Ardını oxu...
Türkiyənin Bartın şəhərinin Amasra rayonunda yerli saatla 18:45-də mədən karxanasında partlayış baş verib.

Türkiyə KİV-i xəbər verir ki, yerin altında fəhlələrin olduğu bildirilib.

Hadisə yerinə çox sayda təcili yardım maşınları göndərilib.

Bartın valisi Nurtaç Arslan partlayışın hansı səbəbdən baş verdiyinin hələlik məlum olmadığını qeyd edib.
 
Ardını oxu...
Türkiyənin İstanbul şəhərində fırtına ilə bağlı əhaliyə xəbərdarlıq olunub.

Bununla bağlı Meteorologiya İdarəsi və İstanbul Valiliyi xəbərdarlıq ediblər.

Şənbə və bazar günləri aramsız yağışların leysan və güclü küləklə müşahidə ediləcəyi bildirilib.

İnsanlar tədbirli və ehtiyatlı olmağa çağırılıb.
 
Ardını oxu...
Suriyada qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Samir Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Samir Vəliyevin hansı səbəbdən İŞİD-ə qoşulması və ora gedib başına nələr gəlməsi ictimaiyyətə qaranlıq qalıb.

Pravda.az həmin cinayət işi üzrə materiallarını təqdim edir:

İttihama görə, Samir Vəliyev Suriya Ərəb Respublikası ərazisində, həmin dövlətin və Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etmək məqsədilə həyat yoldaşı ilə birlikdə Türkiyəyə gedib. Hatay şəhəri istiqamətindən sərhədi Suriya Ərəb Respublikası ərazisinə keçərək orada xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış “İŞİD” adlı cinayətkar birliyə qoşulub. O, “İkrimə” dini ləqəbli Süleyman adlı şəxsin rəhbərlik etdiyi qanunsuz silahlı birləşmənin tərkibinə fəaliyyət göstərib. Samir Vəliyev “Kalaşnikov” tipli avtomat silahla qanunsuz silahlı birləşmənin nəzarətindəki ərazilərdə yerləşən postların mühafizəsini həyata keçirməklə qeyd olunan cinayətkar birliyin (təşkilatın) fəaliyyətində iştirak edib. Daha sonra isə Samir Vəliyev silahlı birləşmədən ayrılaraq Azərbaycana qayıdıb. Bir müddət sonra Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə ittiham elan edilib.

Məhkəmədə danışan Samir Vəliyev özünü təqsirli bilməyib. O qeyd edib ki, 2011-ci ildən etibarən ibadət etməyə başlayıb:

“Həmin vaxtdan məscidlərə gedirdim və oradakı dini söhbətlərə qulaq asırdım. İbadət etməyə başladıqdan sonra ətrafımda olan din qardaşları məni Gözəl adlı, dini ləqəbi “Zəhra” olan bir qadınla evlənməyə məcbur etdilər. Məcbur qalıb, din qardaşlarımızın sözünü yerə salmadım. Gözəl ilə ailə həyatı qurdum. Bir müddət sonra Gözəl fikirlərimi dolduraraq məni Suriyaya gedib orada “hicrət” etməli olduğuma inandırdı. Həmin vaxt çox cavan olduğumdan və yeni ibadət etdiyimə görə, arvadımın sözlərinə aldanaraq Suriya Ərəb Respublikasına getməyə razılıq verdim”.

Təqsirləndirilən şəxs bildirib ki, arvadı Gözəllə birlikdə Türkiyənin İstanbul şəhərinə, oradan isə 2 gün ərzində Hatay şəhərinə gediblər:

