Ardını oxu...
İranda casusluq ittihamı ilə həbs olunan Fərid Səfərlidən xəbər var.
Fəridin anası Dilarə Əsgərova Musavat.com-a bildirib ki, oğlu ilə əlaqə saxlaya bilib.
“Oğlumla danışdıq, ona “möhkəm ol, dövlət səviyyəsində müdafiə olunacaqsan”, dedim. O da, cavabında dedi ki, yaxşıdır. Mən kövrəldim danışanda. O, dedi mən möhkəməm, əsl sən möhkəm ol. Yaxşı olacaq hər şey. Mən ona təsəlli verməkdən, o mənə ürək-dirək verdi. Özümə söz vermişdim, ağlamayacağam, amma özümü saxlaya bilmədim”, – deyə Dilarə Əsgərova bildirib.
Dilarə Əsgərova əlavə edib ki, Fərid özünə əmindir:”Əminliklə dedi ki, heç bir günahı yoxdur. “Həmin maddə ilə ittiham olunmağıma heç bir səbəb yoxdur”, dedi. İnanıram ki, ədalətli qərar çıxarılacaq. Azərbaycan dövləti hazırda bu işlə məşğul olur. Vəkilin tutulması məsələsini də hökumət həll edəcək. Bəlkə də təyin olunub, yəqin ki, mənə məlumat verəcəklər. Dövlət bu işlə bağlı ciddi məşğuldur. Onlar özləri Fəridlə əlaqə saxlayırlar. Konsulluqdan da Fəridlə müntəzəm danışılır. İnanıram ki, hər şey yaxşı olacaq”.
 
Ardını oxu...
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsində vətəndaşa məxsus qarajda yanğınla nəticələnən partlayışın baş verməsi barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı 1983-cü il təvəllüdlü Vəliyev Kamal Nizami oğluna məxsus ümumi sahəsi 30 m² olan qarajda yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Hadisə nəticəsində qarajın yanar konstruksiyaları və içərisində olan "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın zamanı 1983-cü il təvəllüdlü Vəliyev Kamal Nizami oğlu, 1986-cı il təvəllüdlü Şükürov Bünyamin Şükür oğlu, 2004-cü il təvəllüdlü Əzizov Nicat İlqar oğlu, 2013-cü il təvəllüdlü Şükürov Sərdar Bünyamin oğlu və 2015-ci il təvəllüdlü Vəliyev Mövlud Kamal oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Yanğınsöndürənlər tərəfindən, həmçinin hadisə yerində digər zəruri təhlükəsizlik tədbirləri görülüb.

 
Ardını oxu...
Bu gün Ağdam rayonunun Çəmənli və Sarıcalı kəndlərində güclü külək əsib, diametri 30-35 mm dolu düşüb.

“Qafqazinfo” xəbər verir ki, qeyri-sabit hava şəraiti nəticəsində rayon ərazisində qurulan toy çadırı dağılıb.

Həmin görüntüləri təqdim edirik:
Ardını oxu...
Elm və Təhsil Nazirliyi tərəfindən 15.09.2023 tarixinə qədər 60 yaşı tamam olan, həmçinin yaşı 60-dan yuxarı olan təhsilverənlərin sertifikatlaşdırma prosesində iştirakı "Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ndakı dəyişikliklər qüvvəyə minənədək ləğv olunub.

Nazirlikdən verilən xəbərə görə, buna müvafiq olaraq sözügedən təhsilverənlərin 20-24 iyun tarixlərində keçiriləcək test imtahanlarında iştirakı nəzərdə tutulmur.

Qeyd edilib ki, yaşı 60 və 60-dan yuxarı olan təhsilverənlərin qanunvericiliyin tələblərinə müvafiq olaraq sertifikatlaşdırma prosesində iştirakı ilə bağlı yaxın müddətdə ətraflı məlumat veriləcək.
 
Ardını oxu...
23 iyun 2023-cü il tarixdən Azərbaycan İran vətəndaşlarına Azərbaycanın beynəlxalq hava limanlarında viza rəsmiləşdiriıməsini dayandırır.

APA xəbər verir, bu haqda İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Məlumata əsasən, Azərbaycana səfər edəcək İran vətəndaşlarının öncədən “ASAN viza” almaları və ya Azərbaycanın Təbrizdəki Baş Konsulluğundan viza əldə etmələri xahiş olunur.

Eləcə də, Azərbaycanın İran ilə olan quru sərhədlərinin bağlı olduğu bir daha diqqətə çatdırılır.
 
Ardını oxu...
Hadisə, Orta Qəsil kəndində baş verib. Ailə münaqişəsi zəmnində iki qardaş və xanımları əlbəyaxa olub, münaqişə zamanı küt alətlərdən və hətta baltadan istifadə olunub. Qardaş arvadları döyülüb, qardaşlardan biri küt alətlə, 1976-cı il təvəllüdlü Lütfi Mustafayev isə balta ilə xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, ağır xəsarət alan şəxs elə münaqişəni də qızışdıran və doğması ilə bərabər qardaşının üstünə hücum edən şəxs olub.
Faktla bağlı araşdırma başlanıb.
Murad
Teref.az
 
Ardını oxu...
Elə bir gün yoxdur ki, “Tərtər İşgəncələri” haqqında danışılmasın.
2017-ci ildə 500-ə yaxın hərbçimizə ölümlə nəticələnən ağlasığmaz işgəncələr verilib.
Bu gün də o işgəncələr nəticəsində əlil vəziyyətində olanlar var.

