Ardını oxu...
Millət vəkili Ramil Həsənin biləyində daşıdığı cüt bilərzik diqqət çıkib.

DİA.AZ bildirir ki, 32gun.az-ın əldə etdiyi məlumata görə, deputatın bilərziyi məşhur Macarıstan markası olan "JOSH" brendinə məxsudur.

Həmin markanın qiyməti 6000 və 20000 manat arasında dəyişir.

Ramil Həsən biləyindəkilər isə "JOSH" KARKÖTŐ 24957" və "JOSH KARKÖTŐ 09285" modelləridir.

Deputatın biləyindəki aksesuarlrın birlikdə ümumi qiyməti 16 min manata yaxındır.

Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Ölkədə bütün problemlərin kəskinləşməsi Konstitusiyanın bərbad gündə olmasından qaynaqlanır. Məmləkətin Ana Yasasının məntiqi ardıcıllığı, hakimiyyət bölgüsü prinsipi sənədin özündə pozulub, ona görə də, ölkənin əsas qanunu dəyişməsə problemlərin həlli də mümkün olmayacaq.
Bu Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına da aiddir, qüvvədə olan NMR Konstitutsiyasına gəlin birlikdə nəzər salaq:
- Maddə 4. Dövlət hakimiyyətinin mənimsənilməsinə yol verilməməsi:
I. Naxçıvan Muxtar Respublikasında vətəndaşların heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz.
II. Hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir.
Əla maddədir, amma işlək deyil, bu isə bir tək Vasif Talıbovun davranışları, onun idarəetmə alışqanlıqları ilə əlaqədar deyil, NMR-nin Ali Sənədinin ona verdiyi səlahiyyətlərlə əlaqədardır:
- Maddə 5. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi:
I. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir.
II. Bu Konstitusiya ilə müəyyən olunan hallarda və qaydada Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi həm qanunvericilik, həm icra hakimiyyəti sahələrində aşağıdakı səlahiyyətləri həyata keçirir...
Və səlahiyyətlər sadalanır, amma elə 5-ci maddənin 2-ci hissəsində Ali Məclisin sədrinə həm qanunvericilik, həm də icara hakimiyyəti səlahiyyətləri verilir – yəni, bir şəxs qanunlara görə hakimiyyətin hər iki qoluna rəhbərlik edir, bununla da qalmır məhkəmə hakimlərinin təyinatı da Ali Məclisin sədrinin səlahiyyətinə aiddir: 5-ci maddənin 9-cu hissəsində qeyd edilib ki, Ali Məclisin sədri, “Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikası ümumi və ixtisaslaşdırılmış məhkəmələrin hakimlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə dair təkliflər verir”. Yəni, Ali Məclisin sədri indi qüvvədə olan qanunlara görə hakimiyyətin hər 3 qolunun hakimimütləqidir – belə olan şəraitdə təbii ki, Naxçıvanda “Xan” idarəçiliyi yaranmalı idi. Deməli məsələlərin həlli qanunların, Ana yasanın dəyişdirilməsi ilə mümkün ola bilər.
Yeri gəlmişkən, eyni yanaşma Azərbaycan Respublikası Konstitusiyasında da var – Prezident, faktiki olaraq, hakimiyyətin hər 3 qolunun başçısıdır, bu şəxsdən asılı məsələ deyil, xasiyyət məsələsi də deyil, bu bizim Konstitusiyanın bərbad yazılmasına görədir, yəni, sabah eyni səlahiyyətlərlə istənilən şəxsin Prezident seçilməsi onun avtoritarlaşmasına şərait yaradacaq.
Avtoritarlaşmaya məhz qanunlar, Konstitutsiya şərait yaradır, ona görə də, ölkənin əsas qanunu mütləq yenidən işlənilməli, məntiqi ardıcıllığı, hakimiyyət qollarının müstəqilliyi, inzibati-ərazi vahidlərinin yeni şəraitə və yerli özünüidarəetmənin gücləndirilməsi prinsipinə görə təsis edilməsinə və Naxçıvan Muxtar Respublikasının statusunun ləğvinə acil ehtiyac var. Ona görə də, gecikmədən Azərbaycanda yeni Konstutusiya referendumu elan edilməli, Ana Yasamız cağdaş dünyaya uyğun şəkildə yenidən yazılıb ümumxalq səsverməsi ilə qəbul edilməlidir, başqa yol sadəcə yoxdur...
Natiq Cəfərli
Teref.az
 
 
 
Ardını oxu...
Kanada sakinlərinin köçəri qazlarla başları dərddədir və belə görünür ki, hələ bir müddət də belə davam edəcək. Belə ki, yaşayış yerlərində məskunlaşan vəhşi qazlar sakinləri qorxudurlar: hücum edir, heyvanları təqib edir, ətrafı zibilləyirlər. Kanadalı səlahiyyətlilərin quşlarla mübarizəsi isə uğursuzluğa düçar olub.

