Ardını oxu...
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, dosent İlham Əhmədov Təhsil naziri Emin Əmrullayevin Azərbaycan əhalisinin böyük hissəsinin savadsız olduğunu ehtiva edən açıqlamasına münasibət bildirib.

Xarırladaq ki, E.Əmrullayev deyib: “Yaşı 25-dən yuxarı olanların 60 faizi oxuduğu mətndə əsas fikri başa düşmür. Mən faktı deyirəm”.

Dosent İ.Əhmədov nazirin bu fikrinə belə münasibət bildirib: “Ölkədə 10 milyondan çox əhali var. Yaşı 25-dən çox olanların sayı 6 milyondan artıqdır. Bunun 60% -i oxuduğunu başa düşmürsə, deməli bizim əmək bazarında 3,6 milyon insanımız savadsızdır. Bu qədər savadsız işçi qüvvəsi olan ölkəyə hansı əcnəbi şirkət investisiya qoyar?

Bəs son 20 il ərzində “neft kapitalını insan kapitalına çevirək” siyasətini səmərəsiz icra edən Təhsil Nazirliyinin yarıtmaz fəaliyyətinə görə kim cavab verəcəkdir?

Kim kimi günahlandırır?”
 
 
 
Ardını oxu...
Yay ayları olsa da, Bakıda hələ də kirayə mənzil problemi var. Fəslin adətən bu aylarında tələbələr rayonlara üz tutduqlarından, həmçinin insanlar bağlara və digər bölgələrə getdiklərindən kirayə evləri çoxalırdı.

Xezerxeber.az xəbər verir ki, bu il isə tam əksi baş verib. Ev alqı-satqısı və kirayəsi ilə məşğul olanlar bildirirlər ki, yay ayları olsa da, bazara kirayə evləri təklif edilmir.

Nərimanov rayonunda fəaliyyət göstərən reiltor Rüfət Məmmədov deyir ki, xüsusilə bu rayonda köhnə tikililərdə kirayə üçün nəzərdə tutulan ev yox səviyyəsindədir. Üstəlik Rusiya-Ukrayna müharibəsi ilə əlaqədər olaraq həmin ölkələrdən gələn həmvətənlərimizin sayının artması da bazara öz təsirini göstərib.

Əmlakçı Ülvü Əliyev isə deyir ki, nəinki nərimanov, digər mərkəzi hissələrdə də kirayə mənzil tapmaq müşkül məsələdir.

Köhnə binalarda 2 otaqlı kirayə mənzillərin qiyməti 500 manatdan başlayır. Təzə binalarda isə kirayə evlər olduqca bahadır.

Əmlakçılar bildirirlər ki, nisbətən mərkəzdən kənar ərazilərdə kirayə mənzillər tapmaq mümkündür. Bununla belə həmin ərazilərdə olan kirayə evlər ucuz deyil.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın, Xaçmaz və Cəlilabad şöbələrində də əməliyyat keçirib. Nəticədə Xaçmaz rayon şöbəsinin rəisi, polkovnik-leytinant Ağayev Rahim Əlifağa oğlu, Laçın hərbi komissarlığının müfəttişi Rəşad Rəşidli və Cəlilabad rayon hərbi komissarlığının müfəttişi Ramil Həsənov qanunsuz əməlləri ifşa olunduğuna görə həbs ediliblər.

Qaynarinfo sözügedən məsələnin gündəmdə olmasını nəzərə alaraq, Azərbaycanda hərbi komisarların siyahınısı hazırlayıb.

Məlum olub ki, bir general-mayor, 22 polkovnik, 38 polkovnik-leytenant (biri həbs edilib), 14 mayor Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon və şəhər şöbələrinə rəhbərlik edir.

Əldə etdiyimiz məlumata görə, yaxın vaxtlarda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələri birləşdiriləcək və Regional şöbələr yaradılacaq. Bununla da hərbi komisarların sayı kəskin azalacaq.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon və şəhər şöbələrinin TAM SİYAHISI
 

Ardını oxu...
Ermənistanda 16 məktəbdə türk dili tədris olunur. Belə ki, 2022-2023-cü tədris ilində 12 məktəbdə türk dili (Türkiyə türkcəsində), 4 məktəbdə isə Azərbaycan dili (Azərbaycan türkcəsində) tədris olunub.

Ermənistanın Təhsil Nazirliyindən bildirilib ki, Azərbaycan və türk dilləri istisna olaraq 10-12-ci sinif şagirdlərinə öyrədilir.
Həmçinin 2022-2023-cü tədris ilində 33 ümumtəhsil müəssisəsində regional dillərin tədris olunduğu qeyd olunub: 13 məktəbdə fars, 12-sində türk dili, 4 məktəbdə Azərbaycan türkcəsi, 3-də isə gürcü dili.

