Ardını oxu...
"Putinin Priqojin və Kadırov kimi aqressiv oyunçulara bel bağlamaqdan savayı başqa çıxış yolu yoxdur..."

"Bu adamlara qarşı təcili olaraq Stalin repressiyaları lazımdır..."

"Ölkədəki vəziyyət hərbi çevriliş olmadan hərbi diktaturaya bənzəyir..."

Rusiyada hökumət məmurları və biznesmenlər "Putinin aşpazı" Yevgeni Priqojinin müharibəyə kifayət qədər yardım etməyən imkanlı rusiyalılar arasında təcili kadr dəyişikıiyi keçirmək barədə çağırışından sonra öz təhlükəsizliyinə görə narahatlıq keçirir.

Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi yazıb.

"Bu adamların biznesmen kimi total şəkildə "məhvi" üçün bütün rıçaqlar və mexanizmlər işə salınmalıdır. Onlara münasibətdə təcili olaraq Stalin repressiyaları lazımdır. Varlı adamların, oliqarxların əhalinin döyüşən hissəsinə münasibətdə mövqelərində nəsə dəyişibmi? Bildiyimə görə, dəyişib. Onların heç vecinə də deyil. Onlar cəzasızlığını görüb qan tökənlərə tüpürməkdə davam edir", - bunu Priqojin noyabrın əvvəlində "Rossiya bu gün" telekanalına müsahibəsində deyib.

Bu bəyanatdan sonra Rusiya elitası hesab edir ki, tezliklə ölkədə kütləvi həbslər dalğası başlayacaq və hazırda yuxarı dairələrdə ən çox dominantlıq edən emosiya qorxudur, "Bloomberg" yazır.

Nəşr biznes nümayəndələri və məmurlarla söhbət edib, hamı istisnasız olaraq repressiyalar riski səbəbindən anonim söhbətə razı olub.

Onlardan biri ölkədəki vəziyyəti hərbi çevriliş olmadan hərbi diktaturaya bənzədib.

"Bloomberg" qeyd edir ki, Rusiyanın işgüzar və bürokratik elirası hesab edir ki, səfərbərliyin bitməsi barədə bəyanatlara rəğmən, iqtisadiyyatın və cəmiyyətin militarizasiyası yalnız sürətlənir.

Hökumətdə çoxları müharibəni dəstəkləmir, lakin bu barədə açıq danışmaqdan qorxur. Amma bu həyəcan Putin siyasətinə müqavimət üçün yetərli deyil, nəşrin həmsöhbətləri deyib.

Bu zaman bəziləri hesab edir ki, Putininn "Priqojin və Kadırov kimi aqressiv oyunçulara bel bağlamaqdan savayı başqa çıxış yolu yoxdur".

Onların hər birinin onlara sadiq şəxsi ordusu var, Kreml isə öz növbəsində özününküləri müdafiə etmək istəyində bulunmur.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, meyxanaçı Rəşad Dağlı İskəndər Mehtiyevi bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.

Məsələ ilə bağlı meyxanaçının bibisi qızı, jurnalist Könül Aypara "Təsir dairəsi" verilişinə telefonla qoşularaq açıqlama verib.

"Onun bibisi qızı olsam da, qohumu kimi çıxış etməyəcəyəm, kənardan bir şəxs kimi danışacağam. Rəşad elə bir insandır ki, qarışqanı belə tapdalamayacaq xasiyyətə malikdir. O, çox ziyalı bir ailənin nümayəndəsidir. Özü isə çox təfəkkürlü bir insandır. Qeyrətli, əsl vətənpərvər oğuldur. Bu elə bir hadisədir ki, heç kimin ağlına gəlməyəcək işdir. Səhərimizi çox pis qarşıladıq. Hazırda pis vəziyyətdəyəm. Ailəsinin yanından gəldim.

Onun övladı Yusif telefona bax-baxa, göz yaşları içində internetdə hadisəni axtarır... Bu, çox pis bir şeydir. Onun övladı 5 dil bilir, xarici təhsil alır, çox ağıllıdır. Onu bu dəqiqə sakitləşdirib gəlmişəm. Anası, yoldaşı da yaxşı deyil. Belə vəziyyətdə kim yaxşı ola bilər ki?"

