Ardını oxu...
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəməsində məlum olub ki, zavod direktorunun adına 5 şirkət açılıb.
“Report”un xəbərinə görə, bu barədə şahid Şaiq Əhədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə deyib.
O bildirib ki, Cəlilabad və Lerikdə binalar tikib:
“Özüm tikinti mütəxəssisiyəm. Beş şirkətə görə dövlətə 90 min manat ziyan vermişəm. Onların hamısını ödəmişəm”.
Digər Şahid Alış İsgəndərov fəhlə olduğunu, adına “MS” adlı şirkət təsis edilərək tikinti işləri aparıldığını söyləyib.
Daha sonra şahid qismində Adil Qasımov dindirilib. O, “Azərtrans” MMC-nin təsisçisi olduğunu vurğulayıb. Şahid deyib ki, gördüyü işlərə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 5 min 711 manatdan 1400 manat “otkat”, 10 min manatdan isə 2 min 500 manat “otkat” qaytarıb.
Şahid Arif Muradov 2021-ci ilə qədər Dövlət Əmək Müfəttişliyi Xidmətinin Qax, Zaqatala, Balakən regional ərazi şöbəsinin rəisi vəzifəsində işlədiyini bildirib:
“Planlı yoxlamalar keçirmişik, müəssisələrdə pozuntular aşkarlamışıq. Rüşvət alaraq onları nöqsansız göstərirdik. Bunun üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Anar Quliyevə cəmi 3 min 500 manat rüşvət vermişəm”.
Şahid qismində ifadə verən Elçin Ağayev Kürdəmir rayonunda yerləşən sanatoriyada direktor vəzifəsində çalışdığını deyib. Onun sözlərinə görə, nazirliklə dövlət balansında işləyən şəxslərin sanatoriyada qəbul edilməsi üçün müqavilələr bağlayıb:
“İl ərzində cəmi 6 ay işləyirdik. Nazirlik tərəfindən vətəndaşların adına sanatoriya-kurort ezamiyələri yazılıb göndərilirdi. Nazirliyə 4 ildə 204 min 850 manat nağdlaşdırıb “otkat” göndərmişəm. Orada qayda belə idi”.
Digər şahid Ehtiram Əhmədov “Qızıl Naftalan” adlı sanatoriyada işlədiyini vurğulayıb. O bildirib ki, 1 milyon 778 manatdan 442 min manatı hesabdan nağdlaşdıraraq şəxsən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri olmuş Şəlalə Cəfərovaya onun otağında vermişəm”.
Məhkəmənin növbəti iclası noyabrın 28-nə təyin edilib.
Qeyd edək ki, S.Müslümov Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.
Toplanılan materiallar əsasında başlanılan cinayət işi üzrə S.Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən tabeçiliyində işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.
Həmçinin S.Müslümovun nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub.
Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. S.Müslümov Azərbaycan Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Daha sonra səhhətindəki problemlərlə bağlı sabiq nazir ev dustaqlığına buraxılıb.
 
Ardını oxu...
Bakıda “Meridian” şadlıq sarayının “Park Meridian” (Palatka) adlanan bölümündə yanğın baş verib.

Şahidlərin Globalinfo.az-a verdikləri məlumata görə, hadisə toy mərasimi keçirilən zaman baş verib. Məlumatda deyilir ki, toya gələn qonaqlar təxliyə edilib. Zərərçəkənlər haqda hələlik məlumat yoxdur.

Hadisə nəticəsində şadlıq evinə ciddi ziyan dəyib.

“Meridian” şadlıq evində dəhşətli yanğın, toy yarımçıq qaldı – FOTO/VIDEO

Ardını oxu...

Bakıda “Meridian” şadlıq sarayının “Park Meridian” (Palatka) adlanan bölümündə  yanğın baş verib.

Şahidlərin Globalinfo.az-a verdikləri məlumata görə, hadisə toy mərasimi keçirilən zaman baş verib. Məlumatda deyilir ki, toya gələn qonaqlar təxliyə edilib. Zərərçəkənlər haqda hələlik məlumat yoxdur.

Hadisə nəticəsində şadlıq evinə ciddi ziyan dəyib.

