Ardını oxu...
İranlı şagirdlər Xomeyninin şəklini tapdalayıblar.

Redaktor.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

İranın Xorasan-e Rəzəvi əyalətində məktəb şagirdləri dərsliklərindən qoparıb atdıqları Xomeyninin şəklini ayaqlar altında əzərək “Təcavüz, cinayət, ölüm olsun bu vilayətə (dini lider)” şüarı səsləndirirlər.
Ardını oxu...
“Məktəbdə zorakılıq səhnəsini ürək ağrısı ilə seyr edirsən. Kimi suçlayasan? Ev, valideyn, məktəb, müəllim, direktor, sinifdəki şagirdlər, nazirlik, döyən, hətta döyülən- hamısının bu şəraitin yaranmasında günah payını tapa bilərsiniz”.

DİA.AZ “Yeni Sabah”a istinadla xəbər verir ki, bu açıqlama ilə millət vəkili Fazil Mustafa çıxış edib. O, bildirib ki, ən əsas olan boşluq- müəllim avtoritetinin olmamasıdır:

“Müəllimi elə sındırıblar ki, uşağa söz deməyə risk etmir. Əsas işi də səhərdən-axşamacan yazı yazmaq, yaxud da sertifikasiyaya hazırlaşmaqdır.

Praktik olaraq hər şagirdə diqqət yetirmək imkanı olmur. Bu cür köntöy şagirdlər, eləcə də məzlum şagirdlər hər məktəbdə var. Ancaq səviyyəli idarəetmə olan məktəblərdə məktəbin təlim-tərbiyə standartlarına hamısı tabe olur.

Videonu çəkən, eləcə də aralaşdırmağa cəhd etməyənlərin də biganəlikləri düşündürücüdür. Bu cür videoları uşaqların üzlərini qapadaraq paylaşmaq zəruri idi. Ancaq mütləq paylaşılmalıdır ki, gerçək vəziyyətin cüzi bir qismi ilə cəmiyyət tanış olsun.

Bəs digər zorakılıqlar barədə aşkarlıq varmı? Cinsi və ya maddi zorakılıqlar, hamiləlik, pedofiliya, narkomaniya faktları da məktəblərimizdə yetərincə qulağımıza çatır. Tədbir-filan görülməsi boş şeydir, müstəqillik dövrümüzdə sanki məqsədyönlü şəkildə təhsilə ancaq pul qazanma yeri kimi baxılmasının yekun tablosudur bu.

Burada vəziyyətin daha faciəli yön almaması üçün müəllimin səlahiyyətləri, sinfə müdaxilə imkanları artırılmadıdır. Çünki, güclü direktorun olması da, hər bir detala nəzarət etməyə yetərli sayılmaz. Müəllim güclü, xarakterli və səlahiyyətli olmalıdır. Başlıcası da sinfə hakim olmalıdır. Ancaq bu səlahiyyət valideynlərdən hədiyyə, pul qoparmaq fürsəti kimi anlaşılmamalıdır.

Bunları sözgəlişi yazıram. Çünki son vaxtlar hansısa quruma, vəzifəli şəxsə təklif verməyi dayandırmışam. Səbəb sadədir: Azərbaycan dilində dediklərim anlaşılmır. Başqa dildə də yazmağıma və ya söyləməyimə Konstitusiyamız izin vermir.

Harada qalmışıq? Köhnə dərsdə. Səhifələri geriyə çevirməyə davam edək”.
Ardını oxu...
Avtomobilimi, bağ evimi, yarım milyon manatımı qaytarın… – Vüqar Səfərlinin oğlundan kassasiya ŞİKAYƏTİ
Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin oğlu Samir Səfərli bir həftə əvvəl – 23 sentyabr 2022-ci ildə Ali Məhkəmənin Cinayət Kollegiyasına Bakı Apelyasiya Məhkəməsinin 29 mart 2022-ci il tarixli qərarından kassasiya şikayəti verib.

Heftelik.az-ın məlumatına görə, Samir Səfərli kassasiya şikayətində qeyd edib ki, Vüqar Səfərli barəsində aparılan cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixi hökmü ilə ona məxsus olan olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,10055 ha torpaq sahəsində 291,4 kv.m bağ evi “Kia Optima” markalı minik avtomobili və ona məxsus “Rabitəbank” ASC-də olan 550 min manat məbləğində pul vəsaiti məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmaqla xüsusi müsadirə edilib.