Rəşadın bibisi qızı mübahisələrə səbəb olan meyxanadakı "Polis bu işin sonuna çıxar" sözlərinə belə münasibət bildirib:
"İnsanı o vəziyyətə, affekt halına salmaq iki vur ikidir. Kişiyə qarşı söyüş işlətmək, əxlaqsız, ədəbsiz fikirlər söyləmək, tənqid, təhqir etmək, mənə elə gəlir ki, bunu heç bir Azərbaycan kişisi qəbul etməz. Elə bir vəziyyət olub ki, o, özünü müdafiə etmək istəyib, affekt halına düşüb və belə bir hadisəni törədib. Çünki Rəşadın ailəsində, nəslində, kökündə qətllə bağlı, ümumiyyətlə həbslə bağlı heç kim yoxdur. Qınamıram, olanda olur, amma belə bir şey baş verməyib ki, o da bunun davamçısı olsun. Bizim nəsil-nəcabətdə ilk belə hadisədir. Özünü itirib, affekt vəziyyətinə düşüb və özünü müdafiə etmək üçün belə bir iş görüb. Bəlkə indi də peşmandır ki, "Nahaq etdim". Amma artıq, iş olub, keçib".

O, məsələnin narkotiklə bağlı olub-olmamasını polisin araşdırdığını bildirib:

"Hazırda bu işlə bağlı istintaq gedir, vəkillər özləri məşğuldur bu işlə. Yəqin ki, araşdırılıb, deyilər".
Hadisənin ardından qətlin maşında törədilməsi ilə bağlı iddialara isə Könül bu sözlərlə cavab verib.

"Bunu yəqin ki, polis daha yaxşı bilər. Biz ətraflı bir şey bilmirik. Orada olub, ya kənarda. Biz hadisədən kənardayıq".

O, Rəşadın təslim olmazdan əvvəl ailəsi ilə görüşüb, nəsə deməsi ilə bağlı sualı da cavablandırıb:
"Yox, ailənin bundan heç xəbəri olmayıb. Səhərə yaxın xəbər tutublar. Haradasa məclisdə olub, orada onu qıcıqlandırıblar. Ona zəng vurublar, xoşagəlməz sözlər deyiblər və o da soruşub "Haradasınız?", gedib görüşə. Belə..."./Axsam.az
 

Bu gün, 08:36           
Ardını oxu...
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində, rayonun Taxtakörpü su anbarının ərazisində qadağan edilmiş yerdə tilovlarla qanunsuz balıq ovu edən Quba rayon sakinləri Elgün Məhərrəmov və Elşən Ramazanov saxlanılıblar.
Həmin şəxslərdən 7 ədəd tilov və qanunsuz olaraq ovladıqları balıqlar aşkar edilib.
Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.
 
Ardını oxu...
Bakıda yolun kənarında quraşdırılmış işıq dirəkləri təəccübə səbəb olub.

AzFakt.com xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayımlanıb.

Belə ki, Yasamal rayonu ərazisində, İnşaatçılar metrosu yaxınlığında çəkilmiş görüntüləri paylaşan istifadəçi qeyd edib ki, 13 nömrəli məktəbin yolunu işıqlandırmaq üçün qoyulmuş dörd ədəd işıq dirəyindən ikisində fanarlar yerə doğru deyil, üzüyuxarı, səmaya doğru quraşdırılıb.

Bu isə ətrafı işıqlandırmamaqla bərabər boşuna elektrik enerjisi israfıdır.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Britaniyanın Osvestri şəhərindəki məşhur 2 "Michelin" ulduzlu restoranın aşpazı Mark Sebastyan Fişer dad və qoxu hissini itirib. Dadmadığı yeməkləri müştərilərə satmaq istəməyən Sebastyan dünyaca məşhur restoranını bağlamaq qərarına gəlib.
Bakupost.az xarici mediaya istinadən bildirir ki, 33 ildir eyni restoranı idarə edən dünya şöhrətli aşpazın dad və qoxu hissini itirməsinə bu yaxınlarda keçirdiyi COVID-19 xəstəliyi səbəb olub.
Müştərilərinə göndərdiyi mesajda o, restoranın daha sonra yenidən fəaliyyətini tam bərpa etmək ehtimalının olduğunu qeyd edib.
Yeni ildən etibarən restoran yalnız səhər yeməyi təklif edəcək.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Facebook Twitter LinkedIn Tumblr Pinterest Reddit VKontakte Odnoklassniki Pocket

Azərbaycanda daha 2 məhkum həbsxanada dünyasını dəyişib.