 
Ardını oxu...
Noyabrın 16-sı Cəlilabad Rayon Polis Şöbəsinə 1976-cı il təvəllüdlü Xalidə Əliyevanın itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılmış istintaq-əməliyyat tədbirləri ilə sonuncunun qəsdən öldürülməsi müəyyən olunub.

Bu barədə Axar.az-a Cəlilabad prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla zərərçəkmişin qardaşı 1983-cü il təvəllüdlü Famil Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xalidə Əliyevanı ağac parçası ilə vurub qəsdən öldürməsinə, daha sonra meyitini rayonun Uzuntəpə kəndi ərazisində basdırmasına əsaslı şübhələr müəyyən edilib.

Famil Əliyev şübhəli şəxs qismində saxlanılarkən dindirilib və göstərdiyi yerdən meyit çıxarılaraq müayinəyə təqdim edilib. İş üzrə istintaq davam edir.

***

Cəlilabadda baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

Report-un məlumatına görə, rayonun Sabirabad kənd sakini, 1976-cı il təvəllüdlü Xalidə Əliyeva 5 gün öncə itkin düşüb. Mərhumun meyiti bu gün səhər saatlarında rayonun Uzuntəpə kəndi ərazisində hüquq-mühafizə orqanları tərəfindən aşkar olunub. Məlum olub ki, o, qətlə yetirilərək meyiti kənddəki əkin sahələrindən birində basdırılıb. Meyit müayinə olunduqdan sonra adiyyatı üzrə təhvil verilib.

Kənd sakinlərinin sözlərinə görə, mərhum Xalidə Əliyevanın​ son günlər bir yerdə yaşadığı qardaşı 1983-cü il təvəllüdlü Famil Əliyev və onun həyat yoldaşı ilə mülk üstündə mübahisələri yaranıb. Hətta o, bununla bağlı 1 ay öncə polisə şikayət ərizəsi ilə müraciət də edib.
 
Ardını oxu...
Yəqin ki, bu vəziyyət çoxunda var. İndi keçmişi düşünür, gələcəkdən çox keçmişdə olub bitmiş səhnələr beyninizdə canlanır, beyində birdən birə 10 il əvvəl baş vermiş hadisə, səhv, travma işə düşür və ardıyca insanı neqativ hisslər bürüyür.
Nəyə görə insanı keçmişin xatirələri buraxmır?
Nəyə görə 10 il, 20 il əvvəl baş verib bitmiş bir səhvə görə hələ də utanır, peşman olur, hətta ağlayırıq.
TEREF.AZ-ın yazdığına görə, “Medicina” xəbər verir ki, Dikin universitetinin alimləri keçmişin şüur və yaddaşda necə yer tutmasını araşdırıb.
Hesab olunur ki, keçmişi xatırlamağın 2 üsulu var. Biri insan bunu özü, məqsədli və qəsdən edir. Məsələn, insan kinə borc verdiyini, kimə borclu olduğunu, əzizlərinin ad gününü, 1 həftə əvvəl müdirin verdiyi tapşırığı xatırlamalıdır, bu ona lazımdır. Bu zaman insan yaddaşda eşələnib bunu üzə çıxarır.
İkinci üsul informasiya durduğu yerdə, lazım olmayan vaxt, gözlənilməyən məqamda özü üzə çıxır. Bu fenomen ona görə baş verir ki, xatirələr biri-biri ilə öz aralarında bağlıdır və əlaqəlidir.
İş ondadır ki, bizim keçmiş xatirəmiz beyində neyron şəbəkə kimi formalaşıb, adətən onlar bir-birini örtür, gizlədir, informasiyaları öz aralarında paylaşdırıb bölür.
Məsələn, xatirələrin eyni və bənzər konteksti ola bilər: olduğunu restoranlar, gəzdiyiniz yerlər, eləcə də yaşanılan dövrə görə, ancaq məktəb vaxtı, tələbəlik və emosional fon: həmin vaxt xoşbəxt idiz, ya kefsiz, ya bədbin.
İndiki zamanda hansısa xarici stimul həmin neyron şəbəkəni qıcıqlandırıb oyadır.
Məsələn, siz sevgilinizlə ayrılanda payız idi, yağış idi, həmin gün nə geyinmişdiz, hər hansı ətir, səs, musiqi- indiki durumda beyin həmin ana bənzər bir təsiri, stimulu tutanda həmin günün xatirəsini dərhal yaddaş tapıb üzə çıxarıb, sənə xatırladır.
Bir səs, yemək, musiqi, ətir, geyim bir kaskad hissi, xatirəni – fiziki, hiss, düşüncəni aktivləşdirir və neyronların bir-birinin içində arxivləşdirib saxladığı əlaqəli və əlaqəsiz hadisələri qabardır.
Alimlər bildirir ki, qeyri-ixtiyari yada düşən xatirələr çox zaman neqativ rənglənmiş və güclü emosional reaksiyalı olur. Bu xatirələr bizi kədərlənməyə, qəzəblənməyə, utanmağa, ağlamağa vadar edir.
Yenidən və təkrar neqativ emosiyaları xatırlatmaq insanı yaşatmaq və səhvlərdən qorumağa hesablanıb. Beyin özünü sığortalamaq üçün bu neqativ anları yadına salır ki, gələcəkdə və indi yenidən eyni hissləri yaşamamaq üçün ehtiyatlı olasan, səhvlərini təkrarlamayasan”.
 
