Ardını oxu...
İranın rəsmi İRNA agentliyinin xəbərinə görə, episentri Hörmüzqan əyalətinin Bender Lenge şəhərinin Bender Konq bölgəsində olan zəlzələ yerli vaxtla saat 17:29-da qeydə alınıb.

Bildirilib ki, 5 bal gücündə zəlzələ 16 kilometr dərinlikdə baş verib.

Hörmüzgan Qubernatorluğunun Böhran İdarəetmə baş direktoru Mehrdad Həsənzadə vəziyyətin qiymətləndirilməsi üçün qrupların Bender Konqa göndərildiyini və lazımi yardımın göstərilməsi üçün işlərə başlanıldığını açıqlayıb.

Zəlzələdə can və ya mal itkisi olub-olmadığı barədə məlumat yoxdur. (AA)

Tərcümə: "24 SAAAT"
 
Ardını oxu...
Qirkin, Xarçenko və Dubinski mülki təyyarənin qəzaya uğraması və 298 nəfərin qətlində təqsirli bilinib.

Bu barədə Reuters məlumat yayıb. Bildirilir ki, Haaqa məhkəməsi Donbasda Malayziyaya məxsus MH17 reysinin Rusiya raketi ilə vurulduğunu təsdiqləyib.

Malayziya Hava Yollarına məxsus MH17 reysi 2014-cü ildə Ukraynanın şərqində, o vaxtlar “DXR” yaraqlılarının nəzarəti altında olan Pervomaysk yaxınlığındakı sahədən atılan Rusiya istehsalı olan raketlə vurulub.

Nəşr yazır ki, bu qənaətə noyabrın 17-də təyyarə qəzasında şübhəli bilinən dörd nəfərin işinə baxan Hollandiya məhkəməsi gəlib.

“Məhkəmə hesab edir ki, MH17 “Buk” raketi ilə Pervomaysk yaxınlığındakı kənd təsərrüfatı sahəsindən vurulub, nəticədə 283 sərnişin və 15 ekipaj üzvü həlak olub”, – sədrlik edən hakim Hendrik Stenhuis deyib.

Sergey Dubinski, Oleq Pulatov, Leonid Xarçenko və artıq tanınmış FTX zabiti İqor Strelkov-Qirkin mülki təyyarəni vurmaqda ittiham olunurlar.

Haaqa məhkəməsi Strelkov-Qirkinin təqsirini sübuta yetirmiş hesab edir, Xarçenko və Dubinski raketin buraxılışında şəriklər hesab edilir. Pulatovun təqsirli olmadığı məlum olub.

Məhkəmə həmçinin etiraf edib ki, təyyarə vurulan zaman qondarma “DXR”in ərazisi Rusiya tərəfindən idarə olunub.

Bundan əlavə, Haaqa məhkəməsinin qənaətinə görə, MH17-nin vurulduğu “Buk” hava hücumundan müdafiə sistemi Rusiyadan Ukraynaya gətirilib, sonra isə geri alınıb.

Son məlumata görə, Haaqa məhkəməsi Qirkin, Dubinski və Xarçenkonu qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edib.

Qirkin, Dubinski və Xarçenko həlak olanların yaxınlarına ən azı 16 milyon avro təzminat ödəməlidirlər. \\KONKRET.az
 
Ardını oxu...
Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park Yaşayış Kompleksində çoxmərtəbəli yaşayış binasında mənzildə baş verən partlayışla əlaqədar TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları hadisə yerinə cəlb olunub.

TƏBİB-dən APA-ya verilən xəbərə görə 3-ü uşaq olmaqla 4 nəfər xəsarət alıb. Xəsarət alanlar Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Tibb müəssisəsində müalicəsi aparılan cinsi qadın olan - 22 yaşlı B.N.-nın (III dərəcəli termiki yanıq diaqnozu) vəziyyəti ağır, cinsləri qadın olan - 7 yaşlı Ş.M, 4 yaşlı Ş.D. və cinsi kişi olan - 1 yaşlı Ş.Ö.-nün (hər biri II-III dərəcəli termiki yanıq diaqnozu ilə) vəziyyətləri isə orta ağır qiymətləndirilir.
 
