Ardını oxu...
Şəki rayonun Baş Göynük kəndində qeydiyyatda olan və yaşayan Salamov Baba Məmmədiyə oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Biur nüsxəsi də Dia-az.İnfo-ya daxil olan müraciətdə deyilir:

 Ardını oxu...

"Xatırladım ki, 9 nəfərdən ibarət ailənin uzun müddət. Ilin bütün fəsillərində 1 otaqlı uçuq evdə yaşamasının nə demək olduğun izah etməyə kimsəyə ehtiyacı yoxdur. Evimizin yaxınlığında olan kiçik bir torpaq sahəsində dirrik məhsulları, meyvə-tərəvəz əkib birtəhər acından ölməmək üçün yaşayırıq. Evimiz düz kəndimizin girəcəyindədir. Hər dəfə kəndimizə gələn rəhbər qonaqları çalışmışam ki, daxmada yaşadığımız vəziyyəti göstərib bir köməklik etməsini xahiş edim. Bəziləri adamı heç saymır, bəziləri isə yalandan vəd verib, tələsik qapımdan çıxıb gedirlər. Həyat yoldaşım Mehparə də, mən də bu günə kimi bir maaş gələn işdə işləməmişik. Sağ olsun dövlətimizi ki, son iki ildir ki, mən sosial işdə işlədir və 316 manat əməkhaqqını evimə apara bilirəm.

 Ardını oxu...

Son iki aydır ki, yenə sel fəlakətləri qapımızın ağzındadır. İstənilən vaxt evimi, həyətimi sel basa bilər. Evim hazırda da selin ağzındadır. Hər gün gecə qaçıb qonşuda gecələməli oluruq. Vəziyyət ağırdır.  Və heç bir qoruyucu tədbirlər görülmür. Ona görə də son ümidim yeri kimi Cənab Prezidentə müraciət edim. Bilirəm ki, o çox xeyirxah insandır.

    Ardını oxu...

Mən də həmişə hər səsvermədə camaatımızı ona səs verməyə dəvət etmişəm. Və inanmışam ki, bir gün cənab Prezident mənə də köməklik edə bilər. Odur ki, Dövlətimizin başçısısından xahiş edirəm ki, mənim 9 nəfərlik ailəmin yaşadığı 1 otaqlı uçuq daxmasının seldən zərər görmüş hissəsinin , həyətimin seldən qorunması üçün bir neçə beton blokların yol hissəsinə bənd edilməsinə göstəriş verəsiniz. Allah amanında". Xüsusi qeyd edim ki, bu ay Maliyyə Nazirliyi Aparat rəhbəri cənab Cavanşir Yusifov mənim 20 may tarixli ərizəmlə bağlı FHN-nə, yerli İcra Hakimiyyəti orqanına və Su Meliorasiya İdarəsinə rəsmi məktubla müraciətlər etsə də çox təəssüflər olsun ki, bu dövlət qurumları nədənsə gözləyirni döyməklə məşğuldurlar. Heç bir tədbirlər görmürlər. Sanki, insan taleyi bunlar üçün elə bir əhəmiyyət kəsb etmir". 
Ardını oxu...
Rusiya prezidenti Vladimir Putinin köməkçisi Dmitri Kalimulinin oğlu, Moskva Dövlət Universitetinin tələbəsi Aleksandar Kalimulin vəfat edib.

Bu barədə Moskva Dövlət Universitetinin Hüquq fakültəsi öz saytında məlumat yayıb.

Qeyd olunub ki, gənc iyunun 29-da dünyasını dəyişib. Universitetdən onun asudə vaxtlarını müasir musiqiyə həsr etdiyini, nağara çaldığını, idmana həvəs göstərdiyini bildiriblər. Aleksandar ilə vida mərasimi çərşənbə günü baş tutacaq.

Ölümün səbəbi açıqlanmayıb. Kremlin saytında Dmitri Kalimulinin evli və bir oğlu olduğu bildirilib.
Mənbə: RİA Novosti
 
Ardını oxu...
Bu gündən etibarən taksi fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə minir.

Oxu.Az xəbər verir ki, 1 iyul 2024-cü il tarixindən sonra taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin istehsal tarixi 8 ildən az olmalıdır.

1 iyul 2024-cü il tarixindən sonra buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartı verilməyəcək. Həmçinin qeyd edilən tarixdən sonra buraxılış kartı almaq üçün təqdim olunan avtomobillər 2024-cü ilin iyul ayının 1-dən sonra ölkəmizə idxal edilmişdirsə və ya ölkəmizdə istehsal olunmuşdursa, onların rəngi ağ və ya qırmızı olmalıdır.

