Ardını oxu...
Bəzi mağazalarda, restoranlarda və iaşə obyektlərində ödəniş pos-terminal ilə deyil, kartdan-karta köçürməklə təklif olunur. Son vaxtlar belə hallarda artım müşahidə edilir. Bu isə müştərilər üçün əlavə çətinlik yaradır. Bu hallarda qəbzlər verilmədiyinə görə, vətəndaşın şikayəti olsa belə onun hüquqlarını müdafiə etmək mümkün olmur.

Bəs bu halların yayılması nə ilə bağlıdır? Analoji vəziyyətlə üzləşən vətəndaşlar nə etməlidir?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas və iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, bu, həmin ictimai iaşə obyektlərinin açıq-aşkar vergidən yayındığını göstərir:

"Əlbəttə, bu konkret olaraq vergidən yayınmadır. Belə halda ödəniş həmin ictimai iaşə obyektinin sahibkar hesabına deyil, hansısa fiziki şəxsin hesabına daxil olur və heç bir vergi də yoxdur. Bu açıq şəkildə vergidən yayınmadır və müştərilər bununla bağlı şikayət edə bilər”.

Hüquqşünas Vergi Məcəlləsində belə hallarla bağlı sahibkarlara müəyyən cərimə və sanksiyanın nəzərdə tutulduğunu diqqətə çatdırıb:

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində bununla bağlı sanksiyalar var. Sadəcə, bu halda vergi orqanına məlumat vermək lazımdır. Vergidən yayınmanın cəriməsi gizlədilən məbləğin 50 faizini təşkil edir”.
 
Ardını oxu...
Ölkənin aparıcı banklarından biri olan “Paşa bank” ASC uşaq bezlərinin və təmizlik məhsullarının satışı ilə məşğul olan “Vəlioğlu-2018” MMC-yə (VÖEN – 1404335481), “Top Supermarket” MMC-yə (VÖEN – 1102410791) və 5 fiziki şəxsə (Vüsal Əhmədov, Zaur Əkbərov, Gülçöhrə Mustafayeva, Zülfüqar Həsənov və Sənan Babayev) qarşı məhkəmə iddiası qaldırıb.

Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatına verilib.

Bildirilir ki, məhkəmə iddiası kredit müqaviləsi üzrə mübahisələrlə bağlı qaldırılıb. Məhkəmə iddiasında 4 şirkətin – “Avromed Company” QSC, “Davudoğlu NN” MMC, “Zeytun Pharmaceuticals” MMC və “Qədiroğlu” MMC-nin adı maraqlı şəxs kimi keçir.

Məlumat üçün bildirək ki, barəsində iddia qaldırılan hər iki şirkətin qanuni təmsilçisi eyni şəxsdir – Əkbərov Vəli Kazım oğlu.

“Vəlioğlu-2018” MMC-nin qeyri qida məhsullarının topdan satışı ilə məşğul olduğu bildirilir. Şirkət Türkiyə istehsalı olan “Predo baby” uşaq bezlərinin, Kanadanın “Green Gate” şirkətinə məxsus “Lexi” təmizlik məhsullarının, İndoneziya istehsalı “Kris” sabunlarının, “Actodermanol” dezinfeksiya məhsulunun Azərbaycandakı rəsmi distribütorudur.

Onu da qeyd edək ki, 10 gün əvvəl “Xəzər TV” də “Vəlioğlu-2018” MMC barəsində məhkəmə iddiası qaldırıb.

Barəsində iddia qaldırılan hər iki şirkətin dövlət büdcəsinə vaxtında ödənilməyən böyük həcmdə vergi borcları da var. 10 gün əvvəl (30 may 2024-cü il tarixinə) dövlət büdcəsinə 932 min 959 min 3 qəpik vergi borcu olan “Vəlioğlu-2018” MMC-nin hazırda (10 iyun 2024-cü il tarixinə) 72 min 746 manat 94 qəpik vergi borcu var.

“Top Supermarket”MMC-nin isə dövlət büdcəsinə (10 iyun 2024-cü il tarixinə) 179 min 295 manat 95 qəpik vergi borcunun olduğu bildirilir.
 
Ardını oxu...
"İki gün əvvəl Xırdalan dairəsindən Abşeron Mərkəzi Xəstəxanasına taksi sifariş vermişdim. Taksini düz 17 dəqiqə gözləməli oldum. Halbuki sifarişim günün pik olmayan saatında idi".

Bu sözləri bizimlə söhbət zamanı mütəmadi taksi istifadəçisi olan sərnişin Nərgiz Məmmədova söyləyib. Onun sözlərinə görə, əvvəllər 3-5 dəqiqə intervalla gələn maşın, indi qarşılanma nöqtəsinə 15-20 dəqiqəyə çatır.

