Ardını oxu...
20 il əvvəl Bakıda əcnəbilərdən rüşvət almaqda təqsirləndirilən prokuror və polis barəsində açılmış cinayət işi üzrə məhkəmə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə proses start götürüb

Məhkəmədə məlum olub ki, Bakı şəhər Prokurorluğunun sabiq müstəntiqi Samir Kərimov və Yasamal Rayon Polis İdarəsinin 28-ci Bölməsinin əməkdaşı, baş leytenant Ramin Talıbovla əlbir olaraq Bakıda yuyucu toz məmulatları satışı ilə məşğul olan Hindistan vətəndaşlarından 20 min dollar rüşvət alıb. Belə ki, 2001-ci ildə Bakı Şəhər Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi işləyən Samir Kərimov, polis zabiti Ramin Talıbov və digər polis əməkdaşlarının müşayiəti ilə Hindistan vətəndaşlarının işlədiyi yuyucu toz satışı ilə məşğul olan şirkətdə qəfil yoxlama keçirib. Onların yararsız yuyucu tozlar satdığı aşkar olunub. Prokuror və polis əməli ört-basdır etmək müqabilində onlardan rüşvət alıb. Bir müddət sonra rüşvət faktının üstü açılıb. S.Kərimov prokurorluq orqanlarından xaric olunub. Faktla bağlı S.Kərimov və R.Talıbov barəsində cinayət işi başlanıb. Lakin iş başlananda artıq Samir Kərimov ölkəni tərk etmiş olub. Buna görə də istintaq dayandırılıb. Samir Kərimov barəsində axtarış elan edilib, polis zabiti isə zaminə buraxılıb.

20 il sonra, yəni ötən il 62 yaşında olarkən Samir Kərimov Bakıya qayıdıb. O, ölkəyə giriş edən kimi hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. İndi keçmiş prokuror həbsdədir. R.Talıbov isə polisin nəzarəti altına verilməklə azadlıqda qalıb. Hazırda məhkəmə araşdırması davam edir.

Məhkəmədə məlum olub ki, sabiq Baş prokuror Zakir Qaralovun Samir Kərimovla yaxşı münasibətləri olub. Hindistanlıların işlətdiyi şirkət isə sabiq baş nazir Artur Rəsizadənin birinci müavini olmuş Abbas Abbasovun oğlu Aydın Abbasovun olub.

Məhkəmə oktyabrın 31-də davam etdiriləcək.
 
Ardını oxu...
Nostradamus kimi tanınan Mişel de Nostre Dam dünyanın ən böyük kahinlərindən hesab edilir. Braziliyalı Atos Salome isə bu dövrün canlı Nostradamusu adlanır.
TEREF.AZ yazır ki, Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, pandemiya, Rusiyanın Ukraynaya hücumu və Kraliça 2-ci Elizabetin ölümü kimi 21-ci əsrə damğasını vuran hadisələrlə bağlı daha əvvəl proqnozlar verən kahin yeni açıqlamaları ilə gündəmə gəlib. Salome daha əvvəl 3-cü Dünya Müharibəsinin artıq başladığını iddia etmişdi və o, Rusiyanın Ukraynanı işğal etməsindən 44 gün əvvəl bu işğal xəbərini də vermişdi.

Braziliyanın Divinopolis şəhərində yaşayan 36 yaşlı Salome Britaniyanın “Daily Star” qəzetinə danışıb. Salome ABŞ-ın 2024 və ya 2026-cı illərdə bir hücumla sarsılacağını və işğal təhlükəsi ilə üzləşəcəyini irəli sürüb. Salome ABŞ-ı nəzərdə tutaraq “Göydən nəsə düşəcək və heç nə qalmayacaq, bu, müharibənin başladığına dair xəbərdarlıq olacaq”,- deyib.

"Bir cüt böyük lider ABŞ-ı cəhənnəmə çevirmək üçün birləşəcək. Bu, əvvəllər yaşadığımız 11 sentyabr hücumlarından daha dağıdıcı olacaq. Onlar Birləşmiş Ştatlara xəyanət edəcək və işğal edəcəklər, onlar bir müddətdir hücumu planlaşdırırlar",- deyə modern kahin əlavə edib.

Salome qeyd edib ki, yeni mübharibələrin arxasında iki böyük lider dayanır. Üçüncü Dünya Müharibəsi gəlir.

“2023-cü ildə yeni faciələr planlaşdırılır, lakin 2024-cü ildə, hətta 2026-cı ildə daha böyük hadisələrin baş verməsi ehtimalı var. 2023-cü il fevral, aprel və iyul aylarında böyük faciələr baş verəcək”,- deyə Salome gələcəklə bağlı ümidsiz olmamağı da tövsiyə edib.

