Rusiyalı azarkeş Vyaçeslav Neçiporçuk İstanbulun mərkəzində öldürülüb.
Publika.az xəbər verir ki, bu barədə “Mash” məlumat yayıb.
Çempionlar Liqasının finalına baxmaq üçün Türkiyəyə gələn 40 yaşlı kişi ürəyindən bıçaqlanıb. O, telefonunu əlindən almaq istəyən 4 qarətçiyə müqavimət göstərib.
Məlumata görə, ixtisasca hüquqşünas olan Vyaçeslav Neçiporçuk cümə günü şəhərə iş məqsədi ilə gəlib və eyni zamanda dostları ilə Çempionlar Liqasının finalında iştirak etməyə razılaşıb. Oyundan sonra dostlar istirahət üçün bir məkana gediblər. Səhər tezdən otelə qayıdarkən Vyaçeslava hücum edilib.
Bir avtomobil hərəkətdə olanda, digəri isə yol kənarında dayanmış vəziyyətdə qəfil alışıb.
Hər iki hadisə son bir neçə gündə paytaxda yaşanıb. Xəsarət alan olmasa da, minik avtomobillərinə ciddi ziyan dəyib.
Bu faktlar avtomobillərin hansı səbəbdən alışdığını gündəmə gətirir. "Əsas səbəb nəqliyyat vasitələrinin elektrik naqillərində və yanacaq sistemində baş verən nasazlıqlardır".
Bakının Suraxanı rayonunda yol qəzası zamanı yaralanan qadın təcili yardım avtomobilində ölüb.
Teref.az APA-ya istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsində baş verib.
1952-ci il təvəllüdlü Rəhmanova Hilda Cavad qızı yolu keçərkən onu Nurlan Həşimovun idarə etdiyi “Opel” markalı avtomobil vurub. Qadın xəsarətlər aldığından 11 saylı Təcili Tibbi Yardım Stansiyası Hövsan filialının əməkdaşları tərəfindən Sabunçu Tibb Mərkəzinə gətirilib.
Hadisəni törətdiyi deyilən sürücü və H.Rəhmanovanın qohumları APA-ya bildiriblər ki, təcili yardım xidmətinin əməkdaşları yaralını xərəklə rentgen otağına apararkən xərək nasaz olduğundan qadın orada yerə düşüb və ağır xəsarət alaraq ölüb. Yaxınları onu da qeyd edirlər ki, hadisə zamanı xəsarət alan Hilda Rəhmanovanın huşu özündə olub.
Hazırda faktı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
Ankaraya yağan güclü yağış nəticəsində bəzi ərazilərdə daşqınlar baş verib.
Türkiyə paytaxtında evlər, iş yerləri su altında qalıb, küçələr göllərə çevrilib.
Bu səbəbdən şəhərdəki bir sıra nəqliyyat vasitələri suda qalıb.
Avtomobillərində bəzi vətəndaşlar, o cümlədən uşaqlar yanğınsöndürənlər tərəfindən xilas edilib. Keçiören bölgəsinin Etlik məhəlləsində torpaq sürüşməsi nəticəsində binanın istinad divarı uçub.
Kazımkarabekir, Qazi və Ankara Vağzalının yeraltı keçidləri isə nəqliyyat vasitələrinin hərəkətinə bağlanıb.
Xezerxeber.az xəbər verir ki, ancaq məktəblərin böyük əksəriyyətində artıq kitablar yığılıb, şagirdlər isə indidən tətilə buraxılıb.
Hələ ayın 9-u olmasına baxmayaraq, məktəblərin əksəriyyətində eyni hal yaşanmaqdadır.
Dərs ilinin bitməsinə sayılı günlər qalmış şagirdlərin əksəriyyəti məktəbə getmir.
Elə şagirdlər kimi, valideynlər də məktəblərdə dərs ilinin indidən bitdiyini təsdiqləyirlər.
Məsələ ilə əlaqədar Elm və Təhsil Nazirliyindən bildirildi ki, dərs ili vaxtından əvvəl yekunlaşa bilməz. Kitabların yığılması və davamiyyətlə bağlı məsələlər üçünsə xüsusi monitorinqlər aparılır.
Qeyd edək ki, bu il respublika üzrə XI sinifləri 84 076 nəfər şagirdin bitirməsi proqnozlaşdırılır.
