Ardını oxu...
İran SEPAH-ı hesab edir ki, Naxçıvan bu ölkənin «Qüds»üdür. İslam keşikçilərinin sözçüsü kimi çıxış edən bir jurnalistin dilə gətirdiyi bu fikirdən sonra cənub qonşumuzda Naxçıvan mövzusu əməlli-başlı gündəmə gəlib. Bir çox İran ideoloqları gecə-gündüz əlləşib-vuruşur, «Naxçıvanı necə müsəlmanlaşdırmaq» sualına cavab axtarırlar. Amma binəvalar yatsalar yuxularında belə görməzlər ki, Naxçıvan «xan»ının da İranla bağlı öz strategiyası var: İran kafirləşdirmək.
Niyə belə düşünürük?
İnanmayacaqsınız, Naxçıvanda artıq İran xristianları üçün «Halloween» bayramının keçirilməsinə qərar verilib. İranın bir çox xristian kanallarında açıq elan verilən «Halloween» bayramının sabah, 30 oktaybr tarixində keçirilməsi planlaşdırılır. Özü də harda? Naxçıvanın tam mərkəzində Təbriz hotelində.
Bəs «Halloween» bayramı nədir?
Maraqlıdır ki, bu bayrama «Balqabaq bayramı» da deyirlər. Bu adı alması, təbii ki, səbəbsiz deyil. «Halloween» (Hellouin) bayramının əsas artributu balqabaqdır. İnsanlar məhz bu gün balqabaqların içini ovub, içərisinə şam qoyur. Onlar hazırladıqları bir-birindən maraqlı balqabaq fiqurları ilə bayramı qeyd edirlər. Əsasən ABŞ, Böyük Britaniya, İrlandiya, Rusiya kimi xristian ölkələrində keçirilən bu bayramın qədim kelt kültüründən gəldiyi düşünülür. "WorldBook” ensiklopediyasında qeyd olunur ki, "Hellouin" bayramının kökləri 2000 il bundan əvvələ gedib çıxır. Keltlər inanırdılar ki, «Hellouin» bayramı vaxtı ölülər xortlayb dirilərlə görüşə gəlirlər. Bu bayram zamanı keltlərin maska taxması da ölülərlə dirilərin fərqlənməməsi məqsədi daşıyıb.
Bir sözlə, tam bir küfr bayramıdır. Görünür, Vasif «xan» həzrətləri də İranın Naxçıvanla bağlı təxribatına bu bayramla cavab vermək istəyib. Yəni demək istəyib ki, siz bizi necə «müsəlmanlaşdırmaq» istəyirsinizsə, biz də sizi elə kafirləşdirəcəyik. Görək kimin ideoloji silahı daha effektiv olacaq.
Heydər Oğuz
Teref.az
 
 
 
