Ardını oxu...
Rusiyanın Belqorod şəhərində insanlara hücum edən dəstə başçısının ailəsini qanunsuz olaraq Rusiya pasportu ilə təmin edən polis əməkdaşlarına qarşı səhlənkarlığa görə cinayət işi açılıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, dəstə başçısının ailəsi 2011-ci ildə Ukraynadan Belqorod vilayətinə köçüb. 2022-ci ilin yazında ailə Daxili İşlər Nazirliyinin Dzerjinski rayonu üzrə şöbəsinə Kaluqa vilayətinin Prudkovo kəndində müvəqqəti qeydiyyat ünvanı göstərilməklə Rusiya vətəndaşlığı üçün sənədlər təqdim edilib. Ailənin orada yaşamadığı, hüquq-mühafizə orqanlarının əməkdaşlarının bunu yoxlamalı olduğu qeyd edilir.

Hazırda onların pasportlarının verildiyi şöbə yoxlanılır. Məsuliyyətə cəlb olunan polis əməkdaşlarını cərimə, üç aya qədər həbs və ya bir aya qədər islah işləri gözləyir.

Qeyd edək ki, yanvarın 17-də hüquq-mühafizə orqanlarının əməkdaşları Belqorod küçələrində yoldan keçənlərə hücum edən və onların hərəkətlərini lentə alan qrupun 5 üzvünü saxlayıblar.

Məlum olub ki, Belqorodda yeniyetmə dəstəsi peyda olub və izdiham içində yoldan keçənlərə hücum edib, onları döyüb, videogörüntülərdə alçaldıb. İstintaq onların milli nifrət motivləri ilə hərəkət etdiyini irəli sürüb. Dəstənin başçısı saxlanılıb, onun cəmi 17 yaşı var, Azərbaycan vətəndaşıdır.
 
 
 
Ardını oxu...
“Xəzər dənizinə tökülən suyun miqdarının azalması dənizin səviyyəsinin azalmasına səbəb olur”.

Bunu Qaynarinfo-ya açıqlamasında ekoloq ekoloq Xosrov Musayev ötən bir neçə il ərzində Xəzər dənizində suyun səviyyəsinin 50 sm azalmasına münasibət bildirərkən deyib.

Ekoloq bu gün Xəzər dənizinə çoxlu miqdarda çayların töküldüyünü qeyd edib:

“Məsələ burasındadır ki, həmin çayların suları da azalıb. Bunun da əsas səbəbi dünyada baş verən iqlim dəyişikliyidir. Yağıntılar qeyri-sabit keçir, bəzi yerlərə az, bəzi yerlərə çox düşür. Yağıntıların miqdarı get-gedə azalır. Bütün bunların hamısı sonda Xəzər dənizində suyun azalmasına səbəb olur”.

Qeyd edək ki, İranın Su Tədqiqatları İnstitutunun rəhbəri Məhəmməd Rza Kavyanpur ötən bir neçə il ərzində Xəzər dənizində suyun səviyyəsinin 50 sm azaldığını açıqlayıb.
 
Ardını oxu...
Yanvarın 24-də saat 11 radələrində paytaxtın Nizami rayonu, metronun “Koroğlu” stansiyasının qarşısındakı mağazalardan birində törədilən qətlin təfərrüatı məlum olub.

RTV-yə danışan hadisə şahidləri bildiriblər ki, qışqırıq səslərini eşidiblər:

“Mağazanın yaxınlığında dayanmışdıq. Əlində bıçaqla çıxdı, dedi yaxın gəlməyin”.

Ətraflı süjetdə:


Yanvarın 24-də saat 11 radələrində paytaxtın Nizami rayonu, “Koroğlu” metro stansiyasının qarşısındakı mağazalardan birində 1991-ci il təvəllüdlü Nurlan Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyi və Nizami Rayon Prokurorluğu birgə məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı 1985-ci il təvəllüdlü Əhməd Hüseynovun aralarında yaranmış mübahisə zamanı Nurlan Məmmədova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisədən sonra Əhməd Hüseynov könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində tutulub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

 
 
 
Ardını oxu...
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmət ötən il ərzində bəzi aparıcı supermarketlər haqqında inzibati protokollar tərtib edib.

TEREF xəbər verir ki, supermarketlər haqqında inzibati protokolun tərtib edilməsinin səbəbi qida məhsulunu üzərində göstərilən qiymətdən baha satılmaları olub.

Qeyd edək ki, barəsində ən çox inzibati protokol tərtib olanan marketlər şəbəkəsi “Araz” supermarketləri olub. Bu supermarket haqqında il ərzində 7 protokol tərtib edilib.

