ilk 5 ayında isə Azərbaycandan 91 milyon 472 min dollar dəyərində 78 min 76 ton pomidor ixrac olunmuşdu...

Beləliklə, illər boyu kənd təsərrüfatı istehsalı artır, ixrac artır, eyni zamanda Azərbaycanın nəbzi döyünən Bakı şəhərində qiymətlər də durmadan bahalaşır. İqtisadiyyatın bütün sahələrində olduğu kimi, istehlakın da çox mühüm hissəsi Bakıda cəmləşib. Rəsmi statistikaya əsasən 2024-cü ilin yanvar-may aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 21,5 milyard manatlıq, o cümlədən 12,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 faiz, qeyri-ərzaq malları üzrə 5,2 faiz artıb.

Bakı Şəhər Statistika İdarəsinin məlumatından aydın olur ki, 2024-cü ilin yanvar-may aylarında Bakı şəhərində ticarət dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artaraq 12 milyard 537,7 milyon manat təşkil edib. Ticarət şəbəkələrində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz artaraq 6 milyard 679,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 6,3 faiz artaraq 5 milyard 858,3 milyon manata bərabər olub. İstehlak məhsullarının 38,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 15,4 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Göründüyü kimi, bu ilin 5 ayında Azərbaycanda satılan 12,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatlarının 6 milyard 679,4 milyon manatlığı Bakı şəhərində reallaşıb.

Bakının istehlakdakı belə yüksək payı onun bazarlarını inhisarçılar üçün qazanc mənbəyinə çevirib. Sovet dövründə rayonlardan meyvə-tərəvəzin Bakı, Abşeron yarımadasına çatdırılmasının fərdi istehsalçılar üçün daha rahat sxemi tətbiq olunurdu: bütün açıq bazarlarda rayonlardan gəlib rahatlıqla məhsulunu satmaq mümkün olurdu. Müstəqillik dövründə bazarların əksəriyyəti özəlləşdirildi və fərdi istehsalçıların, hətta orta fermerlərin belə onlara yolu bağlandı. On ilə yaxın dövrdə bazarların bağlı yollarının əvəzində paytaxtın küçələrində yaradılan pərakəndə satış nöqtələri rayon camaatının xilaskarına çevrildi. Lakin 2000-ci illərdən etibarən küçə ticarətinin ləğvi paytaxtda təmizliyi bərpa etsə də, rayonlarda yüz minlərlə istehsalçının gəlirlərinin kəskin düşməsinə gətirib çıxardı. Məhz ondan sonra kəndlinin istehsal etdiyi məhsulun sahədəki qiyməti ilə Bakıda - inhisarçı qrupların əlində olan bazarlardakı qiyməti arasında fərq kəlləçarxa çıxdı. Bu ağlasığmaz fərq hələ də mövcuddur: rayonda kiloqramı 50-80 qəpiyə satılan gilasın qiyməti Bakıda 3 manatdan aşağı deyil. Yaşıl lobyanı kəndlərdən 40 qəpiyə yığan vasitəçilər onu Bakı yaxınlığındakı Meyvəli bazarda 80 qəpiyə satır, Bakının topdansatış nöqtələrində isə qiymət 1,2 manatdan aşağı düşmür.

Bu ilin aprel-may aylarında müşahidə olunan yağıntılı hava şəraitinin meyvə-tərəvəz istehsalında azalmaya səbəb olacağı gözlənilirdi. Lakin rayonlardan aldığımız məlumatlar göstərir ki, meyvə-tərəvəz istehsalında ciddi azalma qeydə alınmır. Rəsmi statistika bu sahədə hətta artım olduğuna dair məlumat yayıb. Bu isə paytaxt bazarlarındakı qiymət bahalığının arxasında ənənəvi olaraq bazar inhisarçılığının dayandığını deməyə əsas verir.

Bakı bazarlarının müəyyən qrupların əlində olmasına dair oturuşmuş rəy uzun illərdir mövcuddur. Müstəqil ekspertlər, hətta bir sıra hallarda dövlət qurumlarının nümayəndələri kiçik və orta biznesin bazara çıxışında böyük problemlərin olduğunu bildirirlər. Demək olar ki, iqtisadi inkişafla bağlı bütün proqramlarda istehsalçınının bazara çıxışının asanlaşdırılmasına dair müddəalar var. Lakin bazarları “işğal” edən inhisarçılar bu müddəaların icrasına imkan verməyəcək qədər güclüdürlər.