Ardını oxu...
Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) 67 gün sonra Bakıda keçirilən xüsusi əməliyyatla bağlı məlumat yayıb. Məlumata görə, silahlı terror təşkilatı yaratmaq və idarə etmək ittihamı ilə beynəlxalq axtarışa verilmiş FETÖ üzvü Uğur Dəmirok Milli Kəşfiyyat İdarəsi tərəfindən Bakıda saxlanılaraq Türkiyəyə aparılıb.

Xatırladaq ki, Uğur Dəmirok bu il sentyabrın 6-da səhər saatlarında Bakıda, “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığında “yoxa çıxıb”. İş adamı sentyabrın 6-da səhər saatlarında evindən çıxaraq “Xalqlar dostluğu” metrosunun yaxınlığında yerləşən ofisinə gedib. Günorta saatlarında həyat yoldaşına Demirokun işə gəlmədiyi bildirilib. Əri ilə dərman satışı ilə məşğul olan Nurdan həyat yoldaşının axtarışına çıxıb. Ofisin yaxınlığında iş adamına məxsus “BMW” markalı avtomobili tapılıb. Ən yaxın avtoyuma məntəqəsinin əməkdaşı bildirib ki, Demirok qara maskalı şəxslər tərəfindən maşından çıxarılıb. Onlardan biri iş adamının başını aşağı əyib, digər ikisi isə qollarından tutub şüşələrinə qara plyonka vurulmuş mikroavtobusa mindirərək naməlum istiqamətə aparıblar.

Nurdan Dəmirok əvvəlcə ərinin cinayətkar dəstə üzvləri tərəfindən qaçırıldığını güman edib, lakin üçüncü dəfə yerli polis idarəsi ilə əlaqə saxladıqda qadına ərinin “Türkiyəyə getdiyi” deyilsə də, əlavə məlumat verilməyib. Nurdan ərinin pasportunu özü ilə götürmədiyini, zorla Türkiyəyə aparıla biləcəyini bildirib. Buna baxmayaraq, qadın polisdən əlavə məlumat ala bilməyib.

Nurdan hadisəni ərinin Türkiyədə yaşayan ailə üzvlərinə bildirib. İş adamının atası Dursun Dəmirok kiçik oğlu ilə birlikdə Ankaraya gedərək Uğur Dəmirokun Bakıda yoxa çıxması ilə bağlı prokurorluğa ərizə yazıb. Bu ifadə əsasında onlar itkin düşmüş şəxslərlə bağlı polis şöbəsinə göndəriliblər, orada polis əməkdaşlarından biri məlumat bazasında axtarış aparıb. İş adamının qardaşına “Qohumunuz yaxşıdır, narahat olmağa əsas yoxdur” deyilib. Məlum olub ki, Uğur Dəmirok Türkiyə həbsxanasındadır. Dəmirokun Bakıdakı taleyi ilə bağlı məsələ Türkiyə parlamentində kürd deputat tərəfindən qaldırılıb.

İndi isə Türkiyə mətbuatı hüquq-mühafizə orqanlarına istinadən Uğur Dəmirokun FETÖ terror təşkilatının üzvü olduğunu, 2016-cı il iyulun 15-də ölkədə baş vermiş hərbi çevrilişə cəhddən sonra xaricə qaçdığını bəyan edib. O da bildirilir ki, Dəmirok Türkiyə Silahlı Qüvvələrində gizli FETÖ strukturunda fəal çalışıb, eyni zamanda təşkilat üzvlərinin gizli yazışmalar üçün quraşdırdığı ByLock proqramının istifadəçisidir. Türkiyə xüsusi xidmət orqanları əvvəllər də oxşar məxfi əməliyyatlar çərçivəsində bir çox xarici ölkələrdə, o cümlədən Azərbaycanda “Gülənçi”ləri saxlayıb Türkiyəyə aparıblar. 2016-cı il hərbi çevriliş cəhdindən sonra Fətullah Gülən təriqəti Türkiyədə silahlı terror təşkilatı elan edilib.