36 yaşlı kahin proqnozlarını qorxu və çaxnaşma yaratmaq üçün deyil, səlahiyyətli şəxslərin reaksiya verməsi üçün dediyini bildirib və əlavə edib: "Belə şeylərin qarşısını almağa vaxtımız var".

Xatırladaq ki, hisslərinin 12 yaşında inkişaf etdiyini kəşf edən Salome görücü olmadığını bildirərək müqəddəs Kabbala peyğəmbərliyindən istifadə etdiyini iddia edib.
 
Ardını oxu...
Rusiya Federasiyası ilə sərhəddə yerləşən “Samur” gömrük postunda yük avtomobillərinin uzun növbəsi yaranıb.
TEREF.AZ APA-ya istinadən xəbər verir ki, gömrük keçid məntəqəsində 2000-dən yuxarı maşın qarşı tərəfə keçmək üçün gözləyir.

“Samur” gömrük postundan APA-nın yerli bürosuna verilən məlumata görə, ölkəmizin Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunda yük nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.

Qeyd edək ki, "Samur" gömrük postunun ixrac nəzarət xətti ilə avtomobillərin yola salınmasında heç bir problem yoxdur və qarşı tərəfin buraxılış sayına uyğun olaraq yük nəqliyyat vasitələrinin keçidi təmin edilir.

Hazırda "Samur" gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və yük nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması istiqamətində bütün zəruri addımlar atılır. Dövlət Gömrük Komitəsinin aidiyyəti strukturları sərhədkeçmə proseslərinin sürətləndirilməsi üçün Rusiya tərəfi ilə müntəzəm danşıqlar aparır.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Teref.az olaraq xəbər veririk ki, saytımızda 20-07-2022 tarixdə "Unileverin Bakı offisi vətəndaşın şikayətini heçə sayır- ŞİKAYƏT" başlığı altında vətəndaş İlkin Məmmədkərimovun şikayətini dərc etmişdik.
https://teref.az/manset/247745-unileverin-baki-offisi-vetendasin-sikayetini-hece-sayir-sikayet.html
Vətəndaşın saytımıza təkrar müraciətini oxuculara təqdim edirik:
"Salam yadınızdadırsa mən bir neçə ay öncə Unilever brendinin Azərbaycandakı özbaşınalığını sizin sayt vasitəsilə ictiməiləşdirib həmdə brenddən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə həmdə Azad İstehlakçılar Birliyinə 24.08.2022-ci ildə şikayət etmişdim indiyədək mənə yalnız İqtisadiyyat Nazirliyindən icracı zəng edib Unilever-in ünvanını və əlaqə nömrəsini soruşub məndə Unilever-in Bakı ofisinin ünvanını və brendin işçisi Aydın Əhmədov adlı şəxsin E-mailini vermişdim və mənə bir müddət bundan əvvəl İqtisadiyyat Nazirliyindən icracı zəng edib bildirdi ki, şikayətinizlə əlaqədar Unilever-ə sorğu göndərmişik cavab versinlər sizə cavab verəcəyik və indiyədək cavab verilmir. Bir neçə gün bundan əvvəl şikayətimi sizin sayt ilə yanaşı sosial şəbəkələrdəki Müştəri qruplarında da paylaşmışdım. Paylaşımımın yorum hissəsinə brendin işçisi Aydın Əhmədovun bu qədər problemə aydınlıq gətirməsi üçün tag etdim adam nəyinki problemə aydınlıq gətirmək üstəlik öz rəzillikləri azmış kimi şikayətə ironiyalı cavab verir üstəlik bu məsələnin sonuna qədər gedəcəyimi problemim həll olunanadək şikayət etməkdə davam edəcəyini bildirdikdə tərbiyəsizcəsinə “Çox gözləyərsən əlinindən gələni ardına qoyma" deyərək cavab verir bu heç təccüblü deyil çünki bilirsiz Unilever əməkdaşlarına xas olan davranışdır. İstehlakçı hüquqlarının yüksək səviyyədə qorunduğu ölkələrdə Unilever kimi şirkətlər nəyinki bu dərəcədə misli görünməmiş özbaşınalıq müştəriyə qarşı adi bir kobudluq belə edə bilməzlər. İqtisadiyyat Nazirliyi bu ölkədə heç nədən çəkinməyən qanunlara tüpürən bu brendə qarşı nə vaxt tədbir görüb İstehlakçı Hüquqlarımı qoruyacaq? Sağolun
İlkin Məmmədkərimov"
Teref.az olaraq şikayətdə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Türk dilinə həqarət edənlər bu millətdən deyildir. Elələri qəsdən azərbaycançılıq üslubunda aldadıcı, cəlbedici fikirlər söyləməkdə, təmtəraqlı mətnlər təqdim etməkdə çox mahirdirlər.