Həmsöhbətimiz son vaxtlar taksi tapmaqda çətinlik çəkməklə yanaşı, qiymətlərin yüksəldiyindən də gileylənib: "Əvvəl üç manat 20 qəpiyə getdiyim ünvana hazırda dörd manat 70 qəpik ödəyirəm".

Son günlər paytaxtda taksi fəaliyyəti ilə bağlı müəyyən ziddiyyətli məqamlar ortaya çıxıb. Belə ki, əvvəllər taksi əlindən tərpənmək mümkün olmayan Bakıda, indi taksilər sanki qeybə çəkilib. Taksi xidməti göstərən nəqliyyat vasitələrinə və sürücülərə qoyulan tələblər fonunda, bu nəqliyyat vasitələrinin sayında azalma müşahidə olunur. Artıq ölkədə taksi şirkətlərindən biri rəsmi şəkildə fəaliyyətini dayandırdığını bəyan edib. Digər bir şirkət isə qiymətləri doqquz faizə qədər bahalaşdırdığını açıqlayıb. Nəticədə həm taksilərin sayının azalması, həm də qiymət artımı fonunda vətəndaşlar hətta günün pik olmayan saatlarında belə taksi tapa bilmirlər.

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Taksi sayına məhdudiyyət qoyulması gözlənilir

Bu ilin aprel ayından taksi fəaliyyəti üçün icazələrin verilməsinə başlayan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) isə yaydığı açıqlamada bildirib ki, müəyyən saydan sonra qanunvericiliyin tələbinə uyğun olaraq taksi sayına məhdudiyyət qoyulması gözlənilir: "Avtomobil nəqliyyatı haqqında" qanuna əsasən, avtomobil nəqliyyatı xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması, habelə ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalarda nəqliyyat növləri üzrə sərnişin axınlarının paylanmasının optimallaşdırılması məqsədilə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin və onların əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilə bilər".

Maraqlıdır, görəsən, bundan sonra Azərbaycanın taksi bazarı hansı istiqamətdə inkişaf edəcək? Bizi qarşıda nələr gözləyir? Yeni qaydalar təkcə qiymətləri artıracaq? Yoxsa keyfiyyətdə də dəyişiklik hiss edəcəyik? Ümumiyyətlə, son vaxtlar taksilərin gəlişində müşahidə olunan gecikmələr nə ilə bağlıdır?

Say iki dəfədən çox azaldılacaq

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, hazırda taksi bazarında aparılan islahatlar bu fəaliyyət növü ilə məşğul olan nəqliyyat vasitələrinin sayını iki dəfədən çox azaldacaq: "İstehsal ili səkkiz ildən çox olan, "Avro-5" standartına uyğun olmayan və digər tələblərə cavab verməyən nəqliyyat vasitələri taksi kimi fəaliyyət göstərməyəcək. Ona görə də taksilərin yarıdan çoxu, hətta üçdə ikisi işləyə bilməyəcək".

Ekspertin sözlərinə görə, əslində Bakıda taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinin sayı həddindən çox idi: "Biz dünya standartına baxsaq görərik ki, iri şəhərlərdə hər 1000-2000 nəfərə bir taksi düşür. Bakıda təxminən dörd milyon əhaliyə 60 mindən çox taksi xidmət göstərir. Lakin bu rəqəmlər 8000 ədəd civarında olmalıdır. Bu baxımdan taksilərin sayının azaldılması qaçılmaz idi".

Ekspert vurğulayıb ki, taksilərin sayı azaldıqca, bu, qiymət artımına gətirib çıxaracaq: "Tələbə uyğun təklif az olduğuna görə, bu sahədə defisit yaranacaq. Buna görə yaxın gələcəkdə taksi bazarında qiymət artımını hiss edəcəyik. Yəqin ki, iyulun 1-dən artım daha çox müşahidə olunacaq".

"İyulun 1-də taksilər daha gec gələcək"

Mütəxəssis taksilərin gəlişində müşahidə olunan gecikmələrin iyulun 1-dən sonra daha çox müşahidə ediləcəyini də qeyd edib: "Mən özüm də hərdən taksidən istifadə edirəm. Amma hələ ki, gecikmə ilə rastlaşmamışam. İndidən gecikmələrin olması doğru deyil. Çünki hələ ki qadağalar qüvvəyə minməyib. Biz gecikmələri iyulun 1-dən daha çox müşahidə edəcəyik. Necə ki, İstanbul, Moskva kimi böyük şəhərlərdə sərnişinlər uzun müddət taksi gözləyirlərsə, Bakıda da vəziyyət eyni olacaq".