Teref.az “lent.az”a istinadən xəbər verir ki, hadisələr Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrində qeydə alınıb. Burada saxlanılan məhkumlar Məmmədov Rüfət Həlfəli oğlu və Rəsulov İlkin Vadim oğlu ölüblər.

Onların xəstəlik səbəbilə öldükləri bildirilir.

Faktlarla bağlı araşdırma aparılır.
 
Ardını oxu...
Azərbaycanda qaz istehlakçılarının vəzifələri artırılıb.

Bu barədə Nazirlər Kabinetinin “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” qərarına dəyişiklik edilib.

Belə ki, istehlakçılar qaz paylayıcısı tərəfindən ildə bir dəfə (hər il noyabrın 1-dək) qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə olmasının və texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin müəyyən edilməsi, o cümlədən nöqsan və (və ya) pozuntuların aşkar edilməsi məqsədilə müayinə keçirilməsinə imkan yaratmalıdırlar.

Bundan əvvəl bu müddət altı ayda bir dəfədən az olmayaraq qeyd edilirdi.

Bununla yanaşı, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qazın verilməsi bərpa edilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.
 

Zaqatala rayon sakini Elvin Vəliyev deyir ki, ünvanlı sosial yardımla bağlı elektron müraciət ünvanlayan zaman çətinliklə üzləşib. Buna səbəb isə özünün də bildirdiyi kimi, onlayn platformalarla işləmək üçün yetəri qədər biliklərinin olmamasıdır.

Elvin Vəliyev kimi yüzlərlə, minlərlə vətəndaş var ki, müəyyən sənədləri hazırlayarkən preblemlərlə üzləşir. Bu, ölkədə rəqəmsal savadlılığın yetərsizliyindən xəbər verir.

Müasir dövrdə məlumatların internet vasitəsilə sürətli şəkildə yayılması müxtəlif şəxslər və cəmiyyət üçün yanıldıcı nəticələr ortaya çıxara bilər. İnternet və onlayn platformalarda yarana biləcək risklərin günbəgün artması bizə rəqəmsal savadlılığın vacibliyini göstərir. Bu sahədə biliklərin təmin olunması isə rəqəmsal uçurumun doldurulmasında böyük yardımçımız ola bilər.

Rəqəmsal uçurum nədir?

İnkişaf prosesində rəqəmsal uçurumun nəzərəçarpan xüsusiyyətlərindən biri ölkələr, eləcə də insanlar arasında böyük fərqin olmasıdır. Kommunikasiya termini olaraq bunu əvvəllər “bilik boşluğu” adlandırsalar da, lakin cari İKT kontektsində həmin ifadə “rəqəmsal uçurum” termini ilə əvəz olunub. İnsanların davamlı olaraq texnoloji biliklərə yiyələnməsi və bu sahədə onların maarifləndirilməsi, hər bir fərdə rəqəmsal təməl biliklərin mütəmadi olaraq aşılanması öz müsbət nəticəsini mütləq şəkildə göstərəcək. Xarici alimlərin apardıqları araşdırmalara görə, rəsmi və ya qeyri-rəsmi formada təhsil sahəsinə investisiyanın qoyulması əsas şərtlərdən biridir. Rəqəmsal uçurumun aradan qaldırılması üçün yeni texnologiyaların yaradılması, istifadəsi ancaq təhsil vasitəsilə mümkün olduğundan bu şərtləri yerinə yetirmək mühüm öhdəlikləri özündə əks etdirir.

Savadsız və orta savadlı insanların da texnoloji inkişafdan bəhrələnmə imkanının olmasını nəzərə alsaq, təhsil daha ciddi ölçüdə ələ alınmalıdır. Əslində, beynəlxalq təcrübə göstərir ki, ümumi və tam orta təhsil imkanlarına sahib insan qaynaqlarının yaradılması böyük həcmli inkişafın, eləcə də innovasiyanın ortaya çıxmasına şərait yaradır. Azərbaycanda da dünya təhsil sistemində baş verən yeniliklərin mütəmadi olaraq izlənilməsi, öyrənilməsi və tətbiqi rəqəmsal savadlılığı artırmağa köməklik göstərəcək.