Sosial şəbəkələrdə Gədəbəy rayonu ərazisində yerləşən qızıl mədənində istismar prosesində ətraf mühitin çirkləndirilməsi ilə bağlı yayılan məlumatlar yerində araşdırılıb.
Bu barədə AZƏRTAC-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Qurumun rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, Xidmətin əməkdaşları tərəfindən Gədəbəy rayonunun Söyüdlü kəndində yerləşən Gədəbəy qızıl mədənində istehsal zamanı əmələ gələn sianid tərkibli suların çökdürülməsi üçün nəzərdə tutulan gölə baxış keçirilib. Baxış zamanı qızıl mədənindən çıxan çirkab suların membranlanmış borular vasitəsilə xüsusi örtüklə izolyasiya olunmuş anbara ötürüldüyü, orada çökdürüldükdən sonra təkrar istifadəyə qaytarıldığı müəyyənləşdirilib. Vizual müşahidələr, monitorinqlər və araşdırmalar göstərib ki, anbardan ətraf ərazilərə və yaxınlıqdakı çaya sianid tərkibli çirkab su axıdılmır. Atmosfer havasında da hər hansı iy və qoxu müşahidə olunmayıb.
Toplumun Nəbzi verilişinin bugünkü qonaqları hüquq müdafiəçiləri Mirvari Qəhrəmanlı, Arif Yunus , "Vətəndaş" İB sədri Günel Səfərovadır. Onlarla 2014-cü ildən bir sıra qeyri-hökumət təşkilatları ilə bağlı açıq qalmış cinayət işinə xitam verilməsindən danışacağıq. Baş Prokurorluğun İstintaq İdarəsində 2014-cü ildən bir sıra qeyri-hökumət təşkilatları ilə (QHT) bağlı açıq qalmış cinayət işinə xitam verilib. Bu barədə AzadlıqRadiosuna prokurorluqdan verilən məlumatda bildirilir ki, bu proses may ayından başlayıb. Məlumata görə, QHT-lərlə bağlı cinayət işində adı keçən təşkilatların rəhbərləri bugünlərdə İstintaq İdarəsinə çağırılıb. Onlar da artıq cinayət işinə xitam verilməsi haqda məlumatlandırılıb. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində (bu qurumun adı sonradan dəyişib sadəcə İstintaq İdarəsi oldu-red.) 2014-cü ildə bir sıra qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə qarşı cinayət işi başlanmışdı. Həmin il bir sıra hüquq müdafiəçiləri – Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus, Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev və başqaları bu cinayət işi çərçivəsində həbs olunmuşdu. Onlar dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, vergidən yayınma və başqa əməllərdə ittiham olunsalar da, özləri ittihamları qəbul etmirdilər. Avropa İnsan Hüquqları Məhkəməsi də bu şəxslərin konkret cinayət əməlinə görə yox, siyasi motivlərlə cəzalandırıldığı qənaətinə gəlmişdi.
Ceyranları ev sahibindən müsadirə etdilər Həyətdəki bağçasında ceyran bəsləyən adam məsuliyyətə cəlb edilib. İstanbulun Silivri səmtində evinin bağçasında vəhşi heyvanlar saxlayan şəxs haqqında polisə verilən məlumat əsasında əməliyyat keçirilib. Əraziyə gələn polis əməkdaşları axtarış zamanı verilən informasiyanın doğru olduğunu təsbit edib. Ev sahibinin bağçada 12 ceyran – xallı və ağ ceyranlar, eləcə də 6 tovuz quşu bəslədiyi müəyyənləşib. Qeyd edilir ki, xallı və ağ ceyranlar da, tovuz quşu da nəsli kəsilməkdə olan heyvan növlərinə aiddir və onları ovlamaq, satmaq və satın almaq, onlara sahiblənmək də yasaqdır. Təbiətdən qoparılan heyvanlar “Nəsli Tükənməkdə olan Növlərin Ticarətinə qarşı Sözləşmə” sənədinin tələblərinə uyğun olaraq ev sahibindən müsadirə edilərək Təbiəti Qoruma və Milli Parklar Müdirliyinə təslim edilib. Qanunu pozan şəxs isə polis tərəfindən saxlanılaraq şöbəyə gətirilib. \\Sherg.az