Bildirilib ki, Bakı Apelyasiya Məhkəməsinin 29 mar tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməyib, hökm dəyişdirilmədən qüvvədə saxlanılıb. Samir Səfərli Bakı Apelyasiya Məhkəməsinin hökmünün çıxarılmasından onun xəbəri olmadığını, məhkəmə hökmünün ona göndərilmədiyini nəzərə çatdırıb. Yalnız rəsmi müraciətindən sonra məhkəmə hökmünün rəsmən ona verildiyi qeyd olunub.

Samir Səfərli şikayətində qeyd edib ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,10055 ha torpaq sahəsində 291,4 kv.m bağ evi “Kia Optima” markalı minik avtomobili onun xüsusi mülkiyyətindədir, atası barəsində gedən cinayət işi üzrə işlə heç bir əlaqəsi olmayan ona məxsus xüsusi mülkiyyətindəki əmlakların xüsusi müsadirəsi yolverilməzdir, qanunvericilikdə övladın xüsusi mülkiyyətində olan əmlakların dövlət nəfinə alınması kimi norma mövcud deyil.

Bütün bunların nəzərə alaraq Samir Səfərli kassasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini xüsusi mülkiyyətində olan əmlaklara - akı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,10055 ha torpaq sahəsində 291,4 kv.m bağ evi “Kia Optima” markalı minik avtomobili və ona məxsus “Rabitəbank” ASC-də olan 550 min manat məbləğində pul vəsaitinə dair xüsusi müsadirə cinayət-hüquqi tədbirinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş edib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Səfərli 10 il 6 ay azadlıqdan məhrum edilib.
 
 
 
Ardını oxu...
"Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov məktəbimizə gələn zaman biz kəndimizin şəhidi Hüseynov Nəcəf İlqar oğlunun anım mərasimində idik. Mən, müəllimlər və yuxarı sinif şagirdləri şəhidin ildönümünə getmişdik".
DİA.AZ xəbər verir ki, bunu AzVision.az -a açıqlamasında Gədəbəy rayon Arıqıran kənd tam orta məktəbinin direktoru Natiq Hüseynov deyib. O bildirib ki, icra başçısının gəldiyini bilən zaman hər kəs yenidən məktəbə qayıdıb:

"İcra başçısı gələndə anım mərasimində idik deyə o, gəlib bizi tapmayıb. Xəbər tutanda gəldik, amma artıq gec idi. İcra başçısından sonra gəldiyi üçün heç kəs içəri buraxılmadı. Mən isə başçının yanına gəlib, izahat verdim. Orxan müəllim mənə iradlarını bildirdi. Ona dedim ki, bir də belə şey etməyəcəyik".

Məktəbin direktoruna Qazax-Tovuz Regional Təhsil idarəsindən də irad bildirilib:
"Biz anım mərasiminə Gədəbəy Rayon İcra Hakimiyyətinə və regional təhsil idarəsinə məlumat vermədən getmişdik. Şəhidin nənəsi uzun illər məktəbdə xidmətçi işlədiyi üçün gəlmişdi. O, bizi dəvət etdi. Biz də müəllimlər və yuxarı siniflərlə ora getdik.

Səhvlik etmişdik, buna görə də bizə xəbərdarlıq edilib, töhmət almışıq. Çalışacayıq ki, bir də belə səhv etməyək. Hazırda bütün şagirdlər və müəllim heyəti məktəbdədir və normal dərs prosesi gedir", deyə direktor əlavə edib.

Qazax-Tovuz Regional Təhsil İdarəsindən AzVision.az-a bildirilib ki, hadisə ilə bağlı araşdırma başlanılıb. Direktor sektora dəvət olunub. Onun izahatı alınacaq.

