Ardını oxu...
Azərbaycan Demokrat Partiyası (ADP) növbədənkənar parlament seçkilərində iştirak edəcək.

Bu qərarı Yenisabah.az-a ADP sədri Sərdar Cəlaloğlu açıqlayıb. Onun sözlərinə görə, Azərbaycan Demokrat Partiyasının növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını hazırdır:

“Ötən gün Azərbaycan Demokrat Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını açıqladı. Biz 25-dən artıq namizədimizi müəyyən etmişik. Konkret olaraq, mən özüm Babək, Şahbuz, Kəngərli seçki dairələrindən birindən namizəd olacağam, digər yoldaşlar da Azərbaycanın digər bölgələrindən namizədliklərini irəli sürəcəklər. Biz artıq partiya olaraq qərarımızı vermişik, namizədlərimizi irəli sürmüşük, hazırda məsələ rəsmiləşdirilmə mərhələsindədir”.

Yaşlı şəxslərin deputat seçilməsinə qarşı çıxanlar barədə danışan Cəlaloğlu bu fikri səsləndirənləri sərt şəkildə tənqid edib:

“Dövlət idarəçiliyində bu cür uydurma sözlərdən istifadə etmək müəyyən dairələrin öz maraqlarını həyata keçirməsi məqsədi güdür. Elə cavan var ki, onu heç adam içinə buraxmaq olmaz, elə yaşlılar da var ki, bəşəriyyətin taleyini həll edə bilər. Yaşın məsələyə nə dəxli var?!

Ho Şi Min 95 yaşında Vyetnam Prezidenti idi, Nelson Mandela 80 yaşında Cənubi Afrikanın prezidenti oldu, Mahatma Qandi 70 yaşlarında Hindistanı azad etdi, Mao Tszedun 80 yaşında Çin Xalq Respublikasının lideri olub, o boyda ölkəni idarə edib.

Bu gün dünyanın aparıcı ölkəsi - Amerikada iki prezident çıxış edir, onların ən kiçiyinin yaşı 70-dən yuxarıdır.

Azərbaycanda isə hərdən bir söz uydurub atırlar ki, “yaşlılar getməlidir”. Məqsəd müəyyən qüvvələri siyasətdən kənarda saxlamaq üçün bəhanə əldə etməkdir. Şəxsin 80 yaşı olsun, əgər onun ağlı, vicdanı varsa, xalqı üçün əlləşirsə, bu kifayətdir.

Elə adam var ki, cavan oğlandır, 6 dəfə parlamentdə təmsil olunub, bir dəfə ağzını açıb “A”, “B” hərflərini belə deməyib. Bax, belə adamları millət vəkili seçmək olmaz. Yadda saxlayın ki, demokratiya yalançı sözlərlə inkişaf etməz!”
 
 
 
Ardını oxu...
Yəmənin “Ənsar Allah” hərəkatı (husilər) ötən ilin noyabrından bəri Qırmızı və Ərəb dənizlərində ümumilikdə 162 gəmiyə zərbələr endirib.

"Aznews.az" xəbər verir ki, bu barədə "Al Masirah" telekanalı məlumat yayıb.

Hərəkatın lideri Abdel Malek əl-Husinin sözlərinə görə, cəmi bir həftə ərzində 6 gəmi hücuma məruz qalıb, bu müddət ərzində ballistik və qanadlı raketlərdən, pilotsuz uçuş aparatlarından istifadə edilib.

Qeyd edək ki, Qəzza zolağında münaqişənin alovlanmasından sonra “Ənsar Allah” İsrail ərazisinə hücum etməklə Qəzzada əməliyyat dayandırılanadək İsraillə əlaqəli gəmilərin Qırmızı dəniz və Bab-əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəyi ilə hədələyib.
 
Ardını oxu...
Azərbaycanın bir çox müxtəlif ərazilərində, istər kənd, istər şəhərdə ətraf mühitin kobud şəkildə çirklənməsi halları mövcuddur.