Müasir dövrdə dünyanın tanınmış ali təhsil müəssisələrində tələbələrə onlayn platformalardan düzgün istifadə bacarıqları, o cümlədən təhsilin və vətəndaşlara göstərilən xidmətlərin elektronlaşdırılması kimi rəqəmsal xidmətlərlə işləmək vərdişləri aşılanır. Ölkəmizdə də son dövrlərdə əhaliyə göstərilən bir çox xidmətlərin elektronlaşdırılması və vətəndaşlarımızın bu sahədə maarifləndirilməsi prosesi davam edir.

İşlərimizin ASAN yolu

Bu prosesə ən gözəl nümunələrdən biri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) fəaliyyətidir. “ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli Fərmanına əsasən yaradılıb. Bu mərkəzlər dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumdur. “ASAN xidmət” mərkəzləri dövlət qulluqçularının fəaliyyətində, əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir. Mərkəzlərin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur.

Əhalinin elektron xidmətlərdən daha geniş istifadə etməsi “ASAN xidmət”in hədəflərindən biridir. Agentliyin missiyası dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin təşkilində müasir innovativ texnologiyaların və metodların tətbiqi ilə vətəndaş məmnunluğuna nail olmaqdır.

“ASAN xidmət” mərkəzlərinin yaradılmasında məqsəd

• vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması;

• vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması;

• peşəkarlıq səviyyəsinin artırılması;

• dövlət strukturlarına etimadın daha da gücləndirilməsi;

• şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi;

• elektron xidmətlərdən daha geniş istifadə olunması;

• bu sahədə aparılan institusional islahatların səmərəliliyinin artırılması.

“ASAN xidmət” respublika üzrə həyata keçirdiyi siyasəti bölgələrdə də uğurla davam etdirir. 2013-cü ilin iyunun 1-dən “ASAN xidmət”in təklif etdiyi xidmətlərdən istifadə etmək üçün mərkəzlərə gələ bilməyən vətəndaşlara xidmət göstərmək məqsədilə zəruri müasir texnoloji avadanlıqlarla təchiz olunmuş səyyar avtobuslardan istifadə olunur. Artıq ölkənin müxtəlif rayonlarında “ASAN xidmət” mərkəzləri açılıb və vətəndaşların işlərinin asanlaşması üçün çalışırlar.

2020-2025-ci illər üçün isə strateji hədəf Azərbaycanda tamamilə kağızsız xidmətin göstərilməsi, süni intellektdən istifadə etməkdir. Eyni zamanda, qarşıya qoyulan əsas hədəflərdən biri isə milli İT xidmətlərinin xaricə ixrac edən tərəf olmasıdır.

Əhali ən çox hansı xidmətlərdən istifadə edir?

Bir müddət əvvəl rəqəmsal savadlılığın artırılması məqsədilə Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı ilə “Rəqəmsal Jurnalistikaya doğru” təlimi keçirildi. Proqramın məqsədi kütləvi informasiya vasitələri nümayəndələrinin İKT, elektron dövlət xidmətləri, rəqəmsal həllər haqqında məlumatlılığını artırmaq, eləcə də elektron xidmətlər sahəsində əhalinin biliklərini daha da genişləndirməkdir. Qeyd edək ki, proqramın ilk iki dalğası 2020-ci ildə vebinar formatında, 3-cü dalğası isə 2021-ci ildə fiziki formatda təşkil edilib.

Təlimdə iştirak etdim və faydalı bir təlim olduğunu vurğulaya bilərəm. Təlimçilərin bu sahə üzrə ətraflı məlumat vermələri, media nümayəndələrinin suallarını cavablandırmaları nəticəsində rəqəmsal jurnalistika ilə bağlı daha ətraflı məlumat aldıq.

Maraqlandıran məsələlərdən biri də insanların daha çox hansı elektron xidmətlərdən yararlanmaq ehtiyaclarıdır. Bununla bağlı Elektron Hökumətin İnkişafı Mərkəzindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, “e-gov.az” portalından son üç ildə ən çox 10 xidmətdən istifadə edilib.