Ardını oxu...
Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Mamusta kəndi ərazisində baş verib.
Üç təkərli “Murovey” motosikleti kənd ərazisində hərəkətdə olarkən piyada- 1975-ci il təvəllüdlü Əkrəm Cəlal oğlu Hüseynovu vurub.
Dərhal hadisə yerinə Şürük kəndinin Təcili Tibbi Yardım əməkdaşları çağırılıb.
Yaralı ağır vəziyyətdə dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.
Qeyd edək ki, xəsarət alan Əkrəm Hüseynov Lənkəran rayonunun Bala Şürük kənd məscidinin axundudur.
Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırma aparılır.
Ardını oxu...
Azərbaycanın biznes məkanında kifayət qədər tanınan Marina Dalibanın ölkədən çıxışına məhdudiyyət qoyula bilər.

Qaynarinfo xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi bununla bağlı xüsusi icraat qaydasında məhkəməyə müraciət edib.

İş Bakı Kommersiya Məhkəməsinin hakimi Fərrux Qasımovun icraatındadır.

Marina Daliba təlim, fərdi inkişaf və komanda quruculuğu üzrə korporativ məsləhətçi, Avropa Şurasının insan kapitalı ekspertidir. O uzun müddətdir ki, Azərbaycanda fəaliyyət göstərir. Mediada Marina Dalibanın bir çox sahələrdə çalışanlar üçün təlimlər keçdiyi barədə məlumatlar var.

Marina Dalibanın külli miqdarda vergi borcunun olduğu iddia edilir.

Məsələ ilə bağlı Marina Dalibanın özü ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz nəticəsiz qaldı.

Qeyd edək ki, Marina Daliba Latviya vətəndaşıdır.
 
 
 
Ardını oxu...
Azərbaycan qanunvericiliyində dayanma və ya durma qaydalarının pozulması ilə bağlı qaydaya dəyişiklik edilir.

“Report”un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik təklif olunur.

Layihədə dayanma və ya durma qaydalarının pozulması ilə bağlı bütün növ inzibati xətalara görə məsuliyyətin foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrdən istifadə edilməklə elektron qaydada tərtib edilən qərarlar əsasında müəyyən edilməsi qaydası təsbit olunub.
 
Ardını oxu...
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında "Formula 1" iştirakçıları alman pilot Sebastian Vettelin vida partisinə yığışıblar.

20 nəfərdən ibarət qonaqlıq türkiyəli məşhur aşpaz Nüsret Gökcenin Əbu-Dabidə yerləşən restoranında baş tutub.

Pilotlara bahalı menyu təqdim edilib. İdmançılar şam yeməyində "Petru" şərabı içiblər ki, bunun da bir şüşəsi 27 min dollardır (təxminən 45 min 900 AZN).

Bahalı qonaqlığın sonunda 615 min 65 BƏƏ dirhəmi (284 min 649 AZN) ödənilib.
Ardını oxu...
«Media haqqında» yeni Qanuna uyğun olaraq oktyabrın 14-də Media Reyestri fəaliyyətə başladı.