FETÖ-çülərin aktiv şəkildə ByLock proqramından istifadə etdikləri yeni məlumat deyil. Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu qətlə yetirən Mövlud Mərd Altıntaşa məxsus mobil cihazda da bu proqramdan istifadə olunduğu təsbit edilmişdi.O zaman bu barədə Türkiyə mətbuatı, Rusiya kəşfiyyatına məxsus mənbələrə istinadən xəbər verib. Bildirilirdi ki, 4 mərhələli şifrəni açmağa müvəffəq olan mütəxəssislər, mobil cihazda bir sıra dəlillər əldə ediblər. O zaman əldə edilən dəlillər qatilin FETÖ terror təşkilatı, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqəli olduğunu üzə çıxarıb. Bildirilirdi ki, Mövlud Mərd Altıntaş, sui-qəsddən əvvəl ByLock proqramı vasitəsilə 6-sı qırmızı, 2-si narıncı kateqoriyada yer alan fətullahçılarla əlaqə qurub.

Qəzet yazdıqlarından sitat: “Terrorçunun telefonundan alınan siqnallara görə, səfirin qatili bir müddət əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin İraqdakı bir ofisində qeydə alınıb. Yəni bu idarənin Ərbil şəhər ofisi yaxınlarında bir xeyli vaxt keçirib. Həmin vaxt ərzində terrorçunun mobil cihazındakı siqnal 7 saat ərzində kəsilib. Qatilin bu vaxt ərzində kimlərlə ünsiyyət qurduğunu müəyyən etmək mümkün olmayıb”.

Cinayəti araşdıran rus-türk birgə əməliyyat dəstəsi üzvləri bütün bunları incələyərkən ByLock-un serverlərinin Litvada yerləşdiyini müəyyən etmişdilər. Məlum olmuşdu ki, FETÖ-nün şifrəli xəbərləşmə proqramının (ByLock) ən böyük özəlliyi, danışıqların 5 saniyə sonra yaddaşlardan silinməyi, ortada bir iz buraxmaması faktıdır. İstifadəçilərin barmaq izləri, ByLock-da şifrələməni öz üzərinə götürür.

Bülent Orakoğlu kimdir?

“Yeni Şafaq” qəzetinin köşə yazarı Bülənd Orakoğlu bu mövzunu türk mətbuatında daşıyan ilk yazarlardan biri idi. Sabiq MİT zabiti olan yazar ByLock haqda yazırdı: “FETÖ tərəfindən gizli ünsiyyət üçün istifadə edilən ByLock serverlərinin, Litva paytaxtı Vilnüsdə olduğu üzə çıxmışdı. Türk MİT-i əvvəlcə bu serverlərə qarşı xüsusi kiberhücumlar təşkil edərək təxminən 215 min 92 istifadəçidən 53 minini deşifrə etməyi bacarır. Lakin İnterpol xətti ilə Litvaya göndərilən növbəti sorğulara kobudcasına "Yox!" cavabı gəlib. Bundan sonra Vilnüsdə ByLock serverlərin bulunduğu binada gizlicə əməliyyat keçirilib, son texnologiya avadanlıqları sayəsində səkkiz pilləli şifrə qırılmaqla ByLock qeydlərinə aid bütün məlumatları qısa müddətdə götürülüb. Əməliyyat gecəsi xüsusi təyyarə ilə vətənə dönən türk kiborqları, 215 min ByLock istifadəçisinin bütün köhnə, guya yaddaşdan silinmiş qeydlərini də ölkəyə gətiriblər".

"O zaman Bülənd Orakoğlu belə bir ehtimal irəli sürmüşdü ki, əməliyyat nəticəsində bir sıra köhnə cinayətlərin üstü açılacaq. Bakıda 2022-ci ilin sentyabrında keçirilən əməliyyat da bu ehtamal təsdiqləmiş oldu. Bülənd Orakoğlu “ByLock istifadəçilərinin şifrələri tam halda, 90 faiz üzə çıxıb” - deyə müəllif yazısında qeyd etmişdi.