Bunlar aşağıdakılardır:

1. Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron gömrük bəyannaməsinin qəbulu, gömrük rəsmiləşdirilməsi və rəsmiləşdirilmə prosesinin onlayn monitorinqi.

2. Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi.

3. Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi.

4. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi.

5. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi.

6. Namizədlərin (abituriyentlərin, bakalavrların, namizədlərin (rezidenturaya sənəd verənlər)) ərizələrinin onlayn qəbulu.

7. Namizədlərə, sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi.

8. Namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi.

9. AzDataCom internet xidmətinə qoşulma üçün sifariş.

10. Telefon nömrəsi üzrə axtarış.

Mərkəzdən qeyd edilib ki, portaldan istifadə edənlərin 38 faizini qadın, 62 faizini isə kişilər təşkil edir.

Rəqəmsal uçurumdan çıxış yolları və təkliflər

Deputat Rüfət Quliyev Oxu.Az-a açıqlamasında bildirib ki, rəqəmsal uçurumun qarşısını almaq üçün internetin sürətini artırmaq lazımdır:

“Bu məsələdə təhsil əsasdır. Məktəblərdə kompüterlərin sayının artırılması vacibdir. Bu sahə məktəbdə keyfiyyətli təhsillə inkişaf edə bilər. İnternet sürətli olacağı təqdirdə insanlar da elektron sistemdən rahat şəkildə istifadə edə biləcəklər. Bununla bağlı müəyyən addımlar atılır. Sadəcə, prosesin sürəti daha tez olmalıdır. Elə ucqar rayonlar var ki, orada internet tam işləmir. Bununla bağlı addımlar atılmalıdır”.

İT mütəxəssisi Vahid Qasımov Oxu.Az-a bildirib ki, əhalinin bacarıqlarının inkişafı üçün məktəblərdə şərait olmalıdır:

“Məktəblərdə şəraitin təşkil olunması, regionlarda iş imkanlarının yaradılması və kommunikasiya xətlərinin düzəldilməsi vacibdir. Bunlar həll olunmasa, geri qalan tədbirlərin heç bir faydası olmayacaq”.

Azərbaycanda son zamanlarda müşahidə olunan inkişaf dinamikası ilə bölgələrdə də rəqəmsal savadlılığın arıtırılması istiqamətində bir çox işlərin görülə biləcəyi qənaətindəyik.

TƏKLİFLƏR:

* Texnologiyanı, innovasiyaları birbaşa məktəb səviyyəsindən başlamaq;

* Tədris proqramında elektron sistemlər barədə məlumatlandırma;

* Elektron hökumət tətbiqetmələrini bütün istiqamətlər üzrə genişləndirmək;

* Rayonlarda texnoparklar və innovativ mərkəzlər yaratmaq;

* İnternet sürətini artırmaq;

* Davamlı təhsil və davamlı inkişaf mədəniyyətini cəmiyyətdə daim inkişaf etdirmək;

* Gənc kadrlarda sahibkarlıq ruhu yaratmaq və elektron sistemdən rahat şəkildə istifadə etmək üçün təlimlər keçmək.

“myGov”da istifadəçi sayı nə qədərdir?

2021-ci ildə “ASAN Login” Vahid Giriş Sistemində videoqeydiyyat və videoyazı vasitəsilə yeni mobil nömrənin əlavə olunması, habelə digər funksionallıqlar və xidmətlər yaradılıb. 2020-ci illə müqayisədə 2021-ci ildə “ASAN Login”də istifadəçi sayı 32 faiz artıb. Ən son statistik göstəricilərə əsasən, “ASAN Login”də təqribən 2,5 milyondan çox istifadəçi var. Hazırda “ASAN Login”ə 48 qurum və 97 sistem inteqrasiya olunub.

2021-ci ilin fevral ayında şəxsi kabinet əsaslı elektron hökumət portalı – “myGov”un mobil tətbiqi istifadəyə verilib. Habelə platformaya COVID-19 əks-göstəriş, immunitet və peyvənd sertifikatları inteqrasiya olunub, doğum və ölümün elektron qeydə alınması xidməti hazırlanaraq vətəndaşların istifadəsinə verilib. Bununla yanaşı, “myGov” mobil tətbiqinin yeni versiyasına təhlükəsizliyin daha da gücləndirilməsi məqsədilə biometrik identifikasiya funksiyası əlavə olunub. İl ərzində “myGov”da istifadəçi sayında əhəmiyyətli artım qeydə alınıb.

