Ardını oxu...
Tapança ilə silahlanmış şəxs İstanbuldan 100 km aralıda magistral yolun yaxınlığında yük maşını sürücüsünü girov götürərək Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerlikaya ilə görüş tələb edib.

Teleqraf.com “Haber Global” telekanalına istinadən xəbər verir ki, jandarma patrulu magistral yolun girişində yük maşını saxlamağa çalışsa da, silahlı şəxs sürücüdən hərəkətinə davam etməyi tələb edib. Buna cavab olaraq jandarmlar havaya xəbərdarlıq atəşi açıb və maşını saxlayıblar. Nəqliyyatın hərəkəti dayandırılıb.

Hadisə yerinə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub və kişini təslim olmağa razı salmağa çalışırlar
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, güclü külək Qərb bölgəsində bir sıra fəsadlara səbəb olub.
Bakupost.az xəbər verir ki, Gəncədə Yeni il üçün quraşdırılan “yolka” da ona tab gətirməyib və aşıb.
Həmin görüntüləri təqdim edirik:

 
Ardını oxu...
Fransada “Airbus Atlantic” şirkətinin 700-dən çox əməkdaşı Milad bayramı öncəsi korporativ şam yeməyində zəhərlənib.

“Report” xəbər verir ki, bu barədə AFP yazıb.

Regional Səhiyyə Agentliyi (ARS) zərərçəkmiş yeddi yüzdən çox insanın qusma və ya ishal kimi simptomlar yaşadığını açıqlayıb.

Agentlik şirkətin restoranında dekabrın 14-də keçiriləcək bayram ziyafətinin menüsü ilə bağlı heç bir məlumat verməsə də, kütləvi qida zəhərlənməsinin mənbəyini müəyyən etmək üçün araşdırma elan edib. Səbəb işçilərin əksəriyyətinin yediyi pendir ola biləcəyi güman edilir.

“Airbus Atlantic” Avropanın “Airbus” aerokosmik qrupunun törəmə şirkətidir və beş ölkədə 15 000 əməkdaşı var.
 
Ardını oxu...
Balakəndə atasını öldürməkdə şübhəli bilinən oğlu saxlanılıb.

Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Dekabrın 23-də saat 12:30 radələrində Balakən rayonu ərazisində 1975-ci il təvəllüdlü Bayramov Qəhrəman İlyas oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bildirilib ki, polis və prokurorluq əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Q.Bayramovun oğlu, 2008-ci il təvəllüdlü yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
Ardını oxu...
Yenə su problemi ?
Neftçi yazır:
Azneft İB Nəriman Nərimanov adına NQÇİ -nin Ələt quyuları adlanan platformlarının bəzilərində içməli su problemi var. Rəhbərliyə dəfələrlə bildirdiyimizə baxmayaraq, problemimiz hələ də həll olunmayıb. Kiçik su gəmiləri gələ bilmir deyə bəhanə gətirirlər. Amma halbuki böyük su gəmiləri var ki, hansı ki küləkli hava şəraitində su gətirə bilir. Bizim içməli su problemimiz var. Lakin mədən müdiri Zamin Xamiyev, bizim problemimizə qarşı biganədir.
Mirvari Qəhrəmanlı
Teref. Xocanın Blogu
Ardını oxu...
Zaman-zaman mediada adı korrupsiya və rüşvətxorluqda hallanan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının onun iş otağında gizli kamera yerləşdirməsindən ehtiyat edir.

Xatırladaq ki, bir müddət əvvəl Tərtər Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar vəzifəsində işləyən Tofiq Kərimov vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanıb.

Bu həbsdən sonra Gununsesi.info icra başçısının istintaqa çağırılıb dindirilməsi barədə xəbər də yaymışdı.

Bu səbəbdən icra başçısı iş otağındakı böyük rəflərdən və stendlərdən yığılmış qara rəngli mebel dəstini dəyişib.

Belə ki, iş masasının arxasında olan rəf tamamilə götürülüb.

Onun yerinə kiçik ölçülü ağ rəngli stend qoyulub ki, onun da üzərində gizli kamera quraşdırılması mümkünsüzdür.