“Hataydan qaçaq yolla Suriya Ərəb Respublikasının Atma şəhərinə keçdikdən sonra orada bizi şəxsiyyətini xatırlamadığım Əhməd adlı milliyətcə türk olan şəxs qarşıladı. O, bizi Hələb şəhərinə apardı. Oradan isə özümüz Hafar Hamra şəhərinə getdik. Orada Gözəlin və mənim yanımda olan şəxslərin təsiri və təzyiqi ilə milliyətcə türk olan “İkrimə” dini ləqəbli Süleyman adlı şəxsin camaatına qoşuldum. Həmin təşkilat İŞİD qruplaşmasına aid deyildi, orada mənə kiçik odlu silah verdilər və mən, postlara çıxmağa başladım. Təxminən 2-3 ay orada qaldıqdan sonra məni kafir adlandırdılar. Dini görüşlərimə görə məni edam etmək istəyirdilər, barəmdə hətta edam hökmü də çıxarıldı. Həmin vaxt arvadım Gözəl belə tərəfimi tutmadı. Mən məcburən təkcə həmin şəhərdən qaçaraq Türkiyə sərhədinə getdim. Oradan qaçaq yolla Hatay şəhərinə keçdim, Hataydan isə avtobus ilə İstanbul şəhərinə yollandım”.
Samir Vəliyev deyib ki, uzun müddət İstanbulda yaşayıb və fəhləliklə məşğul olub:

“Azərbaycana qayıtmaq və təslim olmaq qərarına gəldim. Bununla bağlı çox düşündüm. Sonda qərara gəldim ki, Bakıya qayıdım. İstanbuldan Bakıya gəldim. İki gün sonra özüm könüllü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gedərək təslim oldum. Lakin orada məni qısa müddət saxladıqdan sonra buraxdılar. Bir neçə gün sonra mənə DTX-nın əməkdaşı zəng vuraraq xidmətin binasına çağırdı. Mən də dəvət gələn kimi DTX-ya getdim. Orada məni həbs etdilər”.
Məhkəmədə Samir Vəliyevin valideyni ifadə verib. O qeyd edib ki, oğlu Rusiyada böyüyüb:

“Əsgərlik vaxtı çatanda hərbi borcunu yerinə yetirməsi üçün Samiri Azərbaycana göndərdim. Lakin səhhəti ilə əlaqədar oğlumu hərbi xidmətə aparmadılar. Bir neçə ay sonra Rusiyada olduğum zaman Azərbaycan nömrəsindən zəng gəldi. Telefonu qaldıranda bir qadın dedi ki, oğlum Samirlə evlənib. Mən təəccübləndim. Həmin qadın sonra dedi ki, qızı Samirlə birlikdə Türkiyəyə gedirlər. Mən dəstəyi oğluma verməyini istədim. Samir telefonu götürdü və dedi ki, işləməyə gedir. Mənə də guya pul göndərəcək. Mən Samirə təkidlə heç yerə getməməsini dedim. Lakin sözümə əməl eləmədi. Uzun müddət onunla əlaqə saxlaya bilmədim. Bir il sonra Samir mənə zəng edərək Azərbaycana qayıtdığını dedi. Lakin onun Suriyaya getməsi və orada hansı işlə məşğul olmasından xəbərim olmayıb. O, həbs ediləndən sonra mən bunları bilmişəm”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Lent.az
 
 
 
Ardını oxu...
Sentyabrın 30-da Ufa-Antalya reysinin pilotlarından birinin uçuşa az qalmış hərbi komissarlıq tərəfindən aparılması reysin gecikməsinə səbəb olub.

"Unikal" xəbər verir ki, hadisə şahidinin sözlərinə görə, səhər saat 5.20-də (Moskva vaxtı ilə 7.20) havaya qalxmalı olan təyyarə yalnız yerli vaxtla saat 14.00-da havaya qalxıb. Əvvəlcə sərnişinlər iki saat gözləməli olub, sonra isə otellərə göndərilib.

Şahidlər qeyd edib ki, hadisə səsvermə ilə elan edilib: “Səfərbərlik və sonradan ikinci pilotun sərhədi keçməsinə qadağa qoyulması ilə əlaqədar olaraq havaya qalxma ləğv edilir. Zəhmət olmasa, təyyarəni tərk edin”.

Təyyarənin kapitanı evdə olarkən çağırış vərəqəsi alıb, lakin vətəndaş hərbi komissarlığa gəlməyib və bu barədə heç kimə deməyib.
Ardını oxu...
Teref.az xəbər verir ki, ünlü yazarlareımızdan olan Səfər Alışarlı "Rahat" marketdən aldığı şokoladlı konfetdən qurd çıxdığını yazır. Səfər bəyin yazdıqlarını təqdim edirik:
"Safar Alisharli
11 ч. ·
İçindən qurd çıxmış bu konfetləri Rahat marketdən almışdım. Moskvanın Babayevski fabrikinin adından buraxılmış, şokoladaoxşar saxta məhsuldur. İçində də qurdları. Ömrümdə belə şeyə rast gəlməmişdim.
Bu ölkədə Qida Təhlükəsizliyi Agentliyi var, hara baxır?"

Qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq!
Teref.az

Ardını oxu...
Ardını oxu...
Ən yeni tarix. Maraqlı faktlar.
Adətən, İosif Stalinin Moskva daxilində gedəcəyi yerlər ən azı bir gün əvvəlcədən planlaşdırılıb. Amma 25 avqust 1938-ci ildə sovet lideri bu “ənənə”ni pozub. Təxminən gecə saat 2-3 radələrində o, mühafizə rəisi Vlasikə göstəriş verib ki, maşını hazırlasınlar. Stalin xidməti avtomobilinə əyləşəndən sonra sürücü bağ evinə istiqamət alıb. Arxadan Stalinin yorğun səsi eşidilib:
- Nikitski küçəsinə sür, Beriyanın yaşadığı evə.
Həm sürücü, həm də mühafizəçilər üçün bu “marşrut” anlaşılmaz olsa da, maşın istiqamətini dəyişib.
Cəmi üç gün əvvəl Gürcüstandan Moskvaya gələrək “NKVD”-yə birinci müavin təyin olunan Lavrenti Beriya üçün birinci şəxsin gecəyarısı onun yaşadığı evə təşrif buyurması gözlənilməz olub.
General Vlasik öz xatirələrində həmin gecəni belə xatırlayıb: “Təlimata görə, əvvəlcə içəri mən keçdim. Beriya oyaq idi. Əvvəlcə Stalin otaqları gəzdi. Yataq otağının qapsının qarşısından keçəndə Beriyadan soruşdu:
- Lavrenti, bu otaqda kimsə var?
- Xeyr, yoldaş Stalin, mən evdə təkəm.
Bu cavabdan sonra Stalin əyləşdi və növbəti dəfə üzünü Beriyaya tutdu:
- Bəs ailən niyə evdə deyil?
- Onlar Gürcüstanda qalıblar.
- Deməli, belə, Lavrenti, sən onlara zəng vur, qoy hazırlaşsınlar. Mən göstəriş verəcəm, onları Moskvaya gətirsinlər.
Sonra Stalin mənə göstəriş verdi:
- Üç gün vaxtınız var, Beriyanın Gürcüstanda olan bütün canlılarını (məhz belə də ifadə etdi) Moskvaya gətirin.
Beləliklə, biz üç gün ərzində Beriyanın həyat yoldaşının, lal-kar olan qayınanasının, oğlunun və iki pişiyinin Moskvaya köçməsini təmin etdik...”
Ardını oxu...
Ailənin Moskvaya köçməsi Beriyanın oğlu Serqonun da həyatını bütövlükdə dəyişib. Yeddinici sinifi Tiflisdə bitirən Serqo təhsilini Moskvada, “Kreml uşaqları”nın təhsil aldığı 175 nömrəli orta məktəbdə davam etdirib. Serqoya ilk sevgi etirafı da məhz bu məktəbdə edilib. Onu sevən ilk qız isə Stalinin qızı Svetlana olub.
Diqqətindən heç nə yayınmayan Stalin öz bağ evinin kiçik qonaqlarının münasibətlərindən də xəbər tutub. Birincilərin uşaqları tez-tez bu bağ evində qonaq olublar. Svetlana ilə Serqonun münasibətləri nəzərə tez çarpıb. Kifayət qədər qapalı olan Svetlana öz hisslərini gizlədə bilməyib. Xüsusilə, məktəbin sonuncu sinfində oxuyanda bu özünü daha qabarıq biruzə verib. Stalinin yaxın ətrafında olanların qənaətinə görə, Svetlana ilə Serqonun münasibətlərini Stalin çox normal qarşılayıb. Hətta onların məktəbi bitirdikdən sonra ailə qurmaq məsələsi də aktual olub. Amma qarşı tərəf, Beriya bu qohumluqdan uzaq durub. Serqo Beriya “Lavrenti Beriya – mənim atam” kitabında bu haqda yazıb:
“Dostluqdan başqa, mənim Svetlanaya qarşı heç bir hissim yox idi. Onun mənə olan münasibəti isə fərqli və daha ciddi idi. Mən bu haqda atamla söhbət etdim. Atam fikrini qısa və konkret bildirdi: “Uzaq dur” ...”
Serqo atasının məsləhətinə qulaq asaraq Svetlana ilə münasibətlərini məhdudlaşdırıb. Bu soyuqluq Svetlananın diqqətindən yayınmayıb və hər şeyə dəqiqələr ərzində nail olan Stalinin qızı ona qarşı olan bu münasibəti çətinliklə həzm edib. Amma gərginlik bununla bitməyib. Serqo Svetlana ilə bir sinifdə oxuyan və onunla yaxın rəfiqəlik edən Marfaya, Maksim Qorkinin nəvəsinə vurulunda Stalinin qızı qəzəbini gizlədə bilməyib. O, rəfiqəsinə “mən Serqonu səndən əvvəl tanıyırdım, sən bu münasibətlərdə səhv etdin” deyərək ondan birdəfəlik üz döndərib. Serqo ilə Marfa isə “padşah” qızının narazılığına baxmayaraq ailə həyatı qurublar.