Əhali hara gəldi məişət və digər tullantıları atır təbiətə ciddi ziyan vururlar. Tullantıların miqdarı artdıqca, xüsusilə təhlükəli tullantıların idarə edilməsində strategiyaların hazırlanması getdikcə daha vacib məsələyə çevrilir. Bu barədə də yerli İH-nin cavabdeh şəxsləri hadisələri görməzdən gəlir.

Beləki, oxşar hadisə Azərbaycanın gözəl guşəsi sayılan Şəki şəhərində də müşahidə olunur. Təhlükəli tullantıların yandırılmasından yaranan tüstü şəhər ərazisində biabırçı mənzərə yaradıb.

Zibil tullantılarının yandırılması nəticəsində yaranan ciddi fəsadlar, ətraf mühitin kobud şəkildə çirklənməsinə səbəb olub.

Ətraflı videoda:

Bildiraək ki, Ekologiya.az-ın əməkdaşları hadisə barədə ETSN –nin 7 Saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsini məlumatlandırıblar. Dərhal hərəkətə keçən 7 Saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsini əməkdaşları hadisəni yerində araşdırmağa başlayıblar.
 

Ardını oxu...
Bu ilin əvvəlində verdiyim müsahibələrdə qeyd etmişdim ki, 2024-cü il seysmik və tektonik baxımından mürəkkəb il olacaq. Yəni mütəmadi olaraq, tez- tez hiss olunan zəlzələlər baş verəcək. Biz bunu ilin altı ayı ərzində müşahidə etdik. Cənub zonasında zəlzələ baş verdi. Sözügedən zonada mütəmadi olaraq zəlzələlər baş verir. Təbii ki, seysmoloq kimi hesablamalarıma, təhlilimə görə bu, İranda baş verən seysmik ocaqlarda olan zəlzələlərin nəticəsi, təsiri idi.
 
Bunu Referans.az-a açıqlamasında seysmoloq Qulam Babayev deyib.
 
O bildirib ki, Xəzər dənizində bir neçə hiss olunan təkanlar qeydə alınıb:
 
“Ümumiyyətlə, bir neçə növ zəlzələ var: Hiss olunmayan, hiss olunan, güclü, dağıdıcı, katostrafik. Hiss olunmayan zəlzələlər hər gün baş verir. Bu il Azərbaycan ərazisində hiss olunan zəlzələlərin baş verməsi istisna deyil”.
 
O qeyd edib ki, hiss olunan zəlzələ dedikdə maqnitudası 4.5-5.5 civarında olan zəlzələ nəzərdə tutulur:
 
“Azərbaycanda seysmik aktiv zonalara Oğuz, Quba, Şamaxı, İsmayıllı, Şəki, Zaqatala, Kiçik Qafqazın Şimal yamacı, Gəncə və Şəmkir ətrafı, Aran və Kür çökəkliyi aiddir. Qarabağ zonası da seysmoaktiv zonaya daxildir. Burada Şuşa ocağı var, Laçın, İstisu, Kəlbəcər sesysmik avtiv zonalardır. Ən mürəkkəb seysmik zonalardan biri Xəzər dənizidir. Xəzər ətrafında müxtəlif enerjili seysmik ocaqlar mövcuddur. Təbii ki, bunlar bir-birinin başlanmasında təkan rolunu oynayır. Xəzər dənizində zəlzələ müşahidə edəcəyik, Aran zonasında zəlzələlər baş verə bilər. Çünki cənub zonasında olan zəlzələ tektonik-seysmik bloku daha da aktivləşdirə bilər. Şamaxı- İsmayıllı zonası heç cür istisna deyil”.
 
Qulam Babayev zəlzələ zamanı insanların davranışlarına diqqət çəkib və maarifləndirici məsləhətlər verib:
 
“Zəlzələ baş verəndə insanlar təşvişə düşməsinlər, pəncərə ətrafından uzaq olsunlar. Əgər çoxmərtəbəli binada yaşayırlarsa, liftdən istifadə etməsinlər. Qapını tez açsınlar. Çünki zəlzələ zamanı bina deformasiyaya uğraya, qapı kilidlənə bilər. Təkanların gücünü hiss edən zaman stolun altında gizlənmək lazımdır. Dağıdıcı zəlzələnin baş verməsi mümkün deyil, amma hiss olunan zəlzələlər, yəni 4.5-5.5 ballıq zəlzələlər istisna deyil”.
 
