Ardını oxu...
2017-ci ildə MİDA-nin tikinti işlərində suppodratçı kimi dəyəri 1 milyon manata yaxın iş görən Tərtər rayon sakini Nizam Mustafayev bu gün Yasamal rayon 26-cı polis bölməsinin əməkdaşları tərəfindən şəhərin mərkəzində, videokameralarla müşahidə olunan yerdə, guya polisə müqavimət göstərərək saxta inzibatı xəta ilə rəsmləşdirilərək, müdafiəçisinin iştirakı olmadan saxlanılıb. Nizam Mustafayevin vəkili Araz Allahverdiyevin saytımıza verdiyi məlumata görə o, Yasamal Rayon məhkəməsinin qərarı ilə 30 sutka həbs edilib. Həbs olunan zaman onun üzərində telefonu və külli miqdarda pul vəsaiti olsa da hazırda əşyaları ilə bağlı heç bir xəbər yoxdu.

Sahibkarın silsilə videomüraciətlərində deyilir ki, MİDA sahibkarın pulunu verməmək üçün onu birinci dəfə 2019-cu ildə, ikinci dəfə 2022-ci ildə, sonunu dəfə isə bu gün həbs elətdirib.
Həbs olunan sahibkarın videomüraciətində qeyd olunur ki, o davamlı olaraq Dövlət qurumlarına və Prezidentə müraciətlər ünvanlayaraq haqlı olduğu pulu MİDA-nın rəhbəri Çingiz Qədimovdan və MİDA MMC-nin rəhbəri Fərhad Təhməzovdan tələb etdiyi üçün həbs olunub.

O müraciətlərində MİDA rəhbərliyinin Prezidentin nümunəvi sosial layihəsi üzərindən mənimsəmə və mənimsənilmiş pulların müxtəlif yollarla, əsasən birdəfəlik maliyyə əməliyyatları üçün yaradılmış “Deposist & Azequip” MMC, həmçinin Xəqani Kazimovun faktiki rəhbəri olduğu “Berakl” MMC və digər yalançı şirkətlər vasitəsi ilə leqallaşdırılmasına dair video və sənədli subutların olması haqda danışıb.
İş adamının vəkilinin bildirdiyinə görə yuxarı instansiyaların qərarından asılı olaraq bu işi Avropa İnsan Hüquqları Məhkəməsinə və digər beynəlxalq huquq teşkilatlarina qədər aparacaqlar.
Sahibkar ölkə başçısı İlham Əliyevdən və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevdən bu məsələni diqqətdə götürüb ona kömək göstərilməsini xahiş edir.

P.S. Bu videomüraciət həbsindən bir neçə gün öncə çəkilərək saxlanılmışdır.
Tribunainfo.az

 
Ardını oxu...
Qusarın dəniz səviyyəsindən 3751 metr hündürlüyündə yerləşən Qızılqaya dağ massivində yerləşən Heydər Əliyev zirvəsinə bu gün axşam saatlarında qar yağıb.

Bu barədə Qusarın Ləzə kənd sakini Xalid Əzizov Bizim.Media-ya məlumat verib.

Onun sözlərinə görə, bölgədə müşahidə edilən qeyri-sabit hava şəraiti nəticəsində Qusarın dəniz səviyyəsindən 2800 metr hündürlükdə yerləşən Qaradağ adlanan massivə də qar düşüb.

Hazırda qarın yağması davam edir.

 
          
Ardını oxu...
"Əhali ilə polis arasında bu cür münasibət yolverilməzdir".

Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Vahid Əhmədov Gədəbəy rayonu, Söyüdlü kəndində sakinlərlə polis arasında insident haqda danışarkən deyib.
Kənd əhalisinin qızıl emalı zamanı ətraf mühitin çirklənməsi barədə narazılıqlarına toxunan millət vəkili qeyd edib ki, zərərli maddələrin saxlanılması üçün xüsusi tələblərə riayət olunmalıdır:
“Polislə əhali arasında olan xoşagəlməz görüntülər hamımızı məyus etdi. Bu cür toqquşmalara yol vermək olmaz. Bunu dinc yolla həll etmək olardı. Burda polisin üzərinə böyük məsuliyyət düşürdü. Polis öz səlahiyyətlərini qanun çərçivəsində yerinə yetirməlidir. Azərbaycan xanımına qarşı bu cür rəftar etmək olmaz. Daxili İşlər Nazirliyi bu işi araşdırıb, məsələyə hüquqi qiymət verməlidir. Vətəndaşların tələbi odur ki, bu zərərli maddələr gölə atılmasın. Əhali başqa bir şey tələb etmir. Kim olsa, bunu istəyər. O zəhərli maddələr sabahısı günü əhali üçün çox ciddi problemlər yarada bilər".
V.Əhmədov qeyd edib ki, zəhərli maddələrin saxlanılması üçün xüsusi tələblər var:
"Həmin tullantıları dərinliyi hardasa 100 metr olan bir yerə basdırmaq lazımdır".
Millət vəkili qeyd edib ki, bu məsələ ciddi araşdırılmalı və günahkarlar məsuliyyətə cəlb olunmalıdır:
“Ekologiya Nazirliyi bununla bağlı araşdırma aparmalıdır ki, niyə bu cür problem baş verib? Gədəbəy Rayon İcra Hakimiyyəti bu məsələni elə həll etməli idi ki, bu cür insident yaranmasın. Digər tərəfdən, yayılan videolarda icra başçısının xanımla dialoqu düzgün deyildi. Deyir ki, əgər burda zəhərli qaz olsaydı, 78 yaş yaşamazdın. Bu, ümumiyyətlə, gülməli bir frazadır. Bu cür sözləri deyəndə bir balaca fikirləşmək lazımdır. Dağ adamları uzunömürlü olurlar. Xanıma da Allah uzun ömür versin. Burda ekologiyadan söhbət gedir. İnanmıram ki, başqa bir məsələ olsun”.
Vahid Əhmədov həmçinin, Ermənistanın Naxçıvanla sərhəddə -Arazdəyən kəndində iri metallurgiya zavodu inşa etməsinə də münasibət bildirib:
"Ermənilərin sərhəddə metallurgiya zavodu açması çox ciddi bir problemdir. Mən bu haqda öz mövqeyimi bildirmişəm. Deyirlər, guya zavodu Amerika şirkəti açıb. Ordan Amerika bayrağı asıblar. Kimin açmağından asılı olmayaraq, bu, yolverilməzdir. Metallurgiya kombinatının açılması ilə çaylara kifayət qədər zərərli maddələr atılacaq. Bu da bölgə üçün ekoloji cəhətdən böyük problemə çevrilə bilər. Əlbəttə, bunun qarşısını almaq lazımdır. Xarici İşlər Nazirliyi və Ekologiya Nazirliyi bu haqda hökumət səviyyəsində öz etirazını bildirməlidir. Artıq qeyri-hökumət təşkilatları bu məsələ ilə bağlı mövqelərini bildiriblər”.
Ardını oxu...
Gədəbəydə baş verən məlum hadisə demək olar ki, bütün ölkəni sarsıdıb və ölkənin gündəminə oturub.

Yazılı mətbuat, saytlar və sosial şəbəkələr yalnız bu məsələni müzakirə edir və təbii ki, hamı haqlı olaraq Azərbaycan polisini suçlayır.
Doğrudan da kənd camaatının qarşısına şlemli , qara maskalı, qalxanlı, əllərində bibər qazı və qaz qumbaraları olan bir polisin uzağı əlində daşlardan başqa (o da hamısında yoxdur) heç nə olmayan kənd əhalisinə qarşı rəftarı həqiqətən də Azərbaycan polisi üçün qürurverici bir hadisə deyil. Xüsusilə də ahıl yaşında polisin qabağında yavaş-yavaş gedən qadın və qadınlara arxadan bibər qazı sıxılması hadisənin pik nöqtəsidir.


DİN açıqlama verib ki, həmin polis işçisi cəzalandırılacaq və bundan ötrü Gədəbəyə DİN əməkdaşları göndərilib. Təbii ki, o polis işçisi və yaxud polis işçiləri də tapılacaq və cəzalandırılacaq.

Məsələ nədir?