“Dilimiz fəlsəfə dili deyil”, – deyə bu dilə necə münasibət bəslədiklərini də yaxşı bilirik. Məsələn, türk dilinə "türkiyəcə" deyib nifrət püskürən bir filosofun dilimiz üzərində necə sintaktik eksperiment apardığına baxaq: “Nuru rəhmətə gedib” cümləsinə “hara gedib?” sualını verərək dilimizi gülüş hədəfinə çevirir.

Belə bir həssas məqamda – düşmənlərimizin sayının daha da artdığı, ölkəmizi təhdid etdikləri bir vaxtda, eləcə də qardaş türk xalqlarının və dövlətlərinin yaxınlaşdığı, hərbi, siyasi, mənəvi birliyin formalaşdığı bir dövrdə əllaməlik etməyin dilimizə heç bir faydası yoxdur.

Dilimizin sahibi, qoruyucusu Azərbaycan xalqı, Azərbaycan dövlətidir. Söz əmtəə məhsulu, ya silah-sursat deyil ki, yük təyyarələri ilə ölkəyə daşıyasan. Hər bir güclü dilin arxasında güclü dövlət, onun iqtisadiyyatı dayanır. Dilin gücü həmin dilə olan tələbatdan asılıdır. Dilin öz qanunları var. Dil azadlığı sevir, ehtiyac duyduğu söz və ifadələri götürür. Yeni leksik vahidlər ya birbaşa (məsələn, rəqəmsal, digital), ya da “seçmə üsulu” ilə işləklik qazanır.

Dilin lüğət tərkibindəki alınmalar heç də həmişə sabit olmur, zamanın tələbinə görə dəyişə bilir. Məsələn, “sensasiya” sözünün “sensasion” şəklində mətbuatda işlənməsi kimi.

Təhlükəli məqam isə milli sözləri qondarma sözlərlə əvəzləmək, süni şəkildə dilə müdaxilə etmək, dilin morfoloji, qrammatik quruluşunu zədələmək, səs, vurğu, intonasiya kimi ciddi məsələlərə etinasızlıq göstərməkdir.

Dil bizdən asılı olmadan mövcuddur. Xalqımız və millətimiz var olduqca, dilimiz də əbədi yaşayacaqdır.

Dilimiz dövlət səviyyəsində qorunur! “Ortaq ünsiyyət dili”nin mövcudluğu isə dövlət dilinin itirilməsi anlamına gəlmir. Bu gün birliyimiz üçün yaranmış tarixi fürsət düzgün dəyərləndirilməlidir. Dünya qloballaşır, yeni güc mərkəzləri formalaşır. Türk dövlətləri ilə birlik bizə hava və su kimi lazımdır. Bir xalq kimi, millət kimi bizim daha böyük iddialarla çıxış etməyə mənəvi haqqımız çatır.

Dövlət başçısı cənab İlham Əliyevin dilimiz və Güney Azərbaycanda yaşayan soydaşlarımızla bağlı səsləndirdiyi fikirlər, verdiyi mesajlar nəinki Bütöv Azərbaycan dünyasında, hətta bütün türk dünyanda rəğbət və sevinc hissi ilə qarşılandı. Bu, dilimizin yaxın gələcəkdə dövlət dili kimi daha geniş coğrafiyada, ən azı soydaşlarımızın yaşadığı tarixi ərazilərdə bərqərar olmasına əminliyi ifadə edir.

Ana dilimiz dövlət səviyyəsində qorunmadığı dövrlərdə belə ən ağır sınaqlardan keçmiş qüdrətli bir dildir. Türk dilini “ortaq türkcə” seçməyimizə heç bir ehtiyac yoxdur. Oğuz qrupuna aid dillərdə təxminən 150 milyon türk danışır. Biz bu dillərdə onsuz da bir-birimizi anlayırıq. Sadəcə bundan sonrakı mərhələdə türk dillərində yeni terminologiyanın, alınmaların unifikasiyasına ehtiyac vardır.

“Ortaq türkcə” haqqında isə daha çox Orta Asiya dövlətləri düşünməlidirlər. Prosesin sürətlə getməsi üçün qardaş ölkələrdə türk dili ikinci dil kimi tədris olunmalıdır.
Axar.az
 
Ardını oxu...
İranlı ekspert Naxçıvanla bağlı təxribat xarakterli açıqlama verib.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat paylaşılıb.