Atasının nüfuz və imkanlarına baxmayaraq, Serqo təhsilə böyük maraq göstərib. Hələ orta məktəbdə oxuyarkən o, ingilis, alman və fransız dillərini mükəmməl öyrənib. Məktəbi bitirdikdən sonra Beriyanın təşəbbüsü ilə Serqo “NKVD”-nin mərkəzi radiotexnika laboratoriyasına işə düzəlib. Sonra üç aylıq kəşfiyyat kursunu keçib, daha sonra isə Leninqrad Hərbi Akademiyasında ali təhsil alıb. 1943-1945-ci illərdə Serqo Ali Baş Komandanın birbaşa göstərişi ilə bir neçə məxfi tapşırığı yerinə yetirib.
Müharibədən sonra elmi yaradıcılığa daha çox üstünlük verən Serqo Beriya raketlərin idarə edilməsi ilə bağlı namizədlik və doktorluq işi müdafiə edərək elmi dərəcələr alıb. Hökumətin göstərişi ilə yeni raket sistemlərinin hazırlanmasında iştirak edən Serqo uğurlu kəşf və ixtiralarına görə “Lenin” ordeni ilə təltuf olunub, “Stalin” mükafatına layiq görülüb. Bir tərəfdən, öz bilik və bacarığı, digər tərəfdən atasının dəstəyi Serqo Beriyaya karyerasında uğurlar qazandırıb. Amma karyera pillələrrində sürətli yüksəlişə 1953-cü ildə birdəfəlik son qoyulub.
Beriya həbs olunduqdan sonra Serqonu anası ilə birgə Moskva ətrafında yerləşən bağ evlərinin birində bir neçə gün konvoy altında saxlayıblar. Daha sonra ana və oğul 1954-cü ilin noyabr ayına qədər Lefortovo həbsxanasında təkadamlıq kameralarda saxlanılıb.
Ardını oxu...
Nəhayət, 1954-cü ilin noyabrın 27-də SSRİ Ali Məhkəməsinin hərbi kollegiyası Beriyanın ailə üzvləri haqqında qərar çıxarıb. Serqo Beriya elmlər doktoru titulundan, “Stalin” mükafatından, “Lenin” ordenindən və digər təltiflərdən məhrum edilib. Ailə Sverdlovska sürgünə göndərilib. Beriyanın həyat yoldaşına və oğluna Beriya soyadını daşımaq qadağan olunub. Belə əsaslandırılıb ki, bu soyad insanlarda qıcıq yaradıb. Yalnız Serqoya bir məsələdə güşəşt edilib ki, ona Sverdlovskda öz ixtisas sahəsi üzrə işləməyə icazə verilib. Serqo Beriya 1964-cü ilə qədər xüsusi nəzarət altında Sverdlovskda avtomatlaşdırma elmi istehsalat birliyində mühəndis vəzifəsində işləyib.
10 illik sürgün həyatından sonra SSRİ-nin tanınmış elm xadimləri Mərkəzi Komitəyə müraciət edərək Beriya ailəsinin sürgündən azad olunmasını xahiş ediblər. Müraciətə müsbət cavab verilsə də, ailənin Moskvada yaşaması məqsədəuyğun sayılmayıb. Ana və oğul Ukraynanı seçərək Kiyevdə məskunlaşıblar. Serqo Beriya ömrünün sonuna qədər Kiyevdə yaşayıb, Ukrayna Elmlər Akademiyasında, materialşünaslıq problemləri institutunda çalışıb.
Serqo Beriyaya bir neçə dəfə xarici ölkələrdən iş təklifi gəlsə də, o, bu təkliflərin hamısından imtina edib, SSRİ-də yaşamağa üstünlük verib.
Ömrünün son illərində Serqo Beriya müəllifi olduğu kitablarla da məşhurlaşıb. Bu kitablarda o, atasına haqq qazandırmağa çalışıb. “Qadınlarla bağlı atamın ayağına çox günahlar yazıblar. Amma hansı kişi həyatında bir dəfə də olsun bu cür zəifliyə yol verməyib? Mən demirəm ki, atam günahsız olub. Amma onu günühlarda ittiham edən Xruşovun günahları ondan qat-qat çox olub” söyləyən Serqo Beriya bu cür fikirlərinə görə vaxtilə atasının məhv etdiyi insanların ailə üzvlərindən sərt tənqidlərə məruz qalıb.
Serqo Beriya 2000-ci ildə, 76 yaşında vəfat edib. O, Kiyevdə, Baykovo qəbirstanlığında dəfn olunub.
İlham Cəmiloğlu.
 
