“Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kəmaləddin Qafarovun Azərbaycanda Türkiyəyə nisbətən dərmanların ucuz olduğunu deməsi düzgün yanaşma deyil. Türkiyənin dərmanlarından istifadə edirəm. Azərbaycanda dərman yoxdur. Hamısının tərkibində müxtəlif qatqılar var. Azərbaycanda başqa sahələr kimi səhiyyə sistemi də batıb, yoxdur. Buna səbəb müəyyən insanların monopoliyasıdır…”

Bu sözləri Pravda.az-a müsahibəsində Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Azərbaycanda dərmanların baha olması barədə artan şikayətlərə münasibət bildirərkən deyib.

“Məndə Kəmaləddin Qafarov barədə ciddi məlumatlar var. Yaxın vaxtlarda, görünür, açıqlama verməli olacağam. Bizdə onların hamısının maxinasiya, ya nə ilə məşğul olduqları barədə çox ilginc məlumatlar var. Hər şeyi öz cibləri ilə ölçürlər, başqa işlərlə məşğuldurlar. Hamısını açıb ortaya qoyacağıq…”, – partiya sədri bildirib.

Ardını oxu...
DİA.AZ: - "3 gün öncə "Qoç Ət"in Nərimanov filialında oturduq iftara. Normalda həmişə getdiyim yerdir. İftar üçün süfrəyə su və 4 ədəd xurma da qoymuşdular". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Minə adlı istifadəçi giley edir.

Ardını oxu...

Daha sonra narazı vətəndaş bildirir: "Sonda onu da hesaba qatıblar... Mən bu qədər illik həyatımda ilk dəfədir belə şeylə qarşılaşırdım.

Ramazanda iftar üçün getdiyim çox yerdə hətta çay belə ikram olarkən... bunlar 4 xurmanı da hesaba qatırlar. Məsələ 4 xurmada və 1 balaca butulka suda deyil. O qədər hesabın yanında bundan nə əldə edirsiz ki?..

Onsuz, ramazana görə qiymətləri qaldırmışdız yarı qiymətinə. İnsaf yaxşı şeydir. Müsəlman müsəlmana bunu etməz..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Ardını oxu...
Azərbaycan xalqı bu məlumatları ilk dəfə eşidəcək! Belə bir araşdırma Azərbaycanda ilk dəfə yayımlanır. DİA.AZ bildirir ki, hər halda, bu faktlardan aydın olacaq ki, əslində Azərbaycanda keçirilən “Formula-1” yarışması kimə sərf edir?

Nazir oğlu "FORMULA-1" idman yarışlarında könüllü işləyən gənclərimizi pulsuz işlədib, özü isə Monakoda milyonlarla qiyməti olan yaxta-gəmilər alıb...

Niyə bu yarışlar vaxtı xalq əziyyət çəkməlidir amma hansısa məmur balası buna görə milyonlar qazanır? Yadınızda olar Azərbaycanlı könüllü gənclər bütün günü günəşin altında pulsuz parasız, durub işləyirdilər... bax, həmin vaxtlar nazir oğlu Arif Rəhimov Monakoda 10 milyon manat xərcləyib özünə 2 super-yaxta almışdır.

Nazir oğlunun milyonluq yaxtalardan əlavə olaraq bahalı maşınları da var. Bu yaxtalar, maşınlar bizim, Azərbaycan xalqın pulları ilə alınıb....

Daha ətraflı aşağıdakı videoda:



Araşdırma videosu ilə bağlı dia.az olaraq bütün maraqlı şəxsləri dinləməyə hazırıq...
Ardını oxu...
Rusiya təhlükəsizlik xidmətləri ölkənin yüksək rütbəli məmurlarının xaricə çıxmasının qarşısını almaq üçün onların pasportlarını müsadirə edir.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Financial Time” nəşri məqalə dərc edib.

Qəzetin fikrincə, bürokratlara artan təzyiq Kreml və FSB-nin elitanın sədaqətinə şübhələrini əks etdirir, onların çoxu şəxsi olaraq müharibəyə qarşı çıxır və onun həyat tərzinə təsirindən narazıdır.

Öz növbəsində, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Financial Times-ın sorğusuna cavab olaraq, xarici səfərlərin “həssas” sahələrdə çalışanlar üçün məhdudlaşdırıldığını təsdiqləyib.

Onun sözlərinə görə, diferensiallaşdırılmış yanaşma var və Ukraynada xüsusi hərbi əməliyyatın başlaması ilə bu məsələyə daha çox diqqət yetirilib.
Ardını oxu...
Ukrayna prezidentinin müşaviri Mixail Podolyak hərbi müxbir Vladlen Tatarskinin qətlində Ukraynanın əli olmadığını bəyan edib.

Bu barədə o, özünün “Twitter“ səhifəsində yazıb.

“Daxili terrorizmin nə vaxt daxili siyasi mübarizə alətinə çevriləcəyi məsələsi zaman məsələsi idi”, o yazıb.

Xatırladaq ki, Sankt-Peterburqda kafedə müharibə müxbiri Vladlen Tatarskinin yaradıcılıq gecəsi zamanı partlayış baş verib. Hadisə nəticəsində jurnalistin özü ölüb, daha 25 nəfər yaralanıb.
 
Ardını oxu...
"Qaradağ rayonunda polisin atəş açması ilə bağlı məlumatlar yayılıb. Bakının bir neçə istiqamətində polis postları quraşdırılması və nəzarət yoxlama tədbirləri keçirilir".

TEREF.AZ yazır ki, bu barədə Qaynarinfo-nun sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, millət vəkili Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədər Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfər müəyyən olunaraq saxlanılıb.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, martın 28-də saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 "Z” ünvanında "Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
TEREF.az yazır ki, bəzi teleqram kanalllarının verdiyi məlumata görə, Fazil bəyə suiqəsdlə əlaqədar bir nəfərdə Qaradağ rayonunda saxlanılıb!