Sözügedən icazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş operatorları barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirləri görüləcək.

Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən yayılan informasiyaya əsasən vətəndaşın avtomobili 2012-ci il istehsalıdırsa, 1 iyul 2024-cü il tarixinə kimi icazə üçün müraciət edibsə, üç illik icazə ala biləcək.

Bu halda rəng tələbi tətbiq edilmir.
 
Ardını oxu...
Nərimanov Tibb Mərkəzi “Mühafizə xidmətlərinin satın alınması” tenderinin nəticələrini elan edib.

Dia-az.İnfo xəbər verir ki, tenderin qalibi “TİİM” QSC olub.

Qalib şirkətlə 142 994 manat məbləğində müqavilə imzalanıb.

Bağlanmış müqaviləyə əsasən 9 ay müddətinə mühafizəçı sayı 17 nəfər olmaqla 24 saat mühafizə xidməti satın alınacaq.
Ardını oxu...
Mərkəzi Seçki Komissiyası (MSK) səsvermə gününə ən azı 20 gün qalanadək “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədləri qəbul edəcək.

Mərkəzi Seçki Komissiyasınınn Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında öz əksini tapıb.

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar müraciət müddət avqustun 12-dək davam edəcək. Səsvermə gününə ən azı 10 gün qalanadək “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul ediləcək.
 
Ardını oxu...
Ermənistan hökuməti Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati ərazisinə daxil olan və ötən əsrin 90-cı illərinin əvvəllərində işğal olunmuş Kərki eksklavını Azərbaycana qaytarmağa hazırlaşır.

Erməni mənbələrinin məlumatına görə, bu kənd Qarabağdan köçən ermənilərin məskunlaşdırılması nəzərdə tutulan yaşayış məntəqələrinin siyahısına daxil edilməyib.

Ermənistan baş nazirinin müavini Tiqran Xaçatryan bildirib ki, Qarabağdan ermənilərin köçürülməsi üçün Azərbaycanla həmsərhəd kəndlər də daxil olmaqla 390 yaşayış məntəqəsi müəyyən edilib. Orada məskunlaşmaq istəyənlərə hər ailə üzvü üçün 10-12 min dollar məbləğində mənzil sertifikatı veriləcək. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Qayane Karaqezyan ermənilərin özlərinin “Tiqranaşen” adlandırdıqları Kərkinin siyahıdan çıxarılmasını şərh edərkən bəyan edib ki, “ola bilsin, Qarabağ ermənilərinin bu qəsəbəyə köçürülməsi prioritet məsələ deyil”.//Oxu.az
 
Ardını oxu...
"Dövlət başçısı və ya nazirin təyin etdiyi şəxsin müxtəlif mükafat tədbirlərində diplom, setrifikat və s. kimi sənədlərlə təltif olunması doğru deyil, hətta mən deyərdim ki, etik qaydalara olduqca ziddir".

Bu sözləri Manset.az -a açıqlamasında Azərbaycan,Türkiyə və Rusiya iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib. Professor əlavə edib ki, yalnız sizi təyin edən şəxs sizin fəaliyyətinizə qiymət verə bilər, digər saxta qurumlar deyil.

" Müşahidə edirik ki, hazırda bəzi vəzifəli şəxslər, hətta göz önündə olan hər hansısa bir fəaliyyəti olmasa belə, ayrı-ayrı qurumlardan özlərini fərqli adlarla təltif edəcək mükafatlar alırar. Məsələn: "İlin ən böyük alimi", "İlin ən güclü təşkilatçısı", "İlin ən yaxşı professoru"və s. axı belə etmək olmaz. Ali Attestasiya Komissiyasında qeydiyyata düşmüsünüzmü? Əks halda sizə verilən sertifikat, diplom, təltifnamə saxtadır. Özünüzü saxta və yalan adlarla qiymətləndirirsiniz. Bu prosses heç də məntiqəuyğun irəliləmir. Səbəbi odur ki, sən həkimsənsə Səhiyyə Nazirliyi tərəfindən təltif olunmalısan. Əgər səni nazir təyin edibsə, sənin daxildəki fəaliyyətinlə tanış olmayan digər qurum sənə necə qiymət verə bilər? O sənin özfəaliyyətini və onun dərəcəsini müəyyən edə bilməz. Həmin qurumlar qərar verə bilməz ki, sən ilin ən böyük alimisən yoxsa yox. Çünki onlar sistemin içində olmayıb".