Ardını oxu...
San Fransisko polis rəisi Bill Skott ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin həyat yoldaşı Pol Pelosiyə hücumla bağlı mətbuat konfransı keçirib.
Bakupost.az Anadolu Agentliyinə istinadən bildirir ki, yerli vaxtla saat 02:27-də Pelosinin evində insident baş verdiyi ilə bağlı xəbər aldıqlarını və dərhal hadisə yerinə getdiklərini bildirən Skott sözlərinə belə davam edib:
"Polis əməkdaşları hadisə yerinə gedəndə Paul Pelosi və yetkin bir kişi ilə qarşılaşıblar. Həm Pelosinin, həm də hücum edən şəxsin əlində çəkiclər olub. Daha sonra hücumçu çəkici Pelosinin əlindən alıb və onunla Pelosiyə vəhşicəsinə hücum edib. Polislər dərhal müdaxilə edərək hücumçunun əlindən çəkici alıblar və qollarını qandallayıblar. Hadisə yerinə təcili yardım çağırılıb”.
Skott hücum edən şəxsin kimliyini də açıqlayıb. Onun sözlərinə görə Pol Pelosiyə hücum edən şəxs 42 yaşlı Devid Depape olub.
Hadisə ilə bağlı təhqiqatı Federal Təhqiqat Bürosu (FTB) və Konqres Polis Departamenti ilə birlikdə apardıqlarını ifadə edən Skott hücumun motivinin hələ müəyyən edilmədiyini qeyd edib. Polis rəisi həbs edilən şəxsin adam öldürməyə cəhd, silahla hücum, yaşlı insanlara qarşı zorakılıq, soyğunçuluq və “bir neçə əlavə cinayət” ittihamı ilə üzləşəcəyini deyib.
Skott ailənin istəyinə uyğun olaraq 82 yaşlı Pol Pelosinin səhhəti ilə bağlı məlumat verməyib. Lakin ABŞ mediası xəstəxanadakı mənbələrə əsaslanaraq onun kəllə-beyin travması aldığını və beyin əməliyyatı keçirdiyini yazır.
Mətbuata danışan, adının açıqlanmasını istəməyən səlahiyyətlilər hücum edən şəxsin əsl hədəfinin Nensi Pelosi olduğunu bildiriblər. Onların sözlərinə görə həmin şəxs Pol Pelosinin əllərini bağlamağa çalışarkən qışqıraraq "İndi Nensini gözləyirik" deyib.
Qeyd edək ki, "San Francisco Chronicle" David Depape olduğu iddia edilən şəxsin fotosunu yayıb.
Ardını oxu...
 
Ardını oxu...
Yevlax şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib, iki nəfər həlak olub.

Teref.az Report-a istinadən xəbər verir ki, hadisə nətisində minik avtomobili Şəhidlər xiyabanının giriş qapısına çırpılıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, qəza zamanı avtomobildə iki nəfər olub. Hər iki şəxs ağır vəziyyətdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq hər iki şəxs dünyasını dəyişib.

Ölənlərdən birinin Həsən Mirzəyev adlı şəxs olduğu deyilir.
 
Ardını oxu...
 
 

 
"Məni bir sualın cavabı çox narahat edir... Biz kirayə qalırıq, mən özüm tək anayam... Hal-hazırda işləmirəm, səhhətimdə ciddi problemlərim var, oğlum da əsgərdir..." DİA.AZ bildirir ki, bu açıqlama ilə çıxış edən Əzizə adlı istifadəçi hüquqşünaslardan kğömək istəyir.

 

DİA.AZ-ın məlumatına görə, "Hüquqşünaslar Qrupu"na müraciət edən əsgər anası daha sonra davam edir: "Hərbi xidmətdə olan oğlumun "Kontakt Hom"a 35 manat borcu var idi. Mənim müalicə xərclərim o qədər çox olurdu ki, çatdıra bilmirdik.
Ardını oxu...
Ardını oxu...

Uşaq da bunu ödəmədən getdi əsgərliyə... İndi "Kontakt Home"un iddiasına əsaslanan Zəngilan rayon məhkəmə işçisi mənə zəng edir, məni qorxudur ki, uşağı axtarışa verəcəyik... Şəxsiyyət vəsiqəsinin arxasına elə şeylər yazacağıq ki, o əsgər gələndən sonra onu heç kim işə qəbul etməsin...

Qeyd edim ki, məbləği qaldırıb ediblər 69 manat...

Bu nə dərəcədə doğrudur, xahiş edirəm hüquqşünaslardan mənə bu haqda məlumat versin..."

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

 

XalqXeber.Az
Ardını oxu...
Həzi Aslanov metrosu yaxınlığında yerləşən "Beer point" kafesində 30 yaşlarında kişi özünü asıb.

32gun.az-ın hadisə yerindı olan əməkdaşının əldə etdiyi məlumata görə, kafe mərhumun dayısına məxsus olub. Bildirilir ki, intihar edən şəxsin himayəsində azyaşlı övladı da var.

