ünən - iyulun 12-də Azərbaycanın paytaxtı müasir, gözəl, yarlı-yaraşıqlı Bakıda daha bir binada lift qırıldı. Ağır xəsarətlər alanlar olsa da, xoşbəxtlikdən hələ ki, dünyasını dəyişən olmayıb. Bu artıq son iki ayda 3-cü hadisədir. İlin əvvəlindən isə səhv etmirəmsə, artıq 5-ci lift qəzasıdır. Bəzi cavabdeh məmurlar, tikinti şirkətinin rəsmilər deyə bilərlər ki, əşşi, qəzadır da, liftdə nasazlıq olub, qırılıb. Cənablar, bəlkə deyəsiz ki, lift qəzaları da bir qəzadır, təsadüfdür, ona görə də, avtomobil qəzalarıyla eyni tezlikdə, yəni hər gün olmalıdır? Axı texnikanın, texnologiyanın indiki inkişaf vaxtında liftləri vaxtlı-vaxtında sazlamaq, təmir etmək mümkündür. Bu, mümkün olmursa, il ərzində bir şəhərdə 1-2-dən artıq lift qəzası baş verirsə, deməli, burada subyektiv faktor, başqa sözlə, insan faktoru var. İnsan isə... İnsan isə çiy süd əmib... İnsan rüşvətlə, tanış-bilişlə, day-dayla özünə dəxli olmayan işə düzəlir, boynuna götürüb dövlət büdcəsindən maaş aldığı işi bilmir, savadsız olur, məsuliyyətsiz olur, səhlənkar olur, iş başında əyyaşlıq edir, ya da ümumiyyətlə, iş yerində tapılmır, insan saxta diplom verir, sənəd yazır, insan yerlibazlıq, qohumbazlıq edir, “şirinlik” alır, rüşvət alır, ağına-bozuna, savadına, təhsilinə, ixtisasına baxmadan, kimi gəldi, necə gəldi, işə götürür, təyin edir, insan oğurluq edir, təzə detalları oğurlayıb satıb yerinə köhnə detallar bağlayır, insan binaları tikəndə qumdan sementdən tutmuş, daşa, dəmirədək hər cür materialı ləzzətlə “yeyir”, binaların guya texniki təhlükəsizlik standartlarına cavab verməsi haqda saxta sənəd verir, insan xaricdən digər texnika və avadanlıqları alıb ölkəyə gətirəndə korrupsiyaya yol verir, işlənmiş liftləri təzə, ən müasir lift adıyla şirkətlərə satır, insan mütəmadi təmir adıyla maaş yazdırır, vəsait sildirir, ancaq heç bir təmir işi aparmır...

Bəs çiy süd əmən insanların vəzifə başında məsuliyyətsizliyinin, səhlənkarlığının, oğurluğunun, rüşvətxorluğunun, korrupsionerliyinin, saxtakarlığının və s. qarşını kim almalı idarə, müəssisə, şirkətlərin və s. işlərini kim tənzimləməlidir. Əlbəttə ki, dövlətin, hökumətin müvafiq mərkəzi icra qurumları...

Hökumət demiş, yaxşı yadıma düşdü. Bu yaxınlarda hökumətimizin hörmətli qurumlarından biri olan Tarif Şurası növbəti dəfə yanacağın, nəqliyyatın, dərmanların, zibil atmanın və s. qiymətini qaldırdı. Və həmişə olduğu kimi, bir gün keçməmiş ərzaqların da, bir çox xidmətlərin də qiyməti yavaş-yavaş qalxdı... Yəqin ki, digər kommunal xidmətlər, o cümlədən liftlər üçün qiymətlər də qalxıb. Həmçinin bina komendantlarının qeyri-qanuni aldığı haqqlar da... Hər şeyin qiymətləri kimi liftlərin də qiyməti qalxır, amma nədənsə özləri qalxa bilmir, yarı yolda qırılıb onlar üçün pul ödəyən insanların həyatını təhlükəyə atır...

Ölkədəki, şəhərlərimizdəki, binalarımızdakı digər ciddi problemlər kimi lift probleminin də dəqiq araşdırılması, liftlərdə mütəmadi nasazlıqlara, qəzalara görə məsul olan şəxslərin qanunla cəzalandırılması da və s. müvafiq dövlət hökumət qurumlarının işidir. Yaxşı yadınızda olar, mətbuatda qızına 400 min dollarlıq toy edən, 400 milyon manatı “yeyən” liftlə bağlı qurumlardan birinin rəisi haqda cinayət işi qaldırıldı, amma sonda o, həbs olunmadı. Başqa bir lift idarəsinin rəisi isə 1,8 milyonluq işə görə tutuldu, ancaq tezliklə bəraət alıb həbsdən buraxıldı... Amma lift problemi düzəlmədi, əksinə, daha da artdı...

