Yarım milyon erməninin(?) biri də Ukraynada həlak olmadı -
Ramil Hüseynov: “Harada separatçı fəaliyyət varsa, ermənilər orada separatçılarla bir sıradadılar”

Bu günlərdə Ukrayna Prezidenti Ofisinin keçmiş müşaviri Aleksey Arestoviç Azərbaycanın Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurmasını Bakının vacib qələbəsi kimi dəyərləndirdi:

“Bir neçə gün əvvəl Azərbaycan Qarabağı Ermənistanla birləşdirən yeganə nəqliyyat arteriyası olan Laçın dəhlizini nəzarət altına alıb. İki il yarım əvvəl sülh müqaviləsi bağlanandan sonra dedim ki, bu hələ başlanğıcdır. Hər şey sizin (Azərbaycan) olacaq. Qarşınızda duran vəzifələri həll etmək üçün beş il lazım olacaq və bu beş il artıq planlaşdırılıb. Bu gün Azərbaycan rəhbərliyi bir daha parlaq səviyyəli uzunmüddətli oyun nümayiş etdirir. İnsan ancaq həsəd apara bilər”.

Arestoviçin bu açıqlaması ermənilərin qəzəbinə səbəb olub. Utanmadan deyirlər ki, Ukraynada yaşayan yarım milyon erməni ölkənin ərazi bütövlüyü uğrunda döyüşür. Belədirsə, hanı statistik rəqəmlər? Məsələn, indiyə qədər 30 nəfər Ukrayna vətəndaşı olan azərbaycanlı həlak olub. Ancaq ermənilərlə bağlı bunların heç biri yoxdu.

“Rusiya ordusunda Ukraynaya qarşı təcavüzdə iştirak edən çoxsaylı erməni var”
Məsələyə münasibət bildirən Yeni Yol Partiyasının sədri Ramil Hüseynovun fikrincə, Ukraynada yaşayan ermənilər Rusiyaya rəğbət bəsləyir: “Erməni tərəfi nə qədər bunu gizlətməyə çalışsa da, ukraynalılar bunu yaxşı bilir. Hətta ermənilərin Donbasdakı separatçılarla birlikdə Ukrayna əsgərlərinə qarşı vuruşduqları haqda dəqiq məlumatlar var. Bu, ermənilərin xislətindən irəli gələn bir haldır. 1992-1993-cü illərdə ermənilərin “Baqramyan” adında batalyonu Abxaziya separatçıları ilə birlikdə Gürcüstanın mərkəzi hakimiyyətinə qarşı vuruşub. Harada separatçı fəaliyyət varsa, ermənilər orada separatçılarla bir sıradadılar. Bunu heç vaxt gözardı etmək olmaz. Bəli, Ukraynada xeyli erməni yaşayır və onlar kifayət qədər şəbəkələşiblər. Ancaq indiyə qədər Ukrayna mediasında ermənilərin Rusiya təcavüzünə qarşı vuruşduqları barədə hansısa məlumata rast gəlməmişəm. Əksinə, Rusiya ordusunda Ukraynaya qarşı təcavüzdə iştirak edən çoxsaylı erməni var. Rusiya mediasında Marqarita Simonyan, onun əri Keasoyan, Baqdasarov, Kurginyan və digərləri Kremlin əsas təbliğat ruporları hesab olunur. Gecə-gündüz Ukrayna hakimiyyətinə qarşı propoqanda ilə məşğuldular. Ukrayna birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Özü də təkcə sözdə yox, həm də əməldə. Çünki separatçılığın necə böyük bəla olduğunu yaxşı bilirlər. Bununla yanaşı, Ukrayna İkinci Qarabağ müharibəsinin hərbi tərəflərini öyrənir. Xüsusən də döyüşdə PUA-ların tətbiqi bu baxımdan Ukrayna hərbçiləri üçün daha çox maraqlıdır. Bir sözlə, hər kəs ermənilərin kim olduğunu yaxşı bilir. Ermənilərdən fərqli olaraq, orada yaşayan azərbaycanlılar birmənalı olaraq Ukrayna dövlətinin yanındadılar. Bu baxımdan erməni tərəfinin iddiaları reallığı əks etdirmir”.

Vidadi ORDAHALLI
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 60-dan çox şagird bu gün keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək - SƏBƏB
20 Aprel 2025 Türkiyədə turistlər üçün hazırlanmış saxta avro sikkələri müsadirə olundu
20 Aprel 2025 Bu gün Bakının 550 küçəsi yuyulub
20 Aprel 2025 32 nəfərin zəhərləndiyi "Venesiya"da bu axşam da toy var - Bir nəfər 80 manatdan başlayır
20 Aprel 2025 Adı plastik cərrahların siyahısında olmayanların aqibəti necə olacaq? - VİDEO
20 Aprel 2025 İntensiv yağıntı zamanı su altında qalan maşınların aqibəti necə olacaq? - VİDEO
19 Aprel 2025 Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....
19 Aprel 2025 Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?
19 Aprel 2025 Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır – HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR
19 Aprel 2025 Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal
18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?
18 Aprel 2025 İcra Hakimiyyəti məndən hər ay 500 manat istəyir
18 Aprel 2025 Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verib? - Rəsmi yoxlama aparıldı, ortaya elə faktlar çıxdı ki...
18 Aprel 2025 Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır – FOTO
18 Aprel 2025 Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin bu əmlaklarına həbs qoyulacaq-Siyahı
18 Aprel 2025 Məşhur plastik cərrahlara qadağa - Siyahıda yoxdular
18 Aprel 2025 "Şərur" MTK-nın mənzillərini su damır- Video
18 Aprel 2025 Rusiya İran casusunu Azərbaycana vermədi - DETALLAR
18 Aprel 2025 Kürdəmirdə 2 yaşlı körpə xəstəxanada öldü
17 Aprel 2025 Bakıda ataya hücum edib, uşaqlarını qaçırdılar

Dünyapress TV

Xəbər lenti