 
 
Ardını oxu...
Federal Təhlükəsizlik Xidmətinin tələm-tələsik ortaya atdığı versiyanın hər kəlməsində uyğunsuzluq var

Yenixeber.org: Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Krım körpüsündəki partlayışın təşkilatçısı kimi Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanovun adını çəkib.

Partlayışın hazırlanmasında daha 12 nəfər iştirak etdiyi iddia olunur. Onlardan 8-i hazırda saxlanılıb, 5-i Rusiya vətəndaşıdır. FTX-dan bildirilib ki, saxlanılanlar arasında Ukrayna və Ermənistan vətəndaşları da var.

FTX-nın məlumatına görə, “partlayıcı qurğu” (bir neçə tonluq “qurğu”?!) hələ avqustun əvvəlində Odessa limanından Bolqarıstanın Ruse şəhərinə göndərilib. Daşınmanı Kiyevdə yerləşən “Translogistic UA” MMC ilə Baltex Capital S.A. arasında bağlanmış müqavilə əsasında Ukrayna, Gürcüstan və Ermənistan vətəndaşları həyata keçiriblər.

Bolqarıstandan yük Gürcüstanın Poti limanına, oradan isə Ermənistana daşınıb və orada Avrasiya İqtisadi Birliyinin qaydalarına uyğun olaraq gömrükdən keçirilib. Elə oradaca sənədlərin saxtalaşdırılması vaş verib. Bundan sonra Ermənistan şirkəti göndərən, Moskvadakı şirkət isə alıcıya çevrilib.

FTX-nın versiyasına görə, partlayıcı maddə Gürcüstanda qeydiyyatda olan yük maşını vasitəsilə Yuxarı Lars keçid məntəqəsindən keçməklə Rusiyaya çatdırılıb. Sonra sənədlər yenidən saxtalaşdırılıb, göndərən tərəf kimi Ulyanovskdakı firma, alıcı kimi isə Krımda mövcud olmayan şirkəti qeyd edilib.

Oktyabrın 7-də partlayıcı maddə plyonka adı altında 22 altlıqda gizlədilərək Krasnodardan olan azərbaycanlı sürücü Mahir Yusubovun idarə etdiyi yük maşınına yüklənib və o, Simferopola yollanıb. Oktyabrın 8-də səhər saat 6:03-də Krım körpüsündən keçərkən (“cəhənnəm maşını” körpüyə daxil olmamışdan əvvəl növbəti dəfə yoxlamadan keçib və külli miqdarda partlayıcı olmasına baxmayaraq, heç kim heç nə hiss etməyib – red.) avtomobil partlayıb.

