Ardını oxu...
Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev həyat yoldaşından ayrılıb. O, boşanma haqda şəhadətnaməni məhkəməyə təqdim edib. Bu haqda “Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, Mövlam Şıxəliyevin həyat yoldaşından ayrılması onun istintaqa cəlb edilməsindən sonraya təsadüf edib.

Bakı Hərbi Məhkəməsində Mövlam Şıxəliyev və digər 3 MTN polkovnikinin cinayət işi üzrə keçirilən prosesdə Aybəniz Şıxəliyevanın adı dəfələrlə hallanıb. Zərərçəkənlər Aybəniz Şıxəliyevanın və ailə üzvlərinin - oğlu Elgün Şıxəliyevin, qızı Samirə Əliyevanın də istintaqa cəlb olunmalarını tələb ediblər.

Tələblərini belə əsaslandırıblar ki, Mövlam Şıxəliyev cinayət yolu ilə əldə olunan əmlakların böyük bir hissəsini həyat yoldaşı Aybəniz Şıxəliyevanın, oğlu Elgün Şıxəliyevin və qızı Samirə Əliyevanın adına rəsmiləşdirməklə leqallaşdırıb.

Zərərçəkənlərdən Hüseyn Səfərov “Yeni Müsavat”a deyib ki, Mövlam Şıxəliyevin həyat yoldaşından ayrılması müsadirə olunacaq əmlakları xilas etməyə hesablanmış addımdır: “Bir çoxları kimi, deyəsən, Mövlam Şıxəliyev də bilmir ki, onun həyat yoldaşından ayrılması üzərinə həbs qoyulan əmlakları müsadirədən xilas etməyəcək. Çünki Mövlam Şıxəliyev istintaqa cəlb ediləndən dərhal sonra onun və ailə üzvlərinin adına rəsmiləşdirilən bütün əmlaklar üzərinə həbs qoyulub. Mövlam Şıxəliyevlə Aybəniz Şıxəliyevanın boşanması isə bundan sonraya təsadüf edir. Yəni Mövlam Şıxəliyev həyat yoldaşı ilə əmlaklara görə əbəs yerə boşanıb”.

Hüseyn Səfərov bildirib ki, Bakı Apelyasiya Məhkəməsinə təqdim etdikləri şikayətlərində Mövlam Şıxəliyevin üzərinə həbs qoyulmuş bütün əmlaklarının müsadirə edilməsini, onun ailə üzvlərinin də istintaqa cəlb olunmalarını tələb ediblər: “İbtidai istintaq dövründə Mövlam Şıxəliyevin 23 əmlakının üzərinə həbs qoyulub. Bakı Hərbi Məhkəməsi həmin mülklərin 7-sini heç bir əsas olmadan Mövlam Şıxəliyevin özünə qaytardı. Bundan başqa məhkəmə üzərində həbs olan 16 mülkdən səkkizinin 1\2-nin yenə də heç bir əsas olmadan Mövlam Şıxəliyevin özünə qaytarılması barədə qərar qəbul etdi. Yerdə qalan 12 mülkün satılması və zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsinə qərar verilib. İşdə 36 zərərçəkən, 20 milyon manat zərər var. Mövlam Şıxəliyeviin ümumilikdə 23 mülkü satılsa da, yenə də biz zərərçəkmişlərə dəymiş ziyanın tam ödənilməsi mümkün deyil. Çünki zərərçəkmişlərə dəymiş ziyanın həcmi müsadirəyə götürülmüş 23 mülkün mövcud qiymətləndirmə ilə dəyərindən daha çoxdur. Bu səbəbdən Mövlam Şıxəliyevə məxsus bütün əmlakların müsadirə olunmasını, doğru-dürüst qiymətləndirilməsini tələb edirik. Mən 76 gün MTN-də girov saxlanılmışam. 76 gün ərzində ailəm, oğlum, qızlarım zülm-zillət içində olublar. Bu gün də mən onun arvadı Aybənizin, qızı Samirənin və oğlu Elgünün həbsini tələb edirəm. Onun arvadı Aybəniz Şıxəliyeva, 36 yaşlı qızı Samirə Əliyeva və 38 yaşlı oğlu Elgün Şıxəliyev də istintaqa cəlb olunmalıdırlar. Cinayət Məcəlləsində Mövlam Şıxəliyevin arvadı Aybənizin, qızı Samirənin, oğlu Elgünün həbsi üçün 2 maddə var. Cinayət Məcəlləsinin 193-1. maddəsi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlaki leqallaşdirma adlanır. Arvadı da, qızı da, oğlu da Mövlam Şıxəliyevin evinə apardığı torba-torba pulların, qızılların mənbəyini bilib. Gəlin görək, MTN-in İstintaq İdarəsində rəis işləyən biri maaşla milyonluq mülklər ala bilərdi? Haradandır torbalarla pullar, qızıllar? Arvadı Aybəniz bu gün milyonçudur. 10 milyonlarla ölçülən varidatın sahibidir. Onun sahibi olduğu əmlakları adına əri Mövlam Şıxəliyev iz azdırmaq üçün keçirib. İndi də formal olaraq boşanıblar, düşünürlər ki, bu cür gülünc üsullarla istintaqı və məhkəməni aldada biləcəklər.