Məlumdur ki, Bakıya meyvə-tərəvəzin topdansatışı bir əldə cəmləşib. Rayonlardan paytaxta, Abşerona gətirilən bütün məhsulların ilk olaraq həmin bazaya aparılaraq, irihəcmli ödənişin edilməsi mütləqdir. Bu edilməsə, 1 kq alma belə Abşeron ərazisində satışa buraxılmır. Beləliklə, topdansatışdakı bu inhisarçılıq pərakəndə ticarətdə də qiymətlərin formalaşmasını təmin edir.

Son 10 ildə problemi dərinləşdirən bir proses də diqqəti cəlb edir. Bakı və Abşeronda geniş market şəbəkələrinin sahibi olan şirkətlər həm də regionlarda yüz min hektarlarla torpaq sahələrini alaraq aqrar istehsala başlayıblar. Bu gün faktiki olaraq, aqrar istehsalın mühüm bir hissəsi onların əlində cəmləşib. Əsas istehlak bazarında çoxsaylı ticarət şəbəkələrinə sahib olan belə şirkətlər öz şəbəkələrində digər istehsalçıların məhsullarının satışına imkan vermirlər.

Bazarların inhisarçıların əlindən alınması istıqamətində real addımların atılmaması yüz milyonlarla manat hesabına yaradılan infrastrukturun da inhisarçılara xidmət etməsinə gətirib çıxarıb. Son illər ərzində dövlət dəstəyi hesabına regionlarda 400 min ton tutumu olan soyuducu anbarların, 1.9 milyon ton tutumu olan müasir taxıl elevatorlarının və digər logistika obyektlərinin qurulmasına, habelə yol-nəqliyyat infrastrukturunun inkişafına baxmayaraq fermerlərin bazara çıxışının yaxşılaşdırılması baxımından mühüm nəticənin əldə olunmaması təəssüf doğurur.

Bu gün Azərbaycan kəndlisinin - kiçik və orta fermerinin əsas problemi kənd təsərrüfatı istehsalçıları ilə tədarükçülər, emalçılar və satış şəbəkələri arasında yaranan haqsız ticarətdir. Bu ticarət praktikasına son qoyacaq dəqiq və konkret qanunverici baza formalaşdırılmayana qədər sahədən 10 qəpiyə satılan məhsulun Bakı bazarında 2 manata təklif olunması davam edəcək.

Yeri gəlmişkən, aqrar istehsalçının bazara çıxış problemini köklü həll edə bilməyən Kənd Təsərrüfatı Nazirliyi müxtəlif yarmarkaların təşkili ilə problemi yüngülləşdirməyə çalışır. 6-7 iyul tarixlərində nazirlik tərəfindən paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.

Nazirlikdən bildirilib ki, yarmarka 2 gün müddətində Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında saat 09:00-dan 19:00-dək fəaliyyət göstərəcək. Müxtəlif regionlardan əvvəlcədən qeydiyyatdan keçən fermerlər burada yerli kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar. Yarmarkada satışa çıxarılacaq məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Məhsulların keyfiyyəti ilə bağlı hər hansı sualı yaranan alıcılar Səyyar Qida Laboratoriyasının xidmətlərindən faydalana biləcəklər.

Son illərdə çoxsaylı belə yarmarkaların təşkilinə nail olunsa da, bu, aqrar istehsalçıları bazara çıxış probleminin həllinə yaxınlaşdırmayıb...

“Yeni Müsavat”
 
 
 
Ardını oxu...
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 13 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsinin rəisi Pərviz Bəhramova cinayət işi açıla bilər.

"DogruXeber.az"ın Qaynarinfo-ya istinadən məlumatına görə, Bəhramov Pərviz Fərman oğlunun rəhbəri olduğu idarənin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 4.802.547,16 manat vergi borcu var.

Ardını oxu...

İdarənin bu ilin may ayında 5.092.012,36 manat vergi borcu olub. Son bir ayda Pərviz Bəhramov 289.465,2 manat vergi borcu ödəyib.

Ardını oxu...

Sözügedən vergi borcunun ödənişini gecikdirdiyi üçün idarə rəisi Binəqədi rayon Məhkəməsi tərəfindən 300 manat cərimələnmişdi.

Hazırda da Dövlət Vergi Xidməti tərəfindən 13 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsi barəsində 469.3 maddəsi ilə protokol tərtib edilib. İşə yenidən Binəqədi Rayon Məhkəməsinin hakimi Elçin Ağayevin sədrliyi ilə baxılacaq.

Sözügedən maddəyə əsasən, vəzifəli şəxslər 100 manat məbləğində, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir.

Əgər svergi borcu ödənilməsə, növbəti dəfə idarə rəisi barəsində cinayət işi açıla bilər.