Bundan başqa BRAVO (“Azərbaycan Supermarket” MMC) haqqında 5, “OBA Market” haqqında isə 4 protokol yazılıb. “Al Market”, “Bazarstore” və “BM Market”lər də haqqında protokol tərib edilən digər marketlər şəbəkələridir.

Supermarketlər barəsində 2023-cü ilin yanvar-dekabr ayları ərzində tərtib olunan inzibati xəta haqqında protokolların siyahısını təqdim edirik:
Ardını oxu...
Ardını oxu...
yeniavaz.com
 
Ardını oxu...
“Uşaqların tərbiyəsi ilə valideyn məşğul olmalıdır. Çünki hər şey ailədən başlayır. Məgər uşaq anadan olanda məktəbdə dünyaya göz açır?! Tərbiyə evdən başlayır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış müğənni Akif İslamzadə deyib.

O, ötən gün Gəncədə 8-ci sinif şagirdinin qətlə yetirilməsindən sonra sosial şəbəkələrdə məktəblərlə bağlı yayılan müzakirələrə münasibət bildirib.

Xatırladaq ki, yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M. P. Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə 17 yaşlı F. Şabanov tərəfindən bıçaqlanaraq öldürülüb. Fakta görə Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F. Şabanov saxlanılaraq istintaqa təqdim edilib.

Məsələyə münasibət bildirən A. İslamzadə söyləyib ki, bu gün valideynlər uşaqlarına nəzarət etmirlər:

“Bunun üçün isə vaxt olmalıdır. Ya valideynlərin özlərinə başları qarışıb və uşaqların başını buraxıb, ya da ki, çörəkpulu dalınca qaçırlar deyə axırda da belə olur. Bizim vaxtımızda uşağı məktəbə qoyanda müəllimə deyirdilər ki, “əti sənin, sümüyü mənim”. Uşaq da o təlim-tərbiyəni görüb böyüyürdü. İndi isə Avropada olan axmaq-axmaq nələr varsa, bizimkilər də baxıb təkrar edirlər. Ümumiyyətlə, təhsil sistemi bütövlükdə dəyişilməlidir. Çünki ata-anamızdan sonra bizim üçün ən müqəddəs obraz müəllim olub. Bir peşəni hörmətdən salmaq üçün onu adiləşdirmək lazımdır. Bu gün biz bir-birimizə “müəllim” deyirik, müəllimlərin cibinə pul basırıq. Ən dəhşətlisi isə budur ki, yuxarı sinif şagirdləri müəllimdən “ştuçnı” siqaret istəyirlər ki, ver, çəkim”.

Onun sözlərinə görə, bunun kökündə dayanan problem isə birdir:

“Təhsil sistemi dəyişdirilməlidir. Bizdəki təhsil sistemi Qərb təhsil sistemidir. Əvvəllər ruslara, onlardan da bizə keçib. Ona görə də bu təhsil sistemi kökündən dəyişilməlidir. Mən uşağı vurmağın tərəfdarı deyiləm, lakin, tutaq ki, müəllim uşağın qulağını burubsa, bunu problem etmək nəyə lazımdır? Yenə deyirəm, bütün təhsil sistemi dəyişilməlidir. Belə təhsil sistemi olmaz. Təlim-tərbiyə isə ailə və mühitdən başlayır”.

“Bu barədə bir misal çəkmək istəyirəm. Bir həftənin hadisəsidir. Dostumgilə gedirik, liftin qabağında gözləyirik. Bir nəfər 20-21 yaşında oğlan durub liftin qarşısında. Orada da 2-3 lift kabinəsi var. Oğlanın basdığı düymədə lift tez gəldi. Özü də başa düşdü ki, biz ona tərəf gedirik, hətta bizi də gördü. O, lifti saxlaya bilərdi, amma qalxdı yuxarı. İndi sual edirəm ki, bunun günahı kimdədir? Valideyn və məktəbdə. Bu cavan uşaqların belə günahlarının bir ucu gəlib bizə çıxır.

Bu problem bütün dünyada var. Bu dövrün adı da axır-zamandır. Bəşər tarixində bir Nuh peyğəmbərin dövründə belə mənəviyyatsızlıq olub, bir də indi. Allah o vaxtı bizi su ilə imtahana çəkdi, indi də, inşallah, odla imtahana çəkər. Çünki bu bəşər özünü doğrultmadı”, - deyə müsahibimiz fikirləriniz yekunlaşdırıb.+6
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi Ağstafa Rayon İcra hakimiyyəti tərəfindən rayonun mərkəzi küçəsində birabırçı yol təmirinə "imza atıb".