Məsələ heç də biz bildiyimiz kimi deyil, daha dərindir. Azərbaycan polisi, yəni Daxili İşlər Nazirliyi Azərbaycan dövlətinin bel sütunlarından biridir. Azərbaycan polisinin sarsıldılması və nüfuzdan düşürülməsi dövlətçiliyin sarsıldılması və
nüfuzdan düşürülməsi deməkdir. Son illər Azərbaycan polisinin həm 44 günlük Vətən müharibəsində, həm də müharibədən sonra cinayətkarlığa, xüsusilə də narkotiklərə qarşı kəskin və sərt mübarizə aparması alqışlanan olsa da, təbii ki, bir çox dairələri ciddi narahat edir.

Və indi bütün bunlar ona hesablanıb ki, dövlətçiliyin bel sütunlarından biri olan Azərbaycan polisi nüfuzdan düşsün. Və bunu da çox gözəl bacardılar. Bunu necə bacardıqları yazılı mətbuatda, saytlarda və sosial şəbəkələrdə çox aydın görünür.
Bəli, Azərbaycan polisi Ana Vətən dediyimiz analarımıza qarşı ağılasığmaz, kəskin reaksiya verib. Və beləliklə, Azərbaycanın bel sütunlarını laxlatmaq istəyənlərin əlinə dəstəvuz verib. Təbii ki, mən də Azərbaycan polisinin bu hərəkətini pisləyirəm və polisə yaraşdırmıram. Amma hadisə olub. Və bu hadisənin altından çıxmaq da təkcə Daxili İşlər Nazirliyinin gücündə deyil.


Gələk indi məsələyə...

Gədəbəydə qızıl mədənlərindən istifadə edənlər süni göl yaradırlar, özü də ikincisini. Kənd camaatı da buna etiraz edir, bu təbiidir. Mən belə hadisələrin şahidi olmuşam, yolu kəsirlər, əraziyə heç kimi buraxmırlar . Həmin vaxt rayon icra başçısı bir-iki ziyalı ilə, eləcə də deputatı ilə gedir camaatının görüşünə. Təxminən yarım saatlıq söhbətdən
sonra əhali yolu açır və iş qurtarır. Görəsən, Gədəbəyin icra başçısı, adını da bilmirəm, heç vacib də deyil baş verən
hadisələrdən xəbərsiz idimi? Əgər xəbərsiz idisə O, onlarla Azərbaycana filosof, alim, şair, özü də Ayaz Arabaçı kimi bir şair vermiş Gədəbəyə necə başçılıq edir?


İcra başçısı iki-üç ziyalını və Gədəbəyin deputatını götürüb gedərdi kəndə, məsələni müzakirə edərdi, hər şey də mehriban qonşuluq şəraitində həll olunardı. Etməyib. Bəs, onda bu cənnət Gədəbəyə necə başçılıq edir? Yəqin ki, bu məsələni Prezident Administrasiyası araşdıracaq.

İndi gələk yenə məsələyə...

O camaatı, yənli Söyüdlü camaatını, gölün sahilinə göndərən də və Daxili Qoşunların əsgərlərini ora göndərən də əslində bir əldən idarə olunur. Sözün düzü, qorxuram yazmağa, amma yazıram. FETÖ Azərbaycana xərçəng xəstəliyi kimi yayılıb. Dövlət nə qədər mübarizə aparsa da gücü çatmır. Təhsilimizdə də var, mətbuatımızda da var və cəmiyyətimizdə də var. Əllərində olan külli miqdarda puldan lazımınca istifadə edə bilirlər. Və bunlara qarşı da elə bir kəskin mübarizə aparıldığının şahidi deyilik.


Və həmin FETÖ ölkəni qarışdırmaq, məzhəb davası salmaq üçün əlindən gələni edir. Biz də onlarla bilmirəm nədən yumşaq davranırıq. Ya gücümüz çatmır, ya da onların yüksək dairədə təmsil olunan adamları buna mane olur. O adamlar ki hətta mətbuatı da, sosial şəbəkələri də ələ keçiriblər.


Və bəzən bizim ziyalılar da, eləcə mən də FETÖ-çularla mübarizə aparmaqdan qorxuruq. Çünki onların əleyhinə bir söz deyən kimi trolları tökürlər üstümüzə və təbii ki, bizim də trollarımız yoxdu. İndi yenə deyirəm , o əhalini ora göndərən də və onlara qarşı sərt müqavimət göstərənlər də eyni yerdən idarə olunur. Və təkrar edirəm, bu Azərbaycan polisini, Azərbaycanın bel sütunlarından birini nüfuzdan salmaq məqsədi güdür. Həmin adamları ifşa etməyə təkcə Daxili İşlər Nazirliyinin gücü çatmaz. Bu işdə Dövlət Təhlükəsizlik Xidmətinin də əsas rolu olmalıdır.


