Ardını oxu...
“Spectacular" MMC-yə iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Valyuta tənzimi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunub.

DİA.AZ xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

İş Bakı Şəhər Binəqədi Rayon Məhkəməsində hakim Mahirə Kərimovanın İcraatındadır.

Məhkəmə ilə əlaqəli baxış iclası 13.06.2023, saat 14:00-a təyin edilib.

DİA.AZ bildirir ki, digər bir iddia ilə “A.K.S.” MMC məhkəməyə verilib.

Buna səbəb isə İctimai Qayda, İctimai Təhlükəsizlik və İctimai Mənəviyyat Əleyhinə Olan İnzibati Xətalardır.

Belə ki, “A.K.S.” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) protokol tərtib olunub.

Xatırladaq ki, həmin maddəyə əsasən inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər 200 manatdan 300 manatadək məbləğdə, vəzifəli şəxslər 800 manatdan 1 000 manatadək məbləğdə, hüquqi şəxslər 2 000 manatdan 3 000 manatadək məbləğdə cərimə edilir.
İşə Ağdaş Rayon Məhkəməsində hakim Cavid Sultanov hakim təyin edilub.
Ardını oxu...
Uzun zamandır ki, “Nərmin İşi” ilə bağlı Gəncə Ağır Cinayətlər Məhkəməsində davam edən proses başa çatdı.

Məhkəmə araşdırması zamanı bu işdə ittiham olunan İlkin Süleymanovun cinayıti sübuta yetirilməsə də məhkəmə kollegiyası ona 18 il azadlıqdan məhrumetmə cəzası təyin etdi.

Qeyd edək ki, alternativ jurnalist araşdırmaları, hüquqşünaslar azyaşlı qızının ölümündə İlkinin günahı olmadığını sübutlarla ortaya çıxarıb.

İlkin Süleymanova 18 il cəza təyin edən hakim Dadaş İmanov haqqında Gununsesi.info-ya maraqlı məlumat daxil olub.

İnsan haqları fəalı Zəfər Əhmədov saytımıza bildirib ki, Dadaş İmanov məhkəmə sistemində vətəndaşların 7 milyonunu mənimsəyən bir şəxsi azadlığa buraxdığı üçün məşhurlaşıb:

“Bu həmin hakim Dadaş İmanovdur ki, 7 milyon manatı mənimsəyən “Gəncəbank” ASC-nin sədri Pərvanə Novruzovaya şərti cəza, günahı məhkəmədə sübut olunmayan İlkin Süleymanova 18 il iş kəsib.

Bu o Dadaş İmanovdu ki, çıxardığı hökmü ləğv edənin məhkəmə zalında, iştirakçıların iştirakı ilə “var-yoxunu” söyüb”. //Gununsesi.info//
 