Tıxaclar taksiləri ləngidir

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov isə mövcud durumu dəyərləndirməkdə çətinlik çəkdiyini söyləyib. Onun fikrincə, gələcəkdə taksi sahəsində vəziyyətin necə olacağını indidən proqnozlaşdırmaq qeyri-mümkündür: "Çünki bununla bağlı bizdə kifayət qədər məlumat yoxdur".

Ekspert həmçinin son vaxtlar taksilərin gəlişində müşahidə olunan gecikmələri yollardakı tıxaclarla əlaqələndirib: "Əslində taksilərdə gecikmə olmamalıdır. Hələ ki, əvvəlki qaydada fəaliyyət göstərirlər. Bu gecikmələr yollardakı vəziyyətlə bağlıdır".

"Qiymət artımı 7-15 faizdən çox olmamalıdır"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Rüfət Quliyev taksi bazarının gələcəyi ilə bağlı nikbindir. Deputatın fikrincə, bu istiqamətdə atılan addımlar taksi sahəsində mövcud xaosun aradan qaldırılmasına yönəlib: "Bununla bağlı hər gün yüzlərlə şikayət eşidirdik. Bundan başqa, taksi sürücüsü gün ərzində 10-15 saat işləmək məcburiyyətində idi. Hətta elə olurdu ki, rayondan gələn taksi sürücüləri avtomobillərində gecələyirdilər. Bunun fəsadları ağlabatan deyildi. Ona görə taksi sektorunu əhatə edən qanunvericilik bazasının təkmilləşdirilməsi labüd idi. Təbii ki, bəzi sahibkarlar və sürücülər mövcud yenilikdən sui-istifadə etmək istəyirlər. Düşünürəm ki, yeni qaydalar ilk növbədə taksi sürücülərinin davranışında özünü göstərəcək. Burada bir çox müsbət məqamlar olacaq, eyni zamanda azad rəqabət artacaq. Bazarda xarici şirkətlərin monopoliyası artıq özünü göstərə bilməyəcək. Azərbaycanın taksi bazarı 3-4 xarici şirkətin əlində çəmləşmişdi. Bu, doğru deyil".

Millət vəkili qeyd edib ki, yeni qaydaların tətbiqi bu sahədə qiymət artımı ilə nəticələnəcək: "Biz parlamentdə taksi fəaliyyəti ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı belə qənaətə gəlmişdik ki, qiymətlər təxminən, minimum yeddi, maksimum 15 faiz civarında qalxa bilər".
 
Ardını oxu...
Güclü yağışdan sonra Goranboya sel gəlib.
TEREF APA-ya istinadla xəbər verir ki, bu gün rayonun Veyisli, Rəhimli, Qazanbulaq, Borsunlu, Qazaxlar, Goranlı və Qazançı kəndlərində sel suları fəsadlar törədib. Sel suları sözügedən kəndlərdə əkin sahələrini, avtomobil yollarına ziyan vurub.
Bəzi kəndlərə gediş-gəlişdə çətinliklər yaranıb.
Goranboy Rayon İcra Hakimiyyətinin nümayəndələri kəndlərə ezam olunublar.
 
Ardını oxu...
Şəhərin bir çox küçələrini sel basıb. Sel suları metro stansiyalarına da dolub.

Leysan səbəbindən paytaxtın bir çox yerlərində nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Çoxlu sayda avtomobil yollarda qalıb.
Ardını oxu...
 
Ardını oxu...
Goranboyda 35 yaşlı kişini ildırım vurub.

Hurriyyet.Az-ın məlumatına görə, hadisə rayonun Qaradağlı kəndində baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü Quliyev Ayaz Mübariz oğlunu həyətində qəfil ildırım vurub və o huşunu itirərək yerə yıxılıb.

A.Quliyev təcili xəstəxanaya çatdırılıb.
 