Yollarda qırlama işləri görməmiş asfltlamağa başlayıblar. Bu azmış kimi yeni çəkilən yola səhvlərini ört-bas etmək üçün bəzi yerlərdə "yamaq" da vurmağı unutmayıblar.
32gun.az-ın Ağsatafadakı yol təmirinin birbaırçı vəziyyətdə olması öz təqsdiqini iki gündür yağan yağış və sulu qardan sonra təsdiqini taöıb.

Ardını oxu...

Belə ki, yeni çəkilən yolda palçıq və gölməçələr yaranıb.

Bununla bağlı 32gun.az-ın qaynar xəttinə yeni görüntülər daxil olub. Həmin görüntünü təqdim edirik:

Xatırladaq ki, Ağstafa RİH başçısı Seymur Orucovdur.

video burada - https://www.instagram.com/p/C2cTg0BMR_7/
 
Ardını oxu...
Son günlərdə sosial şəbəkələrdə içməli suyun kanalizasiya suyunun qarışması ilə bağlı məlumatlar yayılıb.

Maraqlıdır, bu məlumat nə dərəcədə doğrudur? Ümumiyyətlə vətəndaş içməli suyunun kanalizasiya suyu ilə qarışıb-qarışmadığını necə müəyyən edə bilər?

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Lent.az-a açıqlamasında bildirib ki, suyun təmizlənməsi normal səviyyədə gedir.
Onun sözlərinə görə, lakin su infrastrukturu o qədər köhnəlib ki, sudan qum və ya lil gəlir:

“Məlumdur ki, Bakıda su dörd atmosferlə vurulur. Kanalizasiya suyu isə öz axarı ilə gedir. Kanalizasiya suyunun içməli suya qarışması mümkün deyil. İçməli su kanalizasiya suyuna qarışa bilər. Çünki içməli su təzyiqlə vurulur. Amma kanalizasiya suyu heç vaxt içməli suya qarışa bilməz. Bur birmənalı şəkildə səhv düşüncədir. Çünki kanalizasiya suyunun qoxusundan onu müəyyən etmək olar. Vətəndaş içməli suyunun təmiz olub-olmadığını yoxlamaq üçün 1003-ə zəng edə bilərlər. Bununla yanaşı özəl laboratoriyalar Bakıda, orda da yoxlada bilərlər. Yalnız onu deyək ki, həmin testin cavabı hüquqi sayılmır”.
 
Ardını oxu...
Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin 3 ildir boş qalan qalan sədri vəzifəsi uğrunda gedən gizli savaş kulminasiya nöqtəsinə çatmaqdadır.

Məlumata görə 2020-ci ildən “Azərkontrakt” ASC sədri vəzifəsini müvəqqəti əvəz edən Güləddin Dadaşovun sədr olmaq arzusu müxtəlif səbəblərdən reallaşmadığı qeyd edilir.

AzFakt.com-un etibarlı mənbədən aldığı məlumatda 20 ildir ASC-də müavini kürsüsünü tutan Güləddin Dadaşov bütün vasitələrdən və əlaqələrindən istifadə edərək sədr olmaq istədiyi, ancaq Güləddin Dadaşovun sədr postunu tutmaq uğrunda göstərdiyi çabalar fayda vermədiyi deyilir. Buna səbəb isə Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətində korrupsiya hallarının olması barədə səslənən iddialardır.

İyirmi ildir ASC-də müavin vəzifəsində, son 3 ildə isə sədr səlahiyyətlərini icra edən Güləddin Dadaşovun narahat olduğu əsas məqamlardan biri isə onun və komandasının qeyri-şəffaf faəliyyəti ilə bağlı Prezident Administrasiyasına və digər rəsmi qurumlara ünvanlanan çoxsaylı şikayət məktublarıdır.

Güləddin Dadaşovun ASC-nin hazırkı biabırçı durumuna dözə bilməyən "üsyançı kollektivi"nə qarşı səlahiyyətlərindən istifadə edərək təsir etdiyi də bildirilir.

Belə ki, Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” ASC-də 2004-cü ildən indiyədək müavin, son 3 ildə isə sədr səlahiyyətlərini icra edən Güləddin Dadaşov qurumda daha bir strateji vəzifəni zəbt edə bilib.

O, son 5 ildir ki, müavin, sədr əvəzi vəzifəsini daşıya-daşıya eyni zamanda Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Səhmdar Cəmiyyətinin Apellyasiya Şurasının sədri vəzifəsini də ələ keçirib.
Ardını oxu...
Güləddin Dadaşovun ASC-də mühüm vəzifələri ələ keçirdiyinə görə hüdudsuz səlahiyyət sahibi olduğu, onun əməllərinə boyun əymək istəməyən işçiləri isə bu səlahiyyətlərindən sui-istifadə edərək vəzifələrindən uzaqlaşdırdığı vurğulanır.