Qeyd edək ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayon məktəblərində şagirdlərin dərsə davamiyyəti və dərs prosesinin hansı səviyyədə təşkil edilməsini öyrənmək məqsədilə seçmə qaydada Arıqıran kənd tam orta və Alnabat kənd tam orta məktəblərində olub. Arıqıran kənd tam orta məktəbdə 1-ci növbə dərs saatında 201 şagirddən yalnız 55-i siniflərdə olub. Bundan başqa, məktəbdə nə direktor, nə də müəllim olub.
 
Ardını oxu...
Peyk məlumatları Qrenlandiyanın buzlaqlarının əriməsi ilə dəniz səviyyəsinin yüksələcəyini proqnozlaşdıran iqlim modellərini təsdiqləyib.

Teref.az “Report”a istinadən xəbər verir ki, bu barədə Los Alamos Milli Laboratoriyasının alimlərinin bəyanatında yer alıb.

Laboratoriyanın aparıcı mütəxəssisi Sofi Koulsonun fikrincə, buzlaqların əriməsi nəticəsində dəniz səviyyəsi qeyri-bərabər yüksəlir.

Belə ki, hər bir buzlaq və buz təbəqəsi barmaq izləri adlanan dəniz səviyyəsinin dəyişməsinin unikal modelinin bir hissəsidir. Yarım əsrdən çox araşdırmaya baxmayaraq, bu izlər heç vaxt dəqiqliklə müəyyən edilməyib.

Yeni tədqiqat dəniz səviyyəsinin dəyişməsi ilə bağlı geofiziki proqnozların düzgünlüyünü təsdiq edir və növbəti onilliklər və əsrlər ərzində dəniz səviyyəsinin qalxması ilə bağlı proqnozlara inamı artırır.
 
 
 
Ardını oxu...
Marneuli rayonunun kəndlərindən birində gürcü dili müəllimi Rəhman Musayev məktəbdə dərs keçdiyi şagirdləri cəzalandırmaq üçün alçaldıcı metod seçib.

Bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, o, şagirdləri lövhənin qarşısında dizi üstə çökdürərək dərs keçib və şagirdlərin bu vəziyyətdə fotolarını paylaşıb.

Onun bu hərəkəti yerli ictimai fəalların etirazına səbəb olub.

Yaranmış narazılıq fonunda müəllim işdən çıxarılıb.

Bu barədə sözügedən məktəbin direktoru açıqlama verib.

O, R.Musayevin istefasının qəbul edildiyini açıqlayıb: “Rəhman müəllim bu gün gəldi, istefa ərizəsini təqdim etdi. O, bir neçə müddət əvvəl əməliyyat olunmuşdu, indi də gəldi istefa ərizəsini verdi və səhhətində problemlər olduğuna görə, artıq məktəbdə işləmək istəmədiyini söylədi”.

Qeyd edək ki, Rəhman Musayev eyni zamanda “Gürcü Arzusu” partiyasının Marneuli Bələdiyyə Məclisindəki deputatıdır.

Mənbə: aktual.ge
 
Ardını oxu...
Saatlı rayonunda Qarabağ qazisi olan, iki ayağı amputasiya olunmuş şəxs idarə etdiyi “Mitsubishi” markalı avtomobillə qəza törədərək, yol boyu bir neçə şəxsin maşınına ciddi zərər verib. Hadisə barədə Bizimyol.info-ya bir neçə mənbədən məlumat daxil olub. Verilən məlumata görə, zərərçəkənlərdən biri taksi sürücüsü, biri rayonun polis rəisinin müavini, digəri isə rayon sakini olub.
Zərərçəkənlərdən biri, Saatlı rayon sakini Mehrab Hüseynov da redaksiyamıza müraciət edərək bildirib ki, "Mehdiyev Həsən Rəcəb oğlunun ona verilmiş “qazi” statusundan sui-istifadə edir". Onun sözlərinə görə, Mehdiyev Həsən avtomobillərini əzdiyi şəxsləri təhqir edib, ailə fərdlərinin ünvanına ağır, nalayiq ifadələr işlədərək, oradan ayrılıb: “Ondan sığortanın gəlib vəziyyətə baxış keçirməsini tələb etdim. Ancaq o, həm icra başçısının, həm rayonun polis rəisinin, həm də zərərçəkənlərin ünvanına, ailə fərdlərinə qarşı ağır söyüşlər söydü. Deyir, “mən qaziyəm, sizin üçün cəbhədə döyüşmüşəm, can qoymuşam, heç kim mənə heç nə edə bilməz”. Özünün də iki ayağı yoxdur, ancaq protez ayaqlarla yolda yüksək sürətlə avtomobil idarə edir. İdarə etdiyi “Mitsubishi” markalı maşınla mənim, polis rəisi müavininin və başqa bir taksi sürücüsünün avtomobilinə çırpılaraq ciddi zərər vurub. Daha sonra da başladı hamımızı təhqir etməyə. Rayonun yol polisinə bu barədə məlumat versəm də, mənə bildirildi ki, zərər görən digər iki maşının da xərcləri məndən tutulacaq, yəni taksinin və rəis müavininin. Soruşdum ki, niyə? Axı, qəzanı törədən bəllidir. Dedilər ki, o qazidir, heç nə edə bilmərik. Ya üç maşının da xərcini sən ödəyəcəksən, ya da qazidən şikayəti geri götürəcəksən. Mən də kasıb adamam, üç maşının xərcini necə ödəyim? Durduq yerə maşınımı vurub əzirlər, hələ bir məndən də pul alırlar”,– deyə, rayon sakini Mehrab Hüseynov bildirib.