Aybəniz Qinyaz qızı Şıxəliyeva 1961-ci ildəndir. Ağdaşdandır. Öyrənmişik ki, Aybənizin atası Qinyaz kasıb biri olub. Ortabab dolanıb. Aybənizin babası, Qinyazın atası da milyonçu olmayıb. Aybəniz Şıxəliyeva isə milyonçudur. Milyoner Aybənizin varidatının mənbəyi gizli deyil, ortadadır. Bu pulların mənbəyi Azərbaycan sahibkarlarının cibidir. Ağdaşlı Aybənizi milyonerə çevirən mənim kimi qanunsuz həbs edilən, girov saxlanılan iş adamlarıdır.

Cinayət Məcəlləsinin 194-cü maddəsi isə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə adlanır. Bu nə deməkdir? Mövlam Şıxəliyev günahı pul qazanmaq olan sahibkarları MTN-ə gətirdib və qanunsuz olaraq həbsə almaqla əllərindən pullarını alıb. Həmin pulları, həmin pullar hesabına əldə etdiyi varidatı arvadı Aybənizin, qızı Samirənin, oğlu Elgünün adına dövr etdirib. Mövlam Şıxəliyev cinayət yolu ilə əldə etdiyi əmlaklara ailə üzvlərini də şərik etməklə onları da cinayətkara çevirib. Azərbaycanda Mövlam Şıxəliyevin soyğununa məruz qalan şəxslərdən biri də mən olmuşam. Təsəvvür edin ki, çağırıb deyiblər ki, pul ver. Mən də heç bir cinayətim olmadığını demişəm, pul verməkdən imtina etmişəm. 2 ay yarım məni həbsdə saxlayıb evimi, oğlumun maşınını, qızlarımın, həyat yoldaşımın qızıl-zinət əşyalarını satdırıb pulunu alıblar. Bundan sonra məni qanunsuz həbsdən azad etsələr də, yenə də əl çəkməyiblər. Mövlam Şıxəliyev tipik dələduzdur. Hər dəfə bir şey fikirləşib məndən pul qoparırdı. Gah deyirdi ki, ad günümdür, mənə kostyum al. Gah deyirdi rütbə almışam, pul ver. Mənim kimi yüzlərlə iş adamı, sahibkarlar olub ki, şərləyib qanunsuz həbs ediblər, girov saxlayıblar, pul alıb buraxıblar. Amma əl çəkməyiblər. Onun qızı Samirə Əliyev Sumqayıtda musiqi məktəbində işləyib. Musiqi məktəbində işləyən müəllimənin 5-10 milyonluq əmlakı haradandır? Arvadı 2-ci qrup əlildir. Dövlətdən ayda 220 manat təqaüd alır. Haradandır adına olan 5-10 milyonluq əmlak? Oğlunun adına da milyonluq əmlaklar var. Mövlam Şıxəliyevin özü kimi ailəsi də bizə qarşı cinayətlərdə iştirak etdiklərinə görə həbsə alınmalıdırlar!"

“Yeni Müsavat”
 
Ardını oxu...
Qışda palçıqlı, yayda toz-torpaqlı, dərin çalalarla dolu və keçilməsi təngə gətirən yol.