Türkiyənin Elm, sənaye, texnologiyalar naziri 2017-ci ildə bu mövzu ilə əlaqədar bunları deyib: “Hamımız ByLock mobil xəbərləşmə proqramına yaxşı bələdik. Sistem, məxfi şifrələnmə əsasında, kriptoqrafik yolla yaradılıb. Müəlliflər, bizim sabiq milli "TÜBİTAK" (Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası - “Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu”) üzvləridir. Heyf, bu təsisat indi bütövlüklə FETÖ-nün nəzarəti altındadır. Proqram müəllifləri Gülənin paralel dövlətində mühüm vəzifə sahibləridir. ByLock istifadəçilərinin sayı eynən FETÖ-çular qədərdi. Bu sistem vasitəsilə öz aralarında təmasları 2013-cü ilin sonundan start götürüb".

ByLock mobil xəbərləşmə sistemini informasiya təhlükəsizliyi sahəsində ad çıxarmış bir çox xarici müəlliflər çox da etibarlı hesab etmirdilər. Tim Strazzere, Amerika-İsrail mənşəli “SontinelOne” şirkətinin aparıcı mütəxəssisi ByLock sistemini belə xarakterizə edir: “Bir neçə dəqiqə ərzində proqramı söküb yenidən qurmaq mümkündür. Mən, hizmətçilərdən fərqli olaraq, ona qəti şəkildə etibar etməzdim

Bir başqa mütəxəssis, Metyu Qrin də sistem haqda öz kinayəsini gizlətmir: "İstifadəçi bu sistemdə anonim olaraq qalır. Amma məxfi kod açarlar mərkəzi serverdə şifrəsiz, açıq halda qalır ki, bu da təhlükəsizlik baxımından çox risklidir. Yüksək texnologiya sahibləri bu cür serverlərə rahat daxil olub xəbərləşmə trafikinin yaddaşını tam bərpa edə bilər deyə mən ondan istifadə etməzdim".

ByLock mobil xəbərləşmə sistemi yarandığı ilk günlərdə “Apple”, “Google Play” maqazinləri çərçivəsində, 2014-cü ildə dünya bazarına girsə də, tezliklə bu ünvanlar onu öz səhifələrindən silir. Sonradan bu mobil xəbərləşmə sistemi, lazımı təhlükəsizlik tələblərinə cavab verməyən “Android” “Windows Phone”, “Blakberry” serverlərində görünməyə başlayıb. (musavat.com)
 
Ardını oxu...
Türkiyənin İstanbul şəhərində altı nəfərin ölümünə, onlarla insanın yaralanmasına səbəb olan bombanı atan suriyalı Ahlam Albaşirin istintaq prosesi davam edir.

Hadisə ilə əlaqədar daha iki nəfər nəzarətə alınıb. Bununla da saxlanılanların sayı 50-yə çatıb.

Polis A.Albaşirə bomba yüklü çantanı verən B.ni Ədirnəyə aparanların izinə düşüb. Məlum olub ki, həmin şəxs Ammar Jarkasdır. Şübhəlilərin sorğu-sualı davam etdirilir.

Qeyd edilir ki, Ahlam Albaşir və B.ni hadisə yerinə Yasir adlı şəxs aparıb. Abaşir Beyoğlu rayonunda çantanı B.-dən alıb və İstiqlal prospektinə gedib. B. adlı terrorçu isə eyni avtomobillə geri qayıdıb.

Ahlam Albaşir hadisəni törədən sonra B.-yə zəng eləyib, amma ikinci ona deyib ki, başının çarəsinə baxsın. Bundan sonra Albaşir taksi ilə Esenlerdəki ünvana qayıdıb. B. isə Ammar Jarkasın köməyi ilə Ədirnəyə qaçıb. Sonra Jarkas İstanbula qayıdıb və orada tutulub.
 
Ardını oxu...
Türkiyənin İstanbul şəhərinin Fatih rayonunda bir avtomobildə başlayan yanğın digər nəqliyyat vasitələrinə sıçrayıb.

Cebhe.info xəbər verir ki, bu barədə “Haber Türk” məlumat yayıb.

Bildirilib ki, mobil telefon kamerası ilə çəkilən görüntülərdə yanğında alov arasından partlayış səsləri əks olunub.

Məlumata görə, duracaqda başlayan yanğın söndürülüb.
 