Professor Zahid Məmmədov həmin şəxsləri təltif edən xarici qurumlarla bağlı diqqətli olmağı tövsiyə edib:

" Xüsusilə qeyd etmək istəyirəm ki, xaricdən gətirilən bir qrup şəxslər və ya xarici qurumlar dövlətin təyin etdiyi şəxsləri saxtakarlıqla hansısa "beynəlxaq akademiya" "beynəlxaq qurum" adından təltif edə bilməzlər. Belə məqamda çox diqqətli olmaq və bu şəxslərin və ya qurumların kimliyini araşdırmaq lazımdır. Görək onlar Azərbaycan dövlətinin maraqlarını müdafiə edibmi? Azərbaycanın haqlı mövqeyini beynəlxaq miqyasda tanıtmaq üçün hər hansısa bir addım atıblarmı? Bəlkə həmin mükafatlardan Ermənistan üçün də hazırlanıb. Təəssüflə qeyd etmək istəyirəm ki, biz bu hallarla da rastlaşmışıq. Bu səbəbdən də artıq bu saxta diplom və mükafatların alınmasına son qoymağın vaxtıdır. Bəzi insanlar isə bu istiqamətdə olan məsələləri gündəmə gətirməklə, sosial şəbəkələrdə paylaşmaqla, saxta mükafatları otaqlarının ən yaxşı hissələrinə yerləşdirməklə yanlış addımları təbliğ edirlər. Azərbaycan qayda, qanun və hüquqlarla idarə olunan ölkədir. Vəzifəsindən və kimliyindən asılı olmayaraq hər bir vətəndaş da bu qanunları icra etməyə borcludur. Mən düşünürəm ki, bu istiqamətdə, mükafatın alınması və ya verilməsi ilə bağlı müvafiq qurumlar yeni əsasnamələr tərtib etməlidirlər. Biz mesajımızı ötürürük və tələb edirik ki, bu saxtakarlığa son verilsin".
 
Ardını oxu...
Azərbaycanın cənub bölgəsində 5 maqnitudada qeydə alınmış zəlzələ altı rayonda 4 bal gücündə hiss olunub.

Oxu.Az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

"Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Lerik stansiyasından 27 km şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda - Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabadda 4 bal, digər rayonlarda 3 bal gücündə hiss olunub", – məlumatda qeyd olunub.

07:55

Azərbaycanın cənub zonasında güclü zəlzələ olub.

Oxu.Az Seysmoloji Xidmət Mərkəzinin məlumatına istinadən bildirir ki, gücü 5 balla ölçülən yeraltı təkanlar Talış Dağlıq zonasında, Lerik rayonu ərazisində yerli vaxtla 7:43-də qeydə alınıb.

Təkanlar 18 km dərinlikdə meydana gəlib.
 
Ardını oxu...

“Neçə illərdir ki, Araz çayının Saatlı rayonu ərazisindən keçən hissəsində çoxlu sayda qum karxanaları fəaliyyət göstərir. Bu karxanalarda yerin təkindən istifadə qaydalarına riayət olunmaması nəticəsində Araz çayının məcrası dəyişib, yaxınlıqda yerləşən yaşayış məntəqələrində yeraltı suların səviyyəsi aşağı düşüb, həmçinin minerallaşma dərəcəsi də dəyişib”. Tribunainfo.az xəbər verir ki, bu barədə ictimai fəal Abış Astanov yazıb.
O bildirib ki, çayın yeni məcrasında “oyuq”lar əmələ gəlib, kənarda isə dərinliyi 20 metrdən çox olan göllər və axmazlar yaranıb. “Mütəxəssislərin dediyinə görə, çayın müasir məcrasından kənarda bərpası mümkün olmayan faydalı qazıntı materiallarının çıxarılması gələcəkdə bu zona üçün su ehtiyatlarının tükənməsinə, çirklənməsinə və ətraf ərazilərdə ekoloji tarazlığın pozulmasına səbəb ola bilər”.
Astanov deyir ki, artıq neçə illərdir ki, bunun fəsadları Saatlı rayonunda öz təsirini göstərir. “Bunu hər il rayonun müxtəlif kəndlərində baş verən “su üsyanları”ndan da aydın görmək olar. Onu da qeyd etməyi özümə borc bilirəm ki, burada yaranan dərin göllərdə xeyli sayda insan boğularaq dünyasını dəyişib. Beləcə də kimlərinsə var-dövlət yığmaq hərisliyi səbəbindən insanlar həlak olur, xalqa, dövlətə, təbiətə xeyli ziyan dəyir”.
İctimai fəal qeyd edir ki,bütün bu əməllər barəsində əhali tərəfindən dəfələrlə müxtəlif dövlət qurumlarına müraciətlər olunsa da heç bir tədbir görən yoxdur. “Ona görə ki, karyer işlədənlərin özlərinin də dediyinə görə “krışa”ları Bakıda yüksək vəzifə sahibidirlər”.
Abış Astanov onu da deyib ki, yaxın günlərdə həmin karyerlərin kimlərə məxsus olması, orada hansı dövlət qurumlarının texnikalarından istifadə olunması, vergidən yayınma halları və digər qanunsuzluqlar barəsində, həmçinin onların “krışa”ları haqqında geniş məlumat verəcək.
 
