Ardını oxu...
Azərbaycanda daha bir şirkətin ABŞ və Kanadaya viza düzəltmək adıyla onlarla vətəndaşa qarşı dələduzluq etməsi faktı üzə çıxıb.
Bu barədə Gununsesi.info-ya “Greencard Azerbaijan” adlı şirkətin sahibi Rüfət Priyevin əməllərindən zərərçəkən bir qrup şəxs məlumat verib.
Şikayətçilər iddia edir ki, Rüfət Priyev “Caspian Plaza” biznes mərkəzi korpus II, üçüncü mərtəbədə kirayələdiyi ofisində ABŞ və Kanadaya viza düzəltmək adıyla onların etibarından sui-istifadə edərək külli miqdarda pullarını talayıb.

Ardını oxu...
“Heç kəsin onun bu fırıldağından xəbəri olmayıb. Yalnız ofisində gedəndə orada başqa qurbanların şahidi olduq və beləcə aldadıldığımızı dərk etdik” deyən şikayətçilər bildirir ki, Rüfət Priyevin taladığı pulların məbləği ümumilikdə 1milyon manata yaxındır.

Zərərçəkənlərdən olan Vüqar Hüseynov, Ramil Süleymanov , İlqar Şabani, Qurban Hüseynov, Tahir Nəbiyev, Elvin Cəfərov, Emin Cəfərov, Seymur Cabbarov, Mehriban Abddurrahmanlı, Elgiz Ələsgərli, Murad Pənahov, Firudun Əhədov və sair şəxslərdən bəziləri Abşeron və Bakının müxtəlif rayonları üzrə polisə şikayət etsələr də Rüfət Priyev məsuliyyətdən yayına bilir.
Şikayətçilər onu da vurğulayır ki, Rüfət Priyev borclu olduğu adamlara “şikayət etsəniz, pulunuzu verməyəcəm, yaxşısı budur ki, gözləyin” deyə mesajlar da verir.
Rüfət Priyev haqqında araşdırmamız zamanı bəlli oldu ki, o özünün etibarını qazanmaq üçün ödənişli üsulla televiziya ekranlarına da çıxıb.
Hətta İctimai Tv Rüfət Priyevə “Müştəri xidmətləri üzrə mütəxəssis” kimi efirində yerdə ayırıb.

Ardını oxu...
İddialarla bağlı Gununsesi.info-nun əməkdaşı Rüfət Priyevin özü ilə əlaqə saxlayıb.
O, borclu olduğu şəxslərin pulu qaytaracağını, ancaq müəyyən bir müddət lazım olduğunu deyib: “Mən hamının borcunu qaytaracağam”.
Ardını oxu...
“Yasamal Hospital” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması) inzibati xəta protokolu tərtib olunub.
Qaynarinfo-nun məlumatına görə, protokol Səhiyyə Nazirliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə irəli sürülüb.
Bu maddəyə əsasən, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilir.
İşə Yasamal Rayon Məhkəməsinin hakimi Orxan Məmmədlinin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, əvvəlki adı “Da Vinçi Hospital” olan “Yasamal Hospital”ın qanuni təmsilçisi Kələntərli Elşən Altay oğludur.
 
Ardını oxu...
“Bəzən vəziyyət o həddə çatır ki, yollara görə uşaqları məktəbə göndərə bilmirik”

Biləsuvar rayonunun Amankənd kəndinin sakinləri yolların bərbad vəziyyətdə olmasından şikayətçidirlər. Sakinlər deyirlər ki, yollar təmirsiz olduğundan yayda toz-torpaqdan, payızda-qışda palçıqdan keçilməz olur.

Amankənd kəndi rayon mərkəzindən 12 kilometr aralıda yerləşir. Kəndlilər əsasən əkin-biçinlə dolanır. Əkinçiliklə dolanışığını keçindirə bilməyənlər isə rayon mərkəzində, yaxın kəndlərdə işləyirlər.

Sakinlərdən Araz Məmmədov deyir ki, yolsuzluq səbəbindən gediş-gəlişləri çətinləşir.