Bu işlə bağlı məsuliyyətə cəlb olunanların məhkəmələri gedir.

Nəciməddin Sadikov başda olmaqla, generalların, hərbi hissə komandirlərinin , Hərbi Prokurorluğun müstəntiqlərinin, bilə-bilə qanunsuz hökm çıxaran hakimlərin adı çəkilir.

İndi məhkəmələrdə açıqlanan tükürpədici işgəncələr dövlət tərəfindən bu işlərə təyinat alan vəkillərin gözü qarşısında baş verib.
İşgəncələrə dözməyərək “etiraf” ifadələrini həmin hərbçilərlə yanaşı vəkillər də protokola imza atıb.
Bu vəkillərin axtarışına başlamaq, onları da ifşa eləmək lazımdır…
 
Ardını oxu...
Bolqarçay su anbarının yaxınlığında qərargah qurulub.

“Report”un Muğan bürosunun məlumatına görə, FHN-in Muğan Regional Mərkəzinin 22 nəfərdən ibarət xilasedicilər və 5 nəfərlik sularda xilasetmə dalğıcları Bolqarçay su anbarının yaxınlığında qərargah qurublar.

Qərargah müşahidə xarakteri daşıyır.

Qeyd edək ki, artıq İran İslam Respublikası ərazisindən Bolqarçay vasitsəilə 5 kubdan çox suyun Azərbaycan ərazisinə keçdiyi müşahidə olunur.
Ardını oxu...

01:32

Bolqarçayda sel təhlükəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) xilaesediciləri əraziyə cəlb olunublar.

APA-nın xəbərinə görə, FHN-in xilasediciləri, texnikalar və kiçik həcmli gəmilər (katerlər) Bolqarçay ətrafına cəlb olunublar.

Hələ ki, Bolqarçayda suyun səviyyəsində dəyişiklik olmadığı qeyd edilir.
 
 
 
Ardını oxu...
ƏƏSMN-in Məhkəmə mübahisələri ilə iş idarəsinin yaradılması haqqında əmri Konstitusiyaya ziddir
2020-ci ilin fevralından nazirin əmri ilə ƏƏSMN tabeliyində DSMF-in Məhkəmə mübahisələri ilə iş idarəsi yaradılıb. Və idarənin işinin Fondun Bakının rayon şöbələrini və 1 saylı Bakı şəhər ərazi şöbəsini məhkəmələrdə təmsil etmək olduğu vurğulanıb.

Sual doğur , bəs Bakıdan qıraq bölgələrdə ƏƏSMN-in məhkəmə təmsiçiliyinə ehtiyac yoxdur və bəs nazirliyin hüquq şöbəsi nədən yanadır, niyə MƏHZ pensiya təminatını həyata keçirən DSMF-də yaradılıb ? Sualın yekəsi isə budur ki, məhkəmə mübahisələri ilə iş idarəsinin yaradılması Konstitusiyaya uyğundurmu? Fikrimizcə, yox. Hər dövlət qurumu vətəndaşdan qorunmaq, vətəndaşa iddia qaldırmaq üçün məhkəmə mübahisələri ilə iş idarələri yaradıb , peşəkar rüşvətdə vasitəçiləri ( oxuma, vəkilləri- M.B.) vətəndaşın məhkəmə təminatı hüququna qadağa qoymağa cəlb edəcəksə, onda Konstitusiyanın 60-cı maddəsinə “bir quş” ! Bəli, bəli, sözügedən qanunsuz idarənin məhkəmələrdə başlıca işi məhkəmələrə rüşvət verib iddiaya mahiyyəti üzrə baxılmasına qadağa qoymaqdan , iddianı mümkün saydırmamaqdan ibarətdir. Bəyəm buna görə ayrıca idarəyə ehtiyac var? Necə deyərlər, indiyədək məhkəmə mübahisələri ilə iş idarəsi yox idi, pensiyaçıların məhkəmə təminatı hüquqlarına qadağa qoyulmurdu?

İdarənin işinin Konstitusiyanın 60-cı maddəsi ilə təminat verilən inzibati və məhkəmə təminatı hüququna qadağa olmasından özgə , saxlanma xərcləri də sosial təminat hüququna zərbədir. Təkcə ofisin icarəsinə xərclənən vəsaitlə neçə- neçə qazi- şəhid ailəsinin problemini çözmək olar. Biz hələ ştatlara ayrılan vəsaiti demirik. Belə sosial siyasətlə əhalini yox, yalnız məmuru, özbaşınalığı müdafiə etmək olar. Özbaşınalığı göz önünə gətirin, pensiyaçıya qanunla müəyyən edilmiş ödənişlər düzgün hesablanmır , hətta məhkəmə qərarı ilə təyin olunan pensiya, müavinət ləğv edilir, pensiya ödəyən orqan dövlət büdcəsinin hesabına özünə məhkəmədə müdafiəçi , daha doğrusu rüşvətdə vasitəçi ştatı, idarəsi yaradır !(?) Məhkəmələrə verilən rüşvəti elə ehtiyacına qadağa qoyduğun pensiyaçıya ver də!