Daha 400 məktəb regional (türk, Azərbaycan, gürcü və fars) dilləri tədris etmək istədiyini bildirib.

TEREF.AZ-ın məlumatına görə, Ermənistanda türk və Azərbaycan dilinin tədrisinə normal yanaşdığını söyləyən tanınmış teletənqidçi, BDU-nun "Multimedia və elektron kommunikasiya” kafedrasının rəhbəri Qulu Məhərrəmli "Sherg.az"a qeyd edib ki, bu bəlli bir dövlət siyasətidir və strategiyanın tərkib hissələrindəndir:

"Ümumiyyətlə zaman-zaman təkcə ali təhsil ocaqlarında yox, orta məktəblərdə də bu dillər tədris olunur. Baxın, təkcə türk və Azərbaycan dili yox, həmçinin rus, gürcü, fars dilləri də çoxsaylı məktəblərdə keçilir. Əlbəttə ki, ermənilərin azərbaycan dilini öyrənmələri bizə sevgidən irəli gəlmir. Bu xüsusi məqsədlə öyrədilir. Ona görə də Azərbaycandakı xüsusi məktəblərdə erməni dilinin öyrədilməsi məqsədəuyğun olardı.

Hazırda bizim bəzi ali məktəblərdə, həmçinin Bakı Dövlət Universitetində ermənişünaslıq mərkəzi fəaliyyət göstərir. Bu, çox normaldır. Çünki biz qonşuyuq. Ancaq qonşu olsaq da Ermənistanın günahı ucbatından bir çox mübahisəli məsələlərimiz var. Ona görə də erməni yalanlarının kökünü və yalanlaşdırılmış tarixinin mənbələrini öyrənmək üçün xüsusi mütəxəssislərimiz olmalıdır. Həmin mütəxəssislərin isə erməni dilini öyrənmələri vacibdir. Bu səbəblə də xüsusi məktəblərdə erməni dilinin tədris edilməsini önəmli hesab edirəm".
 
 
 
Ardını oxu...
"Atabəylər dövləti ölkəni etnik və siyasi cəhətdən birləşdi"
3. Səlcuq fəthləri
Azərbaycan torpaqları türk dünyasının tərkib hissəsi olmuşdur. Hun imperiyası (IV-VI əsrlər) və Xəzər xaqanlığı (650-969) Azərbaycan tarixində də mühüm iz qoymuşdur. Bu imperiyalar Azərbaycanın şimalında mövcud olub, burada cərəyan edən hadisələrdə iştirak etməsinə baxmayaraq, ölkədə güclü siyasi hakimiyyət yarada bilmədi. Səlcuqların və ya oğuzların XI əsrin əvvəllərindən başlayaraq siyasi hadisələrdə iştirakı ilə vəziyyət dəyişdi.
Səlcuqlar hunlar və xəzərlərdən fərqli olaraq, cənubdan hərəkət etdilər. Səlcuq imperiyasının yaranması (1038-1157) və İslam dünyasında aparıcı amilə çevrilməsi ilə bölgə və dünya tarixində də ciddi dəyişikliklər meydana gəldi.
- Azərbaycan və digər türk xalqlarının əraziləri vahid türk dövləti tərkibində birləşdirildi.
- Səlcuq imperiyası dağıldığı zaman Azərbaycan ərazisində meydana gələn Atabəylər dövləti (1136-1225) ölkəni etnik və siyasi cəhətdən birləşdirməyə nail oldu.
- Monqol-tatar imperiyası və onun dağılması nəticəsində Azərbaycanda yaranan dövlətlər zamanı bəzi miqrasiyalar baş versə də, əhali fundamenti və dini vəziyyət həlledici təsirini davam etdirdi.
- Azərbaycan Qaraqoyunlu (1410-1468) və Ağqoyunlu (1468-1510) dövlətlərini yaradan tayfa birlikləri səlcuq coğrafiyasında (qaraqoyunluların mərkəzi Van, ağqoyunluların mərkəzi Diyarbəkir idi) siyasi arenaya qədəm qoydu.
- Səlcuqların Azərbaycanla eyni zamanda Anadoluda da möhkəmlənməsi, 1071-ci ildə Malazgirt döyüşündə Bizansa qalib gəlməsi, ilk xaç yürüşlərinin qarşısını alması ilə Azərbaycana qərbdən gələn təhlükəni Anadolu səlcuqları, sonralar isə burada meydana gələn türk dövlətləri, xüsusilə Osmanlı dövləti qarşıladı.
- Avropa diplomatiyası Osmanlı dövlətinə qarşı mübarizə üçün Azərbaycanın Ağqoyunlu və Səfəvilər dövlətləri ilə yaxınlaşmaq siyasətini hazırladı.
 