“Yağış yağan kimi yollarda gölməçələr yaranır. Bəzən vəziyyət o həddə çatır ki, yollara görə uşaqları məktəbə göndərə bilmirik”.

Sakinlərin sözlərinə görə, kənd yolları əsaslı təmir edilməlidir, xüsusilə məktəbə gedən yollara asfalt döşənməlidir. Bir-iki istiqamətdə yola daş döşənməsi, yaxud bir-iki kilometr yola asfalt tökülməsi ilə problem həllini tapmır.

“Bura böyük kənddir, əhalinin dolanışığı birbaşa yoldan asılıdır. Köhnə də olsa borc-xərclə avtomobil alırıq, sonra da qazandığımızın yarısını təmirə xərcləyirik”,-Məmmədov bildirib.

Sakinlər deyirlər ki, yol təmir olunarsa, kəndlilər məhsullarını rayon bazarına, qonşu kəndlərə çıxara bilərlər.

Ardını oxu...
Şikayətçilər bildiriblər ki, əvvəllər heyvandarlıqdan qazanc götürə biliblər, son dövrlər yem bahalaşdığından heyvandarlıq o qədər də sərfəli deyil. Əkin-biçin də hava şəraitindən asılı olduğundan dolanışığa bəs etmir. Yollara görə də rayon mərkəzinə gedib-gəlmək həm vaxt itkisidir, həm də baha başa gəlir.

Amankənd kənd bələdiyyəsinin sədri Füzuli Məmməov Meydan TV-yə bildirib ki, seçki ili olduğundan kəndin problemləri, o cümlədən yollar təmir edilir. Artıq sakinlərin daimi istifadə etdikləri bir neçə yol təmir edilib, yolla bağlı əvvəlki kimi problemlər qalmayıb.

Bələdiyyə sədri deyib ki, kəndin 4600-ə yaxın sakini var. Bələdiyyənin büdcəsi vergilər hesabına formalaşır, amma kəndlilər vergi ödəmirlər. Sakinlərin vergi borcu 100 min manatı ötüb:

“Bələdiyyənin iş görməsi üçün vəsaiti olmalıdır, sakinlər əkin-biçinlə məşğul olurlar, amma cəmi 5 manat vergini ödəmirlər”.

F.Məmmədov deyib ki, buna baxmayaraq, digər yollar da təmir ediləcək.
Meydan tv
 
Ardını oxu...
Binəqədi rayonu, "DSK yolu" adlanan ərazidə, "Karmen" un zavodunun yaxınlığında mənşəyi bilinməyən qazıntı işləri aparılır. Həmin qazıntı işləri ərazidən keçən iri su borularının arasında aparıldığından, sakinlər yol kimi boruların üzərindən istifadə edirlər. Su borularının arası indi böyük bir bataqlığı, zibilliyi xatırladır. Ancaq heç kəs burada nə iş görüldüyünü, hansı istiqamətdə tikinti aparıldığını bilmir. Burada iri qum təpəlikləri gözə dəyir. Yerli sakinlərə verilən son məlumata görə, burada istirahət parkı, yaşıllıq salınacaq. Ancaq bu vəd 2004-cü ildəndir səsləndirilir. Ortada isə nə park var, nə də yaşıllıq."Nə tikirlər, nə iş görürlər heç birimiz bilmirik, bircə onu bilirik ki, ərazi zibilxanaya dönür, kimin nə tullantısı var, gətirib bura atır. Adını park qoyub, bina, iri ticarət mərkəzi tikirlər. Bizə məlumat verən var ki..." - deyə, yaxınlıqda yaşayan sakin bildirib.
Sakinlərdən biri qeyd edib ki, icra başçısı burada istirahət parkının salınacağını bildirmişdi, ancaq ortada heç nə yoxdur: "Yarımçıq qazıntılar ərazini pis günə qoyub və tullantıları gətirib bu yol kənarına atırlar. Küləkli havalarda yerdən qalxan toz buludu, tullantı parçaları həm avtomobillərin gedişinə əngəl olur, həm də ərazidə yaşayanların sağlamlığına zərər verir" - sakin bildirib.
Ardını oxu...
Görüntülərlə əlaqədar Binəqədi rayon İcra Hakimiyyətindən Bizimyol.info-ya bildirilib ki, ərazidə heç bir təmir-tikinti işi görülmür: "Ərazidə heç bir tikinti işi getmir. Görüntülərdəki qum təpəlikləri isə əraziyə kənardan gətirilib ki, həmin yerlərdəki yamalar düzləşdirilsin, boşluqlar doldurularaq, səliqəyə salınsın. Ərazinin tullantılarla çirkləndirilməsi məsələsinə gəldikdə isə bildiririk ki, burada tullantıların atılması üçün xüsusi konteynerlər yerləşdirilib, sadəcə bəzi vətəndaşlar tullantılarını həmin konteynerlərə yox, yol kenarlarına, boş əraziyə atdıqlarından, belə bir görüntü yaranıb. Zibil konteynerləri vaxtında təmizlənir. Yaxşı olar ki, sakinlər tullantıları kənar ərazilərə yox, bunun üçün təyin olunmuş konteynerlərə atsınlar. Bir daha qeyd etmək istəyirik ki, ərazidə heç bir tikinti işi getmir, sadəcə olaraq, ərazidə yamaların doldurulması və abadlaşdırılması üçün iş aparılır" - deyə, qurumdan bildirilib.