Qeyd edək ki, yol-nəqliyyat hadisələrində “qazi” statusu daşıyan şəxslərin adlarının hallanması ilk hadisə deyil. Bu statusu daşıyan bəzi “qazi”lər həmin ünvandan sui-istifadə edərək, yollarda ciddi qayda pozuntularına yol verirlər, nömrəsiz avtomobil idarə edirlər və ümumiyyətlə, onlara göstərilən irada da çox kobud və nalayiq ifadələrlə qarşılıq verib “mən qaziyəm, sizin üçün döyüşmüşəm” cümlələrinin arxasında gizlənirlər. Yaxşıdır ki, belələrinin sayı azdır, qazilərin böyük əksəriyyəti daşıdığı ada hörmətlə yanaşır, bu statusdan sui-istifadə etmir. Bu adı gözdən salanlar isə ləyaqətli, öz mənliyini, mənəviyyatını təmiz saxlayan, “Qazi” adını uca tutan başqa müharibə iştirakçılarının da adının ləkələnməsinə səbəb olur, cəmiyyətimizdə bu statusa olan dərin hörmət və ehtiramın azalmasına yol açırlar. Buna baxmayaraq, qanunu pozub, insanları, onların ailə fərdlərini təhqir etsələr belə, şikayətçiyə “qazidir, heç nə edə bilmərik” deyib, ya yola verirlər, ya da yuxarıda bəhs etdiyimiz şəkildə başqalarının zərərini də elə şikayətçinin özünə ödədirlər.

Digər hadisə şahidlərinin dediyinə görə, beten bunlar baş verdiyi müddətdə polis əməkdaşları kənarda dayanıb müşahidə etməklə məşğul olublar. Onların sözlərinə görə, hər kəsə aydın idi ki, Mehdiyev Həsən Rəcəb oğlu alkoqol testindən keçirilməlidir. Amma sonradan polis əməkdaşları ona yaxınlaşıb sakitləşdiriblər və nə qədər qəribə səslənsə də, elə polislərin gözü qarşısında özünün əzilmiş maşınına minib çıxıb gedib. Amma iş bununla da bitməyib. Şahidlərin sözlərinə görə, Mehdiyev Həsən Rəcəb oğlu sonradan rayonun mərkəzi küçələri ilə avtomobili aramsız olaraq səs siqnalı verə-verə təhlükəli şəkildə sürərək ətrafdakı insanlarda vahimə yaradıb.