Qeyd edək ki, bir neçə gün öncə Azərbaycanın cənub bölgəsində 5 maqnitudada qeydə alınmış zəlzələ altı rayonda 4 bal gücündə hiss olunub.

Ardını oxu...
Azərbaycanın eksklavı olan kəndlərin–Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərkinin qaytarılması gündəmdədir.

Bu barədə erməni ekspertlər “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın birgə fəaliyyəti haqqında” Əsasnamə layihəsinin razılaşdırılması üzərində iş getdiyi haqda hər iki tərəfdən eyniməzmunlu informasiyanın rəsmən yayılmasından sonra iddia səsləndiriblər.

Bildirilib ki, sərhədin delimitasiyası zamanı Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın dörd anklav kəndinin azad edilməsi məsələsi həll olunacaq.

“Hraparak” yazıb ki, bütün sərhədyanı kəndləri əhatə edən sərhədyanı ərazilərdə mənzillərin tikintisi planının siyahısında Kərkinin adının olmaması bu kəndin geri qaytarılacağını təsdiqləyir.

Ekspert Tiran Xaçatryan isə iddia edib ki, məsələ yalnız anklavların qaytarılması deyil, Azərbaycan dəhliz də tələb edir və hazırda əsas müzakirə budur.

Politoloq Tofiq Abbasov “Sherg.az”a söyləyib ki, sözügedən kəndlərin qaytarılması mütləqdir:
“Çünki həmin ərazilər Azərbaycanın halal torpaqlarıdır. Ona görə də ermənilərin qarşısında “gözü kölgəli” halımız yoxdur. Ermənistanda Paşinyan hakimiyyəti mürəkkəb vəziyyətdə fəailiyyətini davam etdirir. Paşinyana qarşı durmadan təzyiqlər artır. Həm xaricdən təzyiqlər və həm də ölkə daxilində olan barışmaz müxalifətin nümayəndələri keşiş Baqrat Qalstanyanı ortaya atıblar. Baqratın hərəkatı səngisə də, silahı yerə qoymayıb. Ona görə də hakimiyyət ehtiyatlı olmağa səy göstərir və qıcıq doğurmamağa çalışır. Çünki istənilən halda Paşinyana tərəf yönələn iddihamlar Azərbaycana bağışlanmaz güzəştlər etməsindən ibarətdir. Əslində isə sözügedən mövzular Ermənistanın Azərbaycana borclarının ödənilməsi məsələsidir. Yəni heç kəs Azərbaycana minnət edə bilməz. Amma Ermənistan daxilində hakimiyyət uğrunda mübarizə aparan qüvvələr bunu belə tərzdə insanlara təqdim edirlər”.

Ekspert qeyd edib ki, prinsip etibarilə Azərbaycanın mövqeyi tam bəllidir:
“Azərbaycan Baş nazirlərin müavinləri səviyyəsində format var və fəailiyyətlərmizi davam etdirməyə razıyıq. Ermənistanda həmin formatlar ətrafında bəzi şübhələr yaranır. Ermənistan tərəfinin manevr imkanları tükənib. İrəvan başa düşür ki, uğur formulunu yalnız bölgə çərçivəsində tapa bilər. Azərbaycanın Ermənistana verdiyi təkliflər praqmatik, rasionaldır. Əgər Ermənistan köməyi Avropadan, Fransadan gözləyirsə, onlar özlərini doğrultmayacaq. Sadəcə, onlar, Ermənistana gəlişi gözəl sözlərlə fitvalar verirlər. Paşinyan dözümlülük göstərməli və öz planları üzrə işlərinə davam etməlidir. Çox güman ki, Ermənistan rəhbərliyi İlham Əliyevin xəttini davam etdirmək lazım olduğunu anlayır”.