Ardını oxu...
AzVision.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

Belə ki, iclasda vəkillər barəsində başlanılmış 22 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, qanunvericiliyin tələblərini pozduğuna görə 1 vəkilə töhmət verilib, 1 vəkilin fəaliyyəti 1 il müddətinə dayandırılıb, 3 vəkilin fəaliyyəti dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət barədə qərər qəbul olunub.
 
Ardını oxu...
Xırdalanda vətəndaş kirayə qaldığı evinin qarşısında zibillər təmizlənmədiyi üçün Abşeron Rayon İcra Hakimiyyətinin binasının qarşısında insident törədib.

Qaynarinfo-nun məlumatına görə, hadisə bir neçə gün əvvəl baş verib.

1980-cı ildə Bakı şəhərində anadan olmuş Araz (şərti) Xırdalan şəhərində Məmməd Araz küçəsində kirayə evdə yaşayır və uzun müddətdir yaşadığı evdə kommunal xidmətlərlə bağlı problemlər yaranıb. O bildirib ki, İcra Hakimiyyətinin işçiləri tərəfindən evinin qabağından zibillər yığışdırılmır, bununla yanaşı daimi olaraq işığın, qazın və ya suyun verilməsində məhdudiyyətlər olur.

Bu vəziyyətə əsəbləri dözmədiyindən etiraz əlaməti olaraq evinin qabağındakı zibil və çınqıl daşları yığaraq idarə etdiyi "Mercedes Benz” markalı avtomobillə Abşeron Rayon İcra Hakimiyyətinin binasına yaxınalşıb, gətirdiyi zibil və daşları binanın qabağına töküb.

Hadisə zamanı o emosional olduğundan İcra Hakimiyyətinin ünvanına nalayiq ifadələr işlədib.

Məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinən həmin şəxs 10 gün müddətinə inzibati qaydada həbs olunub.
 
Ardını oxu...
"ŞaurmaN1” restoranının şəriki, "12-ci İmam Mehdi" adı altında həbs olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi bu gün davam etdirilib.

Hurriyyet.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə prosesində müdafiə tərəfi 4 şahidin dindirilməsi ilə bağlı vəsatət verməsinə baxmayaraq, hakim ancaq 1 şahidin dindirilməsi vəsatətini qəbul edib.

Şahid qismində çıxış edən T.Dadaşova vəkilin “Aqil Babayevi necə tanıyırdız?” sualına cavab olaraq bildirib ki, “Aqil Babayev savadlı, alicənab insandır. “Şaurma N1” restoranlarının şəriki kimi, 2013-cü ildə “Şaurma N1” Elmlər filialında mühasibatlıq şöbəsində işləyəndən sonra tanıdım”.

Vəkilin zəkatın paylanılması ilə sualına isə T.Dadaşova belə cavab verdi: “Hər ayın 15-i zəkatları xanımlara mən paylayırdım. Zəkat paylamaq təşəbbüsünü işsiz olduğum vaxt və maliyyə işlərində təcrübəm olduğuna görə, mənə Rövşən Kave tapşırmışdı. Hər ay ən azı 15, maksimum isə 22-23 nəfər qadına paket şəklində 200 manat məbləğində zəkat paylayırdım. Bunu təsdiq edən qadınların isimləri və Rövşən Kavenin xətti ilə zərfləri dəlil kimi məhkəməyə təqdim edə bilərəm.

Mən zəkatı 2011-ci ildən 2021-ci ilin may ayına kimi Rövşənin verdyi siyahı üzrə paylamışam. Hər ay ən azı 4000-5000 manat civarında pul paylayırdım”.

Rövşən Kave üzləşmədə bildirib ki, zərflərin üzərini özü yazmayıb, lakin şahid T.Dadaşovanın “Ekspertiza təyin edilsə, bu xəttin kimə aid olduğu dəqiq bilinəcəkdi”, - deyə cavab verdikdən sonra, Rövşən Kave 4-5 nəfərə payladığını etiraf edib.