Mehdiyev Həsən Rəcəb oğluna gəlincə, araşdırmamız göstərir ki, o, ən çox qayğı görən qazilərdən biridir. Onun bütün müalicə xərcləri "Yaşat" Fondu tərəfindən ödənilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun valideynlərini də özünüməşğulluq proqramı ilə təmin edib. Həmçinin mövsümi işləyən qardaşının da işlə təmin olunması üçün tədbirlər görülüb. Müxtəlif ictimai təşkilatlar da ona hər zaman dəstək olublar. Qazi Mehdiyev Həsən Rəcəb oğlu dövlət büdcəsi vəsaitləri hesabına pensiya və müavinət alır. Ona göstərilən və göstərilməkdə olan bütün qayğıların xərclərini isə təbii ki, vergi ödəyiciləri olaraq Azərbaycan xalqı ödəyir. Qazilərə qayğı ən yüksək səviyyədə olmasa da, hazırda xalq və dövlət olaraq bacardığımızı edirik. Bu status heç kimə əsas vermir ki, başqalarının əmlakına zərər vurub heç bir günahı olmayan ailə üzvlərini təhqir etsin.

Məlumat üçün bildirək ki, redaksiyamıza ünvanlanan bu müraciət əsasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə sorğu vermişik. İlkin cavabda bildirilib ki, məlumat bölgə üzrə nümayəndəyə göndərilib, araşdırma aparılacaq və hansı tədbirlərin görüləcəyi ilə bağlı məlumat veriləcək.

P.S. Yazı yayıma hazırlanarkən son anda DİN-dən sorğumuza daha bir cavab gəldi. Həmin cavabı olduğu kimi təqdim edirik:

"Sentyabr ayının 29-da Bakı şəhərində qeydiyyatda olmaqla Saatlı rayonunun Məmmədabad kəndində yaşayan Vətən Müharibəsi iştirakçısı, qazi Həsən Mehdiyev sürücülük vəsiqəsi, eləcə də avtomobil idarə etmək üçün müvafiq etibarnaməsi olmadan idarə etdiyi nəqliyyat vasitəsilə Saatlı rayonu ərazisində hərəkətdə olan zaman yolun əks tərəfində dayanmış Saatlı Rayon Polis Şöbəsinə təhkim olunmuş xidməti avtomobillə toqquşub. Toqquşma nəticəsində isə sonuncu avtomobil yol kənarında dayanan digər avtomobillərə çırpılıb.

Qəzadan sonra H.Mehdiyev müayinə olunmaq üçün Saatlı Rayon Mərkəzi Xəstəxanasına müraciət edib və ona qarın boşluğunun küt travması, boynun və saidin iç tərəfinin sıyrığı diaqnozu qoyulub.

Faktla bağlı Saatlı RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır, araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Nizam Həmidov, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı".
Bizimyol.info
Ardını oxu...
Öldükdən təxminən 80 il sonra kimliyi müəyyənləşən əsgər kimdir? İkinci dünya müharibəsi illərində baş vermiş faciəli hadisənin sirri möhürlənmiş üzüklə açılıb...
İkinci Dünya Müharibəsində iştirak etmiş hərbi hava qüvvələri çavuşu Uilyam Harrell ötən gün hərbi mərasimlə dəfn edilib.

Musavat.com "The Telegraph"a istinadən xəbər verir ki, çavuş Harrell 1944-cü ildə itkin düşüb. O, qalıqları tapıldıqdan 78 il sonra o, Hollandiyadakı "Jonkerbos" döyüş qəbiristanlığında torpağa tapşırılıb.

SİRR ÜZÜKDƏ GİZLƏNİB…
Ardını oxu...
Bu qəribə hadisənin arxasında bir möhürlü üzük var. Kral Hərbi Hava Qüvvələrində xidmət edən pilot İkinci dünya müharibəsi zamanı qəza nəticəsində dünyasını dəyişib. Lakin ölüm faktı təsdiqlənmədiyi üçün "itkin" kimi qeydiyyata alınıb.

Əslində, müstəntiqlər qəza yerində araşdırma apararkən üzərində əsgərin adının baş hərfləri olan bir möhürlü üzük tapdılar. Lakin bu üzük və qəzanın digər izləri 2019-cu ilə qədər üzə çıxarılmayıb.

2019-cu ildə holland tədqiqatçılar tapılan qalıqları yenidən araşdırarkən üzüklə qarşılaşıblar.

Eyni ildə hollandiyalı hərbi ekspertlər təyyarənin gövdəsində qalan insan qalıqlarının Harrellə məxsus olması qənaətinə gəliblər. Çünki möhürlü üzük sahibinin kimliyini təsdiqləyən ən tutarlı dəlil olub.