2020-ci ilə nisbətən 2021-ci ildə “myGov”da istifadəçi sayı 81 faiz artıb. Ən son statistik göstəricilərə əsasən, “myGov”da bir milyondan çox istifadəçi var. “myGov” vasitəsilə vətəndaşlar 710 xidmətə çıxış və 21 növ bildiriş əldə edirlər. Həmçinin 2022-ci ilin yanvar ayında “myGov”un mobil tətbiqi “Qlobal Hökumət Mükəmməlliyi” mükafatının (“Global Government Excellence award”) “Ən yaxşı ağıllı mobil tətbiq” kateqoriyasının “elektron xidmətlər” nominasiyası üzrə qalib seçilib.

Elektron Hökumət Portalında (e-gov.az) EHİM tərəfindən aparılan optimallaşdırma işləri davam etdirilib. 37 qurum tərəfindən 431 xidmətin göstərildiyi portalda istifadəçi sayı 2020-ci ilə nisbətən 2021-ci ildə 7 faiz artıb. Ən son statistik göstəricilərə əsasən, portalda istifadəçi sayı 1,437 milyon nəfər təşkil edir.

Rəqəmsal uçurum, əslində, bir sıra boşluqların bir vahiddə cəmlənməsidir. İnfrastrukturda texnoloji uçurum, böyük boşluqlar var. Bir çox veb əsaslı informasiya insanların real problemlərinə cavab vermir. Dünyanın veb-saytlarının 70 faizi ingilis dilindədir və bu da yerli dillərin inkişafına mane olur. Gender bölünməsi qadınların kişilərə nisbətdə informasiya texnologiyalarından az istifadə etməsinə şərait yaradır. Bu, kasıb və varlı ölkələrdə eyni səviyyədədir.

QEYD: Məqalə “Rəqəmsal jurnalistikaya doğru” proqramının müsabiqə mərhələsi üçün yazılıb.
 
Ardını oxu...
Noyabrın 4-də AMEA-nın Əsas binasında Azad Həmkarlar İttifaqının (AHİ) Məclisinin növbəti iclası keçirilib.

aia.az xəbər verir ki, iclası AHİ-nin sədri, professor Habil Qurbanov açaraq tədbirin gündəliyi barədə məlumat verib. O, 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb, Zəfər Günü münasibətilə iştirakçıları təbrik edib.

Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Professor Habil Qurbanov düşmən işğalında olan əzəli torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması ilə nəticələnən Vətən müharibəsinin Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini bildirib. Qeyd edib ki, xalqımız və rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı tarix yazaraq 30 illik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa olundu. Milli birliyimizi və həmrəyliyimizi daha da gücləndirən bu əlamətdar hadisə müasir Azərbaycan tarixinin ən parlaq səhifəsi kimi yaddaşlara yazıldı.

Vətən müharibəsi müddətində qardaş Türkiyənin mənəvi, psixoloji, siyasi, diplomatik dəstəyinin önəmini vurğulayan AHİ sədri iki ölkə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanmasını tarixi hadisə kimi dəyərləndirib. O, son zamanlar Türkdilli dövlətlər arasında münasibətlərin daha da inkişaf etdiyini vurğulayıb.

Alim bildirib ki, ölkə başçısı İlham Əliyev dünyanın inkişaf etmiş dövlətlərinin liderləri ilə bir sırada dayanan görkəmli və müasir dövlət xadimidir. Onun rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir.

Professor Habil Qurbanov AHİ üzvlərinin də hər zaman dövlətimizin və ordumuzun yanında olduğunu, Ali Baş Komandanın bütün addımlarını dəstəklədiyini qeyd edib. Onun sözlərinə görə, şəhid ailələri və qazilər, həmçinin veteranlar AHİ-nin daim diqqətindədir. Mütəmadi olaraq həmkarlar ittifaqları tərəfindən onlar ziyarət olunur, qayğıları ilə maraqlanılır və lazımi kömək göstərilir.