Ardını oxu...
Lift qəzaları, təəssüf ki, azalmır. Fövqəladə Hallar Nazirliyinin vaxtaşırı hansısa ünvanda liftdə köməksiz vəziyyətdə qalmış insanları xilas etdiyi barədə məlumatlar verilir. Daha ağır qəzalar da baş verir. Lift problemi isə həllini tapmır. Sovet illərində tikilmiş çoxmənzilli, çoxmərtəbəli binalardakı liftlər istismar müddətini çoxdan başa vurub artıq. Bir çox binaların liftləri, ümumiyyətlə, işlək vəziyyətdə deyil. Adı var, özü yox. Bir neçə gün ərzində 2 yaşayış binasında lift qəzası baş verib. Global.info-nun yazdığına görə, hadisələrdən biri Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən çoxmərtəbəli binada, digəri isə Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 79 ünvanında. Birinci hadisə zamanı 7 nəfər, ikincidə 5 nəfər xəsarət alıb. Baş verən hadisə ilə bağlı heç kim özünü günahkar hesab etmir. İlk hadisədən sonra Şərurlu İsfəndiyar kimi tanınan “Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundov açıqlama verərək bildirib ki, liftə icazə verildiyindən daha çox insan minib. Liftin yükgötürmə qabiliyyəti dözməyib, nəticədə qəza baş verib.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “Sherg.az"a açıqlamasında qeyd etdi ki, dövlət balansında olan yaşayış binalarındakı liftlərə Bakı Lift İdarəsi cavabdehdir. MTK-ların inşa etdiyi binalarda isə liftləri inşaatçı şirkət quraşdırır. Lift istehsalçısı şirkətlərlə, firmalarla bağlanan müqavilə əsasında liftlər quraşdırılır, onların təhlükəsizliyinə də həmin MTK-lar, şirkətlər cavabdehdir:
" Təəssüf ki, sərnişin liftləri təhlükə potensialı sırasındadır. Lift harada quraşdırılırsa, onun təhlükəsiz istismarına cavabdeh şəxs də olmaldıır. Yaşayış binası inşa edən şirkət, MTK və sair, liftin quraşdırılması üçün lisenziyası olan, ixtisaslaşmış müəssisə, firma ilə müqavilə bağlamalı, müqavilə əsasında liftin təmiri, mütəmadi yoxlanması həyata keçirilməlidir. Lift xarab olduqda firmanın mütəxəssisləri dəvət edilməli, təmir işləri görülməli, əgər istismara yararsız hala düşübsə, dəyişdirilməlidir. Liftlər mütəmadi texniki baxışdan keçirilməlidir, qurğular, detallar yoxlanmalıdır. Qurğular, avadanlıqlar sertifikatlı, keyfiyyətə zəmanətli materiallar olmalıdır. İstehsalçı tərəfindən məhsula istismar müddəti qoyulur, bu, bilinməlidir ki, liftin istismar müddəti nə qədərdir. Ona uyğun istismar edilməlidir ki, qəza hadisəsi başvermə təhlükəsi olmasın. İstismar müddəti istehsalçı firmadan asılıdır. Bunu firma müəyyənləşdirir. Liftin istismarına dair xüsusi jurnallar var. Liftin dəyişən detalları, istismarı barədə məlumat verilir. İstifadəçilər də bunlarla maraqlanmalı, bilməlidir. Liftdə qəza nə zaman baş verə bilər, ya tros sisteminin qırılması, ya elektrik kəsintisi, ya da əyləc sisteminin işləməməsi zamanı. Elektrik kəsintisindən sığortalanmaq üçün mütləq ehtiyat generatorlar olmalıdır, elektrik kəsildisə, generatorlar dərhal işə salınmalıdır. Trosa