İlkin məlumata görə, intihara səbəb kimi, şəxsin külli miqdarda borcu olmasıdır. Bu səbəbdən onun ailəsində münaqişə yaşanıb.

Olay yerinə polis əməkdaşları gəlib. Hadisə ilə bağlı araşdırma aparılır.
 
Ardını oxu...
Gələn ay Brüsseldə Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə komissiyanın iclası keçiriləcək.

Yeniavaz.com xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.

“Noyabr ayının ilk günlərində Brüssel şəhərində delimitasiya üzrə komissiyaların iclası keçiriləcək. Həmin iclasdan sonra delimitasiya komissiyasının katibliyi tərəfindən ictimaiyyətə açıqlama veriləcək”,- deyə Elnur Məmmədov bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistan baş nazirinin müavini Miqer Qriqoryanın ofisi belə bir görüşün keçiriləcəyi barədə məlumat yayıb.
 
Ardını oxu...
Şəmkir rayonunun Ələsgərli kənd sakinləri uzun illərdir kəndin yol, su, qaz, işıq və sosial problemlərinin həll olunmamasına etiraz edirlər. "Eşşəklə 21 əsrdə su gedirmi, harada yaşayırıq biz?"- sakinlərdən biri BBC-yə deyib.

Sakinlər deyir, kənddə mənbəyini dağ sularından götürən iki bulaq olsa da, onlardan birinin suyu artıq quruyur və içməyə yararlı deyil, digərinin axını isə xeyli zəifləyib.

İndi kəndin 300-dən çox əhalisi içməli suya olan ehtiyacını zəif axan bir bulağın ümidinə, bir də yağışa bağlayıb. Onların sözlərinə görə, qışda havalar soyuduğundan sular donur və su daha zəif axır, bəzən isə tamamilə kəsilir.

Kəndlilər rayon icra hakimiyyətinin onların problemlərinə biganə yanaşdığını deyir. Sakinlərin səsləndirdiyi su problemi ilə bağlı Şəmkir rayon icra hakimiyyətindən cavab almaq mümkün olmayıb.

Ələsgərli kəndi dəniz səviyyəsindən 1500-2000 metr yüksəklikdə yerləşdiyi üçün burada havalar tez soyumağa başlayır. İçməli su ilə yanaşı, Ələsgərli kəndinə mavi yanacaq da verilmədiyindən, insanlar soyuq aylarda qızınmaq üçün odundan istifadə etməyə möhtac qalıblar.

Amma kəndlilər deyir odun almaq da müşkülə çevrilib.

 
Ardını oxu...
DİA.AZ: - İnsanların heysiyyatı ilə oynayan, vətəndaşlar üçün əlavə problem yaradan məmurlar, vəzifə sahibləri barəsində dəfələrlə eşidirik. Çünki hansısa sosial narazılıq dövlət səviyyəsində qəbul olunmur və buna yol verən vəzifə sahibləri isə dərhal cəzalandırılırlar. DİA.AZ xatırladır ki, məsələn, dünən Xəzər rayon icra hakimiyyətinin gənc başçısının Şəhid bulağını sökdürmə qərarı və bunun ardından başçının özünün qulağının buna görə burulması qərarı dediklərimizə sübut kimi qəbul olunmalıdır. Amma bəzən vəzifə sahibləri ilə yanaşı millət vəkillərinin də adı sosial narazılıq yaradan şəxslər sırasında çəkilir.

DİA.AZ xəbər verir ki, deputatların məhz vətəndaşların İKRAH ÜNVANI olması məsələsi artıq "yuxarılar"ın də ciddi şəkildə müzakirə mövzusudur. Bununla bağlı redaksiyamıza hökumətdəki mötəbər mənbədən informasiya daxil olub.

Xəbəri verən qaynaq iddia edir ki, hakimiyyət növbəti seçkilərdə parlamentə ciddi şəkildə əl gəzdirməyi düşünür: "Bu, hakimiyyətin planıdır. Daha kimlərinsə nazı çəkilməyəcək. Artıq PA-da oturanlar da ayrı-ayrı deputatların ayıblarını örtməkdən yorulublar".