Həmçinin, İcra Hakimiyyətindən onu da bildiriblər ki, abadlıq işlərinin nə zaman yekunlaşacağı məlum deyil. İşlərin uzanması, yaxud yarımçıq qalması isə ərazinin daha da çirklənməsinə, tullantıların daha da çoxalmasına və ən önəmlisi, bölgədə antisanitar vəziyyətin yaranmasına gətirib çıxarır.//Bizimyol.info
 
Ardını oxu...
Türkmənbaşı yaxınlığındakı Avazada gəmilərin yanaşdığı körpü indi quruda qalıb

“Əvvəllər Türkmənbaşıdan Xəzər şəhərinə gəmi ilə gedərdim”, - illərdir kruiz gəmilərində işləyən Batır Yusupov deyir.

Dünyanın ən böyük qapalı dənizi olan Xəzərdəki bu marşrut suyun azalmasına görə artıq istifadə oluna bilmir.

"Dənizdə ciddi lillənmə (dəniz dibində çöküntü toplanması) olduğundan bu marşrut bir ildir ki, ləğv edilib", - 36 yaşlı dənizçi Fransanın AFP xəbər agentliyinə bildirib.

Türkmənistandan başqa Azərbaycan, Rusiya, Qazaxıstan və İran da Xəzəryanı ölkədir.
Avropa ilə Asiyanı bir-birindən ayıran 371 min kvadrat kilometrlik Xəzər dənizi Almaniyadan böyükdür. Lakin onun Almaniyadan əhəmiyyətli bir fərqi var: səthi hər il azalır.

Bunun səbəbləri haqqında çox az araşdırma aparılıb. Buna görə də mütəxəssislərin fərqli nəzəriyyələri var. Ancaq səbəb nə olursa olsun, onlar iqlim dəyişikliyinin mövcud vəziyyəti daha da pisləşdirdiyi ilə razılaşırlar.

Xəzər şəhərinin peyk görüntüləri dənizin 800 metr geri çəkildiyini göstərir. Ona görə də dənizdəki bir ada getdikcə quruya birləşir.

Buna görə də Batır sərnişinləri Kızılsu yarımadasına aparır. Amma ordakı vəziyyət də o qədər yaxşı deyil. Quruda qalan gəmilər də bunun bariz göstəricisidir.

Kızılsudakı evi dalğalara qarşı qum yüksəklikləri ilə qorunan 40 yaşlı Ayça "Köhnə limanın dərinliyi kifayət etmədiyi üçün yeni liman tikilir", -deyir.