FTX-nın versiyasında görə, bütün marşrut boyu yükün hərəkətinə Ukrayna Baş Kəşfiyyat İdarəsinin əməkdaşı nəzarət edib. Bunun üçün o, iki nömrədən istifadə edib – anonim virtual və Ukrayna vətəndaşının adına qeydiyyatdan keçən nömrələr.

Təəccüblü dərəcədə mürəkkəb və qeyri-real sayılacaq həssas bir sxem. Bu sxem ümumiyyətlə necə işləyə bilərdi? İçində 9 ton partlayıcı olan yük maşını 4 sərhəddən keçir, bir neçə dəfə gömrükdə yoxlanılır, xüsusi şəkildə mühafizə olunan körpünün girişində təhlükəsizlik nəzarətindən keçir… Cəmi bir diqqətli gömrük işçisi və ya sərhədçi kifayət edirdi ki, bütün əməliyyat bir anda məhv olsun!

Dahi Stanislavski burada “İnanmıram!” deyərdi. Amma biz, necə deyərlər, davam edək.

Krım körpüsündə partlayan yük maşını heç vaxt Bolqarıstanda olmayıb. Bəs ümumiyyətlə, harada olub?

Mahir Yusubovun yük maşınının Bolqarıstana səfər etməməsi faktını baş nazir Qılıb Donev açıqlayıb. Yoxlamaq çətin deyil – biz kompüter dövründə yaşayırıq. FTX-nın tonlarla partlayıcı yükü olan maşınının hansısa izaholunmaz və gülünc marşrutla bir sıra ölkələrdən keçdiyi barədə versiyası üzə çıxandan dərhal sonra yoxlamaq qərarına gəliblər.

FTX-ya ünvanlanan suallar çoxdur. Məsələn, yük maşını Rumıniyadan keçmədən Odessadan Bolqarıstan Rusesinə necə gedib? Hava ilə? Əgər yerlə gedibsə, onda əvvəlcə Dnestryanı bölgə, Moldova və demək olar ki, bütün Rumıniyadan keçməsi lazım idi. Davam edək. Yük maşını Rusedən hansı möcüzə nəticəsində Gürcüstana düşüb? Niyə o, gömrük rəsmiləşdirilməsi üçün əvvəlcə Gürcüstandan Ermənistana gedib, sonra Gürcüstana (!) qayıdıb və Yuxarı Lars vasitəsilə Rusiyaya daxil olub? Jül Vernin fantastik qəhrəmanı Filias Foq üslubunda “qət edilən” bu sarsaq marşrut nəyə lazım idi?! FTX-nın versiyasının hər kəlməsində uyğunsuzluq var! Hələ onu demirik ki, “əməliyyatın” bütün bu təfərrüatlarının ildırım sürəti ilə ortaya çıxması gülüncdür! Axı sürücünün tikəsi də ələ gəlməyib!

FTX nə qədər yeni təəccüblü və ağlasığmaz detallar verirsə, bütün mənzərə bir o qədər az inandırıcı görünür. Bu, artıq Aleksandr Duqinin qızı Darya Duqinanın avtomobilinin partlaması versiyasına bənzəyir. Orada terror aktının icraçısı kimi cazibədar qadını elan etdilər və bu qadın “işə” dəbdə olan balaca maşında qızı və pişiyinin müşayiəti ilə getmişdi…(“Sut Sobıtiy”)
pia.az
 
 
 
Ardını oxu...
Türkiyədə müzakirələrə səbəb olan qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin (TBMM) ümumi iclasında səs çoxluğu ilə qəbul edilib.