İkinci Qarabağ müharibəsində iştirak etmiş AMEA əməkdaşları barədə də məlumat məlumat verən sədr bildirib ki, AMEA-nın 25 əməkdaşı müharibəyə könüllü olaraq qoşulub, onlardan 2 nəfər qəhrəmancasına şəhid olub. Professor Habil Qurbanov Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə AMEA-da “Şəhidlər guşəsi”nin yaradıldığını, şəhidlərin xatirəsini əbədiləşdirmək üçün fotoalbomun hazırlandığını, mütəmadi olaraq şəhid ailələrinə və qazilərə yardımların göstərildiyini, onların pulsuz yollayışlarla təmin olunduğunu və digər tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

AHİ sədri ölkə Prezidentinin 28 iyul 2022-ci il tarixli Fərmanına əsasən, AMEA-nın bir sıra institut və təşkilatlarının Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyətini davam etdirəcəyini bildirib. Qeyd edib ki, Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş institut və təşkilatların elmi fəaliyyəti bundan sonra da AMEA tərəfindən koordinasiya ediləcək, bir sözlə, AMEA ilə Elm və Təhsil Nazirliyi bu istiqamətdə sıx əməkdaşlıq edəcək. Həmçinin Akademiyanın bütün elmi bölmələrinin fəaliyyəti davam etdiriləcək.

O, AMEA prezidenti, akademik İsa Həbibbəylinin AHİ-nin fəaliyyətinə hər zaman böyük dəstək göstərdiyini və təşkilatın fəaliyyətini yüksək qiymətləndirdiyini söyləyib. Alim hazırda Azad Həmkarlar İttifaqının AMEA Rəyasət Heyəti ilə Kollektiv Saziş əsasında fəaliyyət göstərdiyini xatırladıb.

Daha sonda sədr rəhbərlik etdiyi qurumun 2022-ci ilə dair hesabat məruzəsini təqdim edib. O, AHİ-nin akademiyanın sosial və ictimai həyatındakı rolundan danışıb.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

Tədbirdən foto şəkilləri təqdim edirik.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Azərbaycanın əsas hissəsi ilə Türkiyə arasında Naxçıvan vasitəsilə birbaşa dəmir yolu əlaqəsinin təmin edilməsi baxımından Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu layihəsinin reallaşdırılması mühüm əhəmiyyət kəsb edir.

Bu barədə bu gün Bakıda keçirilən Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 10-cu iclasında deyilib.

Zəngəzur dəhlizinin açılması və Naxçıvana dəmir yolunun çəkilməsi nəticəsində Azərbaycan-Türkiyə iqtisadi-ticari əlaqələrinin genişlənəcəyinə əminlik ifadə olunub.

Eyni zamanda, yeni yaranmış reallıqlar fonunda nəqliyyat kommunikasiyalarının açılmasının əməkdaşlıq üçün yaxşı imkanlar vəd etdiyi qeyd edilib, Zəngəzur dəhlizinin açılmasının regional əməkdaşlığı daha da gücləndirəcəyinə, bölgə ölkələrinin iqtisadi tərəqqisinə xidmət edəcəyinə əminlik ifadə olunub.

İclasda Azərbaycanla Türkiyə arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişafı yüksək qiymətləndirilərək cari ilin 9 ayında iki ölkə arasında ümumi daşınmış yüklərin həcminin 60,2 % artdığı, o cümlədən tranzit yüklərin həcminin 96,3 % çox olduğu bildirilib.

Qeyd edək ki, Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin vitse-prezidenti Fuat Oktaydır.
 
Ardını oxu...
Zaqatala rayonunda törədilən qətlin bəzi təfərrüatları məlum olub.

APA-nın Şimal-qərb bürosunun əldə etdiyi məlumata əsasən, hadisə bu gün saat 15 radələrində rayonun Fındıqlı kəndində, kənd sakini 70 yaşlı Qriqoriy Burqandinovun ailəsinə məxsus fındıq bağında baş verib.

Qətlə yetrilən 52 yaşlı Elxan Xəlilov isə Zaqatala şəhər sakinidir.

Elxan Xəlilov Qriqoriy Burqandinovun fındıq bağının yaxınlığında olan başqa bir bağda gözətçi işləyirmiş.
 

Dünyapress TV

Xəbər lenti