İllinoys Universitetinin alimləri qazları qorxutmaq üçün müasir üsullardan istifadə ediblər, lakin bu da faydasız olub. Əvvəlcə tədqiqatçılar quşların davranışını izləmək üçün onların bir neçəsinə GPS ötürücüləri qoşublar. Sonra onları qorxudaraq ərazidən uzaqlaşdırıblar. Bunun üçün quşlara tərəf yerə dəyənəklə vura-vura gediblər. Həmin vaxt ərazini tərk edən qazlar qısa müddətdən sonra geri qayıdıblar.

GPS məlumatlarını araşdırdıqda isə alimlər öz təəccüblərini gizlədə bilməyiblər: Quşlar heç bir təhlükə olmadığı halda ərazini tərk etdikdə, qorxudularaq qovulduqdan daha gec əraziyə qayıdırlar. Çünki özləri bölgədən uzaqlaşırsa, bu onların daha yaxşı yer tapması ilə əlaqədar olur.

Tədqiqatçıların fikrincə, bu, qazların real təhlükəni sadə hədə-qorxudan ayıra bilməsi ilə əlaqədardır.

“İnsanlar qazların nə qədər ağıllı olduğunu dərk etmirlər. Ola bilsin ki, qazları qorxutmaq üçün yaxşı bir üsul tapacağıq, amma çox güman ki, quşlar yaxşı şəraitə görə şəhərlərdə yaşamağa davam edəcəklər. Qazlar ərazi uğrunda döyüşdə hələ ki, insanları məğlub edir”, - deyə ekspertlər bildiriblər.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Mənbə: Wildlife
 
Ardını oxu...
Marneuli rayonunun Təkəli kənd sakinləri etiraz aksiyası keçirir.

Gununsesi.info xəbər verir ki, aksiyada kənd sakinləri onların əkin ərazilərinin əllərindən alındığını söyləyir və bu işdə hökuməti günahlandırır.

Yerli sakinlərin sözlərinə görə, onlar əkin sahəsində naməlum şəxslər badam və qoz ağacı əkmək istəyir:

“Biz illərdir bu əkin sahələri ilə qazanc əldə edirik və banklara kreditlərimizi məhz buradan əldə etdiyimiz gəlirlə ödəyirik. Seçkilər dövründə bizə dedilər, hakimiyyətə səs verin hər şey yaxşı olacaq, indi isə Marneuli meriyası və quberniya bizə qonşu, Qaçağan kəndindən əkin sahələri almağı və ya oraya köçməyi təklif edir. Biz bu əkin sahələrini kimsəyə verməyəcəyik, canımızı və balalarımızı gərəkərsə bu ərazilərdə işləyən texnikanın altına atacağıq, amma ərazilərimizi verməyəcəyik” ,- etirazçılar bildiriblər.

 
Ardını oxu...
Buzovna qəsəbəsində evə basqın zamanı yaralanan şəxs dünyasını dəyişib.

APA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, 1971-ci il təvəllüdlü Rahil Muradov həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib.

***

Noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində rayon sakinləri - 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradovun və nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.

Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

Qeyd edək ki, yaralı ailə üzvləri APA-ya bildirib ki, Buzovna qəsəbəsi, Naxçıvani küçəsi döngə 5 ev 4b ünvanındakı mənzilə naməlum şəxs və ya şəxslər quldurluq yolu ilə daxil olub. Onlar talama məqsədilə evə daxil olarkən ailə üzvlərini bıçaqlayıb, ev sahibini öldürüb.
 