TEREF.AZ bildirir ki, bu sözləri “Report”un Yuxarı Şirvan bürosuna Kürdəmirin Təklə kəndinin yollarının bərbad vəziyyətdə olmasından şikayətlənən sakinləri deyiblər.

Sakinlər bildiriblər ki, onlar kənddə məskunlaşandan bu günə qədər bir dəfə də olsa, yola asfalt örtüyü salınmayıb. Təklə kəndi rayon mərkəzindən 16 km aralıda yerləşir. Yolun 10 km-lik hissəsi Kürdəmir-Ağsu yolunun, 6 km-lik hissəsi isə Təklə kəndinin payına düşür. Kənd camaatına çətinlik yaradan da məhz yolun 6 km-lik hissəsidir.

Təklədə yaşayan 1 000 nəfərə yaxın sakin, 100-ə yaxın sürücü gediş-gəliş zamanı çətinlik çəkir. Qışda palçıq, yayda toz-torpaq sakinlərin gediş-gəlişinə mane olur, hərəkət çətinləşir, avtomobillər bərbad vəziyyətə düşür, sıradan çıxır.

Sakinlər Təklə kənd yolunda istər keçmiş SSRİ dövründə, istərsə də 1991-ci ildən sonra bir dəfə də olsa təmir-bərpa işlərinin görülmədiyini, yolun diqqətdən kənar qaldığını deyirlər.

Sakinlər bildirirlər ki, mövcud vəziyyətlə bağlı əlaqədar təşkilatlara müraciət ediblər. Onların sözlərinə görə, yolun vəziyyəti ilə bağlı 2020-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəsmiləri Kürdəmirdə görüş zamanı onlara rayonun Cəyli, Qarasaqqal və Təklə kəndlərinin yolunun çəkilişi eyni vaxtda olacağı deyilib. Amma təəssüf ki, Cəyli və Qarasaqqal kəndlərində yol tikintisi getdiyi bir vaxtda Təklə kəndinin yolu yenə diqqətdən kənarda qalıb.

Mövzu ilə bağlı Kürdəmir rayon İcra Hakimiyyətinə müraciət etdik. İcra hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin böyük məsləhətçisi (mühəndis) Şəfaət İsmayılov “Report”a bildirib ki, rayonda kənd yollarının yenidən qurulması işləri növbəli şəkildə həyata keçrilir. Adıçəkilən Təklə kəndinə asfalt örtüyünün salınmasının isə 2023-cü ildə həyata keçirilməsi nəzərdə tutulur.
 

Ardını oxu...
DİA.AZ: - "Şikayətim Dövlət İmtahan Mərkəzindəndir (DİM)". DİA.AZ bildirir ki, bu barədə "Mənim Şikayətim Var" sosial qrupundakı paylaşımında Fuad İsmayılzadə adlı istifadəçi giley edir.

Ardını oxu...

Daha sonr narazı vətəndaş yazır: "Satışa buraxılan hamımızın bildiyi bu test vəsaitlərinin cavablarını kitabda qeyd etmirlər.

DİM-in saytında ayrıca satırlar cavabları. Belə natamam məhsul kimə lazımdır? Nəyə görə əlavə pul verilməlidir test toplusunun cavabları üçün?"

Ardını oxu...

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
Qubadlı Rayon İcra Hakimiyyəti "R-İnşaat Group” MMC ilə satınalma müqaviləsi imzalayıb.

Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 80 281.3 AZN olan müqavilədə yaşıllaşdırma xidmətlərinin satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "R-İnşaat Group” MMC 26 fevral 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, akademik Həsən Əliyev küçəsi, ev 90, mənzil 9-da yerləşir. MMC-nin qanuni təmsilçisi Qasımov Rəşad Sərvər oğludur.

Açıq mənbələrdə Rəşad Qasımov və "R-İnşaat Group” MMC haqqında hər hansı məlumat yoxdur. Şirkətin veb-səhifəsi və əlaqə telefonlarına da rast gəlinmir.
Görünür, bu MMC-nin yeni yaradılması ilə bağlıdır.

"Dövlət satınalmaları haqqında” Qanunun 6.2.1-ci maddəsinə görə, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olması gərəkdir.

Bir ildir fəaliyyət göstərən 10 manatlıq şirkətin bu kriteriyaralara cavab verəcəyi inandırıcı görünmür.