Qeyd edək ki, Pərviz Bəhrəmov 2019-cu ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun əmri ilə sözügedən idarəyə rəis təyin edilib.
Ardını oxu...
1 iyul 2024-cü il tarixindən etibarən Azərbaycanda AI-92 benzininin pərakəndə satış qiyməti 10 qəpik artaraq litr başına 1,10 manata, dizel yanacağının qiyməti isə 20 qəpik artaraq litr başına 1 manata yüksəldi. Tarif Şurası iyulun 15-dən etibarən Premium benzinin qiymətini 2 manatdan 1,6 manata endirməyi vəd etdi. Ekoloji əsaslandırmalara baxmayaraq, rəsmilər vurğulayır ki, “tarif dəyişikliyindən sonra belə, AI-92 benzininin və dizel yanacağının pərakəndə satış qiymətləri əksər ölkələrlə müqayisədə aşağı olaraq qalır.” Lakin, müqayisə üçün istifadə olunan spesifik ölkələr açıqlanmayıb.

Orta maaş və nəqliyyat xərcləri

Azərbaycanda orta milli maaş yaxınlarda 1,007 manata (təxminən 592 dollar və ya 550 avro) artırılıb. İctimai nəqliyyat gündə iki dəfə istifadəyə görə ayda 30 manat tutur ki, bu da orta maaşın otuz üçüncü hissəsini təşkil edir. Müasir avtomobil sahibi, iyunun 15-dən etibarən yeni qiymətlə 1,6 manata Premium benzin ilə aylıq maaşı ilə 503 litr benzin ala bilər.

Əksinə, kiçik və resursları kasıb olan Lüksemburqda ictimai nəqliyyat pulsuzdur. Eyni zamanda, Estoniyanın paytaxtı Tallin və Maltada da ictimai nəqliyyat pulsuzdur. Çexiyanın Fridek-Mistek, Strakonitse və Valaşske-Meziirjici kimi şəhərlərində 2018-ci ildə avtomobil sahiblərinin havanı çirkləndirməməsi üçün nəqliyyat haqları ləğv edilib.

Fransa və Almaniya: İctimai nəqliyyat və yanacaq qiymətləri

Fransada böyük şəhərlərdə tez-tez pulsuz həftəsonları tətbiq olunur. Təqaüdçülər nadir hallarda nəqliyyat üçün ödəniş edirlər və tələbələr üçün böyük endirimlər mövcuddur. Digər vətəndaşlar üçün Parisdə bir gediş əksər metro və avtobus xətlərində 2,10 avroya başa gəlir. Bu ölkədə orta maaş təxminən 2,500 avro təşkil edir. Premium benzinin litri 1,8 avroya başa gəlir, buna görə də orta fransız bütün maaşı ilə 1,389 litr yüksək keyfiyyətli benzin ala bilər.

Almaniyada isə 49 avro dəyərində aylıq limitsiz ictimai nəqliyyat bileti olan Deutschlandticket mövcuddur. Bu bilet ölkə daxilində bütün nəqliyyat növlərini, o cümlədən regional xidmətləri əhatə edir. Vətəndaşların orta illik gəliri 5,500 avrodur ki, bu da bir orta maaşla 112 limitsiz bilet və ya 3,055 litr Premium benzin almağa imkan verir.

Macarıstanın yanaşması

Macarıstan da 49 avro dəyərində limitsiz aylıq keçid təqdim edib. Budapeştdə 33 avroya əldə edilə bilən Budapest Card ilə nəqliyyatdan limitsiz istifadə etmək və muzeylərə, ekskursiyalara və termal hovuzlara pulsuz giriş imkanı var. Ölkədə orta maaş 1,521 avro təşkil edir ki, bu da Macarların 894 litr yüksək oktanlı benzin almağa imkan verir.

Resurslarla zəngin Azərbaycanın artan xərcləri

Azərbaycanın zəngin təbii resurslarına baxmayaraq, nəqliyyat və benzin xərcləri 2021, 2022 və 2024-cü illərdə demək olar ki, hər il artmışdır. Bu tendensiya, SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) sahələrində qaz hasilatının dəyərinin 2022-ci ildə 1,000 kub metr üçün 67,57 manat ($39,74) olduğunu nəzərə alaraq təəccüblüdür. 2021-ci ildə bir ton neftin hasilat dəyəri 115,52 manat təşkil edirdi ki, bu da bir litr neftin istehsalının cəmi 11 qəpiyə başa gəldiyini göstərir.