Ardını oxu...
Suriya əsilli Əhlam Əlbəşir və qaçaq şübhəli Bilal Həsənə terror hücumunda kömək etməkdə şübhəli bilinən Muhab A saxlanılıb. Onun terrorçulara sərhədi qanunsuz keçdikdən sonra bir müddət Antakyada qalmasına şərait yaratdığı müəyyən edilib.


Saxlanılaraq İstanbula gətirilən şübhəli barədə növbətçi cəza məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Bununla da, istiqlal küçəsindəki terror aktı ilə bağlı aparılan istintaq çərçivəsində həbs olunanların sayı 25-ə yüksəlib.

Qeyd edək ki, noyabrın 13-də törədilən partlayışda 6 nəfərin ölüb, 81 nəfər yaralanıb.

Mənbə: TRT
 
Ardını oxu...
Azərbaycanda avtomobil parkı yenilənəcək. Bu məsələ “Azərbaycan Respublikasında Yol Hərəkətinin Təhlükəsizliyinə dair 2019-2023-cü illər üzrə Dövlət Proqramı”nda öz əksini tapıb.
Proqramda xüsusi bənd kimi göstərilir ki, yol hərəkətinin təhlükəsizliyini təmin etmək, ekoloj vəziyyəti sağlamlaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq üçün məqsədi ilə köhnə, texniki baxışa yararsız olan avtomobillərin utilizasiyası həyata keçirilməlidir.

Məsələyə tam aydınlıq gətirmək üçün nəqliyyat üzrə ekspert Eldəniz Cəfərovla əlaqə saxladıq.

Bizim.Media-ya açıqlamasında o bildirdi ki, heç də hər bir ölkə avtomobillərin utilizasiyasını həyata keçirə bilmir:

“Azərbaycan dövləti öz iqtisadi gücünə arxalanaraq bu layihəni kerçəkləşdirməyi düşünür. Bu adı çəkilən dövlət proqramında öz əksini tapıb. Nəzərə alaq ki, utilizasiya proqramının hazırlanmsı 2023-cü ilin sonuna kimi başa çatmalıdır. Amma utilizasiyanın özünün həyata keçirilməsi başqa bir proqramla icra olunacaq. Bu 2022-2026-cı illəri əhatə edən sosial inkişafa dair strategiyada öz əksini tapıb. Bu strategya çərçivəsində köhnə avtomobillərin utilizasiyası həyata keçiriləcək. Bu da o deməkdir ki, bizim qarşıda hələ 3 il vaxtımız var”.

Ekspert onu da əlavə etdi ki, utilizasiya proqramı könüllülük əsasında həyata keçiriləcək:

“Heç kimin köhnə avtomobili məcburi şəkildə əlindən alınmayacaq. Könüllü şəkildə bu layihəyə qoşulan avtomobil sahiblərinə vauçerlər, güzəştlər və subsidiyalar təklif olunacaq. Bununla bağlı hökümət artıq müəyyən layihələrin icrasına başlayıb.

Bildiyiniz kimi 2022-ci ilin yanvarında idxal edilən ekoloji təmiz avtomobillərə və elektromobillərə bir sıra güzəştlər tətbiq edilib. Bu ilin 1 oktyabrından Mərkəzi Bankın təşəbbüsü ilə banklar hibrid və elektromobil avtomobilləri almaq istəyən vətəndaşlara unikal kredit şərtləri təklif edib. Ən əsası ölkəmizə idxal edilən yeni elektromobil avtomobillər bu yaxınlarda tamamilə gömrük rüsumlarından azad edilib. Növbəti mərhələdə yeni avtomobllərə xidmət infrastrukturunun yaradılması əsas hədəf kimi qarşıda durur”.
 