DİA.AZ-a daxil olan məlumata görə, buna görə "yuxarıların" birbaşa göstərişi ilə vətəndaşlarda ikrah hissi yaradan deputatların siyahısı tərtib edilib. Mənbə iddia edir ki, sözügedən siyahıya 97 saylı Goranboy-Ağdam- Tərtər seçki dairəsindən deputat elan olunmuş Ağalar Vəliyev başçılıq edir.

Siyahıda daha kimlər var.... Bu barədə növbəti yazımızda... Bizi izləməyə davam edin. İlginc faktları təqdim edəcəyik.

Ağalar Vəliyevin sözügedən İKRAH yaradan deputatlar siyahılsılndakı liderliyinə gəlincə isə, deputat bunu haqq etmədiyini söyləmək də olmur... Bu barədə də növbəti yazıda faktları təqdimm edəcəyik.

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
Ardını oxu...
Dövlət Gömrük Komitəsində (DGK) daha bir yüksək vəzifəli general işdən çıxarılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, gömrük xidməti general-mayoru Qasımov Cavad Mustafa oğlu sədr müavini vəzifəsindən azad edilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, məsələ ilə bağlı müvafiq sərəncam olmadığından bu barədə heç nə deyə bilməyəcəklər.

Qeyd edək ki, Cavad Qasımov 1999-cu ildə Dövlət Gömrük Komitəsinin Bakı Aksiz Gömrük Postunun Gömrük rəsmiləşdirilməsi və nəzarəti şöbəsinin inspektoru kimi gömrük orqanlarında fəaliyyətə başlayıb. O, 1999-2002-ci illərdə Komitənin Bakı Aksiz Gömrük Postunun Gömrük rəsmiləşdirilməsi və nəzarəti şöbəsinin rəisi, 2002-2006-cı illərdə Gömrük Nəzarətinin Təşkili Baş İdarəsi Sərnişin şöbəsinin rəisi, 2006-cı ildə Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin Gömrük Rejimlərinə Nəzarət İdarəsinin rəisi olub.

Cavad Qasımov 2006-2008-ci illərdə Gömrük Nəzarətinin Təşkili Baş İdarəsi rəisinin 1-ci müavini - Gömrük Rejimlərinə Nəzarət İdarəsinin rəisi vəzifələrində çalışıb. 2014-cü ilin yanvar ayında Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

6 iyul 2018-ci ildə Prezidentin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsinə təyin olunub.

Cavad Qasımov 2003-2006-cı illərdə Dövlət Gömrük Komitəsində xidmət göstərdiyi zaman Rusiya Gömrük Akademiyasında qiyabi təhsil alıb və həmin Akademiyanı fərqlənmə diplomu ilə bitirib. Gömrük işi ilə bağlı müxtəlif beynəlxalq təşkilatlar tərəfindən təşkil olunmuş tədbirlərdə iştirak və məruzələrlə çıxış edib.

O, 2008-ci ildə Prezident İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Ailəlidir, iki övladı var.
 
Ardını oxu...
TEREF.AZ kulis.az-a istinadla Vüqar Babazadənin “Lerikin fabulası ətrafında” adlı yazısını təqdim edir:

Lerik rayonuna yeni İcra başçısı gəldikdən sonra yenidənqurma və abadlıq işləri son sürəti ilə davam etdirilir. Rayonda olan casuslarımın mənə verdiyi məlumata görə Leriki tamamilə dəyişdirib, Los-Anceles kimi bir şəhər etmək fikirləri varmış. Basketbol meydançaları, ralli üçün yollar, kripto-valyuta kursları, ağıllı robotlar gətirəcəklərmiş Lerikə. Hətta, deyilənə görə, metro da çəkiləcəkmiş. Yerin üstündə nə qədər yol var, hamısını asfalt edib qurtarıblar, indi keçəcəklər yerin altına.