 
Ardını oxu...
Türkiyədə fövqəladə vəziyyətlə əlaqədar Bosfor boğazının altından keçən “Marmaray” dəmir yolu tuneli boyunca qatarların hərəkəti dayandırılıb.

Məlumata görə, sərnişinlər hadisədən İstanbulun Asiya hissəsindəki Üsküdar stansiyasında xəbər tutublar. Orada səsgücləndiricilərdən istifadə edərək insanlara “fövqəladə vəziyyətlə əlaqədar bütün sərnişinlər dərhal stansiya platformalarını tərk etməlidirlər” xəbərdarlığı edilib.

Qatarların hansı səbəbdən dayanması barədə hələlik məlumat verilmir.
 

      
Ardını oxu...
Azərbaycanda magistral yolların birində yük maşını aşıb.

Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Hadisə zamanı yük maşınında olan kolbasa üçün nəzərdə tutulan ət yerə dağılıb.

Qəzanın Siyəzən rayonunda baş verdiyi bildirilir. Yerə dağılan ətləri sakinlərin daşıdığı görünür.

 
Ardını oxu...
Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı oktyabr ayı üzrə 467 müraciətçinin 406-sı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 61 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən xəbər verilib.

Bildirilib ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 22, dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 19, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 10, digər səbəblər üzrə 10 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyə Respublikasından 140, Rusiya Federasiyasından 133, Ukraynadan 93, Gürcüstandan 18, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 13, digər ölkələrdən isə 70 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 55, iqtisadiyyat üzrə 38, tibb üzrə 33, biznesin idarə edilməsi üzrə 28, stomatologiya üzrə 18 nəfər müraciətçi qeydə alınıb.

Bildiririk ki, sənədlərə ortalama baxılma müddəti 19 gün təşkil edib.
 
Ardını oxu...
Ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Mədəniyyət Nazirliyinin şöbə müdiri İlkin Nəsibov barəsində həbs qətimkan tədbiri seçilib.

Teref.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı Səbail Rayon Məhkəməsində qərar çıxarılıb. Belə ki, bu gün DTX tərəfindən İ.Nəsibov barəsində cinayət işi başlanılıb və işin istintaqı dövründə onun həbsdə qalması ilə bağlı məhkəməyə təqimat verilib. Məhkəmə təqdimatı təmin edərək İlkin Nəsibov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Əldə etdiyimiz məlumata görə, şöbə müdiri Cinayət Məcəlləsinin 179.4-cü maddəsi (mənimsəmə və ya israf etmə) ilə ittiham olunur.

Qeyd edək ki, İlkin Nəsibov 2020-ci ildə mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun əmri ilə Texniki təchizat və əmlakın idarəedilməsi şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
 
Ardını oxu...
Mingəçevirdə yol-nəqliyyat hadisəsi olub. Lent.az-ın məlumatına görə, hadisə şəhərin “20 Yavar” küçəsində, İcra Hakimiyyəti binasının qarşısında baş verib. “Opel” markalı avtomobil, “Nissan” markalı nəqliyyat vasitəsinə çırpılıb. Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, “Nissan” markalı avtomobil Mingəçevir şəhər icra başçısı İlham İsmayılovun xidməti maşını olub. Hadisə baş verərkən isə başçı avtomobildə olmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, Mingəçevir şəhəri ərazisində “Opel” markalı avtomobilin sürücüsü arxaya hərəkət edərkən manevr etmə qaydalarını pozub və “Nissan” markalı avtomobilə dəyib. Qaydanı pozan “Opel”in sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci ( manevr etmə qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb və nəqliyyat vasitələri yüngül zərər görüb.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, dünən Dövlət Təhlükəsizlik Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib.

TEREF.AZ bildirir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, həmin vaxt nazir Anar Kərimov iş yerində olmayıb. Lakin A.Kərimov DTX-nın əməkdaşlarının nazirlikdə olduğunu biləndə işə gəlmək istəsə də, sonra fikrindən daşınıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova “Unikal”a açıqlamasında nazir Anar Kərimovun dünən işdə olmadığını təsdiqləyib. O bildirib ki, nazir hazırda iş başındadır.
 

Dünyapress TV

Xəbər lenti