Qeydiyyat üçün müraciət edən saytlardan bir çoxusu artıq pozitiv cavab alsalar da bir neçə sayta Medianın İnkişafı Agentliyi (MEDİA) imtina cavabı verib.

Bir müddət əvvəl Agentlikdən bildirilib ki, fəaliyyət göstərən KİV-lər «Media haqqında» Qanunun 78.3-cü bəndə əsasən reyestr işə başladığı gündən altı ay ərzində Agentliyə müraciət etməlidirlər.

Qanunun 62.2-ci maddəsinə uyğun olaraq MEDİA Agentliyinə rəsmi müraciət edilmədikdə və ya həmin müraciətdə göstərilən məlumatların doğru olmadığı aşkarlandıqda çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin qanuna uyğunsuzluğu məsələsi məhkəmə qaydasında mübahisələndirilir.

Artıq Media Reyestrində qeydiyyat üçün müraciət edən, amma imtina almış bəzi saytların rəhbərləri hesab edir ki, həmin imtina cavabları obyektiv deyil.

24saat.org saytının rəhbəri Vüqar Qurdqanlı hesab edir ki, imtinanın səbəbi saytın fəaliyyəti ilə bağlı deyil, sadəcə bəzi media resurslarını sıradan çıxarmaq məqsədini daşıyır.

Onun sözlərinə görə, MEDİA 24 saat.org Məhdud Məsuliyyətli Cəmiyyətinə qeydiyyatla bağlı imtina qərarını verib. «Bizim saytımız bütün kriteriyalara uyğundur. Saytın iki domeni var – 24saat.org və az.24saat.org. Çünki bizim 24saat.org domenimiz heç bir məhkəmə qərarı olmasada Azərbaycanda bloklanıb. Ona görə də oxucular saytımızı oxuya bilsin deyə az.24saat.org domeni işə qoşmuşuq».

Sayt rəhbəri qeyd edib ki, ilk dəfə qeydiyyat üçün müraciət edəndə müraciət baxılmamış saxlanılıb və baxılma müddəti ötürülüb. «İkinci dəfə hər iki domen üçün müraciət edəndə isə bildirilib ki, saytın davamlılığı yoxdur və bu səbəbdən qeydiyyatdan imtina verilib».

Lakin onun sözlərinə görə, müraciət etdiyi dövrdə sayta qoyulan xəbərlər çox idi. «Sayt 5 dildə fəaliyyət göstərir – Azərbaycan, Türk, Rus, İngilis və Alman dillərində. Misal üçün, yalnız 1-5 sentyabr dövründə 865 yazı dərc olunub, Google Analytics-in göstəricilərinə görə isə həmin tarixlərdə gündəlik sayta giriş 10-15 mindir».

Saytın rəhbəri hesab edir ki, rəhbərlik etdiyi KİV-ə qeydiyyatda imtina verilməsinin səbəbi başqadır. «Bu o deməkdir ki, hansı saytları ki özləri məsləhət bilirlər, onları qeydiyyata alırlar, hansıları məsləhət bilmirlərsə onları qeydiyyata almayıb sıradan çıxarmaq niyyətləri var. Biz bu qərarı məhkəmədə nübahisələndirəcəyik».

Media hüququ üzrə ekspert Xalid Agaliyev isə AzadlıqRadiosuna bildirib ki, məsələyə bir neçə aspektdən yanaşılmasını doğru sayır. «Birincisi, qanunla müəyyən edilmiş tənzimləmələr, həmin qanun qəbul edildikdən sonra təsis edilmiş medialara şamil edilməlidir, qanun qəbul edilənə qədər mövcud olan medialar əgər istəyirlərsə, avtomatik reyestrə daxil olunmalıdır. Çünki, bu, Konstitusiyanın tələbidir. Bu aspektdən yanaşanda hazırda tətbiq edilən tənzimləmələr Konstitusiyaya uyğun deyil».