Düzdür, rayonun mərkəzindəki parkın daşları sökülüb. Ümid edirik, elə qalmayacaq, gözümüzün ağı-qarası bir parkımız var, onun da daşlarını yerinə taxarlar. Adətən, belə olur. Amerika birdən, durduq yerə Amerika olmayıb ki...

Amerika demişkən, Lerikin yolları serpantinlərdən ibarətdir. Rayona gedib çata bilmək üçün sərt döngələri burulmalı, yanan çənbərin içindən tullanmalı, qaz yerişi yeriməli, əlli dənə jim vurmalı, talış, ingilis və rus dilini ana dilin kimi bilməlisən. Rayona qalxmaq asan məsələ deyil. Həmişə yam-yaşıl meşələrin içindən keçib, dumanından, yağışından, qarından başqa heç nəyi olmayan gözəl Lerikə gedəndə fikirləşirəm ki, elə bil Allah baba bilə-bilə rayonumuzu bu qədər uzaqlıqda, bu qədər çətin şəraitdə yaradıb ki, adam-madam ora qalxa bilməsin. Coğrafiya adama deyir ki, çıx get burdan, gəlmə bura.

Həmin serpantinlərdə bir az nabələd sürücü olsan, maşını aşırdıb salarsan dərəyə. Maşallah, aşağısı uçurumdur, yuxarısı nəhəng qayalıqlar. Ayağını qaza bir az çox basdın, yaxud əyləci vaxtında sıxmadın, yuxuladın, fikirli oldunsa, vəssəlam, Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd.

Azmı olub, həmin yollarda qəzalar? Gələn-gedən aşıb, düşürdü sıldırım qayalardan aşağı. Döngə və yaxud qabaqdan gələn maşın adamın qabağına birdən çıxır, çaşıb qalırsan, bilmirsən nə edəsən? Lerikə maşın sürmək üçün azı 5 il sürücülük təcrübən olmalıdır. Diribaş olmalısan. Bu yaxınlarda bir faciəvi qəza olmuşdu. 8 nəfər ölü, 10-dan çox yaralı.

Bu yolların qırağında guya maşınların aşmamağı üçün iri beton lövhələr qoyulub. Həmin betonlara qanacaqsız adamlar götürüb telefon nömrəsi, maşın nömrəsi, nə bilim, sevgi elanları-filan yazmışdılar. Nadan, yarımçıq adam oldun belədir. Götürüb sevgini daşa-divara yazıb, elə bəyan edirsən. Yeri gəlmişkən, Buzeyir mağarasının ağzını, həmin ətrafda olan daş-qayanın birini də boş saxlamayıblar. Hamı ya öz nömrəsini, ya adını, ya sevdiyi qızın baş hərfini yazıb. Başa düşmürəm, bu vandalizm nə üçündür və haradan qaynaqlanır? Yəqin, həmin adamlar vaxtilə Buzeyir mağarasında yaşayan ilk insanların qohumlarıdır. Yoxsa başqa bir səbəb tapmaq olmur. Adam niyə daşa öz nömrəsini yazsın? Bunu nəinki Homo-Sapiens, heç Homo-Erektus da eləməz. Qərəz, bu heç. Bu ayrı yazının mövzusudur. Qayıdaq Lerikdəki beton qoruyuculara.

Həmin betonların üstündəki nömrələri silmək və daha yaradıcı bir şey etmək niyyətilə götürüb bu betonları rəngləyiblər. Niyyət yaxşıdır. Niyyətlə işim yoxdur. Adamlar nəsə eləməyə çalışıblar. Ən azından buna cəhd ediblər.

Amma şəkillər nə olsa yaxşıdır? Dəvələr, atlar, nə bilim, təbiət, ağaclar, çaylar, həştəqlər və s. gic-gic şəkillər. Əməlli komediyadır. Şəkillərə aşağıdan baxa bilərsiz.