Ardını oxu...İranın Azərbaycan siyasəti ilə bağlı danışan və fikirlərini açıq şəkildə çəkinmədən söyləyən bir neçə deputat var. Onlardan biri də dünən evinin qarşısında güllələnən Fazil Mustafadır. Fazil Mustafa İranın Azərbaycan siyasətini kəskin tənqid edən deputatdır. Ötən gün yerli TV-lərin birində çıxış edən deputat Fazil Mustafa və Vüqar İskəndərov İranın mövcud siyasəti ilə bağlı fikirlərini söyləmişlər. Fazil Mustafa açıqlamasında İranın bu günki siyasəti Molla zeyhniyyət ilə düşünülmüş, primitiv və bəs it və İranın özünə zərər verə biləcək siyasət adlandırıb. O, qeyd edib ki, İran bu proseslərdən özü zərərli çıxacaq.
Vüqar İskəndərov müsahibəsində bildirib ki, “İranının siyasi rəhbərliyi ilə Ermənistan Təhlükəsizlik Şurasının katibinin görüşündə İran tərəfi Ermənistan və İranı “bir millət iki dövlət” kimi elan etmiş və qeyd etmişdi ki, bu ölkələri çox dərin köklər bağlayır”...

Görünür Fazil Mustafanın İrandakı Molla rejiminin siyasətinin fikirləri ilə bağlı düşüncələri Azərbaycandakı “mollaların” xoşuna gəlməyib. Azərbaycandakı İran molla rejiminin törtöküntülərinin növbəti hədəf kimdir?

Deputat Vüqar İskəndərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Fazil Mustafaya qarşı törədilmiş bu hərəkət terrordur, Azərbaycana qarşı uzanan xain əldir.

“Belə təhdidlər bizi öz yolumuzdan çəkindirə bilməz. Görünür, bu hadisənin sifarişçilərinin, törədənlərin gözü Azərbaycanın rifahını götürmür. Əminəm ki, qısa zaman ərzində bu hadisəni törədənlər aşkar edilərək, layiqli cəzalarını aıacaqlar”,- deyə deputat bildirib.

P.S. Haqqı danışan dili xaincəsinə susdurmaq ancaq xain xislətlilərin işidir. Bundan sonra vəziyyət necə olmalıdır? Deputatlara xidməti silahmı verilsin, yoxsa xüsusi mühafizəçilərmi?Onsuz da haqqı deyən, seçicisinin yanında olanda, mətbuata açıq olan, bizdən biri olan barmaqla sayılacaq qədər deputat var. Onları da belə susdursalar?! Növbəti hədəfin növbəti danışan dil olmayacağına kim zəmanət verə bilər?

Deputat Vüqar İskəndərov da, belə təhdidlər alır... Bunu o mətbuata açıqlamasa da, dostları, tanışları bundan xəbərdardır... Gəlin, növbəti hədəflərin seçilməsinə izin verməyək. Hamımız rejimin riyakar, ikiüzlü, satqın, molla zehniyyətli siyasətini tənqid edək.

Azərbaycanda olan iranpərəst, “mollabaşları” aralarımızdan təmizləyək.. Susmayaq... Allah danışan dilləri, haqqı deyənlər özü molla rejiminin qalıntılarından hifz etsin.
Ardını oxu...
Rusiyanın Zabaykal diyarının paytaxtı Çita şəhərində güclü külək və yanğın səbəbindən fövqəladə vəziyyət rejimi elan edilib.

Bununla bağlı əmri şəhər meri səlahiyyətlərini icra edən Andrey Qrenişin imzalayıb.

Şəhər hakimiyyətinin məlumatına görə, küləyin sürəti saniyədə 22 metrə çata bilər ki, bu da ciddi təhlükə yaradır. Belə ki, otların od tutması nəticəsində çöl yanğını daha geniş sahəyə yayıla bilər.
 
Ardını oxu...
Məlum olduğu kimi, aprelin 9-da Bakı şəhərinin Nəsimi, Nərimanov, Sabunçu, Səbail, Xətai rayonlarında, Gəncə (I hissə), Lənkəran, Şəki şəhərlərində, Astara, Ağdam, Ağcabədi, Ağsu, Biləsuvar, Daşkəsən, Xızı, İmişli, Kürdəmir, Qusar, Saatlı, Şabran, Samux, Şəmkir, Siyəzən və Zərdab rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, buraxılış imtahanında iştirak edəcək şagirdlər https://eservices.dim.gov.az/sagirdbv/ linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Şagirdlər iş nömrəsiniburadanöyrənə bilərlər.

Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.

Gəncədə yerləşən məktəblərin şagirdlərinin imtahanı 2 imtahan gününə bölünüb. Bu hal yuxarıda müvafiq olaraq, “hissə” adlandırılıb və hiperlink qoyulub. Linkin üzərinə basdıqda qeyd olunan tarixdə hansı məktəblərin şagirdlərinin imtahan verməsi haqqında məlumat açılır. Digər məktəblərin şagirdləri aprelin 16-da imtahan verəcəklər.
 
Ardını oxu...
Tanınmış bloger Mehman Hüseynov “Poz, qazan” mərc oyunun bir kələk olduğunu ifşa edən material hazırlayıb. Tribunainfo.az xəbər verir ki, bloger “Azərlotereya” ASC-nin xalqın cibinə necə girməsini təsdiqləyən video süjet təqdim edib. O, əhalini bu qumara inanmamağa çağırıb. Həmin video materialı təqdim edirik:

 

Dünyapress TV

Xəbər lenti