Ardını oxu...
Son zamanlar qlobal iqlim dəyişikliyi əsas müzakirə mövzusudur. Bu, dünyanın bütün ölkələrinə təsir edir - bəzilərinə daha çox, bəzilərinə daha az dərəcədə. Əsas səbəb kimi antropogen faktor, yəni atmosferə buraxılan istixana qazları emissiyası göstərilir.

Azərbaycan iqlim dəyişikliyinin təsirlərinə qarşı həssas ölkə kimi tanınır və ND-GAIN indeksində 181 ölkə arasında 73-cü yerdədir. İsveçrənin “Swiss Re” təkrarsığorta şirkətinin vitse-prezidenti Gepa Yansen-Klausun sözlərinə görə, Azərbaycanda temperatur orta dünya səviyyəsindən daha sürətlə yüksələcək - 2090-cı ilə qədər 4,7% artacaq: “Quraqlıq ölkədə kənd təsərrüfatı məhsuldarlığını azaldacaq, səhralaşma və torpaqların şoranlaşmasının artmasına səbəb olacaq. Bu, həmçinin daşqınlara və ehtimal ki, sürüşmələrə səbəb olan həddindən artıq yağıntı ehtimalını artıracaq”.

Bu cür proqnozlar xoş deyil. Bu, əhalinin içməli su ilə təminatında problemlər, ərzaq təhlükəsizliyinə təhlükə və s. yarada bilər. Ölkəmiz bütün bunları yaxşı bilir və buna görə də iqlim dəyişikliyinə qarşı mübarizə tədbirləri həyata keçirilir. COP 29-un Bakıda keçirilməsi isə Azərbaycanın bu mövzuya böyük diqqət yetirdiyini təsdiqləyir.

Hazırda istehsal olunan alternativ enerjinin payının artırılması istiqamətində genişmiqyaslı işlər aparılır. Atmosferə zərərli emissiyaları azaltmaq üçün həm şəxsi, həm də ictimai nəqliyyata da diqqət yetirilir. Buna nail olmaq üçün xaricdən elektrobuslar gətirilir, enerji doldurma məntəqələri şəbəkəsi yaradılır və elektromobillərin idxalına güzəştlər edilir (düzdür, belə maşınların dövrünü başa vurmuş akkumulyatorlarını nə etmək məsələsi açıq qalır). Kənd təsərrüfatında damcıyla suvarılan sahələr artırılır, yaşıllaşdırma imkanları müzakirə olunur və s.

Həqiqətən, təhlükə nə qədər böyükdür və qlobal istiləşmənin təsirlərinin qarşısını almaq üçün daha nə etmək lazımdır?

“Həyəcan” İctimai Birliyinin sədri, ekoloq Əliheydər Məmmədov AYNA-ya şərhində deyib ki, dünyada iqlimin dəyişməsində qeyri-adi heç nə yoxdur: “Məlumdur ki, dəfələrlə quraqlıq dövrləri olub, təbii fəlakətlərin sayı artıb. Planetimizin bütün tarixi soyutma və istiləşmə dövrlərinin tarixidir və o, artıq dəfələrlə hava istiliyində əhəmiyyətli bir artım yaşayıb. Məsələn, Xəzər dənizini götürək, onun taleyi indi çoxlarını narahat edir. Onun dayazlaşmasının qlobal iqlim dəyişikliyi ilə əlaqəli olduğu, Xəzərin tsiklik proseslərə məruz qalması fikrini eşidə bilərsiniz. Müəyyən müddətdən sonra dəniz azalır və sonra yenidən yüksəlir. Bu, təbii bir hadisədir və mən heç nə etmək mümkün olmadığını düşünmürəm”.

“Təbii ki, istiləşmənin nəticələrini yumşaldacaq mexanizmlər üzərində düşünmək lazımdır. Məsələn, bir ərazi quraqlıqdan əziyyət çəkirsə, ona uyğunlaşdırılmış məhsullar əkmək, su təchizatı problemini həll etmək və ya ərazidə həyat çox sərtləşirsə, mümkün ekoloji miqrantlara dəstək tədbirləri nəzərdən keçirmək lazımdır. İqlim dəyişikliyi prosesi həmişə yavaş-yavaş, min illər ərzində baş verib və təbiət də buna tədricən uyğunlaşıb”, - deyə həmsöhbətimiz bildirib.