Hollandiya Kral Ordusunun xilasetmə bölməsinin komandiri, kapitan Girt Jonker DNT testinə ehtiyac olmadığını bildirib.

Qeyd edək ki, Hollandiya ordusu Qərbi Avropada İkinci dünya müharibəsində təyyarə qəzalarının təhqiqatına cavabdeh mütəxəssis qrupu olan yeganə ordudur.

UİLYAMIN ÖLÜMÜ
Ardını oxu...
Uilyam Harrell altı təyyarəli, silahlı kəşfiyyat missiyasından qayıda bilməyəndə cəmi 21 yaşında olub. Onun ölümü müttəfiqlərin alman xətlərini yarmaq və Reyn çayında möhkəmlənmək üçün keçirdikləri əsas əməliyyatı olan "Market Garden"dan 1 gün əvvələ təsadüf edir.

Şahidlərin sözlərinə görə, təyyarə Arnhemdən 14 mil şimalda əkinçilik sahəsində qəzaya uğrayıb və qalıqları ertəsi səhər aparılan axtarış nəticəsində dərin kraterdə, yeraltı sularda tapıblar.

AİLƏSİ AÇIQLAMA VERDİ

Dəfn mərasimindən sonra ölən əsgər Uilyam Harrelin ailəsi açıqlama verib. Onun böyük qardaşı qızı Braydi Harrell bildirib ki, qalıqların tapılması və əmisinin dəfni ailə üçün rahatlıq olub.

"Onun valideynləri, qardaşı və babası onun harada olduğunu bilmədən öldülər, lakin indi onlar və ailəmiz üçün məsələ həll olunub və hər kəs böyük bir rahatlıq hiss edir”.

Mərasimi Uilyamın qardaşı qızı Brydie Hurrell və Kral Hərbi Hava Qüvvələri eskadronunun heyəti və Avstraliyadan gələn digər ailə üzvləri izləyiblər.

Nigar Cəfərli,
Musavat.com
 
Ardını oxu...
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə “Baku Steel Company” MMC-nin (Poladəritmə zavodu) sənədlər üzrə Müşahidə Şurasının sədri olmuş Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Rasim Məmmədova qarşı 185 milyon manatlıq yeyinti ittihamının bir hissəsi “Azeri Steel-2009" şirkəti ilə bağlıdır.

İddia olunur ki, bu şirkət qeyri-rəsmi şəkildə Rasim Məmmədovun özünə məxsus olub və o, “Baku Steel Company”nin istehsal etdiyi armaturların bu şirkətə bazar dəyərindən daha ucuz satışına şərait yaradıb. “Azeri Steel” ucuz aldığı armaturları sonradan özü daha baha - bazar dəyərinə uyğun satıb. Sentyabrın 30-da Rasim Məmmədovun məhkəməsində məlum olub ki, “Azeri Steel” şirkətinin təsisçisinin heç bu quruma aidiyyəti olmayıb.

“Mübariz Səmədov mənə dedi ki, ayda sənə 500 manat pul veriləcək, adına şirkət açaq. Mənim də pula ehtiyacım vardı, ona görə razılaşdım. Mənə demişdilər ki, Rasim Məmmədovun şirkətidir...”, - Əliməmməd Hüseynov Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilərkən belə deyib.

O bildirib ki, ayda təxminən iki dəfə şirkətin ofisinə, yaxud vergi orqanına gedib, şirkət adından sənədləri imzalayırdı. Onun sözlərinə görə, Rasim Məmmədovu bir dəfə - metronun “Xətai” stansiyasının yaxınlığındakı ofisdə yığıncaqda görüb. Ümumiyyətlə isə Rasim Məmmədovu da, “Baku Steel Company”də maliyyə direktoru olmuş Mübariz Səmədovu da uşaqlıq dostu olan Yusif Əhmədzadə vasitəsilə tanıyıb. Yusif Əhmədzadə vaxtilə Rasim Məmmədovla da dost idi.