Onun sözlərinə görə, hətta tufan olanda belə artıq dalğalar onun evinə çata bilmir.
Ardını oxu...
Qazaxıstanda öz taleyinə buraxılmış gəmilər

Dənizin geri çəkilmə səbəbləri
“Dəniz səviyyəsinin dəyişməsi dənizin dibinə təsir edən tektonik hərəkətlər və seysmik fəaliyyətlər nəticəsində baş verir”, - türkmən alimi Nəzər Mouradov deyir.

O bildirir ki, Xəzərdə suyun səviyyəsi 1930-1980-ci illərdə çəkilib, sonra yenidən artıb.

Digər tərəfdən, o, iqlim dəyişikliyinə də diqqət çəkir: “Ancaq bu dəyişikliyin iqlimlə bağlı səbəbləri də var: dəniz səviyyəsi çayların axınından asılıdır və çayların axını azalır".

"Yağışın miqdarı azaldıqca, buxarlanma sürəti artır", - o deyir.

Mərkəzi Asiya iqlim dəyişikliyindən çox təsirlənir. Bu bölgə iyirminci əsrin ən böyük ekoloji fəlakətlərindən biri olan Aral dənizinin qurumasının təsirini hələ də hiss edir.

Türkmənistanın ən böyük sahil şəhəri Türkmənbaşıda dəniz qarşısıalınmaz şəkildə çəkilir.

Xəzərdə mütəmadi üzən 35 yaşlı şəhər sakini Liyudmila Essenova dənizə girərək: “Keçən yay su çiyinlərimə qədər idi, sonra belimdən oldu, bu il dizdən aşağıdır”, - deyir.
Ardını oxu...
Essenova indi üzə bilmək üçün dənizdə bir xeyli yeriyərək irəli getməlidir.

Ancaq lillənmə də ciddi problemlər yaradır. Ən əsas da iqtisadi problemlər...

Lillənmə Xəzər sahilindəki infrastruktura təsir etsə də, Mərkəzi Asiyanın ən böyük limanı olan və Avropa ilə Asiya arasındakı ticarətdə mühüm əhəmiyyət kəsb edən Türkmənbaşı da bundan əziyyət çəkir.

Son vaxtlarda Türkmənistanın və Xəzər dənizinin kommersiya əhəmiyyətini artıran iki hadisə baş verib.

Bunlardan biri Rusiyanın Ukraynada başlatdığı müharibə idi. Rusiyanın Ukraynaya hücumundan sonra Avropa İttifaqı (Aİ) ölkələri təbii qaz ehtiyatlarını şaxələndirmək üçün müxtəlif yollar axtararkən gözlərini Azərbaycan və Türkmənistana dikdilər.

İkinci hadisə Dağlıq Qarabağ münaqişəsinin həlli oldu.

Gələn ilin əvvəlində Azərbaycan və Ermənistan arasında imzalanması gözlənilən sülh sazişindən sonra Türkmənistanın təbii qazı Zəngəzur dəhlizi ilə Türkiyə və Avropa İttifaqına ötürülə bilər.

Ermənistanın Baş naziri Nikol Paşinyan da ölkəsinin enerji və nəqliyyat sektorunda tranzit ölkə olmaq istədiyini açıqlayıb və “Sülh qovşağı” adlı layihəsini təqdim edib.
"Ən aktual problem"
Vəziyyət o qədər ciddidir ki, adətən, qapalılığı və problemlər haqqında danışmamaları ilə məşhur olan Türkmənistan idarəçiləri bu məsələ ilə bağlı açıqlama verməyə ehtiyac duyurlar.

Karbohidrogenlərlə zəngin və avtoritar bir hakimiyyətə sahib olan Türkmənistanın xarici işlər naziri Rəşid Meredov: “Son 25 ildə Xəzər dənizi 2 metr azalıb. Bu, nəinki narahatlıq yaradır, ondan da pisdir”, - deyir.

Meredov hesab edir ki, problemin böyüklüyünə görə sahilyanı ölkələr əməkdaşlıq etməlidir:

“Xəzər dənizinin çəkilməsi bizim daha çox diqqət yetirməli olduğumuz ən ciddi problemdir”.