Qeyd edək ki, son illər həbs edilən icra başçılarının rüşvət almasına dair görüntülər onların iş otağında əməliyyat təbdirləri nəticəsində çəkilib.
Ardını oxu...
regiontv.info
 
 


 
Ardını oxu...
Niyə , Gömrük Komitəsi?
Praqadan qayıdanda oradan aldığım telefonla əlaqadar hava limanında gömrük bəyannaməsi vermək üçün müvafiq otağa yaxınlaşanda, gömrük işçisi əvvəlcə yol çantalarımın yoxlanılmasını( aparatdan keçirilməsinı)tələb etdi. Əynimdəki gödəkçə, kiçik əl çantam, baqaj aparatdan keçirildi. Özüm isə insanların yoxlanılması üçün nəzərdə tutulmuş aparatdan.Yəni tək mənə yox, uzaq yol gəlmiş bütün sərnişinlərə bu proses tədbiq edilirdi. Bir telefon görə bəyənnamə vermək üçün niyə belə bir prosedurdan keçməli idim ki? Məqsəd? Gömrük işçisi isə izah etdi ki,bəlkə baqajınızda gömrükdən keçməmiş başqa mallar da var? Məntiqinə məntiqsiz cavabın qurban gömrük işçisi!
Mirvari Gahramanli
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır
 
Ardını oxu...
Çexiyanın paytaxtı Praqada Karl Universitetində baş verən atışmada 10 nəfər ölüb.

Məlumata görə, insident zamanı azı doqquz nəfər yaralanıb. Bildirilir ki, təhsil müəssisəsindəki insanlar təxliyə edilib və bina tamamilə boşaldılıb.

19:40

Praqada (Çexiya) ali məktəb binasında atışma baş verib.

İlkin məlumatlara görə, insident Karl Universitetinin fəlsəfə fakültəsində yaşanıb.

Yerli polis məlumat verib ki, atışma nəticəsində bir neçə nəfər ölüb, onlarla insan yaralanıb.

Atəş açan şəxsin zərərsizləşdirildiyi bildirilib.

Hadisənin təfərrüatları araşdırılır.
 
Ardını oxu...
Türkiyədə baş verən son zəlzələlərdən sonra Mərmərə zəlzələsi yenidən gündəmə gəlib.
Türkiyə mediası xəbər verir ki, zəlzələ üzrə alim Naci Görür TV100-də qatıldığı proqramda mühüm xəbərdarlıqlar edib.

O, Tunceli və Elazığda zəlzələ təhlükəsi olduğuna diqqət çəkib.

Naci Görür bildirib ki, Bursanın Gemlik mahalı mütləq köçürülməlidir:

"Gemlik mütləq köçürülməlidir. Gemlik, Geyve, İznik Şimali Anadolu fayının üzərindədir. Ərazi dəniz qumu ilə doludur. Qaçmaq şansı yoxdur".

Onun sözlərinə görə, Anadolu hər il dənizin altındakı fay boyunca Yunanıstana doğru 1-2 sm irəliləyir:

"Mərmərə dənizi gərginlik altındadır. Anadolu hər il dənizin altındakı fay boyunca Yunanıstana doğru 1-2 sm hərəkət edir". \\Referans.az
 
Ardını oxu...
Dekabrın 20-də Heydər Əliyev Fondunun vitse-prezidenti, “İDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib. Yenilənmiş həyət Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi 40, 42, 44, Yusif Vəzir Çəmənzəminli küçəsi 106/44 və Əliyar Əliyev küçəsi 65, 67, 69 ünvanında 1600 nəfər sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edir.
“Bizim həyət” layihəsinin əsas məqsədi ölkə ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.
Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə ərazidə süni örtüklü mini futbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb. Eyni zamanda, ərazidə 18 söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb.
Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü yenilənib, elektrik sistemi yenidən qurulub.
Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 540 ədəd müxtəlif növ ağaclar, 13800 ədəd kol və 4500 ədəd mövsümü güllər əkilib, 3500 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətraflarında sıx bitən və hava çirklənməsini effektiv şəkildə azalda bilən 2000 ədəd adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkməklə “yaşıl səddlər” (green barriers) yaradılıb.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

 
 
 

Dünyapress TV

Xəbər lenti