Təqsirləndirilən Rasim Məmmədov isə bu şirkətin ona məxsus olması barədə iddialarla razılaşmır. Deyir ki, o şirkətin əsl sahibi başqası olub. Amma həmin şəxsin kimliyini açıqlamayıb: “Əgər o şirkət mənim olsaydı, öz adamımı təyin edərdim. Bir dəfə tanıdığım Cəfəri təyin eləmişdim, heç iki ay keçmədi, zəng gəldi ki, ”çıxar onu". Mən də çıxardım..."

Məhkəmədə dindirilən başqa bir şahid Samir Məmmədov uzun illər “Baku Steel Company”, “Azeri Steel-2009" şirkətlərində satış meneceri işləyib. 2008-ci ildə Rasim Məmmədova məxsus ”Wortex" şirkətində satış meneceri kimi fəaliyyətə başladığını deyən Samir Məmmədovun sözlərinə görə, 2013-cü ildə “Azeri Steel”ə eyni vəzifəyə göndərilib. 2015-ci ildən “Baku Steel Company”nin satış meneceri olub, bir müddət sonra isə yenidən “Azeri Steel”ə qaytarılıb. Deyir ki, bu yerdəyişmələrin səbəbi ona məlum deyildi. Harda işləmək barədə göstəriş verilirdisə, orada da gedib işləyirdi.

Onun sözlərinə görə, “Azeri Steel”də kassa məsələsinə də baxırdı: “Biz ”Azeri Steel" şirkətində “Baku Steel Company”nin armaturlarını satırdıq. Mal satışından gələn vəsait toplanırdı. Mübariz müəllim pulu hara deyirdisə, ora da verirdim. Zavodun öz xərcləri olurdu, mala verilirdi. “Azeri Steel”dən Rasim Məmmədova da bir neçə dəfə pul aparıb vermişəm. Elə olurdu özünə, elə də olurdu, köməkçisinə verirdim. 100 min apardığım olub, 200 min olub..."

O, məhkəmədə Rasim Məmmədova çatan pulların hara xərcləndiyini bilmədiyini deyib. İstintaqa ifadəsində isə fərqli danışıb. Deyib ki, “Azeri Steel” şirkətinin kassasında 39 milyondan çox çatışmazlıq olmuşdu. Çünki o vəsaitlərin bir hissəsi Rasim Məmmədovun xərclərinə getmişdi. Məsələn, 1 milyon “Şüşəli bazar”ın yanında (“Elmlər Akademiyası”nın yaxınlığı) torpaq sahəsi alınmasına; 1.5 milyonu Qutqaşenli küçəsində tikintiyə icazə almağa; Sabunçu bazarının yanında ərazi almağa; Rasim Məmmədovun başqa şirkətlərinə, o cümlədən “Aktau Steel”ə...

Təqsirləndirilən Rasim Məmmədov onun yalan danışdığını, əleyhinə saxta şahidlərdən istifadə olunduğunu iddia edir.

“Mən bu ölkədə bir adamla işləmişəm, bundan sonra da işləyəcəm. Heç kim mənə tapşırıq verə bilməzdi”, - bunu da Rasim Məmmədov məhkəmədə çıxışında vurğulayıb.

Məhkəmədə son illərdə Azərbaycanda dövriyyəsi milyonlarla olan, müxtəlif nazirliklərin tenderlərində qalib elan edilən onlarla şirkətin əslində ona heç bir aidiyyəti olmayan şəxslərin adlarına təsis edilməsi hallarının üstü açılıb.

Zaur İmanov “Baku Steel Company”də metal qəbulu işlərinə baxıb. Əhalidən və Müdafiə Nazirlriyindən metal qəbul etdiyini deyib. Bəxtiyar Kələşov da metal qəbuluyla məşğul olub. Onun ifadəsi elan olunub. İstintaqa verdiyi ifadəsində göstərib ki, zavodun 3 milyon 400 min manat kəsiri olub. Ancaq məhkəmədə bildirib ki, istintaqa verdiyi ifadəsində belə söz deməyib: “Müstəntiq özü mənə dedi ki, sənədlərdə belə bir şey var. Ancaq mən özüm belə bir şey deməmişəm”.
Ətraflı

Şahid bildirib ki, ibtidai istintaqda ifadə verərkən otaqda müstəntiqdən başqa auditor və vəzifəsini bilmədiyi başqa iki nəfər də olub.