Sahilyanı ölkələr arasında əməkdaşlıq hələ başlanğıc mərhələsindədir. Onlar Xəzər dənizinin statusu ilə bağlı 20 ildən artıq çəkən müzakirələrdən sonra, nəhayət 2018-ci ildə razılığa gəliblər.
Ardını oxu...
Azərbaycanda, Xəzər dənizinin əks sahilində yerləşən Kür çayı axının azalması nəticəsində dəniz suyu ilə dolaraq dayazlaşıb.

“Nadir ekosistemə malik Xəzər dənizinin ekoloji təhlükəsizliyini təmin etmək bizim ümumi maraqlarımıza uyğundur. Bu, sahilyanı ölkələrdə təbiətə və həyata təsir edir", - Qazaxıstanın bəyanatında vurğulanır.

Suyun səviyyəsinin azalması və temperaturun artması Xəzər dənizində, xüsusilə suitilərin həyatına da təsir edir.

Qazaxıstan Prezidenti Kasım Comert Tokayev suitilərin vəziyyəti ilə “şəxsən maraqlandığını” və Xəzər dənizində araşdırma aparmaq üçün tədqiqat institutu yaratdığını açıqlayıb.

Xəzər və Aral regionda quraqlıqdan əziyyət çəkən yeganə su hövzəsi deyil. İranda Urmiyə və Aydar göllərində də suyun səviyyəsi azalır.
bbc
 
Ardını oxu...
Külək Tovuzda ciddi fəsadlar törədib.

APA-nın yerli bürosunun məlumatına görə rayonun Qazıqulu kənd sakininə məxsus evin dam örtüyünü ona məxsus avtomobilin və həyətdəki soyducuların üzərinə aşırıb.

Hadisə vaxtı xəsarət alan olmayıb. Kənd sakinə böyük miqdarda ziyan dəyib.

Qeyd edək ki, hazırda Azərbaycanın Qərb bölgəsində küləkli və yağışlı hava hökm sürür. Bölgədə elektirik enerjisinin verlməsində fasilə yaranıb.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Türkiyənn Konya şəhərində dəhşətli hadisə baş verib.

Musavat.com xəbər verir ki, R.D adı şəxs 13 il əvvəl qardaşını bıçaqlayaraq iflic edən Mehmet Yıldızı güllələyərək öldürüb.

Mehmet Yıldızın iş yerinə gələn R.D mübahisə etdikdən sonra onu tapança ilə vurub. Hadisədən sonra Mehmet Yıldızı xəstəxanaya çatdırılsa da onu xilas etmək mümkün olmayıb. Hadisə anı ərazidəki iş yerlərinin kameralarına da düşüb.
Ardını oxu...
Yeni il ağacı alarkən diqqətli olmaq lazımdır.

Bu barədə britaniyalı allerqoloq Dr Adrian Morris bildirib.

Onun sözlərinə görə, Yeni il ağacı almazdan əvvəl allergik reaksiyaya səbəb ola biləcək kif olub-olmadığını diqqətlə yoxlamaq lazımdır. Bundan əlavə, həkim süni “yolka”ları rütubətli mühitdə saxlamamağı tövsiyə edib.

Qeyd olunur ki, bir yeni il ağacının gövdəsində və budaqlarında 50-yə qədər kif növü ola bilər. Satışdan əvvəl ağacların saxlandığı soyuq və nəm otaqda sporlar sürətlə çoxalır. Bundan əlavə, bir ağac satın alındıqdan sonra isti bir evə və ya mənzilə gətirildikdə, kif daha da aktiv şəkildə böyüyür. Bəzi kiflər insanlar üçün zərərsizdir, digərləri, məsələn, Aspergillus, Penicillium və Cladosporium, mikotoksinlər istehsal etmək qabiliyyətinə malikdir. Allergik reaksiyalara meylli insanlar, həmçinin astma xəstəliyindən əziyyət çəkənlər üçün, xüsusilə təhlükəlidirlər.