Bugünkü vəziyyətin fərqi odur ki, dünya alimlərinin dediyi kimi, indi havanın temperaturu çox sürətlə yüksəlir.

“Davamlı Qafqaz” beynəlxalq qeyri-hökumət təşkilatının Azərbaycandakı nümayəndəsi, ekoloq Fuad Bağırov AYNA-ya açıqlamasında söyləyib ki, iqlim dəyişikliyi daha çox insan günahı ilə bağlıdır: “Ekoloji təmiz istehsala keçməliyik və ölkəmizin bərpa olunan enerji mənbələrinin payını ciddi şəkildə artırması müsbət haldır. Bu, yaşıl binalar, ağıllı şəhərlər və kəndlər kimi uyğunlaşma yollarından biridir. Məsələn, Almaniyanın sıfır enerjili şəhərləri var, yəni onlar istehlak etdikləri qədər enerji istehsal edirlər”.

“Azərbaycan iqlim dəyişikliyinə həssasdır, çünki ölkədə meşə örtüyü çox azdır. Əvvəllər ərazimizin cəmi 11 faizi meşələrlə örtülü idisə, indi onların sayı bir qədər artıb - 13,7 faiz, lakin bu, hələ də kifayət deyil. İndi təbii ki, abadlıq-quruculuq tədbirləri görülür, bu, xüsusilə yolların kənarında görünür - ağaclar əkilir, damcı suvarma üsulundan istifadə olunur, lakin bunlar kifayət etmir”, - deyə ekspert söyləyib.

Bununla bağlı daha çox iş görülməli olduğunu bu yaxınlarda Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva da təsdiqləyib. Onun sözlərinə görə, Bakıda hər sakinə orta hesabla 5 kvadratmetr ağac və kol düşür, halbuki normalda 20-25 kvadratmetr olmalıdır.

Bundan əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov bildirmişdi ki, Azərbaycan 270 min hektar meşə sahəsinin bərpası ilə bağlı öhdəlik götürüb: “2023-cü ildə 4 milyona yaxın ting əkmişik, 2024-cü ildə isə bu rəqəmi daha 5 milyona çatdırmağı planlaşdırırıq. Belə layihələrin həyata keçirilməsi üçün tullantı sularının təmizlənməsi və dəniz suyunun duzsuzlaşdırılması kimi innovativ suvarma üsulları vacibdir”.

Müsahibimiz F.Bağırov onu da qeyd edib ki, meşələrin olmaması bir sıra başqa problemlərə də gətirib çıxarır, çünki təbiətdə hər şey bir-biri ilə bağlıdır: “Belə ki, sovet dövründə İsmayıllı rayonunun İvanovka kəndindən bir qədər aralıda bulaqlar axan meşə var idi ki, bu da kənd sakinlərinin içməli su mənbəyi kimi xidmət edirdi. Keçən əsrin 90-cı illərinin əvvəllərində meşələr kəsildi və su yox oldu, nəticədə su təchizatında böyük problemlər yarandı. Ekosistem pozulduqda bütün ətraf mühitə təsir edir. Meşələrin kifayət qədər olması torpağın nəmlə doymasına gətirib çıxarır”.
Ardını oxu...
Kimlərəsə arxayın olanlar bilsinlər ki, qanun hamı üçündür və bu məsələdə heç bir istisna ola bilməz.

“Report” xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev yol hərəkəti qaydalarını pozan qadın sürücünün əməli bağlı feysbukdakı hesabında yazıb.

“İstisnalar qanun qarşısında bərabərliyi pozar, bərabərliyin pozulması isə yollarda imtizamsızlıq doğurar. Fərqlənmək üçün qaydaları pozma, qaydalara əməl edərək fərqlən”, - DYP rəsmisi əlavə edib.

R.Tağıyev sürücünün qayda pozuntusunu əks etdirən videogörüntünü də paylaşıb.