Hakim müdafiə tərəfin digər şahidlərinin çağrılması və vəsatətlərin verilməsi ilə bağlı növbəti məhkəmə prosesini avqustun 2-nə təyin edib.
Ardını oxu...
Xatırladaq ki, Aqil Babayev “Şaurma N1” restoranlar şəbəkəsinin şəriki olub. Onu “12-ci İmam” adı altında həbs ediblər. Hazırda onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

A.Babayev “İmam Mehdi” ittihamını qəbul etmir. O, “Shaurma N1”in şəriklərindən biri olduğunu, əmlakını, pulunu əlindən almaq üçün bu məsələnin ortaya atıldığını deyir.
 

Abdullahianın Bakıya səfəri Qoşulmama Hərəkatının iclası ilə bağlı olsa da, əsasən Bakı-Tehran xəttindəki münasibətlər fonunda diqqət çəkir. Və bu səfər münasibətlərin normallaşması üçün başlanğıc ola bilərmi sualını yaradır.
Gözlənti azdır, çünki nə Bakının istək-tələbi dəyişib, nə də İran rejiminin regional siyasətində korrektlər nəzərə çarpır.
Prezident İlham Əliyevin Abdullahianı qəbul edərkən, vurğuladığı iki məsələ də bu fikri gücləndirir:
1. Tehranda səfirliyimizə qarşı törədilən terror aktında müqəssir olan şəxslərin cəzalandırılması: Əliyevin bunu cəm şəkilində qeyd etməsi terror aktının İran rejimi daxilindəki qüvvələr tərəfidən sifariş edildiyi mövqeyinin və onların cəzalandırılması tələbinin davam etdiyini göstərir;
2. Zəngəzur dəhlizi: rəsmi məlumatda “Şərqi Zəngəzur iqtisadi rayonu ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya bağlantılarının icrasının inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldığı” qeyd olunur; bəllidir ki, Prezident Zəngəzur dəhlizi ilə bağlı Bakının mövqeyini yenidən dilə gətirib və İranın buna qarşı çıxması üzərində müzakirə aparılıb;
Hər iki məsələ İran tərəfindən qəbul edilmir, səfirliyimizə qarşı terror aktının arxasında dayanan səbəblərdən arasında Zəngəzur dəhlizi layihəsinin olduğu da sirr deyil. Abdullahian terror aktının “ciddi şəkildə” araşdırıldığı və Tehranda səfirliyimizin fəaliyyətini tezliklə bərpa olunacağına ümidvar olduğu haqda dedikləri isə sadəcə diplomatik dildir, reallıqda İran nəinki səfiriliyimizə qarşı terror aktını araşdırmır, hətta terror aktını törədən şəxsi belə xəstəlik bəhanəsi ilə istintaqdan yayındırıb.
Bu baxımdan, Abdullahianın Bakı səfərinin və dediklərinin münasibətlərin normallaşmasının başlanğıcı olacağı inandırıcı görünmür. Bakı-Tehran xəttində “müvəqqəti atəşkəsə” bənzəyən mövcud vəziyyətin davam edəcəyi ehtimalı daha çoxdur.
Asif Nerimanli
TEREF.AZ
Ardını oxu...
BMT-nin Ümumdünya Meteorologiya Təşkilatı (WMO) El-Ninyo iqlim fenomeninin başlaması ilə bağlı xəbərdarlıq edib.

Bildirilib ki, bütün bunların fonunda dünyanı həddindən artıq istilər və təbii fəlakətlər təhlükəsi gözləyir.

Məlumata görə, El-Ninyo Sakit okeanın ekvatorial sularının temperaturunda təbii dalğalanmalarla xarakterizə olunur ki, bu da bütün dünyada hava şəraitinə təsir göstərir.

Təşkilata görə, 90% ehtimalla fenomen orta gücüylə 2023-cü ilin sonuna qədər davam edəcək. El-Ninyonun daha güclü olma ehtimalı 56 faizdir.
Mütəxəssislər qeyd edirlər ki, El-Ninyonun başlaması temperatur rekordlarının qırılma ehtimalını xeyli artıracaq. Bununla əlaqədar ABŞ-nin cənubu, Cənubi Amerika, Mərkəzi Asiya və Cənubi Amerika ölkələri, eləcə də Afrikanın şimal-şərqində daşqınlar gözlənilir. Eyni zamanda Avstraliya, İndoneziya, Cənubi Asiya və Mərkəzi Amerika kəskin istilərə hazırlaşmalıdır.

Mənbə: lenta.ru
 
Ardını oxu...
Sabiq deputat, iş adamı Nazim Bəydəmirli Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi ("Bandotdel") tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Bu barədə jurnalist Xədicə İsmayıl məlumat yayıb.

Bəydəmirlinin payçısı olduğu şirkətdən pul tələb etməkdə günahlandırıldığı bildirilir.
 

Dünyapress TV

Xəbər lenti