Ardını oxu...
Bakı Şəhər Binəqədi Rayon Məhkəməsi tanınmış vəkil Elçin Sadıqovun daha bir şikayətini rədd edib.

Bu barədə Gununsesi.info-ya vəkilin özü bildirib.

Onun sözlərinə görə, hakim Mahirə Muradovanın sədrliyi ilə keçirilən prosesdə onun Baş Prokurorluğunun istintaq idarəsinə qarşı telefonlarımın və kompüterinin yaddaş kartının götürülməsi, açılması, məlumatların ələ keçirilməsi, telefonların və yaddaş kartının geri qaytarılmamasının qanunsuz hesab edilməsi barədə şikayəti təmin edilməyib:

“Prokurorluq bildirdi ki, Elçin Sadıqovun vəkillik fəaliyyəti ilə bağlı məlumatlara baxamayacağıq. Hakim də, dərhal buna “inandı”.

Qərar verdi ki, “vəkil sirri” boş şeydir, əsas olan odur ki, prokurorluq narazı qalmasın.Qərardan apelyasiya şikayəti verdim”.
 
Ardını oxu...
Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində işləyən Əsgərov Zahir Fəxrəddin oğlu İranın Qum şəhərində dini təhsil aldığı müddətdə maddi maraq müqabilində adıçəkilən ölkənin xüsusi xidmət orqanı nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb edilib.

Bu barədə DTX-nin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, o, ötən dövr ərzində onların tapşırığı ilə Azərbaycanın suverenliyi və müdafiə qabiliyyətinin zərərinə istifadə etmək üçün xarici dövlətlərin ölkəmizdə fəaliyyət göstərən şirkət və nümayəndəlikləri, Xəzər dənizində Hərbi Dəniz Qüvvələrinin keçirdiyi təlimlərin yeri və vaxtı, neft platformalarına daşınan yüklər barədə məlumatlar toplayıb. Zahir Əsgərov sözügedən məlumatları mobil telefon vasitəsilə, eləcə də İranda həmin şəxslərlə görüşlər zamanı bilavasitə təqdim etməklə casusluq formasında dövlətə xəyanət edib.
Ardını oxu...
 
Ardını oxu...
DİA.AZ: - Dünən Mingəçevir şəhərinin 74 illiyi münasibəti ilə atəsfəsanlıq təşkil olunub. DİA.AZ bildirir ki, bu törən kimlər üçünsə əyləncəyə çevrilsə də, Mingəçevirdən olan ictimai fəal İbrahim Türksoya baha başa gəlib.

Bu barədə DİA.AZ-a açıqlama verən İ.Türksoy bildirir ki, xoşbəxtlikdən atəşfəşanlığın qurbanı təkcə özü olub: "Ətrafda körpə uşaqlar da var idi. Allahdan onlara bir şey olmadı.

Ucuz şounun nəticəsi belə olmalı idi.

Əlimdə, sinəmdə deşiklər var... Sağ qulağım yerə düşən qığılcımlar səbəbindən parçalanıb. Yaxşı ki körpə uşaqlara bir şey olmadı".

Ardını oxu...
Ardını oxu...

"Mən həmişəki kimi dözümlüyəm" deyib öz ağrılarını unudan ictimai fəal yenə də yaxınlıqdakı körpələri düşünür. DİA.AZ hadisənin videofaktını da təqdim edir:



Hər halda bu kimi olayların məqsədli törədildiyini deyə bilmərik. Amma rahatlıqla iddia edə bilərik ki, atəşfəşanlığın təşkilatçıları bu törənə artıq külli miqdarda büdcə pulunu mənimsəyiblər... FAKT ORTADADIR...

Dia.az olaraq məsələ ilə bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
İstanbulun Şişhane metrostansiyası yaxınlığında atışma səsləri eşidilir. Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli vətəndaşı zərərsizləşdiriblər.

Yerli sakinlər yaxınlıqdakı mağazalara sığınmağa məcbur olublar.

Şahidlər ən azı 60 atəş səsi eşitdiklərini iddia edirlər. (iz.ru)
 

Dünyapress TV

Xəbər lenti