Ardını oxu...
"Vətənimizdə insanların qanını soran çox təşkilat və qurumlar var. Bunların ən böyüklərindən biri isə AKKORD MTK dır. Kreditlə mənzil satırlar, illərlə pul ödəyirsən 17 minə olan mənzil 65 minə çıxır yekunda sənin üstünə. Bu qədər illərin, zəhmətin qarşısında deyirsən bir otaqda olsa mənzili olar onu da o qədər keyfiyyətsiz tikirlər ki bu haqda danışmağa belə utanırsan ki evin hardadı deyə... Bütün bunlar çəhənnəmə. İndi də elektrik enerjisinə heç bir borçum olmadığı halda AKKORD-un qoçuları gəlib işığımızı kəsiblər. Mənim borçum olsa Azərişıq bunu edər. Yox istifadə etdiyim enerjinin pulunu vermişəmsə sən kimsən ki, gəlib işığı kəsirsən? Bu qədər qudurğanlığın arxasında kim və hansı qüvvələr dayanır ki belə "qoçu" dəstəsinin üzvləri işlədilir orda?!"
Teref.az yazır ki, bunu jurnalist Əziz Orucov öz feysbuk səhifəsində yazıb. yazdıqlarını şərh edən Əziz Orucov deyir:
"Məsələ ilə bağlı 102 qaynar xəttinə müraciət etmişəm. Hələ saatlar keçsədə geri dönüş olmayıb. Belə özbaşına əməllərlə polisə müraciət edək yoxsa? Bu hərəkət bir başa qanun pozuntusudur və buna görə MTK lar ciddi cəzalandırılmalıdır.
AKKORD-u məhkəməyə verəcəm o öz yerində amma indiki durumda Polis nə edəcək hörmətli Elşad Hacıyev?"
Teref.az olaraq qaldırılan iddialarla bağlı qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
Teref.az
Ardını oxu...
İşimlə əlaqədar olaraq, demək olar ki, hər gün ölkədə fəaliyyət göstərən azı 20-30 saytı nəzərdən keçirirəm. Bu, həm də sutkanın müxtəlif saatlarında baş verir. Əsasən də dövlətin maliyyəsi ilə əhatə olunan saytlarda kefiyyətdən daha çox kəmiyyətə üstünlük verildiyinin şahidi oluram.
Samballı materiallardan daha çox, ”özəl” xəbər yerləşdirmə qovğasının yaratdığı bir informasiya çirkliliyi gözümüzün önündə canlanır. Sözügedən saytlar pulu MEDİA adlı qurumdan alır.
Bu qurum da saytların qarşısında imzalanan yeni qanunvericilikdən doğan bir tələb qoyur ki, Media Reysterinə düşmək və maliyyə ilə təmin olunmaq üçün 5 iş günü ərzində azı sayta 20 özəl xəbər qoyulmalıdır.
Madam ki, bu qanunvericiliyin tələbidir, onda bu tələbin nə dərəcədə yerinə yetirilib-yetirilmədiyinə həm də nəzarət edilməlidir. Etiraf edək ki, günə 20 özəl xəbəri hazırlamaq həddən artıq çətindir.
Çünki gün ərzində ölkə daxilində heç bu qədər hadisə baş vermir ki, onu mühüm xəbərə çevirəsən. Buna görə də, 20 xəbər planını doldurmaq istəyən saytlar daha çox xarici və əsasən də Ermənistan mediasına müraciət edirlər.
Maraqlıdır ki, bu estafetdə iştirak edən saytların rəhbərləri və əməkdaşlarının böyük əksəriyyəti nə erməni, nə də rus dilini bilir. Onda sual olunur: həmin mənbələrdən xəbəri necə tərcümə edib, “özəl” xəbər kimi öz saytlarında təqdim edirlər.
Bu işdə onların köməyinə “Google” proqramındakı tərcüməçi xidməti çatır. Materialı yerləşdirilər həmin proqrama və bir klik etməklə azərbaycan dilinə çevrilmiş yazı hazır olur.
Sonra da həmin xəbəri götürüb, “özəl” material kimi yerləşdirirlər sayta. Yoxlamışam, belə bir materialın hazırlanması üçün adama cəmi 5 dəqiqə bəs edir. Bir az cəld adam bu üsulla cəmi 2 saata 20 xəbər planını doldura bilər.
Amma bu tərcümə mənalı yox, hərfi olur. Əsasən də siyasi məzmunlu materiallarda siyasi redaktə işinin aparılmaması, bəzən bizim milli maraqlarımızla ziddiyyət təşkil edən termin və fikirlərin asanlıqla bizim informasiya məkanımıza transformasiya olunması ilə nəticələnir.
Məsələn, biz həmin materiallarda “Qarabağ konflikti” ( hansı ki, bitib) , “Atsaxın prezidenti Araik Arutunyan” ( belə bir qurum yoxdursa, onun prezidenti necə ola bilər?), “Ermənistan-Azərbaycan sərhəddi ( Sərhədlər delimitasiya və demorkasiya olunmayıbsa, söhbət yalnız şərti sərhəddən gedə bilər?), “Laçın dəhlizi” ( Biz buna dəhliz kimi deyil, yol kimi baxırıq). “Dağlıq Qarabağ” ( Bunun bazasında fətqli adı daşıyan iki iqtisadibrayon yaranıbsa, bu ad da tarixə qovuşub).
Belə yanlışlıqları 100-lərlə göstərmək olar. Təbiidir ki, bunları bilmək üçün dövlətdən pul qoparmaq bacarığın kimi, həm də mükəmməl siyasi savada malik olmalısan. Təəssüf ki, bizim yeni media cameəsində bu parametrlərə cavab verən çox az sayda jurnalist və ya sayt redaktoru var. Mən Media Reysterinə qarşı deyiləm.
Əksinə, bu təqdir edən geniş analitik yazı ilə çıxış etmişəm. Ancaq bu o demək deyil ki, biz informasiya siyasətimizdə keyfiyyəti kəmiyyət yarışına qurban verməliyik. Kim inanmırsa, araşdırsın görək, həmin 20 “özəl” xəbərin içində neçə: analitik yazıya, müsahibəyə, reportaja, mövzu ilə bağlı ekspertlərdən rəylərin alınmasına rast gələcək?
Çox böyük siyasi səhvlərin buraxılması ilə xarici mediadan edilən hərfi tərcümə “özəl” xəbər sayıla bilməz. Son vaxtlar daim izlədiyim və fəaliyyətini bəyəndiyim iki saytın adını xüsusilə qeyd edim ki, məni tam da qərəzli olmaq da günahlandırmsınlar. “Axar.az” və “Yeni Avaz” saytlarının fəaliyyətində əsl peşəkarlıq nümunələri görürəm.
Məhəmmədəli Qəribli
Teref.az
 