Dövlət orqanlarında məhkəmə mübahisələri ilə iş idarələrinin təşkili kobud insan hüquqları pozuntusudur və bu pozuntuya ilk növbədə hökumətin özü, Ombudsman qiymət verməyə borcludur. Konstitusiyanın 130-cu maddəsinə görə, Prezidentin, Milli Məclisin, NK-nın , Ombudsmanın ,.. Konstitusiya Məhkəməsinə sorğu vermək hüququ, vətəndaşların isə şikayət vermək hüququ var. Vətəndaş pensiyaçının hüququna məhkəmə mübahisələri ilə iş şöbəsi qadağa qoyduğundan , dövlət hakimiyyəti orqanları qanunsuz, Konstitusiyaya qarşı olan əmrin ləğvinə sorğu verməklə Konstitusiyanın ən yüksək hüquqi qüvvəyə malik olduğunu ortaya qoya bilər.

Əhalinin sosial müdafiəsini gerçəkləşdirməli olan qurumun məhkəmə müdafiəsi hüququna qadağa qoyması absurddur. Məhkəmə mübahisələri ilə iş idarəsi əvəzinə, ƏƏSMN-in borclu olduğu işlər üzrə məhkəmə qərarlarının məcburi icra edilməsi şöbəsi yaradılsa, daha məntiqli olar. Bəlkə, pensiyaçıların məhkəmə qərarları ilə haqq etdikləri , özbaşına kəsilən pensiyaları bərpa olunar, qazi və şəhid ailələri mənzil yiyələri olar.

Məğrur BƏDƏLSOY
 
 

 


Ardını oxu...
“Yeni dəyişikliklər nəzarətin gücləndirilməsi ilə yanaşı, müəyyən dövrdə qanunsuz tikilmiş və istismara yararlı qeyri yaşayış obyektlərinin çıxarışla təmin edilməsinə, gələcəkdə qanunsuz tikililərin qarşısının alınmasına xidmət edəcək”.

HİT.az xəbər verir ki, deputat Vüqar Bayramov Prezident İlham Əliyevin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı fərmanı şərh edərkən deyib. Deputat bildirib ki, yenə sənədlə bu il iyunun 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və dayanıqlılıq və möhkəmlik baxımından müayinə nəticələri müsbət olan qeyri-yaşayış təyinatlı binaların istismarına sadələşdirilmiş qaydada icazə verilməsi nəzərdə tutulur:

“Təsdiq olunmuş qaydalara əsasən, yükdaşıyan konstruksiyaların etibarlılıq baxımından istismara yararlılığı, yəni dayanıqlı, möhkəm və seysmik cəhətdən davamlı olan, yanğın təhlükəsizliyi tələblərinə cavab verən, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı olan, torpaq sahəsi üzərində sifarişçinin (sahibin) mülkiyyət və ya icarə hüququ təsbit edilən və qeyri-yaşayış binasının mühafizə zonalarından kənarda yerləşən obyektərə sadələşdirilmiş icazə rejimi tətbiq olunacaq”.

Vüqar Bayramov ilkin qiymətləndirmələrə görə, 40 mindən çox sənədsiz əmlak sadələşdirilmiş formada çıxarış (kupça) ala biləcəklərini vurğualyıb:

“Sənədə əsasən, səmərəliliyin və şəffaflığın artırılması məqsədilə 2024-cü ilin yanvar ayından etibarən fiziki və ya hüquqi şəxslər tikintiyə və ya istismara icazəni elektron portal üzərindən ala biləcəklər. Bu proseduraların şəffaflaşmasın və asanlaşdırılmasına ciddi töhvə verəcək.
Qanunvericiliyə edilən digər dəyişikliyə əsasən, yerli icra hakimiyyətinin başçıları tərəfindən yerli səviyyədə dövlət şəhərsalma nəzarətini həyata keçirilməsi və qanunsuz tikintilərin qarşısının alınması məqsədilə məsul şəxslər təyin olunacaq. Məqsəd dövlət şəhərsalma nəzarəti çərçivəsində yerli icra hakimiyyəti orqanlarının məsuliyyətinin artırılması, özbaşına tikililəri aşkar etməli olan şəxslərin səlahiyyətlərinin konkretləşdirilməsidir. Bundan sonra, özbaşına tikilmiş bütün tikinti obyektlərinin mühəndis-kommunikasiya sistemlərinə qoşulması qadağan edilir. Etiraf etmək lazımdır ki, tikinti sektorunun dinamik inkişafı ilə yanaşı bir sıra hallarda tikinti fəaliyyətinin iştirakçıları tərəfindən şəhərsalma və tikinti sahəsində müəyyən olunmuş tələb və qaydalara əməl olunmaması müşahidə olunur”.

Dünyapress TV

Xəbər lenti