Adil Vəliyevin buralardan XƏBƏRİ VARMI?
Sabunçu rayonu Zabrat 2 qəsəbəsində yaşayan sakinlər yaşayış yerindəki bərbad vəziyyətdən narazıdırlar.

Bu barədə Zabrat sakini Röyal Alıfzadə Sonxeber.az-a məlumat verib. O bildirib ki, yol kənarında zibil qabları olmadığından tullantılar ətrafa yayılır və qoxudan ərazidən keçmək olmur.

"Biz burada bir neçə vaxtdır yaşayırıq. Sadəcə olaraq bizim evimizin yanı, o cümlədə hər tərəf zibillikdir. Elə olur ki, zibilləri gəlib qapının önünə belə atırlar. Neçə dəfə bildirmişik ki, zibilləri bura tullamasınlar. Ərazidə heç zibil qabları belə yoxdur. Kifayət qədər zibil qabları olsa bu hallar yaşanmaz. Zibillərin olduğu yer yola yaxındır. Zibillər yoldan çox uzaq deyil və Daş bazarının yanındadır. Daş bazarından təqribən 1 km məsafədə bu zibilləri görmək mümkündür. Təmizlik işləri görülsə yollarda düzələr və buna çox vəsait lazım olmaz".

Adil Vəliyevin buralardan XƏBƏRİ VARMI?

Şikayətçinin sözlərinə görə, bəzi şəxslər zibilləri hara gəldi atırlar və zibilliyə yığılan həşəratlar ətrafı bürüyüb. Eyni zamanda qurumlara müraciət edilsə də, şikayətə baxan olmayıb.

" Zibillər hara gəldi atılır və fikirləşmirlər ki, burada yaşayış var. Bir neçə dəfə məsələ ilə bağlı söz-söhbət yaranıb. Problemə görə aidiyyatı qurumlara bir neçə dəfə zəng vurdum. Zəngə cavab verən olmadı. Bələdiyyə müraciətlərimizə cavab vermir. Qonşularda dəfələrlə danışıblar. Bu barədə heç bir iş görmürlər".

Qeyd edək ki, paytaxt və rayonlarda yaşayan sakinlər hara gəldi atılan tullantılardan, zibilxanaların vaxtında təmizlənməməsindən şikayət edir. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etmyə hazırıq.

Ərazidən görüntüləri təqdim edirik:


Bölmənin digər xəbərləri

05 İyul 2024 Husilər Qırmızı və Ərəb dənizlərində 160-dan çox gəmiyə hücum ediblər
05 İyul 2024 Şəkidə Yerli İcra orqanları hara baxır ? VİDEO
04 İyul 2024 Bakıda güclü zəlzələ gözlənilir? - SEYSMOLOQ AÇIQLADI
04 İyul 2024 Esklavların qaytarılması mütləqdir - GƏLİŞMƏ
04 İyul 2024  Ekoloji həyəcan siqnalı: Azərbaycanda vəziyyət daha həssasdır - NƏ ETMƏLİ?
04 İyul 2024 Kimlərəsə arxayın olanlar bilsinlər ki, qanun hamı üçündür - DYP-dən xəbərdarlıq
03 İyul 2024 Bu yol niyə belə bağlanıb?.. - FOTOFAKT
03 İyul 2024 Özünə villa tikdirən mərkəz sədri camaatın kanalizasiya xəttini zədələyib... - FOTO
03 İyul 2024 nar Bayramovun 72 minlik mebel aldığı şirkət görün kimə məxsusdur... - Ortaqlardan biri aşpaz bloger, digəri...
03 İyul 2024 QANUNLA VƏ QANUNSUZ FƏALİYYƏT GÖSTƏRƏN KARXANALAR - SƏNƏDLƏŞMƏDƏ YARADILAN SÜNİ MANİƏLƏR
03 İyul 2024 Bakıda budanma adı ilə ağacları doğrayıblar - AXI NİYƏ?
02 İyul 2024  Partiya sədrindən SƏRT SÖZLƏR: - “Onları heç seçildiyi dairəsində tanıyan yoxdur”
02 İyul 2024 DÖVLƏTİN BEL SÜTUNU - MİLLƏTİN GÜVƏN YERİ... - GÜNÜNÜZ MÜBARƏK!
02 İyul 2024 Bahalı nömrə ilə "Range Rover" sürən azyaşlının görüntüsü yayıldı - 99-CM-007 - VİDEOQ
02 İyul 2024 Yüksək maaş dərsi məktəbə qaytaracaq? - “... bütün nəticələr sıfır olacaq”
02 İyul 2024 Yanacaqdolduma məntəqələrindəki biabırçılıq - Süni əngəllər yaradıldı - VİDEO
01 İyul 2024  Azərbaycanın bölgələrində MÜƏLLİM BÖHRANI... GÖZLƏNİLİRMİ?
01 İyul 2024 Seymur Orucovun həbsdə olan qohumu azadlığa çıxmaq istəyir - TƏFƏRRÜAT
01 İyul 2024 Şəki sakini dövlətdən KÖMƏK İSTƏYİR - MÜRACİƏT
01 İyul 2024 Putinin köməkçisinin oğlu vəfat edib

Dünyapress TV

Xəbər lenti