Ardını oxu...
Naxçıvanda yoxlamaları davam etdirən DTX əməkdaşlarının Ali Məclis sədri Vasif Talıbovun qızı Baharxanımı da dindirdiyi bildirilir. Yoxlamalar zamanı onun nəzarətində olan Diaqnostika Mərkəzində yeyintilərin aşkarlandığı bildirilir. TEREF.AZ yazır ki, bu haqda "Gündəlik Naxçıvan"a mərkəzdə işləyən əməkdaşlar məlumat verib.
Məlumata görə, mərkəzə dövlət büdcəsi hesabına xaricdən alınan avadanlıqlar ikiqat hesablanıb. Bundan əlavə, həmin avadanlıqlar Naxçıvana qaçaqmalçılıq yolu ilə, risum ödənmədən keçirilibmiş. Bu işi isə, Naxçıvanda tibbi avadanlıqlar və dərman monopoliyasına nəzarət edən Nəqşicahan Med MMC həyata keçirib. Bu MMC-nin də Baharxanım Talıbovanın nəzarətində olduğu bildirilir. MMC dərman məhsullarını da Naxçıvana qaçaqmalçılıq yoluyla gətirirmiş. Mənbənin verdiyi məlumata görə, bu səbəblərdən dolayı dindirilib:
"Diaqnostika mərkəzində də yoxlamalar aparılır. Yoxlamalar başlayanda, bizi bir neçə gün evə buraxmadılar. Dünəndın sərbəstlik. DTX hamımızı dindirildi. Çoxlu yeyinti üzə çıxıb. Büdcə hesabına aldıqları avadanlıqlar da qaçaqmalçılıq yoluyla gətirilirmiş. Mərkəz rəsmən Baharxanımln adına olmasa da, hamı bilir ki, yaranan gündən onun nəzarətindədir. Ona görə də, DTX əməkdaşları onu da gətirib dindirdilər. Deyilənə görə, uzun illərdi gömrükdən dərmanları rüsumsuz keçirməklə də büdcəyə xeyli ziyan vurub. Həmin dərmanlar Naxçıvanda camaata od qiymətinə satıllrdı".
Ötən həftənin əvvəlindən etibarən, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvan MR Gömrük Komitəsində əməliyyat keçirir. Əməliyyat nəticəsində on nəfərə yaxın şəxsin saxlandığı bildirilir. İddialara görə, saxlanılanların arasında Naxçıvan Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli və onun müavinin Səbuhi Novruzov da var. Səbuhi Novruzov Naxçıvan Ali Məclis sədri Vasif Talıbovun yeznısi, Səhət Həbibbəyli isə AMEA prezidenti, akademik İsa Həbibbəylinin oğludur. Onlara qarşı qaçaqmalçılıq, rüşvət və s. ittihamların irəli sürüldüyü bildirilir.
Bundan əvvəl Vasif Talıbovun oğlanları Seymur və Rzanın da qaçaqmalçılığa görə dindirdiyi bildirilirdi.
Teref.az
 
Ardını oxu...
Son günlər DTX-nin Naxçıvanda keçirdiyi əməliyyat, aparılan araşdırmalar zamanı külli miqdarda mənimsəmə, yeyinti faktlarının üstünün açılması, həmçinin buna paralel olaraq Muxtar Respublikada bir sıra qurumların ləğvi cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Belə ki, son bir ayda Naxçıvanın həm Dövlət Təhlükəsizliyi Xidməti (DTX), həm də Dövlət Gömrük Komitəsi ləğv edilərək müvafiq olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarəsi və Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb.

Bu prosesin hələ son olmadığı, yaxın günlərdə Naxçıvan Daxili İşlər Nazirliyinin (DİN) də ləğv edilərək DİN Naxçıvan Baş İdarəsinin yaradılacağı ehtimal edilir. Hətta bəzi ekspertlər irəli gedərək Naxçıvan Muxtar Respublikasının statusunun da ləğv olunmasını məsələsini gündəmə gətirilməsinin vacibliyini vurğulayırlar.

“Qafqazinfo” Naxçıvanda baş verənlər, aparılan islahatlar, dəyişikliklər barədə Milli Məclisin deputatı, iqtisadçı Vahid Əhmədovun fikilərini öyrənib.

DTX-nin Naxçıvanda keçirdiyi əməliyyatların nəticələri barədə danışan deputat qeyd edib ki, baş verənlər bəzi dövlət qurumlarında şəffaflığın olmamasını, korrupsiyanın tüğyan etməsini, rüşvət hallarının olmasını, o cümlədən gömrük sistemində olan problemləri və s. qabarıq şəkildə göstərir: “Kifayət qədər yoxlamalar olur, Hesablama Palatası, Maliyyə Nazirliyinin, DTX-nin müvafiq qurumları işləyir, yoxlamalar aparır, nöqsanları üzə çıxarılar. Həbslər olur, amma bu, rüşvət, korrupsiya hallarının qarşısını almır. Mən əvvəllər düşünürdüm ki, 44 günlük Vətən müharibəsindən sonra vəziyyət müəyyən qədər yaxşılaşar, amma bunun əksini gördüm, daha çox rüşvətə meylli insanlar peyda olmağa başladı. Bu, bizim üçün çox utancverici haldır. Mən deyərdim ki, Azərbaycanın müstəqilliyinə vurulan zərbədir. Baxmayaraq ki, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, dövlət başçısı bu məsələlərlə bağlı xəbərdarlıq edir, lakin bu kimi hallar hələ də davam edir. Ona görə də korrupsiya, rüşvətlə əlaqədar çox ciddi tədbirlərin görülməsinə ehtiyac var”.