Sözümüz daxili işlər naziri Vilayət Eyvazovadır. Hörmətli Nazir, siz qadınların gözünə
gözyaşardıcı bibər qazı sıxanları deyil, o qazı sıxdıranları tapın və onları cəzalandırın.

 
Ardını oxu...
“NB Satınalma və Ticarət” MMC barəsində məhkəmə iddiası qaldırılıb.
Qaynarinfo-nun məlumatına görə, şirkət gömrük qanunvericiliyini pozmaqda təqsirli bilinir.
Belə ki, MMC rəhbərliyi xaricdən gətirdiyi xammalın gömrük bəyannaməsini müvafiq orqana təqdim etməyib. Buna görə də barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib olunaraq Nərimanov Rayon Məhkəməsinə göndərilib. İşə hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq.
İddia təsdiqini taparsa, şirkət rəhbərliyi 1500 manat məbləğində cərimə olunacaq.
Qeyd edək ki, Bakı şəhəri Nərimanov rayonu, Fətəlixan Xoyski Pr. ev.85 m.31 hüquqi ünvanında yerləşən və nizamnamə kapitalı 100 min manat olan şirkətin qanuni təmsilçisi Bayroyev Novruz Kərəm oğludur.
Ardını oxu...
Gigiyena və epidemiologiya mərkəzinin apardığı araşdırmalarla dəniz suyunun keyfiyyət göstəricilərinə uyğun olmayan Şıx qəsəbəsində yerləşən çimərlikdən hələ də istifadə edilir.

Qadağan olunmasına baxmayaraq çimərliyə insan da girir, it də.

Məsələ ilə bağlı mərkəzdən bildirilib ki, monitorinqlərdən sonra nəzarət hüquq-mühafizə orqanları və müvafiq icra qurumlarının səlahiyyətinə verilib.
Daha ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
Bu gün günorta saatlarında Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə qanunsuz müdaxilə edib.
DİN-in mətbuat xidmətindən bildirilib ki, həmin şəxslərə dəfələrlə xəbərdarlıq edilməsinə, izahedici söhbətlər aparılmasına baxmayaraq, onlar qeyd olunan əraziyə toplaşıblar.
"Onlar polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq daşla, küt alətlərlə bir neçə fəhləyə xəsarət yetirib və polis əməkdaşlarına qarşı müqavimət göstərməyə cəhd ediblər. Görülmüş tədbirlərlə qanunsuz aksiyanın iştirakçıları ərazidən uzaqlaşdırılıblar.
O ki qaldı videogörüntülərdə polis əməkdaşının qadınlardan birinə gözyaşardıcı qaz tətbiq etməsinə, bununla əlaqədar DİN-in bir qrup əməkdaşı Gədəbəy rayonuna ezam olunub. Həmin fakt üzrə xidməti yoxlama aparılır.
Xidməti yoxlamanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək", - məlumatda deyilir.
 
Ardını oxu...
Polis əməkdaşları tərəfindən qaydalara əməl etməyən şəxslərlə profilaktiki iş aparılmaqla onlar ərazidən kənarlaşdırılıb.
Bu gün günorta saatlarında Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə qanunsuz müdaxilə edib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən qaydalara əməl etməyən şəxslərlə profilaktiki iş aparılmaqla onlar ərazidən kənarlaşdırılıb. Araşdırma aparılır.