X.Ağaliyevə görə, məsələyə dar, hərfi çərçivədə, «Media haqqında» qanunun işığında yanaşdıqda, reyestrə daxil edilməkdən imtina olunması qanunidir. «Qanun reyestrə daxil olmaq üçün şərtlər müəyyən edib. Həmin şərtlərdən biri «fəaliyyətin davamlı olması»dır. Medianın fəaliyyətinin davamlı olması o deməkdir ki, reyestrə daxil olmaq istəyən media hər həftə azı 100 material yaymalıdır. Başqa medialardan istinadla yayılanlar, agentliklərin məlumatları, rəsmi press-relizlər bu 100 material sırasına daxil edilmir. Yəni, media özü hər həftə azı 100 material yaradıb, yaymalıdır. Bunu edə bilmirsə, onun reyestrdə qeydiyyatından imtina edilir. Bu, qanuni müdaxilədir, ancaq pis, keyfiyyətsiz qanuna uyğun olan, redaksiya siyasətinə, azadlığına müdaxilədir».

Ekspert Media İnkişaf Agentliyinin reyestrdə qeydiyyat proseduru ilə bağlı qanunu yanlış tətbiq etdiyini, medialara qarşı ayrı-seçkiliyə yol verdiyini qeyd edib. «Mən imtina cavabı alan bir neçə mediaya hüquq dəstəyi verirəm, araşdırma zamanı məlum olur ki, reyestrdə qeydiyyat zamanı qəbul edilən qərarlar əsaslandırılmış deyil. Məsələn, agentlik 24saat.org saytının, «Mingəçevir işıqları» qəzetinin reyestrdə qeydiyyatından imtina olunmasına qərar verib. Əsas kimi fəaliyyətin davamlı olmaması göstərilib. Amma biz detallı yoxlama zamanı görürük ki, hər iki media bu şərtə əməl edib. Ancaq bir sayt var ki, həftədə resursa ümumilikdə 320 material daxil edib, həmin materialların cəmi 50-si saytın özünün yaratdığıdır. Ancaq Agentlik həmin saytını qeydiyyata alıb, fəaliyyətin davamlılığı şərtinə əməl edən digər 2 mediaya isə imtina cavabı verib».

X.Ağaliyev hesab edir ki, yerli məhkəmələr bu mübahisələrə ədalətli baxsalar, Agentliyin imtina qərarları ləğv edilməlidir. «Yerli məhkəmələr bu qərarları ləğv etməsə, Avropa Məhkəməsi bunu ifadə azadlığının ciddi pozuntusu kimi qəbul edəcək».

Medianın İnkişafı Agentliyindən isə Turana bildirilib ki, «Media haqqında» Azərbaycan Respublikası Qanununun 74.1.2-ci maddəsinə əsasən Media Reyestrinə media subyekti kimi daxil edilmək üçün müraciət edən şəxslərin fəaliyyəti davamlı olmalıdır. «Həmin Qanunun 60.5-ci maddəsində fəaliyyətin hansı halda davamlı olduğu müəyyənləşdirilmiş və qeyd edilmişdir ki, onlayn media subyekti (redaksiyaları) hər ay 20 (iyirmi) gün ərzində bu Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə əməl etməklə və bu Qanunun 13.3-cü maddəsində göstərilən informasiya istisna olmaqla, gündəlik azı 20 (iyirmi) kütləvi informasiya dərc etdikdə onun fəaliyyəti davamlı hesab olunur».

Agentlikdən qeyd olunub ki, media subyektlərinin Media Reyestrinə daxil edilmək üçün müraciətlərində «Media haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Media Reyestrinin aparılması Qaydaları»nın 6.5-ci bəndində göstərilən əsasların mövcud olub-olmadığı yoxlanılır və nəticəyə uyğun olaraq müvafiq qərar qəbul edilir. «Hal-hazıradək 160-dan çox müraciət daxil olub, 100-ə yaxın subyekt Reyestrə daxil edilib, 15 müraciət barəsində imtina qərarı qəbul olunub, 40-a yaxın müraciətə baxılmaqdadır».
 
Ardını oxu...
Meksikada helikopterin qəzaya uğraması nəticəsində vəzifəli şəxs həlak olub.

Teref.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, qəza nəticəsində 5 nəfər ölüb. Onlardan biri də Meksikanın ictimai təhlükəsizlik naziri Porfirio Xavyer Sançes Mendozadır.

Qəza anının görüntülərini təqdim edirik:

Dünyapress TV

Xəbər lenti