Kim yalan danışır: ƏDLİYYƏ, YOXSA SƏHİYYƏ NAZİRLİYİ - “NƏRMİN İŞİ”ində YENİ ZİDDİYYƏTLƏR
Tovuzda 10 yaşlı Nərminin itkin düşməsi, 47 gün sonra kənddə yanmış meyitin tapılmasıyla bağlı cinayət işində üzə çıxan bir sıra yeni saxtakarlıqlardan danışım.
Məhkəməyə Ədliyyə Nazirliyinin Aysel adlı eksperti gəlib. Deyir ki, meyit yanan gün (6 yanvar) oradan götürülən paltarlar və başqa predmetlər yanvarın 17-dən fevralın 17-nə qədər məndə olub, onları tədqiq eləmişəm, rəy vermişəm. Rəydə də göstərib ki, hadisə yerindən tapılan bəzi paltarlarda İlkinin gödəkçəsinin lifi tapılıb.

Vəkillər Ayselə işin içində olan, Səhiyyə Nazirliyinin ekspertiza rəyini göstərdilər. O rəydə göstərilib ki, həmin paltar və predmetlər yanvarın 13-dən fevralın 21-nə qədər Səhiyyə Nazirliyinin ekspertlərində olub.
Yəni eyni paltarların, əşyaların faktiki eyni müddətdə müxtəlif yerlərdə olması mümkün deyil. Deməli, ya Aysel yalan danışır, ya da Səhiyyə Nazirliyinin ekspertləri…
O da məlum olub ki, Aysel hadisə yerindən tapılmayan, protokollarda olmayan parça, paltarlarla bağlı rəy verib. Məsələn, Ayselin əlinə necə gəlib çıxdığı bəlli olmayan bir cins şalvar qalığıyla bağlı rəy verib ki, bu, meyitin əynində olub, üstündən də İlkinin gödəkçəsinin lifi tapılıb.
Vəkillər də deyir ki, ay Aysel xanım, meyitin üstündə olubsa, bəs niyə müstəntiq onu hadisə yerində görməyib, oradan paltarları toplayanda bunu da protokollaşdırmayıb, orada tapılan hər şeyin fotosu çəkilib, arasında bu şalvarın şəkli yoxdur…
Aysel xanım deyir ki, mənə yanğın yerindən tapılan kisə gətirilib verilmişdi, onun içini açanda orada gördüm…

Vəkillər də deyir ki, Aysel xanım, həmin kisənin şəkli açıq şəkildə iş materialında var, orada cins şalvar-filan görünmür, olsaydı, müstəntiq də görərdi. İkincisi, ekspertiza mərkəzində Zemfira adlı ekspert də o kisəni açıb, bu haqda rəyi var, sizdən fərqli olaraq, onun içində cins parça-filan görməyib…
Aysel xanım o torbanın içindən hadisə yerində olmayan, başqalarının görmədiyi, üstündə qan ləkəsi olan qırmızı əski parçası da “tapıb”. Və rəy də verib ki, o parça ilə İlkin Süleymanovgilin evindən götürülən yorğan üzü eyni parçadandı…
Məsələ burasındadır ki, cinayət işində İlkin Süleymanovun Nərmini başından daşla vurduğu, qan axmasın deyə başına qırmızı parça bağladığı yazılıb…
Məhkəmədə sübutlara baxış keçiriləndə vəkillər etiraz etdi ki, maddi sübutlar saxlanılan torbaların ağzı möhürlü, bağlı olmalıydı. Bunlar isə açıqdır, sübutlara müdaxilə olunub, nələrinsə dəyişdirilmə ehtimalı var…
Süleymanovlar evlərindən götürülmüş yorğan üzünə baxanda göründü ki, onun bir hissəsi kəsilib. Və kəsilmiş hissə də üzərində qan ləkəsi olan, yanmış parçanın ölçüsünə uyğun gəlirdi…
Vəkillər iddia edir ki, Süleymanovların evlərindən yorğan üzü götürüləndən sonra onun bir hissəsi kəsilib və yandırılıb, saxta sübut düzəldilib. Onlar hesab edir ki, əgər doğrudan da əvvəldən belə bir əski parçası olsaydı, o zaman hadisə yerində olardı, oradan tapılıb, protokola da daxil edilərdi…

Yada salım ki, bundan öncə telefonla bağlı ekspert rəyində bənzər ziddiyyətlər ortaya çıxmışdı. Məsələn, ekspert rəy vermişdi ki, yanvarın 8-də səhər saat 10.30 radələrində İlkin Süleymanov telefonunda çılpaq qadın fotosuna baxıb.

İşin faktiki hallarından, məhkəmədə dindirilən çoxsaylı şahid ifadələrindən, hətta Nərminin öz valideynləri və digər qohumlarının dediklərindən məlum olur ki, İlkin yanvarın 6-da axşamdan artıq polis şöbəsində olub. Faktiki telefon artıq özündə yox, polislərdə olub. Ən asası, cinayət işinin materiallarında dindirmə protokolu var. Oradan görünür ki, həmin gün – yanvarın 8-də həmin saatda İlkin Süleymanov müstəntiqin yanında dindirmədə olub. Bu üzdən vəkillər də deyir ki, ya ekspert saxtakarlıq edib, ya da İlkin Süleymanov o çılpaq qadın şəklinə müstəntiqlə birlikdə baxıb – iki variantdan biridir…
Bir işdə nə qədər saxtakarlıq olar?!
Aytən Məmmədova
gununsesi.info

Bölmənin digər xəbərləri

20 Aprel 2025 60-dan çox şagird bu gün keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək - SƏBƏB
20 Aprel 2025 Türkiyədə turistlər üçün hazırlanmış saxta avro sikkələri müsadirə olundu
20 Aprel 2025 Bu gün Bakının 550 küçəsi yuyulub
20 Aprel 2025 32 nəfərin zəhərləndiyi "Venesiya"da bu axşam da toy var - Bir nəfər 80 manatdan başlayır
20 Aprel 2025 Adı plastik cərrahların siyahısında olmayanların aqibəti necə olacaq? - VİDEO
20 Aprel 2025 İntensiv yağıntı zamanı su altında qalan maşınların aqibəti necə olacaq? - VİDEO
19 Aprel 2025 Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....
19 Aprel 2025 Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?
19 Aprel 2025 Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır – HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR
19 Aprel 2025 Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal
18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?
18 Aprel 2025 İcra Hakimiyyəti məndən hər ay 500 manat istəyir
18 Aprel 2025 Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verib? - Rəsmi yoxlama aparıldı, ortaya elə faktlar çıxdı ki...
18 Aprel 2025 Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır – FOTO
18 Aprel 2025 Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin bu əmlaklarına həbs qoyulacaq-Siyahı
18 Aprel 2025 Məşhur plastik cərrahlara qadağa - Siyahıda yoxdular
18 Aprel 2025 "Şərur" MTK-nın mənzillərini su damır- Video
18 Aprel 2025 Rusiya İran casusunu Azərbaycana vermədi - DETALLAR
18 Aprel 2025 Kürdəmirdə 2 yaşlı körpə xəstəxanada öldü
17 Aprel 2025 Bakıda ataya hücum edib, uşaqlarını qaçırdılar

Dünyapress TV

Xəbər lenti