        
Ardını oxu...
Azərbaycana gələn hər üç turistin ikisi təyyarədən istifadə edir. Bu məlumatı millət vəkili Vüqar Bayramov öz *Facebook sosial şəbəkə hesabında paylaşıb.
Deputat deyib ki, bu ilin ilk 5 ayında Azərbaycana gələn turistlərin sayı 1.5 dəfə artaraq 713 min nəfərə çatıb. Onun sözlərinə görə, gələnlərin 65.7 faizi qonşu ölkələrin vətəndaşlarıdır. Belə ki, turistlərin 32,4 faizi Rusiya, 20,0 faizi Türkiyə, 8,1 faizi İran, 5,2 faizi Gürcüstandan ölkəmizə səfər ediblər.
"Həmin müddətdə Çindən gələnlərin sayı 6,1 dəfə, Türkmənistandan - 3,9 dəfə, Hindistandan - 3,2 dəfə, Belarusdan - 2,7 dəfə, Özbəkistandan - 2,6 dəfə, Qazaxıstandan - 2,0 dəfə, Rusiya Federasiyasından - 2,0 dəfə, Böyük Britaniyadan - 1,8 dəfə, İsraildən - 1,7 dəfə, ABŞ-dan - 1,6 dəfə, Küveytdən - 43,8 faiz, Pakistandan - 43,0 faiz, Gürcüstandan - 41,7 faiz, Türkiyədən - 22,5 faiz, Omandan - 17,4 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 14,7 faiz artıb"deyə deputat bildirib.

V. Bayramov bildirib ki, diqqəti çəkən digər məqam turistlərin 31,9 faizi dəmir yolu və avtomobil, 66,6 faizi hava, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə etməsidir: "Bu o deməkdir ki, ölkəmizə gələn hər üç tursitdən ikisi hava nəqliyyatından istifadə edir. Turizm mövsümünün başlanmasını nəzərə alaraq quru sərhədlərinin mərhələli açılması məqsədəuyğun olardı".
Vüqar Bayramov əlavə edib ki, xüsusən də, Türkiyə və Gürcüstanla quru sərhədlərinin tam açılması daha məqsədəuyğundur.
"Hər iki ölkə strateji baxımdan Azərbaycanın tərəfdaşıdır. Quru sərhədlərinin mərhələli açılması iqtisadi aspektdən də əhəmiyyətlidir. Bu ölkəyə gələn turistlərin sayını artırmaqla yanaşı, xaricə gedən vətəndaşlarımızın daha asan və ucuz nəqliyyat imkanlarından istifadə baxımdan da əhəmiyyətlidir" deyə millət vəkili bildirib.
 

   

Ardını oxu...
Çox güman, yaxın günlərdə Azərbaycanda nəhayət ki, “operativ qərargah” ləğv ediləcək, bununla bizdə də rəsmi olaraq “koronavirus” məsələsi tarixə qovuşacaq. Rəsmi statistika da buna imkan verir – ölkədə cəmi 14 aktiv xəstə var.
Son günlər Azərbaycan hökumətinin İran vətəndaşlarına sərhəddə (hava limanı və quru sərhədlərdə) viza verilmə prosedurunun ləğv edilməsi, qonşu ölkə vətəndaşlarının ya ASAN VİZA, ya da bizim İrandakı konsulluq vasitəsi ilə viza alaraq ölkəyə gələ bilməsi qərarı çox doğru, düzgün qərardır, quru sərhədlərin açılmasına hazırlıq göstəricisidir.
Ehtimal var ki, bu həftə hökumət rəsmən pandemiya ilə bağlı bütün qərarların ləğv edilməsini elan etməklə yanaşı quru sərhədlərin açılması ilə də bağlı qərarını verəcək – artıq bu məsələnin rəsmi olaraq “pandemiya” ilə əlaqələndirilməsi mümkün deyil. Ümid var ki, hökumət insanların çoxdan gözlədiyi və hüquqi olaraq doğru olacaq qərarı bu günlərdə verəcək.
Bu səhifənin birdəfəlik qapadılması üçün yaxşı olardı ki, Azərbaycan hökuməti “pandemiya” dövründə qadağalarla bağlı vətəndaşa və biznesə verilən cərimələr məsələsini də həll etsin – indiyədək cəriməsi olanların borcu ləğv edilsin, “pandemiya” dövründə cərimə ödəmiş vətəndaşlara isə həmin vəsait geri qaytarılsın, bunun çox asan mexanizmləri var, məsələn, həmin vəsait cərimə ödəmiş vətəndaşların kommunal xidmət borclarından hər ay kiçik məbləğlərlə 1 il ərzində silinə bilər. Görək...
Natig Cəfərli
Teref.az

Dünyapress TV

Xəbər lenti