Dəvə şəkli çəkiblər... Özü də 3 dənə ayrı-ayrı betona. Bunu hansı ağılla, hansı məntiqlə ediblər, hansı fm-də, hansı dalğada olublar, çox maraqlıdır mənə. Kimin ideyası olub dəvə şəkilləri çəkmək? Absurd, absurd deyirdim, daha bu qədər də artıqdır, vallah. Əməlli-başlı camaatla məzələniblər. Lerikin dəvəyə nə dəxli var? Lerikdə axırıncı dəfə pələng olub, onu da Cəngəmiran kəndində bir arvad balta ilə öldürüb. Doğrudan, düz söhbətdir. Arvad hamamdan çıxanda görüb ki, bir dənə pələng evin ətrafında hərlənir. Götürüb baltanı pələngi iki yerə bölüb. Aleksandr Düma bunları yazıb. Açıb, oxuyun.

Ardını oxu...
Hələ bir rəsm əsəri var, möhtəşəmdir. Deməli, Mikelancelonun “Adəmin yaradılışı” rəsmini götürüb Lerikdəki betonların üstündə interpretasiya ediblər. İlk dəfə görəndə, az qala, tilsimlənmişdim. Rəssam bilmirəm kimdir. Ümumiyyətlə, bu rəsm əsəri birbaşa Mikelanceloya hörmətsizlikdir. Birbaşa sənətə təhqirdir. Talış diyarında Mikelancelonu cındır çıxarıblar. Bunu təqdir etməliyikmi? Əlbəttə, postmodernizmdir. Nə istəyirsən elə. Qərbdə Mona Lizaya bığ qoyub, milyard dollara satırlar, bizdə də betonun üstündə “Adəmin yaradılışı” olsun.

Bu hərəkət bütün incəsənət tarixi ilə məzələnməkdir. Heyf ki, dünyaca məşhur kuratorlar, incəsənət xadimləri, sənətçilərin bu rəsm əsərindən xəbəri yoxdur. Mən yeni seçilmiş İcra hakimiyyəti başçımıza təklif edirəm ki, rəsm əsərini beton qarışıq satışa çıxaraq. Özü də NFT-də. Ya da London, Paris sənət sərgilərində. Beton şəkli də Talış nənələr oxuya-oxuya təqdim eləsinlər.

Bir dənə təsəvvür edin: Luvr muzeyində, avanqard rəsmlər sərgisidir. Talış nənələr milli geyimdə, “Ay lolo, ay lolo” oxuya-oxuya fırlanırlar, rəsm əsərini də beton qarışıq gətiriblər. Əla söhbətdir. Dünyanı heyrətə sala bilərik.

İlahi, necə satılar, bir bilsəniz. Orda, palçıqlı, dumanlı kiçik bir yerdə bütün insanların taleyini dəyişəcək bir sənət əsəri, bir xəzinə yatır. Amma bundan heç kimin xəbəri yoxdur. Dəhşətdir.
Ardını oxu...
Ümumiyyətlə, betonların üstündəki şəkillər fiaskodur. Nə estetikdir, nə Leriklə əlaqəsi var (bir neçə rəsmi çıxmaq şərtilə), nə də sənətkarlıq görünür. Sanki naşı bir rəssam özü üçün cızma-qara edib. Daha yaradıcı şeylər etmək olardı.

Sevda Sultanovanın hələ, deyəsən, xəbəri yoxdur bu söhbətdən. Allah eləsin, xəbər tutub, yazmasın. O yazsa, tamam ayrı şeylər baş verəcək. Dua edin, Sevda xanım yazmasın.