Özünü “siyasi ekspert” kimi təqdim edən və daim qatı anti-Azərbaycan açıqlamaları ilə gündəmə gələn Rza Abbasi şəxsi “Twitter” hesabında Naxçıvanın Came məscidinin şəklini paylaşaraq yazıb:

“Bura Naxçıvandır, görünür ilk öncə İranın Qüdsünü azad etməliyik”.

Ardını oxu...
İran vətəndaşı İranın Ermənistandakı səfirliyini partlatmaq istəyib.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan mediası yazır. Bu gün İran vətəndaşı Ermənistan Milli Təhlükəsizlik Xidmətinə müraciət edərək, tanışının, eyni zamanda soydaşının İrəvandakı İran səfirliyini partlatmaq istədiyini bildirib.

Məlumata görə, İran Respublikası vətəndaşı oktyabrın 1-də səfirliyin binasını partlatmaq istəyib.

Planın niyə həyata keçirilmədiyi barədə məlumat verilmir.

Məlumat yoxlanılır.

Xuraman Etibarlı,
 
 
 
Ardını oxu...
Bir neçə ay əvvəl Nyu Yorkda hücuma məruz qalan Hindistan əsilli britaniyalı yazıçı Salman Rüşdinin bir gözü görmür və bir əlini işlədə bilmir.

Axar.az xəbər verir ki, bu barədə S.Rüşdinin ədəbi agenti Endryu Uayli deyib.

“Yaraları dərin idi, bir gözünün görmə qabiliyyəti itib. Boynunda üç ciddi yara var idi. Bir əli işləmir. Onun hələ döş qəfəsində və bədənində 15 yara var”, - deyə Uayli bildirib.

Qeyd edək ki, Rüşdinin “Şeytan ayələri” (1988) romanı İslama zidd hesab edildiyi üçün müsəlman dünyasında hiddət doğurmuşdu.
 
 
 
Ardını oxu...
Şirvanın Çılpağlı qəsəbəsində yerləşən zibil poliqonunda hər gün məişət tullantılarının yandırılması sakinləri narahat edir.

Onlar bildiriblər ki, problem ərazidə zavodun olmaması və zibillərin təkrar emal edilməyərək yandırılmasıdır:

“Ərazinin təhlükəsizlik hasarına alınmaması, hər gün yandırılmasına səbəb olur. İstərdik ki, məişət tullantılarının yenidən emalı zavodu tikilsin. Şəhərin üstünü çirkab dolu tüstü bürüyür”.

Daha ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
Azərbaycanda elektronika və məişət avadanlıqları satan mağazalar şəbəkəsi "Optimal Elektronika” MMC-nin müştəriləri tez-tez incitməsi barədə məlumatlar yayılır.

Sosial şəbəkədə mağazalar şəbəkəsi ilə bağlı dəfələrlə iradlara rast gəlinib.

Bu dəfə isə şikayət "Optimal Elektronika” MMC şirkətinin servis xidməti ilə bağlıdır.

"Arqument.az"a danışan şikayətçi deyir ki, iyulun 30-da mağazalar şəbəkəsinin Hövsan qəsəbəsində yerləşən ofisindən götürdüyü avadanlığın - kondisionerin quraşdırılması ilə bağlı avqust ayında şirkətin "Çağrı mərkəzi"nə müraciət etsə də, mənzilə yaxınlaşan olmayıb. Daha sonra sentyabrın 15-də müştəri təkrar xidmətə müraciət edib.

Şirkətdən bildirilib ki, "Optimal Elektronika”nın servis xidmətinin "vatsap" nömrəsinə yazın.

Sentyabrın 17-də xidmətin "vatsap" nömrəsinə müraciət edib, amma ondan "Zəmanət talonu"nu "vatsap"a göndərməyi tələb ediblər. Yalnız bundan sonra xidmət mənzilə yaxınlaşa biləcəyini deyib.

Müştəri sentyabrın 17-də "Zəmanət talonu"nu təqdim etsə də, şəbəkədən heç bir cavab gəlməyib.

Oktyabrın 8-də müştəri "Optimal Elektronika”ya təkrar müraciət etsə də, ümumiyyətlə, cavab verilməyib.

Müştəri yaxın günlərdə şəbəkəni məhkəməyə verəcəyini deyir.

"Optimal Elektronika” isə müştərinin iddiası ilə bağlı suallara hələ də cavab verməyib.
 

Dünyapress TV

Xəbər lenti