 


 
Ardını oxu...
Qonşu ölkə Gürcüstanda son günlərdə ardıcıl olaraq zəlzələlər baş verib.
Belə ki, iyunun 4-də 4,7 və 5,4 maqnitudalı 2 zəlzələ, ötən gün isə 3,6 ballıq zəlzələ qeydə alınıb.
Bəs, bunun Azərbaycana təsiri ola bilərmi?
Mövzu ilə bağlı Mətbuat.az-a danışan seysmoloq Qulam Babayev bildirib ki, Gürcüstanda baş verən yeraltı təkanlar Azərbaycan ərazisinə də təsir göstərəcək:
“Azərbaycan nəhəng bir tektonik bölgənin daxilindədir. Ona görə də, təbii ki, təsiri olacaq. Amma nə zaman və hansı gücdə olmasını demək mümkün deyil. Təbii ki, həmin ölkəyə yaxın olan ərazilər, Kiçik Qafqazın şimal yamacı, tektonik zonalar, seysmik aktiv ocaqlar aktivləşə bilər”
 
Ardını oxu...
Rusiyanın Sankt-Peterburq şəhərində polis əməkdaşları “taksi sürücüsü” rolunda cibgirlik edənləri saxlayıblar. Onların sərnişini olan zərərçəkənlər telefonlarını və bankdakı pullarını itiriblər.

Lent.az yerli mediaya istinadla bildirir ki, anoloji şikayətlər 2023-cü ilin dekabrında şəhərin mərkəzi hissəsində polisə daxil olmağa başlayıb. Müstəntiqlərin fikrincə, qrupa 43 yaşlı “taksi sürücüsü”, eləcə də onun 19 və 22 yaşlı iki ortağı daxildir. Onların ən böyüyü, həm də qrupun təşkilatçısı olub. O, sərnişinlər arasında sərxoş olanını axtarıb seçib. Daha sonra sürücü kömək bəhanəsi ilə sərnişindən mobil telefon istəyib və ehtiyatlı davranaraq şərikinə təhvil verib. O, başqa maşına keçib və zərərçəkənin hesabından pul çıxarıb.

Bu üsulla təkcə telefonunu deyil, hesabından 5 milyon rublunu da itirən başqa bir zərərçəkənin sayəsində qrupun izinə düşmək mümkün olub. Gediş zamanı sərnişinin mobil bankı vasitəsilə kreditlər götürülüb və onlayn mağazadan satınalmaların bütün siyahısı ödənilib. Zərərçəkmiş xatırladıb ki, telefonun kilidini özü açıb və arvadına zəng etmək üçün taksi sürücüsünə verib. Geolokasiya analizinə əsasən, taksi marşrutu ilə üst-üstə düşməyən şəhərin müxtəlif yerlərində alış-veriş edilib ki, bu da sürücünün əlaltılarının olmasından xəbər verib.

Məlum olub ki, şübhəlilərin ən böyüyü hədə-qorxu ilə tələb etmək və bankomatdan pul oğurlamaqda təqsirli bilinib. Məlumata görə, o, azərbaycanlıdır. Faktla bağlı “oğurluq” maddəsi ilə cinayət işi açılıb, şübhəlilər saxlanılıb. Hazırda polis qruplaşmanın qalan zərərçəkənlərinin şəxsiyyətini müəyyənləşdirir.
 
Ardını oxu...
Ötən ilin iyul ayının 25-də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Bakı Nəqliyyat Agentliyində (BNA) əməliyyat keçirib. Əməliyyat zamanı kimlərin məsuliyyətə cəlb edilməsi məlum olmasa da, BNA haqda yazılanlardan, deyilənlərdən aydın idi ki, ortada olduqca ciddi qanun pozuntuları var. Lakin bu əməliyyat çərçivəsində xüsusən BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayevin adı hallanırdı.

TEREF Globalinfo.az-a istinadən xəbər verir ki, M.Ağayev həmin əməliyyat zamanı saxlanılıb. Bundan iki ay sonra onun sərbəst buraxıldığı deyilir.

Sabiq mətbuat katibinin azadlığa buraxıldıqdan sonra ölkəni tərk etdiyi bildirilir. Daha sonra isə Mais Ağayevin Türkiyəyə getdiyi məlum olub.

Qeyd edək ki, sonuncu dəfə o, 7 fevral 2024-cü il tarixində prezident seçkisində iştirak edib və səs verən zaman görüntülənib.
 
Ardını oxu...
Paytaxtın Yasamal rayonunda istismar müddəti bitmiş fərdi yaşayış evləri sökülür.

News24.az-ın məlumatına görə, söküntü işləri Bakı şəhərinin Yasamal rayonunda Hüseyn Cavid və Mətbuat prospektlərinə paralel Əhməd Cəmil küçəsində həyata keçirilir.

Redaksiyamızın əldə etdiyi məlumata görə, sözügedən ərazidəki söküntü işlərini “De luxe Palace” tikinti şirkəti həyata keçirir. Lakin vətəndaşların əksəriyyəti söküntü işlərini həyata keçirən şirkətlə razılaşa bilmirlər.

Ətraflı RTV-nin sujetində:
 

Dünyapress TV

Xəbər lenti