Rasim Məmmədov deyib ki, bu adam zavodda metal işinə baxıb, kimin zavoda nə göndərməsindən xəbəri olmayıb: “Bu hardan bilsin ki, Rövnəq Abdullayev, Ziya Məmmədov, Cavid Qurbanov zavoda nə qədər metal göndərib. Səlahiyyətsiz bir işçi olub”.

Rasim Məmmədovun vəkili Zibeydə Sadıqova bu yerdə müstəntiq Samir Həsənovun məhkəmədə dindirilməsinə dair vəsatətlə çıxış edib. Vəkil vəsatətini şahidin ifadəsinə aydınlıq gətirilməsi ilə əsaslandırıb. Hakim bildirdi ki, vəsatətə şahidlərin dindirilməsi başa çatdıqdan sonra baxılacaq.

Sonra Mübariz Səmədov ifadə verib. İfadəsində göstərib ki, Rasim Məmmədov həbs olunmamıçdan iki ay əvvəl onu DTX-ya çağırıblar: “Azeri Steel”ə getdim, Rasim, Çingiz, Yusif otaqdaydı. Dedim ki, məni DTX-ya çağırıblar, bu “Azeri Steel” kimindir, orda nə deyəcəm? Hamısı bir-birinin üzünə baxdı, heç kimdən səs çıxmadı".

İfadənin bu yerində Rasim Məmmədov dillənib: “Qorxduq da deməyə”.

Şahid ifadəsinə davam edərək bunları deyib: “DTX-dan çıxandan sonra gəldim ”Azeri Stell"ə, şirkətin 10 illik hesabatı ilə bağlı məlumatları iki flaşkarta yığdım, özümdə saxladım. Rasim Məmmədov tutulan ərəfədə məni yenə DTX-ya apardılar. Həmin gün Rasim Məmmədova yaxın olan adamları gecəyarı buraxsalar da, məni səhərədək saxladılar. Dedilər ki, öz ərizənlə razılıq ver ki, evində axtarış aparaq. Yoxsa məhkəmə qərarıyla özümüz gedəcəyik. Mənə orada təzyiqlər göstərdiklərinə görə razılıq verdim. Birlikdə evimizə getdik, qapıya çatanda dedilər evin altını-üstünə çevirib özümüz tapaq, yoxsa öz xoşunla verirsən? Mən də həmin flaşkartları onlara verdim. Həmin flaşkartda 10 ildə 92 milyon manat haralara gedib, hamısı qeyd olunmuşdu. O 92 milyon manatdan işçiləri maaşları və zavodun digər xərcləri çıxılıb, 85 milyon gəlir qalıb. O 85 milyon manatdansa kod adları altında kimə nə qədər verilib, hamısı vardı. Məsələn, şirkətin bəzi işçilərinin Dubayda istirahəti üçün xərclənən pullar, “yuxarı-1", ”yuxarı-2", o yuxarı, bu yuxarı. Bu yerdə Rasim Məmmədov dillənib ki, “o yuxarı mən olmuşam".

1976-cı il təvəllüdlü Rasim Məmmədov “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur. Cinayət işində söhbət 185 milyon manatlıq mənimsəmə və israfetmədən gedir.

Qeyd edək ki, R. Məmmədov ortağı, AMEA prezidenti Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev və kürəkəni, sabiq deputat İlham Əliyevin şikayəti əsasında saxlanılıb.

Onlar ərizələrində bildiriblər ki, Rasim Məmmədov birinin 4 milyon, digərinin isə 3,5 milyon dollar vəsaitini mənimsəyib.

Xatırladaq ki, Rasim Məmmədov və Mehdiyevlər ailəsi biznes ortağı, əsasən “Baku Steel Company”də birgə pay sahibi olublar. R.Məmmədov daha çox Ramiz Mehdiyevin yaxın adamı kimi tanınıb.

Vaxtilə Ramiz Mehdiyevi himaayəsində fəaliyyət göstərən Rasim Məmmədova CM-in 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və başqa maddələrilə ittiham verilib. O, özünü təqsirli bilmir.
 

Dünyapress TV

Xəbər lenti