İnsan bronxlarda və ağciyərlərdə yerləşərək qıcıqlanmaya səbəb olan kif sporlarını hava ilə uda bilər. Kif reaksiyasının başqa bir növü burun axması və asqırmadır.

Dr. Morris, almazdan əvvəl ağacı diqqətlə yoxlamağı və sonra ağardıcı kimi bir şey istifadə edərək təmizləməyi tövsiyə edir. Yeni il ağacını geniş, yaxşı havalandırılan bir otaqda yerləşdirmək daha yaxşıdır. Plastik bir Yeni il ağacı da allergiyanın qarşısını almaq üçün yaxşı bir yoldur. Buna baxmayaraq, Yeni il ağacını quru otaqda saxlamaq daha yaxşıdır.
 
Ardını oxu...
Türkiyənin Amasya vilayətində orta məktəbdə dəhşətli hadisə yaşanıb.

AJMEDİA.İNFO xəbər verir ki, 13 yaşlı şagirdin məktəbin həyətində oynayarkən ürəyi dayanıb.

Hadisə zamanı şagirdə müəllimi Hüseyn Aktaş ürək masajı və süni tənəffüslə müdaxilə edib. Şagird müəlliminin müdaxiləsi sayəsində həyata qayıdıb.

Həmin anlar məktəbdəki təhlükəsizlik kamerasına əks olunub.

 
 
 
Ardını oxu...
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansa, proseslər pozitiv istiqamətdə inkişaf edəcək və digər məsələlər də həllini tapacaq. Sözsüz ki, Azərbaycan hələ də ermənilərin nəzarətində olan 8 kəndindən imtina etməyəcək. Bu mümkün deyil. Həmin kəndlər hüquqi cəhətdən Azərbaycan ərazisidir. Beynəlxalq səviyyədə bura Azərbaycan ərazisi kimi tanınıb.

Bunu Teleqraf.com-a politoloq Oqtay Qasımov deyib.

“Təxminən 32-33 il öncə bu kəndlər Ermənistan tərəfindən işğal edilib. Bu məsələ bir neçə dəfə gündəmə gətirilib. Hətta iki ay öncə Prezident İlham Əliyev Avropa Şurasının Prezidenti Şarl Mişellə telefon danışığında məhz həmin 8 kəndlə bağlı məsələ bir daha vurğulanmışdı. Azərbaycan Prezidenti qeyd etmişdi ki, 8 kənd hazırda Ermənistanın işğalı altındadır”, - deyə o qeyd edib.

Politoloqa görə, sülh müqaviləsi imzalandıqdan sonra delimitasiya və demarkasiya prosesi həyata keçirilən zaman o kəndlərin də məsələsi həllini tapacaq:

“Təbii ki, erməni tərəfi bu kəndləri özləri üçün vacib amil hesab edir. Naxçıvanın Kərki kəndi Ermənistanı və İrəvanı, İranla Zəngəzurla bağlayan strateji “M-2” yolunun üzərindədir. Həmin kənd yolun üzərində yerləşir. Gürcüstanla Ermənistanı bağlayan digər beynəlxalq yol isə Qazax rayonu Yuxarı Əskipara kəndindən keçir”.

Oqtay Qasımov hesab edir ki, Azərbaycanla Ermənistan arasında normal qonşuluq münasibəti olacaqsa, ermənilər həmin yollardan rahat şəkildə istifadə edə bilər:

“Bunun əksinə olaraq Ermənistan sülhdən yayınsa və həmin anklavları geri qaytarmasa burada yeganə seçim son variant qalır. Azərbaycanın istədikləri olmayacaqsa, Ermənistan öhdəlikləri icra etməyəcəksə, güc tətbiqi ilə həmin kəndlərin azad edilməsi mümkün olacaq. Bu ən son variant kimi düşünülə bilər. Amma ehtimal odur ki, buna gərək qalmayacaq. Ermənistan rəhbərliyi məsələləri dərk edib, prosesə əngəl yaratmadan hansısa bir mərhələdə bunun razı olacaq”.
 

Dünyapress TV

Xəbər lenti