Ankaraya yağan güclü yağış nəticəsində bəzi ərazilərdə daşqınlar baş verib.
Türkiyə paytaxtında evlər, iş yerləri su altında qalıb, küçələr göllərə çevrilib.
Bu səbəbdən şəhərdəki bir sıra nəqliyyat vasitələri suda qalıb.
Avtomobillərində bəzi vətəndaşlar, o cümlədən uşaqlar yanğınsöndürənlər tərəfindən xilas edilib. Keçiören bölgəsinin Etlik məhəlləsində torpaq sürüşməsi nəticəsində binanın istinad divarı uçub.
Kazımkarabekir, Qazi və Ankara Vağzalının yeraltı keçidləri isə nəqliyyat vasitələrinin hərəkətinə bağlanıb.