gəlincə, liftlərdə həm əsas, həm də ehtiyat troslar olur. Trosun qırılması adətən nadir hallarda baş verir. Gərək lift nə qədər əlavə yüklənsin ki, tros qırılsın. Bu, çox nadir hallarda olur. Lift kabinəsinin ehtiyat əyləc sistemi də olmalldır. Əsas sistem işləmədisə, ehtiyat sistem dərhal işə düşməlidir. Bir dəfə yüklənməklə tros qırıla bilməz, əyləc xarab ola bilməz. Dəfələrlə yüklənmə olmalıdır ki, bu sistem xarab olsun. Liftlərin yükgötürmə qabiliyyəti müxtəlifdir. Amma müasir liftlərdə əlavə yüklənmənin qarşısının alınması məqsədilə işlək sistem var. Lift yükgötürmə qabiliyyətindən artıq yükləndikdə qapılar bağlanmır. Əlavə yükdən azad olmayanadək qapılar açıq qalır, lift hərəkətə gəlmir. Artıq tonnaj ləğv edildikdən sonra qapı bağlanır. Bunun üçün də liftlərə sensor dedektorları qoyulmalıdır ki, tonnajdan artıq yük varsa, lift hərəkətə gəlməsin. Bu, qəzaların qarşısını alacaq".
E.Nurəliyev qeyd etdi ki, sakinlər də liftlərdən ehtiyatla isfifadə etməli, liftin istismar müddətini vaxtından əvvəl başa vurmasına səbəb olacaq hərəkətlərə yol verməməlidirlər:
" Yaxşı olar ki, liftlərlə bağlı maarifləndirici, xəbərdarlıq xarakterli məlumatlar vurulsun. Sakinlər də gərək binanın avadanlığına qayğı ilə yanaşsın. Yeni tikilmiş binalarda təmir zamanı fəhlələr daş-qum, sementi liftlə qaldırırlar yuxarı. Tez-tez aşağı düşüb qalxmasınlar deyə lifti daha çox yükləyirlər. Bu da istismar müddətinə təsir edir. Bir tərəfdən fəhlələri, ustaları da qınamaq olmur. Çünki mənzillər təmirsiz, “pod mayak” təhvil verilir. Sakin məcburdur təmir işləri gördürməyə. Çoxmərtəbəli binalarda isə qalxıb-enmək problemdir. Yenə də liftləri ağır yükləməkdən çəkinməlidirlər. Çünki qəzalar baş verə bilər, liftlərin istismar müddəti vaxtından tez başa çatacaq. Binanın komendantı, sakinlər də diqqət etməlidirlər. Mütəmadi olaraq liftlər yoxlanmalıdır. O binalarda liftlərin istismar müddəti qısalır, harda ki, məskunlaşma çoxdur, hərəkət intensivliyi var. Lift davamlı hərəkətdədirsə, daha tez-tez yoxlamalar keçirilməlidir. Nasazlıq ehtimalı varsa, öncədən qarşısı alınmalıdır. Sakinlər də bilməlidir ki, lifti yükgötürmə qabiliyyətindən artıq yükləmək, eyni vaxtda bir neçə düyməni sıxmaq, qapıların hərəkətinə mane olmaq, döşəməyə toxunmaq olmaz. Təhlükəsizlik qaydalarına hamı riayət etməlidir. Lift mərtəbəyə çatmamış, insan öz əksini güzgüdə görməmiş liftə ayaq basmamalıdır. Liftlərə güzgü ona görə vurulur ki, sərnişin qapı açılanda özünü görsün. Bu o deməkdir ki, lift “çağırıldığı” mərtəbədə tam dayanıb. Qapılar bloka açılıb. Güzgüdə özünü görməmiş liftə ayaq basan adamın şaxtaya düşmək ehtimalı var. Bəzən liftlər mərtəbəyə çatmamış, yarımçıq halda qapılar açılır. Belə olan halda insanın ayağı boşluğa düşə bilər. Sakin əmin olmalıdır ki, lift tam dayanıb, qapılar tam açılıb, arada heç bir boşluq yoxdur, sonra liftə minməlidir".

Dünyapress TV

Xəbər lenti