Bakupost.az Türkiyə mediasına istinadən bildirir ki, sosial medianın tənzimləməsi ilə bağlı qanun layihəsinin 29-cu maddəsinə görə yalan məlumatlar yayanlara 1 ildən 3 ilə qədər həbs cəzası veriləcək.
Qalmaqallı 29-cu maddəyə əsasən, Türkiyə Cəza Məcəlləsinin 217-ci maddəsinə ediləcək əlavədə deyilir:
1) İctimaiyyətdə narahatlıq, qorxu və ya panika yaratmaq məqsədi ilə daxili və xarici təhlükəsizlik, ictimai asayiş, eləcə də ümumi olaraq dövlətlə bağlı reallığa əsaslanmayan məlumatı yayan şəxs bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
2) Şəxs cinayəti öz şəxsiyyətini gizlətməklə və ya hərhansı təşkilatın fəaliyyəti çərçivəsində törətdikdə, yuxarıda göstərilən bəndə uyğun olaraq verilən cəza yarıbayarı artırılır.
Qeyd edək ki, bəhs edilən maddə ilə bağlı müxalifətlə iqtidar uzun müddətdir razılığa gələ bilmirdi.
 

Ardını oxu...
Tovuzun ucqar dağ kəndlərində bir neçə inzibati ərazi dairəsini və onlarla kəndi birləşdirən yollar keçilməz vəziyyətdədir.

Bu yol Tovuzun Çeşməli və Həsənli inzibati ərazi dairələrini ətraf kəndlər və Gədəbəy rayonu ilə birləşdirir.

DİA.AZ-ın Belediyye.net-ə istinadən məlumatına görə burada mənzil başına çatmaq üçün piyada getsən sağlamlığından olacaq, avtomobillə getsən büdcənə əməlli-başlı ziyan vuracaqsan. Yolun bu vəziyyətdə olması kəndliləri təngə gətirib.

Bu kəndlərə yolların bərbad halına görə nə təcili yardım, nə yanğın söndürən nə də digər operativ xidmət avtomobilləri gələ bilmir. İllərdir çəkilən yol cəmi bir dəfə təmir edilib. Ona da təmir demək olarsa. Sakinlərin şəxsi imkanları hesabına dəfələrlə çuxurlar doldurulsa da yenə də dağlardan gələn sel yolu bərbat hala salır. Sakinlər bildirir ki, burada yolun dağılmaması üçün sel sularının keçidlərində drenajların quraşdırılması vacibdir. Ondan sonra yola asfalt örtüyünün çəkilməsi haqda düşünmək olar.

Sakinlər deyirlər ki, istismar müddətini illər əvvəl başa vuran körpünün qəzalı vəziyyətdə olması nə vaxtsa bədbəxt hadisəyə gətirib çıxaracaq. Həsənli, Sarıdamlı və Məşədivəlilər kəndinin sakinlərinin isə ümumiyyətlə yolu yoxdur. Onlar mənzil başına çatmaq üçün çaydan keçirlər. Çayda suyun səviyyəsi artan zaman kəndlərin ətraf ərazilərlə əlaqəsi kəsilir. Belə olan halda kəndə gediş-gəliş tamamilə iflic olur. Hər gün yüzlərlə sakini istifadə etdiyi bu yoldan hər kəs əziyyət çəkir. Daha çox əziyyət çəkənlər isə rayon mərkəzindən və uzaq kəndlərdən uzun yol qət edib işə gələn müəllimlərdir Məcburiyyət qarşısında qalan müəllimlər vaxtlarını yollarda keçirirlər. Bu səbəbdən işə gecikirlər.

Bəs aidiyyatı qrumlar mövcud vəziyyətdən çıxış yolunu nədə görür? Sualımıza Cavab olaraq Tovuz rayon İcra Hakimiyyətindən bildirildi ki, yolların bərpası ilə bağlı Nazirlər Kabinetinə investisiya layihəsi təqdim edilib və yararsız kənd yolları bu layihədə göstərilib. İndi Nazirlər Kabinetinin qərarı gözlənilir.

Bu xöşbəxt hadisənin nə zaman baş verəcəyini isə heç kim bilmir.


 

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sosial şəbəkələrdə müzakirə olunan qol sevincindən danışıb.

“Qafqazinfo” xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Olimpiakos”la matçda futbolçusu Ramil Şeydayevin vurduğu mükəmməl qola maraqlı reaksiyasından söz açıb: “Sırf Ramilin qolunun sevinci idi. Onun qol vurmasını istəyirdim və buna görə qoldan sonra elə reaksiya verdim. Heç vaxt 8-10 dəqiqə qalmış 2-3 qolluq fərqə tam arxayın olmamışam. Bəzi oyunçuların zəhmətinə görə çox sevinirəm”.

Xəbər lenti