Ardını oxu...
     

 Son günlər barəsində edilən şikayətlərin sayının artması "UniBank" neqativ anlamda rekordsmenə çevirib, desək, yanılmarıq. DİA.AZ bildirir ki, amma buna rəğmən özünü bağlanma təhlükəsindən zar-zor qurtarmış bank başbilənləri oroblemlərı səbəb olan məqamları aradan qaldırmaq barədə düşünmür.

Biz isə öz növbəmizdə dia.az olaraq problem yaradan məqamlara işıq salmaqda davam edirik. Və qeyd olunan ünvandan növbəti şikayəti təqdim edirik.

Beləliklə, "Müştərinin Səsi" sosial qrupundakı paylaşımda deyilir (mətni redaktəsiz təqdim edirik) :

"Şikayetim Unibankdandir. Voen kartina odenişleri cox gec edirler. 3 cu gun Uberden kocurulen mebleg helede karta oturmayib. Ve daha 2 gunde alti-bazari gozlemeliyik, umumi 5 gun gozlemeliyem. Cox gumanki 1 ci gun cox is olduguna gore gondermeyecekler. Cox leng isleyirler..."

İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

     

Ardını oxu...
Bu mənə qarşı törədilmiş 3 cü cinayətldir.
1. Mənzilimdən ailəmə məxsus bütün qızıllar oğurlandı. Oğruların video görüntüsünü də təqdim etdim polislərə. Tapılmadı. Tələbəlik illərimdən, zülmlə, qəpik qırışla pul toplayıb aldığım nişan üzüyümuzə qədər, övladıma ad günü hədiyyəsi olaraq 1-2 qramlıq qolbağa qədər hər şey oğurlandı. Tapılmadı o oğrular.
Teref.az yazır ki, bunu Gündəminfo.az saytının baş redaktoru Razi Abbasbəyli Daxili İşlər Nazirliyinə müraciətində yazır. Baş redaktor daha sonra yazır:?
2. Evimizdə son guvəncəmiz olan bir iki üzük, sırğa var idi. Kirayə pulunu verə bilmirdim. Aparıb Lombarda qoydum. Lombard sahibi bir gecədə yoxa çıxdı. Tahirə Alas. 34 dəfə müraciət etdim. Nərimanov polis idarəsindən əvvəlcə dedilər axtarırıq. Sonra dedilər İnterpolla beynəlxalq axtarışa vermişik. Sonra İnterpol Azərbaycanın rəsmi səhifəsində Tahirə Alas adlı o fırıldaqçı qadın adını tapa bilmədim. O cinayətdə açılmadı.
3. 1 il əvvəl zülmlə 1 kamaz mişar daşı almışdım, bir quru torpağım var idi. Düşünürdüm bir daxmam olar. 03.06.2023 tarixində körpə övladımı da götürüb getdim. Sevinirdik, xəyal qururflduq. Tətildir, uşaqların təhsil xərcləri azalıb. Getdim və gördüm mişar daşlarını oğurlayıblar. Çökdüm artıq! Rəsmən sabah üçün bir guvəncəm də yox... Bir quru canım var. Bəs edər onu da cismimə yük etdim...
Teref.az olaraq ümid edirik ki, Daxili İşlər Nazirliyi baş redaktorun bu çağırışı ilə bağlı bir tədbir görüb medianı məlumatlandıracaq!!
Teref.az
 