Bir şeyi də qeyd edim ki, həmin betonlar Lerikin girəcəyinə yaxın hissədədir. Əksəriyyətində çığıran, gözqamaşdıran rənglərdən istifadə olunub. Bayaq dediyim kimi, nabələd bir sürücünün necəsə həmin rənglərdə gözü qalsa, üç-beş saniyə kifayətdir ki, qəza şəraiti yaransın. Başını çevirib həmin rəsmlərdən bir neçəsinə baxdısa, təbii olaraq, yolu görməz. Əminəm ki, xüsusən, Bakıdan gələn qonaqlar diqqətlə baxa-baxa gedəcəklər həmin şəkillərə. Bu da həyatlarını təhlükə altında qoyacaq.

Lerik haqqında bir neçə söz

Həmişə rayona gedəndə geniş sahələrə, mal-qaraya, əyinlərində nimdaş paltarlar olan yorğun camaata, taxtadan tikilmiş köhnə evlərə, balaca butkaların qabağında oturub nərd oynayan qoca kişilərə, həmişə nəsə daşıyan kənd arvadlarına, yolda gördükləri hər maşının dalınca bir az hürüb yorulan küçə itlərinə, yorğun-arğın eşşəklərə baxdıqca bu adamların, heyvanların həm burda hansı əziyyətlərlə yaşadıqlarına, niyə bikarlıqdan ürəklərinin partlayıb ölmədiyinə təəccüblənir, həm də o insanlara yazığım gəlir. Adam Lerikdə darıxmaqdan başqa nə iş görə bilər? Necə darıxa-darıxa odun doğrayasan, inək sağasan, qoyun otarasan, yemək yeyəsən?

Betonların üstünə şəkil çəkmək, parka daş döşəmək Lerikdə görüləcək ən son işdir. Yüzlərlə problem dura-dura gedib niyə betonları rəngləyirsiz? Nə üçün rayonun mərkəzində bir kitab mağazası açmırsız? Nə üçün rayonda gənclərin vaxtlarını keçirəcəyi bir idman kompleksi yoxdur? Nə üçün saat 5-dən sonra açıq olan bir mağaza, bir aptek tapmaq olmur? Niyə bəzi kəndlərə hələ də internet, telefon xətti çəkilmir? Rayonun mərkəzində bir dənə ictimai tualet yoxdur. Ailəvi oturmaq üçün bir restoran yoxdur. Cavan-cavan uşaqları niyə küsdürüb, çayxanalara həbs edirsiz?

NƏ ÜÇÜN 13-14 YAŞLI QIZLARI ƏRƏ VERİRLƏR? NİYƏ KƏNDLƏRDƏ DÜZ-ƏMƏLLİ MƏKTƏB YOXDUR? Niyə mədəniyyət təbliğ etmirsiz? NİYƏ CAMAAT MOLLALARA MÜƏLLİMDƏN DAHA ÇOX GÜVƏNİR? NİYƏ NARKOMANİYA HƏR GÜN ARTIR? İşçiyə, əməkçiyə, sahibkara necə kömək etmək olar? Əyalət gəncinin problemləri nələrdir? Niyə uşaqlar Bakıya ali məktəbə qəbul olunmaq, ixtisaslaşmaq üçün yox, Lerikdən qaçıb canlarını qurtarmaq üçün oxuyurlar?

Bəlkə, bunlardan danışaq? Ağır suallardır. Amma bu suallara kimsə cavab verməlidir. Betonun üstünə şəkil çəkməklə heç kim inkişaf etməyəcək. Betonları da rəngləyin. Demirəm, rəngləməyin. Nə qədər istəsəz rəngləyin. Amma oturub beton rəngləməklə iş düzəlmir. Ağ atlı oğlan gəlib, Lerikin Orand kəndindəki Əlini, Vəlini, Pirvəlini, Həsəni, xilas etməyəcək. Ağ atlı oğlanlar dövrü bitib. Həmin uşaqları ancaq biz xilas edə bilərik. Əgər imkanımız ola-ola, əlimizdən gələ-gələ həmin uşaqlara kömək etmək əvəzinə, beton rəngləməklə gün keçiririksə, bundan böyük naqislik və ədalətsizlik olmaz.
 

Dünyapress TV

Xəbər lenti