Qeyd edək ki, Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti 1996-cı ildə təsis edilib.

Nazirlər Kabinetinin 2020-ci ildə verdiyi Qərarla Azərbaycan Respublikasında daxili bazarda təbii qazın qaz istehsalçılarından satın alınması, onun nəqlinın, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması “Azərkontrakt” ASC-yə həvalə edilib.

“Azərkontrakt” ASC tam təsərrüfat hesablı dövlət təşkilatıdır.
Ardını oxu...
“Azəriqaz” İstehsalat Birliyi 7 ildir ki, yaşayış olmayan evə 140 manat borc yazdı.

Bunu Sonxeber.az-a müraciət edən Y.İ bildirib.

Y.İ qeyd edib ki, onun Sabunçu rayonun Zabrat qəsəbəsində yerləşən və 7 ildir ki, yaşamadığı evinə “Azəriqaz” İstehsalat Birliyinin işçiləri tərəfindən140 manat borc yazılıb:

“2020-ci ildə bizə mexaniki-elektron sayğac qoşdular. Bir neçə gün öncə telefonuma 140 manat borcumun olması ilə bağlı sms gəldi. Mən dərhal Zabrat qəsəbəsinin Ruslan Göyüşov 106 ünvanında yerləşən evimə getdim. Ora çatanda sayğacımın oğurlandığını gördüm. Mən dərhal “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları ilə əlaqə saxladım. Onlar mənə sayğacımın noyabrın 28-nə kimi yerində olduğunu söylədilər. Hadisə yerinə gələn “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları sayğacımın noyabrın 28-dən sonra oğurlana biləcəyini söylədi. Bundan əlavə mən “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşlarına bu evdə 7 ildir ki, yaşayış olmadığını və mənə necə 140 manat borc yazılma səbəbini soruşdum. Onlar mənə 2023-cü ilin 3-cü ayından qaz sərfiyyatının olduğu bildirdilər. Necə ola bilər ki, mənim 7 ildir ki, yaşamadığım evə 140 manat borc yazılır. Hər ay borcla bağlı göndərilməli olan sms də mənə bir neçə gün öncə sayğacım oğurlandıqdan sonra göndərildi. Qonşular sayğacın bir aydır ki yerində olmadığını bildirdilər. 7 ildir ki, o evdə yaşayış yoxdur. Əgər həqiqətən mənim borcum var idisə, niyə sayğac oğurlandıqdan sonra bu barədə mənə məlumat verdilər. Məsələ ilə bağlı mən artıq polisə də müraciət etmişəm”.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
 
Ardını oxu...
“Zəfər” kurslarının Nərimanov filialında yanvarın 21-də keçirilmiş sınaq imtahanları zamanı xoşagəlməz hadisə yaşanıb.

TNS xəbər verir ki, buraxılış imtahanları əsasında sınaq imtahanında iştirak edən 11-ci sinif şagirdi olan yeniyetmə mobil telefonunu aidiyyəti üzrə nəzarətçiyə təqdim edib. Nəzarətçi isə telefonu mühafizəyə təhvil verib.

İmtahandan sonra telefonunu geri alan yeniyetmə bir az keçmiş telefonla üz qabığı arasına qoyduğu 20 manatın orada olmadığını görüb. O, dərhal kursla əlaqə saxlasa da, bildiriblər ki, bazar günü olduğundan imtahandan sonra hamı gedib, filialda heç kim qalmayıb. Məsləhət biliblər ki, ertəsi gün filiala yaxınlaşsın.

Ertəsi gün – yanvarın 22-də filiala gedən yeniyetməni xeyli gözlətdikdən sonra deyiblər ki, telefonun arxa hissəsində həqiqətən pulun olub-olmadığını müəyyənləşdirmək mümkün deyil. Buna görə məktəblinin 20 manatı qaytarılmayıb.

TNS hadisə ilə bağlı “Zəfər” kurslarının Nərimanov filialı ilə əlaqə saxlayıb. Kursdan bildirilib ki, telefonların mühafizə olunduğu otaqda kamera olmadığından məsələni dəqiqləşdirmək mümkün deyil: “İmtahanda yüzlərlə yeniyetmə iştirak edib, hamısının telefonu nəzarətçi tərəfindən toplanıb. O qədər telefonun arasında birinin arxasında pul olub-olmadığını necə müəyyənləşdirmək olar?”

Yeniyetmələrin təhvil verdiyi telefonlara hər hansı müdaxilənin qanunsuz olması barədə suala isə heç bir cavab verilməyib.
 

Dünyapress TV

Xəbər lenti