Ardını oxu...
İstismar müddəti bitən və qəzalı vəziyyətdə olan binalar, o cümlədən yataqxanalar söküləcək. Bununla bağlı artıq xüsusi dövlət proqramı hazırlanıb. Yaxın vaxtlarda prosesə start veriləcək.

AzFakt.com xəbər verir ki, bu fikirləri Milli Məclisin komitə iclasında maliyyə naziri Samir Şərifov səsləndirib.
“ARB Xəbər”in məlumatına görə, hazırda Bakıda istismar müddəti başa çatmış tikililərin sayı 3 mindən çoxdur. Söhbət 5 və 9 mərtəbəli yaşayış binalarından gedir.
Qeyd edilib ki, maksimum 5-6 il ərzində prosesin 80 faizinin başa çatması gözlənilir.

Daha ətraflı:

 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyin etdiyi yeni nazirlərin bu gün təhvil-təslim mərasimi baş tutub.

Türkiyənin yeni maliyyə və xəzinə naziri Mehmet Şimşək bu postda Nurəddin Nəbatini əvəzləyib.

Təhvil-təslim mərasimində yeni nazirlə Nəbati arasında maraqlı anlar yaşanıb.

Belə ki, sabiq nazirin postunu təhvil verərkən “oh” çəkməsi müzakirələrə səbəb olub.

Həmin görüntüləri təqdim edirik:
 
 

Ardını oxu...
Azərbaycan vətəndaşı Fərid Səfərli iyunun 1-də İranda casusluq ittihamı ilə həbs edilib.

DİA.AZ xəbər verir ki, bu barədə onun anası Dilarə Əsgərova "Amerikanın Səsi"nə deyib.

Səfərli bu il fevralın 20-də Almaniyadan İrana getdikdən sonra "yoxa çıxmışdı".

Dilarə Əsgərova bildirib ki, İran Xarici İşlər Nazirliyinin Azərbaycan Xarici İşlər Nazirliyinə göndərdiyi cavabdan sonra Azərbaycan XİN ona oğlunun casusluq ittihamı ilə həbs edilməsi barədə məlumat verib.

"Bu casusluq ittihamını eşidəndə həm gülməyim gəlir, həm də ağlamağım. Fərid və casusluq, bu, gülməlidir. Günahsız bir insanın casusluq ittihamı ilə həbs edilməsi isə ağlamalıdır. Kifayət qədər ağır ittihamdır. Bu maddə ilə ittiham olunanlara hansı ağır cəzanın verildiyini firkirləşəndə bir ana kimi ürəyim parça-parça olur", - deyə o qeyd edib.

Dilarə Əsgərova oğlunun azad olunmasına kömək etməsi xahişi ilə Azərbaycan Prezidentinə müraciət edəcəyini bildirib. O, həmçinin Almaniya hökumətinə də müraciət edəcək.

Rəsmi məlumata görə, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub.

Dilarə Əsgərova "Amerikanın Səsi"nə bildirib ki, bir müddət əvvəl Fərid Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir qadınla tanış olub:

"Xanımın praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu xanımın vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gedib".

Əsgərova martın son günlərində İranda oğlunu axtarıb, amma məlumat əldə edə bilməyib. Bundan sonra ana martın 31-də İranın Azərbaycandakı səfirinin müavini ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyi Fərid Səfərlinin taleyi ilə bağlı İranın Azərbaycandakı səfirliyinə iki dəfə nota verib.

Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat Xidməti İdarəsi "Amerikanın Səsi"nin Fərid Səfərli ilə bağlı İranın cavabı barədə sorğusuna yaxın müddətdə cavab verəcəyini bildirib.
 

Dünyapress TV

Xəbər lenti