Deputat Naxçıvandakı qurumların ləğv edilib mərkəzdəki orqanlara birləşdirilməsini, hansısa xidmət növü, idarə kimi orada olmasını müsbət addım kimi dəyərləndirib:

“Çünki faktiki olaraq Naxçıvan son vaxtlar özünü müstəqil bir qurum kimi aparırdı və oradan müəyyən informasiyaları, hətta DTX belə ala bilmirdi. Ona görə də orada belə hadisələr (korrupsiya, rüşvətxorluq- red.) baş verirdi. Yəqin ki, Naxçıvandakı digər qurumlar da ləğv olunacaq. Bu qurumlar Mərkəzi İcra Hakimiyyəti orqanında olacaq, orada müvafiq qurumların bir şöbəsi fəaliyyət göstərəcək. Belə də olmalıdır. Çünki yoxlamalarla əlaqədar kifayət qədər ciddi məsələlər üzə çıxıb”.

Naxçıvanın Muxtar Respublika statusunun ləğvi məsələsinə gəldikdə, Vahid Əhmədov buna ehtiyacın olmadığını bildirib: “Naxçıvanın statusu ilə bağlı konstitusiyaya dəyişiklik edilməlidir, referendum keçirilməlidir. Bu, çox ciddi məsələdir. Lakin mən hələlik bu məsələnin gündəmdə olduğunu düşünmürəm. Hesab edirəm ki, hələlik bu məsələyə ehtiyac da yoxdur. Orada təmizləmə işləri gedir. Əsas odur ki, ora təmizlənsin və normal fəaliyyət göstərsin”.
 
Ardını oxu...
DTX-nın Naxçıvanda keçirdiyi əməliyyatlar nəticəsində bir sıra maliyyə yeyintilərinin, mənimsimələrin üstünün açılması cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Bu gün isə Naxçıvanın maliyyə naziri Rafael Əliyevin DTX tərəfindən həbs olunduğu məlum olub. O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə təqsirləndirilir.

"Qafqazinfo" xəbər verir ki, Rafael Əliyev iki ildən çoxdur nazir təyin olunsa da, onunla bağlı internetdə yeganə məlumat daha əvvəl Naxçıvan MR Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi olmasıdır.

Bir müddət əvvəl isə Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun da iştirak etdiyi tədbirdə nazir Rafael Əliyev maliyyə vəsaitlərinin səmərəli və qənaətlə istifadəsindən, məsuliyyətdən, həmçinin şəffaflığın artırılmasından danışıb.


“Maliyyə Nazirliyinin və tabeliyindəki təşkilatların yeni inzibati binalarda yerləşməsi, daha operativ idarəetməni təmin etməyə imkan verir, əməkdaşların iş əmsalını və məsuliyyətini artırır. Hazırda Maliyyə Nazirliyinin sistemində təkmilləşdirilmiş və çevik idarəetmənin təmin edilməsi, şəffaflığın artırılması üçün elektron xidmətlər geniş tətbiq olunur. İnfrastruktur təminatı ilə yanaşı, Naxçıvan Muxtar Respublikasının bütün maliyyə institutlarının qarşılıqlı əlaqəsinə nail olunmuş, dövlət maliyyə nəzarət tədbirlərinin əhatə dairəsi genişləndilmiş, maliyyə vəsaitlərinin səmərəli və qənaətlə istifadəsinə diqqət artırılıb. Yaradılan şəraitə uyğun olaraq nazirliyin kollektivi də işini müasir tələblərə uyğun qurur, qarşılıqlı olaraq vəzifələrinin icrası üçün səylə çalışır”, - deyə maliyyə naziri bildirib.
 

Dünyapress TV

Xəbər lenti