Ardını oxu...
"Bu yol niyə belə bağlanıb? Və ya niyə Bağlanmalıdır ki?" Dia-az.İnfo bildirir ki, bunu "Müştəıriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Ayaz Səmədzadə adlı istifadəçi qeyd edib.

Ardını oxu...
Ardını oxu...

Bağlı yolun yerləşdiyi ünvanı və lokasiyasını da təqdim edən narazı vətəndaş Bakı şəhəri Cəfər Cabbarlı küçəsində üzləşdiyi bu problemlə bağlı əlaqədar qurumlardan izahat istəyir...

Ardını oxu...
Azərbaycanda vəzifə sahibi olan şəxslərin böyük bizneslərə, obyektlərə, dəbdəbəli vilalara sahib olmaları barədə çox yazılıb. Dövlətdən maliyyələşən təşkilatlara rəhbərlik edən əksəriyyət məmurların sahib olduqları var-dövlətlə aldıqları məvaciblər isə böyük ziddiyyət təşkil edir desək heç yanılmarıq.

AzFakt.com xəbər verir ki, Abşeron rayon Masazır qəsəbəsi yoncalıq deyilən ərazidə Bakı şəhəri 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gülarə Quluzadə dəbdəbəli villa tikdirir.

Ardını oxu...
Ardını oxu...

Ərazidə yaşayan sakinlər youtube sosial şəbəkəsində səsləndirdikləri şikayətdə bildirirlər ki, Gülnarə Quluzadə tikdirdiyi villanın ətrafındakı evlərə gedən kanalizasiya xəttini dağıtdırıb.

Bildirək ki, villanın hazırkı sonra bazar qiymətinin yarım milyondan manata yaxındır.

Qeyd edək ki, Gülarə Quluzadənin rəhbərlik etdiyi 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi Yasamal, Sabunçu və Pirallahı rayonlarını əhatə edir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Ardını oxu...
Sabunçu rayonu Zabrat 2 qəsəbəsində yaşayan sakinlər yaşayış yerindəki bərbad vəziyyətdən narazıdırlar.

Bu barədə Zabrat sakini Röyal Alıfzadə Sonxeber.az-a məlumat verib. O bildirib ki, yol kənarında zibil qabları olmadığından tullantılar ətrafa yayılır və qoxudan ərazidən keçmək olmur.

"Biz burada bir neçə vaxtdır yaşayırıq. Sadəcə olaraq bizim evimizin yanı, o cümlədə hər tərəf zibillikdir. Elə olur ki, zibilləri gəlib qapının önünə belə atırlar. Neçə dəfə bildirmişik ki, zibilləri bura tullamasınlar. Ərazidə heç zibil qabları belə yoxdur. Kifayət qədər zibil qabları olsa bu hallar yaşanmaz. Zibillərin olduğu yer yola yaxındır. Zibillər yoldan çox uzaq deyil və Daş bazarının yanındadır. Daş bazarından təqribən 1 km məsafədə bu zibilləri görmək mümkündür. Təmizlik işləri görülsə yollarda düzələr və buna çox vəsait lazım olmaz".

Ardını oxu...

Şikayətçinin sözlərinə görə, bəzi şəxslər zibilləri hara gəldi atırlar və zibilliyə yığılan həşəratlar ətrafı bürüyüb. Eyni zamanda qurumlara müraciət edilsə də, şikayətə baxan olmayıb.

" Zibillər hara gəldi atılır və fikirləşmirlər ki, burada yaşayış var. Bir neçə dəfə məsələ ilə bağlı söz-söhbət yaranıb. Problemə görə aidiyyatı qurumlara bir neçə dəfə zəng vurdum. Zəngə cavab verən olmadı. Bələdiyyə müraciətlərimizə cavab vermir. Qonşularda dəfələrlə danışıblar. Bu barədə heç bir iş görmürlər".

Qeyd edək ki, paytaxt və rayonlarda yaşayan sakinlər hara gəldi atılan tullantılardan, zibilxanaların vaxtında təmizlənməməsindən şikayət edir. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etmyə hazırıq.

Ərazidən görüntüləri təqdim edirik:


Dünyapress TV

Xəbər lenti