Nəticə

İstehsal xərcləri ilə pərakəndə satış qiymətləri arasındakı əhəmiyyətli fərq (litri 1,1-1,4 manat) Azərbaycanda son yanacaq qiymətlərinin artımının əsaslandırılmadığını vurğulayır. Bu uyğunsuzluq əsl iqtisadi zərurətdən deyil, monopolist iqtisadiyyatda səmərəsizlikləri aradan qaldırmaq üçün qiymət voluntarizminin tətbiq edildiyini göstərir.
(Turan)
 
Ardını oxu...
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159-cu maddəsinə uyğunolaraq, Azərbaycan Nazirlər Kabinetinin22.8 2002-ci il tarixli 137 saylı Qərarına əsasən:
Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif(vəzifə) maaşlarına, sahillə əlaqə şəraitindən asılı olaraq aşağıdakı məbləğdə əlavə ödənişlər verilməsi nəzərdə tutulur:
1. Sahillə quru yol əlaqəsi olduqda, taarif (vəzifə) maaşının - 40 faiz məbləğdə əlavə ödəniş.
2. Quru yol əlaqəsi olmadıqda və sahildən 0,5 km-ə qədər uzaqlıqda yerləşdikdə, taarif (vəzifə) maaşının -50 faiz məbləğdə əlavə ödəniş.
3. Sahildən: 0,5 km-dən - 70 km-ə qədər uzaqlıqda yerləşdikdə, taarif (vəzifə) maaşına - 65 faiz faiz məbləğdə əlavə ödəniş.
4. Sahildən 70 km-ə qədər uzaqlıqda yerləşdikdə: taarif (vəzifə) maaşının -75 faiz məbləğdə əlavə ödəniş ödənilir.
Azər Quliyev.
TEREF
 
Ardını oxu...
Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafı baxımından turizm sektorunu prioritet seçib. Hazırda ölkədə minlərlə insan bu sahədə çalışır. Dövlət Statstika Komitəsinin məlumatına görə, ötən il turistlərin yerləşdirilməsi və ictimai iaşə üzrə orta aylıq əməkhaqqı 720 manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 60 manat və yaxud təxminən 9 % çoxdur. Bəs sektorun müxtəlif seqmentlərində çalışanlar nə qədər qazanır? "Report" bununla bağlı araşdırma aparıb.

"Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası" İctimai Birliyinin katibi Tural Musayev deyir ki, bələdçilərin qazancı əsasən onların xarici dil bilməsindən asılıdır:

"Xarici dil bilənlər xarici turistlərlə işləyir və nisbətən çox qazanır. Məsələn, bələdçi ingilis dilində azı B2 səviyyəsində bilirsə, gündəlik 60-80 manat qazana bilir.

Rus dilini bilənlərin gündəlik qazancı isə 80-120 manatdır. Çin, alman, ispan dillərini bilənlər isə gündəlik 120-150 manat qazanc əldə edir.

Yalnız Azərbaycan dilində danışan bələdçilər isə yerli turistlərlə işləyə bilir və onların qazancı elə də çox deyil - 40-60 manat civarında dəyişir. Yaxşı qazanmaq üçün bələdçilər həm də məlumatlı olmalıdır. Ümumilikdə bələdçilərin aylıq gəliri 1 200 - 2 500 manat arasındadır".

“Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri, eyni zamanda Azərbaycan “Ekoturizm Assosiasiyası”nın icraçı direktoru Samir Dübəndi isə deyir ki, ölkədəki hotellərdə çalışanların qazancı onların təhsilindən, iş təcrübəsindən, eləcə də hotelin səviyyəsindən, yəni ulduzlarının sayının asıdılır:

"Məsələn, 5 ulduzlu hotellərdə menecment heyəti ay ərzində 7 000 - 15 000 manat gəlir əldə edirsə, orta səviyyəli hotellərdə bu məbləğ 1 200-2 500 manat, aşağı səviyyəli hotellərdə isə 1 000 - 2 000 manat təşkil edib. Eyni sözü işçi heyəti (personal) haqqında da demək olar.

Məsələn, adi hotellərdə işçilərin aylıq qazancı 600 - 800 manatdan çox olmur. Otelin səviyyəsi bir qədər yüksək olduqda işçi ayda 1 000 manat qazana bilir".

Bundan başqa, onun sözlərinə görə, turizm sektoru ilə hansısa formada əlaqəsi olanlar da bu sahədən orta səviyyədə gəlir əldə edə bilirlər:

"Turizm digər iqtisadi sektorlara bilavasitə və yaxud dolayısı yolla müsbət təsir edir. Misal üçün, hər hansı bir destinasiyada turizmın inkişafı yerli əhaliyə əl işləri olan suvenirlər, şəxsi təsərrüfatlarda becərilmiş meyvə-tərəvəz, süd və süd məhsulları, ət və əl məhsulları satmağa və gəlir əldə etməyə imkan verir".
 

Dünyapress TV

Xəbər lenti