İndi, hörmətli baş nazir, nazirlər, təəssüf ki, sizə əlimiz çatmır, ünümüz yetmir. Odur ki, yazılarımız vasitəsilə, özü də dövlət başçısının dəfələrlə “köməkçilərim” adlandırdığı jurnalistlərdən, yazarlardan biri kimi sual edirəm; bu subyektiv amillərdən, yəni çiy süd əmən insanlardan asılı olan problemlər, o cümlədən lift problemi nə vaxt həllini tapacaq? Niyə hörmətli Tarif Şurası qiymətləri qaldırır, amma liftlərimiz əməlli-başlı qalxa bimir, ya beqafıl yolda dayanır, günümüzün bir hissəsini orada keçiririk, ya da qəflətən qırılıb bizi zirzəmiyə çırpır? Niyə yanacaq qiymətləri qalxır, amma onların keyfiyyətindən hələ də şikayətlər var? Nədən avtobus, metroda gediş haqqları qalxır, ancaq bir çox avtobuslarda, eləcə də metro vaqonlarında kondisioner, havalandırma sistemləri işləmir? Hətta paytaxtın mərkəzində elə avtobuslar var ki, at arabasından betər cırıldayır... Niyə kəndlərdə su qiymətinə olan bir çox tərəvəzlər, meyvələr və s. Bakıda və digər şəhər və rayon mərkəzlərində od qiymətinə satılır? Hansı səbəblərdən bəzi dərmanlar Azərbaycanda Türkiyədəkindən, bəziləri hətta Rusiyadakından dəfələrlə baha qiymətə satılır? Niyə özəl liseylərdə, eləcə də özəl, həm də dövlət ali məktəblərində təhsil haqqları ildən-ilə artır, amma universitetlərimiz beynəlxalq reytinqdə hamıdan dala qalır? Diplomlarımız bir çox xarici dövlətlərdə işləmir?.. Və diplomlu cavanlarımız işsiz qalır? Niyə qiymətlər ilbəil qalxır, amma qazlı-neftli, qara qızıllı, sarı qızıllı, ağ qızıllı milyarderlər ölkəsi Azərbaycanda orta aylıq minimal əmək haqqı hələ Baltikyanı ölkələri demirəm, bəzən “qazsız, neftsiz”, “kasıb” dediyimiz qonşu Ermənistan və Gürcüstandan da aşağı qalır... Və s. və i.a.

Problemlər, suallar bitmir. Amma elə deyilənləri araşdırıb nöqsanların maksimum aradan qalxmasına nail olsanız, böyük işdi... Özü də bu problemlər layiqincə həll etmək yüksək vəzifə sahibləri kimi sizin borcunuzdur... Elə jurnalistlərin- Prezidentin köməkçilərinin suallarına obyektiv, dürüst cavab vermək də borcunuzdur...
Siz müəyyənləşdirməlisiz ki, bu problemlər əsas səbəbləri nədir; korrupsiyamı, monopoliyamı, saxtakarlıqmı?..

İndi bəzilərinin dilinə yaxşı söz düşüb; “Əşşi, Qarabağı aldıq, torpaqlarımızı qaytardıq, o biri problemlər, korrupsiya-filan da yavaş-yavaş düzələr, həllini tapar”. Nə vaxt, cənablar, ağalar, yoldaşlar, bəylər, xanımlar? İnsan ömrü gündən-günə qısalır e? Ani ölümlər gündən-günə artır! Axı biz Stalin kimi demirik ki, insan yoxdursa, problem də yoxdur... Qarabağ məsələsi daha çox xarici amillərdən asılıydı; deyirdik ki, Rusiya imkan vermir, Amerika, Frnasa qoymur... Bəs ölkədəki adi məişət problemlərini: lift, nəqliyyat, ölkədə yetişən, istehsal olunan, meyvə, tərəvəz, ərzaq qiyməti, eləcə də elm, təhsil, səhiyyə və s. problemlərini... Bunları da Qərb, ya Rusiya, yoxsa Fransa imkan vermir həll etməyə, düzəltməyə?..

Xülasə, özümüzdən, ölkəmizdən, insan amilindən asılı olan problemləri mümkün qədər tez, vaxtında, insanlar bezib çərləməmiş, dünyadan köçməmiş həll etmək gərəkdir... Özü də sözdə, rəqəmlərdə yox. Əməldə... Vicdanla, namusla, qeyrətlə...
İnsan amilindən asılı olan problemləri həll etmək üçün isə yanacaq, enerji, su, xidmət, ərzaq və s. qiymətlərindən öncə insanın qiymətini qaldırmaq lazımdır, insanın...

Sultan Laçın - moderator.az
 

Bölmənin digər xəbərləri

26 Noyabr 2024 İstanbulda 70 kiloqram qızılla tutulan hərbi attaşe barəsində qərar
26 Noyabr 2024 Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
26 Noyabr 2024 "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
26 Noyabr 2024 Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
25 Noyabr 2024 Bakıda bu ərazilər plana düşdü: Tezliklə söküləcək
25 Noyabr 2024 Rusiya təyyarəsi Antalya hava limanında YANDI - VİDEO (YENİLƏNİB)
24 Noyabr 2024 Çin avtomobillərinin ölkəyə axını sürətlənib: Seçərkən nələrə diqqət etmək lazımdır?
24 Noyabr 2024 AZƏRBAYCANLI İSTANBULDA 70 KQ QIZILLA TUTULDU - Kimliyi və hadisənin detalları bilindi + VİDEO
24 Noyabr 2024 Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi

Dünyapress TV

Xəbər lenti